Müsəlmanlar

“BƏQƏRƏ” SURƏSİ

 

Surə 286 ayədən ibarətdir.

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

Bismillahir Rəhmanir Rahim

Mərhəmətli, Rəhmli Allahın adı ilə

الٓمٓۚ

  1. ƏLİF! LAM! MİM![1]

ذٰلِكَ الْكِتَابُ لَا رَيْبَۚ ف۪يهِۚ هُدًى لِلْمُتَّق۪ينَۙ

  1. Bu, haqqında şübhəyə[2] yer olmayan kitabdır.[3] Müttəqilər/Günahlardan çəkinənlər[4] üçün rəhbərdir.[5]

اَلَّذ۪ينَ يُؤْمِنُونَ بِالْغَيْبِ وَيُق۪يمُونَ الصَّلٰوةَ وَمِمَّا رَزَقْنَاهُمْ يُنْفِقُونَۙ

  1. O kəslər ki, qeybə/ürəkdən[6] inanırlar,[7] namazı tam qılırlar[8] və ruzi olaraq onlara verdiyimizdən infaq[9] edir/xeyirə xərcləyirlər.

وَالَّذ۪ينَ يُؤْمِنُونَ بِمَٓا اُنْزِلَ اِلَيْكَ وَمَٓا اُنْزِلَ مِنْ قَبْلِكَۚ وَبِالْاٰخِرَةِ هُمْ يُوقِنُونَۜ

  1. O kəslər ki, Sənə nazil olana da, səndən əvvəl nazil olanlara da inanıb güvənir[10] və axirətə də tam yəqinliklə inanırlar.

اُو۬لٰٓئِكَ عَلٰى هُدًى مِنْ رَبِّهِمْ وَاُو۬لٰٓئِكَ هُمُ الْمُفْلِحُونَ

  1. Məhz onlar, Rəbbindən/Sahibindən[11] gələn rəhbərə tabe olanlardır. Qurtuluşa nail olanlar da məhz onlardır[12].

اِنَّ الَّذ۪ينَ كَفَرُوا سَوَٓاءٌ عَلَيْهِمْ ءَاَنْذَرْتَهُمْ اَمْ لَمْ تُنْذِرْهُمْ لَا يُؤْمِنُونَ

  1. Kafirləri/Ayələri inkar edib gizlədənləri[13] xəbərdar etsən də, etməsən də fərqi yoxdur; onlar inanıb güvənməzlər.

خَتَمَ اللّٰهُ عَلٰى قُلُوبِهِمْ وَعَلٰى سَمْعِهِمْۜ وَعَلٰٓى اَبْصَارِهِمْ غِشَاوَةٌۘ وَلَهُمْ عَذَابٌ عَظ۪يمٌ۟

  1. Allah (sanki) qəlblərini və qulaqlarını möhürləmiş, gözləri də pərdəlidir.[14] Onlar üçün böyük bir əzab vardır.

وَمِنَ النَّاسِ مَنْ يَقُولُ اٰمَنَّا بِاللّٰهِ وَبِالْيَوْمِ الْاٰخِرِ وَمَا هُمْ بِمُؤْمِن۪ينَۢ

  1. İnsanlardan elələri də var ki, “Allaha və axirət gününə inandıq” deyirlər. Halbuki onlar inanıb güvənməmişlər.

يُخَادِعُونَ اللّٰهَ وَالَّذ۪ينَ اٰمَنُواۚ وَمَا يَخْدَعُونَ اِلَّٓا اَنْفُسَهُمْ وَمَا يَشْعُرُونَۜ

  1. Allahı və inanıb güvənənləri aldatmağa[15] çalışırlar, halbuki onlar özləri özlərini aldadırlar və bunu anlamırlar.[16]

ف۪ي قُلُوبِهِمْ مَرَضٌۙ فَزَادَهُمُ اللّٰهُ مَرَضًاۚ وَلَهُمْ عَذَابٌ اَل۪يمٌۙ بِمَا كَانُوا يَكْذِبُونَ

  1. Onların (kafirlikləri səbəbiylə) qəlblərində xəstəlik yaranır; Allah da onların xəstəliyini artırır. Yalan danışdıqlarına görə onlar, acı dolu bir əzaba düçar olacaqlar![17]

وَاِذَا ق۪يلَ لَهُمْ لَا تُفْسِدُوا فِي الْاَرْضِۙ قَالُٓوا اِنَّمَا نَحْنُ مُصْلِحُونَ

  1. Onlara: “Yer üzündə nizam-intizamı pozmayın!”[18] deyiləndə: “Biz ancaq islahatçılardanıq” – deyərlər.

اَلَٓا اِنَّهُمْ هُمُ الْمُفْسِدُونَ وَلٰكِنْ لَا يَشْعُرُونَ

  1. Diqqətli olun, nizam-intizamı pozanlar onlardır, amma bunu anlamazlar[19].

وَاِذَا ق۪يلَ لَهُمْ اٰمِنُوا كَمَٓا اٰمَنَ النَّاسُ قَالُٓوا اَنُؤْمِنُ كَمَٓا اٰمَنَ السُّفَهَٓاءُۜ اَلَٓا اِنَّهُمْ هُمُ السُّفَهَٓاءُ وَلٰكِنْ لَا يَعْلَمُونَ

  1. Onlara: “İnsanlar necə iman gətirmişsə, siz də onlar kimi iman gətirin!” deyiləndə: “Biz də səfehlərin iman gətirdikləri kimi iman gətirək?”– deyərlər. Diqqət yetirin, əsl səfehlər onlardır lakin bunu bilməzlər[20].

وَاِذَا لَقُوا الَّذ۪ينَ اٰمَنُوا قَالُٓوا اٰمَنَّاۚ وَاِذَا خَلَوْا اِلٰى شَيَاط۪ينِهِمْۙ قَالُٓوا اِنَّا مَعَكُمْۙ اِنَّمَا نَحْنُ مُسْتَهْزِؤُ۫نَ

  1. Allaha inanıb güvənənlərlə üz-üzə gələndə: “Biz də inanıb güvəndik” – deyərlər. Şeytanları[21] ilə təklikdə qalanda: “İnanın, biz sizin yanınızdayıq, biz ancaq istehza edirik”[22] – deyərlər.

اَللّٰهُ يَسْتَهْزِئُ بِهِمْ وَيَمُدُّهُمْ ف۪ي طُغْيَانِهِمْ يَعْمَهُونَ

  1. Əslində Allah onlarla istehza edir və azğınlıqları içində qalmalarına fürsət verir.

اُو۬لٰٓئِكَ الَّذ۪ينَ اشْتَرَوُا الضَّلَالَةَ بِالْهُدٰىۖ فَمَا رَبِحَتْ تِجَارَتُهُمْ وَمَا كَانُوا مُهْتَد۪ينَ

  1. Onlar doğrunu/hidayəti[23] verib əyrini/zəlaləti alanlardır. Onların bu alış-verişi qazanc gətirməz; doğru yola gəlməzlər.

مَثَلُهُمْ كَمَثَلِ الَّذِي اسْتَوْقَدَ نَارًاۚ فَلَمَّٓا اَضَٓاءَتْ مَا حَوْلَهُ ذَهَبَ اللّٰهُ بِنُورِهِمْ وَتَرَكَهُمْ ف۪ي ظُلُمَاتٍ لَا يُبْصِرُونَ

  1. Onların məsəli; məşəl yandırmaq istəyən kimsənin məsəlinə bənzəyir. Məşəl ətrafını işıqlandıranda sanki Allah gözlərinin nurunu almış və onları zülmətlər içində buraxmış; heç bir şey görə bilməz hala gəlmişlər.[24]

صُمٌّ بُكْمٌ عُمْيٌ فَهُمْ لَا يَرْجِعُونَۙ

  1. Kar, lal və kor olurlar; onlar yollarından dönməzlər.

اَوْ كَصَيِّبٍ مِنَ السَّمَٓاءِ ف۪يهِ ظُلُمَاتٌ وَرَعْدٌ وَبَرْقٌۚ يَجْعَلُونَ اَصَابِعَهُمْ ف۪ٓي اٰذَانِهِمْ مِنَ الصَّوَاعِقِ حَذَرَ الْمَوْتِۜ وَاللّٰهُ مُح۪يطٌ بِالْكَافِر۪ينَ

  1. Qaranlıqların hər yeri bürüdüyü, göyün gurladığı və şimşəyin çaxdığı bir yerdə, leysan kimi yağan yağışa tutulmuş adamlara bənzəyirlər; ildırım səsindən[25] ölmək qorxusuyla barmaqlarını qulaqlarına tıxayırlar. Allah kafirləri əhatəyə almışdır.[26]

يَكَادُ الْبَرْقُ يَخْطَفُ اَبْصَارَهُمْۜ كُلَّمَٓا اَضَٓاءَ لَهُمْ مَشَوْا ف۪يهِۙ وَاِذَٓا اَظْلَمَ عَلَيْهِمْ قَامُواۜ وَلَوْ شَٓاءَ اللّٰهُ لَذَهَبَ بِسَمْعِهِمْ وَاَبْصَارِهِمْۜ اِنَّ اللّٰهَ عَلٰى كُلِّ شَيْءٍ قَد۪يرٌ۟

  1. O şimşək az qalır ki, gözlərini çıxardacaq. Hər dəfə önlərini aydınlatdıqca yeriyirlər[27], zülmət bürüdükdə isə donub qalırlar. Allah cəzalandırmağı seçsəydi[28], onların görmə və dinləmə qabiliyyətlərini yox edərdi.[29] Şübhəsiz ki, Allah hər şeyə bir ölçü qoyandır.[30]

يَٓا اَيُّهَا النَّاسُ اعْبُدُوا رَبَّكُمُ الَّذ۪ي خَلَقَكُمْ وَالَّذ۪ينَ مِنْ قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَّقُونَۙ

  1. Ey insanlar, sizi və sizdən əvvəlkiləri yaradan Rəbbinizə/Sahibinizə qulluq edin ki, özünüzü qoruyasınız.

اَلَّذ۪ي جَعَلَ لَكُمُ الْاَرْضَ فِرَاشًا وَالسَّمَٓاءَ بِنَٓاءًۖ وَاَنْزَلَ مِنَ السَّمَٓاءِ مَٓاءً فَاَخْرَجَ بِه۪ مِنَ الثَّمَرَاتِ رِزْقًا لَكُمْۚ فَلَا تَجْعَلُوا لِلّٰهِ اَنْدَادًا وَاَنْتُمْ تَعْلَمُونَ

  1. Sizin üçün yer üzünü döşəmə, göyü də tavan kimi yaradan Odur. Göydən su endirir, onunla sizin üçün məhsullardan ruzi yetişdirir. Elə isə bilə-bilə[31] Allaha bənzər xüsusiyyətdə varlıqlar uydurmayın![32]

وَاِنْ كُنْتُمْ ف۪ي رَيْبٍ مِمَّا نَزَّلْنَا عَلٰى عَبْدِنَا فَأْتُوا بِسُورَةٍ مِنْ مِثْلِه۪ۖ وَادْعُوا شُهَدَٓاءَكُمْ مِنْ دُونِ اللّٰهِ اِنْ كُنْتُمْ صَادِق۪ينَ

  1. Bəndəmizə nazil etdiyimizə şübhəniz varsa, ona bərabər bir surə gətirin.[33] Allah ilə aranıza qoyduğunuz[34] şahidlərinizi/bilikli şəxslərinizi[35] də çağırın! Əgər iddianızda haqlı isəniz!

فَاِنْ لَمْ تَفْعَلُوا وَلَنْ تَفْعَلُوا فَاتَّقُوا النَّارَ الَّت۪ي وَقُودُهَا النَّاسُ وَالْحِجَارَةُۚ اُعِدَّتْ لِلْكَافِر۪ينَ

  1. Bunu etməsəniz -əsla edə bilməyəcəksiniz[36]– yanacağı insanlar və daşlar olan həmin oddan özünüzü qoruyun! Ora kafirlər/Ayələri inkar edib gizlədənlər üçün hazırlanmışdır.

وَبَشِّرِ الَّذ۪ينَ اٰمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ اَنَّ لَهُمْ جَنَّاتٍ تَجْر۪ي مِنْ تَحْتِهَا الْاَنْهَارُۜ كُلَّمَا رُزِقُوا مِنْهَا مِنْ ثَمَرَةٍ رِزْقًاۙ قَالُوا هٰذَا الَّذ۪ي رُزِقْنَا مِنْ قَبْلُ وَاُتُوا بِه۪ مُتَشَابِهًاۜ وَلَهُمْ ف۪يهَٓا اَزْوَاجٌ مُطَهَّرَةٌ وَهُمْ ف۪يهَا خَالِدُونَ

  1. İnanıb güvənən və faydalı işlər görənlərə müjdə ver: içindən çaylar axan bağlar onlar üçündür. Onlara hansı məhsuldan təqdim edilsə, «bu bizə daha əvvəl də təqdim edilmişdi» deyərlər, amma onlara oxşarı verilir[37]. Orada tərtəmiz hala gətirilən həyat yoldaşları[38] da olacaq və ölümsüz olaraq qalacaqlar.

اِنَّ اللّٰهَ لَا يَسْتَحْي۪ٓ اَنْ يَضْرِبَ مَثَلًا مَا بَعُوضَةً فَمَا فَوْقَهَاۜ فَاَمَّا الَّذ۪ينَ اٰمَنُوا فَيَعْلَمُونَ اَنَّهُ الْحَقُّ مِنْ رَبِّهِمْۚ وَاَمَّا الَّذ۪ينَ كَفَرُوا فَيَقُولُونَ مَاذَٓا اَرَادَ اللّٰهُ بِهٰذَا مَثَلًاۢ يُضِلُّ بِه۪ كَث۪يرًا وَيَهْد۪ي بِه۪ كَث۪يرًاۜ وَمَا يُضِلُّ بِه۪ٓ اِلَّا الْفَاسِق۪ينَۙ

  1. Allah, bir ağcaqanadı[39], ondan üstününü də məsəl çəkməkdən çəkinməz. Allaha güvənənlər, bunun Rəbbi tərəfindən bir haqq olduğunu bilirlər. Kafirlik edənlər isə belə deyərlər: «Allahın bu məsəli çəkməkdə məqsədi nədir?» Allah bu yolla bir çoxlarının azğınlığına, bir çoxlarının da yola gəlməsinə qərar verir.[40] Azğın hesab etdikləri ancaq fasiqlərdir (yoldan çıxanlardır).

اَلَّذ۪ينَ يَنْقُضُونَ عَهْدَ اللّٰهِ مِنْ بَعْدِ م۪يثَاقِه۪ۖ وَيَقْطَعُونَ مَٓا اَمَرَ اللّٰهُ بِه۪ٓ اَنْ يُوصَلَ وَيُفْسِدُونَ فِي الْاَرْضِۜ اُو۬لٰٓئِكَ هُمُ الْخَاسِرُونَ

  1. Onlar (Fasiqlər) Allaha verdikləri sözdən sonra əhdlərini pozan, Allahın birləşdirilməsini əmr etdiyi bağı kəsən[41] və yer üzündə nizam-intizamı pozanlardır. Ziyana uğrayanlar məhz onlardır.

كَيْفَ تَكْفُرُونَ بِاللّٰهِ وَكُنْتُمْ اَمْوَاتًا فَاَحْيَاكُمْۚ ثُمَّ يُم۪يتُكُمْ ثُمَّ يُحْي۪يكُمْ ثُمَّ اِلَيْهِ تُرْجَعُونَ

  1. Allaha qarşı necə də nankorluq edirsiz! Cansız idiniz, sizə O həyat verdi.[42] Sonra sizi öldürəcək və təkrar həyat verəcəkdir. Sonra Onun hüzuruna çıxarılacaqsınız.

هُوَ الَّذ۪ي خَلَقَ لَكُمْ مَا فِي الْاَرْضِ جَم۪يعًا ثُمَّ اسْتَوٰٓى اِلَى السَّمَٓاءِ فَسَوّٰيهُنَّ سَبْعَ سَمٰوَاتٍۜ وَهُوَ بِكُلِّ شَيْءٍ عَل۪يمٌ۟

  1. Yerdə olan hər şeyi sizin üçün yaradan Odur. Sonra göyə yönəlmiş və onları yeddi göy olaraq nizama salmışdır.[43] Hər şeyi bilən Odur.

وَاِذْ قَالَ رَبُّكَ لِلْمَلٰٓئِكَةِ اِنّ۪ي جَاعِلٌ فِي الْاَرْضِ خَل۪يفَةًۜ قَالُٓوا اَتَجْعَلُ ف۪يهَا مَنْ يُفْسِدُ ف۪يهَا وَيَسْفِكُ الدِّمَٓاءَۚ وَنَحْنُ نُسَبِّحُ بِحَمْدِكَ وَنُقَدِّسُ لَكَۜ قَالَ اِنّ۪ٓي اَعْلَمُ مَا لَا تَعْلَمُونَ

  1. Rəbbin/Sahibin bir gün mələklərə, «Yer üzündə bir xəlifə/müxalif varlıq[44] yaradıram» – dedi. Mələklər: «Orada nizam-intizamı pozacaq və qan tökəcək bir varlıq meydana gətirirsən? Biz Sənə ürəkdən boyun əyərək şənini ucaldır və Səni müqəddəs tuturuq!», – dedilər. Allah: «Mən sizin bilmədiklərinizi bilirəm», – dedi[45].

وَعَلَّمَ اٰدَمَ الْاَسْمَٓاءَ كُلَّهَا ثُمَّ عَرَضَهُمْ عَلَى الْمَلٰٓئِكَةِ فَقَالَ اَنْبِؤُ۫ن۪ي بِاَسْمَٓاءِ هٰٓؤُ۬لَٓاءِ اِنْ كُنْتُمْ صَادِق۪ينَ

  1. Adəmə hər varlığın adını/xüsusiyyətlərini[46] öyrətdi[47], sonra onları[48] mələklərə göstərdi: «İddianızda haqlısınızsa, mənə bunların adların/xüsusiyyətlərini bildirin!» – dedi.

قَالُوا سُبْحَانَكَ لَا عِلْمَ لَنَٓا اِلَّا مَا عَلَّمْتَنَاۜ اِنَّكَ اَنْتَ الْعَل۪يمُ الْحَك۪يمُ

  1. Mələklər: «Biz sənə ürəkdən boyun əyirik. Sənin bizə öyrətdiklərindən başqa bizim heç bir biliyimiz yoxdur. Hər şeyi bilən və qərarları düzgün olan Sənsən», – dedilər.

قَالَ يَٓا اٰدَمُ اَنْبِئْهُمْ بِاَسْمَٓائِهِمْۚ فَلَمَّٓا اَنْبَاَهُمْ بِاَسْمَٓائِهِمْۙ قَالَ اَلَمْ اَقُلْ لَكُمْ اِنّ۪ٓي اَعْلَمُ غَيْبَ السَّمٰوَاتِ وَالْاَرْضِ وَاَعْلَمُ مَا تُبْدُونَ وَمَا كُنْتُمْ تَكْتُمُونَ

  1. Allah: «Ey Adəm! mələklərə bunların adlarını (nəyə yaradıqlarını) bildir», – dedi. Adəm onlara həmin adları deyəndə «Sizə deməmişdim, mən göylərin və yerin qeybini[49] (gizli, məxfi olanını) bilirəm. Nəyi açıqladığınızı, nəyi gizlətdiyinizi[50] də bilirəm», -dedi.

وَاِذْ قُلْنَا لِلْمَلٰٓئِكَةِ اسْجُدُوا لِاٰدَمَ فَسَجَدُٓوا اِلَّٓا اِبْل۪يسَۜ اَبٰى وَاسْتَكْبَرَ وَكَانَ مِنَ الْكَافِر۪ينَ

  1. Mələklərə: «Adəmə səcdə edin/boyun əyin![51]» – dedikdə, İblis xaric dərhal səcdəyə qapandılar. İblis imtina etdi, kibirləndi və kafirlərdən[52] oldu.

وَقُلْنَا يَٓا اٰدَمُ اسْكُنْ اَنْتَ وَزَوْجُكَ الْجَنَّةَ وَكُلَا مِنْهَا رَغَدًا حَيْثُ شِئْتُمَاۖ وَلَا تَقْرَبَا هٰذِهِ الشَّجَرَةَ فَتَكُونَا مِنَ الظَّالِم۪ينَ

  1. Dedik ki, «Ey Adəm! Sən həyat yoldaşınla birlikdə bu bağa[53] yerləş, bəyəndiyiniz yerdə o baxçadan bol bol yeyin, yalnız bu ağaca yaxınlaşmayın, yoxsa zalımlardan olarsınız».

فَاَزَلَّهُمَا الشَّيْطَانُ عَنْهَا فَاَخْرَجَهُمَا مِمَّا كَانَا ف۪يهِۖ وَقُلْنَا اهْبِطُوا بَعْضُكُمْ لِبَعْضٍ عَدُوٌّۚ وَلَكُمْ فِي الْاَرْضِ مُسْتَقَرٌّ وَمَتَاعٌ اِلٰى ح۪ينٍ

  1. Sonra o Şeytan[54] həmin ağaca görə hər ikisini aldatdı və olduqları yerdən çıxartdı. Onlara belə dedik: «Bir-birinizə düşmən[55] olaraq enin ordan![56]. Sizin üçün bu torpaqlarda məskunlaşacaq yer və bir vaxta qədər dolanacağınız şeylər olacaqdır[57]».

فَتَلَقّٰٓى اٰدَمُ مِنْ رَبِّه۪ كَلِمَاتٍ فَتَابَ عَلَيْهِۜ اِنَّهُ هُوَ التَّوَّابُ الرَّح۪يمُ

  1. Adəm Rəbbindən/Sahibindən (tövbə etmək üçün) kəlmələr öyrəndi.[58] Rəbbi də tövbəsini qəbul etdi. Şübhəsiz O, tövbələri (dönüşləri) qəbul edəndir, Rəhmlidir.

قُلْنَا اهْبِطُوا مِنْهَا جَم۪يعًاۚ فَاِمَّا يَأْتِيَنَّكُمْ مِنّ۪ي هُدًى فَمَنْ تَبِعَ هُدَايَ فَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ

  1. Onlara: «Ordan hamınız birlikdə enin! Tərəfimdən sizə bir rəhbər (kitab) gələrsə[59] və bu rəhbərimə kim tabe olarsa onlara nə qorxu olmaz, nə də üzülməzlər», – dedik.

وَالَّذ۪ينَ كَفَرُوا وَكَذَّبُوا بِاٰيَاتِنَٓا اُو۬لٰٓئِكَ اَصْحَابُ النَّارِۚ هُمْ ف۪يهَا خَالِدُونَ۟

  1. Kafirlər/Ayələrimizi inkar edib gizləyənlər[60] və onları yalan sayanlar[61] isə od əhalisidir.[62] Onlar orada ölümsüz olaraq qalacaqlar.

يَا بَن۪ٓي اِسْرَٓاء۪يلَ اذْكُرُوا نِعْمَتِيَ الَّت۪ٓي اَنْعَمْتُ عَلَيْكُمْ وَاَوْفُوا بِعَهْد۪ٓي اُو۫فِ بِعَهْدِكُمْ وَاِيَّايَ فَارْهَبُونِ

  1. Ey İsrail oğulları![63] Sizə verdiyim nemətləri xatırlayın![64] Mənə verdiyiniz sözü yerinə yetirin[65] ki, mən də sizə verdiyim sözü yerinə yetirim.[66] Ancaq Məndən qorxun.[67]

وَاٰمِنُوا بِمَٓا اَنْزَلْتُ مُصَدِّقًا لِمَا مَعَكُمْ وَلَا تَكُونُٓوا اَوَّلَ كَافِرٍ بِه۪ۖ وَلَا تَشْتَرُوا بِاٰيَات۪ي ثَمَنًا قَل۪يلًاۘ وَاِيَّايَ فَاتَّقُونِ

  1. Sizin yanınızda olanı (Tövratı)[68] təsdiqedici olaraq endirdiyimə (Qurana) inanın.[69] Onu görməzliyə vuranların ilki olmayın. Ayələrimi keçici/az[70] bir dəyərə/qiymətə satmayın. Ancaq məndən çəkinərək özünüzü qoruyun!

وَلَا تَلْبِسُوا الْحَقَّ بِالْبَاطِلِ وَتَكْتُمُوا الْحَقَّ وَاَنْتُمْ تَعْلَمُونَ

  1. Haqqa batil donu geydirməyin[71] və haqqı bilə-bilə gizlətməyin.[72]

وَاَق۪يمُوا الصَّلٰوةَ وَاٰتُوا الزَّكٰوةَ وَارْكَعُوا مَعَ الرَّاكِع۪ينَ

  1. Namazı düzgün və davamlı qılın[73], zəkatı verin[74]; rüku edənlərlə birlikdə ruku edin! (Namazı camaatla qılın)

اَتَأْمُرُونَ النَّاسَ بِالْبِرِّ وَتَنْسَوْنَ اَنْفُسَكُمْ وَاَنْتُمْ تَتْلُونَ الْكِتَابَۜ اَفَلَا تَعْقِلُونَ

  1. İnsanlara dürüst olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, həm də Kitabı/Tövratı bağlantıları ilə/əlaqəli ayələrlə birlikdə[75] oxuduğunuz halda, eləmi? Heç ağlınızı işlədirsiniz?

وَاسْتَع۪ينُوا بِالصَّبْرِ وَالصَّلٰوةِۜ وَاِنَّهَا لَكَب۪يرَةٌ اِلَّا عَلَى الْخَاشِع۪ينَۙ

  1. Səbrlə[76] /dirənclə və namaz qılaraq (Allahdan) yardım istəyin.[77] Bu, Allaha ehtiram bəsləyənlərdən başqasına ağır gəlir.

اَلَّذ۪ينَ يَظُنُّونَ اَنَّهُمْ مُلَاقُوا رَبِّهِمْ وَاَنَّهُمْ اِلَيْهِ رَاجِعُونَ۟

  1. (Mütəvazi) o kəslər, Rəbbiylə üzləşəcəklərini və Onun hüzuruna çıxarılacaqlarını başa düşənlərdir.[78]

يَا بَن۪ٓي اِسْرَٓاء۪يلَ اذْكُرُوا نِعْمَتِيَ الَّت۪ٓي اَنْعَمْتُ عَلَيْكُمْ وَاَنّ۪ي فَضَّلْتُكُمْ عَلَى الْعَالَم۪ينَ

  1. Ey İsrail oğulları! Sizə verdiyim o qədər neməti və sizi aləmlərə qarşı üstün etdiyimi xatırlayın![79]

وَاتَّقُوا يَوْمًا لَا تَجْز۪ي نَفْسٌ عَنْ نَفْسٍ شَيْـًٔا وَلَا يُقْبَلُ مِنْهَا شَفَاعَةٌ وَلَا يُؤْخَذُ مِنْهَا عَدْلٌ وَلَا هُمْ يُنْصَرُونَ

  1. Elə bir gündən çəkinib qorunun ki, o gün heç kəs heç kəsin karına gələ bilməyəcək,[80] heç kəsdən şəfaət[81] qəbul edilməyəcək, heç kəsdən fidyə alınmayacaq və heç kəsə yardım edilməyəcəkdir[82].

وَاِذْ نَجَّيْنَاكُمْ مِنْ اٰلِ فِرْعَوْنَ يَسُومُونَكُمْ سُٓوءَ الْعَذَابِ يُذَبِّحُونَ اَبْنَٓاءَكُمْ وَيَسْتَحْيُونَ نِسَٓاءَكُمْۜ وَف۪ي ذٰلِكُمْ بَلَٓاءٌ مِنْ رَبِّكُمْ عَظ۪يمٌ

  1. Vaxtilə sizi Firon xanədanından xilas etmişdik. Sizə ən ağır cəzanı verməyə çalışır, oğlanlarınızı öldürür, qadınlarınızı isə sağ saxlayırdılar. İşin içində Rabbiniz tərəfindən[83] böyük bir imtahan var idi.

وَاِذْ فَرَقْنَا بِكُمُ الْبَحْرَ فَاَنْجَيْنَاكُمْ وَاَغْرَقْنَٓا اٰلَ فِرْعَوْنَ وَاَنْتُمْ تَنْظُرُونَ

  1. Bir gün dənizi yarıb sizi xilas etmiş, Firon xanədanını da gözünüzün qabağında boğmuşduq.

وَاِذْ وٰعَدْنَا مُوسٰٓى اَرْبَع۪ينَ لَيْلَةً ثُمَّ اتَّخَذْتُمُ الْعِجْلَ مِنْ بَعْدِه۪ وَاَنْتُمْ ظَالِمُونَ

  1. Musa ilə qırx gecəlik vədələşmişdik. Yanınızdan ayrılmasından sonra siz buzovu[84] tanrı qəbul etdiniz[85] və zalım oldunuz.

ثُمَّ عَفَوْنَا عَنْكُمْ مِنْ بَعْدِ ذٰلِكَ لَعَلَّكُمْ تَشْكُرُونَ

  1. Sonra bunun ardından bəlkə şükür edərsiniz deyə[86] sizi əfv etmişdik.

وَاِذْ اٰتَيْنَا مُوسَى الْكِتَابَ وَالْفُرْقَانَ لَعَلَّكُمْ تَهْتَدُونَ

  1. Bəlkə düzgün yola gələrsiniz deyə Musaya həmin kitabı, o Furqanı[87] vermişdik.

وَاِذْ قَالَ مُوسٰى لِقَوْمِه۪ يَا قَوْمِ اِنَّكُمْ ظَلَمْتُمْ اَنْفُسَكُمْ بِاتِّخَاذِكُمُ الْعِجْلَ فَتُوبُٓوا اِلٰى بَارِئِكُمْ فَاقْتُلُٓوا اَنْفُسَكُمْۜ ذٰلِكُمْ خَيْرٌ لَكُمْ عِنْدَ بَارِئِكُمْۜ فَتَابَ عَلَيْكُمْۜ اِنَّهُ هُوَ التَّوَّابُ الرَّح۪يمُ

  1. Musa xalqına belə demişdi: «Ey xalqım! Buzovu tanrılaşdırmaqla özünüzə zülm etdiniz. Dərhal sizi fərqli xüsusiyyətlərdə yaradana[88] tövbə edin də nəfslərinizi öldürün.[89] Hər birinizi fərqli xüsusiyyətlərdə yaradanın qatında yaxşı olan budur». Sonra da Allah tövbənizi qəbul etmişdi. Şübhəsiz O, tövbələri qəbul edəndir, Rəhmlidir.

وَاِذْ قُلْتُمْ يَا مُوسٰى لَنْ نُؤْمِنَ لَكَ حَتّٰى نَرَى اللّٰهَ جَهْرَةً فَاَخَذَتْكُمُ الصَّاعِقَةُ وَاَنْتُمْ تَنْظُرُونَ

  1. Bir gün: «Bax, Musa! Allahı açıq-aşkar görənə qədər sənə əsla inanmayacayq!» dediyiniz zaman gözünüz görə-görə sizi ildırım vurmuşdu.[90]

ثُمَّ بَعَثْنَاكُمْ مِنْ بَعْدِ مَوْتِكُمْ لَعَلَّكُمْ تَشْكُرُونَ

  1. Ölümünüzdən[91] sonra yenə də sizi qaldırmışdıq ki, bəlkə şükür edəsiniz.

وَظَلَّلْنَا عَلَيْكُمُ الْغَمَامَ وَاَنْزَلْنَا عَلَيْكُمُ الْمَنَّ وَالسَّلْوٰىۜ كُلُوا مِنْ طَيِّبَاتِ مَا رَزَقْنَاكُمْۜ وَمَا ظَلَمُونَا وَلٰكِنْ كَانُٓوا اَنْفُسَهُمْ يَظْلِمُونَ

  1. Bir də buludları üstünüzə kölgəlik etdik, çörək[92] və bildirçin endirdik, «Verdiyimiz ruzilərin təmiz və ləzzətli olanlarından yeyin» dedik. Onlar zülmü/haqsızlığı bizə etmədilər, lakin, özlərinə qarşı zülm/haqsızlıq etmiş oldular.

وَاِذْ قُلْنَا ادْخُلُوا هٰذِهِ الْقَرْيَةَ فَكُلُوا مِنْهَا حَيْثُ شِئْتُمْ رَغَدًا وَادْخُلُوا الْبَابَ سُجَّدًا وَقُولُوا حِطَّةٌ نَغْفِرْ لَكُمْ خَطَايَاكُمْۜ وَسَنَز۪يدُ الْمُحْسِن۪ينَ

  1. Bir vaxtlar da belə demişdik: «Bu şəhərə daxil olun; bəyəndiyiniz nemətlərindən, bol-bol yeyin. Əmrimizə boyun əyərək qapıdan daxil olun[93] və «hıtta!/günah yükümüzü aradan qaldır!” deyin ki, xətalarınızı bağışlayaq. Gözəl davrananlara mükafatımız olacaqdır».

فَبَدَّلَ الَّذ۪ينَ ظَلَمُوا قَوْلًا غَيْرَ الَّذ۪ي ق۪يلَ لَهُمْ فَاَنْزَلْنَا عَلَى الَّذ۪ينَ ظَلَمُوا رِجْزًا مِنَ السَّمَٓاءِ بِمَا كَانُوا يَفْسُقُونَ۟

  1. Zülm edənlər, özlərinə əmr edilənin yerinə başqa bir söz dedilər[94]. Biz də yoldan çıxmalarının əvəzində zülm edənlərin üstünə göydən bir afət göndərdik[95].

وَاِذِ اسْتَسْقٰى مُوسٰى لِقَوْمِه۪ فَقُلْنَا اضْرِبْ بِعَصَاكَ الْحَجَرَۜ فَانْفَجَرَتْ مِنْهُ اثْنَتَا عَشْرَةَ عَيْنًاۜ قَدْ عَلِمَ كُلُّ اُنَاسٍ مَشْرَبَهُمْۜ كُلُوا وَاشْرَبُوا مِنْ رِزْقِ اللّٰهِ وَلَا تَعْثَوْا فِي الْاَرْضِ مُفْسِد۪ينَ

  1. Bir gün Musa xalqı üçün su istədi. «Dəyənəyini bu daşa vur!» dedik, oradan on iki çeşmə qaynadı. Hər bölük su içəcəyi yeri öyrəndi. (Onlara:) «Allahın verdiyi ruzidən yeyin-için, ancaq nizam-intizamı pozaraq ortalığı bir-birinə qatmayın» dedik.

وَاِذْ قُلْتُمْ يَا مُوسٰى لَنْ نَصْبِرَ عَلٰى طَعَامٍ وَاحِدٍ فَادْعُ لَنَا رَبَّكَ يُخْرِجْ لَنَا مِمَّا تُنْبِتُ الْاَرْضُ مِنْ بَقْلِهَا وَقِثَّٓائِهَا وَفُومِهَا وَعَدَسِهَا وَبَصَلِهَاۜ قَالَ اَتَسْتَبْدِلُونَ الَّذ۪ي هُوَ اَدْنٰى بِالَّذ۪ي هُوَ خَيْرٌۜ اِهْبِطُوا مِصْرًا فَاِنَّ لَكُمْ مَا سَاَلْتُمْۜ وَضُرِبَتْ عَلَيْهِمُ الذِّلَّةُ وَالْمَسْكَنَةُ وَبَٓاؤُ۫ بِغَضَبٍ مِنَ اللّٰهِۜ ذٰلِكَ بِاَنَّهُمْ كَانُوا يَكْفُرُونَ بِاٰيَاتِ اللّٰهِ وَيَقْتُلُونَ النَّبِيّ۪نَ بِغَيْرِ الْحَقِّۜ ذٰلِكَ بِمَا عَصَوْا وَكَانُوا يَعْتَدُونَ۟

  1. Bir vaxt belə demişdiniz: «Musa, eyni yeməyə dözə bilməyəcəyik. Rəbbinə/Sahibinə yalvar ki, bizə torpaq məhsullarından tərəvəz, xiyar, sarımsaq, mərcimək və soğan yetişdirsin!» O da sizə: «Xeyirli olanı daha aşağı olanla dəyişmək istəyirsiniz?[96] Enin bir şəhərə, istədiyiniz şeylər orada var!», – dedi. Başlarına səfillik və əlacsızlıq çökmüş, Allahın qəzəbiylə çökmüşdülər. Elə olmuşdu, çünki Allahın ayələrini görməzdən gəlir və nəbilərini[97] haqsız yerə öldürürdülər.[98] Elə olmuşdu, çünki üsyana qalxır və həddi aşırdılar.

اِنَّ الَّذ۪ينَ اٰمَنُوا وَالَّذ۪ينَ هَادُوا وَالنَّصَارٰى وَالصَّابِـ۪ٔينَ مَنْ اٰمَنَ بِاللّٰهِ وَالْيَوْمِ الْاٰخِرِ وَعَمِلَ صَالِحًا فَلَهُمْ اَجْرُهُمْ عِنْدَ رَبِّهِمْۖ وَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ

  1. (Qurana) inananlarla və Yəhudi[99], Xristian[100] və Sabiilərdən[101] Allaha və axirət gününə inanan və xeyirxah işlər görənlərin[102] mükafatları Rəbbləri qatındadır. Onların üzərində qorxu olmaz, kədərlənməzlər də.[103]

وَاِذْ اَخَذْنَا م۪يثَاقَكُمْ وَرَفَعْنَا فَوْقَكُمُ الطُّورَۜ خُذُوا مَٓا اٰتَيْنَاكُمْ بِقُوَّةٍ وَاذْكُرُوا مَا ف۪يهِ لَعَلَّكُمْ تَتَّقُونَ

  1. Bir gün Turu[104] (Sina dağını) üstünüzə qaldıraraq sizdən qəti söz almışdıq: «Sizə verdiyimizə (Tövrata) möhkəm yapışın, onda olanı yadınızdan çıxartmayın ki, özünüzü qoruya biləsiniz!», – demişdik.

ثُمَّ تَوَلَّيْتُمْ مِنْ بَعْدِ ذٰلِكَۚ فَلَوْلَا فَضْلُ اللّٰهِ عَلَيْكُمْ وَرَحْمَتُهُ لَكُنْتُمْ مِنَ الْخَاسِر۪ينَ

  1. Buna baxmayaraq sonra üz döndərmişdiniz. Əgər üzərinizdə Allahın lütfü və mərhəməti olmasaydı, əlbəttə, hər şeyini itirənlərdən olardınız.

وَلَقَدْ عَلِمْتُمُ الَّذ۪ينَ اعْتَدَوْا مِنْكُمْ فِي السَّبْتِ فَقُلْنَا لَهُمْ كُونُوا قِرَدَةً خَاسِـ۪ٔينَۚ

  1. Şübhəsiz ki siz, aranızdan şənbə qadağasını[105] çeynəyənləri bilirsiniz. Onlara «İyrənc meymunlar kimi olun!» demişdik.[106]

فَجَعَلْنَاهَا نَكَالًا لِمَا بَيْنَ يَدَيْهَا وَمَا خَلْفَهَا وَمَوْعِظَةً لِلْمُتَّق۪ينَ

  1. Bunu, həmin gün yaşayanlara və ardınca gələnlərə ibrətlik bir dərs və müttəqilərə/günahlardan çəkinənlərə nəsihət olsun deyə etmişdik.

وَاِذْ قَالَ مُوسٰى لِقَوْمِه۪ٓ اِنَّ اللّٰهَ يَأْمُرُكُمْ اَنْ تَذْبَحُوا بَقَرَةًۜ قَالُٓوا اَتَتَّخِذُنَا هُزُوًاۜ قَالَ اَعُوذُ بِاللّٰهِ اَنْ اَكُونَ مِنَ الْجَاهِل۪ينَ

  1. Bir gün Musa xalqına «Allah bir öküz kəsməyinizi əmr edir!» dedi.[107] Onlar isə: «Sən bizi ələ salırsan?» – dedilər. O da «Həddini bilməz cahillərdən[108] olmaqdan Allaha sığınıram» – dedi.

قَالُوا ادْعُ لَنَا رَبَّكَ يُبَيِّنْ لَنَا مَا هِيَۜ قَالَ اِنَّهُ يَقُولُ اِنَّهَا بَقَرَةٌ لَا فَارِضٌ وَلَا بِكْرٌۜ عَوَانٌ بَيْنَ ذٰلِكَۜ فَافْعَلُوا مَا تُؤْمَرُونَ

  1. «Bizim üçün Rəbbinə dua et soruş, o nə cür bir şeydir, bizə izah etsin!» dedilər. Dedi ki O, belə deyir: «Nə yaşlı, nə körpə, ikisinin ortasında olan bir öküz». Sizə əmr olunan şeyi yerinə yetirin!»

قَالُوا ادْعُ لَنَا رَبَّكَ يُبَيِّنْ لَنَا مَا لَوْنُهَاۜ قَالَ اِنَّهُ يَقُولُ اِنَّهَا بَقَرَةٌ صَفْرَٓاءُۙ فَاقِعٌ لَوْنُهَا تَسُرُّ النَّاظِر۪ينَ

  1. «Bizim üçün Rəbbinə dua et soruş, bizə nə rəng olduğunu da izah etsin!” – dedilər. Musa dedi ki, Rəbbim belə deyir: «O sarı bir öküzdür, sapsarı rəngdə, baxanlara xoş gəlir».

قَالُوا ادْعُ لَنَا رَبَّكَ يُبَيِّنْ لَنَا مَا هِيَۙ اِنَّ الْبَقَرَ تَشَابَهَ عَلَيْنَاۜ وَاِنَّٓا اِنْ شَٓاءَ اللّٰهُ لَمُهْتَدُونَ

  1. «Bizim üçün Rəbbindən bir daha soruş, onun necə bir şey olduğunu yaxşı açıqlasın! O öküz bizim bildiyimiz bir öküzə bənzədi.[109] Allah nəsib edərsə onu mütləq taparıq!» dedilər.

قَالَ اِنَّهُ يَقُولُ اِنَّهَا بَقَرَةٌ لَا ذَلُولٌ تُث۪يرُ الْاَرْضَ وَلَا تَسْقِي الْحَرْثَۚ مُسَلَّمَةٌ لَا شِيَةَ ف۪يهَاۜ قَالُوا الْـٰٔنَ جِئْتَ بِالْحَقِّۜ فَذَبَحُوهَا وَمَا كَادُوا يَفْعَلُونَ۟

  1. Dedi ki, Rəbbim belə deyir: «O bir buğadır;[110] nə qoşquyla yer şumlayıb, nə də əkin suvarmışdır. Səllimdir/Sərbəstdir, ala-bula da deyildir». «Həqiqəti indi gətirdin!» dedilər və nəhayət onu kəsdilər. Azqala əmri yerinə yetirməyəcəkdilər.

وَاِذْ قَتَلْتُمْ نَفْسًا فَادّٰرَءْتُمْ ف۪يهَاۜ وَاللّٰهُ مُخْرِجٌ مَا كُنْتُمْ تَكْتُمُونَۚ

  1. Bir gün bir nəfəri öldürüb cinayəti bir-birinizə atmışdınız. Allah bütün gizlətdiklərinizi ortaya çıxaracaqdır.

فَقُلْنَا اضْرِبُوهُ بِبَعْضِهَاۜ كَذٰلِكَ يُحْيِ اللّٰهُ الْمَوْتٰى وَيُر۪يكُمْ اٰيَاتِه۪ لَعَلَّكُمْ تَعْقِلُونَ

  1. «Ölənin bədəninin parçasını yerinə yerləşdirin![111]» dedik. Allah ölülərə bu cür (hissələri birləşdirərək) can verir.[112] Sizə ayələrini göstərir ki, ağlınızı işlədəsiniz.

ثُمَّ قَسَتْ قُلُوبُكُمْ مِنْ بَعْدِ ذٰلِكَ فَهِيَ كَالْحِجَارَةِ اَوْ اَشَدُّ قَسْوَةًۜ وَاِنَّ مِنَ الْحِجَارَةِ لَمَا يَتَفَجَّرُ مِنْهُ الْاَنْهَارُۜ وَاِنَّ مِنْهَا لَمَا يَشَّقَّقُ فَيَخْرُجُ مِنْهُ الْمَٓاءُۜ وَاِنَّ مِنْهَا لَمَا يَهْبِطُ مِنْ خَشْيَةِ اللّٰهِۜ وَمَا اللّٰهُ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ

  1. Bütün bunların ardından yenə də qəlbləriniz qatılaşdı; artıq onlar daş kimi, hətta daha da qatıdır. Elə daşlar var ki içindən çaylar axar.[113] Çatlayıb içindən su çıxan hətta Allah qorxusundan aşağı yuvarlanan daşlar da var. Allah, etdiyiniz heç bir şeydən xəbərsiz deyildir.

اَفَتَطْمَعُونَ اَنْ يُؤْمِنُوا لَكُمْ وَقَدْ كَانَ فَر۪يقٌ مِنْهُمْ يَسْمَعُونَ كَلَامَ اللّٰهِ ثُمَّ يُحَرِّفُونَهُ مِنْ بَعْدِ مَا عَقَلُوهُ وَهُمْ يَعْلَمُونَ

  1. İndi bunların sizə inanıb güvənmələrini gözləyirsiniz? Aralarından bəziləri Allahın sözünə/Qurana qulaq asar, (öz kitabıyla) əlaqəsini qurduqdan sonra onu təhrif edərlər/başqa tərəfə çəkərlər.[114] Bunu bilə-bilə edərlər.

وَاِذَا لَقُوا الَّذ۪ينَ اٰمَنُوا قَالُٓوا اٰمَنَّاۚ وَاِذَا خَلَا بَعْضُهُمْ اِلٰى بَعْضٍ قَالُٓوا اَتُحَدِّثُونَهُمْ بِمَا فَتَحَ اللّٰهُ عَلَيْكُمْ لِيُحَٓاجُّوكُمْ بِه۪ عِنْدَ رَبِّكُمْۜ اَفَلَا تَعْقِلُونَ

  1. Allahın Kitabına inanıb güvənənlərlə qarşılaşanda «Biz ona güvənirik!» deyərlər. Bir-biriylə baş-başa qalanda da belə deyirlər: «Allahın sizə göstərdiyi şeyi (həmin Kitabın doğruluğunu) niyə onlara söyləyirsiniz? Rəbbinizin qatında sizə qarşı dəlil gətirsinlər deyəmi onlara deyirsiz? Heç ağlınızı işlətmirsiniz?»[115]

اَوَلَا يَعْلَمُونَ اَنَّ اللّٰهَ يَعْلَمُ مَا يُسِرُّونَ وَمَا يُعْلِنُونَ

  1. Bilmirlərmi? Allah onların gizlədiklərini də bilir, aşkara çıxardıqlarını da bilir.[116]

وَمِنْهُمْ اُمِّيُّونَ لَا يَعْلَمُونَ الْكِتَابَ اِلَّٓا اَمَانِيَّ وَاِنْ هُمْ اِلَّا يَظُنُّونَ

  1. Onların bir hissəsi ümmidir,[117] kitabı bilməzlər, onlar sadəcə xam xəyallarına[118] əsaslanırlar.

فَوَيْلٌ لِلَّذ۪ينَ يَكْتُبُونَ الْكِتَابَ بِاَيْد۪يهِمْ ثُمَّ يَقُولُونَ هٰذَا مِنْ عِنْدِ اللّٰهِ لِيَشْتَرُوا بِه۪ ثَمَنًا قَل۪يلًاۜ فَوَيْلٌ لَهُمْ مِمَّا كَتَبَتْ اَيْد۪يهِمْ وَوَيْلٌ لَهُمْ مِمَّا يَكْسِبُونَ

  1. Vay o kəslərə ki, əlləriylə kitab yazarlar, sonra keçici/az[119] bir dəyərə/qiymətə[120] satmaq üçün «Bu Allah qatındandır!» deyərlər. Əllərinin yazdıqlarından ötrü vay onların halına! Qazandıqlarından ötrü vay onların halına![121]

وَقَالُوا لَنْ تَمَسَّنَا النَّارُ اِلَّٓا اَيَّامًا مَعْدُودَةًۜ قُلْ اَتَّخَذْتُمْ عِنْدَ اللّٰهِ عَهْدًا فَلَنْ يُخْلِفَ اللّٰهُ عَهْدَهُٓ اَمْ تَقُولُونَ عَلَى اللّٰهِ مَا لَا تَعْلَمُونَ

  1. Onlar «Od bizə bir neçə gündən artıq toxunmaz!» deyirlər.[122] De ki, «Allah qatından söz aldınız? Əgər elədirsə, Allah sözündən dönməz. Yoxsa Allaha qarşı bilmədiyinizi söyləyirsiniz?»

بَلٰى مَنْ كَسَبَ سَيِّئَةً وَاَحَاطَتْ بِه۪ خَط۪ٓيـَٔتُهُ فَاُو۬لٰٓئِكَ اَصْحَابُ النَّارِۚ هُمْ ف۪يهَا خَالِدُونَ

  1. Xeyr! Pisliyi qazanan və bu xətaları onu bürüyən kəslər, onlar atəş əhalisidir[123], orada həmişəlik qalacaqlar.

وَالَّذ۪ينَ اٰمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ اُو۬لٰٓئِكَ اَصْحَابُ الْجَنَّةِۚ هُمْ ف۪يهَا خَالِدُونَ۟

  1. Allaha inanıb güvənən və yaxşı işlər edənlər də Cənnət əhalisidirlər. Onlar da orada ölümsüz qalacaqlar.

وَاِذْ اَخَذْنَا م۪يثَاقَ بَن۪ٓي اِسْرَٓاء۪يلَ لَا تَعْبُدُونَ اِلَّا اللّٰهَ وَبِالْوَالِدَيْنِ اِحْسَانًا وَذِي الْقُرْبٰى وَالْيَتَامٰى وَالْمَسَاك۪ينِ وَقُولُوا لِلنَّاسِ حُسْنًا وَاَق۪يمُوا الصَّلٰوةَ وَاٰتُوا الزَّكٰوةَۜ ثُمَّ تَوَلَّيْتُمْ اِلَّا قَل۪يلًا مِنْكُمْ وَاَنْتُمْ مُعْرِضُونَ

  1. Bir gün İsrail oğullarından belə bir əhd almışdıq: «Allahdan başqasına qul olmayacaqsınız, valideynlərinizə, yaxınlarınıza, yetimlərə və miskinə/çarəsizlərə[124] yaxşı davranacaqsınız. İnsanlarla gözəl danışacaq, namazı tam qılacaq və zəkatı verəcəksiniz» – deyə söz almışdıq. Sonra çox azı istisna olmaqla hamısı üz çevirib sözlərindən dönmüşdülər.

وَاِذْ اَخَذْنَا م۪يثَاقَكُمْ لَا تَسْفِكُونَ دِمَٓاءَكُمْ وَلَا تُخْرِجُونَ اَنْفُسَكُمْ مِنْ دِيَارِكُمْ ثُمَّ اَقْرَرْتُمْ وَاَنْتُمْ تَشْهَدُونَ

  1. «Bir-birinizin qanını tökməyəcəksiniz, sizdən olanları yurdunuzdan çıxartmayacaqsınız!» – deyə söz aldıq. Bunu qəbul etmişdiniz, siz bunu (Tövratda[125]) görürsünüz.

ثُمَّ اَنْتُمْ هٰٓؤُ۬لَٓاءِ تَقْتُلُونَ اَنْفُسَكُمْ وَتُخْرِجُونَ فَر۪يقًا مِنْكُمْ مِنْ دِيَارِهِمْۘ تَظَاهَرُونَ عَلَيْهِمْ بِالْاِثْمِ وَالْعُدْوَانِۜ وَاِنْ يَأْتُوكُمْ اُسَارٰى تُفَادُوهُمْ وَهُوَ مُحَرَّمٌ عَلَيْكُمْ اِخْرَاجُهُمْۜ اَفَتُؤْمِنُونَ بِبَعْضِ الْكِتَابِ وَتَكْفُرُونَ بِبَعْضٍۚ فَمَا جَزَٓاءُ مَنْ يَفْعَلُ ذٰلِكَ مِنْكُمْ اِلَّا خِزْيٌ فِي الْحَيٰوةِ الدُّنْيَاۚ وَيَوْمَ الْقِيٰمَةِ يُرَدُّونَ اِلٰٓى اَشَدِّ الْعَذَابِۜ وَمَا اللّٰهُ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ

  1. Artıq siz elə bir haldasınız ki, bir-birinizi öldürür, aranızdan bəzilərini yurdlarından çıxarır, onlara qarşı günah işləməyə[126] və düşmənçiliyə dəstək verirsiniz. Əsir düşdükləri xəbəri gələndə də fidyə verib qurtarırsız. Halbuki onları (yurdlarından) çıxarmaq sizə haramdır. İndi siz, Kitabın (Tövratın) bir hissəsinə inanır, bir hissəsini görməzliyə vurursunuz? Aranızdan bunu edənin layiq olduğu cəzası bu həyatda rüsvayçılıqdan başqası deyildir. Belələrinə Qiyamət/məzardan qalxış[127] günündə əzabın ən şiddətlisi verilər. Allah, etdiyiniz heç bir şeydən xəbərsiz deyildir.

اُو۬لٰٓئِكَ الَّذ۪ينَ اشْتَرَوُا الْحَيٰوةَ الدُّنْيَا بِالْاٰخِرَةِۘ فَلَا يُخَفَّفُ عَنْهُمُ الْعَذَابُ وَلَا هُمْ يُنْصَرُونَ۟

  1. Onlar, dünya həyatına qarşılıq axirətini satmış kimsələrdir. Onların əzabları yüngülləşdirilməz, yardım da görməzlər.

وَلَقَدْ اٰتَيْنَا مُوسَى الْكِتَابَ وَقَفَّيْنَا مِنْ بَعْدِه۪ بِالرُّسُلِ وَاٰتَيْنَا ع۪يسَى ابْنَ مَرْيَمَ الْبَيِّنَاتِ وَاَيَّدْنَاهُ بِرُوحِ الْقُدُسِۜ اَفَكُلَّمَا جَٓاءَكُمْ رَسُولٌ بِمَا لَا تَهْوٰٓى اَنْفُسُكُمُ اسْتَكْبَرْتُمْۚ فَفَر۪يقًا كَذَّبْتُمْۘ وَفَر۪يقًا تَقْتُلُونَ

  1. Musaya həmin kitabı vermişdik, sonra da ard-arda elçilər göndərmişdik. Məryəm oğlu İsaya da aşkar sənədlər (möcüzələr) vermiş, onu Müqəddəs Ruh (Cəbrail) ilə gücləndirmişdik. Sizin xoşunuza gəlməyən bir şeylə gələn elçiyə hər səfərində təkəbbürlük göstərməliydiniz? Bəzisini yalançı hesab edib, bəzilərini də öldürməli/etibarsızlaşdırmalı idiniz?[128]

وَقَالُوا قُلُوبُنَا غُلْفٌۜ بَلْ لَعَنَهُمُ اللّٰهُ بِكُفْرِهِمْ فَقَل۪يلًا مَا يُؤْمِنُونَ

  1. Onlar dedilər: «Bizim qəlblərimiz qapalıdır![129]» Xeyr, ayələri görməzliyə vurduqlarına görə Allah onları kənarlaşdırdı.[130] Artıq çox azı inanır.

وَلَمَّا جَٓاءَهُمْ كِتَابٌ مِنْ عِنْدِ اللّٰهِ مُصَدِّقٌ لِمَا مَعَهُمْۙ وَكَانُوا مِنْ قَبْلُ يَسْتَفْتِحُونَ عَلَى الَّذ۪ينَ كَفَرُواۚ فَلَمَّا جَٓاءَهُمْ مَا عَرَفُوا كَفَرُوا بِه۪ۘ فَلَعْنَةُ اللّٰهِ عَلَى الْكَافِر۪ينَ

  1. Nəhayət Allahın qatından yanlarında olanı təsdiq edən Kitab gəldi. Əvvəllər kafirlərə qarşı qələbə çalmaq arzusundaydılar. Amma tanıdıqları[131] Kitab gələndə onu inkar edib gizlədilər. Allahın lənəti (kənarlaşdırması) bu cür kafirlərədir.[132]

بِئْسَمَا اشْتَرَوْا بِه۪ٓ اَنْفُسَهُمْ اَنْ يَكْفُرُوا بِمَٓا اَنْزَلَ اللّٰهُ بَغْيًا اَنْ يُنَزِّلَ اللّٰهُ مِنْ فَضْلِه۪ عَلٰى مَنْ يَشَٓاءُ مِنْ عِبَادِه۪ۚ فَبَٓاؤُ۫ بِغَضَبٍ عَلٰى غَضَبٍۜ وَلِلْكَافِر۪ينَ عَذَابٌ مُه۪ينٌ

  1. Allahın, bəndələrindən seçdiyi[133] birinə Öz lütfündən Kitab nazil etməsinə paxıllıq edərək Allahın nazil etdiyini inkar edib gizləməklə, özlərini nə pis satdılar! Başlarına qəzəb üstünə qəzəb gəldi. Həmin kafirlərin layiq olduqları alçaldıcı bir əzabdır.

وَاِذَا ق۪يلَ لَهُمْ اٰمِنُوا بِمَٓا اَنْزَلَ اللّٰهُ قَالُوا نُؤْمِنُ بِمَٓا اُنْزِلَ عَلَيْنَا وَيَكْفُرُونَ بِمَا وَرَٓاءَهُ وَهُوَ الْحَقُّ مُصَدِّقًا لِمَا مَعَهُمْۜ قُلْ فَلِمَ تَقْتُلُونَ اَنْبِيَٓاءَ اللّٰهِ مِنْ قَبْلُ اِنْ كُنْتُمْ مُؤْمِن۪ينَ

  1. Onlara «Allahın endirdiyinə inanıb güvənin!» deyildikdə «Biz bizə endirilənə güvənirik!» deyərlər və onun arxasınca gələni (Quranı) görməzlikdə dirənirlər. Halbuki o tamamilə həqiqətdir və yanlarındakını təsdiqedici mahiyyətdədir. De ki, «Kitabınıza inanırdınızsa, indiyə kimi Allahın nəbilərini (nəbiliklərini) niyə öldürürdünüz?»[134]

وَلَقَدْ جَٓاءَكُمْ مُوسٰى بِالْبَيِّنَاتِ ثُمَّ اتَّخَذْتُمُ الْعِجْلَ مِنْ بَعْدِه۪ وَاَنْتُمْ ظَالِمُونَ

  1. Musa sizə açıq sənədlərlə (möcüzələrlə) gəlmişdi. Yanınızdan ayrılmasından sonra siz buzovu[135] tanrı qəbul etdiniz və zalım oldunuz.

وَاِذْ اَخَذْنَا م۪يثَاقَكُمْ وَرَفَعْنَا فَوْقَكُمُ الطُّورَۜ خُذُوا مَٓا اٰتَيْنَاكُمْ بِقُوَّةٍ وَاسْمَعُواۜ قَالُوا سَمِعْنَا وَعَصَيْنَا وَاُشْرِبُوا ف۪ي قُلُوبِهِمُ الْعِجْلَ بِكُفْرِهِمْۜ قُلْ بِئْسَمَا يَأْمُرُكُمْ بِه۪ٓ ا۪يمَانُكُمْ اِنْ كُنْتُمْ مُؤْمِن۪ينَ

  1. Bir gün Turu başınıza qaldıraraq[136] sizdən qəti söz almış «Sizə verdiyimizdən möhkəm yapışın və qulaq asın!» demişdik. Siz də «Qulaq asdıq və möhkəm yapışdıq»[137], demişdiniz. Halbuki ayələri görməzliyə vurduqlarına görə buğa məhəbbəti onların qəlblərinə yeridilmişdi. De ki, «Əgər möminsinizsə, imanınız sizdən nə pis şey istəyir!»[138] 

قُلْ اِنْ كَانَتْ لَكُمُ الدَّارُ الْاٰخِرَةُ عِنْدَ اللّٰهِ خَالِصَةً مِنْ دُونِ النَّاسِ فَتَمَنَّوُا الْمَوْتَ اِنْ كُنْتُمْ صَادِق۪ينَ

  1. De ki, «Axirət yurdu Allah qatında başqa insanlara deyil, ancaq sizə məxsusdursa və əgər doğru söyləyənlərdənsinizsə, ölümü arzulayın!»

وَلَنْ يَتَمَنَّوْهُ اَبَدًا بِمَا قَدَّمَتْ اَيْد۪يهِمْۜ وَاللّٰهُ عَل۪يمٌ بِالظَّالِم۪ينَ

  1. Əlləriylə etdikləri ucbatından ölümü heç vaxt istəyə bilməzlər. Allah zalımları bilir.

وَلَتَجِدَنَّهُمْ اَحْرَصَ النَّاسِ عَلٰى حَيٰوةٍۚ وَمِنَ الَّذ۪ينَ اَشْرَكُوا يَوَدُّ اَحَدُهُمْ لَوْ يُعَمَّرُ اَلْفَ سَنَةٍۚ وَمَا هُوَ بِمُزَحْزِحِه۪ مِنَ الْعَذَابِ اَنْ يُعَمَّرَۜ وَاللّٰهُ بَص۪يرٌ بِمَا يَعْمَلُونَ۟

  1. Qəti olaraq görəcəksən ki, insanların arasında yaşamağa ən çox həris olanlar onlardır. Hətta müşriklərdən[139] də hərisdirlər. Onlardan hər biri min il ömür sürmə eşqindədir. O qədər ömür verilsə də, bu onları əzabdan uzaqlaşdırası deyil. Allah, onların nə etdiklərini görür.

قُلْ مَنْ كَانَ عَدُوًّا لِجِبْر۪يلَ فَاِنَّهُ نَزَّلَهُ عَلٰى قَلْبِكَ بِاِذْنِ اللّٰهِ مُصَدِّقًا لِمَا بَيْنَ يَدَيْهِ وَهُدًى وَبُشْرٰى لِلْمُؤْمِن۪ينَ

  1. De ki, «Kim Cəbrailə qarşı düşmənçilik edərsə, bilsin ki, əvvəlkiləri təsdiq edən bir rəhbər olan və möminlərə müjdə verən bu kitabı sənin qəlbinə Allahın izniylə nazil edən Odur!».

مَنْ كَانَ عَدُوًّا لِلّٰهِ وَمَلٰٓئِكَتِه۪ وَرُسُلِه۪ وَجِبْر۪يلَ وَم۪يكَالَ فَاِنَّ اللّٰهَ عَدُوٌّ لِلْكَافِر۪ينَ

  1. Kim Allaha, mələklərinə, elçilərinə, Cəbrailə və Mikailə[140] düşmən olarsa,[141] Allah da həmin kafirlərə düşmən olar.

وَلَقَدْ اَنْزَلْنَٓا اِلَيْكَ اٰيَاتٍ بَيِّنَاتٍۚ وَمَا يَكْفُرُ بِهَٓا اِلَّا الْفَاسِقُونَ

  1. Sənə açıq ayələr[142] endirdik. Yoldan çıxanlardan başqa heç kim onları görməzliyə vurmaz.

اَوَكُلَّمَا عَاهَدُوا عَهْدًا نَبَذَهُ فَر۪يقٌ مِنْهُمْۜ بَلْ اَكْثَرُهُمْ لَا يُؤْمِنُونَ

  1. Bunlar nə vaxt bir əhd bağlasalar, aralarından bəziləri həmin əhdi pozmadımı?[143] Əslində onların çoxu inanıb güvənməzlər.

وَلَمَّا جَٓاءَهُمْ رَسُولٌ مِنْ عِنْدِ اللّٰهِ مُصَدِّقٌ لِمَا مَعَهُمْ نَبَذَ فَر۪يقٌ مِنَ الَّذ۪ينَ اُو۫تُوا الْكِتَابَۗ كِتَابَ اللّٰهِ وَرَٓاءَ ظُهُورِهِمْ كَاَنَّهُمْ لَا يَعْلَمُونَ

  1. Allah qatından yanlarında olanı təsdiq edən bir elçi[144] gələndə, Kitab verilənlərdən bir hissəsi Allahın Kitabını sanki heç bilmirmiş kimi qulaqardına vurdular.

وَاتَّبَعُوا مَا تَتْلُوا الشَّيَاط۪ينُ عَلٰى مُلْكِ سُلَيْمٰنَۚ وَمَا كَفَرَ سُلَيْمٰنُ وَلٰكِنَّ الشَّيَاط۪ينَ كَفَرُوا يُعَلِّمُونَ النَّاسَ السِّحْرَۗ وَمَٓا اُنْزِلَ عَلَى الْمَلَكَيْنِ بِبَابِلَ هَارُوتَ وَمَارُوتَۜ وَمَا يُعَلِّمَانِ مِنْ اَحَدٍ حَتّٰى يَقُولَٓا اِنَّمَا نَحْنُ فِتْنَةٌ فَلَا تَكْفُرْۜ فَيَتَعَلَّمُونَ مِنْهُمَا مَا يُفَرِّقُونَ بِه۪ بَيْنَ الْمَرْءِ وَزَوْجِه۪ۜ وَمَا هُمْ بِضَٓارّ۪ينَ بِه۪ مِنْ اَحَدٍ اِلَّا بِاِذْنِ اللّٰهِۜ وَيَتَعَلَّمُونَ مَا يَضُرُّهُمْ وَلَا يَنْفَعُهُمْۜ وَلَقَدْ عَلِمُوا لَمَنِ اشْتَرٰيهُ مَا لَهُ فِي الْاٰخِرَةِ مِنْ خَلَاقٍ۠ وَلَبِئْسَ مَا شَرَوْا بِه۪ٓ اَنْفُسَهُمْۜ لَوْ كَانُوا يَعْلَمُونَ

  1. Onlar, Süleymanın hakimiyyətinin əleyhinə şeytanların oxuduqları[145] şeylərə tabe oldular. Süleyman kafir olmadı, amma insanlara həmin sehrli[146] sözləri öyrədən şeytanlar[147] kafir oldular.[148] Bir də vaxtilə (bu yəhudilər) Babildə o iki məliyin,[149] Harut ilə Marutun başına gələnlərin[150] də ardınca düşdülər. Halbuki onlar: «Biz böyük bir bəlaya düşürüldük,[151] əsla bunu nəzərdən qaçırma!» deməmiş başqasına bir şey öyrətməzdilər. Amma bunlar[152] o ikisindən ərlə arvadın arasını ayıracaq şeylər öyrənirdilər. Halbuki Allah təsdiqləmədən onunla heç kimə ziyan verə bilməzdilər. Onlar, işlərinə yaramayan, ancaq ziyanı olan şeyi öyrənirlər. Yaxşı bilirlər ki, bunu seçənin axirətdə əlinə heç nə keçməz. Özlərini necə pis şeyə satırlar! Kaş ki, bunu bilsələr!

وَلَوْ اَنَّهُمْ اٰمَنُوا وَاتَّقَوْا لَمَثُوبَةٌ مِنْ عِنْدِ اللّٰهِ خَيْرٌۜ لَوْ كَانُوا يَعْلَمُونَ۟

  1. (Bu yəhudilər Qurana) inanıb güvənsələr və özlərini yanlışlardan qorusalar, Allah qatından əldə edəcəkləri qarşılıq, əlbəttə, çox xeyirli olar. Kaş ki, bunu bilsələr!

يَٓا اَيُّهَا الَّذ۪ينَ اٰمَنُوا لَا تَقُولُوا رَاعِنَا وَقُولُوا انْظُرْنَا وَاسْمَعُواۜ وَلِلْكَافِر۪ينَ عَذَابٌ اَل۪يمٌ

  1. Ey inanıb güvənənlər! «Bizi güd!» deməyin, «Bizə nəzarət et!»[153] deyin və qulaq asın. Ayələrimi görməzlikdə dirənənlər üçün acı verən bir əzab vardır.

مَا يَوَدُّ الَّذ۪ينَ كَفَرُوا مِنْ اَهْلِ الْكِتَابِ وَلَا الْمُشْرِك۪ينَ اَنْ يُنَزَّلَ عَلَيْكُمْ مِنْ خَيْرٍ مِنْ رَبِّكُمْۜ وَاللّٰهُ يَخْتَصُّ بِرَحْمَتِه۪ مَنْ يَشَٓاءُۜ وَاللّٰهُ ذُو الْفَضْلِ الْعَظ۪يمِ

  1. Kitab əhlindən[154] kafir olanlar, sizə Rəbbinizdən bir xeyrin nazil olmasını heç istəməzlər. Müşriklər də belədir. Allah, düzgün seçim edən kimsəyə mərhəmətini bəxş edər. Allah böyük lütf sahibidir.

مَا نَنْسَخْ مِنْ اٰيَةٍ اَوْ نُنْسِهَا نَأْتِ بِخَيْرٍ مِنْهَٓا اَوْ مِثْلِهَاۜ اَلَمْ تَعْلَمْ اَنَّ اللّٰهَ عَلٰى كُلِّ شَيْءٍ قَد۪يرٌ

  1. Biz bir ayəni ləğv etsək və ya unutdursaq[155], əvəzinə ya daha xeyirlisini, ya da eynisini gətirərik.[156] Bilmirsən ki, hər şeyə ölçü qoyan Allahdır?

اَلَمْ تَعْلَمْ اَنَّ اللّٰهَ لَهُ مُلْكُ السَّمٰوَاتِ وَالْاَرْضِۜ وَمَا لَكُمْ مِنْ دُونِ اللّٰهِ مِنْ وَلِيٍّ وَلَا نَص۪يرٍ

  1. Bilmirsən ki, göylərin və yerin mülkiyyətçiliyi Allaha məxsusdur? Allahla aranıza qoyacağınız heç bir vəliniz/himayədarınız[157] və köməkçiniz yoxdur!

اَمْ تُر۪يدُونَ اَنْ تَسْـَٔلُوا رَسُولَكُمْ كَمَا سُئِلَ مُوسٰى مِنْ قَبْلُۜ وَمَنْ يَتَبَدَّلِ الْكُفْرَ بِالْا۪يمَانِ فَقَدْ ضَلَّ سَوَٓاءَ السَّب۪يلِ

  1. Yoxsa siz daha əvvəl Musadan tələb olunanın bənzərini elçinizdən tələb etmək istəyirsiniz?[158] Kim imanını küfrə dəyişərsə, doğru yoldan çıxar.

وَدَّ كَث۪يرٌ مِنْ اَهْلِ الْكِتَابِ لَوْ يَرُدُّونَكُمْ مِنْ بَعْدِ ا۪يمَانِكُمْ كُفَّارًاۚ حَسَدًا مِنْ عِنْدِ اَنْفُسِهِمْ مِنْ بَعْدِ مَا تَبَيَّنَ لَهُمُ الْحَقُّۚ فَاعْفُوا وَاصْفَحُوا حَتّٰى يَأْتِيَ اللّٰهُ بِاَمْرِه۪ۜ اِنَّ اللّٰهَ عَلٰى كُلِّ شَيْءٍ قَد۪يرٌ

  1. Kitab əhlinin (kitablarında mütəxəsis olanların) əksəriyyəti, onlara həqiqət açıq-aşkar bəlli olduqdan sonra, nəfislərindəki paxıllıq üzündən sizi iman gətirdikdən sonra kafirliyə qaytarmaq istəyirlər. Allahın əmri gələnə kimi onları əfv edin və yeni bir səhifə açın. Şübhəsiz, Allah hər şeyə ölçü qoyandır.

وَاَق۪يمُوا الصَّلٰوةَ وَاٰتُوا الزَّكٰوةَۜ وَمَا تُقَدِّمُوا لِاَنْفُسِكُمْ مِنْ خَيْرٍ تَجِدُوهُ عِنْدَ اللّٰهِۜ اِنَّ اللّٰهَ بِمَا تَعْمَلُونَ بَص۪يرٌ

  1. Namazı düzgün və davamlı qılın, zəkatı da verin. Özünüzə etdiyiniz hər yaxşılığın əvəzini Allahın qatında tapacaqsınız. Şübhəsiz, Allah elədiklərinizi görür.

وَقَالُوا لَنْ يَدْخُلَ الْجَنَّةَ اِلَّا مَنْ كَانَ هُودًا اَوْ نَصَارٰىۜ تِلْكَ اَمَانِيُّهُمْۜ قُلْ هَاتُوا بُرْهَانَكُمْ اِنْ كُنْتُمْ صَادِق۪ينَ

  1. Onlar: “Yəhudi və ya xristianlardan başqası cənnətə girməyəcək!”, – dedilər. Bu onların xülyalarıdır. De ki, “Əgər düz deyirsinizsə, dəlilinizi gətirin!”

بَلٰى مَنْ اَسْلَمَ وَجْهَهُ لِلّٰهِ وَهُوَ مُحْسِنٌ فَلَهُٓ اَجْرُهُ عِنْدَ رَبِّه۪ۖ وَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ۟

  1. Xeyr! Gözəl davranaraq özünü Allahın rizasına təslim edənin mükafatı Rəbbinin qatındadır.[159] Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməzlər.

وَقَالَتِ الْيَهُودُ لَيْسَتِ النَّصَارٰى عَلٰى شَيْءٍۖ وَقَالَتِ النَّصَارٰى لَيْسَتِ الْيَهُودُ عَلٰى شَيْءٍۙ وَهُمْ يَتْلُونَ الْكِتَابَۜ كَذٰلِكَ قَالَ الَّذ۪ينَ لَا يَعْلَمُونَ مِثْلَ قَوْلِهِمْۚ فَاللّٰهُ يَحْكُمُ بَيْنَهُمْ يَوْمَ الْقِيٰمَةِ ف۪يمَا كَانُوا ف۪يهِ يَخْتَلِفُونَ

  1. Yəhudilər: “Xristianlar heç bir şeyə əsaslanmırlar!” deyir, xristianlar isə: “Yəhudilər heç bir şeyə əsaslanmırlar!” deyirlər. Halbuki onlar (Tövratı) bağlantıları ilə oxuyanlardır. Bilməyənlər də onların dedikləri kimi deyirlər. Allah, onların aralarındakı bu ixtilafın hökmünü Qiyamət/yenidən diriliş[160] günü verəcəkdir.

وَمَنْ اَظْلَمُ مِمَّنْ مَنَعَ مَسَاجِدَ اللّٰهِ اَنْ يُذْكَرَ ف۪يهَا اسْمُهُ وَسَعٰى ف۪ي خَرَابِهَاۜ اُو۬لٰٓئِكَ مَا كَانَ لَهُمْ اَنْ يَدْخُلُوهَٓا اِلَّا خَٓائِف۪ينَۜ لَهُمْ فِي الدُّنْيَا خِزْيٌ وَلَهُمْ فِي الْاٰخِرَةِ عَذَابٌ عَظ۪يمٌ

  1. Allahın məscidlərində Onun adının xatırlatılmasına maneçilik törədənlərdən və oraların dağılmasına çalışanlardan daha zalım kim ola bilər? Onlar qorxuya qapılmadan həmin yerlərə daxil ola bilməzlər. Onlar üçün bu dünyada alçalmaq, axirətdə isə böyük bir əzab vardır.

وَلِلّٰهِ الْمَشْرِقُ وَالْمَغْرِبُ فَاَيْنَمَا تُوَلُّوا فَثَمَّ وَجْهُ اللّٰهِۜ اِنَّ اللّٰهَ وَاسِعٌ عَل۪يمٌ

  1. Şərq də, qərb də Allahındır. Hansı tərəfə dönsəniz dönün, ora Allahın hüzurudur. Allah, imkanları geniş olan və hər şeyi biləndir.

وَقَالُوا اتَّخَذَ اللّٰهُ وَلَدًاۙ سُبْحَانَهُۜ بَلْ لَهُ مَا فِي السَّمٰوَاتِ وَالْاَرْضِۜ كُلٌّ لَهُ قَانِتُونَ

  1. “Allah övlad götürmüşdür” – dedilər. Bu Ona yaraşmaz! Göylərdə və yerdə olan hər şey Onundur, hər şey Ona boyun əyər.

بَد۪يعُ السَّمٰوَاتِ وَالْاَرْضِۜ وَاِذَا قَضٰٓى اَمْرًا فَاِنَّمَا يَقُولُ لَهُ كُنْ فَيَكُونُ

  1. Göyləri və yeri yoxdan yaradan Odur. Bir şeyin olmasına qərar verən kimi, onun üçün ancaq “Ol!” deyər, o da meydana gələr.[161]

وَقَالَ الَّذ۪ينَ لَا يَعْلَمُونَ لَوْلَا يُكَلِّمُنَا اللّٰهُ اَوْ تَأْت۪ينَٓا اٰيَةٌۜ كَذٰلِكَ قَالَ الَّذ۪ينَ مِنْ قَبْلِهِمْ مِثْلَ قَوْلِهِمْۜ تَشَابَهَتْ قُلُوبُهُمْۜ قَدْ بَيَّنَّا الْاٰيَاتِ لِقَوْمٍ يُوقِنُونَ

  1. (Kitabı) bilməyənlər “Allah bizimlə danışsa, yaxud bizə bir ayə gəlsə…” deyirlər. Əvvəlkilər də elə deyərdilər, qəlbləri bir-birinə bənzəyir. Biz ayələri yəqinliklə inanan cəmiyyətə açıq-aşkar göstərdik.[162]

اِنَّٓا اَرْسَلْنَاكَ بِالْحَقِّ بَش۪يرًا وَنَذ۪يرًاۙ وَلَا تُسْـَٔلُ عَنْ اَصْحَابِ الْجَح۪يمِ

  1. Biz səni haqq ilə (Quran ilə) müjdələyən və xəbərdar edən bir elçi olaraq göndərdik. Cəhənnəm əhalisinin cavabdehliyini sən daşımayacaqsan.

وَلَنْ تَرْضٰى عَنْكَ الْيَهُودُ وَلَا النَّصَارٰى حَتّٰى تَتَّبِعَ مِلَّتَهُمْۜ قُلْ اِنَّ هُدَى اللّٰهِ هُوَ الْهُدٰىۜ وَلَئِنِ اتَّبَعْتَ اَهْوَٓاءَهُمْ بَعْدَ الَّذ۪ي جَٓاءَكَ مِنَ الْعِلْمِۙ مَا لَكَ مِنَ اللّٰهِ مِنْ وَلِيٍّ وَلَا نَص۪يرٍ

  1. Sən onların dini həyat tərzlərinə tabe olmadıqca nə yəhudisi, nə də xristianı səndən əsla razı qalmaz. De ki, «Doğru yol Allahın göstərdiyi yoldur». Sənə bu bilik gələndən sonra əgər sən onların istəklərinə tabe olsan, Allah sənin nə vəlin/himayədarın nə də köməkçin olmaz.

اَلَّذ۪ينَ اٰتَيْنَاهُمُ الْكِتَابَ يَتْلُونَهُ حَقَّ تِلَاوَتِه۪ۜ اُو۬لٰٓئِكَ يُؤْمِنُونَ بِه۪ۜ وَمَنْ يَكْفُرْ بِه۪ فَاُو۬لٰٓئِكَ هُمُ الْخَاسِرُونَ۟

  1. Özlərinə verdiyimiz Kitabı bağlantıları ilə birlikdə layiqincə oxuyanlar,[163] onlar bu Kitaba da inanıb güvənirlər.[164] Onu görməzliyə vuranlar isə zərərə uğrayacaqlardır.

يَا بَن۪ٓي اِسْرَٓاء۪يلَ اذْكُرُوا نِعْمَتِيَ الَّت۪ٓي اَنْعَمْتُ عَلَيْكُمْ وَاَنّ۪ي فَضَّلْتُكُمْ عَلَى الْعَالَم۪ينَ

  1. Ey İsrail oğulları! Sizə verdiyim o qədər neməti[165] və sizi aləmlərə üstün etdiyimizi[166] xatırlayın!

وَاتَّقُوا يَوْمًا لَا تَجْز۪ي نَفْسٌ عَنْ نَفْسٍ شَيْـًٔا وَلَا يُقْبَلُ مِنْهَا عَدْلٌ وَلَا تَنْفَعُهَا شَفَاعَةٌ وَلَا هُمْ يُنْصَرُونَ

  1. Elə bir gündən çəkinib qorunun ki, həmin gün heç kim başqasının yerinə cəza çəkməyəcək, heç kimdən fidyə qəbul edilməyəcək, şəfaətin heç kimə faydası olmayacaq[167] və heç kimə köməklik göstərilməyəcəkdir.[168]

وَاِذِ ابْتَلٰٓى اِبْرٰه۪يمَ رَبُّهُ بِكَلِمَاتٍ فَاَتَمَّهُنَّۜ قَالَ اِنّ۪ي جَاعِلُكَ لِلنَّاسِ اِمَامًاۜ قَالَ وَمِنْ ذُرِّيَّت۪يۜ قَالَ لَا يَنَالُ عَهْدِي الظَّالِم۪ينَ

  1. Vaxtilə Rəbbi, İbrahimi bəzi sözlərlə[169] (əmrlərlə) sınağa çəkmişdi. O da onları tamamilə yerinə yetirdi.[170] Rəbbi ona: «Mən səni insanlara imam (rəhbər) edəcəyəm!» dedi. O «Nəslimdən də olsun!» deyəndə, «(Olar, amma) zalımlar Mənim əhdimə nail olmazlar» dedi.

وَاِذْ جَعَلْنَا الْبَيْتَ مَثَابَةً لِلنَّاسِ وَاَمْنًاۜ وَاتَّخِذُوا مِنْ مَقَامِ اِبْرٰه۪يمَ مُصَلًّىۜ وَعَهِدْنَٓا اِلٰٓى اِبْرٰه۪يمَ وَاِسْمٰع۪يلَ اَنْ طَهِّرَا بَيْتِيَ لِلطَّٓائِف۪ينَ وَالْعَاكِف۪ينَ وَالرُّكَّعِ السُّجُودِ

  1. O evi[171] insanların toplanacaqları və əmin-amanlıq içində olacaqları bir yer etdik. Siz «İbrahim məqamı»nı (İbrahimin ibadət etmək üçün dayandığı yerləri) ibadət yerləri edin.[172] İbrahimə və İsmailə tapşırıq verdik: «Evimi (Kəbəni) təvaf [173]edənlər, etikafda[174] olanlar, ruku və səcdə edənlər üçün tərtəmiz saxlayın!» – dedik.

وَاِذْ قَالَ اِبْرٰه۪يمُ رَبِّ اجْعَلْ هٰذَا بَلَدًا اٰمِنًا وَارْزُقْ اَهْلَهُ مِنَ الثَّمَرَاتِ مَنْ اٰمَنَ مِنْهُمْ بِاللّٰهِ وَالْيَوْمِ الْاٰخِرِۜ قَالَ وَمَنْ كَفَرَ فَاُمَتِّعُهُ قَل۪يلًا ثُمَّ اَضْطَرُّهُٓ اِلٰى عَذَابِ النَّارِۜ وَبِئْسَ الْمَص۪يرُ

  1. Bir gün İbrahim belə yalvardı: «Rəbbim, buranı etibarlı bir bölgə elə! Buranın xalqından Allaha və axirət gününə inananları hər məhsuldan yararlandır!» Allah da belə dedi: «Ayələri görməzliyə vurana da bir müddət nemətlərdən faydalandırır,[175] sonra isə onu Od əzabına məhkum edərəm. Ora nə pis dönüş yeridir!».

وَاِذْ يَرْفَعُ اِبْرٰه۪يمُ الْقَوَاعِدَ مِنَ الْبَيْتِ وَاِسْمٰع۪يلُۜ رَبَّنَا تَقَبَّلْ مِنَّاۜ اِنَّكَ اَنْتَ السَّم۪يعُ الْعَل۪يمُ

  1. İbrahim ilə İsmail birlikdə Kəbənin bünövrəsini qaldırdığı əsnada belə yalvardılar: «Rəbbimiz, bunu bizdən qəbul et, eşidən də, bilən də Sənsən!»

رَبَّنَا وَاجْعَلْنَا مُسْلِمَيْنِ لَكَ وَمِنْ ذُرِّيَّتِنَٓا اُمَّةً مُسْلِمَةً لَكَۖ وَاَرِنَا مَنَاسِكَنَا وَتُبْ عَلَيْنَاۚ اِنَّكَ اَنْتَ التَّوَّابُ الرَّح۪يمُ

  1. «Rəbbimiz! İkimizi də sənə təslim olanlardan et, nəslimizdən gələnlərdən sənə təslim olan bir ümmət meydana gətir! Bizə həcc və ümrə ibadətlərini yerinə yetirəcəyimiz yerləri göstər[176] və tövbəmizi/dönüşümüzü qəbul et! Sən tövbələri/ dönüşləri qəbul edənsən, rəhmlisən!»

رَبَّنَا وَابْعَثْ ف۪يهِمْ رَسُولًا مِنْهُمْ يَتْلُوا عَلَيْهِمْ اٰيَاتِكَ وَيُعَلِّمُهُمُ الْكِتَابَ وَالْحِكْمَةَ وَيُزَكّ۪يهِمْۜ اِنَّكَ اَنْتَ الْعَز۪يزُ الْحَك۪يمُ۟

  1. «Rəbbimiz! Onlara öz aralarından elə bir elçi çıxart ki[177], sənin ayələrini onlara bağlantıları ilə birlikdə[178] oxusun! Kitabı və hikməti[179] öyrətsin və onları dirçəltsin! Əziz/daim üstün olan, hikmət sahibi/doğru qərar verən Sənsən!»

وَمَنْ يَرْغَبُ عَنْ مِلَّةِ اِبْرٰه۪يمَ اِلَّا مَنْ سَفِهَ نَفْسَهُۜ وَلَقَدِ اصْطَفَيْنَاهُ فِي الدُّنْيَاۚ وَاِنَّهُ فِي الْاٰخِرَةِ لَمِنَ الصَّالِح۪ينَ

  1. Özünü səfehliyə vurandan başqa kim İbrahimin dini yaşama tərzindən[180] üz döndərər? Biz onu dünyada (elçi) seçdik. O, axirətdə də xeyirxahlar arasında olacaqdır.

اِذْ قَالَ لَهُ رَبُّهُٓ اَسْلِمْۙ قَالَ اَسْلَمْتُ لِرَبِّ الْعَالَم۪ينَ

  1. Rəbbi ona «Təslim ol!» deyəndə o «Varlıqların Rəbbinə/ Sahibinə təslim oldum!» demişdi.

وَوَصّٰى بِهَٓا اِبْرٰه۪يمُ بَن۪يهِ وَيَعْقُوبُۜ يَا بَنِيَّ اِنَّ اللّٰهَ اصْطَفٰى لَكُمُ الدّ۪ينَ فَلَا تَمُوتُنَّ اِلَّا وَاَنْتُمْ مُسْلِمُونَۜ

  1. İbrahim də Yəqub da bunu övladlarına vəsiyyət etmişdi. Dedilər ki, «Övladlarım! Allah sizin üçün bu dini seçdi, siz də ancaq müsəlman olmadan (Allaha təslim olmadan) ölməyin!».

اَمْ كُنْتُمْ شُهَدَٓاءَ اِذْ حَضَرَ يَعْقُوبَ الْمَوْتُۙ اِذْ قَالَ لِبَن۪يهِ مَا تَعْبُدُونَ مِنْ بَعْد۪يۜ قَالُوا نَعْبُدُ اِلٰهَكَ وَاِلٰهَ اٰبَٓائِكَ اِبْرٰه۪يمَ وَاِسْمٰع۪يلَ وَاِسْحٰقَ اِلٰهًا وَاحِدًاۚ وَنَحْنُ لَهُ مُسْلِمُونَ

  1. Yoxsa siz Yəqub ölüm döşəyində ikən orada idiniz? O övladlarına «Məndən sonra nəyə qulluq edəcəksiniz?» deyə soruşduğu zaman, onlar: «Sənin ilahına, ataların İbrahim, İsmail və İshaqın ilahına, yəni, tək ilaha qulluq edəcəyik. Biz yalnız Ona təslim olanlarıq!» dedilər.

تِلْكَ اُمَّةٌ قَدْ خَلَتْۚ لَهَا مَا كَسَبَتْ وَلَكُمْ مَا كَسَبْتُمْۚ وَلَا تُسْـَٔلُونَ عَمَّا كَانُوا يَعْمَلُونَ

  1. Onlar gəlib keçmiş bir ümmətdir/cəmiyyətdir. Onların qazandığı onlara, sizin qazandığınız sizə! Onların etdikləri işlər sizdən soruşulmayacaqdır.

وَقَالُوا كُونُوا هُودًا اَوْ نَصَارٰى تَهْتَدُواۜ قُلْ بَلْ مِلَّةَ اِبْرٰه۪يمَ حَن۪يفًاۜ وَمَا كَانَ مِنَ الْمُشْرِك۪ينَ

  1. «Yəhudi və ya Xristian olun ki, doğru yolda olasız!», dedilər. De: «Xeyr, biz doğruluqdan çaşmayan[181] İbrahimin, dini yaşama tərzinə tabeyik! O, müşriklərdən/Allaha şərik qoşanlardan deyildi».[182]

قُولُٓوا اٰمَنَّا بِاللّٰهِ وَمَٓا اُنْزِلَ اِلَيْنَا وَمَٓا اُنْزِلَ اِلٰٓى اِبْرٰه۪يمَ وَاِسْمٰع۪يلَ وَاِسْحٰقَ وَيَعْقُوبَ وَالْاَسْبَاطِ وَمَٓا اُو۫تِيَ مُوسٰى وَع۪يسٰى وَمَٓا اُو۫تِيَ النَّبِيُّونَ مِنْ رَبِّهِمْۚ لَا نُفَرِّقُ بَيْنَ اَحَدٍ مِنْهُمْۘ وَنَحْنُ لَهُ مُسْلِمُونَ

  1. Siz belə deyin: «Biz Allaha inanıb güvəndik; bizə nazil olana, İbrahimə, İsmailə, İshaqa, Yəquba və nəvələrinə göndərilənə, Musaya və İsaya verilənə, Rəbbi tərəfindən bütün nəbilərə verilənlərə[183] inandıq. Onlardan birini digərindən ayırmarıq.[184] Biz yalnız Ona təslim olanlarıq».

فَاِنْ اٰمَنُوا بِمِثْلِ مَٓا اٰمَنْتُمْ بِه۪ فَقَدِ اهْتَدَوْاۚ وَاِنْ تَوَلَّوْا فَاِنَّمَا هُمْ ف۪ي شِقَاقٍۚ فَسَيَكْف۪يكَهُمُ اللّٰهُۚ وَهُوَ السَّم۪يعُ الْعَل۪يمُۜ

  1. Əgər onlar da sizin inandığınız kimi inansalar, doğru yola gələrlər. Amma üz döndərsələr, tam bir parçalanma içinə girərlər.[185] Onlara qarşı Allah sənə kifayət edəcəkdir. O, eşidən və biləndir.

صِبْغَةَ اللّٰهِۚ وَمَنْ اَحْسَنُ مِنَ اللّٰهِ صِبْغَةًۘ وَنَحْنُ لَهُ عَابِدُونَ

  1. (Onlara belə deyin:) «Allahın boyası ilə boyanın![186] Kimin boyası Allahın boyasından gözəl ola bilər? Biz yalnız Ona qulluq edənlərik».

قُلْ اَتُحَٓاجُّونَنَا فِي اللّٰهِ وَهُوَ رَبُّنَا وَرَبُّكُمْۚ وَلَنَٓا اَعْمَالُنَا وَلَكُمْ اَعْمَالُكُمْۚ وَنَحْنُ لَهُ مُخْلِصُونَۙ

  1. De: «Bizimlə Allah haqqında mübahisə edirsiniz? O bizim Rəbbimiz/Sahibimiz olduğu kimi sizin də Rəbbinizdir. Bizim etdiklərimiz bizə, sizin etdikləriniz də sizədir. Biz Ona ürəkdən bağlı adamlarıq».

اَمْ تَقُولُونَ اِنَّ اِبْرٰه۪يمَ وَاِسْمٰع۪يلَ وَاِسْحٰقَ وَيَعْقُوبَ وَالْاَسْبَاطَ كَانُوا هُودًا اَوْ نَصَارٰىۜ قُلْ ءَاَنْتُمْ اَعْلَمُ اَمِ اللّٰهُۜ وَمَنْ اَظْلَمُ مِمَّنْ كَتَمَ شَهَادَةً عِنْدَهُ مِنَ اللّٰهِۜ وَمَا اللّٰهُ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ

  1. Yoxsa İbrahim, İsmail, İshaq, Yəqub və nəvələrinin yəhudi və ya xristian olduqlarını deyirsiniz? De ki, «Siz yaxşı bilirsiniz, yoxsa Allah?» Allahın şahidlik etdiyi bir şeyi[187] bilə-bilə gizlədəndən daha zalım kim ola bilər? Allah sizin etdiklərinizdən xəbərsiz deyildir.

تِلْكَ اُمَّةٌ قَدْ خَلَتْۚ لَهَا مَا كَسَبَتْ وَلَكُمْ مَا كَسَبْتُمْۚ وَلَا تُسْـَٔلُونَ عَمَّا كَانُوا يَعْمَلُونَ۟

  1. Onlar gəlib keçmiş bir ümmətdir/cəmiyyətdir. Onların qazandığı onlara, sizin qazandığınız da sizədir. Onların etdikləri işlər sizdən soruşulmayacaqdır.

سَيَقُولُ السُّفَهَٓاءُ مِنَ النَّاسِ مَا وَلّٰيهُمْ عَنْ قِبْلَتِهِمُ الَّت۪ي كَانُوا عَلَيْهَاۜ قُلْ لِلّٰهِ الْمَشْرِقُ وَالْمَغْرِبُۜ يَهْد۪ي مَنْ يَشَٓاءُ اِلٰى صِرَاطٍ مُسْتَق۪يمٍ

  1. İnsanların səfehləri belə deyəcəklər: «Bunları üz tutduqları qiblədən (Qüdsdən) döndərən nədir?» De: «Şərq də Allahındır, qərb də. O düzgün seçim edəni[188] düz yola istiqamətləndirər».

وَكَذٰلِكَ جَعَلْنَاكُمْ اُمَّةً وَسَطًا لِتَكُونُوا شُهَدَٓاءَ عَلَى النَّاسِ وَيَكُونَ الرَّسُولُ عَلَيْكُمْ شَه۪يدًاۜ وَمَا جَعَلْنَا الْقِبْلَةَ الَّت۪ي كُنْتَ عَلَيْهَٓا اِلَّا لِنَعْلَمَ مَنْ يَتَّبِعُ الرَّسُولَ مِمَّنْ يَنْقَلِبُ عَلٰى عَقِبَيْهِۜ وَاِنْ كَانَتْ لَكَب۪يرَةً اِلَّا عَلَى الَّذ۪ينَ هَدَى اللّٰهُۜ وَمَا كَانَ اللّٰهُ لِيُض۪يعَ ا۪يمَانَكُمْۜ اِنَّ اللّٰهَ بِالنَّاسِ لَرَؤُ۫فٌ رَح۪يمٌ

  1. Bax belə! Sizi mərkəz ümməti/cəmiyyəti etdik ki, insanlara nümunə olasınız,[189] Elçimiz/onun gətirdikləri də sizə nümunə olsun.[190] Üz tutduğun qibləni (Qüdsü) sırf elçimizə tabe olanla ondan üz döndərəni bilməyimiz üçün qiblə etdik.[191] Bu, Allahın düz yola yönəltdiklərindən başqasına ağır gəlir. Allah (Kəbənin təkrar qiblə olacağına dair) inamınızı puça çıxarmaz.[192] Allah, insanlara qarşı çox şəfqətlidir, mərhəmətlidir.

قَدْ نَرٰى تَقَلُّبَ وَجْهِكَ فِي السَّمَٓاءِۚ فَلَنُوَلِّيَنَّكَ قِبْلَةً تَرْضٰيهَاۖ فَوَلِّ وَجْهَكَ شَطْرَ الْمَسْجِدِ الْحَرَامِۜ وَحَيْثُ مَا كُنْتُمْ فَوَلُّوا وُجُوهَكُمْ شَطْرَهُۜ وَاِنَّ الَّذ۪ينَ اُو۫تُوا الْكِتَابَ لَيَعْلَمُونَ اَنَّهُ الْحَقُّ مِنْ رَبِّهِمْۜ وَمَا اللّٰهُ بِغَافِلٍ عَمَّا يَعْمَلُونَ

  1. (Ey Muhəmməd!) Üzünün tez-tez göyə tərəf yönəldiyini görürük. Biz səni razı qalacağın qibləyə əlbəttə döndərəcəyik. Artıq üzünü Məscidul-Haram tərəfə çevir! (Möminlər! Siz də) harada olursunuzsa olun, üzünüzü ona tərəf çevirin! Kitab verilənlər yaxşı bilirlər ki, bu özlərinin Rəbbi tərəfindən (gələn) bir həqiqətdir.[193] Allah, etdikləri heç bir şeydən xəbərsiz deyildir.

وَلَئِنْ اَتَيْتَ الَّذ۪ينَ اُو۫تُوا الْكِتَابَ بِكُلِّ اٰيَةٍ مَا تَبِعُوا قِبْلَتَكَۚ وَمَٓا اَنْتَ بِتَابِعٍ قِبْلَتَهُمْۚ وَمَا بَعْضُهُمْ بِتَابِعٍ قِبْلَةَ بَعْضٍۜ وَلَئِنِ اتَّبَعْتَ اَهْوَٓاءَهُمْ مِنْ بَعْدِ مَا جَٓاءَكَ مِنَ الْعِلْمِۙ اِنَّكَ اِذًا لَمِنَ الظَّالِم۪ينَۢ

  1. Özlərinə Kitab verilənlərə (kitablarındakı) bütün ayələri gətirsən də, onlar sənin qiblənə tabe olmazlar. Sən də onların qibləsinə tabe olacaq deyilsən. Onlardan heç biri digərinin qibləsinə tabe olmazlar.[194] Sənə gələn bu bilikdən sonra onların istəklərinə tabe olsan, zalımlara qarışıb gedərsən.

اَلَّذ۪ينَ اٰتَيْنَاهُمُ الْكِتَابَ يَعْرِفُونَهُ كَمَا يَعْرِفُونَ اَبْنَٓاءَهُمْۜ وَاِنَّ فَر۪يقًا مِنْهُمْ لَيَكْتُمُونَ الْحَقَّ وَهُمْ يَعْلَمُونَ

  1. Özlərinə Kitab verdiklərimiz bunu (Kəbənin təkrar qiblə olacağını) öz oğullarını tanıdıqları kimi bilirlər. Amma onların bəziləri bu həqiqəti qəsdən gizlədirlər.

اَلْحَقُّ مِنْ رَبِّكَ فَلَا تَكُونَنَّ مِنَ الْمُمْتَر۪ينَ۟

  1. Həqiqət sənin Rəbbindən gələndir. Əsla, şübhəyə düşənlərdən olma!

وَلِكُلٍّ وِجْهَةٌ هُوَ مُوَلّ۪يهَا فَاسْتَبِقُوا الْخَيْرَاتِۜ اَيْنَ مَا تَكُونُوا يَأْتِ بِكُمُ اللّٰهُ جَم۪يعًاۜ اِنَّ اللّٰهَ عَلٰى كُلِّ شَيْءٍ قَد۪يرٌ

  1. Hər kəsin bir məqsədi olur və ona üz tutur. Siz xeyirdə (yaxşılıqda) yarışın. Harda olursunuzsa olun Allah hamınızı bir araya gətirəcəkdir. Hər şeyə bir ölçü qoyan Allahdır.

وَمِنْ حَيْثُ خَرَجْتَ فَوَلِّ وَجْهَكَ شَطْرَ الْمَسْجِدِ الْحَرَامِۜ وَاِنَّهُ لَلْحَقُّ مِنْ رَبِّكَۜ وَمَا اللّٰهُ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ

  1. (Namaza) çıxdığın hər yerdə üzünü Məscidul-Haram tərəfinə çevir. Rəbbinin doğru hesab etdiyi budur. Allah, etdiyiniz heç bir şeydən xəbərsiz deyildir.

وَمِنْ حَيْثُ خَرَجْتَ فَوَلِّ وَجْهَكَ شَطْرَ الْمَسْجِدِ الْحَرَامِۜ وَحَيْثُ مَا كُنْتُمْ فَوَلُّوا وُجُوهَكُمْ شَطْرَهُۙ لِئَلَّا يَكُونَ لِلنَّاسِ عَلَيْكُمْ حُجَّةٌۗ اِلَّا الَّذ۪ينَ ظَلَمُوا مِنْهُمْ فَلَا تَخْشَوْهُمْ وَاخْشَوْن۪ي وَلِاُتِمَّ نِعْمَت۪ي عَلَيْكُمْ وَلَعَلَّكُمْ تَهْتَدُونَۙ

  1. Harda (namaza) çıxsan üzünü Məscidul-Harama tərəf çevir. Harada olursunuzsa olun (namazda) üzünüzü onun tərəfinə çevirin ki, insanların sizə qarşı bir dəlili olmasın.[195] Ancaq aralarından zülm edənlər olur ki, siz onlardan çəkinməyin, Məndən çəkinin. Bu sizə olan nemətimi tamamlamağım və sizin də doğru yolda olmağınız üçündür.

كَمَٓا اَرْسَلْنَا ف۪يكُمْ رَسُولًا مِنْكُمْ يَتْلُوا عَلَيْكُمْ اٰيَاتِنَا وَيُزَكّ۪يكُمْ وَيُعَلِّمُكُمُ الْكِتَابَ وَالْحِكْمَةَ وَيُعَلِّمُكُمْ مَا لَمْ تَكُونُوا تَعْلَمُونَۜ

  1. Həmçinin (yaxşılıqlarımı yekunlaşdırmağım üçün) içərinizdən sizə bir elçi göndərdik. O sizə ayələrimizi bağlantılarıyla oxuyur, sizi təkmilləşdirir, sizə Kitabı və Hikməti öyrədir, sizə bilmədiyinizi öyrədir.[196]

فَاذْكُرُون۪ٓي اَذْكُرْكُمْ وَاشْكُرُوا ل۪ي وَلَا تَكْفُرُونِ۟

  1. Elə isə siz Məni zikr edin[197]/diqqətə alın ki, mən də sizi zikr edim/diqqətə alım! Mənə qarşı vəzifənizi yerinə yetirin, nankorluq etməyin!

يَٓا اَيُّهَا الَّذ۪ينَ اٰمَنُوا اسْتَع۪ينُوا بِالصَّبْرِ وَالصَّلٰوةِۜ اِنَّ اللّٰهَ مَعَ الصَّابِر۪ينَ

  1. Ey inanıb güvənənlər! Səbrlə/dirənclə və namazı davamlı qılaraq[198] kömək istəyin! Allah səbr edənlərlədir.

وَلَا تَقُولُوا لِمَنْ يُقْتَلُ ف۪ي سَب۪يلِ اللّٰهِ اَمْوَاتٌۜ بَلْ اَحْيَٓاءٌ وَلٰكِنْ لَا تَشْعُرُونَ

  1. Allah yolunda öldürülənlərə «ölülər» deməyin! Onlar diridirlər, amma siz bunu anlaya bilməzsiz.[199]

وَلَنَبْلُوَنَّكُمْ بِشَيْءٍ مِنَ الْخَوْفِ وَالْجُوعِ وَنَقْصٍ مِنَ الْاَمْوَالِ وَالْاَنْفُسِ وَالثَّمَرَاتِۜ وَبَشِّرِ الصَّابِر۪ينَۙ

  1. Əlbəttə sizi qorxuyla və aclıqla; can, mal və məhsuldan əksiltməklə yorucu bir imtahandan keçirəcəyik.[200] Sən səbr edənlərə müjdə ver.

اَلَّذ۪ينَ اِذَٓا اَصَابَتْهُمْ مُص۪يبَةٌۙ قَالُٓوا اِنَّا لِلّٰهِ وَاِنَّٓا اِلَيْهِ رَاجِعُونَۜ

  1. Onlar, başlarına bir müsibət gələndə belə deyərlər: «Biz Allaha aidik, biz Onun hüzuruna çıxarılacağıq».

اُو۬لٰٓئِكَ عَلَيْهِمْ صَلَوَاتٌ مِنْ رَبِّهِمْ وَرَحْمَةٌ وَاُو۬لٰٓئِكَ هُمُ الْمُهْتَدُونَ

  1. Onlara Rəbbindən dəstək və mərhəmət vardır.[201] Məhz onlar doğru yolda olanlardır.

اِنَّ الصَّفَا وَالْمَرْوَةَ مِنْ شَعَٓائِرِ اللّٰهِۚ فَمَنْ حَجَّ الْبَيْتَ اَوِ اعْتَمَرَ فَلَا جُنَاحَ عَلَيْهِ اَنْ يَطَّوَّفَ بِهِمَاۜ وَمَنْ تَطَوَّعَ خَيْرًاۙ فَاِنَّ اللّٰهَ شَاكِرٌ عَل۪يمٌ

  1. Səfa ilə Mərvə Allaha qulluğun nişanələrindəndir. Kim o Beytə həcc və ya umrə ziyarətini edərsə o ikisini (Səfa və Mərvə arasını) səy etməsində[202] bir günah yoxdur.[203] Kim xeyirli bir iş görərsə,[204] bilsin ki, Allah hər yaxşılığın tam əvəzini verən və hər şeyi biləndir.

اِنَّ الَّذ۪ينَ يَكْتُمُونَ مَٓا اَنْزَلْنَا مِنَ الْبَيِّنَاتِ وَالْهُدٰى مِنْ بَعْدِ مَا بَيَّنَّاهُ لِلنَّاسِ فِي الْكِتَابِۙ اُو۬لٰٓئِكَ يَلْعَنُهُمُ اللّٰهُ وَيَلْعَنُهُمُ اللَّاعِنُونَۙ

  1. Nazil etdiyimiz açıq və yol göstərici ayələri insanlara bu kitabda açıq-aşkar bildirəndən sonra gizlədənləri Allah lənətləyər/kənarlaşdırır. Lənət edəcək olanlar da onları lənətləyərlər. 

اِلَّا الَّذ۪ينَ تَابُوا وَاَصْلَحُوا وَبَيَّنُوا فَاُو۬لٰٓئِكَ اَتُوبُ عَلَيْهِمْۚ وَاَنَا التَّوَّابُ الرَّح۪يمُ

  1. Tövbə edən/xətasından dönənlər, islahatçılar və (gizlətdiklərini) açıqlayanlar istisnadır; onların tövbəsini qəbul edərəm. Mən tövbələri qəbul edən və mərhəmətliyəm!

اِنَّ الَّذ۪ينَ كَفَرُوا وَمَاتُوا وَهُمْ كُفَّارٌ اُو۬لٰٓئِكَ عَلَيْهِمْ لَعْنَةُ اللّٰهِ وَالْمَلٰٓئِكَةِ وَالنَّاسِ اَجْمَع۪ينَۙ

  1. Kafirlərə/Ayələri inkar edib gizlədənlərə və gizlətdiyi halda ölənlərə gəlincə; Allahın və mələklərin və bütün insanların lənəti onlaradır.[205]

خَالِد۪ينَ ف۪يهَاۚ لَا يُخَفَّفُ عَنْهُمُ الْعَذَابُ وَلَا هُمْ يُنْظَرُونَ

  1. Onlar orada həmişəlik qalacaqlar. Nə əzabları yüngülləşdiriləcək, nə də üzlərinə baxılacaqdır.[206]

وَاِلٰهُكُمْ اِلٰهٌ وَاحِدٌۚ لَٓا اِلٰهَ اِلَّا هُوَ الرَّحْمٰنُ الرَّح۪يمُ۟

  1. İlahınız, bir tək ilahdır. Ondan başqa ilah yoxdur. Mərhəmətlidir, Rəhmlidir.

اِنَّ ف۪ي خَلْقِ السَّمٰوَاتِ وَالْاَرْضِ وَاخْتِلَافِ الَّيْلِ وَالنَّهَارِ وَالْفُلْكِ الَّت۪ي تَجْر۪ي فِي الْبَحْرِ بِمَا يَنْفَعُ النَّاسَ وَمَٓا اَنْزَلَ اللّٰهُ مِنَ السَّمَٓاءِ مِنْ مَٓاءٍ فَاَحْيَا بِهِ الْاَرْضَ بَعْدَ مَوْتِهَا وَبَثَّ ف۪يهَا مِنْ كُلِّ دَٓابَّةٍۖ وَتَصْر۪يفِ الرِّيَاحِ وَالسَّحَابِ الْمُسَخَّرِ بَيْنَ السَّمَٓاءِ وَالْاَرْضِ لَاٰيَاتٍ لِقَوْمٍ يَعْقِلُونَ

  1. Göylərin və yerin yaradılışında, gecə ilə gündüzün ardıcıllıqla gəlişində, insanlar üçün faydalı şeyləri dənizdə daşıyıb aparan gəmilərdə, Allahın göydən su endirib onunla ölmüş torpağı yenidən diriltməsində və hər canlını onunla yaradıb[207] yer üzünə yaymasında, küləklərin fərqli istaqamətlərə əsməsində, göylə yer arasında vəzifəli olan buludlarda, ağlını işlədən bir cəmiyyət üçün ayələr/əlamətlər vardır.[208]

وَمِنَ النَّاسِ مَنْ يَتَّخِذُ مِنْ دُونِ اللّٰهِ اَنْدَادًا يُحِبُّونَهُمْ كَحُبِّ اللّٰهِۜ وَالَّذ۪ينَ اٰمَنُٓوا اَشَدُّ حُبًّا لِلّٰهِۜ وَلَوْ يَرَى الَّذ۪ينَ ظَلَمُٓوا اِذْ يَرَوْنَ الْعَذَابَۙ اَنَّ الْقُوَّةَ لِلّٰهِ جَم۪يعًاۙ وَاَنَّ اللّٰهَ شَد۪يدُ الْعَذَابِ

  1. Bəzi insanlar, Allah ilə aralarına Ona bənzətdikləri[209] birilərini qoyar, onları Allahı sevər kimi sevərlər.[210] İnanıb güvənənlər isə, Allaha çox güclü bir sevgiylə bağlıdırlar.[211] Zülm edənlər əzaba uğrayacaqları zaman bütün qüvvətin Allaha məxsus olduğunu və Allahın əzabının çox şiddətli olduğunu kaş ki, biləydilər![212]

اِذْ تَبَرَّاَ الَّذ۪ينَ اتُّبِعُوا مِنَ الَّذ۪ينَ اتَّبَعُوا وَرَاَوُا الْعَذَابَ وَتَقَطَّعَتْ بِهِمُ الْاَسْبَابُ

  1. Həmin gün tabe olunanlar (din xadimləri, mərciləri) özlərinə tabe olanları tərk edəcəklər. Artıq əzabı görüblər və aralarındakı bütün əlaqələr kəsilmişdir.

وَقَالَ الَّذ۪ينَ اتَّبَعُوا لَوْ اَنَّ لَنَا كَرَّةً فَنَتَبَرَّاَ مِنْهُمْ كَمَا تَبَرَّؤُ۫ا مِنَّاۜ كَذٰلِكَ يُر۪يهِمُ اللّٰهُ اَعْمَالَهُمْ حَسَرَاتٍ عَلَيْهِمْۜ وَمَا هُمْ بِخَارِج۪ينَ مِنَ النَّارِ۟

  1. Onlara tabe olanlar belə deyərlər: «Kaş əlimizə bir kərə fürsət keçsə (dünyaya dönsək), onların burda bizdən uzaqlaşdıqları kimi biz də onlardan (dünyada) uzaq dursaydıq!» Beləcə, Allah onlara, əməllərinin peşmanlığını çəksinlər deyə, öz əməllərini onlara göstərəcəkdir. Artıq onlar o Oddan çıxacaq deyillər.

يَٓا اَيُّهَا النَّاسُ كُلُوا مِمَّا فِي الْاَرْضِ حَلَالًا طَيِّبًاۘ وَلَا تَتَّبِعُوا خُطُوَاتِ الشَّيْطَانِۜ اِنَّهُ لَكُمْ عَدُوٌّ مُب۪ينٌ

  1. Ey insanlar! Yer üzündəkilərin halal və təmiz[213] olanlarından yeyin! Şeytanın izindən getməyin! O sizin açıq-aşkar düşməninizdir.

اِنَّمَا يَأْمُرُكُمْ بِالسُّٓوءِ وَالْفَحْشَٓاءِ وَاَنْ تَقُولُوا عَلَى اللّٰهِ مَا لَا تَعْلَمُونَ

  1. O (Şeytan) sizdən pisliyi, çirkin işlər görməyi və Allaha qarşı bilmədiyiniz şeyləri deməyinizi istəyir.

وَاِذَا ق۪يلَ لَهُمُ اتَّبِعُوا مَٓا اَنْزَلَ اللّٰهُ قَالُوا بَلْ نَتَّبِعُ مَٓا اَلْفَيْنَا عَلَيْهِ اٰبَٓاءَنَاۜ اَوَلَوْ كَانَ اٰبَٓاؤُ۬هُمْ لَا يَعْقِلُونَ شَيْـًٔا وَلَا يَهْتَدُونَ

  1. Onlara: «Allahın nazil etdiyinə tabe olun» deyiləndə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, o yola tabeyik!» deyirlər. Bəs ataları ağıllarını heç işlətməmiş və doğru yolda da olmamışlarsa, onda necə? (yenə tabe olacaqlar?)[214]

وَمَثَلُ الَّذ۪ينَ كَفَرُوا كَمَثَلِ الَّذ۪ي يَنْعِقُ بِمَا لَا يَسْمَعُ اِلَّا دُعَٓاءً وَنِدَٓاءًۜ صُمٌّ بُكْمٌ عُمْيٌ فَهُمْ لَا يَعْقِلُونَ

  1. Kafirlik edənlərin məsəli; özünə gələn səsi, təkcə bağırıb çağırma olaraq qavrayıb, qarıldayan qarğanın[215] məsəli kimidir; onların eşitdiyi ancaq bir çağırış və səslənişdir. Kar, lal və kor kimi olurlar. Onlar ağıllarını işlətməzlər.

يَٓا اَيُّهَا الَّذ۪ينَ اٰمَنُوا كُلُوا مِنْ طَيِّبَاتِ مَا رَزَقْنَاكُمْ وَاشْكُرُوا لِلّٰهِ اِنْ كُنْتُمْ اِيَّاهُ تَعْبُدُونَ

  1. Ey inanıb güvənənlər! Allahın sizə ruzi olaraq verdiyi şeylərin təmiz olanlarından yeyin! Yalnız Allaha qulluq edirsinizsə, Ona qarşı vəzifənizi yerinə yetirin!

اِنَّمَا حَرَّمَ عَلَيْكُمُ الْمَيْتَةَ وَالدَّمَ وَلَحْمَ الْخِنْز۪يرِ وَمَٓا اُهِلَّ بِه۪ لِغَيْرِ اللّٰهِۚ فَمَنِ اضْطُرَّ غَيْرَ بَاغٍ وَلَا عَادٍ فَلَٓا اِثْمَ عَلَيْهِۜ اِنَّ اللّٰهَ غَفُورٌ رَح۪يمٌ

  1. O sizə ancaq meytəni (kəsilməmiş ölən heyvanı), axmış qanı,[216] donuz ətini və Allahdan başqasının adına kəsiləni haram etmişdir.[217] Kim çarəsiz qalsa başqasının haqqına təcavüz etmədən və ehtiyac həddini keçmədən bunlardan yeyərsə, günaha girməz.[218] Şübhəsiz Allah, çox bağışlayan və Rəhmlidir.

اِنَّ الَّذ۪ينَ يَكْتُمُونَ مَٓا اَنْزَلَ اللّٰهُ مِنَ الْكِتَابِ وَيَشْتَرُونَ بِه۪ ثَمَنًا قَل۪يلًاۙ اُو۬لٰٓئِكَ مَا يَأْكُلُونَ ف۪ي بُطُونِهِمْ اِلَّا النَّارَ وَلَا يُكَلِّمُهُمُ اللّٰهُ يَوْمَ الْقِيٰمَةِ وَلَا يُزَكّ۪يهِمْۚ وَلَهُمْ عَذَابٌ اَل۪يمٌ

  1. Allahın endirdiyi kitabdan bir şey gizlədən və əvəzində onu keçici/az bir dəyərə/qiymətə[219] satanlar, qarınlarına ancaq alov doldururlar. Allah Qiyamət/yenidən qalxış[220] günü onlarla danışmaz və onları təmizə çıxartmaz. Onların layiq olduğu acı bir əzabdır.

اُو۬لٰٓئِكَ الَّذ۪ينَ اشْتَرَوُا الضَّلَالَةَ بِالْهُدٰى وَالْعَذَابَ بِالْمَغْفِرَةِۚ فَمَٓا اَصْبَرَهُمْ عَلَى النَّارِ

  1. Onlar doğru yola tabe olmağın əvəzinə yoldan çıxmağı, bağışlanmağın əvəzinə əzabı satın alanlardır. Oda nə qədər də dözümlü imişlər!

ذٰلِكَ بِاَنَّ اللّٰهَ نَزَّلَ الْكِتَابَ بِالْحَقِّۜ وَاِنَّ الَّذ۪ينَ اخْتَلَفُوا فِي الْكِتَابِ لَف۪ي شِقَاقٍ بَع۪يدٍ۟

  1. Bütün bunların səbəbi; Allah bu kitabı həqiqətləri ehtiva etmək üzərə endirmişdir. Kitab barəsində ixtilaf edənlər isə dərin bir ayrılıq içinə düşmüş olurlar.

لَيْسَ الْبِرَّ اَنْ تُوَلُّوا وُجُوهَكُمْ قِبَلَ الْمَشْرِقِ وَالْمَغْرِبِ وَلٰكِنَّ الْبِرَّ مَنْ اٰمَنَ بِاللّٰهِ وَالْيَوْمِ الْاٰخِرِ وَالْمَلٰٓئِكَةِ وَالْكِتَابِ وَالنَّبِيّ۪نَۚ وَاٰتَى الْمَالَ عَلٰى حُبِّه۪ ذَوِي الْقُرْبٰى وَالْيَتَامٰى وَالْمَسَاك۪ينَ وَابْنَ السَّب۪يلِ وَالسَّٓائِل۪ينَ وَفِي الرِّقَابِۚ وَاَقَامَ الصَّلٰوةَ وَاٰتَى الزَّكٰوةَۚ وَالْمُوفُونَ بِعَهْدِهِمْ اِذَا عَاهَدُواۚ وَالصَّابِر۪ينَ فِي الْبَأْسَٓاءِ وَالضَّرَّٓاءِ وَح۪ينَ الْبَأْسِۜ اُو۬لٰٓئِكَ الَّذ۪ينَ صَدَقُواۜ وَاُو۬لٰٓئِكَ هُمُ الْمُتَّقُونَ

  1. Yaxşılıq üzünüzü şərq və qərb tərəfə çevirməyiniz deyil. Yaxşı olan kəs; Allaha, axirət gününə, mələklərə, kitablara, nəbilərə inanıb güvənən,[221] və sevdiyi malını özünə yaxınlığı olanlara, yetimlərə, miskinə/çarəsizlərə, yolda qalanlara, istəyənlərə və boyunduruq altında olanlara verir.[222] Namazı tam qılar və zəkatı verir. Bunlar əhd bağladıqları vaxt da məsuliyyətlərini yerinə yetirirlər. Təzyiqlərə, çətinliklərə, bir də təzyiq anında olacaqlara qarşı dözümlü olurlar. Özü sözü doğru olanlar bunlardır. Müttəqilər/günahlardan çəkinənlər də məhz bunlardır.

يَٓا اَيُّهَا الَّذ۪ينَ اٰمَنُوا كُتِبَ عَلَيْكُمُ الْقِصَاصُ فِي الْقَتْلٰىۜ اَلْحُرُّ بِالْحُرِّ وَالْعَبْدُ بِالْعَبْدِ وَالْاُنْثٰى بِالْاُنْثٰىۜ فَمَنْ عُفِيَ لَهُ مِنْ اَخ۪يهِ شَيْءٌ فَاتِّبَاعٌ بِالْمَعْرُوفِ وَاَدَٓاءٌ اِلَيْهِ بِاِحْسَانٍۜ ذٰلِكَ تَخْف۪يفٌ مِنْ رَبِّكُمْ وَرَحْمَةٌۜ فَمَنِ اعْتَدٰى بَعْدَ ذٰلِكَ فَلَهُ عَذَابٌ اَل۪يمٌ

  1. Ey inanıb güvənənlər! Qisas[223] sizə öldürülənlər barəsində fərz edildi.[224] Azad birini öldürən o azada qarşılıq, əsir birini öldürən o əsirə qarşılıq, qadını öldürən də o qadına qarşılıq (qisas edilir).[225] Kim öldürülənin qardaşı (varisi) tərəfindən bir bədəl/dəyər əvəzində bağışlanarsa, müvafiq olana (mərufa)[226] tabe olsun və bədəli/dəyəri gözəl şəkildə ödəsin. Belə olması, Rəbbiniz tərəfindən bir yüngülləşdirmə və bir yaxşılıqdır. Kim bundan sonra da düşmənçiliyi davam etdirərsə, ona acı bir əzab vardır.

وَلَكُمْ فِي الْقِصَاصِ حَيٰوةٌ يَٓا اُو۬لِي الْاَلْبَابِ لَعَلَّكُمْ تَتَّقُونَ

  1. Ey sağlam düşüncə sahibləri![227] qisasda sizin üçün həyat var, bəlkə yanlışlardan çəkinərsiniz.

كُتِبَ عَلَيْكُمْ اِذَا حَضَرَ اَحَدَكُمُ الْمَوْتُ اِنْ تَرَكَ خَيْرًاۚ اَلْوَصِيَّةُ لِلْوَالِدَيْنِ وَالْاَقْرَب۪ينَ بِالْمَعْرُوفِۚ حَقًّا عَلَى الْمُتَّق۪ينَۜ

  1. Birinizə ölüm gəlsə, arxada mal-dövlət buraxarsa, o malı; anası, atası və ən yaxınları arasında bu kitabda bildirilən hissələrə uyğun olaraq bölüşdürmək[228] sizə vacib edildi. Bu, Allahdan çəkinənlər üzərinə bir haqqdır.

فَمَنْ بَدَّلَهُ بَعْدَ مَا سَمِعَهُ فَاِنَّمَٓا اِثْمُهُ عَلَى الَّذ۪ينَ يُبَدِّلُونَهُۜ اِنَّ اللّٰهَ سَم۪يعٌ عَل۪يمٌۜ

  1. Bunu eşidəndən sonra kim onu[229] (bildirilən payları) dəyişdirərsə, günahı dəyişdirənlərin boynunadır. Şüphəsiz ki, Allah eşidəndir, biləndir.

فَمَنْ خَافَ مِنْ مُوصٍ جَنَفًا اَوْ اِثْمًا فَاَصْلَحَ بَيْنَهُمْ فَلَٓا اِثْمَ عَلَيْهِۜ اِنَّ اللّٰهَ غَفُورٌ رَح۪يمٌ۟

  1. Mirası bölüşdürən adam,[230] bir tərəfə meyl etməkdən və ya günaha batmaqdan qorxaraq mirasçıları uzlaşdırarsa,[231] buna görə günaha girmiş olmaz. Allah bağışlayandır, rəhmlidir.

يَٓا اَيُّهَا الَّذ۪ينَ اٰمَنُوا كُتِبَ عَلَيْكُمُ الصِّيَامُ كَمَا كُتِبَ عَلَى الَّذ۪ينَ مِنْ قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَّقُونَۙ

  1. Ey inanıb güvənənlər! Oruc sizdən əvvəlkilərə yazıldığı kimi sizə də yazıldı ki, yanlışlardan çəkinəsiniz.

اَيَّامًا مَعْدُودَاتٍۜ فَمَنْ كَانَ مِنْكُمْ مَر۪يضًا اَوْ عَلٰى سَفَرٍ فَعِدَّةٌ مِنْ اَيَّامٍ اُخَرَۜ وَعَلَى الَّذ۪ينَ يُط۪يقُونَهُ فِدْيَةٌ طَعَامُ مِسْك۪ينٍۜ فَمَنْ تَطَوَّعَ خَيْرًا فَهُوَ خَيْرٌ لَهُۜ وَاَنْ تَصُومُوا خَيْرٌ لَكُمْ اِنْ كُنْتُمْ تَعْلَمُونَ

  1. (Orucu) Sayılı günlərdə (tutun). Sizdən hər kim xəstə və ya səfərdə olarsa, tutmadığı günlərin sayısınca başqa günlərdə tutsun. Orucu tuta bilənlərin bir çarəsizi doyuracaq qədər fidyə[232] (fitrə) verməsi də lazımdır. Kim fidyəni xeyrinə artırırsa, onun üçün daha xeyirlidir. Biləsiniz (xəstə və səfərdə olduğunuz halda) oruc tutmağınız sizin üçün daha xeyirlidir. [233]

شَهْرُ رَمَضَانَ الَّذ۪ٓي اُنْزِلَ ف۪يهِ الْقُرْاٰنُ هُدًى لِلنَّاسِ وَبَيِّنَاتٍ مِنَ الْهُدٰى وَالْفُرْقَانِۚ فَمَنْ شَهِدَ مِنْكُمُ الشَّهْرَ فَلْيَصُمْهُۜ وَمَنْ كَانَ مَر۪يضًا اَوْ عَلٰى سَفَرٍ فَعِدَّةٌ مِنْ اَيَّامٍ اُخَرَۜ يُر۪يدُ اللّٰهُ بِكُمُ الْيُسْرَ وَلَا يُر۪يدُ بِكُمُ الْعُسْرَۘ وَلِتُكْمِلُوا الْعِدَّةَ وَلِتُكَبِّرُوا اللّٰهَ عَلٰى مَا هَدٰيكُمْ وَلَعَلَّكُمْ تَشْكُرُونَ

  1. (Sayılı günlər) Quranın endirildiyi Ramazan ayıdır. Quran[235], həm insanlara bir rəhbər olaraq həm də doğru yolun və Furqanın[236] /haqla batılı ayırmağın açıq dəlilləri olaraq endirilmişdir. Sizdən hər kim həmin aya qovuşursa, onu oruclu keçirsin. Hər kim də xəstə və ya səfərdə olarsa, həmin günlərin sayı qədər başqa günlərdə oruc tutsun.[237] Allah sizin üçün asanlıq istəyir, çətinlik istəməz. Bunlar sayını tamamlamağınız (orucun bitdiyi gün) sizi buna yönləndirmənizin əvəzində Allahı təkbir gətirməklə uca tutasınız (bayram namazı qılasınız)[238] və ona qarşı vəzifənizi yerinə yetirməyiniz üçündür.

وَاِذَا سَاَلَكَ عِبَاد۪ي عَنّ۪ي فَاِنّ۪ي قَر۪يبٌۜ اُج۪يبُ دَعْوَةَ الدَّاعِ اِذَا دَعَانِۙ فَلْيَسْتَج۪يبُوا ل۪ي وَلْيُؤْمِنُوا ب۪ي لَعَلَّهُمْ يَرْشُدُونَ

  1. Bəndələrim Məni səndən soruşarlarsa, Mən onlara yaxınam. Duasında Məni çağıranın duasını qəbul edərəm.[239] Onlar da Mənim dəvətimi qəbul etsinlər və Mənə güvənsinlər ki, təkmilləşə bilsinlər.

اُحِلَّ لَكُمْ لَيْلَةَ الصِّيَامِ الرَّفَثُ اِلٰى نِسَٓائِكُمْۜ هُنَّ لِبَاسٌ لَكُمْ وَاَنْتُمْ لِبَاسٌ لَهُنَّۜ عَلِمَ اللّٰهُ اَنَّكُمْ كُنْتُمْ تَخْتَانُونَ اَنْفُسَكُمْ فَتَابَ عَلَيْكُمْ وَعَفَا عَنْكُمْۚ فَالْـٰٔنَ بَاشِرُوهُنَّ وَابْتَغُوا مَا كَتَبَ اللّٰهُ لَكُمْۖ وَكُلُوا وَاشْرَبُوا حَتّٰى يَتَبَيَّنَ لَكُمُ الْخَيْطُ الْاَبْيَضُ مِنَ الْخَيْطِ الْاَسْوَدِ مِنَ الْفَجْرِۖ ثُمَّ اَتِمُّوا الصِّيَامَ اِلَى الَّيْلِۚ وَلَا تُبَاشِرُوهُنَّ وَاَنْتُمْ عَاكِفُونَۙ فِي الْمَسَاجِدِۜ تِلْكَ حُدُودُ اللّٰهِ فَلَا تَقْرَبُوهَاۜ كَذٰلِكَ يُبَيِّنُ اللّٰهُ اٰيَاتِه۪ لِلنَّاسِ لَعَلَّهُمْ يَتَّقُونَ

  1. Oruc gecələrində həyat yoldaşlarınıza yaxınlaşmanız (cinsi əlaqə) sizə halal edildi.[240] Onlar sizin üçün libas, siz də onlar üçün bir libassınız. Allah özünüzə xəyanət etdiyinizi bildiyi halda üzünüzə baxdı və sizi bağışladı. Artıq onlarla intim əlaqəsi qura bilərsiniz.[241] Allahın sizin üçün yazacağını (övlad sahibi olmağı) istəyin. Fəcrin olduğu tərəfdə[242] ağ xətt qara xətdən sizə görə tam seçilənə kimi yeyin, için; sonra orucu axşama[243] qədər yekunlaşdırın. Məscidlərdə etikaf[244] halında ikən həyat yoldaşlarınızla intim münasibətdə olmayın. Bunlar Allahın qoyduğu sərhədlərdir, onlara yaxınlaşmayın. Allah ayələrini insanlara belə açıqlayır ki, özlərini qorusunlar.

وَلَا تَأْكُلُٓوا اَمْوَالَكُمْ بَيْنَكُمْ بِالْبَاطِلِ وَتُدْلُوا بِهَٓا اِلَى الْحُكَّامِ لِتَأْكُلُوا فَر۪يقًا مِنْ اَمْوَالِ النَّاسِ بِالْاِثْمِ وَاَنْتُمْ تَعْلَمُونَ۟

  1. Mallarınızı aranızda haqsızlıqla yeməyin.[245] İnsanların mallarından bir qismini  bilə-bilə günah yolu ilə yemək üçün onu (rüşvət kimi) səlahiyyət sahiblərinə verməyin.[246]

يَسْـَٔلُونَكَ عَنِ الْاَهِلَّةِۜ قُلْ هِيَ مَوَاق۪يتُ لِلنَّاسِ وَالْحَجِّۜ وَلَيْسَ الْبِرُّ بِاَنْ تَأْتُوا الْبُيُوتَ مِنْ ظُهُورِهَا وَلٰكِنَّ الْبِرَّ مَنِ اتَّقٰىۚ وَأْتُوا الْبُيُوتَ مِنْ اَبْوَابِهَاۖ وَاتَّقُوا اللّٰهَ لَعَلَّكُمْ تُفْلِحُونَ

  1. Səndən hilalları[247] soruşurlar. De ki, «Onlar insanlar və həcc üçün vaxt ölçüləridir. Yaxşılıq, evlərə arxadan daxil olmağınız deyil. Yaxşılıq Allahdan çəkinərək özünüzü qorumağınızdır. Evlərə qapılardan daxil olun.[248] Allahdan çəkinib qorunun ki, umduğunuza qovuşasınız».

وَقَاتِلُوا ف۪ي سَب۪يلِ اللّٰهِ الَّذ۪ينَ يُقَاتِلُونَكُمْ وَلَا تَعْتَدُواۜ اِنَّ اللّٰهَ لَا يُحِبُّ الْمُعْتَد۪ينَ

  1. Sizinlə döyüşənlərlə Allah yolunda döyüşün və həddinizi aşmayın.[249] Allah, həddi aşanları sevməz.

وَاقْتُلُوهُمْ حَيْثُ ثَقِفْتُمُوهُمْ وَاَخْرِجُوهُمْ مِنْ حَيْثُ اَخْرَجُوكُمْ وَالْفِتْنَةُ اَشَدُّ مِنَ الْقَتْلِۚ وَلَا تُقَاتِلُوهُمْ عِنْدَ الْمَسْجِدِ الْحَرَامِ حَتّٰى يُقَاتِلُوكُمْ ف۪يهِۚ فَاِنْ قَاتَلُوكُمْ فَاقْتُلُوهُمْۜ كَذٰلِكَ جَزَٓاءُ الْكَافِر۪ينَ

  1. Döyüşdə onları yaxaladığınız yerdə öldürün. Sizi çıxartdıqları yerdən, siz də onları çıxardın.[250] Bu fitnə (döyüş alovu)[251] adam öldürməkdən daha ağır bir cinayətdir. Onlar sizinlə Məscidul-Haram[252] yanında döyüşməyincə, siz də onlarla orada döyüşməyin. Əgər sizinlə döyüşsələr, onları öldürün. Kafirlərin/Ayələri inkar edənlərin cəzası bax belədir.

فَاِنِ انْتَهَوْا فَاِنَّ اللّٰهَ غَفُورٌ رَح۪يمٌ

  1. Döyüşə son qoyarlarsa (onlara toxunmayın).[253] Allah bağışlayandır, rəhmlidir.

وَقَاتِلُوهُمْ حَتّٰى لَا تَكُونَ فِتْنَةٌ وَيَكُونَ الدّ۪ينُ لِلّٰهِۜ فَاِنِ انْتَهَوْا فَلَا عُدْوَانَ اِلَّا عَلَى الظَّالِم۪ينَ

  1. Sizinlə döyüşənlərlə döyüşün ki, fitnə (döyüş alovu) yox olsun və Allahın dini/qoyduğu nizam hakim olsun.[254] Döyüşə son qoyarlarsa, zalımlardan[255] başqasına düşmənçilik edilməz.

اَلشَّهْرُ الْحَرَامُ بِالشَّهْرِ الْحَرَامِ وَالْحُرُمَاتُ قِصَاصٌۜ فَمَنِ اعْتَدٰى عَلَيْكُمْ فَاعْتَدُوا عَلَيْهِ بِمِثْلِ مَا اعْتَدٰى عَلَيْكُمْۖ وَاتَّقُوا اللّٰهَ وَاعْلَمُٓوا اَنَّ اللّٰهَ مَعَ الْمُتَّق۪ينَ

  1. Haram[256] aya hörmət, haram aya hörmət göstərənlər üçündür; qadağalar qarşılıqlıdır.[257] Sizə kim hücum edərsə, siz də o hücuma eyni ölçüdə qarşılıq verin. Allahdan çəkinib qorunun. Bilin ki, Allah özündən çəkinib qorunanlarla bərabərdir.

وَاَنْفِقُوا ف۪ي سَب۪يلِ اللّٰهِ وَلَا تُلْقُوا بِاَيْد۪يكُمْ اِلَى التَّهْلُكَةِۚۛ وَاَحْسِنُواۚۛ اِنَّ اللّٰهَ يُحِبُّ الْمُحْسِن۪ينَ

  1. Allah yolunda xərcləyin, öz əllərinizlə özünüzü təhlükəyə atmayın.[258] Gözəl davranın. Allah gözəl davrananları sevər.


وَاَتِمُّوا الْحَجَّ وَالْعُمْرَةَ لِلّٰهِۜ فَاِنْ اُحْصِرْتُمْ فَمَا اسْتَيْسَرَ مِنَ الْهَدْيِۚ وَلَا تَحْلِقُوا رُؤُ۫سَكُمْ حَتّٰى يَبْلُغَ الْهَدْيُ مَحِلَّهُۜ فَمَنْ كَانَ مِنْكُمْ مَر۪يضًا اَوْ بِه۪ٓ اَذًى مِنْ رَأْسِه۪ فَفِدْيَةٌ مِنْ صِيَامٍ اَوْ صَدَقَةٍ اَوْ نُسُكٍۚ فَاِذَٓا اَمِنْتُمْ۠ فَمَنْ تَمَتَّعَ بِالْعُمْرَةِ اِلَى الْحَجِّ فَمَا اسْتَيْسَرَ مِنَ الْهَدْيِۚ فَمَنْ لَمْ يَجِدْ فَصِيَامُ ثَلٰثَةِ اَيَّامٍ فِي الْحَجِّ وَسَبْعَةٍ اِذَا رَجَعْتُمْۜ تِلْكَ عَشَرَةٌ كَامِلَةٌۜ ذٰلِكَ لِمَنْ لَمْ يَكُنْ اَهْلُهُ حَاضِرِي الْمَسْجِدِ الْحَرَامِۜ وَاتَّقُوا اللّٰهَ وَاعْلَمُٓوا اَنَّ اللّٰهَ شَد۪يدُ الْعِقَابِ۟

  1. Həcci və umrəni Allah üçün tamamlayın.[259] Əgər sizə bir maneçilik olarsa, asan başa gələn bir qurbanlıq kəsin. Hədy/qurbanlıq yerinə[260] çatana kimi də başınızı qırxmayın. Aranızdan biri xəstə olar, yaxud başında bir narahatçılığı olarsa, fidyə olaraq ya oruc, ya sədəqə, ya da qurban kəsməsi lazımdır. Əmin-amanlıqda olsanız, həccə kimi umrədən istifadə edən adam özünə asan baş gələn bir hədy/qurban kəsər. Tapa bilməyən, üç gün həccdə, yeddi gün də geri qayıdanda oruc tutar. Cəmi on gün edər. Bu, ailəsi Məscidul-Haram ətrafında məskunlaşmayanlar üçündür. Allahdan çəkinərək özünüzü qoruyun. Bilin ki, Allahən cəzalandırması şiddətlidir.

اَلْحَجُّ اَشْهُرٌ مَعْلُومَاتٌۚ فَمَنْ فَرَضَ ف۪يهِنَّ الْحَجَّ فَلَا رَفَثَ وَلَا فُسُوقَ وَلَا جِدَالَ فِي الْحَجِّۜ وَمَا تَفْعَلُوا مِنْ خَيْرٍ يَعْلَمْهُ اللّٰهُۜ وَتَزَوَّدُوا فَاِنَّ خَيْرَ الزَّادِ التَّقْوٰىۘ وَاتَّقُونِ يَٓا اُو۬لِي الْاَلْبَابِ

  1. Həcc məlum aylardadır.[261] Kim həmin aylarda həccə başlayarsa (ehrama girərsə), cinsi əlaqəyə girə bilməz,[262] həcc qadağalarını[263] çeynəyə bilməz və dalaşa bilməz. Yaxşılıq olaraq nə etsəniz Allah onu bilir. Siz azuqənizi yığın. Ən yaxşı azuqə, özünüzü (günahlardan) qoruyacaq qədər olandır. Ey sağlam düşüncə sahibləri [264] ancaq məndən çəkinərək qorunun!

لَيْسَ عَلَيْكُمْ جُنَاحٌ اَنْ تَبْتَغُوا فَضْلًا مِنْ رَبِّكُمْۜ فَاِذَٓا اَفَضْتُمْ مِنْ عَرَفَاتٍ فَاذْكُرُوا اللّٰهَ عِنْدَ الْمَشْعَرِ الْحَرَامِۖ وَاذْكُرُوهُ كَمَا هَدٰيكُمْۚ وَاِنْ كُنْتُمْ مِنْ قَبْلِه۪ لَمِنَ الضَّٓالّ۪ينَ

  1. (Həcc aylarında) Rəbbinizin lütfünü diləməkdə sizə bir günah olmaz.[265] Ərafatdan sel kimi axdığınız vaxt Məşari-Haram yanında (Muzdəlifədə) Allahı xatırlayın (namaz qılın). O sizə necə göstərdisə, elə xatırlayın (namaz qılın).[266] Doğrusu, bundan əvvəl səhv yolda idiniz.

ثُمَّ اَف۪يضُوا مِنْ حَيْثُ اَفَاضَ النَّاسُ وَاسْتَغْفِرُوا اللّٰهَۜ اِنَّ اللّٰهَ غَفُورٌ رَح۪يمٌ

  1. Sonra insanların sel kimi axdıqları yerdən siz də axın. Allahdan bağışlanmağınızı istəyin. Allah bağışlayandır, rəhmlidir.

فَاِذَا قَضَيْتُمْ مَنَاسِكَكُمْ فَاذْكُرُوا اللّٰهَ كَذِكْرِكُمْ اٰبَٓاءَكُمْ اَوْ اَشَدَّ ذِكْرًاۜ فَمِنَ النَّاسِ مَنْ يَقُولُ رَبَّنَٓا اٰتِنَا فِي الدُّنْيَا وَمَا لَهُ فِي الْاٰخِرَةِ مِنْ خَلَاقٍ

  1. Həcc ibadətinizi[267] həyata keçirərkən[268] Allahı atalarınızdan öyrəndiyiniz kimi,[269] hətta daha güclü dualarla yad edin. İnsanlardan kimisi, «Rəbbimiz! Bizə nə verəcəksənsə bu dünyada ver!» deyir. Onun axirətdə heç bir nəsibi olmaz.

وَمِنْهُمْ مَنْ يَقُولُ رَبَّنَٓا اٰتِنَا فِي الدُّنْيَا حَسَنَةً وَفِي الْاٰخِرَةِ حَسَنَةً وَقِنَا عَذَابَ النَّارِ

  1. Onlardan kimisi də: «Rəbbimiz! Bizə bu dünyada gözəllik ver, axirətdə də gözəllik bəxş et. Bizi atəş əzabından qoru!» deyir.

اُو۬لٰٓئِكَ لَهُمْ نَص۪يبٌ مِمَّا كَسَبُواۜ وَاللّٰهُ سَر۪يعُ الْحِسَابِ

  1. Bunların hər birinə qazandıqlarından bir pay var.[270] Allah tez haqq-hesab çəkəndir.

وَاذْكُرُوا اللّٰهَ ف۪ٓي اَيَّامٍ مَعْدُودَاتٍۜ فَمَنْ تَعَجَّلَ ف۪ي يَوْمَيْنِ فَلَٓا اِثْمَ عَلَيْهِۚ وَمَنْ تَاَخَّرَ فَلَٓا اِثْمَ عَلَيْهِۙ لِمَنِ اتَّقٰىۜ وَاتَّقُوا اللّٰهَ وَاعْلَمُٓوا اَنَّكُمْ اِلَيْهِ تُحْشَرُونَ

  1. Allahı (atalarınızdan öyrəndiyiniz kimi bayramın ikinci günündən sonra) sayılı günlərdə də yad edin.[271] Kim tələsər, iki gün ərzində (Minadan) qayıdarsa, ona heç bir günah olmaz. Kim yubanarsa, ona da heç bir günah olmaz. Bu, günahlardan çəkinənlər üçün belədir. Allaha qarşı günahlardan çəkinin və Onun hüzurunda toplanacağınızı bilin!

وَمِنَ النَّاسِ مَنْ يُعْجِبُكَ قَوْلُهُ فِي الْحَيٰوةِ الدُّنْيَا وَيُشْهِدُ اللّٰهَ عَلٰى مَا ف۪ي قَلْبِه۪ۙ وَهُوَ اَلَدُّ الْخِصَامِ

  1. Elə adamlar var ki, dünya həyatı ilə əlaqəli sözləri səni heyran edir. Qəlbindəkinə də Allahı şahid tutar. Halbuki o, düşmənlərin ən qəddarıdır.

وَاِذَا تَوَلّٰى سَعٰى فِي الْاَرْضِ لِيُفْسِدَ ف۪يهَا وَيُهْلِكَ الْحَرْثَ وَالنَّسْلَۜ وَاللّٰهُ لَا يُحِبُّ الْفَسَادَ

  1. Əlinə səlahiyyət keçən kimi[272] yer üzündəki nizam-intizamı pozmağa, əkinləri[273] və nəsilləri yox etməyə çalışır. Allah təbii nizam-intizamın pozulmasını istəməz.

وَاِذَا ق۪يلَ لَهُ اتَّقِ اللّٰهَ اَخَذَتْهُ الْعِزَّةُ بِالْاِثْمِ فَحَسْبُهُ جَهَنَّمُۜ وَلَبِئْسَ الْمِهَادُ

  1. Ona «Allaha qarşı günahlardan çəkinin!» deyiləndə günahı ilə fəxr etməyə başlayır. Onun öhdəsindən cəhənnəm gələr. Ora nə pis məskəndir!

وَمِنَ النَّاسِ مَنْ يَشْر۪ي نَفْسَهُ ابْتِغَٓاءَ مَرْضَاتِ اللّٰهِۜ وَاللّٰهُ رَؤُ۫فٌ بِالْعِبَادِ

  1. İnsanlardan kimisi də Allahın razılığını qazanmaq üçün canını verir. Allah bu cür bəndələrinə qarşı çox şəfqətlidir.

يَٓا اَيُّهَا الَّذ۪ينَ اٰمَنُوا ادْخُلُوا فِي السِّلْمِ كَٓافَّةًۖ وَلَا تَتَّبِعُوا خُطُوَاتِ الشَّيْطَانِۜ اِنَّهُ لَكُمْ عَدُوٌّ مُب۪ينٌ

  1. Ey inanıb güvənənlər! Tam bir təslimiyyət içinə girin! Şeytanın izindən getməyin! Çünki o, sizin açıq düşməninizdir.

فَاِنْ زَلَلْتُمْ مِنْ بَعْدِ مَا جَٓاءَتْكُمُ الْبَيِّنَاتُ فَاعْلَمُٓوا اَنَّ اللّٰهَ عَز۪يزٌ حَك۪يمٌ

  1. Sizə açıq-aşkar ayələr gəldikdən sonra azarsanız, bilin ki, Əziz olan və doğru qərarlar verən Allahdır.

هَلْ يَنْظُرُونَ اِلَّٓا اَنْ يَأْتِيَهُمُ اللّٰهُ ف۪ي ظُلَلٍ مِنَ الْغَمَامِ وَالْمَلٰٓئِكَةُ وَقُضِيَ الْاَمْرُۜ وَاِلَى اللّٰهِ تُرْجَعُ الْاُمُورُ۟

  1. Onlar, Allahın və mələklərin bulud kölgələri içində gəlməsini, mələklərin də birlikdə gəlib işin bitirilməsini[274] gözləyirlər? Nəhayət bütün işlər Allaha ərz edilir.

سَلْ بَن۪ٓي اِسْرَٓاء۪يلَ كَمْ اٰتَيْنَاهُمْ مِنْ اٰيَةٍ بَيِّنَةٍۜ وَمَنْ يُبَدِّلْ نِعْمَةَ اللّٰهِ مِنْ بَعْدِ مَا جَٓاءَتْهُ فَاِنَّ اللّٰهَ شَد۪يدُ الْعِقَابِ

  1. İsrail oğullarından soruş, onlara nə qədər açıq-aşkar ayələr/möcüzələr verdik. Kim Allahın nemətinə nail olandan sonra onu dəyişdirərsə, bilsin ki, Allahın cəzalandırması şiddətlidir.

زُيِّنَ لِلَّذ۪ينَ كَفَرُوا الْحَيٰوةُ الدُّنْيَا وَيَسْخَرُونَ مِنَ الَّذ۪ينَ اٰمَنُواۢ وَالَّذ۪ينَ اتَّقَوْا فَوْقَهُمْ يَوْمَ الْقِيٰمَةِۜ وَاللّٰهُ يَرْزُقُ مَنْ يَشَٓاءُ بِغَيْرِ حِسَابٍ

  1. Kafirlər üçün dünya həyatı süslü/bəzəkli göstərilir, inanıb güvənənləri məsxərəyə qoyurlar. Amma müttəqilər/günahlardan çəkinənlər Qiyamət[275] günü həmin kafirlərdən üstün vəziyyətdə olacaqlar. Allah düzgün seçim edənə hesabsız ruzi verir.

كَانَ النَّاسُ اُمَّةً وَاحِدَةً فَبَعَثَ اللّٰهُ النَّبِيّ۪نَ مُبَشِّر۪ينَ وَمُنْذِر۪ينَۖ وَاَنْزَلَ مَعَهُمُ الْكِتَابَ بِالْحَقِّ لِيَحْكُمَ بَيْنَ النَّاسِ ف۪يمَا اخْتَلَفُوا ف۪يهِۜ وَمَا اخْتَلَفَ ف۪يهِ اِلَّا الَّذ۪ينَ اُو۫تُوهُ مِنْ بَعْدِ مَا جَٓاءَتْهُمُ الْبَيِّنَاتُ بَغْيًا بَيْنَهُمْۚ فَهَدَى اللّٰهُ الَّذ۪ينَ اٰمَنُوا لِمَا اخْتَلَفُوا ف۪يهِ مِنَ الْحَقِّ بِاِذْنِه۪ۜ وَاللّٰهُ يَهْد۪ي مَنْ يَشَٓاءُ اِلٰى صِرَاطٍ مُسْتَق۪يمٍ

  1. İnsanlar bir ümmət idi.[276] Allah, müjdə verən və xəbərdarlıq edən nəbilər göndərdi. Ayrılığa düşdükləri mövzularda insanlar arasında hökm versin deyə onlarla birlikdə həqiqətləri ehtiva edən kitab da endirdi.[277] Ancaq özlərinə kitab verilənlər, açıq-aşkar ayələr gəldikdən sonra bir-birlərinə qarşı ədavət/üstünlük cəhdi üzündən ayrılığa düşdülər. Sonra Allah Öz izni ilə ixtilafa düşdükləri həqiqətlər barədə inanıb güvənənləri doğruya yönəltdi. Allah doğruları seçəni düz yola yönəldər.

اَمْ حَسِبْتُمْ اَنْ تَدْخُلُوا الْجَنَّةَ وَلَمَّا يَأْتِكُمْ مَثَلُ الَّذ۪ينَ خَلَوْا مِنْ قَبْلِكُمْۜ مَسَّتْهُمُ الْبَأْسَٓاءُ وَالضَّرَّٓاءُ وَزُلْزِلُوا حَتّٰى يَقُولَ الرَّسُولُ وَالَّذ۪ينَ اٰمَنُوا مَعَهُ مَتٰى نَصْرُ اللّٰهِۜ اَلَٓا اِنَّ نَصْرَ اللّٰهِ قَر۪يبٌ

  1. Sizdən əvvəlkilərin başlarına gələnlərin eynisi sizin də başınıza gəlməmiş Cənnətə daxil ola biləcəyinizi düşünürsünüz?[278] Onlar təzyiqlərə, sıxıntılara məruz qalmış və elə sarsılmışdılar ki, Allahın elçisi və onunla birlikdə olan möminlər «Allahın yardımı nə vaxtdır?» deyəcək hala gəlmişdilər. Bilin ki, Allahın yardımı yaxındır.

يَسْـَٔلُونَكَ مَاذَا يُنْفِقُونَۜ قُلْ مَٓا اَنْفَقْتُمْ مِنْ خَيْرٍ فَلِلْوَالِدَيْنِ وَالْاَقْرَب۪ينَ وَالْيَتَامٰى وَالْمَسَاك۪ينِ وَابْنِ السَّب۪يلِۜ وَمَا تَفْعَلُوا مِنْ خَيْرٍ فَاِنَّ اللّٰهَ بِه۪ عَل۪يمٌ

  1. Sənə (xeyirə) nəyi hara xərcləyəcəklərini soruşurlar. De ki, «Xeyir üçün nə xərclərsəniz; ana-ata, ən yaxınlar, yetimlər, çarəsizlər və yolda qalanlar üçün olsun».[279] Xeyir üçün nə xərclərsəniz Allah onu biləndir.

كُتِبَ عَلَيْكُمُ الْقِتَالُ وَهُوَ كُرْهٌ لَكُمْۚ وَعَسٰٓى اَنْ تَكْرَهُوا شَيْـًٔا وَهُوَ خَيْرٌ لَكُمْۚ وَعَسٰٓى اَنْ تُحِبُّوا شَيْـًٔا وَهُوَ شَرٌّ لَكُمْۜ وَاللّٰهُ يَعْلَمُ وَاَنْتُمْ لَا تَعْلَمُونَ۟

  1. Xoşunuza gəlməsə də döyüş sizə vacib edildi. Xoşunuza gəlməyən bir şey sizin üçün yaxşı ola bilər. Xoşunuza gələn bir şey də sizin üçün pis ola bilər. Allah bilir, siz bilməzsiniz.

يَسْـَٔلُونَكَ عَنِ الشَّهْرِ الْحَرَامِ قِتَالٍ ف۪يهِۜ قُلْ قِتَالٌ ف۪يهِ كَب۪يرٌۜ وَصَدٌّ عَنْ سَب۪يلِ اللّٰهِ وَكُفْرٌ بِه۪ وَالْمَسْجِدِ الْحَرَامِ وَاِخْرَاجُ اَهْلِه۪ مِنْهُ اَكْبَرُ عِنْدَ اللّٰهِۚ وَالْفِتْنَةُ اَكْبَرُ مِنَ الْقَتْلِۜ وَلَا يَزَالُونَ يُقَاتِلُونَكُمْ حَتّٰى يَرُدُّوكُمْ عَنْ د۪ينِكُمْ اِنِ اسْتَطَاعُواۜ وَمَنْ يَرْتَدِدْ مِنْكُمْ عَنْ د۪ينِه۪ فَيَمُتْ وَهُوَ كَافِرٌ فَاُو۬لٰٓئِكَ حَبِطَتْ اَعْمَالُهُمْ فِي الدُّنْيَا وَالْاٰخِرَةِۚ وَاُو۬لٰٓئِكَ اَصْحَابُ النَّارِۚ هُمْ ف۪يهَا خَالِدُونَ

  1. Səndən haram aylarını,[280] o aylarda döyüşməyi soruşurlar. De ki, «O aylarda döyüş böyük cinayətdir. Amma Allah yolundan uzaqlaşdırmaq, o yolu və Məscidul-Harama girməyə mane olmaq və xalqını oradan (Məkkədən) çıxarmaq, Allah qatında daha böyük cinayətdir. Fitnə isə,[281] adam öldürməkdən daha betərdir. Gücləri çatsa, sizi dininizdən döndərincəyə qədər sizinlə döyüşürlər. Sizdən kim dinindən dönər və kafir olaraq ölsə, etdikləri şeylər dünyada da axirətdə də puç olar. Onlar cəhənnəm əhalisidir, orada ölümsüz qalacaqlar».

اِنَّ الَّذ۪ينَ اٰمَنُوا وَالَّذ۪ينَ هَاجَرُوا وَجَاهَدُوا ف۪ي سَب۪يلِ اللّٰهِۙ اُو۬لٰٓئِكَ يَرْجُونَ رَحْمَتَ اللّٰهِۜ وَاللّٰهُ غَفُورٌ رَح۪يمٌ

  1. İnanıb güvənənlər, hicrət edənlər[282] və Allah yolunda cihada/mübarizəyə[283] başlayanlar, (bax) bunlar Allahın mərhəmətini gözləyə bilərlər. Allah bağışlayandır, rəhmlidir.

يَسْـَٔلُونَكَ عَنِ الْخَمْرِ وَالْمَيْسِرِۜ قُلْ ف۪يهِمَٓا اِثْمٌ كَب۪يرٌ وَمَنَافِعُ لِلنَّاسِۘ وَاِثْمُهُمَٓا اَكْبَرُ مِنْ نَفْعِهِمَاۜ وَيَسْـَٔلُونَكَ مَاذَا يُنْفِقُونَۜ قُلِ الْعَفْوَۜ كَذٰلِكَ يُبَيِّنُ اللّٰهُ لَكُمُ الْاٰيَاتِ لَعَلَّكُمْ تَتَفَكَّرُونَۙ

  1. Səndən sərxoşedici/içki[284] və qumar[285] barəsində soruşurlar. De ki: «İkisində də insanlar üçün böyük zərərlər[286] və bəzi faydalar vardır.[287] Amma hər ikisinin də zərərləri faydalarından çoxdur». Bir də xeyir üçün nəyi xərcləyəcəklərini soruşurlar. De: «Ehtiyacınızın artığını!»[288] Allah ayələrini sizə bu cür izah edir ki, fikirləşəsiniz.

فِي الدُّنْيَا وَالْاٰخِرَةِۜ وَيَسْـَٔلُونَكَ عَنِ الْيَتَامٰىۜ قُلْ اِصْلَاحٌ لَهُمْ خَيْرٌۜ وَاِنْ تُخَالِطُوهُمْ فَاِخْوَانُكُمْۜ وَاللّٰهُ يَعْلَمُ الْمُفْسِدَ مِنَ الْمُصْلِحِۜ وَلَوْ شَٓاءَ اللّٰهُ لَاَعْنَتَكُمْۜ اِنَّ اللّٰهَ عَز۪يزٌ حَك۪يمٌ

  1. Bunlar həm dünya, həm də axirət barəsindədir. Səndən yetimləri də soruşurlar. De: «Xeyirli olan, onların vəziyyətlərini yaxşılaşdırmaqdır». Əgər aranıza qəbul etsəniz, onsuz da sizin qardaş-bacılarınızdır.[289] Allah, nizam-intizamı yaradandan, pozanı ayırd edər. Allah, seçimini fərqli yaratsaydı sizi sıxıntıya salardı.[290] Şübhəsiz Allah Əzizdir, doğru qərar verəndir.

وَلَا تَنْكِحُوا الْمُشْرِكَاتِ حَتّٰى يُؤْمِنَّۜ وَلَاَمَةٌ مُؤْمِنَةٌ خَيْرٌ مِنْ مُشْرِكَةٍ وَلَوْ اَعْجَبَتْكُمْۚ وَلَا تُنْكِحُوا الْمُشْرِك۪ينَ حَتّٰى يُؤْمِنُواۜ وَلَعَبْدٌ مُؤْمِنٌ خَيْرٌ مِنْ مُشْرِكٍ وَلَوْ اَعْجَبَكُمْۜ اُو۬لٰٓئِكَ يَدْعُونَ اِلَى النَّارِۚ وَاللّٰهُ يَدْعُٓوا اِلَى الْجَنَّةِ وَالْمَغْفِرَةِ بِاِذْنِه۪ۚ وَيُبَيِّنُ اٰيَاتِه۪ لِلنَّاسِ لَعَلَّهُمْ يَتَذَكَّرُونَ۟

  1. Allaha inanıb güvənənə qədər müşrik qadınlarla evlənməyin. İman gətirmiş əsir qadın,[291] əlbəttə, müşrik qadından daha xeyirlidir. Allaha inanıb güvənən əsir qadın, müşrik bir qadından daha xeyirlidir; o müşrik qadını bəyənmiş olsanız belə. Allaha inanıb güvənənə qədər müşrik kişilərə qız verməyin.[292] Allaha inanıb güvənən əsir kişi, müşrik bir kişidən daha xeyirlidir; o müşrik kişini bəyənmiş olsanız belə.[293] Onlar sizi cəhənnəm oduna çağırırlar. Allah isə izniylə Cənnətə və bağışlanmaya/günahlardan təmizlənməyə çağırır. Allah, ayələrini insanlara açıq bəyan edir ki, ağıllarını başlarına alsınlar.

وَيَسْـَٔلُونَكَ عَنِ الْمَح۪يضِۜ قُلْ هُوَ اَذًىۙ فَاعْتَزِلُوا النِّسَٓاءَ فِي الْمَح۪يضِۙ وَلَا تَقْرَبُوهُنَّ حَتّٰى يَطْهُرْنَۚ فَاِذَا تَطَهَّرْنَ فَأْتُوهُنَّ مِنْ حَيْثُ اَمَرَكُمُ اللّٰهُۜ اِنَّ اللّٰهَ يُحِبُّ التَّوَّاب۪ينَ وَيُحِبُّ الْمُتَطَهِّر۪ينَ

  1. Səndən qadınlardakı adət və zahılıq qanaxmalarını[294] soruşurlar. De: «O bir sıxıntıdır». Adət və zahılıq davam edərkən onları rahat buraxın, təmizlənənə kimi də yaxınlaşmayın. Tərtəmiz olanda da onlara Allahın sizə buyurduğu yerdən yaxınlaşın.[295] Allah tövbə edənləri/səhvindən dönənləri sevər, təmizlənənləri də sevər.

نِسَٓاؤُ۬كُمْ حَرْثٌ لَكُمْۖ فَأْتُوا حَرْثَكُمْ اَنّٰى شِئْتُمْۘ وَقَدِّمُوا لِاَنْفُسِكُمْۜ وَاتَّقُوا اللّٰهَ وَاعْلَمُٓوا اَنَّكُمْ مُلَاقُوهُۜ وَبَشِّرِ الْمُؤْمِن۪ينَ

  1. Qadınlarınız sizin üçün əkin yeridir. Əkin yerinizə istədiyiniz tərzdə yaxınlaşın,[296] Özünüz üçün (yaxşı işlər) hazırlayın! Allaha qarşı günah işləməkdən çəkinin və bilin ki, Onun hüzuruna çıxarılacaqsınız. Bunu inananlara müjdələ.[297]

وَلَا تَجْعَلُوا اللّٰهَ عُرْضَةً لِاَيْمَانِكُمْ اَنْ تَبَرُّوا وَتَتَّقُوا وَتُصْلِحُوا بَيْنَ النَّاسِۜ وَاللّٰهُ سَم۪يعٌ عَل۪يمٌ

  1. Allah adına verdiyiniz andlar; yaxşılıq etməyə, təqvalı davranmağa/özünü qorumağa və insanların arasını barışdırmaya maneə təşkil etməsin![298] Allah, eşidəndir, biləndir.

لَا يُؤَاخِذُكُمُ اللّٰهُ بِاللَّغْوِ ف۪ٓي اَيْمَانِكُمْ وَلٰكِنْ يُؤَاخِذُكُمْ بِمَا كَسَبَتْ قُلُوبُكُمْۜ وَاللّٰهُ غَفُورٌ حَل۪يمٌ

  1. Allah, sizi qəsidsiz verdiyiniz andlara görə məsuliyyətə çəkməz, amma qəsidli olaraq etdiklərinizə görə məsuliyyətə çəkər. Allah bağışlayandır, həlimdir.

لِلَّذ۪ينَ يُؤْلُونَ مِنْ نِسَٓائِهِمْ تَرَبُّصُ اَرْبَعَةِ اَشْهُرٍۚ فَاِنْ فَٓاؤُ۫ فَاِنَّ اللّٰهَ غَفُورٌ رَح۪يمٌ

  1. Xanımları ilə yaxınlıq etməməyə dair and içənlər (ila edənlər[299]), onlardan dörd ay ayrı qala bilərlər. Əgər bu müddət içində (xanımlarına) dönərlərsə, Allah bağışlayandır, rəhmlidir.

وَاِنْ عَزَمُوا الطَّلَاقَ فَاِنَّ اللّٰهَ سَم۪يعٌ عَل۪يمٌ

  1. Yox əgər onları boşamağa qərar veriblərsə,[300] bilin ki, Allah eşidir və bilir.

وَالْمُطَلَّقَاتُ يَتَرَبَّصْنَ بِاَنْفُسِهِنَّ ثَلٰثَةَ قُرُٓوءٍۜ وَلَا يَحِلُّ لَهُنَّ اَنْ يَكْتُمْنَ مَا خَلَقَ اللّٰهُ ف۪ٓي اَرْحَامِهِنَّ اِنْ كُنَّ يُؤْمِنَّ بِاللّٰهِ وَالْيَوْمِ الْاٰخِرِۜ وَبُعُولَتُهُنَّ اَحَقُّ بِرَدِّهِنَّ ف۪ي ذٰلِكَ اِنْ اَرَادُٓوا اِصْلَاحًاۜ وَلَهُنَّ مِثْلُ الَّذ۪ي عَلَيْهِنَّ بِالْمَعْرُوفِۖ وَلِلرِّجَالِ عَلَيْهِنَّ دَرَجَةٌۜ وَاللّٰهُ عَز۪يزٌ حَك۪يمٌ۟

  1. (Əri tərəfindən) Boşanmış qadınlar özbaşlarına üç kur/təmizlik dövrü[301] gözləyərlər. Allaha və axirət gününə inanıblarsa, Allahın bətnlərində yaratdığını gizlətmələri[302] onlara halal deyildir. Ərləri aranı düzəltmək istəsə, bu müddət ərzində onlara geri qayıtmaq haqları vardır.[303] Mərufa/Quran meyarlarına görə qadınların lehinə olan haqlar, aleyhlərinə olan haqlarla eynidir. Kişilərin (boşanmaq mövzusunda) onlara qarşı bir dərəcə fərqləri vardır.[304] Allah Əzizdir, doğru qərar verəndir.

اَلطَّلَاقُ مَرَّتَانِۖ فَاِمْسَاكٌ بِمَعْرُوفٍ اَوْ تَسْر۪يحٌ بِاِحْسَانٍۜ وَلَا يَحِلُّ لَكُمْ اَنْ تَأْخُذُوا مِمَّٓا اٰتَيْتُمُوهُنَّ شَيْـًٔا اِلَّٓا اَنْ يَخَافَٓا اَلَّا يُق۪يمَا حُدُودَ اللّٰهِۜ فَاِنْ خِفْتُمْ اَلَّا يُق۪يمَا حُدُودَ اللّٰهِۙ فَلَا جُنَاحَ عَلَيْهِمَا ف۪يمَا افْتَدَتْ بِه۪ۜ تِلْكَ حُدُودُ اللّٰهِ فَلَا تَعْتَدُوهَاۚ وَمَنْ يَتَعَدَّ حُدُودَ اللّٰهِ فَاُو۬لٰٓئِكَ هُمُ الظَّالِمُونَ

  1. Talaq[305] iki dəfə olur. Hər birindən sonra qadını ya mərufa/Qurandakı hökmlərə uyğun tutmaq, ya da gözəlliklə ayırmaq lazımdır. İkinizin də Allahın hədlərini yerinə yetirməyəcəyinizdən qorxmağınız istisna olmaqla, qadınlara verdiklərinizdən bir şey almağınız sizə halal olmaz.[306] (Ey möminlər!) Əgər siz, Allahın qoyduğu hədlərə onların dayana bilməyəcəklərindən qorxsanız, qadının fidyə verib özünü qurtarması hər ikisi üçün də günah olmaz.[307] Bunlar Allahın qoyduğu hədlərdir; onları aşmayın. Hər kim Allahın qoyduğu hədləri aşarsa, məhz onlar zalımlardır.

فَاِنْ طَلَّقَهَا فَلَا تَحِلُّ لَهُ مِنْ بَعْدُ حَتّٰى تَنْكِحَ زَوْجًا غَيْرَهُۜ فَاِنْ طَلَّقَهَا فَلَا جُنَاحَ عَلَيْهِمَٓا اَنْ يَتَرَاجَعَٓا اِنْ ظَنَّٓا اَنْ يُق۪يمَا حُدُودَ اللّٰهِۜ وَتِلْكَ حُدُودُ اللّٰهِ يُبَيِّنُهَا لِقَوْمٍ يَعْلَمُونَ

  1. Kişi arvadını üçüncü dəfə boşayarsa, artıq ona halal olmaz.[308] Bundan sonra qadın başqa bir kişi ilə evlənərsə, onu o da boşayarsa həmin vaxt baxarlar, əgər Allahın qoyduğu hədlərdə qalacaqları qənaətinə gələrlərsə, təkrar bir-birilərinə qayıtmaları günah olmaz. Bunlar Allahın hədləridir. Allah bunları bilən camaat/xalq üçün izah edir.[309]

وَاِذَا طَلَّقْتُمُ النِّسَٓاءَ فَبَلَغْنَ اَجَلَهُنَّ فَاَمْسِكُوهُنَّ بِمَعْرُوفٍ اَوْ سَرِّحُوهُنَّ بِمَعْرُوفٍۖ وَلَا تُمْسِكُوهُنَّ ضِرَارًا لِتَعْتَدُواۚ وَمَنْ يَفْعَلْ ذٰلِكَ فَقَدْ ظَلَمَ نَفْسَهُۜ وَلَا تَتَّخِذُٓوا اٰيَاتِ اللّٰهِ هُزُوًاۘ وَاذْكُرُوا نِعْمَتَ اللّٰهِ عَلَيْكُمْ وَمَٓا اَنْزَلَ عَلَيْكُمْ مِنَ الْكِتَابِ وَالْحِكْمَةِ يَعِظُكُمْ بِه۪ۜ وَاتَّقُوا اللّٰهَ وَاعْلَمُٓوا اَنَّ اللّٰهَ بِكُلِّ شَيْءٍ عَل۪يمٌ۟

  1. Qadınları boşayanda gözləmə müddətlərinin axırına çatsalar, ya məruf[310] (Quran meyarları) ilə saxlayın, ya da mərufla ayırın. Onlara zərər verərək haqlarına girmək üçün saxlamayın.[311] Bunu edən özünü pis vəziyyətə salar. Allahın ayələrini ələ salmayın. Allahın üzərinizdəki nemətini ağlınızdan çıxartmayın. O endirdiyi kitab və hikmətlə sizə nəsihət edir. Allahdan çəkinərək özünüzü qoruyun. Bilin ki, hər şeyi bilən Allahdır.

وَاِذَا طَلَّقْتُمُ النِّسَٓاءَ فَبَلَغْنَ اَجَلَهُنَّ فَلَا تَعْضُلُوهُنَّ اَنْ يَنْكِحْنَ اَزْوَاجَهُنَّ اِذَا تَرَاضَوْا بَيْنَهُمْ بِالْمَعْرُوفِۜ ذٰلِكَ يُوعَظُ بِه۪ مَنْ كَانَ مِنْكُمْ يُؤْمِنُ بِاللّٰهِ وَالْيَوْمِ الْاٰخِرِۜ ذٰلِكُمْ اَزْكٰى لَكُمْ وَاَطْهَرُۜ وَاللّٰهُ يَعْلَمُ وَاَنْتُمْ لَا تَعْلَمُونَ

  1. Qadınları boşayanda gözləmə müddətləri başa çatdığı zaman, ər namizədləri ilə[312] mərufa uyğun razılaşarlarsa, ailə həyatı qurmalarına mane olmayın.[313] Bu aranızdan Allaha və axirət gününə inanıb güvənənlərə verilən nəsihətdir. Sizin üçün daha pak və təmiz[314] olan budur. Bunları bilən Allahdır, siz bilməzsiniz.

وَالْوَالِدَاتُ يُرْضِعْنَ اَوْلَادَهُنَّ حَوْلَيْنِ كَامِلَيْنِ لِمَنْ اَرَادَ اَنْ يُتِمَّ الرَّضَاعَةَۜ وَعَلَى الْمَوْلُودِ لَهُ رِزْقُهُنَّ وَكِسْوَتُهُنَّ بِالْمَعْرُوفِۜ لَا تُكَلَّفُ نَفْسٌ اِلَّا وُسْعَهَاۚ لَا تُضَٓارَّ وَالِدَةٌ بِوَلَدِهَا وَلَا مَوْلُودٌ لَهُ بِوَلَدِه۪ وَعَلَى الْوَارِثِ مِثْلُ ذٰلِكَۚ فَاِنْ اَرَادَا فِصَالًا عَنْ تَرَاضٍ مِنْهُمَا وَتَشَاوُرٍ فَلَا جُنَاحَ عَلَيْهِمَاۜ وَاِنْ اَرَدْتُمْ اَنْ تَسْتَرْضِعُٓوا اَوْلَادَكُمْ فَلَا جُنَاحَ عَلَيْكُمْ اِذَا سَلَّمْتُمْ مَٓا اٰتَيْتُمْ بِالْمَعْرُوفِۜ وَاتَّقُوا اللّٰهَ وَاعْلَمُٓوا اَنَّ اللّٰهَ بِمَا تَعْمَلُونَ بَص۪يرٌ

  1. Analar övladlarını tam iki il əmizdirsinlər.[315] Bu əmizdirməyi tamamlamaq istəyən üçündür.[316] Anaların yiyəcəyini və geyimini mərufa uyğun qarşılamaq ataların vəzifəsidir. Heç kimə gücünün çatmayacağı yük yüklənməz. Övladına görə nə ana zərərə düçar olar, nə də ata. Mirasçının[317] məsuliyyəti də eynidir. Ana və ata, qarşılıqlı razılıq və məsləhətlə uşağı süddən kəsmək istəyərlərsə, ikisi üçün də günah olmaz.[318] Uşaqlarınıza süd anası tutmaq istəsəniz, əvəzini mərufa[319] uyğun olaraq ödəyəndən sonra[320] sizə bir günahı olmaz. Allaha qarşı günah işləməkdən çəkinin. Bilin ki Allah, elədiyiniz hər şeyi görür.

وَالَّذ۪ينَ يُتَوَفَّوْنَ مِنْكُمْ وَيَذَرُونَ اَزْوَاجًا يَتَرَبَّصْنَ بِاَنْفُسِهِنَّ اَرْبَعَةَ اَشْهُرٍ وَعَشْرًاۚ فَاِذَا بَلَغْنَ اَجَلَهُنَّ فَلَا جُنَاحَ عَلَيْكُمْ ف۪يمَا فَعَلْنَ ف۪ٓي اَنْفُسِهِنَّ بِالْمَعْرُوفِۜ وَاللّٰهُ بِمَا تَعْمَلُونَ خَب۪يرٌ

  1. Ölən kişilərin geridə buraxdığı yoldaşları özbaşlarına dörd ay on gün gözləyərlər. Müddətlərinin axırına çatdıqda, özləri üçün mərufa uyğun olaraq etdikləri şeyin sizə bir günahı olmaz.[321] Allah, elədiyiniz hər işdən xəbərdardır.

وَلَا جُنَاحَ عَلَيْكُمْ ف۪يمَا عَرَّضْتُمْ بِه۪ مِنْ خِطْبَةِ النِّسَٓاءِ اَوْ اَكْنَنْتُمْ ف۪ٓي اَنْفُسِكُمْۜ عَلِمَ اللّٰهُ اَنَّكُمْ سَتَذْكُرُونَهُنَّ وَلٰكِنْ لَا تُوَاعِدُوهُنَّ سِرًّا اِلَّٓا اَنْ تَقُولُوا قَوْلًا مَعْرُوفًاۜ وَلَا تَعْزِمُوا عُقْدَةَ النِّكَاحِ حَتّٰى يَبْلُغَ الْكِتَابُ اَجَلَهُۜ وَاعْلَمُٓوا اَنَّ اللّٰهَ يَعْلَمُ مَا ف۪ٓي اَنْفُسِكُمْ فَاحْذَرُوهُۚ وَاعْلَمُٓوا اَنَّ اللّٰهَ غَفُورٌ حَل۪يمٌ۟

  1. Bu (İddət gözləyən) qadınlara üstü qapalı evlilik təklifi etməyiniz və ya məqsədinizi könlünüzdə gizlətməyiniz günah deyil. Allah bilir ki, siz bunu irəlidə onlara izah edəcəksiniz. Bir-birinizə gizlində söz verməyin, amma mərufa uyğun bir söz deyə bilərsiz. Bu Kitabda müəyyən edilmiş olan vaxt axıra çatana kimi[322] aranızda evlilik əlaqəsi qurmaq qərarı verməyin. Bilin ki, Allah könülünüzdə olanı bilir. Elə isə diqqətli davranın. Bilin ki, Allah çox bağışlayandır, həlimdir.

لَا جُنَاحَ عَلَيْكُمْ اِنْ طَلَّقْتُمُ النِّسَٓاءَ مَا لَمْ تَمَسُّوهُنَّ اَوْ تَفْرِضُوا لَهُنَّ فَر۪يضَةًۚ وَمَتِّعُوهُنَّۚ عَلَى الْمُوسِعِ قَدَرُهُ وَعَلَى الْمُقْتِرِ قَدَرُهُۚ مَتَاعًا بِالْمَعْرُوفِۚ حَقًّا عَلَى الْمُحْسِن۪ينَ

  1. Yaxınlıq etmədiyiniz qadınları,[323] mehirlərini[324] qərarlaşdırmadan boşasanız, sizə bir günah olmaz. Onlara imkanı olan imkan daxilində, imkanı olmayan da gücü ölçüsündə mərufa uyğun bir dolanacaq versin.[325] Bu gözəl davrananlar üzərində bir borcdur.

وَاِنْ طَلَّقْتُمُوهُنَّ مِنْ قَبْلِ اَنْ تَمَسُّوهُنَّ وَقَدْ فَرَضْتُمْ لَهُنَّ فَر۪يضَةً فَنِصْفُ مَا فَرَضْتُمْ اِلَّٓا اَنْ يَعْفُونَ اَوْ يَعْفُوَا الَّذ۪ي بِيَدِه۪ عُقْدَةُ النِّكَاحِۜ وَاَنْ تَعْفُٓوا اَقْرَبُ لِلتَّقْوٰىۜ وَلَا تَنْسَوُا الْفَضْلَ بَيْنَكُمْۜ اِنَّ اللّٰهَ بِمَا تَعْمَلُونَ بَص۪يرٌ

  1. Yaxınlıq etmədən əvvəl boşadığınız qadınların, mehirlərini təyin etmisinizsə, bu təyin etdiyiniz mehrin yarısını onlara verməlisiniz. Qadınların və ya nikah müqaviləsi (nikah düyümü) əlində olan ərin[326] öz haqqını bağışlaması istisnadır. (Ey kişilər!) Sizin bağışlamağınız,[327] təqva (özünü günahdan qoruma) baxımından daha uyğundur. Aranızdakı fərqi[328] unutmayın. Şübhəsiz ki, Allah elədiklərinizi görür.

حَافِظُوا عَلَى الصَّلَوَاتِ وَالصَّلٰوةِ الْوُسْطٰى وَقُومُوا لِلّٰهِ قَانِت۪ينَ

  1. Namazlara və orta namaza[329] davam edin və Allahın hüzurunda könüllü bağlılıqla durun!

فَاِنْ خِفْتُمْ فَرِجَالًا اَوْ رُكْبَانًاۚ فَاِذَٓا اَمِنْتُمْ فَاذْكُرُوا اللّٰهَ كَمَا عَلَّمَكُمْ مَا لَمْ تَكُونُوا تَعْلَمُونَ

  1. Əgər qorxsanız[330] namazı yeriyərək yaxud minikdə qılın. Əmin-amanlığa qovuşanda isə Allahı bilmədiklərinizi sizə öyrətdiyi kimi yad edin.[331]

وَالَّذ۪ينَ يُتَوَفَّوْنَ مِنْكُمْ وَيَذَرُونَ اَزْوَاجًاۚ وَصِيَّةً لِاَزْوَاجِهِمْ مَتَاعًا اِلَى الْحَوْلِ غَيْرَ اِخْرَاجٍۚ فَاِنْ خَرَجْنَ فَلَا جُنَاحَ عَلَيْكُمْ ف۪ي مَا فَعَلْنَ ف۪ٓي اَنْفُسِهِنَّ مِنْ مَعْرُوفٍۜ وَاللّٰهُ عَز۪يزٌ حَك۪يمٌ

  1. Sizlərdən vəfat edən kişilərin qoyub getdikləri arvadları ilə əlaqəli bir vəsiyyəti/vəzifəsi,[332] arvadlarına evlərindən çıxarılmadan bir ilə qədər dolanışıq/keçimlərini saxlamaqdır.[333] Amma onlar çıxsalar, mərufa/Qurandakı meyarlara uyğun olaraq etdikləri şeyə görə sizə bir günah olmaz.[334] Allah Əzizdir, doğru qərar verəndir.

وَلِلْمُطَلَّقَاتِ مَتَاعٌ بِالْمَعْرُوفِۜ حَقًّا عَلَى الْمُتَّق۪ينَ

  1. Ərləri tərəfindən boşanan qadınların da mərufa uyğun mənfəətləri vardır.[335] Bu, günahdan çəkinənlər üzərinə borcdur.

كَذٰلِكَ يُبَيِّنُ اللّٰهُ لَكُمْ اٰيَاتِه۪ لَعَلَّكُمْ تَعْقِلُونَ۟

  1. Allah sizə ayələrini belə açıqlayır ki, bəlkə ağlınızı işlədəsiniz.

اَلَمْ تَرَ اِلَى الَّذ۪ينَ خَرَجُوا مِنْ دِيَارِهِمْ وَهُمْ اُلُوفٌ حَذَرَ الْمَوْتِۖ فَقَالَ لَهُمُ اللّٰهُ مُوتُوا ثُمَّ اَحْيَاهُمْۜ اِنَّ اللّٰهَ لَذُو فَضْلٍ عَلَى النَّاسِ وَلٰكِنَّ اَكْثَرَ النَّاسِ لَا يَشْكُرُونَ

  1. Ölüm qorxusuyla el-obalarından çıxan minlərlə adamı görmədinmi?[336] Allah onlara «Ölün!» demiş, sonra təkrar diriltmişdi. Allah, insanlara çox lütf edər amma insanların əksəriyyəti Ona qarşı vəzifələrini yerinə yetirmir.

وَقَاتِلُوا ف۪ي سَب۪يلِ اللّٰهِ وَاعْلَمُٓوا اَنَّ اللّٰهَ سَم۪يعٌ عَل۪يمٌ

  1. Siz Allah yolunda döyüşün. Bilin ki, sizi eşidən və bilən Allahdır.

مَنْ ذَا الَّذ۪ي يُقْرِضُ اللّٰهَ قَرْضًا حَسَنًا فَيُضَاعِفَهُ لَهُٓ اَضْعَافًا كَث۪يرَةًۜ وَاللّٰهُ يَقْبِضُ وَيَبْصُۣطُۖ وَاِلَيْهِ تُرْجَعُونَ

  1. Kim Allaha gözəl bir borc versə,[337] Allah ona qat-qat artığını verər. Sıxıntıya salan da bolluq verən də Allahdır. Siz, Onun hüzuruna çıxarılacaqsınız.

اَلَمْ تَرَ اِلَى الْمَلَاِ مِنْ بَن۪ٓي اِسْرَٓاء۪يلَ مِنْ بَعْدِ مُوسٰىۢ اِذْ قَالُوا لِنَبِيٍّ لَهُمُ ابْعَثْ لَنَا مَلِكًا نُقَاتِلْ ف۪ي سَب۪يلِ اللّٰهِۜ قَالَ هَلْ عَسَيْتُمْ اِنْ كُتِبَ عَلَيْكُمُ الْقِتَالُ اَلَّا تُقَاتِلُواۜ قَالُوا وَمَا لَنَٓا اَلَّا نُقَاتِلَ ف۪ي سَب۪يلِ اللّٰهِ وَقَدْ اُخْرِجْنَا مِنْ دِيَارِنَا وَاَبْنَٓائِنَاۜ فَلَمَّا كُتِبَ عَلَيْهِمُ الْقِتَالُ تَوَلَّوْا اِلَّا قَل۪يلًا مِنْهُمْۜ وَاللّٰهُ عَل۪يمٌ بِالظَّالِم۪ينَ

  1. Musadan sonra İsrail oğullarının məmurlarını/din xadimlərini[338] görmədinmi/gözündə canlandırmadınmı? Onlar Nəbilərinə: «Bizə bir hökmdar[339] təyin et ki, Allah yolunda döyüşək!» demişdilər. O, «Bəs döyüş əmr edilsə, döyüşməsəniz?» Onlar da «İtirəsi nəyimiz qaldı ki, Allah yolunda döyüşməyək! Həm yurdlarımızdan çıxarılmışıq, həm də övladlarımızdan ayrı düşmüşük» dedilər. Onlara döyüş yazılanda çox azı istisna olmaqla hamısı qaçdılar. Allah, zalımları biləndir.

وَقَالَ لَهُمْ نَبِيُّهُمْ اِنَّ اللّٰهَ قَدْ بَعَثَ لَكُمْ طَالُوتَ مَلِكًاۜ قَالُٓوا اَنّٰى يَكُونُ لَهُ الْمُلْكُ عَلَيْنَا وَنَحْنُ اَحَقُّ بِالْمُلْكِ مِنْهُ وَلَمْ يُؤْتَ سَعَةً مِنَ الْمَالِۜ قَالَ اِنَّ اللّٰهَ اصْطَفٰيهُ عَلَيْكُمْ وَزَادَهُ بَسْطَةً فِي الْعِلْمِ وَالْجِسْمِۜ وَاللّٰهُ يُؤْت۪ي مُلْكَهُ مَنْ يَشَٓاءُۜ وَاللّٰهُ وَاسِعٌ عَل۪يمٌ

  1. Nəbiləri onlara: «Allah sizə hökmdar kimi Talutu seçdi» – dedi. «O bizə necə baş komandir ola bilər? Hökmdarlıq ondan çox bizim haqqımızdır. Onun elə də çox var-dövləti yoxdur!» dedilər. Nəbi «Onu sizin başınıza Allah seçdi. Ona bilik və bədəncə üstünlük verdi. Allah səlahiyyəti seçdiyinə verir» dedi. Allah, imkanları geniş olan və hər şeyi biləndir.

وَقَالَ لَهُمْ نَبِيُّهُمْ اِنَّ اٰيَةَ مُلْكِه۪ٓ اَنْ يَأْتِيَكُمُ التَّابُوتُ ف۪يهِ سَك۪ينَةٌ مِنْ رَبِّكُمْ وَبَقِيَّةٌ مِمَّا تَرَكَ اٰلُ مُوسٰى وَاٰلُ هٰرُونَ تَحْمِلُهُ الْمَلٰٓئِكَةُۜ اِنَّ ف۪ي ذٰلِكَ لَاٰيَةً لَكُمْ اِنْ كُنْتُمْ مُؤْمِن۪ينَ۟

  1. Nəbiləri onlara dedi: «Ona hökmdarlıq verildiyinin əlaməti sizə Sandığın[340] gəlməsidir. İçində Rəbbinizdən sizə bir təskinlik, Musa və Harun ailələrinin arxada qoyduğu xatirələr olacaq və onu mələklər daşıyacaqdır. Əgər inanırsınızsa, bunda sizin üçün həqiqi bir ayə/əlamət var».

فَلَمَّا فَصَلَ طَالُوتُ بِالْجُنُودِۙ قَالَ اِنَّ اللّٰهَ مُبْتَل۪يكُمْ بِنَهَرٍۚ فَمَنْ شَرِبَ مِنْهُ فَلَيْسَ مِنّ۪يۚ وَمَنْ لَمْ يَطْعَمْهُ فَاِنَّهُ مِنّ۪ٓي اِلَّا مَنِ اغْتَرَفَ غُرْفَةً بِيَدِه۪ۚ فَشَرِبُوا مِنْهُ اِلَّا قَل۪يلًا مِنْهُمْۜ فَلَمَّا جَاوَزَهُ هُوَ وَالَّذ۪ينَ اٰمَنُوا مَعَهُۙ قَالُوا لَا طَاقَةَ لَنَا الْيَوْمَ بِجَالُوتَ وَجُنُودِه۪ۜ قَالَ الَّذ۪ينَ يَظُنُّونَ اَنَّهُمْ مُلَاقُوا اللّٰهِۙ كَمْ مِنْ فِئَةٍ قَل۪يلَةٍ غَلَبَتْ فِئَةً كَث۪يرَةً بِاِذْنِ اللّٰهِۜ وَاللّٰهُ مَعَ الصَّابِر۪ينَ

  1. Talut əsgərləri ilə birlikdə ayrılanda dedi ki, «Allah bir çayla sizi ağır sınaqdan keçirəcək. Kim ondan içsə məndən deyildir. Hər kim yeməyinə qatmazsa məndəndir». Amma əli ilə bir ovuc alan ala bilər. Sonra çox azı istisna olmaqla hamısı ondan içdilər. O və onunla birlikdə olan möminlər çayı keçəndən sonra belə dedilər: «Bu gün Caluta və əsgərlərinə qarşı mübarizə aparacaq gücümüz qalmadı». Allahın hüzuruna çıxacaqlarına inananlar isə belə dedilər: «Neçə kiçik dəstələr, Allahın icazəsiylə, böyük dəstələri alt-üst etmişdir. Allah səbr edənlərin/əzmli olanların yanındadır.»

وَلَمَّا بَرَزُوا لِجَالُوتَ وَجُنُودِه۪ قَالُوا رَبَّنَٓا اَفْرِغْ عَلَيْنَا صَبْرًا وَثَبِّتْ اَقْدَامَنَا وَانْصُرْنَا عَلَى الْقَوْمِ الْكَافِر۪ينَۜ

  1. Calut və ordusunun qarşısına çıxanda belə dua etdilər: «Ey Rəbbimiz! Bizə mübarizə əzmi ver! Ayaqlarımıza güc/səbat ver! Kafir xalqa qarşı bizə yardım et!»

فَهَزَمُوهُمْ بِاِذْنِ اللّٰهِۙ وَقَتَلَ دَاوُ۫دُ جَالُوتَ وَاٰتٰيهُ اللّٰهُ الْمُلْكَ وَالْحِكْمَةَ وَعَلَّمَهُ مِمَّا يَشَٓاءُۜ وَلَوْلَا دَفْعُ اللّٰهِ النَّاسَ بَعْضَهُمْ بِبَعْضٍ لَفَسَدَتِ الْاَرْضُ وَلٰكِنَّ اللّٰهَ ذُو فَضْلٍ عَلَى الْعَالَم۪ينَ

  1. Sonra Allahın izniylə onları məğlub etdilər. Davud Calutu öldürdü. Allah ona hökmdarlıq və hikmət[341] verdi, ona münasib bildiyi hər şeyi öyrətdi. Allah insanların bir hissəsi ilə digərlərinə mane olmazsa, yer üzündə nizam-intizam pozular. Nəysə ki Allah, aləmlərə qarşı lütufkardır.

تِلْكَ اٰيَاتُ اللّٰهِ نَتْلُوهَا عَلَيْكَ بِالْحَقِّۜ وَاِنَّكَ لَمِنَ الْمُرْسَل۪ينَ

  1. Bunlar Allahın ayələridir. O, bunları sənə bütün həqiqəti ehtiva edəcək şəkildə sıralayır. Sən də Onun elçilərindənsən.

تِلْكَ الرُّسُلُ فَضَّلْنَا بَعْضَهُمْ عَلٰى بَعْضٍۢ مِنْهُمْ مَنْ كَلَّمَ اللّٰهُ وَرَفَعَ بَعْضَهُمْ دَرَجَاتٍۜ وَاٰتَيْنَا ع۪يسَى ابْنَ مَرْيَمَ الْبَيِّنَاتِ وَاَيَّدْنَاهُ بِرُوحِ الْقُدُسِۜ وَلَوْ شَٓاءَ اللّٰهُ مَا اقْتَتَلَ الَّذ۪ينَ مِنْ بَعْدِهِمْ مِنْ بَعْدِ مَا جَٓاءَتْهُمُ الْبَيِّنَاتُ وَلٰكِنِ اخْتَلَفُوا فَمِنْهُمْ مَنْ اٰمَنَ وَمِنْهُمْ مَنْ كَفَرَۜ وَلَوْ شَٓاءَ اللّٰهُ مَا اقْتَتَلُوا وَلٰكِنَّ اللّٰهَ يَفْعَلُ مَا يُر۪يدُ۟

  1. Bu elçilərin bəzilərini bəzisindən üstün etdik. Allah, bəziləri ilə danışdı, bəzilərini bir neçə dərəcə ucaltdı. Məryəm oğlu İsaya da açıq dəlillər verdi və onu Müqəddəs Ruhla dəstəklədi.[342] Allah seçimi (insanlara verməyib) özü etsəydi, sonrakılar həmin açıq-aydın dəlillər gələndən sonra bir-birləriylə döyüşə bilməzdilər. Amma ixtilafa düşdülər, kimisi inanıb güvəndi, kimisi ayələri görməzliyə vurdu (kafir oldu). Seçimi Allah etsəydi, bir-biriləriylə döyüşə bilməzdilər. Allah istədiyini edər.[343]

يَٓا اَيُّهَا الَّذ۪ينَ اٰمَنُٓوا اَنْفِقُوا مِمَّا رَزَقْنَاكُمْ مِنْ قَبْلِ اَنْ يَأْتِيَ يَوْمٌ لَا بَيْعٌ ف۪يهِ وَلَا خُلَّةٌ وَلَا شَفَاعَةٌۜ وَالْكَافِرُونَ هُمُ الظَّالِمُونَ

  1. Ey inanıb güvənənlər! Sizə ruzi olaraq verdiklərimizdən xeyirə xərcləyin. Bunu alış-veriş, dostluq və şəfaətin olmayacağı gün gəlməmişdən əvvəl edin. Bunları görməzlikdən gələnlər isə əsl zalımlardır.

اَللّٰهُ لَٓا اِلٰهَ اِلَّا هُوَۚ اَلْحَيُّ الْقَيُّومُۚ لَا تَأْخُذُهُ سِنَةٌ وَلَا نَوْمٌۜ لَهُ مَا فِي السَّمٰوَاتِ وَمَا فِي الْاَرْضِۜ مَنْ ذَا الَّذ۪ي يَشْفَعُ عِنْدَهُٓ اِلَّا بِاِذْنِه۪ۜ يَعْلَمُ مَا بَيْنَ اَيْد۪يهِمْ وَمَا خَلْفَهُمْۚ وَلَا يُح۪يطُونَ بِشَيْءٍ مِنْ عِلْمِه۪ٓ اِلَّا بِمَا شَٓاءَۚ وَسِعَ كُرْسِيُّهُ السَّمٰوَاتِ وَالْاَرْضَۚ وَلَا يَؤُ۫دُهُ حِفْظُهُمَاۚ وَهُوَ الْعَلِيُّ الْعَظ۪يمُ

  1. Allah, Ondan başqa ilah yoxdur. Daim diridir, idarə edəndir. Onu nə mürgülmək nə də yuxu tutar! Göylərdə və yerdə olan hər şey Onundur. Ondan icazəsiz, hüzurunda şəfaəti kim gözə ala bilər?[344] Onların önlərində və arxalarında olanı O bilir. Onlar Onun elmindən imkan verdiyi qədərindən başqa bir şey qavraya bilməzlər.[345] Hakimiyyəti göyləri də, yeri də əhatə edir. Bu ikisini qorumaq Ona çətin gəlməz. O Ucadır, Əzəmətlidir.

لَٓا اِكْرَاهَ فِي الدّ۪ينِ قَدْ تَبَيَّنَ الرُّشْدُ مِنَ الْغَيِّۚ فَمَنْ يَكْفُرْ بِالطَّاغُوتِ وَيُؤْمِنْ بِاللّٰهِ فَقَدِ اسْتَمْسَكَ بِالْعُرْوَةِ الْوُثْقٰىۗ لَا انْفِصَامَ لَهَاۜ وَاللّٰهُ سَم۪يعٌ عَل۪يمٌ

  1. Dində məcburiyyət olmaz;[346] doğrular, əyrilərdən açıq-aşkar ayırd edilmişdir. Kim tağutları/həddi aşanları tanımayıb[347] Allaha güvənərsə, qopması imkansız ən sağlam qulpdan yapışmış olar. Allah eşidəndir, biləndir!

اَللّٰهُ وَلِيُّ الَّذ۪ينَ اٰمَنُواۙ يُخْرِجُهُمْ مِنَ الظُّلُمَاتِ اِلَى النُّورِۜ وَالَّذ۪ينَ كَفَرُٓوا اَوْلِيَٓاؤُ۬هُمُ الطَّاغُوتُۙ يُخْرِجُونَهُمْ مِنَ النُّورِ اِلَى الظُّلُمَاتِۜ اُو۬لٰٓئِكَ اَصْحَابُ النَّارِۚ هُمْ ف۪يهَا خَالِدُونَ۟

  1. İnanıb güvənənlərin vəlisi/ən yaxını[348] Allahdır. O, onları qaranlıqlardan aydınlığa çıxarır. Kafirlərin özlərinə vəli/ən yaxın gördükləri[349] isə tağutlardır; onlar da bunları aydınlıqdan çıxararaq qaranlıqlara salar. Onlar od əhalisidir, orada ölümsüz qalacaqlar.

اَلَمْ تَرَ اِلَى الَّذ۪ي حَٓاجَّ اِبْرٰه۪يمَ ف۪ي رَبِّه۪ٓ اَنْ اٰتٰيهُ اللّٰهُ الْمُلْكَۢ اِذْ قَالَ اِبْرٰه۪يمُ رَبِّيَ الَّذ۪ي يُحْي۪ وَيُم۪يتُۙ قَالَ اَنَا۬ اُحْي۪ وَاُم۪يتُۜ قَالَ اِبْرٰه۪يمُ فَاِنَّ اللّٰهَ يَأْت۪ي بِالشَّمْسِ مِنَ الْمَشْرِقِ فَأْتِ بِهَا مِنَ الْمَغْرِبِ فَبُهِتَ الَّذ۪ي كَفَرَۜ وَاللّٰهُ لَا يَهْدِي الْقَوْمَ الظَّالِم۪ينَۚ

  1. Allah hökmdarlıq verdiyi üçün Rəbbi haqqında İbrahimlə mübahisə edəni gördünmü? İbrahim: «Mənim Rəbbim/Sahibim həm yaşadan həm öldürəndir!» deyəndə, o: «Mən də yaşadıram, mən də öldürürəm!», – demişdi. İbrahim: «Allah Günəşi şərqdən çıxarır, sən də qərbdən çıxar!» deyəndə, ayələri görməzliyə vuran həmin adam çaşıb qaldı. Allah, zalım bir xalqı yola gətirməz.

اَوْ كَالَّذ۪ي مَرَّ عَلٰى قَرْيَةٍ وَهِيَ خَاوِيَةٌ عَلٰى عُرُوشِهَاۚ قَالَ اَنّٰى يُحْي۪ هٰذِهِ اللّٰهُ بَعْدَ مَوْتِهَاۚ فَاَمَاتَهُ اللّٰهُ مِائَةَ عَامٍ ثُمَّ بَعَثَهُۜ قَالَ كَمْ لَبِثْتَۜ قَالَ لَبِثْتُ يَوْمًا اَوْ بَعْضَ يَوْمٍۜ قَالَ بَلْ لَبِثْتَ مِائَةَ عَامٍ فَانْظُرْ اِلٰى طَعَامِكَ وَشَرَابِكَ لَمْ يَتَسَنَّهْۚ وَانْظُرْ اِلٰى حِمَارِكَ وَلِنَجْعَلَكَ اٰيَةً لِلنَّاسِ وَانْظُرْ اِلَى الْعِظَامِ كَيْفَ نُنْشِزُهَا ثُمَّ نَكْسُوهَا لَحْمًاۜ فَلَمَّا تَبَيَّنَ لَهُۙ قَالَ اَعْلَمُ اَنَّ اللّٰهَ عَلٰى كُلِّ شَيْءٍ قَد۪يرٌ

  1. Yaxud o kimsə ki, (Divarları) tavanlarının üstünə çökmüş bir şəhərə gəlmiş və «Allah bu şəhəri ölümündən sonra necə dirildəcək?» demişdi. Allah onu yüz il ölü saxladı, sonra diriltdi. «Nə qədər qaldın?» dedi. «Bir gün qaldım, bəlkə bir gündən də az!» cavabını verdi. Allah dedi ki: «Yox, tam yüz il qaldın! Yeməyinə və içəcəyinə bax, heç xarab olmamışdır! Bir də eşşəyinə bax! Bu səni insanlara bir ayə/ibrət olaraq göstərmək üçündür. İndi də (eşşəkdən qalan) sümüklərə bax, onları necə birləşdirdiyimizi, sonra necə ətə büründürəcəyimizi gör!» Bunları açıq-aşkar görəndə dedi ki, «İndi bilirəm ki, Allah hər şeyə bir ölçü qoyandır».[350]

وَاِذْ قَالَ اِبْرٰه۪يمُ رَبِّ اَرِن۪ي كَيْفَ تُحْيِ الْمَوْتٰىۜ قَالَ اَوَلَمْ تُؤْمِنْۜ قَالَ بَلٰى وَلٰكِنْ لِيَطْمَئِنَّ قَلْب۪يۜ قَالَ فَخُذْ اَرْبَعَةً مِنَ الطَّيْرِ فَصُرْهُنَّ اِلَيْكَ ثُمَّ اجْعَلْ عَلٰى كُلِّ جَبَلٍ مِنْهُنَّ جُزْءًا ثُمَّ ادْعُهُنَّ يَأْت۪ينَكَ سَعْيًاۜ وَاعْلَمْ اَنَّ اللّٰهَ عَز۪يزٌ حَك۪يمٌ۟

  1. Bir gün İbrahim dedi: «Rəbbim! Ölüləri necə diriltdiyini mənə göstərərsənmi?» Allah: «Yoxsa inanmırsan?» dedi. (İbrahim): «Xeyr, inandım amma qəlbimin rahatlaması üçün» dedi. «Elə isə dörd quş tut, özünə öyrəşdir, sonra (kəs, parçala və) hər dağın başına onlardan bir parça qoy. Sonra isə onları çağır, anında sənin yanına gələcəklər. Bunu bil ki, Allah Əzizdir, düzgün qərar verəndir. », – dedi.

مَثَلُ الَّذ۪ينَ يُنْفِقُونَ اَمْوَالَهُمْ ف۪ي سَب۪يلِ اللّٰهِ كَمَثَلِ حَبَّةٍ اَنْبَتَتْ سَبْعَ سَنَابِلَ ف۪ي كُلِّ سُنْبُلَةٍ مِائَةُ حَبَّةٍۜ وَاللّٰهُ يُضَاعِفُ لِمَنْ يَشَٓاءُۜ وَاللّٰهُ وَاسِعٌ عَل۪يمٌ

  1. Mallarını Allah yolunda infaq/xərcləyənlərin məsəli, yeddi sünbül bitirən bir toxumun misalı kimidir. Hər sünbülündə yüz toxumu vardır. Allah, düz seçim edən kimsəyə bunu qat-qat artırır. Allah, imkanları geniş olan və hər şeyi biləndir.

اَلَّذ۪ينَ يُنْفِقُونَ اَمْوَالَهُمْ ف۪ي سَب۪يلِ اللّٰهِ ثُمَّ لَا يُتْبِعُونَ مَٓا اَنْفَقُوا مَنًّا وَلَٓا اَذًۙى لَهُمْ اَجْرُهُمْ عِنْدَ رَبِّهِمْۚ وَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ

  1. Mallarını Allah yolunda xərcləyən, sonra bu xərclədiklərinin ardından minnət etməyənlərin və incitməyənlərin Rəbbi yanında mükafatları vardır. Onlara heç bir qorxu yoxdur, qəm-qüssə də görməzlər.

قَوْلٌ مَعْرُوفٌ وَمَغْفِرَةٌ خَيْرٌ مِنْ صَدَقَةٍ يَتْبَعُهَٓا اَذًىۜ وَاللّٰهُ غَنِيٌّ حَل۪يمٌ

  1. Xoş bir söz söyləmək və bağışlamaq, başa çaxılan bir yardımdan daha yaxşıdır. Allah zəngindir, həlim davranandır.

يَٓا اَيُّهَا الَّذ۪ينَ اٰمَنُوا لَا تُبْطِلُوا صَدَقَاتِكُمْ بِالْمَنِّ وَالْاَذٰىۙ كَالَّذ۪ي يُنْفِقُ مَالَهُ رِئَٓاءَ النَّاسِ وَلَا يُؤْمِنُ بِاللّٰهِ وَالْيَوْمِ الْاٰخِرِۜ فَمَثَلُهُ كَمَثَلِ صَفْوَانٍ عَلَيْهِ تُرَابٌ فَاَصَابَهُ وَابِلٌ فَتَرَكَهُ صَلْدًاۜ لَا يَقْدِرُونَ عَلٰى شَيْءٍ مِمَّا كَسَبُواۜ وَاللّٰهُ لَا يَهْدِي الْقَوْمَ الْكَافِر۪ينَ

  1. Ey inanıb güvənənlər! Minnətlə və incitməklə yardımlarınızı puç etməyin! İnsanlara göstəriş üçün malını xərcləyən, amma Allah və axirət gününə inanmayan adam kimi davranmayın! Beləsinin məsəli, üstündə torpaq olan qayaya oxşayır. Möhkəm yağış yağar və oranı çılpaq qoyar. Belələri etdikləri işlərindən gözlədikləri nəticəni ala bilməzlər. Allah, ayələri görməzliyə vuran bir xalqı düz yola gətirməz.

وَمَثَلُ الَّذ۪ينَ يُنْفِقُونَ اَمْوَالَهُمُ ابْتِغَٓاءَ مَرْضَاتِ اللّٰهِ وَتَثْب۪يتًا مِنْ اَنْفُسِهِمْ كَمَثَلِ جَنَّةٍ بِرَبْوَةٍ اَصَابَهَا وَابِلٌ فَاٰتَتْ اُكُلَهَا ضِعْفَيْنِۚ فَاِنْ لَمْ يُصِبْهَا وَابِلٌ فَطَلٌّۜ وَاللّٰهُ بِمَا تَعْمَلُونَ بَص۪يرٌ

  1. Allahın razılığını qazanmaq və özlərini sağlama almaq üçün mallarını xərcləyənlərin məsəli, hündür yerə salınan bir baxçanın məsəli kimidir. Oraya bol yağış yağarsa, iki qat məhsul verir. Yağış yağmasa belə çiskin olur. Allah, etdiyiniz hər şeyi görür.

اَيَوَدُّ اَحَدُكُمْ اَنْ تَكُونَ لَهُ جَنَّةٌ مِنْ نَخ۪يلٍ وَاَعْنَابٍ تَجْر۪ي مِنْ تَحْتِهَا الْاَنْهَارُۙ لَهُ ف۪يهَا مِنْ كُلِّ الثَّمَرَاتِۙ وَاَصَابَهُ الْكِبَرُ وَلَهُ ذُرِّيَّةٌ ضُعَفَٓاءُۖ فَاَصَابَهَٓا اِعْصَارٌ ف۪يهِ نَارٌ فَاحْتَرَقَتْۜ كَذٰلِكَ يُبَيِّنُ اللّٰهُ لَكُمُ الْاٰيَاتِ لَعَلَّكُمْ تَتَفَكَّرُونَ۟

  1. Sizdən biri istəyərmi ki, içindən arxlar axan, xurma və üzümdən ibarət və hər cür məhsulu olan bağı olsun; amma uşaqları himayəyə möhtac olduğu halda ona yaşlılıq gəlib çatmış olsun. Tam bu vəziyyətdə baxçanı odlu bir qasırğa vursun və onu yandırıb qovursun. Allah ayələrini sizə belə izah edir ki, yaxşı fikirləşəsiniz.[351]

يَٓا اَيُّهَا الَّذ۪ينَ اٰمَنُٓوا اَنْفِقُوا مِنْ طَيِّبَاتِ مَا كَسَبْتُمْ وَمِمَّٓا اَخْرَجْنَا لَكُمْ مِنَ الْاَرْضِۖ وَلَا تَيَمَّمُوا الْخَب۪يثَ مِنْهُ تُنْفِقُونَ وَلَسْتُمْ بِاٰخِذ۪يهِ اِلَّٓا اَنْ تُغْمِضُوا ف۪يهِۜ وَاعْلَمُٓوا اَنَّ اللّٰهَ غَنِيٌّ حَم۪يدٌ

  1. Ey inanıb güvənənlər! Qazandıqlarınızın təmizlərindən və yerdən sizin üçün çıxardığımız şeylərdən xeyirə xərcləyin![352] Gözüyumulu alacağınız pis şeylərdən verməyə çalışmayın! Bilin ki, Allah zəngindir, tərifəlayiqdir.

اَلشَّيْطَانُ يَعِدُكُمُ الْفَقْرَ وَيَأْمُرُكُمْ بِالْفَحْشَٓاءِۚ وَاللّٰهُ يَعِدُكُمْ مَغْفِرَةً مِنْهُ وَفَضْلًاۜ وَاللّٰهُ وَاسِعٌ عَل۪يمٌۚ

  1. Şeytan sizi kasıb olmaqla qorxudur və çirkin işlərə sövq edir. Allah isə sizə bağışlanmaq[353] və lütf etmək sözü verir. Allah, imkanları geniş olan və hər şeyi biləndir.

يُؤْتِي الْحِكْمَةَ مَنْ يَشَٓاءُۚ وَمَنْ يُؤْتَ الْحِكْمَةَ فَقَدْ اُو۫تِيَ خَيْرًا كَث۪يرًاۜ وَمَا يَذَّكَّرُ اِلَّٓا اُو۬لُوا الْاَلْبَابِ

  1. O, seçimini düzgün edənə hikməti[354] verir. Kimə hikmət verirsə, ona çox xeyirli bir şey verilmiş olur. Buna da ancaq sağlam düşüncə sahibləri nail ola bilərlər.

وَمَٓا اَنْفَقْتُمْ مِنْ نَفَقَةٍ اَوْ نَذَرْتُمْ مِنْ نَذْرٍ فَاِنَّ اللّٰهَ يَعْلَمُهُۜ وَمَا لِلظَّالِم۪ينَ مِنْ اَنْصَارٍ

  1. Xərclədiyiniz və ya nəzir[355] etdiyiniz hər hansı şeyi şüphəsiz ki, Allah bilir. Zalımların isə yardımçıları olmaz.

اِنْ تُبْدُوا الصَّدَقَاتِ فَنِعِمَّا هِيَۚ وَاِنْ تُخْفُوهَا وَتُؤْتُوهَا الْفُقَرَٓاءَ فَهُوَ خَيْرٌ لَكُمْۜ وَيُكَفِّرُ عَنْكُمْ مِنْ سَيِّـَٔاتِكُمْۜ وَاللّٰهُ بِمَا تَعْمَلُونَ خَب۪يرٌ

  1. Sədəqələri açıq-aşkar versəniz, çox gözəl olar! Əgər onu fağırlara[356] gizlində versəniz, bu sizin üçün daha yaxşı olar və bəzi pis əməllərinizi örtər. Allah, etdiyiniz hər şeyin içini biləndir.

لَيْسَ عَلَيْكَ هُدٰيهُمْ وَلٰكِنَّ اللّٰهَ يَهْد۪ي مَنْ يَشَٓاءُۜ وَمَا تُنْفِقُوا مِنْ خَيْرٍ فَلِاَنْفُسِكُمْۜ وَمَا تُنْفِقُونَ اِلَّا ابْتِغَٓاءَ وَجْهِ اللّٰهِۜ وَمَا تُنْفِقُوا مِنْ خَيْرٍ يُوَفَّ اِلَيْكُمْ وَاَنْتُمْ لَا تُظْلَمُونَ

  1. Onları doğru yola gətirmək sənin vəzifən deyil. Yalnız Allah, doğru yolu seçəni yola gətirər.[357] Xeyrə xərclədiyiniz hər şey özünüz üçündür. Xərcləməyi, sırf Allahın razılığını qazanmaq üçün etməlisiniz. Xeyrə xərclədiyiniz hər nə varsa, qarşılığı sizə tam olaraq ödəniləcək və sizə zülm/haqsızlıq edilməyəcək!

لِلْفُقَرَٓاءِ الَّذ۪ينَ اُحْصِرُوا ف۪ي سَب۪يلِ اللّٰهِ لَا يَسْتَط۪يعُونَ ضَرْبًا فِي الْاَرْضِۘ يَحْسَبُهُمُ الْجَاهِلُ اَغْنِيَٓاءَ مِنَ التَّعَفُّفِۚ تَعْرِفُهُمْ بِس۪يمٰيهُمْۚ لَا يَسْـَٔلُونَ النَّاسَ اِلْحَافًاۜ وَمَا تُنْفِقُوا مِنْ خَيْرٍ فَاِنَّ اللّٰهَ بِه۪ عَل۪يمٌ۟

  1. Yardımı xüsusilə, bütün vaxtını Allah yolunda xidmətə həsr edən fağırlara edin. Onlar çöldə gəzib işləyə bilməzlər. Həyalı olduqları üçün də vəziyyətlərini bilməyən onları imkanlı hesab edər. Onları üzlərindən tanıyarsan. Heç kimdən arsızca bir şey istəməzlər. Xeyir üçün çəkdiyiniz bütün xərcləri bilən Allahdır.

اَلَّذ۪ينَ يُنْفِقُونَ اَمْوَالَهُمْ بِالَّيْلِ وَالنَّهَارِ سِرًّا وَعَلَانِيَةً فَلَهُمْ اَجْرُهُمْ عِنْدَ رَبِّهِمْۚ وَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ

  1. Mallarını gecə-gündüz, gizli və açıq xeyrə xərcləyənlərin mükafatı Rəbbi qatındadır. Onların üzərində bir qorxu olmaz, qəm-qüssə də çəkməzlər.

اَلَّذ۪ينَ يَأْكُلُونَ الرِّبٰوا لَا يَقُومُونَ اِلَّا كَمَا يَقُومُ الَّذ۪ي يَتَخَبَّطُهُ الشَّيْطَانُ مِنَ الْمَسِّۜ ذٰلِكَ بِاَنَّهُمْ قَالُٓوا اِنَّمَا الْبَيْعُ مِثْلُ الرِّبٰواۢ وَاَحَلَّ اللّٰهُ الْبَيْعَ وَحَرَّمَ الرِّبٰواۜ فَمَنْ جَٓاءَهُ مَوْعِظَةٌ مِنْ رَبِّه۪ فَانْتَهٰى فَلَهُ مَا سَلَفَۜ وَاَمْرُهُٓ اِلَى اللّٰهِۜ وَمَنْ عَادَ فَاُو۬لٰٓئِكَ اَصْحَابُ النَّارِۚ هُمْ ف۪يهَا خَالِدُونَ

  1. Faiz yeyənlərin halı, şeytanın qandırıb ağlını çəldiyi[358] kimsələrin halından fərqli deyildir. Bu onların «Alış-veriş eynilə faizli əməliyyat kimidir»[359] demələri səbəbiylədir. Halbuki Allah, alış-verişi halal, faizli əməliyyatı haram etmişdir. Kimə Rəbbindən bir nəsihət gəlib çatar o da faiz almağa son qoyarsa, əvvəlcədən aldıqları özündə qalar.[360] Onun işi Allaha aiddir. Kim də davam edərsə, onlar o od əhalisidir, orada həmişəlik qalacaqlar.

يَمْحَقُ اللّٰهُ الرِّبٰوا وَيُرْبِي الصَّدَقَاتِۜ وَاللّٰهُ لَا يُحِبُّ كُلَّ كَفَّارٍ اَث۪يمٍ

  1. Allah faizli işlərin bərəkətini aparır,[361] sədəqələri artırır.[362] Allah ayələri görməzliyə vuran, günahda inad edən heç kəsi sevməz.

اِنَّ الَّذ۪ينَ اٰمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَاَقَامُوا الصَّلٰوةَ وَاٰتَوُا الزَّكٰوةَ لَهُمْ اَجْرُهُمْ عِنْدَ رَبِّهِمْۚ وَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ

  1. İnanıb güvənən, yaxşı işlər görən, namazı tam qılan və zəkatı verənlər, Rəbbi/Sahibləri qatında mükafata layiq olarlar. Onların üzərində bir qorxu olmaz, kədərlənməzlər də.

يَٓا اَيُّهَا الَّذ۪ينَ اٰمَنُوا اتَّقُوا اللّٰهَ وَذَرُوا مَا بَقِيَ مِنَ الرِّبٰٓوا اِنْ كُنْتُمْ مُؤْمِن۪ينَ

  1. Ey inanıb güvənənlər, Allaha qarşı günah işləməkdən çəkinin! Ona həqiqətən güvənirsinizsə, qalan faiz alacağınızdan əl çəkin!

فَاِنْ لَمْ تَفْعَلُوا فَأْذَنُوا بِحَرْبٍ مِنَ اللّٰهِ وَرَسُولِه۪ۚ وَاِنْ تُبْتُمْ فَلَكُمْ رُؤُ۫سُ اَمْوَالِكُمْۚ لَا تَظْلِمُونَ وَلَا تُظْلَمُونَ

  1. Əgər əl çəkməsəniz, Allah və elçisi/kitabı[363] tərəfindən elan olunmuş bir müharibənin içində olduğunuzu bilin. Tövbə etsəniz (xətanızdan tam olaraq qayıtsanız) əsas mallarınız sizindir,[364] beləliklə nə haqsızlıq edərsiniz, nə də haqsızlığa məruz qalarsınız.

وَاِنْ كَانَ ذُو عُسْرَةٍ فَنَظِرَةٌ اِلٰى مَيْسَرَةٍۜ وَاَنْ تَصَدَّقُوا خَيْرٌ لَكُمْ اِنْ كُنْتُمْ تَعْلَمُونَ

  1. Borclu çətin vəziyyətdədirsə, rahatlığa qovuşana kimi gözləmək lazımdır. Alacağınızı sədəqəyə/zəkata[365] saymağınız sizin üçün daha xeyirlidir. Bunu bir bilsəydiniz!

وَاتَّقُوا يَوْمًا تُرْجَعُونَ ف۪يهِ اِلَى اللّٰهِ ثُمَّ تُوَفّٰى كُلُّ نَفْسٍ مَا كَسَبَتْ وَهُمْ لَا يُظْلَمُونَ۟

  1. Allahın hüzuruna çıxarılacağınız gündən özünüzü qoruyun! Sonra hər kəsə qazandığı tam olaraq veriləcək və heç kimə zülm/haqsızlıq edilməyəcəkdir.

يَٓا اَيُّهَا الَّذ۪ينَ اٰمَنُٓوا اِذَا تَدَايَنْتُمْ بِدَيْنٍ اِلٰٓى اَجَلٍ مُسَمًّى فَاكْتُبُوهُۜ وَلْيَكْتُبْ بَيْنَكُمْ كَاتِبٌ بِالْعَدْلِۖ وَلَا يَأْبَ كَاتِبٌ اَنْ يَكْتُبَ كَمَا عَلَّمَهُ اللّٰهُ فَلْيَكْتُبْۚ وَلْيُمْلِلِ الَّذ۪ي عَلَيْهِ الْحَقُّ وَلْيَتَّقِ اللّٰهَ رَبَّهُ وَلَا يَبْخَسْ مِنْهُ شَيْـًٔاۜ فَاِنْ كَانَ الَّذ۪ي عَلَيْهِ الْحَقُّ سَف۪يهًا اَوْ ضَع۪يفًا اَوْ لَا يَسْتَط۪يعُ اَنْ يُمِلَّ هُوَ فَلْيُمْلِلْ وَلِيُّهُ بِالْعَدْلِۜ وَاسْتَشْهِدُوا شَه۪يدَيْنِ مِنْ رِجَالِكُمْۚ فَاِنْ لَمْ يَكُونَا رَجُلَيْنِ فَرَجُلٌ وَامْرَاَتَانِ مِمَّنْ تَرْضَوْنَ مِنَ الشُّهَدَٓاءِ اَنْ تَضِلَّ اِحْدٰيهُمَا فَتُذَكِّرَ اِحْدٰيهُمَا الْاُخْرٰىۜ وَلَا يَأْبَ الشُّهَدَٓاءُ اِذَا مَا دُعُواۜ وَلَا تَسْـَٔمُٓوا اَنْ تَكْتُبُوهُ صَغ۪يرًا اَوْ كَب۪يرًا اِلٰٓى اَجَلِه۪ۜ ذٰلِكُمْ اَقْسَطُ عِنْدَ اللّٰهِ وَاَقْوَمُ لِلشَّهَادَةِ وَاَدْنٰٓى اَلَّا تَرْتَابُٓوا اِلَّٓا اَنْ تَكُونَ تِجَارَةً حَاضِرَةً تُد۪يرُونَهَا بَيْنَكُمْ فَلَيْسَ عَلَيْكُمْ جُنَاحٌ اَلَّا تَكْتُبُوهَاۜ وَاَشْهِدُٓوا اِذَا تَبَايَعْتُمْۖ وَلَا يُضَٓارَّ كَاتِبٌ وَلَا شَه۪يدٌۜ وَاِنْ تَفْعَلُوا فَاِنَّهُ فُسُوقٌ بِكُمْۜ وَاتَّقُوا اللّٰهَۜ وَيُعَلِّمُكُمُ اللّٰهُۜ وَاللّٰهُ بِكُلِّ شَيْءٍ عَل۪يمٌ

  1. Ey inanıb güvənənlər, bir-birinizə müəyyən vaxta kimi borc verdikdə borcunuzu yazın. Bir katib aranızda düzgün şəkildə qeyd etsin. Katib yazmaqdan çəkinməsin, Allah (bu ayədə) necə öyrədirsə, elə yazsın. Yazını borclu olan yazdırsın. Rəbbi olan Allahdan çəkinsin ki, borcdan heç nəyi azaltmasın. Borclu səfeh,[366] aciz[367] və ya deyib yazdıra bilməyəcək vəziyyətdə olsa onu vəlisi düzgün olaraq yazdırsın. Kişilərdən iki nəfəri də şahid tutun. İki kişi yoxdursa, bir kişi ilə iki qadın da olar. Bunlar, şahidliyini qəbul edəcəyiniz adamlardan olsunlar. Qadınlardan biri unudar və ya yanılarsa, digəri xatırladar. Şahidlər çağırılanda boyun qaçırmasınlar. Borc az da olsa, çox da olsa, müddəti ilə birlikdə yazmağa ərinməyin. Allah qatında beləsi daha düzgün, şahidlik üçün daha sağlam,[368] şübhəyə düşməməyiniz üçün daha münasibdir.[369] Aranızda alıb-verdiyiniz nəğd ticarət olsa, onu yazmamağın sizə günahı olmaz. Alış-veriş edəndə şahid tutun. Katib də, şahid də zərərə məruz qalmasın. Onlara zərər verməyiniz, yoldan çıxmağınız olur. Allaha qarşı çıxmaqdan çəkinin! Bunu sizə Allah öyrədir. Allah, hər şeyi biləndir.

وَاِنْ كُنْتُمْ عَلٰى سَفَرٍ وَلَمْ تَجِدُوا كَاتِبًا فَرِهَانٌ مَقْبُوضَةٌۜ فَاِنْ اَمِنَ بَعْضُكُمْ بَعْضًا فَلْيُؤَدِّ الَّذِي اؤْتُمِنَ اَمَانَتَهُ وَلْيَتَّقِ اللّٰهَ رَبَّهُۜ وَلَا تَكْتُمُوا الشَّهَادَةَۜ وَمَنْ يَكْتُمْهَا فَاِنَّهُٓ اٰثِمٌ قَلْبُهُۜ وَاللّٰهُ بِمَا تَعْمَلُونَ عَل۪يمٌ۟

  1. Səfərdə olsanız, yazmağa heç kimi də tapmasanız, girov saxlayın. Biriniz digərinə güvənirsə (borcu yazmaz, girov götürməzsə) etibar edilən şəxs Rəbbi olan Allaha qarşı çıxmaqdan çəkinsin ki, güvəndən sui-istifadə etməsin.[370] Şahidliyi gizlətməyin. Kim gizlədərsə, qəlbi günahkardır. Allah, etdiklərinizi biləndir.

لِلّٰهِ مَا فِي السَّمٰوَاتِ وَمَا فِي الْاَرْضِۜ وَاِنْ تُبْدُوا مَا ف۪ٓي اَنْفُسِكُمْ اَوْ تُخْفُوهُ يُحَاسِبْكُمْ بِهِ اللّٰهُۜ فَيَغْفِرُ لِمَنْ يَشَٓاءُ وَيُعَذِّبُ مَنْ يَشَٓاءُۜ وَاللّٰهُ عَلٰى كُلِّ شَيْءٍ قَد۪يرٌ

  1. Göylərdə və yerdə olan hər şey Allahındır. İçinizdə olanı üzə çıxarsanız da, gizlətsəniz də Allah sizi ondan hesaba çəkər.[371] Bağışlanmağa layiq olanı bağışlayar, əzaba layiq olana da əzab verər. Allah, hər şeyə ölçü qoyandır.

اٰمَنَ الرَّسُولُ بِمَٓا اُنْزِلَ اِلَيْهِ مِنْ رَبِّه۪ وَالْمُؤْمِنُونَۜ كُلٌّ اٰمَنَ بِاللّٰهِ وَمَلٰٓئِكَتِه۪ وَكُتُبِه۪ وَرُسُلِه۪ۜ لَا نُفَرِّقُ بَيْنَ اَحَدٍ مِنْ رُسُلِه۪۠ وَقَالُوا سَمِعْنَا وَاَطَعْنَا غُفْرَانَكَ رَبَّنَا وَاِلَيْكَ الْمَص۪يرُ

  1. Bu elçi Rəbbindən/Sahibindən ona endirilən hər şeyə inanıb güvənmişdir, möminlər də həmçinin! Hər biri Allaha, mələklərinə, kitablarına və elçilərinə inanıb güvənirlər: «Onun elçiləri arasında ayrı-seçkilik etmərik» deyirlər. Bunu da deyirlər: «Eşitdik və boyun əydik! Bağışla bizi, ey Rəbbimiz! Dönüb gələcək yer Sənin hüzurundur».

لَا يُكَلِّفُ اللّٰهُ نَفْسًا اِلَّا وُسْعَهَاۜ لَهَا مَا كَسَبَتْ وَعَلَيْهَا مَا اكْتَسَبَتْۜ رَبَّنَا لَا تُؤَاخِذْنَٓا اِنْ نَس۪ينَٓا اَوْ اَخْطَأْنَاۚ رَبَّنَا وَلَا تَحْمِلْ عَلَيْنَٓا اِصْرًا كَمَا حَمَلْتَهُ عَلَى الَّذ۪ينَ مِنْ قَبْلِنَاۚ رَبَّنَا وَلَا تُحَمِّلْنَا مَا لَا طَاقَةَ لَنَا بِه۪ۚ وَاعْفُ عَنَّا۠ وَاغْفِرْ لَنَا۠ وَارْحَمْنَا۠ اَنْتَ مَوْلٰينَا فَانْصُرْنَا عَلَى الْقَوْمِ الْكَافِر۪ينَ

  1. Allah heç kimə gücünün çatmayacağı bir məsuliyyət yükləməz.[372] Hər kəsin bəzi qazancı lehinə, bəzi qazancı da əleyhinədir. (Siz belə dua edin:) «Rəbbimiz! Əgər unutsaq və ya xəta etsək, bizi cavabdeh bilmə! Rəbbimiz! Bizdən əvvəlkilərə yüklədiyin ısr yükünü[373] bizə yükləmə! Rəbbimiz! Çətinlik çəkəcəyimiz yükü bizə çəkdirmə! Bizi əvf et! Bizi bağışla! Bizə mərhəmət et! Bizim mövlamız/himayədarımız[374] Sənsən. Kafirlərə qarşı bizə yardım et!»

 

[1] Bunlara “hurufu muqatta”, yəni tək-tək oxunan hərflər deyilir. Bunların Nəbimizdən soruşulmaması, onların bilinən bir mənası olduğunu göstərir. Yoxsa müşriklər bunu dillərinə dolayar, Nəbimizi hər zaman rahatsız edərdilər. Bu hərflərlə əlaqəli suallar, İslamın Ərəbistan yarımadası xaricinə yayılmasından sonra başlamışdır. Türkcədə belə bir ifadə tərzi yoxdur. Bu hərflərlə başlayan 29 surədən 25-ində  Qurana, dördündə də mühüm bir mövzuya diqqət çəkməsi, onların diqqətlərini cəlb etmək üçün işlədildiyi başa düşülür (Doğrusunu Allah bilir).

[2] Bəqərə 2/23; Yunus 10/37-38.

[3] Bu və bənzəri Kitabları Allah, Adəm əleyhissəlamdan bəri hər Nəbiyə vermişdir (Ənam 6/83-90; Bəqərə 2/106). Əsli Allahın qatındakı Əsas Kitabdadır (Zuxruf 43/3-4).

[4] “Müttəqi” özünü qoruyan şəxsdir (Lisanul-Ərəb). Belə birisi pis və günah işlərdən öz fitrətini qoruyur. Hər hansı varlığı Allaha bərabər tutmaz (Nisa 4/48, 116-121). Quran ilə qarşılaşınca onu özünə rəhbər tutur. Həmişə dürüst və fədakar olmağa çalışır (Bəqərə 2/177, Zümər 39/32-33).

[5] “Rəhbər” deyə tərcümə etdiyimiz “hüda” kəlməsi, hidayət kökündəndir. Hidayət, nəzakətlə yol göstərməkdir (Müfrədat). Allahın hidayəti dörd növdür: Birincisi varlığını, birliyini və hər şeydən yaxın olduğunu hər vəsilə ilə göstərməsidir. Bu səbəblə Allah, səhv yola düşənləri bir növ xəbərdar edir (Şəms 91/8-10; Ənam 6/125) və Özünü ikinci sıraya qoyub başqasını

ilk sıraya almasını müşriklik sayar və əsla bağışlamaz (Nisa 4/48, 115-117). İkincisi, yaxşılığı pislikdən ayırd etmə qabiliyyəti verdiyi insana, doğrunu tapmasına rəhbərlik etməsidir (Zariat 51/20-21). Üçüncüsü, nazil etdiyi kitablarla yol göstərməsidir. Bu səbəblə o kitabların hər biri bir hüda yəni rəhbərdir (Bəqərə 2/2, 38). Dördüncüsü, də doğru seçim edən hər kəsi yoluna qəbul etməsi və doğru yolda olduğunu təsdiq etməsidir (İbrahim 14/4).

[6] Qeyb, bizim görmədiyimiz və idrak edə bilmədiyimiz şey deməkdir. Bir şeyin “qeyb” olması Allaha görə yox, bizə görədir. Çünki Allah hər şeyi bilir. Bu sözdəki “əl” müəyyənlik artiklı mudafun-ileyhin əvəzidir, “bi ğaybihim” isə qeybləri ilə deməkdir. İnsanın ürəyindəki başqası üçün qeyb, bilinməz olduğuna görə ayəyə “ürəkdən inanırlar” tərcüməsi verilmişdir.

[7] İnanmaq güvənməkdir. Hamının Allah haqqında məlumatı var, amma hər kəs Ona kifayət qədər güvənib təslim olmur. İnsanı kafir edən budur. Buna görə imanın əvəzinə bəzən “inanmaq”, bəzən “güvənmək”, bəzən də “inanıb güvənmək” sözlərindən istifadə ediləcəkdir.

[8] Namaz kimi məna verdiyimiz əs-salat (الصلاة) kəlməsinin kök anlamı, bir şeyi tərk etməmək, davamlı arxasında olmaqdır (Lisanul-Ərəb). Namaza salat deyilməsi, heç bir şərt altında tərk edilməyən və hər gün müəyyən vaxtlarda yerinə yetirilməsi lazım olan tək ibadət olması səbəbiylədir. Namaz, bizdən əvvəlki ümmətlərə də vacib olmuşdur. Uca Allah, Musa əleyhissəlama verdiyi əmr bu şəkildədir: “…namazı mənim zikrim üçün düzgün və davamlı qıl!” (Ta ha 20/14). Nəbimizə olan əmri də belədir: “Bu kitabdan sənə vəhy edilənləri bağlamlarıyla birlikdə oxu. Namazı da düzgün və davamlı qıl!…” (Ənkəbud, 29/45). Ərəbcə bilməyənlər, namazı öz dillərində Quranın tərcümə edilmiş ayələri ilə qıla bilərlər.

[9] Nafaq, “tünel” anlamına gəlməkdədir. İnfaq da bir şeyi tüneldən keçirmək kimidir. İnfaqın Türkcə qarşılığı “xərcəmək”dir. Damarları tünelə bənzətsək; qanın, qida və oksigeni hüceyrələrə götürüb onların istehsal etdiklərini lazım olan yerlərə daşımasına bənzəyir.  Saxlanan malın və pulun heç kimə faydası olmaz. Bunların ehtiyacı olanlara çatması lazımdır. Bu səbəblə Quran, daim infaq etməyi əmr edər. Uca Allah, pulu sandığa qoyub dövr etməsinə mane olanları ağır şəkildə tənqid etmişdir (Tövbə 9/34-35).

[10] Bəqərə 2/136-137, Ali-İmran 3-84-85, Nisa 4/150-151.

[11] Rəbb sözünün ən münasib qarşılığı “sahib”dir. Bax, Fatihə 2-ci ayənin qeydi.

[12] Bəqərə 2/38, Ta ha 20/123, Loğman 31/2-5.

[13] Küfür “örtmək”, kafir “örtən” deməkdir (“Mufrədat”). Quranın Allahın kitabı olduğunu dərk edən bir adam ondakı ayələrdən hətta birini belə görmək və ya eşitmək istəmirsə, inad edib dirənirsə demək ki, onun üstünü örtür və kafir olur. İblis də eyni şəkildə görməməkdə israr edib dirənmişdi (Əraf 7/12). Bu səbəblə biz kafirlik kəlməsinə “görməməkdə dirənmək” deyə məna verdik.

[14] Ayədə kafirlərin qərəzləri “istiarəi təmsiliyyə” (alleqoriya) deyilən məcazi üslubda canlandırılmışdır. İstiarədə təşbeh ədatı gizli olur, amma bu məcaz həqiqət olduğu güman edildiyi üçün buradakı təşbeh “sanki” sözü ilə tərcümə edilmişdir (Yasin 36/8-10, Loğman 31/6-7). Sanki ədatı yazılmazsa bəzi insanlar, Allahın kafirlərə tövbə qapısını bağladığını və azad qərar vermələrinə mane olduğunu sanacaqlar (Nisa 4/18). Halbuki, tövbə edildiyi təqdirdə əfv edilməyəcək heç bir günah yoxdur (Zümər 39/53). Ayələri görməzlikdə dirənənlər, qəlblərini, qulaqlarını və gözlərini lazım olduğu kimi işlətməz; həqiqətləri görmək, duymaq və başa düşmək istəməzlər (Füssilət 41/5). Sanki Allah, onların qəlbini və qulaqlarını möhürləmiş və gözlərinə də pərdə çəkmiş kimi davranırlar. Əlavə olaraq Allah, kafirləri ənama yəni qoyun, keçi, inək və dəvəyə bənzətmişdir. Bunun səbəbi də bu keyfiyyətləri bir insan kimi istifadə etməməkləridir (Əraf 7/179, Furqan 25/43-44).

[15] Ayədəki “xıda”(الخداع) sözü planlaşdıraraq çaşdırmaq və aldatmaq” deməkdir (Mufrədat). Özlərinə sərf eləməyən ayələrə fərqli mənalar verib əyri yola düşən hər kəs bu sinifə daxildir. Yəhudilərin davranışı buna nümunədir (Bəqərə 2/75-79).

[16] Nisa 4/142.

[17] Bunlar, kafirlik və yalançılıqlarının cəzasını axirətdə də çəkəcəklər (Tövbə 9/101,125)

[18] “Nizam-intizam” kimi tərcümə etdiyimiz ifsad, fitrəti pozmaq təşəbbüsüdür. Fitrət isə təbiətdə və insan vücudunda keçərli qanun və qaydaların cəmidir. Allahın doğru saydığı din də fitrətdir (Rum 30/30).

[19] Bəqərə 2/204-206.

[20] Bunun nümunəsi, Qurana inanmadıqları halda müsəlman görünərək, Nəbimizin arxasında namaz qılan Yəhudi münafiqlərdir. Qiblənin Beytul-Məqdisdən Kəbəyə tərəf çevrilməsi onları çox narahat etmişdi (Bəqərə 2/142).

[21] Şeytan düz yoldan uzaqlaşan insanlara və cinlərə deyilir. Bax: “Ənam” surəsi, 6/112.

[22] Ayədəki (مُسْتَهْزِءُ) kəlməsi, gizlincə ələ salmaq mənasındakı “hüz” (هزء) kökündəndir (Müfrədat). Ona, yerinə görə yola vermək, ələ salmaq və istehza mənalarının verilməsi uyğundur.

[23] Hidayət düz yola girmək, rəhbərlik etmək və həmin yola qəbul etmək mənalarına gəlir. Zəlalət isə qəsdən və ya bilmədən yoldan çıxmaq, məqsəddən yayınmaq, azmaq, bir şeyi itirmək və s. mənalara gəlir.

[24] Ayədə münafiqlərin vəziyyətləri “istiarəi təmsiliyyə” (alleqoriya) deyilən məcazi üslubla canlandırılmışdır. Bu ayəyə görə onlar başlanğıcda, bir məşəl ilə yəni Allahın kitabı ilə aydınlanmaq və doğru yolda olmaq istəyərlər. Amma önləri aydınlanıb o yola girdikdən sonra bəzi şeylər mənfəətlərinə uyğun gəlmədiyi üçün korlar kimi davranmğa başlayarlar. (Münafiqun 63/2-3). Məsələn Yəhudilər, sonuncu nəbinin kitabla gələcəyini və önlərinin açılacağını bilirdilər. Kitab gəldi və onun Allahın kitabı olduğunu dəqiq bildilər. Amma qəbul etmədi və bir qismi kafir, bir qismi münafiq oldu (Ənam 6/19-21, Bəqərə 2/75, 89-92).

[25] Savaiq  , saiqənin cəmidir, “şiddətli gurultu, ildırım” deməkdir (Məqayis). Allah, bəzi cəmiyyətləri cəzalandıranda bu kəlməni vurğulayıb (Bəqərə 2/55, Rad 13/13, Füssilət 43/13,17). Axirətdə hər kəs bu gurultu ilə məzarından qaldırılacaq (Zümər 39/68, Tur 52/45).

[26] Bəzi ayələr, münafiqlərə şiddətli bir yağmur kimi təsir edər. Bəzi ayələr isə şimşəyin işığı kimi önlərini aydınladır, bəziləri isə onları bir ildırım kimi qorxudur. Bu səbəblə ayələri eşitməmək üçün qulaqlarını tıxayırlar.

[27] Münafiqlər, mənfəətlərinə uyğun ayələr axtarır, bir çox ayəni bağlantısından qoparıb, müsəlmanları yoldan çıxarmağa çalışırlar (Ali-İmran 3/7,78-80). Bunlar və nəbi və rəsul kəlmələrinin fərqini bilməyənlər, Muhəmməd əleyhissəlamın nəbi vəsfi ilə dediklərini və ya onun adından uydurulan rəvayətləri rəsul vəsfi ilə qiymətləndirərək, nəbimizi Allahın yanında ikinci dərəcəli səlahiyyətli saymışlar. Əslində Nəbimiz, öz sözlərinin yazılmasını qadağan etmişdir (Müslüm, Ədəb 32). Əbu Bəkr və Ömər dövründə bu qadağa davam etmiş, lakin daha sonrakı dövrlərdə isə bu qadağa aradan qalxmış hətta Həşəvi/hədisçi din xadimləri tərəfindən hədis rəvayəti savaba çevrilmişdir.

[28] “Şaə” ( شاء ) feili “bir şey etmək” mənasındakı şey ( شيء) məsdərindən törəmişdir. Allahın bir şey etməsi o şeyi var etməsi, insanın bir şey etməsi də o şey üçün lazım olan səyi göstərməsidir (“Mufrədat”). Allah, hər şeyi bir ölçüyə görə var edər (Qəmər 54/49, Rad 13/48). Allah hər kəsin doğru yolda olmasını istəyər (Nisa 4/26) amma təkcə doğru işlər görəni doğru yolda sayar (Nur 24/46). Buna görə “şaə” feilinin icraçısı bəndə olarsa “seçib etdi”, Allah olarsa, “seçib yaratdı” mənasına gəlir. Allah, insanlara seçimlərinə görə davranma hürriyyəti verməsəydi, heç kimsə yanlış bir iş görə bilməz və imtahan deyə də bir şey olmazdı (Nəhl 16/93, Yunus 10/99). Yanlış bir qədər anlayışını İslama yerləşdirmək istəyənlər, böyük bir təhrifə yol verərək şaə ( شاء ) feilinə hər yerdə iradə yəni “istəmək və diləmək” mənasını vermiş və bunu təfsirlərə hətta sözlüklərə belə yerləşdirərək, bir çox ayənin məalını pozmuşlar.

[29] Gözlərini və qulaqlarını həqiqətlərə bağladıqları üçün bu etdikləri cinayətə uyğun cəza olardı. “Allah etdikləri yanlışlara görə insanları cəzalandırsaydı, yer üzündə tərpənən heç kimi sağ qoymazdı qalsın” (“Nəhl” surəsi, 16/61).

[30] Ayənin əslindəki “qədir” (قدير) sözü “ölçü qoyan” mənasındadır, amma ənənədə “gücü çatar” mənası verilir. Ölçünü ən böyük gücə sahib olan qoyar, lakin ayəyə “gücü çatar” mənası veriləndə sözün ölçü ilə olan əlaqəsi kəsilir.

[31] “Bilə-bilə” deyilməsi, bilmədən edilən xətaların əfv ediləcəyini göstərir (Bəqərə 2/296).

[32] Ayənin əslindəki «əndad» (cəmdir, tək forması «nidd»dir) Allaha bənzəyən varlıqlar deməkdir. Bunu ağıl qəbul etməyəcəyi üçün iddia sahibləri məqsədlərinin Allaha çatmaq olduqlarını, «əndad»ın buna vasitəçilik etdiyini söyləyərək özlərini aldadırlar.

[33] Yunus 10/37-38, Hud 11/13, İsra 17/88, Qəsas 28/49, Tur 52/34.

[34] Ayənin əslindəki «min dunillah» (دون) ifadəsindəki «dun» sözü, «üstün ziddi və üstdən aşağı” mənalarına gəlir (Tacul-Arus). Müşriklər, müqəddəsləşdirdikləri varlıqları bir tərəfdən Allaha, digər tərəfdən də insana bənzədərək, Allah ilə insan arasında bir yerə yerləşdirir və onların vasitəsiylə Allaha qovuşacaqlarına inanırlar. Ayələrdəki “min dunillah” ( من دون الله) ifadəsi, daha çox bu mənada işlədilir. Xristianların İsaya «Allahın oğlu», məkkəli müşriklərin tanrılarına «Allahın qızları», böyüklərini vasitəçi edənlərin onları «Allahın dostu» hesab etmələri buna görədir. Beləliklə, onlara şahdamarından da yaxın olan Allahı (Kaf 50/16) ikinci sıraya yerləşdirməklə  şirkə yol açır və müşrik olurlar. Təəssüf ki, təfsirlərdə kəlmənin bu doğru anlamına rast gəlinməməkdədir.

[35] «Bilikli şəxslər » kimi tərcümə etdiyimiz söz «şuhəda» sözünün təkil forması olan «şəhid» «hazır olan, bilən və maarifləndirən» mənalarına gəlir. Quranı başa düşərək oxuyan hər kəs, onun Allahın kitabı olduğunu başa düşər. Eyni zamanda buna bərabər bir surə də gətirə bilməyəcəklərini görürlər. Ona görə də ayədə “əgər bir şübhəniz varsa, bunun kimi bir surə gətirin” deyilməkdədir.

[36] Hud 11/13, İsra 17/88.

[37] Cənnətdə yedikləri hər şey, bildikləri və sevdikləri şeylərdən olmaqla birlikdə hər biri fərqli ləzzətdə olacağından onları hər dəfəsindən daha çox sevəcəklər.

[38] «Həyat yoldaşları » mənası verdiyimiz «zəvc» (زوج) sözü Quranda həm qadın, həm də kişi üçün işlədilir. Cənnətə gedən hər iki cins qüsurlardan saflaşdırılacaqları üçün biri digərində nöqsan tapmayacaq (Ali-İmran 3/15, Nisa 4/57). Cənnətdəki vildan və hürilər həyat yoldaşı deyil, xidmətçilərdir. (Duhan 44/54, Vaqiə 56/17-24, İnsan 76/19). ًGılman isə onların kiçik yaşda ölmüş uşaqlarıdır (Tur 52/24).

[39] Ağcaqanadın 3500 fərqli növü vardır. İnsan və heyvanlardakı tənəffüs, həzm və qan dövranı kimi bioloji sistemlərin hamısı mikro ölçüdə bir neçə millimetrəlik bir ağcaqanadın bədəninə yerləşdirilmişdir. Onun nə kimi bir ilahi gücdə yaradıldığını bilmək üçün bu linkdəki məlumatlara baxmağınız kifayətdir:  http://www.parasitesandvectors.com/content/6/1/326.

[40] Hər insan, Allahın varlığına, birliyinə və özünün sahib olduqlarına ömür boyu əldə etdiyi təcrübələrlə dəfələrlə şahid olur (Əraf 7/172-173). Özünü yanlışlardan qoruması yəni müttəqi olması lazım olduğunu da başa düşər. Ayələri anlayan hər kəs, onların Allaha aid olduğu xüsusunda dəqiq bir qənaətə sahib olur (Füssilət 41/53-54) və ürəkdən tabe olmağa söz verir, amma…

[41] Fasiq, Allaha ürəkdən söz verdikdən sonra onunla əlaqəsini kəsib yoldan çıxan şəxsdir. O, Allahın əmrlərini anlayır, tabe olmağa qərar verir, sonra isə yoldan çıxar (Ali- İmran 3/81-82, Maidə 5/47, Nur 24/55) Cəzaya layiq olanlar onlardır (Əhqaf 46/35).

Kafir Allahı ikinci cərgəyə qoyaraq onunla birbaşa əlaqəni kəsəndir. Əslində Allah hər insanın ən yaxınıdır. Bir ayə belədir: «İnsanı biz yaratdıq, könlündən nələr keçdiyini bilirik. Biz ona şah damarından da yaxınıq» («Qaf» surəsi, 50/16). Quranın Allahın kitabı olduğunu qavrayanlar da «Bəqərə» surəsinin 285-ci ayəsindəki kimi Allaha ürəkdən söz verirlər. Onlarla əlaqəli ayə budur: «Allahın sizə olan nemətini və sizinlə sözləşdiyi zaman Ona verdiyiniz sözü ağlınızdan çıxarmayın; «Eşitdik və itaət etdik», demişdiniz. Allahdan çəkinərək özünüzü qoruyun, çünki Allah könlünüzdə olanı bilir» («Maidə» surəsi, 5/7).

[42] Biz mövcud olmadığımız zaman bizi meydana gətirən maddələr var idi, biz onlardan yarandıq (bax: «İnsan» surəsi, 76/1). Yenə həmin maddələrə çevrilib torpaq olacaq və bir daha həyata gələcəyik (bax: «Mumin» surəsi, 40/11; «Qaf» surəsi, 50/2-4). Ayə bu vəziyyəti açıqlayır.

[43] Dünya iki gündə yaradıldı, qida ölçülərinin tamamlanması üçün dörd gün vaxt getdi. Axırıncı iki gündə də göylər yaradıldı (bax: «Fussilət» surəsi, 41/9-12). Təbiətə canlılıq verən Günəş şüaları (duha) ortaya çıxıb gecə ilə gündüz meydana gələndə də yer üzü bitkilərlə bəzədildi («Naziat» surəsi, 79/27-33). Qurana görə gün bizə görə min il («Səcdə» surəsi, 32/5), əlli min il («Məaric» surəsi, 70/4) ola biləcəyi üçün buradakı gün mərhələ mənasındadır.

[44] «Müxalif varlıq» «xəlifə» sözünün lüğətdəki mənasıdır. Xəlifə sözü «xəlif» kəlməsinə mübaliğə üçün «ta»nın əlavə edilməsiylə formalaşmışdır. İsmi fail olaraq «xəlif» başqasının yerinə keçən, «müxalif olan» və ya “arxada qalan”, ismi məful olaraq da “yerinə başqası keçən, müxalifət edilən və arxasında başqasını qoyan” deməkdir. Uca Allah belə buyurmuşdur: “Rəbbin fərqli seçim etsəydi, insanları bir cəmiyyət edərdi, Sahibinin (Rəbbinin) nemət verdiklərindən kənarda qalanlar bir-birilərinə müxalif olmağı davam etdirəcəklər. O, onları bunun üçün yaratmışdır…” (“Hud” surəsi, 11/118-119).

[45] Allah bu xəbəri verdiyi zaman Mələyi-Əlada yəni, mələklərin ən üst səviyyədəki nümayəndələri arasında münaqişə çıxdı (Sad 38/69-78). Allaha olan bu etirazları, o münaqişənin bir əks edilməsidir. Demək ki, mələklər də müxalifət edə bilirlər. Bu ayələr və digər ayələr (Əraf 7/11-13) o zaman İblisin də Mələyi-Əlada vəzifəli olduğu ortaya çıxmaqdadır.

[46] Ərəb dilində İsim, bir şeyi ifadə edən, nəyə yaradığını göstərən və zehində tutmağa yarayan bir sözdür (Müfrədat).

[47] “əl-Əsma”dakı “əl” artiklı mudafun ileyhin əvəzidir; “əsmaul-məvcudat” = “varlıqların adları” mənasındadır. Allah Adəmə varlıqların adlarını, nəyə yaradıqlarını və onlardakı gizli məlumatı öyrətmişdi.

[48] “Bütün isimleri (الأَسْمَاء كُلَّهَا)” ifadəsində yer alan və ağılsız varlıqlar üçün ifadə edilən “ha” əvəzliyi “onları göstərdi (عَرَضَهُمْ)” ifadəsində ağıllı varlıqlar üçün işlədilən “hum” əvəzliyinə çevrilmişdir. Ərəb dilində “ağıl”, ağlı işlədərək əldə edilən biliyi ifadə etdiyi üçün əvəzliklərdəki bu dönüşmə, Adəm əleyhissəlama varlıqlardakı biliyin öyrədildiyini göstərir. Bunlar, yaradılan ayələrdəki biliklərdir. Bunlar digər ayələrdə də “hum” əvəzliyi ilə göstərilib (Bəqərə 2/136, Ali-İmran 3/84). Allah, Adəm əleyhissəlama yazmağı da öyrətmiş və o bilikləri ona yazdırmışdır (Alaq 96/4-5).

[49] Həmin məlumat mələklər üçün qeyb, yəni naməlumdur. Adəmə öyrədildiyi üçün ona görə qeyb sayılmaqdan çıxmışdır. Nuh əleyhissəlamın dövründə Adəmdən qalan biliklər mövcud idi. Bu səbəblə Nuh cəmiyyətinə: “(Allahın) Yeddi qat göyü təbəqə təbəqə necə yaratdığını görmədinizmi? Onların içində Ayı işığı əks edən, Günəşi də işıq mənbəyi etmişdir.” (Nuh 71/15-16)

[50] Bu söz mələklərin Adəmi qısqandıqlarını göstərir. Adəmə səcdə əmri onlar üçün çətin imtahan olmuşdur.

[51] Səcdənin kök mənası, “əyilmək və boyun əymədir” (Müfrədat). Bəqərə 2/58, Nisa 4/154, Əraf 7/161 ve Yusuf 12/4 ve 100-də bu anlamdadır. Günəş, Ay , planetlər və ulduzlar kimi göy cisimlərinin bir biri ilə olan meyilliyi səcdə olduğu (Həcc 22/18) kimi, kölgənin uzanıb qısalması da səcdədir (Nəhl 16/48, Rad 13/15). Namaz qılanda edilən səcdə, yerə yapışmaya bənzər şəkildədir (Nisa 4/103).

[52] “Kafirlərdən oldu” sözü İblisdən əvvəl də kafir olanların varlığını göstərir. Mələk “elçi” mənasındadır (Mufrədat). Onlar Allahın bir çox məsələdə elçi olaraq vəzifə verdiyi cinlərdir. Uca Allah belə buyurmuşdur: “Cinləri və insanları ancaq mənə qulluq etsinlər deyə yaratdım” (“Zariyat” surəsi, 51/56). Başqa bir ayə bunu açıq-aşkar izah edir: “Bir gün mələklərə: “Adəmə səcdə edin”, – dedik. İblisdən başqa digərləri dərhal səcdəyə qapandılar. O da cinlərdən idi, amma Sahibinin (Rəbbinin) əmrindən çıxdı” (“Kəhf” surəsi, 18/50). “O da cinlərdən idi” sözünün “O da mələk kimi vəzifə verilən cinlərdən idi” sözündən başqa mənası olmaz. İmtahandan keçə bilməyərək kafir olandan sonra mələklik vəzifəsi bitdi və səmanın birinci qatından qovuldu.

[53] Həmin yer dünyadakı bir bağdır. Ərəb dilində cənnət “üstündə bitki örtüyü olan yer” mənasındadır. “Bəqərə” surəsinin 30-cu ayəsinə görə Adəm dünyada yaradılıb və ona dünyadakı varlıqların məlumatı öyrədilib. “Əraf” surəsinin 25-ci ayəsinə görə də o və onun nəslindən gələnlər burada yaşayacaq, burada öləcək və qiyamət günü təkrar yaradılışları burada olacaqdır. Adəm və Həvvanın dünyadan başqa bir yerə aparılmalarına dair bircə dənə də olsa, dəlil yoxdur. Onların yerləşdirildikləri yer Axirətdə möminlərin gedəcəyi cənnət ola bilməz. Həmin cənnət imtahan yeri deyil, imtahandan keçənlərə mükafat olaraq veriləcək yerdir.

[54] İblis, Allahın əmrinə itaət etməməyə israr etdikdə “şeytan” olaraq vəsfləndi. Çünki şeytan, doğru yoldan uzaqlaşan insana və cinə deyilir. (Ənam 6/112, Nas 114/1-6).

[55] Düşmən sözünün kökü olan “ədv” (عدو) həddi aşmaq və uyğunsuzluq deməkdir (Mufrədat). Şeytan insana müxalifdir. Müxalifət ər-arvad arasında da olduğuna görə Uca Allah bunun normal qarşılanmasını istəmişdir.

[56] Enin (اهْبِطُواْ) əmri cəmdir. Ərəb dilində cəm, ən az üçü göstərdiyi üçün; Adəm, arvadı və İblisdir.

[57] İnsan bu dünyada yaradılmışdır. Burada yaşayacaq, öləcək və yenidən burada diriləcəkdir.  (Əraf 7/25, Ta ha 20/55, Nuh 71/17-18, Mürsəlat 77/25-26). Mələklərin iş yeri birinci qat səmadadır ((Saffat 37/6-10). İblis, səcdə etməyəndə oradan uzaqlaşdırılmış və bütün cin şeytanlarının birinci qat səmaya çıxışları qadağan edilmişdir. (Mülk 67/5)

[58] Əraf 7/22-23.

[59] Bu ayə Adəmin həmin vaxtı Nəbi olmadığını göstərir. Allah onu seçib nəbi etdikdə, ona bir rəhbər/kitab verdi (Ali-İmran 3/33, Ta ha 20/122). İblis, yer üzündəki son insan ölənə qədər yaşamaq təminatı aldığı üçün (Əraf 7/14-15) hələ tövbəyə vaxtı olduğunu fikirləşir; amma o saat heç gözləmədiyi bir anda gələcəkdir (Əraf 7/187, Zuxruf 43/66). Cəhənnəm ilə əlaqəli ayələrdə İblis ifadəsi keçməz, amma İblisin əsgərlərinin, yəni ardıcıllarının oraya atılacağı ifadə edilir (Şuara 26/91-95). Ama kafir olaraq ölən Fironun ordusu ilə bərabər cəhənnəmdə olacağı açıq şəkildə bildirilmişdir (Qəsas 28/36-42). Şeytanlar və təqibçiləri cəhənnəmə girəcəklər (Məryəm 19/68). İblis, davasından dönməzsə o da oraya girəcəkdir (Sad 38/84-85). Bütün bunlar, İblis daxil hər kəsə tövbə qapısının açıq olduğunu göstərməkdədir. Təki, ölüm gəldiyini hiss etmədən əvvəl tövbə etmiş olsun.

[60] Küfür, bir şeyi başqa bir şeylə örtmək deməkdir (“Mufrədat”). Qəlblərindəki imanı örtərək, Allahın əmrlərinə göz yumayanlara da bu səbəblə kafir deyilmişdir. Adəm və arvadı da Allahın əmrini görməzliyə vuraraq, qadağan edilən ağacdan yemişdilər. Amma onlar, İblis kimi xətalarında israr etmədikləri üçün kafir deyil, günahkar sayılmışlar. Bilavasitə, kafirin ümumiyyətlə xarakteri, yanlışda dirənməkdir. Bu səbəblə biz kafirlik kəlməsinə “görməməkdə dirənmək” deyə məna verdik.

[61] “Kəzzəbə” feili “yalan saymaq” və ya “çox yalan danışmaq” mənasına gələn “təkzib” sözünün kökündəndir. Bu sözün istifadə edildiyi ayələrə bəzən “təkzib etmək” və ya “yalan yanlış şeylər demək” mənası verilmişdir.

[62]  Ali-İmran 3/56.

[63] İsrail, Yəqub əleyhissəlamın ləqəbidir (Məryəm 19/49-58). İsrailoğulları, Yəqub əleyhissəlamın nəslindən gələnlərdir. Onun atası İshaq, babası İbrahim əleyhissəlam idi (Bəqərə 2/133, Hud 11/71).

[64] Uca Allahın İsrailoğullarına elədiyi yaxşılıq və ikram, Yaqub əleyhissəlamdan Muhəmməd əleyhissəlama qədər gələn Nəbiləri onların içindən çıxarmasıdır (Bəqərə 2/136, Maidə 5/20).

[65] İsrailoğullarının Allaha verdikləri söz, öz kitablarını təsdiq edən yeni kitaba yəni Qurana və onu gətirən nəbiyə yəni Muhəmməd əleyhissəlama inanmaq sözüdür (Ali-İmran 3/81, 84; Əraf 7/157).

[66] İslam dini bütün dinlərə hakim olacaqdır (bax: “Tövbə” surəsi, 9/33; “Fəth” surəsi, 48/28; “Saff” surəsi, 61/9). Başqalarının bu hakimiyyətdən istifadə etmələri müsəlman olmalarından asılıdır.

[67] Bəqərə 2/47, 122.

[68] Tövratdakı ifadə belədir: “Onlara qardaşları (İsmailoğulları) arasından sənin kimi bir peyğəmbər çıxaracağam. Sözlərimi onun ağzından eşidəcəksiniz. Bildirdiklərimin hamısını onlara çatdıracaq. Adımla danışan bu peyğəmbərin çatdırdığı sözlərə qulaq asmayanları mən cəzalandıracağam” (Təsniyə 18/18,19).

[69] Quran, əvvəlki kitabları təsdiq etməsəydi o kitablara inananların Qurana inanmaları vacib olmazdı. (Ali-İmran 3/81-82)

[70] «Qalil» bir şeyin az olduğu və ya qalıcı olmadığı mənasına gəlir (Məqayis).

[71] Haqla batili bir-birinə qarışdırmayın, mənası da vardır.

[72] Ali-İmran 3/71.

[73] Adəm əleyhissəlamdan Mühəmməd əleyhissəlama qədər bütün Nəbilər, namazı və zəkatı əmr etmişlər (Bəyyinə 98/5) Namazı qılıb zəkatı vermək, nəbilərin yolunda olmağın olmazsa olmaz şərtidir.

[74] Zəkat kəlməsi, “inkişaf” mənasına gələn z-k-v (زكو) kökündən əmələ gəlmişdir. Zəkat, möhtacların və xalqın (Tövbə 9/60) ehtiyacını təmin edib, mal və xidmətin qarşısındakı maneələri qaldıraraq iqtisadiyyatı gücləndirir.

[75] Tilavət sözünün kökü t-l-v (تلو) “eyni cinsdən olan bir çox şeyin arxa-arxaya sıralanması” mənasındadır (Müfrədat). Buna görə tilavət, bir biri ilə bağlayıcı ayələri birlikdə oxumaqdır.

[76] Səbr, dözmək, sinə gərmək, dirənmək, müqavimət göstərmək mənalarına gəlir.

[77] Namaz deyə məna verdiyimiz əs-salat (الصلاة) kəlməsinin kök anlamı, bir şeyi tərk etməmək, davamlı arxasında olmaqdır (Lisanul-Ərəb). Namaza salat deyilməsi, heç bir şərt altında tərk edilməyən və hər gün müəyyən vaxtlarda yerinə yetirilməsi lazım olan tək ibadət olması səbəbiylədir. Namaz, bizdən əvvəlki ümmətlərə də vacib olmuşdur. Lakin, təkcə namazla, duayla deyil, buna uyğun əməllərlə Allaha yönəlmək lazımdır. Əks təqdirdə etdiyimiz ibadət, ruhsuz cəsəd kimi olur (Bəqərə 2/200-202; Nəcm 53/39).

[78] Əhli-kitabın arasında düzgün inama sahib olan insanlar var (Ali-İmran 3/199).

[79] Allah, İsrailoğullarına digər millətlərdən daha çox elçi göndərməklə onlara xüsusi bir fərqlilik tanıyır. Bu lütfün haqqını vermədikləri üçün də Quranın digər ayələrində bildirdiyi üzrə onlar, lənət və cəzaya da daha çox məruz qalırlar (Maidə 5/12-13).

[80] Loğman 31/33-34.

[81] Şəfaət başqasının müşayiət etməsini istəmək, yoldaşlıq etmək və ya dayaq durmaqdır (əl-Ayn, Mufrədat). Dünyada insanlar bir-birinə şəfaət edə bilər (Nisə 4/85). Amma məhşər günü heç kim bir başqasına şəfaət edə bilməz (Zümer 39/43-44).

[82]  Bəqərə 2/123, Məaric 70/11-14, Abəsə 80/33-37, İnfitar 82/19.

[83] Ərəb ədəbiyyatında iltifat sənəti var. Söhbəti canlı saxlamaq və mövzunun əhəmiyyətini vurğulamaq üçün sözün axışı gözlənilmədən dəyişdirilərək üçüncü şəxsdən birinci şəxsə, ikinci şəxsdən birinci və ya üçüncü şəxsə, birinci şəxsdən ikinci və ya üçüncü şəxsə və s. keçilir. Keçmiş zamandan indiki və ya gələcək zamana; gələcək zamandan keçmiş zamana ya da keçmiş zamandan əmr formasına keçid edilə bilir. Türkcəmizdə bu cür sənət olmadığına görə belə ifadələr adamı çaşdırır. Burada olduğu kimi bir çox ayəyə bu sənət nəzərdən qaçırılaraq məna verilmişdir.

[84] Misirdə tapılan ən başlıca ilahlardan biri, Apis adı verilən bir buzov idi. İsrail oğullarının ürəklərinə buzov sevgisi elə yerləmişdi ki, dənizi keçər keçməz əllərinə keçən qızıllardan bir Apis heykəli düzəldib, itaət etməyə başladılar (Ta ha 20/83-98).

[85] «İttəxazə» (اتخذ) feili iki məful qəbul edir. Ayənin düzgün başa düşülməsi üçün ikinci məful olan tanrı/ilah açıq qeyd edilmişdir.

[86] Şükür edilən yaxşılığın dəyərini bilmək, edəni tərifləmək və layiq olduğu qarşılığı verməkdir (Mufrədat).

[87] Furqan doğrunu yanlışdan ayırmaq, yəni hikmətə çatmaqdır. Furqan və Hikmət ilahi kitabların xüsusiyyətidir («Ali-İmran» surəsi, 3/4 və «Nisa» surəsi, 4/113). Tələb olunanları yerinə yetirən insanlara da bu cür qabiliyyət verilir (bax: «Bəqərə» surəsi, 2/269 və «Ənfal» surəsi, 8/29).

[88] «Bari» (بَارِئ) fərqli yaradan deməkdir. Allah hər şeyi fərqli yaratdığı üçün əl-Bari onun adlarındandır (Haşr 59/22).

[89] Hadisə ilə bağlı digər ayələr birlikdə dəyərləndirdiyimiz zaman buradakı “nəfslərinizi öldürün” ifadəsinə həqiqi deyil, məzac mənası verilmişdir. Qəlblərindəki buzov sevgisini öldürmələri üçün tövbə etməkləri əmr edilmişdir (Bəqərə 2/51-54, Əraf 7/152-153). “Nəfisləri öldürmək” ifadəsi məcaz olaraq Nisa 4/29-cü ayədə də keçər. Əlavə olaraq Quranda bir başqa hadisə səbəbiylə bu günahı işləyənlərə təkrar xitab edilməsi və işlədikləri bu günahın xatırladılması, bunların öldürülmədiklərini göstərir (Bəqərə 2/93). Hətta bu hadisənin əsl aktyoru Samiri belə öldürülməmiş, lənətlənmiş/uzaqlaşdırılmışdır (Ta ha 20/95-97).

[90] Nisa 4/153.

[91] Dilimizdə olduğu kimi Ərəb dilində də “məvt=ölüm” sözüylə hər zaman həqiqi ölüm qəsd edilməz. «Hər yanını ölüm əhatə edər, amma o ölməz» (İbrahim, 14/17) ayəsindəki kimi bunların da hər yanını ölüm əhatə etmiş, amma ölməmişdilər. Çünki ölən təkrar dünyaya qayıda bilməz («Muminun» 99-100 və «Munafiqun» 63/10-11). Bir möcüzədən də bəhs edilmədiyinə görə ən münasib məna bayılmaqdır. Bu barədə Tövratdakı məlumatı əldə etmək istəyənlər (Çıxış 19/16-20; Çıxış 20/19-23) baxa bilərlər.

[92] Tövratda “mən” ilə əlaqəli bu ifadələr var: “Rəbb, Musaya “Sizə göydən çörək yağdıracağam” dedi. “Xalq gedib günlük çörəklərini toplayacaq. Beləliklə onları sınayacağam; Mənim qanunlarıma görə yaşayırlarmı, yaşamırlarmı?” (Çıxış 16/4-5). Axşam bildirçinlər gəldi, ordugahı bürüdü. Səhər ordugahın çevrəsini çiy qaplamışdı. Çiy əriyincə, torpaqda pulcuqlar göründü. Bunu görüncə İsraillilər bir birinə, “Bu nədir?” deyə soruşdular. Çünki nə olduğunu başa düşmürdülər. Musa, “Rəbbim sizə yemək üçün verdiyi çörəkdir bu” dedi

(Çıxış 16/13-15). İsrail oğulları, Allahın “mən və səlva” kimi nemətlərini bəyənməmiş “Eyni cür yeməyə qatlana bilmərik” deyə şikayət etmişdilər (Bəqərə 2/61).

[93] Nisa 4/154, Əraf 7/161. Səcdənin kök mənası, əyilmək və boyun əyməkdir (Müfrədat). Burada da qapıdan girişdə boyun əyilməsi istənilmişdir. Əmri yerinə yetirən Musa əleyhissəlam: “Ey xalqım! Allahın sizə yazdığı bu müqəddəs/tərtəmiz və dəyərli yerə girin! Arxanızı dönməyin yoxsa itirənlərdən olarsız” (Maidə 5/21).

[94] Lakin İsrail oğulları bu əmrə qarşı çıxdılar (Maidə 5/21-24).

[95] Maidə 5/26.

[96] «Daha aşağı olanı» sözü həmin qidalarla əlaqəli deyildi. Elə olsaydı, Musa əleyhissalam «Enin bir şəhərə, istədiyiniz şeylər orada var!» deməzdi. Onlar əkinçiliklə məşğul olmaq istəyirdilər, halbuki sadəcə əkinçiliklə məşğuliyyət həmin cəmiyyəti kənar aləmə qapalı, istismara açıq hala gətirir.

[97] Nəbi Kitab və hikmət verilən şəxsdir (Ali-İmran 3/81-82, Ənam 6/83-90). Rəsul isə birinin sözünü başqasına çatdırmaqla vəzifəli olan şəxsdir. Nəbinin Allahın ayələrini insanlara çatdırmaq vəzifəsi olduğu üçün həm də rəsuldur. Ayədə deyilir: «Bu kitabda İsmaili də xatırla, o sözündə durmuşdu; nəbi olan rəsul idi» («Məryəm» surəsi, 19/54). Ənənəvi məlumat isə bunun tam əksidir.

[98] Uca Allah, bütün Nəbilərinə yardım edər və onları düşmənlərindən qoruyur (Maidə 5/67, Yunus 10/10-103, Ənbiya 21/7-9). Yəhudilər, İsa əleyhissəlamı öldürdüklərini söyləyirlər (Nisa 4/157). Halbuki Quran, onların bu iddialarını təkzib edir (Məryəm 19/15, 33). Lakin, bir nəbinin nəbiliyini öldürmək, yəni etibarsızlaşdırmaq, onun özünü öldürməkdən daha böyük bir faciədir. Bu gün həm əhli-Kitab həm də müsəlmanlar öz nəbilərinin nəbiliklərini öldürmüşlər. Onu kitablarında Allahın tanıtdığı kimi tanıtdırmamaqdadırlar.

[99] Yəhudi qavramı, Davud əleyhissəlamın krallığından sonra ortaya çıxmışdır. Davud əleyhissəlam, Yaqub əleyhissəlamın oğullarından Yahudanın nəslindən gəlir. Bu səbəblə onun krallığına “Yahuda krallığı” deyilmişdir. Bu krallıq, Babil işğalında yıxılanda bu ifadə, İsrail oğullarının dini-milli şəxsiyyətlərini tanıtmaq üçün işlədilməyə başlandı.

[100] Bir ayədə Xristian anlamında “Nəsrani” deyə, on dörd ayədə isə cəm şəklində “Nasara” olaraq keçər. Xristian kəlməsi, yardım mənasındakı “nasr” kökündən (Müfrədat) və ya İsa əleyhissəlamın vətəni olan “Nasıra”dan gəldiyini deyirlər.

[101] Sabiilər Yəhya əleyhissalama verilən (Məryəm 19/12; Ənam 6/84-89) və Qinza adlandırılan kitaba inanırlar.

[102] Quranla üzləşməyiblərsə, öz kitablarına tabe olmaları kifayət edər («Ali-İmran» surəsi, 3/81, «Əraf» surəsi, 7/157).

[103] Elçinin təbliği çatmayan insan ancaq şirkdən və bildiyi doğrulara görə məsuliyyət daşıyır (Bəqərə 2/22).

[104] Tur Sina yarımadasındakı bir dağdır. Musa və Harun əleyhissalamlara elçilik vəzifəsi orada verilmişdir (Məryəm 19/51-53).

[105] Şənbə qadağasıyla əlaqəli Tövratda hökm belədir: “Tanrın Rəbbin əmri, Şabat (Şənbə) gününü tut və müqəddəs say. Altı gün çalışacaq və bütün işlərini görəcəksən. Amma yeddinci gün mənə, Tanrın Rəbbə Şabat günü olaraq adanmışdır. O gün sən, oğlun, qızın, kişi və qadın qulun, öküzün, eşşəyin ya da hər hansı bir heyvanın, aranızdakı əcnəbilər daxil, heç biriş görməyəcəksiniz. Belə ki, sənin kimi kişi və qadın qulların da eşitsinlər.” (Təsniyə 5/12-14).

[106] Yəhudilərin əksəriyyəti şənbə qadağasını həmişə pozduqlarına görə meymunlaşmışdılar. Bu onlara xas fiziki dəyişiklik deyil, davranış şəklidir (Nisa 4/47).

[107] Qədim Misirdə Apis deyilən buğaya və Hator (Hathor) adlandırılan inəyə sitayiş edirdilər. Onlara görə, Apis daha dəyərli idi (Yeremya 46/14). Musa əleyhissalam: «Allah bir öküz kəsməyinizi istəyir» dediyi vaxt adi bir inək kəsə bilərdilər. Amma həmin inam könüllərinə elə işləmişdi ki («Bəqərə» surəsi, 2/93) inəyi kəsməmək üçün bəhanə gətirirdilər, nəticədə isə əmrə tabe olub Apisə bənzər bir buğanı kəsməyə məcbur oldular.

[108] “Özünü bilməz” deyə tərcümə etdiyimiz “cahil” kəlməsi “bilməyən” mənasına gəldiyi kimi “lazım olan davranışın əksinə davranan” (Müfrədat) və “özünə hakim ola bilməyən” (Yusuf 12/33) mənasına da gəlir.

[109] “Təşabüh” iki şey arasındakı bənzərliyi ifadə edər. Bu ayə Musa əleyhissəlamın tərif etdiyi və Misirlilərin tanrısı Apis boğasına bənzədiyini göstərir.

[110] «Bəqərə» (بقَرةَ) «bəqər» sözünün tək formasıdır, öküz deməkdir. Ayədəki «tusirul arda» = «yeri şumlayar» sözü onun erkək olduğunu göstərir. Ayələrdəki feillərin müənnəs olması ərəb dilindəki «bəqərə» sözünün “müənnəsi-lafzi” olmasına görədir.

[111] Zərb (ضرب) sözünün kökü, bir şeyin üstünə vurmaq və ya sabitləməkdir (Müfrədat). Ərəb dilində bir çox iş üçün işlədilən bu feilin anlamı, vurulan və ya sabitlənən şeyə görə dəyişir (əl-Ayn).

[112] Ölüdən kəsilən parçanın onunla birləşdirilməsi əmr edilir. Yenidən diriliş təkrar yaradılan sümüklərin birləşdirilib ətə bürünməsi tərzində olacaqdır. Bax: Bəqərə 259.

[113] Bu və bənzər ayələrə görə maddənin də bir dili və anlama qabiliyyəti vardır. Göylər və yer, insan davranışlarından təsirlənir (Məryəm 19/88-91, Duhan 44/17-29). Canlı cansız bütün varlıqlar, Allahı təsbih edərlər (İsra 17/44; Nur 24/41).

[114] Təhrif (التحريف), Nisa 46-cı ayəsində izah edildiyi kimi, hər iki tərəfə də çəkilə biləcək bir mənanı, rahat başa düşülməyəcək bir şəkildə uyğun olmayan bir tərəfə çəkməkdir. Təhrif, mətndə deyil, mənada olduğu üçün Quran, əvvəlki kitabların ana mətnlərini təsdiq edər. Təhrif edilən mətnlərin çoxu Yəhudiləri rahatsız etdiyi üçün təhrif edilmişdir.

[115] Bunlar Muhəmməd əleyhissalamın sonuncu Nəbi olduğunu bilirlər, amma qəbul etmək istəmirlər.

[116] Yəhudilər arasında münafiqlik edənlərlə əlaqəli olaraq Tövratda belə bir ifadə vardır: “Mətnlərini Rəbbdən gizlətməyə çalışanların vay halına! Qaranlıqda iş görən bu adamlar, “Bizi kim görəcək, kim tanıyacaq?” deyə düşünürlər.” (Yeşeya 29/15).

[117] Quranda ümminin üç mənası vardır: Biri, özünə kitab verilməmiş olan (Ali-İmran 3/20), ikincisi, inandığı kitabın içindəkilərini bilməyən (Bəqərə 2/78), üçüncüsü də Məkkəli mənasındadır (Cümə 62/2).

[118] «Manipulyasiyalar» kimi tərcümə etdiyimiz «əmani» sözü «umniyyə»nin cəm formasıdır. Mucahidə görə, «yalan» mənasındadır. Başqalarına görə də kitabı başa düşmədən oxumaqdır. Çünki bu cür oxumaq fərziyyəyə əsaslanan ümidlərə salar (Mufrədat).

[119] «Qalil» bir şeyin az olduğu və ya qalıcı olmadığı mənasına gəlir (Məqayis).

[120] «Qalil» bir şeyin az olması və ya müvəqqəti olması mənasına gəlir (Məkayis).

[121] İnsanları Allah ilə aldatmağın ən çox istifadə olunan yolu yazdığı kitabın Allah tərəfindən yazdırıldığını söyləmək və ya ortaya qoyduğu fikirlərin Allahın kitabından götürüldüyü təəssüratını yaratmaqdır (Bax: Hud 11/1-2; Ali-İmran 3/78).

[122] Yəhudilərin öz əlləriylə yazıb sözlü Tövrat deyə adlandırdıqları Talmudda keçən “Pis insanların cəhənnəmdəki cəzası on iki ay davam edər. Bu müddət içərisində günahlarının kəffarəti ödənmiş sayılır.” (Shabbat 33b) mahiyyətindəki iddiaları bunlardandır.

[123] Pisliyin içində batmaq, tövbə etməmiş, yəni səhvini tam düzəltməmiş ölməkdir. Yoxsa tövbə qapısı ölənə kimi açıqdır (Zumər 39/53).

[124] «Çarəsiz» kimi tərcümə etdiyimiz sözün əsli «miskin»dir. Kök mənası hərəkətdən sonra hərəkətsizləşmək, çarəsiz qalmaqdır. Nəbimiz belə buyurmuşdur: «Miskin bir tikə, iki tikə yeməklə kifayətlənən adam deyil. Ehtiyacını təmin edə bilmədiyi halda utanan və ya təkidlə heç kimdən heç nə istəməyən adamdır» (Buxari, «Zəkat», 53). Gəmiləri deşilən adamlarla əlaqəli belə bir ayə var: «O gəmi dənizdə işləyən miskinlərə məxsus idi. Qarşılarında hər gəmini zorla ələ keçirən bir hökmdar var idi; buna görə onu zədəli hala gətirmək istədim» (Kəhf 18/79). Çünki gəmi əllərindən alınanda işsiz və çarəsiz qalacaqdılar.

[125] Tövratdakı ifadələr belədir: “Rəbb deyir ki, İsrailli qardaşlarınıza hücum etməyin, onlarla döyüşməyin” (I. Krallar 12/24). “Hakim Rəbb belə deyir: “Kifayətdi, ey İsrail başçıları! Yekəxanalığı, təzyiq etməyi buraxın. Adil və doğru olanı edin. Xalqımı öz torpaqlarından qovmayın.” (Hezekiel 45/9)

[126] Günah mənasını verdiyimiz ism (إِثْمَ), insanı savabdan yəni yaxşılıqlardan uzaqlaşdıran davranış mənasındadır (Müfrədat). Allah, ism olaraq tanımladığı hər davranışı, haram saymışdır (Əraf 7/33).

[127] Qiyamət ayağa durmaq, qalxmaq deməkdir. Qiyamət günü adamların yerindən dirilib qəbirlərindən qalxacaqları günün adıdır.

[128] Yəhudilər, Tövrata əhəmiyyət verməzlər və onun yerinə, Eramızdan əvvəl. 200 və eramızın 500-cü illər arasında yazılmış Talmudu qoyarlar (Yusuf Basalel, Yəhudi Ansiklopediyası, s. III, s. 696, Gözlem Yay. 2002. Əlavə olaraq bax: Bəqərə 2/79, Maidə 5/70). İsa əleyhissəlama nazil olan İncilə də Həvarilərdən başqa heç kim inanmamışdı (Ali-İmran 3/52-53). Bunlar, həmişə Allahın nurunu söndürməyə və elçilərini etibarsızlaşdırmağa çalışıblar. (Tövbə 9/30-32)

[129] Biz hər şeyi bilirik, yeni bir biliyə ehtiyacımız yoxdur.

[130] Lənət əsəbləşib qovmaq və uzaqlaşdırmaq deməkdir. Eyni zamanda qarşısındakına bəddua etməyi də ifadə edir (Müfrədat). Bizə görə bunu ən yaxşı ifadə edən söz «kənarlaşdırmaq»dır.

[131] Gələcəyini bildikləri və öz kitablarındakı biliklərdən yola çıxaraq çox yaxşı tanıdııqları (Əraf 7/157).

[132] Qurana inandıqdan sonra onun bir ayəsinə göz yuman, eyni lənətə məruz qalır (Bəqərə 2/159-162).

[133] «Şaə» feilinin kökü bir şeyi «yaratmaq, var etməkdir» deməkdir (Mufrədat). Allah bəzi şeyləri bəndəsinin seçiminə uyğun yaratdığına görə subyekti bəndə olarsa «seçib etdi», Allah olarsa «seçib yaratdı» mənasına gəlir.

[134] Bax: Bəqərə 2/61-ci ayənin qeydi.

[135] Buğanı ilah etməklə qalmadılar, “Bu sizin ilahınızdır, Musanın da ilahıdır amma o, onu unutdu” dedilər (Ta ha 20/88). Onlar bu sözləri ilə Musa əleyhissəlamın nəbiliyini öldürmüş oldular.

[136] Əraf 7/171.

[137] Ənənədə bura «qulaq asdıq və üsyan etdik» mənası verilir, amma onu deyən söz vermiş sayılmaz. «Əsa»nın «dəyənək tutmuşcasına tutmaq» (Lisan) mənası da olduğuna görə «səminə va asəynə»ya «qulaq asdıq və möhkəm sarıldıq» mənası vermək lazımdır («Nisa» surəsinin 46-cı qeydinə bax). Tövratın mövzu ilə əlaqəli hissəsi belədir: «(Musa) əhd kitabını götürüb ucadan camaatın qarşısında oxudu. Camaat: «Şamanu va asinu = Rəbbin bütün sözlərinə əməl edib Ona tabe olacağıq» dedi» (Tövrat, «Çıxış», 24/3-7).

[138] Bir yandan «inandıq və möhkəm sarıldıq» deyirsiniz, digər tərəfdən buzova bağlılığınızdan əl çəkmirsiniz.

[139] Şirk, bizə şah damarımızdan, sinir hüceyrələrimizdən də yaxın olan Allahı (Kaf 50/16) ikinci sıraya qoymaqdır (Əraf 7/30). İnsanların çoxu özləri ilə Allah arasına Allaha yaxın/övliya dedikləri şəxsləri qoyaraq onlara yönəlməkdə və sırf Allahdan istəniləcək şeyləri onlardan istəməkdə, Allahı çağıracaq yerdə onları çağırmaqdadırlar (Əraf 7/3).

[140] Quranda bu iki mələk xaricində adı keçən mələk yoxdur. Digərlərində təkcə vəzifələrindən bəhs edilir.

[141] Musa əleyhissəlama nazil olan kitab xaricində heç bir kitabı və mənbəni qəbul etməyən, Musa əleyhissəlamdan başqa nəbilərin nəbiliklərini inkar edən, cinlərə, mələklərə və ruha inanmayan bir yəhudi məzhəbi var idi. Bunlar Mikayıl və Cəbrayılın uydurma olduğunu deyirdilər. İsa əleyhissəlam dövründə bunlara Sadukilər, Quranın nazil olduğu dövrdə də Qaraim yəhudiləri deyirdilər.

[142] Quranın ayələri bir-birini açıqlayır, izah edir (Ali-İmran 3/7, Hud 11/1).

[143] Bəqərə 2/40.

[144] Ayədə keçən Rəsul (رسول), Qurandır. Çünki ayənin davamı, onların qulaq-ardı etdikləri rəsulun, Allahın kitabı olduğunu açıq şəkildə ifadə etməkdədir (Bəqərə 2/89. Əslində rəsul, həm birinə göndərilən söz həm də o sözü çatdıran elçi mənasındadır (Müfrədat).

[145] Ayədə keçən (تَتْلُوا) kəlməsi, “birçox şeyin, aralarına öz cinslərindən olmayan bir şey qarışmayacaq şəkildə arxa-arxaya sıralanması” mənasındadır (Müfrədat).

[146] Sehr, bir şeyi olduğu formasından fərqli şəkildə göstərmək, aldatmaq və hiylədir (Lisanul-Ərəb). Quran, sehrin tam bir oyun və aldatmaca olduğunu açıq-aşkar göstərir (Əraf 7/103-120, Yunus 10/81).

[147] Pis niyyətli insanlar.

[148] Süleyman əleyhissalamın vəfatından sonra Tövrata onun kafir olduğunu göstərən bu sözlər əlavə edilmişdir: Yarovama dedi: «Özünə on hissə götür, çünki İsrailin Allahı Rəbb belə deyir: “Mən padşahlığı Süleymanın əlindən dartıb alıram və on qəbiləni sənə verirəm. …Çünki Məni tərk etdi və Sidonluların ilahəsi Aştoretə, Moav tanrısı Kemoşa, Ammonluların tanrısı Milkoma sitayiş etdilər…” (1 Padşahlar 11/31-33). Bu böhtanların səbəbi Süleymandan sonra hakimiyyətə gələn oğlu Rexavamın əlindən hakimiyyəti almaq idi (1 Padşahlar 11/43). Bəzi yəhudilər, bütün bunların Yunanca səhv tərcümədən qaynaqlandığını deyirlər. Tövrata yerləşdirilən bu sözlərin yəhudilər üçün necə tələ olması görünür. Müsəlmanların hədis kitablarında olan hətta uydurma rəvayətlərə də dəyər verdikləri nəzərə alınsa, yəhudilər üçün qurulan tələnin böyüklüyü daha yaxşı başa düşülür.

[149] Quran nüsxələrində Harut ilə Marutu ifadə edən söz «mələkeyn» = «iki mələk» tərzində oxunur. Allah «Mələkləri ancaq həqiqi bir iş üçün endiririk» («Hicr» surəsi, 15/8) dediyinə görə onlar sehr öyrədə bilməzlər. Həmin söz «əl-məlikeyn = iki məlik» tərzində oxunmuşdur (Qurtubi). Hakimiyyətdə olana «məlik» deyildiyi kimi hakimiyyətə gəlmək gücü olana da «məlik» deyilir (Mufrədat). Bizə görə Harut ilə Marut kütlənin təsiriylə iqtidardan uzaqlaşdırılan şahzadələrdir. Onlara qurulan oyunları pis məqsədlər üçün istifadə etməmələri şərtiylə başqalarına öyrətmişdilər. «Bəqərə» surəsinin 104-cü ayəsində həmin oyunlarla əlaqəli işarə var.

[150] Nüzul bir şeyin enməsi və meydana gəlməsidir (Məkayis). Adamın başına gələn sıxıntıya «nazilə» deyilir (Lisan).

[151] Fitnə bir şeyi oda atmaqdır (Lisan). Adamlar üçün istifadə ediləndə, bir mədənin real vəziyyətini başa düşmək kimidirsə imtahan («Əraf» surəsi, 7/155), mədəni qızılla qaplamaq kimidirsə aldatmaq («Əraf» surəsi, 7/27), cəmiyyəti oda atmaq kimidirsə müharibə («Bəqərə» surəsi, 2/191), odla cəzalandırmaq üçündürsə cəhənnəm əzabı («Zariyat» surəsi, 51/10-14) mənalarında işlədilmişdir.

[152] Məqsədləri ibrət almaq deyil, taktik öyrənmək və onu pis məqsədlərə yönləndirməkdi.

[153] Ayədəki «raina» «bizi güd» və ya «bizə nəzarət et» deməkdir. «Bizi güd» deyən adam heyvan yerinə qoyula bilər. Lakin «unzurna/bizə nəzarət et» sözü başqa mənaya çəkilə bilməz (Hucurat 49/3). Müsəlmanlar ayəyə zidd olaraq xalqa «rauyyə» (cəmi «rəaya») deyirlər. Nəbimizə də belə bir söz istinad edilərək idarə edənlər tanrı, adamlar da «sürü» yerinə qoyulmuşdur: «Mənə itaət edən Allaha itaət etmiş olur. Mənə üsyan edən isə Allaha üsyan etmiş olur. Əmirə (səlahiyyətli şəxsə) itaət edən mənə itaət emiş olur. Əmirə üsyan edən mənə üsyan etmiş olur. İmam (dövlət başçısı) qalxandır, arxasında döyüşülər və onunla qorunular. Allahdan çəkinməyi əmr edər və ədalətli olarsa, savab qazanar. Fərqli əmr versə, günahı özünədir» (Buxari, «Cihad», 109).

[154] Əllərində Qurandan əvvəl nazil olmuş bir kitab olan cəmiyyətlər üçün iki fərqli ifadə işlədilir. Bunlardan biri “əlləzinə utul-Kitab” ifadəsidir və “özlərinə kitab verilmiş olanlar” mənasına gəlir. Bu ifadə ilə özlərinə kitab verilmiş olan cəmiyyətlərin hamısı nəzərdə tutulmaqda və kitabları barədə bilik səviyyəsinə baxılmadan ümumi və sosial bir adlandırmaya tabe tutulmuşlar. Məsələn, Müsəlmanlar, Yəhudilər, Xristianlar deyə verilən adlandırma, kitaba muxatab olmuş böyük cəmiyyətlərin hamısını ifadə etmə yönündən Quranın “utul-Kitab” dairəsinə girər. Daha əvvəl kitab nazil olmuş cəmiyyətlərlə əlaqəli işlədilər digər ifadə isə “əhli-Kitab”dır. Bu termin, əllərində Allahın kitabı olan cəmiyyətlər içərisində, kitablar üzərində mütəxəssisləşmiş, alim insanları ifadə etmək üçün işlədilir. Bunlar Allahın ayələrini, doğruluğuna şahidlik edəcək dərəcədə öyrənmiş, həqiqətləri və onları necə gizlədəciyini bilən insanlar üçün həmişə əhli-Kitab kəlməsi işlədilməkdədir (Bəqərə 2/109; Ali-İmran 3/70,71,98,99; Maidə 5/15)

[155] Unutdurulan ayələr, əvvəlki kitablarda olduğu halda gizlədilən və Quranda haqqında söz edilməyən ayələrdir (Maidə 5/15).

[156] Nəsx sözü lüğətdə iki sənədi yan-yana gətirib birindəki yazını digərinə köçürmək və ya bir şeyi götürüb yerinə başqasını qoymaqdır. Nəsx ya eynisiylə, ya da daha yaxşısı ilə olur. Allah əvvəlki kitabların hökmlərini sonuncu kitabında eynilə mühafizə eləmiş və belə buyurmuşdur: «Allah Nuha buyurduğunu sizin üçün bu dinin şəriəti etmişdir. Sənə vəhy etdiyimiz İbrahimə, Musaya və İsaya əmr etdiyimiz budur: Bu dini saxlayın, həmin mövzuda ayrılığa düşməyin…» (Şura 42/13).

Allah kitabların bəzi hökmlərini Qurana salmamış və belə buyurmuşdur: «Ey Kitab əhli! Kitabda gizlətdiyiniz bir çox şeyi sizə açıqlayan, bir çoxuna da toxunmayan Elçimiz gəldi. Sizə Allahdan bir nur və açıq kitab gəldi» (Maidə 5/15). Əvvəlki kitabların bəzi hökmləri isə daha yaxşısı ilə dəyişdirilmişdir. Məsələn, müsəlmanlar ilk vaxtlar orucu əvvəlki ümmətlər kimi tutduqları halda (Bəqərə 2/187) daha sonra bəzi yüngülləşdirmələr edilmişdir (Bəqərə 2/187).

[157] Vəli, cəmi “əvliya, övliya”dır. Araya başqa heç bir şey girməyəcək tərzdə bir birinə yaxın olan iki şeydən hər birinə deyilir. Buradan hərəkətlə qohumluq, köməklik və inanc yönündən ortaya çıxan yaxınlıq da məcaz olaraq bu kəlmə ilə ifadə edilir (Müfrədat). İnsana sinir hüceyrələrindən yaxın olan Allah, onun vəlisi yəni ən yaxınıdır (Kaf 50/16). Möminlər, “Allaha yaxındır, Allahın istəkli bəndəsidir” deyib, özləri ilə Allah arasına heç kimsəyi qoymadan, Allahdan istəyəcək şeyləri birbaşa Allahdan istəyər və təkcə Ona qulluq edərlər (Fatihə 1/ 4). Beləliklə, onlar Allahın vəlisi/evliyası, Allah da onların vəlisi olur (Bakara 2/257, Al-i İmran 3/68, Yunus 10/62-63)

Ayələr açıq-aşkar olduğu halda təriqətçilər bir vəlayət məqamı icad edir, o məqama vəli və ya evliya deyə qəbul etdikləri şəxslər yerləşdirilərək onlar bir vəsilə/vasitəçi olaraq görülür. Beləliklə Allah ikinci sıraya qoyulur və tövbə edilmədiyi təqdirdə əsla əfv edilməyəcək şirk günahına girilmiş olur. (Bəqərə 2/257, Nisa 4/48,116, Əraf 7/3,30, Səcdə 32/4, Əhqaf 46/4-6).

[158] Nisa 4/153.

[159] Nisa 4/125, Loğman 31/22.

[160] Qiyamət ayağa durmaq, qalxmaq deməkdir. Qiyamət günü adamların yerindən dirilib qəbirlərindən qalxacaqları gündür.

[161] Bu ayə «ol deyər, dərhal olar» kimi tərcümə edilir. Allah hər şeyi bir ölçüyə, meyara görə yaratdığına görə (Qəmər 54/49) həmin əmrlə ancaq formalaşmaq başlayır. Məsələn, Allah bir uşağın olmasını istəyəndə əmri mayalanmadan əvvəl verir (İnsan 74/1-2) və körpə formalaşmağa başlayır. Ayədə yuxarıdakı mənanı verməyimizin səbəbi budur.

[162] İltifat sənəti, bax: Bəqərə 2/49-cu ayənin qeydi.

[163] Bu cümlə əvvəlki cümlənin “bədəli-bazı”, yəni izahı sayılmışdır.

[164] Maidə 5/83-85, Qəsas 28/52, Ənkəbud 29/47.

[165] Maidə 5/20.

[166] Allah, İsrailoğullarına digər millətlərdən daha çox elçi göndərməklə onlara xüsusi bir ayrıcalıq tanıyır. Bu lütfün haqqını vermədikləri üçün də Quranın digər ayələrində bildirdiyi üzrə onlar, lənət və cəzaya da daha çox məruz qalırlar (Maidə 5/12-13).

[167] Şəfaətlə əlaqəli Bəqərə 2/48-ci ayənin qeydina baxın.

[168] Bəqərə 2/48, Məaric 70/11-14, Abəsə 80/33-37, İnfitar 82/19.

[169] Quranda keçən “kəlmə” və “kəlimat” sözləri, tam bir cümləni (Tövbə 9/74, Kəhf 18/5) və ya vəhyi (Ənam 6/150, Əraf 7/158) göstərir.

[170] «Sizin üçün İbrahimdə və onunla birlikdə olanlarda gözəl nümunə var. Onlar tayfalarına belə demişdilər: «Biz həm sizdən, həm də Allah ilə aranıza qoyaraq qulluq etdiklərinizdən uzağıq. Sizi tanımırıq. Bircə Allaha inanıb güvənməyimizə qədər bizimlə sizin aranızda əbədi düşmənçilik və kin görünmüşdür»» («Mumtəhinə» surəsi, 60/4).

[171] “İnsanlar üçün qurulan ilk beyt, Bəkkədədir” (Ali-İmran 3/96). Bekke, əkin bitməyən bir vadidir (İbrahim 14/37) Tövratda oraya Bəkkə vadisi deyilir (Məzmurlar 84/4-7). İbrahim əleyhissəlam, oğlu İsmail ilə birlikdə Kəbəni köhnə təməlləri üzərinə yenidən tikdikdən sonra Allah ona, həcc və ibadət ediləcək yerləri göstərmiş (Bəqərə 2/128, 158) və o yerlərə “Məqami İbrahim” adını vermişdir (Ali İmran 3/97). Bəkkə vadisi içərisində yerləşən şəhərin adı Məkkədir. Məkkə üçün Məscidi Haram ifadəsi də işlədilir (Tövbə 9/7). Kəbəyə də beyt deyilir (Bəqərə 2/127, Maidə 5/2).

[172] «Məqam» (مقام) sözünə bəzən tək, bəzən də cəm məna verilir. İbrahim əleyhissalam: «(Rəbbimiz) Bizə mənasikimizi (həcc ibadətinin yerlərini) göstər» (Bəqərə 2/128)  deyə dua etmiş, ona göstərilən yerlərdə həcc ibadətini yerinə yetirmişdir. Elə isə “Məqamı İbrahim” həcc ibadətinin edildiyi Ərafat, Muzdəlifə, Cəmərat, Səfa, Mərvə, Kəbədir.

[173] Təvaf, bir şeyin çevrəsində dolaşmaqdır (Müfrədat). İbrahim əleyhissəlamın təvaf etdiyi yerlərdə edilən təvaf, Kəbə ilə birlikdə həcc və ümrə ibadətləri zamanı dolaşılması lazım olan bütün yerləri əhatə edər (Bəqərə 2/158).

[174] Etikaf ibadət məqsədilə vaxtını məsciddə keçirməkdir.

[175] Bu ayə, müşriklərin Məkkədə qala biləcəklərinə dəlildir. Oraya girməsi qadağan edilən müşriklər haqqında baxın: Tövbə 9/28-ci ayənin qeydi.

[176] İbrahim əleyhissalam «Bizə göstər» dediyi üçün həcc və umrə ibadəti edilən yerlərin daha əvvəllər bilindiyi, lakin sonradan itirildiyi aydın olur. Bu itki Nuh tufanında ola bilər (bax: Təbəri, Ali-İmran 3/96).

[177] İbrahim əleyhissəlamın oğlu İsmayıl əleyhissəlamın nəslindən gələn tək nəbi, Muhəmməd əleyhissəlamdır.

[178] Tilavət kəlməsi üçün baxın: Bəqərə 2/44-cü ayənin qeydi.

[179] Hikmət, Allahın nazil etdiyi və yaratdığı ayələrdən doğru biliyə çatma üsulu və əldə edilən doğru bilikdir. Allahın kitabındakı hikmətə çatma üsulu, o kitabın içində anlatılmışdır (Bəqərə 2/169, Ali-İmran 3/7, Hud 11/1-2)

[180] “Millət” kəlməsi ümumiyyətlə din deyə tərcümə edilir. Halbuki Quranda “Allahın dini” ifadəsi olduğu halda “Allahın milləti” ifadəsi yoxdur. Bu kəlmə, İbrahim, İshaq və Yəqub nəbilərə nisbətlə işlədildiyi kimi, kafirlərə nisbətlə də işlədilmişdir (Yusif 12/37). Müsbət anlamların hamısında şirkdən uzaq, Allaha birbaşa və tam təslimiyyət göstərilən bir dini anlayışa vurğu vardır. Bu da göstərir ki millət, dinin özü deyil, istəyir kafir istəyir mömin olsun o insanların “dini yaşama tərzidir”dir.

[181] Hənif, yanlışlardan uzaqlaşıb doğru yola yönələn insandır (Müfrədat).

[182] Yəhudilər, İsa əleyhissəlama inanmayaraq Tövratdakı bu ayəyə tabe olmamış və müşrik olmuşlar: “Bundan ötrü Rəbbin özü sizə bir işarə verəcək; Bakirə bir qız hamilə qalıb bir oğul dünyaya gətirəcək, adı “Emmanuel/Allah bizimlədir” olacaq (Yeşaya 7/14). Xristianlar da Tövratın “Məndən başqa ilahın olmayacaq” (Çıxış 20/3) əmrinə məhəl qoymayaraq İsanı ilahlaşdırıb müşrik olmuşlar.

[183] Nəbilərə verilənlər, kitab və hikmətdir (Ali-İmran 3/81, Ənam 6/89).

[184] Bu ayədə möminlərin öncə Allaha, sonra isə nəbilərə nazil olan kitablara inandıqlarını söyləmələri və bunlar arasında heç bir ayrıcalıq göstərməmələri lazım olduğu bildirilmişdir. Nəbilərin və onlara verilən kitabların bəzisinə inanıb bəzisinə inanmamaq Allahın istədiyi şəkildə bir iman olmadığı kimi bu, Allah ilə onun rəsullarını/kitablarını bir birindən ayırmaq mənasına gəlir (Nisa 4/150-152). Ayədə diqqət çəkən ikinci bir xüsus isə bütün nəbilərə kitab verildiyi həqiqətidir.  Amma ənənəvi anlayışa görə Allah tərəfindən kitab və şəriət verilənlərin “rəsul”, kitab verilməyib əvvəlki rəsullərin kitabıyla və vəhylə təbliğ edənlər isə “nəbi” olduğunu demişlər.  Halbuki həm bu ayə həm də Bəqərə 213, Ali-İmran 81,84, Ənam 83-89-cu ayələrə görə bütün nəbilərə kitab verilmişdir.

[185] Şiqaq (شقاق) kəlməsi, bir şeydə meydana gələn yarıq və bir şeyi yarmaq mənalarındakı şəqq (شَقّ) kəlməsinin müfaələ babından məstərdir. Kəlmənin kökündə hər nə qədər də yarma, yarılma, yarıq anlamı olsa da şiqaq kəlməsi Quranda daha çox mənəvi anlamdakı fərqlilik üçün işlədilmişdir. Bunlar, inanc fərqliliyi (Bəqərə 2/137), inanc fərqliliyi üzündən müxalifət (Hud 11/89), haqdan uzaqlaşma (Bəqərə 2/176, Həcc 22/53), Allah və elçisinin göstərdiyi yoldan başqa bir yola girməkdir (Nisa 4/115, Ənfal 8/13).

[186] Allahın boyası, yaratdığı hər şeyi gözəl və dəyərli edən qanun və qaydalar cəmidir. Bunlara fitrət deyilir. İnsanın təbiətində eyni qanunlar mövcuddur (Rum 30/30). Təkcə bu dinə girən, Onun qanunlarına tabe olmuş və Allahın boyası ilə boyanmış olur.

[187] Ali-İmran 3/65-67.

[188] «Şaə» feilinin kökü bir şeyi «yaratmaq, var etməkdir» deməkdir (Mufrədat). Allah bəzi şeyləri bəndəsinin seçiminə uyğun yaratdığına görə, subyekti bəndə olarsa «seçib etdi», Allah olarsa «seçib yaratdı» mənasına gəlir.

[189] Hər insanın inanmalı olduğu din bu din olduğuna görə insanlara nümunə olmalıyıq (Ali-İmran 3/110).

[190] Rəsul (رسول), birinə göndərilən söz mənasına gəldiyi kimi “o sözü çatdırmaq üçün göndərilən elçi” mənasına da gəlir (Müfrədat). Allahın elçilərinin vəzifəsi, Allahın sözlərini insanlara çatdırmaqdır. Bu səbəblə Quranda keçən Allahın rəsulu (رسول اللّه)  ifadələrində əsl vurgu ayələrədir. Elçi aramızda olmadığı üçün hazırda əsl muxatəb Qurandır (Ali-İmran 3/144) Rəsul kəlməsinə əlavə olaraq “onun gətirdiklərinə” ifadəsinə buna görə yer verilmişdir (Maidə 5/67, Nəhl 16/35).

[191] İlk qiblə Kəbədir. Beyti Maqdis Davud əleyhissalamın dövründə qiblə olaraq qəbul edilmişdir (II Samuel, 24/16-25).

[192] Məscidi Haramın yenidən qiblə olacağına inananlar, ilk əvvəl özlərinə kitab verilən və xüsusilə Məkkə, Mədinədə yaşayan yəhudilərdir (Bəqərə 2/144-146).

[193] Nəbimiz, qiblənin dəyişəcəyinə dair məlumatı Yəhudi və Xristianlardan öyrənmiş ola bilər. İncildə bu ifadələr yer alır: “Qadın (İsaya), “Əfəndim, bilirəm ki sən bir peyğəmbərsən” dedi. “Atalarımız bu dağda ibadət etdilər, amma siz deyirsiz ki, ibadət ediləsi yer (Qüds) Yerusəlimdir.” İsa ona belə dedi: “Qadın, mənə inan, elə bir saat gəlir ki, Ataya nə bu dağda nə də Yerusəlimdə ibadət ediləcəkdir!” (Yuhanna 4/19-21).

[194] Yəhudilər Qüdsdəki Süleyman Məbədinə, yəni Beyti-Maqdisə, xristianlar da şərqə (günəşin doğduğu tərəfə) dönürlər.

[195] Yəhudilər və xristianlar Kəbənin təkrar qiblə olacağını bildikləri üçün qiblə dəyişməsəydi bunu bizə qarşı istifadə edərdilər.

[196] Bu ayə İbrahim əleyhissalamın Məkkədə etdiyi duanın qəbul edildiyini göstərir (Bəqərə 2/129).

[197] Zikrə bu cür tərcümə etməyimizin səbəbi: Zikr, əlaqələri ilə birlikdə düşünülüb öyrənilən doğru biliyi istifadəyə hazır tutmaq, ağla gətirmək və ya söyləməkdir (Mufrədat). Doğru biliyin mənbəyi, Allahın ayələridir. Allahın ayələri isə iki cürdür; Allahın yaratdığı ayələr (təbiət) və nazil etdiyi ayələr (Quran). Hər ikisindən əldə edilən doğru bilik zikirdir (Ənbiya 21/24, Ənam 6/80).  İnsanı ancaq bu bilik rahatladır (Rad 13/28). Allahı zikr etmək; onu, kitabını və yaratdığı ayələri diqqətə almaq, ağıldan çıxarmamaq və onların üzərində düşünməkdir. İnsan bunlardan bildiyi qədəriylə məsuliyyət daşıyır (Bəqərə 2/209).

[198] Əs-salât (ٱلصَّلَوٰةِ)ın kök anlamı, bir şeyi buraxmamaq və davamlı arxasında olmaqdır (Lisanul-Ərəb). Buraxılmayacaq və zamanı gəlincə yerinə yetirəcəyimiz işlərdən biri də Allaha şükür və səcdə etmək olduğu üçün qıldığımız namaza verilən ad da Quranda “əs-Salat” olaraq ifadə edilir. Bəziləri verilən bu əmrə rəayət etmədən və heç çalışmadan, təkcə dua ilə nəticə əldə edəcəyini düşünür. Allahın köməyinə nail olmaq üçün səbrli olmaq yəni dirəncini pozmamaq və lazım olan əzmi, əməyi sərf etmək lazımdır (Bəqərə 2/200-202, Nəcm 53/39).

[199] Allah yolunda öldürülənlərin diriliyi bizim dərk edəcəyimiz bir dirilik deyil (Ali-İmran 3/169)

[200] Bəqərə 2/214, ƏAli-İmran 3/186, Ənbiya 21/35, Ənkəbud 29/2-3, Muhəmməd 47/31).

[201] Uca Allah, edilən yaxşı davranışları, daha yaxşısı ilə mükafatlandırır (Nəhl 36/97). Allahın imtahanını böyük səbrlə qazanmaya yönələn insan, onun dəstəyinə və köməyinə haqq qazanır.

[202] Səy, həcc və ümrə edənlərin Səfa və Mərvə arasında gedib gələrək elədikləri ibadətdir.

[203] Cahiliyyə ərəbləri Səfa və Mərvə təpələrinə İsaf və Nailə adlı iki büt qoymuşdu. Müsəlmanlar buna görə səy etməyi tərk etdilər. Bu ayə isə səyin həmin bütlərə görə edilmədiyini bildirir. “Həcci və umrəni Allah üçün tamamlayın” (“Bəqərə” surəsi, 2/196) əmri də səy etməyi tərk etməyin bu iki ibadət üçün yarımçıqlıq olduğunu, mütləq yerinə yetirilməli olduğunu bildirmişdir.

[204] Buradakı “yaxşılığı daha çox”, Səfa və Mərvə arasında nafilə səy etməkdir.

[205] Əraf 7/38.

[206] Ali-İmran 3/88, Ənam 6/8, Ənbiya 21/40.

[207] Ənbiya 21/30.

[208] Allahın ayələri ikiyə ayrılır: Biri yaradılmış ayələrdir ki, bunlar kainatdakı bütün varlıqlardır. İkincisi endirilmiş ayələrdir ki, onlar ilahi kitablardadır (Füssilət 41/52-53, Şura 42/13-14). Yaradılmış ayələr, endirilən ayələrin doğruluğunu göstərir. Çünki həm kainatı yaradan həm də onunla əlaqəli ən doğru məlumatları verən Allahdır. Yaradılmış və endirilmiş ayələr arasında tərslik olmaz, əksinə qopmaz bir bağ vardır. Elmin mənbəyi, Allahın yaratdığı ayələrdir. Bu sahədə Allahın yaratdığı ayələrdən də faydalanılsa, elmdə xəyalların üstündə bir tərəqqi yaşanacaqdır.

[209] Ayədəki əndad niddin cəmidir. Müxalifət edən oxşar varlıqlar mənasındadır (Əl-Ayn) Bu varlıqlar, Allaha aid xüsusiyyətlər verildiyi üçün belə adlandırılır. Əndad, (يُحِبُّونَهُمْ) sözündəki (هُمْ) əvəzliyindən bu varlıqların kişi cinsində insanlar (din xadimləri) olduğu başa düşülür.

[210] Müşrik Allahı sevir, amma Onun uzaqda olduğunu düşündüyü üçün öncəliyi onu Allaha çatdıracağına inandığı vasitələrə verir.

 [211] Ayədə qeyd olunan “şədid” möhkəm əlaqə quran deməkdir. Mömin, araya bir vasitəçi qoymadığı üçün Allah ilə bağı çox güclüdür. Müşrik isə araya bir vasitəçi qoyaraq Allah ilə bağı qopardığı üçün buradakı  əşəddü (أَشَدُّ) kəlməsinə sıfatı müşəbbəhə, yəni dəyişməz xüsusiyyətə sahib sifət mənası verilmişdir.

[212] Allahın verəcəyi cəzanı, bəndənin günahına mütənasibdir (Ənam 6/160).

[213] Təmiz mənasını verdiyimiz tayyib (طيب) kəlməsinin kök mənası vücudun və duyğu orqanlarının ləzzət aldığı təmiz şeydir (Müfrədat)

[214] Maidə 5/104, Əraf 7/28, Loğman 31/21, Zuxruf 43/22-24.

[215] Ayədəki “naq” qarğanın qarıldaması mənasına gəldiyi üçün (“Lisan”) bu cür tərcümə verilmişdir.

[216] Təkcə axan qan haramdır, damarlarda qalan qan haram deyil (Ənam 6/145).

[217] Allahdan başqası adına kəsilən heyvanın əti haramdır. Müsəlman olmayanların kəsdiyi və ya “Bismillahsız” kəsilən heyvanın əti isə haram deyil. Əksini göstərən nə bir ayə, nə də hədis var (Ənam 145; Maidə 3).

[218] Günah mənasını verdiyimiz ism (إِثْمَ), insanı savabdan yəni yaxşılıqlardan uzaqlaşdıran davranış anlamındadır (Müfrədat). Allah, ism olaraq tanımladığı hər davranışı haram saymışdır (Əraf 3/7).

[219] “Qalil” (قليل), bir şeyin az və ya ötəri olduğu mənasına gəlir (Məkayis).

[220] Qiyamət, ayağa qalxma və qalxış deməkdir. Qiyamət günü, insanların yenidən dirilib qəbirlərindən qalxdığı gündür.

[221] Burada imanın  beş şərti sayılmış, altıncı olaraq bilinən “qədərə iman” sayılmamışdır. Çünki Quranda ənənədəki dinin əksinə qədərə iman yoxdur.

[222] Ayədəki “riqab” (الرِّقاَبِ), “raqabə”nin cəmidir. Türkiyə türkcəsində buna “boyunduruq altında olanlar” deyilir (Tövbə 9/60).

[223] Qisas, törədilən cinayətlə verilən cəza arasındakı balansı ifadə edir.

[224] Tövratda qisas, adam öldürməklə bərabər yaralama hadisələrində gözə-göz, buruna-burun, qulağa-qulaq, dişə-diş şəklində edilir (Maidə 5/45). Quranda isə qisas, təkcə adam öldürmələrdə fərz edilmişdir. Beləcə əvvəlki hökmlər, Allah tərəfindən xeyirlisi ilə nəsx edilmişdir (Bəqərə 2/106).

[225] Başqasını özünə tay görməyənlər çoxdur. Ayə bunun səhv olduğunu göstərir. Ayələri bütünlük içərisində dəyərləndirdiyimiz zaman öldürülən şəxsin kimliyinə baxılmadan qısas cəzasının tətbiq ediləcəyi bildirilməkdədir. Mövzu ilə əlaqəli digər ayələr (Maidə 5/32; Kəhf 18/74; İsra 17/33), öldürənin və ya öldürülənin şəxsiyyətinə baxılmadan qisas cəzasını əmr edir.

[226] Məruf “bilinən” deməkdir. Bu bilik ya Qurandan, ya da ona zidd olmayan ənənədən əldə edilir. Ziddi “münkər”dir.

[227] Ağılla qəlbin birləşməsinə “lubb” (əl-Ayn), bu cür adamlara “ulul əl-bab”, yəni “sağlam düşüncə, ləyaqət sahibi, ağlı səlim adamlar” deyilir. “Sözü eşidib ən gözəlinə tabe olanlar Allahın doğru yolda saydığı adamlardır. Budur, “ulul-əlbab” onlardır” (Zumər 39/18).

[228] “Paylara görə bölüşdürmək vəzifəsi” kimi tərcümə etdiyimiz söz “əl-vasiyyə”/vəsiyyətdir. Vəsiyyət bir adama bir vəzifə yükləməkdir. “əl-Vasiyyə”dəki “əl” artiklı mudafun-ileyhin əvəzidir. “Vasiyyatut-taqsim = paylaşdırmaq vəzifəsi” mənasındadır. Bu vəzifə əlaqəli ayələrdəki ölçülərə görə mirası bölüşdürmək vəzifəsidir. Bu bölgü Nisa 4/11-12, 33,176-cı ayələrdə göstərilmişdir.

[229] (ٱلْوَصِيَّةُ) kəlməsi mastar olduğu üçün onu göstərən şəxs əvəzliyinin müzəkkər və ya müənnəs (qadın və ya kişi cinsi) olması mənanı dəyişdirməz.

[230] “Mirası bölüşdürən” kimi tərcümə etdiyimiz “musin” sözü “kainətən min musin” təqdirində hal sayılmışdır.

[231] Miras bölgüsündə, malların dəyərini müəyyən etmək çətindir. Bu vəziyyətdə görüləcək ən yaxşı iş, tərəfləri razılaşdırıb aralarında kin və düşmənliyin qarşısını almaqdır.

[232] Fidyə, insanın sıxıntıdan qorunması üçün ödədiyi bədəldir (Müfrədat). Ayəyə görə oruc tuta bilən hər kəs bir əlacsızı (çarəsizi) doyurmalı, yəni fitrə verməlidir. Abdullah b. Ömər demişdir ki, “Allahın Elçisi fitr və ya Ramazan sədəqəsini kişiyə, qadına, azad şəxslərə və qula, xurmadan bir sa (sa ölçü vahididir və 3290 qramdır) və ya arpadan bir sa olaraq fərz etdi. Adamlar bunu yarım sa buğda ilə uyğunlaşdırdılar” (Buxari, “Zəkat”, 77).

[233] Heç kimə gücünün üstündə bir yük yüklənmədiyini bildirən ayədə Allah bizə bu duanı tövsiyə etmişdir: “Rəbbimiz! Taqət gətirə bilməyəcəyimiz yükü bizə yükləmə!” (Bəqərə 2/286). Taqət  (الطاقة) kəlməsi, insanın gücü daxilində olan şey üçün işlədiyinə görə ayə; “Rəbbimiz! Məcbur olacağımız yükü bizə yükləmə!” mənasındadır. Əslində Allah bu dində bizə məcburiyyət yükləməz (Həcc 22/78). Bu səbəblə, xəstə və səfərdə olanlara oruc tutmamaq rüxsəti verilmişdir.Buna görə Ramazanda oruc tutmağa gücü çatmayanların, oruclarını qəza etmələri lazım olmadığı kimi fidyə vermələri də lazım deyil. Onlara fidyə yükləyənlər, bu ayədəki “Oruca gücü yetənlər” ifadəsini “Oruca gücü yetməyənlər” deyə çevirmişlər və Quranın qoyduğu qaydaya tərs bir yol izləmişlər.

[234] Ayələr əsas hökmləri göstərən “muhkəm” və onları izah edən, açıqlayan “mutəşabih” ayələr olaraq iki yerə ayrılırlar.

[235] Quran, ayələr qrupu deməkdir. Ramazan üçün “Quranın endirildiyi ay” ifadəsinin işlədilməsi, ilk nazil olan ayələrin bir ayələr qrupu halında olduğunu göstərir. “Quran” kəlməsi, “toplamaq, bir araya gətirmək” mənasına gələn q- r-ə (ق-ر-أ)” kökündən məstərdir. “Oxumaq” mənasına gələn “qiraət” də bu mənadadır.

[236] Buradakı “Furqan” “Furqan” surəsinin 1-ci ayəsinə görə “vəl furqanu” tərzində “naibi fail” sayılaraq tərcümə edilmişdir (Bəqərə 2/530).

[237] Oruc tutmamaq rüxsəti təkcə xəstə və səfərdə olanlar üçündür. Bu ikisi xaricində oruc tutmayan və ya tutduğu orucu səbəbsiz yerə pozanların qəza və kəffarət orucu tutması lazım deyil. Bunların edəcəyi tək iş, tövbə edib, bir daha bu xətaya yol verməməkdir. Bu səbəblə Nəbimizin belə dediyi rəvayət edilməkdədir: “Kim Ramazan günü bir üzrü və xəstəliyi olmadan yeyib içərsə bütün zamanını oruclu keçirsə belə o günün əksiyini doldura bilməz.” (Buxari, Savm, 29; Tirmizi, Savm, 27).

[238] Təkbir, Allahın ucalığını dilə gətirmək yəni “Allahu Əkbər!” deyərək onu zikr etməkdir. Orucla əlaqəli hökmlər zikr ediləndən sonra Müsəlmanlara təkbir gətirmə əmri verildiyi üçün bu əmr, bayram namazlarını göstərməkdədir. Çünki Allah belə buyurmuşdur: Mənim zikrim üçün namazı düzgün və davamlı qıl!” (Ta ha 20/14). Nəbimiz Ramazan və Qurban bayramlarında, yoldaşlarını və qızlarını namaz qılınan yerə aparır, bütün qadınların gəlmələrini də əmr edərdi (Buxari, “Iydeyn”, 15, 20; “Heyz”, 23; “Salah”, 2; “Həcc”, 81; Muslüm, “Iydeyn”, 10-890). Bayram namazları bu təkbirlər üçün qılınır (Həcc 22/37).

[239] Mümin 40/60.

[240] 183-cü ayədə orucu əvvəlki ümmətlər kimi tutmağımız əmr edilmişdir. Burada “sizin üçün halal edildi” sözü ilə bəzi yüngülləşdirmələr edilərək əvvəlki ayənin hökmü daha xeyirlisi ilə nəsx edilmiş, yəni aradan qaldırılmışdır.

[241] Burada cinsi əlaqə ilə əlaqəli əmrin qadına deyil, kişiyə verilməsi, bu məsələdə onu istəkli etmə vəzifəsinin kişidə olduğunu göstərir (Bəqərə 2/223-cuayənin qeydi)

[242] “Fəcr” gecənin axırına yaxın günəşdən üfüqə çatan qırmızılıqdır (“Lisan”). Mənası, geniş şəkildə yarılma deməkdir. İlk şüalarla səhər vaxtı başlayır. Aşağıda qara, ortada qırmızı, yuxarıda da bəyaz işıq zolağı ortaya çıxanda imsaq və səhər namazının vaxtı daxil olur.

[243] “Axşama kimi” əvəzinə “Günəş batana kimi” deyilsəydi, qütb bölgəsində günəşsiz gündüzlərin və ya bəyaz gecələrin olduğu günlərdə oruc tutmaq imkansız olardı.

[244] Etikaf, ibadət məqsədilə vaxtını məsciddə keçirməkdir. Nəbimiz Ramazan ayının axırıncı on gününü etikafla keçirərdi.

[245] Allahın haram saydığı faiz, oğurluq, rüşvət, aldatma kimi əyri yollar.

[246] Ayə rüşvəti qadağan edir. Rüşvət başqasının malını bilə-bilə haqsız yerə yemək üçün səlahiyyətlilərə mal verməkdir. Adam öz haqqını almaq üçün səlahiyyətlilərə mal vermək məcburiyyətində qalarsa verənə deyil, alana haram olur.

[247] Yeni Ay Günəşdən sonra batan hilal ilə başlayır. “Günəş ilə Ay bir hesaba görədir” (Rəhman 55/5). Nəbimizin yanında bu hesabı aparacaq heç kim olmadığı üçün belə demişdi: “Biz ümmü bir camaatıq, yazı yazmaz, hesab aparmarıq. Hilalı görəndə oruc tutun, təkrar görəndə orucu tərk edin, hava buludludursa, ayı otuza yekunlaşdırın” (Muslim, “Sıyam”).

[248] Yəqin ki, Nəbimizdən hilal hesabları soruşulmuşdur. Ondan mütəxəssis olmadığı sahədən bir sual vermək, evə tərs daxil olmaq kimidir.

[249] Bizimlə döyüşməyənlərlə yaxşı münasibətlər qurmaq lazımdır (Mumtəhinə 60/8-9). Müsəlmanların müharibə edəcəkləri hallar bunlardır: Onlara qarşı savaşanlara və yurdlarından çıxaranlara və bunu dəstəkləyənlərə qarşı (Mümtəhinə 60/8-9, Bəqərə 2/190).

[250] Nəbimiz Məkkəni fəth etmədən əvvəl Hüdeybiyədə Məkkəli müşriklərlə bir müqavilə bağlayır.  Onlardan müqaviləyə sadiq qalanlar olduğu kimi xəyanət edənlər də oldu (Tövbə 9/7).

[251] Fitnə üçün bax: “Bəqərə” surəsinin 102-ci qeydı.

[252] Məscidul-Haram Məkkədə Kəbənin yerləşdiyi ərazinin adıdır.

[253] Ənfal 8/61-62.

[254] Dində məcburiyyət olmayacağı üçün tələb olunan hamının müsəlman olması deyil, Allahın nizamının hakim olmasıdır.

[255] Zalım etməməli olduğunu edənə deyilir. Döyüş qurtaranda yeni bir cinayət törədəndən başqasına düşmənçilik edilməz.

[256] Haram aylar Zilqadə, Zilhiccə, Muhərrəm və Rəcəb aylarıdır.

[257] Haram ayda döyüş qadağası, həmin qadağaya qarşı hörmətlə yanaşanlara qarşı tətbiq edilir.

[258] Allah yolunda xərcləmək ən imkansız təbəqəyə yönəlik olduğu üçün əmin-amanlıq və arxayınlıq şəraitinin meydana gəlməsinə səbəb olar.

[259] Müsəlmanlar ilk vaxtlarda səy etmirdilər. Bu ayə onu əmr etmişdir (Bəqərə 158-ci qeydı).

[260] Hədy hacının özü ilə gətirdiyi qurbanlıq heyvandır. “Məhill” kəsim vaxtı və ya kəsim yeri deməkdir. Hədyin kəsim yeri haram bölgəsi, kəsim vaxtı da qurban bayramı günləridir (Həcc 22/28).

[261] “Əşhur=aylar” sözü cəmdir. Ərəb dilində cəm ən az üçlə başlayır. Bu aylar; Şəvval, Zilqadə və Zilhiccədir. Həccə Zilqadənin başından Zilhiccənin 9-cu gününə qədər niyyət edilə bilər. Bu ibadət isə müəyyən günlərdə ( فِي أَيَّامٍ مَعْلُومَاتٍ ) edilir. Bu günlərin bir qismi, qurbanın kəsildiyi Qurban bayramı günləridir (Həcc 22/28). Zilhiccənin 9-cü günü Ərafatdan çıxan hacılar, gecə Müzdəlifədə vəqfəsini edərlər və Minaya doğru sel kimi axarlar (Bəqərə 2/198). Sonra Kəbəni təvaf edərlər (Həcc 22/29). Zilhiccənin 10-cü günündən 13-cü gününə qədər olan Günlərdə Qurbanlarını kəsərlər. Şeytan daşlama da Qurban bayramının sonuna qədər ediolərək həcc ibadəti tamamlanır. (Bəqərə 2/203).

[262] İntim söhbətlər qadağandırsa, intim münasibət də xüsusilə qadağandır.

[263] (füsuq =  فُسُوقَ), şəriətin müəyyən etdiyi sərhəddi aşmaqdır (Müfrədat). Həcc ibadətini icra edən insanın həddi aşması, etməsi lazım olanı etməməsi və ya etməməsi lazım olanı etməsidir.

[264] Ağlı ilə qəlbini birləşdirən adamlara “ulul əlbab” deyilir. Bəqərə 179-cu ayənin qeydına baxın.

[265] Əvvəllər həcc aylarında yarmarkalar qurulurdu. Ayəyə görə hacı qazanc məqsədilə yarmarkalarda iştirak edə bilər.

[266] Müzdəlifəyə vaxtında yetişən, axşam və gecə namazını qılsın. Nəbimizdən belə bir rəvayət nəql edilir: “Kim bizimlə birlikdə bu namazı qılar və daha əvvəl Ərafata gəlib çatarsa həccini tamamlamış, təfəsini (Həcc 22/29) yerinə yetirmiş olur.” (Əbu Davud, “Mənasık” 69; Tirmizi, “Həcc” 57).

[267] Ayədəki “mənasık” kəlməsi, həcc əsnasında edilən ibadətlər, o ibadətlərin edildiyi yer və zamanlar mənasındadır. İbrahim əleyhissəlam, Nuh tufanında yıxılan Kəbəni əvvəlki təməlləri üzərinə inşa edəndə: “(Rəbbimiz!) Bizə mənasıkimizi  göstər” (Bəqərə 2/127-128) deyə dua etmiş və o ibadətləri oralarda etmişdi. O yerlər Ərafat, Müzdəlifə, Cəmərat, Səfa, Mərvə və Kəbədir. Buralara “Məqamı İbrahim” deyilir (Bəqərə 2/125).

[268] Qəza (قضي ) kəlməsi bir işi tam, sağlam görmək və hədəfinə çatdırmaq mənasındadır (Məqayis).

[269] Bizə görə ayənin təfsiri belədir: «Allahı atalarınızdan öyrəndiyiniz kimi yad edin».

[270] İstədiyini əldə etmək üçün dua kifayət etməz, işləmək də lazımdır.

[271] Madudat (معدودات), madudun cəmidir. “Sayılan və bir birinə əlavə edilmiş” mənalarına gəlir (Müfrədat).  Bunlar, Qurban bayramının birinci gününə əlavə edilən və əyyamı təşriq deyə bilinən üç gündür. Bu günlərdə zikr, dua və şeytan daşlama kimi ibadətlər yerinə yetirilir.

[272] Təvəlla (تَوَلَّىٰ), vilayəti üstlənmək, idarənin başına keçmək mənasına gəlir (Müfrədat).

[273] Hars (حرث ) kəlməsi, torpağa toxum atmaq, torpaq məhsullarını əldə etmək və mal qazanmaq mənalarına gəlir (əl-Ayn).

[274] Allahın bulud kölgələri içində gəlməsi hadisəsi, İsrail oğullarına on əmr verilməsindən əvvəl Sina dağında olmuş və Tövratın Çıxış 19-cu bölümündə anlatılmışdır: “Rəbb, Musaya “Sənə qatı bir bulud içində gələcəyəm” dedi. “Elə ki, səninlə danışanda xalq eşitsin və hər zaman sənə güvənsin” (Çıxış 19/9).

[275] Qiyamət ayağa durmaq və qalxmaq deməkdir. Qiyamət günü insanların təkrar dirilib qəbirlərindən durduğu gündür.

[276] Başlanğıcda təkcə Adəm və uşaqları var idi (Hucurat 49/13).

[277] Ayəyə görə Adəm əleyhissalamdan etibarən bütün nəbilərə kitab verilmişdir (Bəqərə, 2/136, Ali-İmran 3/81,84, Ənam 6/82-90).

[278] Bəqərə 2/155, Ali-İmran 3/142, Tövbə 9/16, Ənkəbud 29/2).

[279] Nəyi xərcləyəcəklərinin cavabı Bəqərə 219-cu ayəsində verilib. Burada isə Allah haralara xərcləyəcəklərini bildirir.

[280] Bunlar Zilqadə, Zilhiccə, Muhərrəm və Rəcəb aylarıdır (Tövbə 9/36).

[281] Burada fitnə «döyüş alovu» mənasındadır (Bəqərə 102-ci ayəsinin qeydı).

[282] Hicrət, sözlükdə, bir insanın hər hansı şeydən dili ilə və ya qəlbi ilə uzaqlaşmasıdır (Müfrədat). Bir müsəlmanın istənilmədiyi yerdən bədəniylə uzaqlaşmasıdır (Nisa 4/97, Ənfal 8/72-75).

[283] Cihad  (جهاد), Allahın əmrinə tabe olmaq üçün şeytanın və ya nəfsi arzularının təzyiqinə qarşı aparılan güclü mübarizədir.

[284]  Xamr (خمر), “ağlı örtən” mənasındadır. Sərxoşedici bütün içki və narkotik maddələri ifadə edər. Nəbimiz belə buyurmuşdur: «Sərxoşluq verən hər şey haramdır» (Muslüm, «Əşribə», 73; Əbu Davud, «Əşribə», 5).

[285] Məysir (ميسر), “rahatlıq” kökündən gəlməkdədir. Məysir, üç ayədə xamrla birlikdə keçər (Bəqərə 2/219, Maidə 5/90-91). Rahat şəkildə mala qovuşmağı məqsəd güdən və eyni zamanda rahat şəkildə itirməyə səbəb olan lotereya, kart oyunları, bəhs və iddia növləri hamısı bu qumara daxildir. Qarşı tərəfdən qazanc saxlamaq ya da onun sahib olduqlarını itirməsi məqsədiylə oynanılan bütün oyunlar haramdır.

[286] İsm (إِثْمَ), bir insanı savabdan uzaq salan zərərli davranışdır (Mufrədat). Allah, “ism olaraq tanımladığı hər davranışı haram saymışdır (Əraf 7/33).

[287] Sərxoşedici içkidən və qumardan bəzi mənfəətlər əldə edilə bilər, amma bunların ziyanı xeyrindən böyükdür. Bu xüsusiyyət bütün haramlarda vardır. Nəfislərinin əsiri olanlar, bu mənfəətlərini irəli sürüb özlərini haqlı göstərməyə çalışırlar.

[288] Əfv (العفو) sözü, “artan və çoxalan” anlamındadır (Məqayıs). Həm zəkat verəcək adamın vəziyyətini, həm də zəkat malının xüsusiyyətini ifadə edir. Bir çocx ayədə malından verənin zənginləşəcəyi ifadə edilməkdədir (Əraf 7/95, Ənam 6/160).

[289] Quran, övladlıqların heç bir şəkildə doğma övlad sayılmayacağını bildirir (Əhzab 33/4-5). Allah, Nəbimizi (istəməsə də) övladlığı Zeydin boşadığı Zeynəb ilə evləndirdi ki, övladlığın insanın öz övladı olmadığı şüuru zehinlərə yaxşıca yerləşsin (Əhzab 33/37-38).

[290] Quran, yetim haqlarına diqqət edilməsini ənr edər. Hətta mirasdan faydalandırmağı da tövsiyə edər (Nisa 4/8). Lakin, evində himayəyə götürülən bu yetimlərə, miras haqqı və öz yaxınlarına olduğu kimi evlilik haramlığı verilməz (Nisa 4/6).

[291] Azad olmayan qadına «əmə», kişiyə «abd» deyilir (əs-Sıhah). Bunların Azərbaycan dilindəki əvəzi əsirdir (tərc.).

[292] “Qız verməyin.” İfadəsi, vəlilərə verilən tövsiyədir. Əgər qız evlənməkdə qərarlı isə onlara mane olmamaq və istədiyinə vermək lazımdır (Bəqərə 2/232, Nur 24/33).

[293] Din fərqinin evlənməyə təsiri yoxdur (Nisa 4/22), amma ayədəki «daha yaxşı» ifadələri tövsiyə edilmədiyini göstərir. Müşrik sayılan kitab-əhli ilə (Tövbə 9/31) ailə həyatı qurmağın halal olması (Maidə 5/5), Nuh və Lut əleyhissalamların kafir arvadları ilə Fironun mömin olan yoldaşının bizə misal çəkilməsi (Təhrim 66/10-11), Nəbimizin Cuveyriyə ilə evlənməsi üçün müsəlman olmasını şərt qoşmaması, qızı Zeynəblə evli olan Əbul-As b. ər-Rabi hicrətin 6-cı ilinə kimi müsəlman olmadığı halda nikahının davam etməsi və Nəbimizin din fərqinə görə heç kimi yoldaşından ayırmaması bunu göstərir.

[294] Ayədə qeyd edilən «əl-mahid»  (المحيض) həm adət (heyz), həm də zahı mənasına gəlir (Məkayis).

[295] Bu əmr, təkcə cinsi əlaqə ilə əlaqədar, arvadları adətli olan kişilərə verilmişdir. Bakirə və dul qadınlar bu əmrə daxil deyillər. Yəni bu ayə, adətli və loxusa olan qadının namaz qılmayacağına dəlil olmaz. Əgər adətli qadınların namaz qılmamaları ifadə edilsəydi açıq şəkildə; “adətli qadınlar namaza yaxınlaşmasın” deyilərdi. Halbuki ayədə, arvadı adət gördüyü sırada cütlərin cinsi əlaqəyə girməməsi nəzərdə tutulmaqdadır.

[296] Əkin yeri məhsul əldə edilən yer, yəni döllənmə yeridir. Oradan olmaq şərtiylə xoşa gələn tərzdə əlaqə qurula bilər (Bəqərə 2/187).

[297] Tövrata görə heyzli və zahı qadın çirklidir, qanaxması qurtarıb üstündən yeddi gün keçməmiş toxunduğu və üstündə oturduğu hər şey çirkli sayılır. Ona və ya onun toxunduğu şeylərə toxunan da axşama kimi çirkli sayılır. Həmin qadınla cinsi münasibət haramdır (Tövrat, «Levililər», 15/19-33; 18/19). Qeyd olunan ayələr bu mövzuda soruşulan suallara cavab olaraq gələndə Nəbimiz: «Onlarla eyni evdə qalın, cinsi münasibətdən başqa hər şey edin» (Tahavi, «Əhkamul Quran»), – dedi. Ayəyə görə bu ancaq sıxıntıdır. Sıxıntı da namaza mane deyil. «Möminlər! Sərxoşsunuzsa, nə dediyinizi bilənə kimi namaza yaxınlaşmayın» («Nisa» surəsi, 4/43) buyurulması namazla əlaqəli yeganə qadağanın sərxoşluq olduğunu göstərir. Orucu pozan yeyib-içməyin və cinsi münasibətin də heyzlə əlaqəsi yoxdur. Buna görə də heyzli qadın namazını qılmalı və orucunu tutmalıdır. Bu mövzuda qadağa qoyan məzhəblər əvvəlki vəziyyətdən təsirlənmiş ola bilərlər.

[298] Uca Allah, nəbimizə andını pozması əmr edilmişdir (Təhrim 66/1-2). Nəbimiz belə buyurmuşdur: «Bir məsələdə and içsən, sonra başqasını xeyirli görsən, andını poz, kəffarəni ver və xeyirli gördüyünə üz tut» (Buxari, «Əyman», 1). «Günaha and içənin andı and deyil. Qohumlarla əlaqəni kəsməyə and içənin də andı and deyildir» (Əbu Davud, «Talaq», 7, hədis n 2191).

[299] «İla» bir kişinin həyat yoldaşı ilə cinsi münasibət qurmamasına and içməsidir.

[300] Kişi, dörd ay içərisində arvadına dönməzsə, müddətin sonunda talaq müddəti başlamış olur. Bundan sonrakı ayədə bildirilən iddə başlamış olur.

[301] Buradakı iddət boşanan qadının ərinin evində qalacağı müddətdir (Talaq 65/1). Heyzli ikən cinsi münasibət qadağan olduğu üçün onun təkbaşına olduğu vaxt münasibətin icazəli olduğu təmizlik dövrüdür. Buna görə də üç müddət üç təmizlik dövrüdür.

[302] İddəti hesablamaq kişiyə verildiyi üçün (Talaq 65/1), qadın ona düz məlumat verməsə, günaha batar.

[303] Kişi yaxşı məqsədli olmaq şərtiylə iddət qurtarmamış yoldaşına qayıda bilər. Buradakı «əhaqq» sözü sifəti mütəşəbbehədir.

[304] Ayə boşanmaqla əlaqəli olduğuna görə buradakı fərq hər iki tərəfin boşanmaq səlahiyyət və məsuliyyətləri ilə əlaqəli fərqdir. Kişinin bir pillə fərqi, boşama qərarını həyata keçirmək üçün araya hakimlərin girməsinə ehtiyac olmamasıdır. Amma qadın boşanmaq istədiyində, bir kişinin bir də qadının ailəsindən olmaq üzrə iki hakəmin araya girməsi məcburidir (Nisa 4/35). Bu səbəblə, kişinin boşamasına “düyünü açmaq” anlamında “talaq”, qadının fidyə verərək boşanmasına da “iftida” deyilir.

[305] «Talaq» (الطلاق) surəsində bəhs edilən tərzdəki boşanma iki dəfə olur.

[306] Arvadını boşayan ər ona verdiyi mehr və hədiyyələri qaytarmasını tələb edə bilməz.

[307] Qadın boşanmaq istəsə, biri qadının ailəsindən digəri də kişinin ailəsindən olmaqla iki hakim vəzifələndirir (Nisa 4/35). Hakimlər qadının həqiqətən birlikdə yaşamaq istəmədiyi qənaətinə gəlsələr, qadına səlahiyyət verirlər. Hakimlərin qərarına görə qadın ərindən aldığı mehriyyə və hədiyyələrin ya hamısını, ya da bir hissəsini qaytararaq ayrılır.

[308] Kişi üçüncü və axırıncı haqqını da istifadə etmiş olur.

[309] Quranı Allah izah etmiş (Hud 11/1-2) və izahı da bir elmə əsasən etmişdir (Əraf 7/52). O elmin bütün təfərrüatlarını Qurana yerləşdirmişdir. Allahın bu izahını ancaq bu elmə yiyələnən camaat əldə edər (Füssilət 41/3, Ali-İmran 3/7).

[310] Məruf bilinən deməkdir. Bu bilik ya Qurandan, ya da ona zidd olmayan ənənədən əldə edilir. Əksi «munkər»dir.

[311] Evliliyi davam etdirmək məqsədiniz olmadığı halda sırf onların sərbəst qalmalarına mane olmaq üçün onları saxlamayın.

[312] Qadın əriylə onsuz da evli olacağı üçün ayədəki «yoldaşları» ifadəsi ər namizədi mənasında işlədilmişdir.

[313] Qadın yoldaşını özü seçir. Etdiyi seçim təkcə mərufa uyğun olub-olmaması baxımından nəzarət edilər.

[314] Buradakı sözlərə ismi-tafdil mənası uyğun olmadığı üçün sıfatı-müşəbbəhə mənası verilmişdir.

[315] Körpəni əmizdirmək onu doğan ananın vəzifəsidir.

[316] Tövbə 9/6.

[317] Ata vəfat edibsə, körpəni əmizdirən ananın sığınacaq yeri və yaşayışı üçün lazım olan məsrəfi atanın varisi təmin etməlidir.

[318] Ər-arvadın qarşılıqlı razılğı və məsləhəti ilə iki il tamam olmamış uşaq süddən kəsilə bilər.

[319] Məruf bilinən deməkdir. Bu bilik ya Qurandan, ya da ona zidd olmayan ənənədən əldə edilir.

[320] Boşanmış qadınlarla südəmər uşaqların nəfəqəsi ilə əlaqəli olaraq bax: Talaq 65/6-7.

[321] Əri ölən qadın iddəti qurtarandan sonra istədiyi şəxslə ailə həyatı qura bilər. Evliliyi ancaq mərufa uyğun olub-olmaması baxımından nəzarət edilir.

[322] Gözləmə müddəti, əri ölmüş qadın üçün 4 ay on gün, boşanmış qadınlardan adət görənlər üçün üç təmizlik müddəti, adətdən kəsilmiş olanlar üçün üç ay, hamilələr üçün doğuma qədər olan müddətdir.

[323] Qadın, mehrin hamısını əldə etməsi üçün cinsi əlaqə şərt deyildir. Bu əlaqəyə imkan verən bir yerdə əri ilə baş-başa qalması kifayətdir (Nisa 4/20-21)

[324] Mehir evlənən kişinin yoldaşına verməli olduğu var-dövlətdir. Miqdarını hər iki tərəf qarşılıqlı razılıq əsasında müəyyən edirlər.

[325] «Bəqərə» surəsinin 237-ci ayəsində qətiləşmiş mehrin yarısının verilməsi əmr edildiyinə görə «mərufa uyğun» faydalandırma, kişinin imkanları nəzərə alınaraq müəyyən edilən nisbət mehrin yarısı olur.

[326] Kişinin boşamasına «talaq» deyilir. Talaq lüğətdə düyünü açmaqdır. Buna görə də nikah düyünü kişinin əlindədir.

[327] Mehrin yarısını geri alma haqqı olan kişi, bu haqqından imtina edib arvadına buraxması.

[328] Kişilər, qadınları qoruyub keçindirməklə mükəlləf olduqları üçün, bu davranış onlar üçün çox yaxşı olur (Nisa 4/34).

[329] Ərəb dilində cəm ən az üçü göstərdiyinə görə «salavat» (namazlar) ən az üç olur. Buna «orta namaz» da əlavə ediləndə rəqəm 5-ə çıxır. Çünki üçdən sonra ortası olan ilk rəqəm beşdir. Dolayısı ilə ən az beş dəfə namaz qılmaq lazımdır. Ayədə ifadə edilən “salatu vusta” (الصَّلٰوةِ الْوُسْطٰى) say və vaxt etibarı ilə ortanı göstərir və ənənədəki anlayışdan fərqli olaraq bu namaz ikindi yox, axşam namazıdır. Çünki, günün ilk namazı sübh, son namazı isə gecə namazıdır.

[330] Namazı vaxtında qıla bilməməkdən ya da düşmən hücumundan qorxsanız (Nisa 101-102).

[331] Bəqərə 2/152.

[332] Vəsiyyə (وَصِيَّة) kəlməsi, birinə yüklənən müəyyən vəzifə anlamındadır (Lisanul Ərəb). Allah tərəfindən yüklənən vəzifədən qaçmaq olmaz.

[333] Ölmüş biri vəsiyyət edə bilməyəcəyi üçün buradakı vəsiyyət (Nisa 4/12-ci ayənin sonunda olan vəsiyyət kimi Allahın vəsiyyəti yəni, mirasçılara və möminlərə yüklədiyi vəzifədir.

[334] Qadın bir ili gözləmədən evi tərk edə biləcəyi kimi dörd ay on günlük iddətini yekunlaşdırandan sonra da ailə həyatı qurub evdən ayrıla bilər.

[335] Boşanmış qadınları dolandırma haqqı iddə müddətinin sonunda bitər (Bəqərə 2/228, Talaq 65/6).

[336] Hər nə qədər peyğəmbərimiz bunu görməmiş olsa da olmuş bir hadisəni gücləndirmək üçün bu cür ifadələr işlədilir. Ərəbcədə olduğu kimi bizim dilimizdə də bu kimi ifadələr işlədilir.

[337] Borc kimi məna verdiyimiz (قرض), ərəbcə “kəsmək” mənasındadır. Öz malından kəsib vermək, infaq etmək mənaasındadır. Heç kimdən bir qarşılıq gözləmədən Allah üçün infaq edənlərə Allah qat-qat artığını verəcəkdir (Bəqərə 2/261, Hədid 57/11,18, Müzzəmmil 73/20). Allaha borc vermək ifadəsi Tövratda da keçər: “Yoxsula cömərd davranan, Rəbbə borc vermişdir, qarşılığını da Rəbb ona ödəyəcəkdir.” (Tövrat, “Özdeyişlər” 19/17).

[338] Quranda ifadə edilən “Mələ” kəlməsinin mənası “rəis, işləri yürüdən, məmur və dini liderlər” deməkdir (Lisanul-Ərəb).

[339] Hakimiyyət və səlahiyyət əlində olana məlik, hökmdar, kral deyilir. Bu ayədəki məlik sözü döyüşü idarə etməli rəhbər olduğuna görə baş komandan deməkdir.

[340] «On əmr»in yazıldığı lövhələrin mühafizə edildiyi sandıq (Abdurrahman Küçük, «Ahid sandığı», Diyanet İslam Ensiklopediyası). Bu barədə bax: Tövrat, Misirdən Çıxış 25/10-16.

[341] Düzgün qərar qəbul etmək qabiliyyəti.

[342] Ərəb ədəbiyyatında iltifat sənəti dilimizdə olmadığına görə tərcümədə bu sənət yox hesab edilmişdir (bax: «Bəqərə» surəsinin 49-u qeydı).

[343] Onun istədiyi bəndələrini imtahandan keçirməkdir. Burada “iradə” ilə “şaə” arasında fərq göstərilmişdir. Allahın iradəsi, bir şeyin olmasını istəməsi, “şaə”də isə iradəsinin arxasından “ol” əmrini verməsidir (Yasin 36/82). “Ol” əmrini verməmişsə iradəsi həyata keçməyə bilər (Nisa 4/26-27). Allah, insanları imtahan etdiyi üçün onun imtahanla əlaqəli iradəsi, bəndənin də eyni şeyi iradə edib həyata keçirməsi “şaə” ilə olur (Təkvir 81/26-29)

[344] Şəfaət başqasının müşayiət etməsini istəmək, yoldaşlıq etmək və ya dayaq durmaqdır (əl-Ayn, Mufrədat). Bu ayədə göstərildiyi kimi məhşər yerində heç kim heç kimə dayaq durmayacaq və şəfaət etməyəcəkdir (Bəqərə 2/48, 123; İnfitar 82/17-19).

[345] Bu ayələr, bəzi təsəvvüf və fəlsəfi cərəyanların vəhdəti-vücud, vəhdəti şuhud kimi görüşlərini rədd edir. (Bəqərə 2/264, Əli- İmran 3/190, Ənam 6/99, Rum 30/8).

[346] İmanın əsası qəlblə təsdiq etməkdir. Ora insanın ən müstəqil, azad olduğu yerdir. Buna görə də heç kim bir inamı qəbul etməyə məcbur edilə bilməz (Nəhl 16/106). İbadət üçün də niyyət, məqsəd şərtdir. Ürəkdən edilməyən niyyət etibarsız olduğuna görə zorla ibadət ola bilməz.

[347] Tağut, “həddini aşmaqda irəli getmək” mənasındadır. Bunlar, Allahın verdiyi hökmə razı olmayan insanlara, razı olacaqları hökmləri verirlər. Bu səbəblə Allahdan başqa bir ilah olaraq görülür, Allaha xas səlahiyyətlərin bir qisminə sahib olduqları iddia edilir, dua və ibadətə layiq görülür, bir tərəfdən Allaha bir tərəfdən də insanlara yaxın sayılırlar. Tağutlar, insan və cin şeytanlarıdır (Bəqərə 2/256, 257; Nisa 4/51, 60, 76; Maidə 5/60; Zümər 39/17).

[348] Vəli sözü üşün «Bəqərə» surəsinin 107-ci ayəsinin qeydına baxın.

[349] Allah onlara da şah damarlarından yaxındır (Kaf 50/16), amma onlar tağutları/həddi aşanları özlərinə daha yaxın hesab edirlər.

[350] Qüdsdəki Məscidin (Beyti Maqdisin) ilk dəfə dağılmasından sonra («İsra» surəsi, 17/5) Buxtunnasr (Nabukadnessar) yəhudiləri Babilə sürgün etdi. E.ə. 539-cu ildə Babili fəth edən fars kralı Koreş (Ahmet Güç, Yahudilik – DİA) Üzeyir (Əzra), Nehemya və digərlərini Məscidi yenidən inşa etmələri üçün geri qaytardı. Üzeyir Qüdsü görəndə: «Allah bu şəhəri ölümündən sonra necə canlandıracaq?» dedi. «Allah da onu öldürdü və yüz il sonra təkrar diriltdi». Bu əsnada Məscid Dariusun krallığının ikinci ilində tikilmişdi (Əzra, 4/11-24). Üzeyir II Artahşastanın krallığının yeddinci ilinin beşinci ayında, yəni e.ə. 437-ci ildə (Salime Leyla Gürkan, Yahudilik – DİA) Qüdsə gəlib çatdı (Əzra 7/8). Bu onun Qüdsə ikinci gəlişi idi. İlk gəlişi ilə ikincisi arasında 100 illik mərhələdə Allah «Onu insanlara bir möcüzə etmək üçün» öldürmüş və yenidən diriltmişdi.

[351] Varlı, imkanlı adam da bir gün möhtac vəziyyətə düşə bilər. Dolayısı ilə darda olana kömək etmək özünə köməkdir.

[352] Ali-İmran 3/92.

[353] Məğfirət üçün bax: Bəqərə 2/221-ci ayənin qeydi.

[354] Hikmət, Allahın yaratdığı və nazil etdiyi ayələrdən doğru biliyə nail olma üsulu və əldə edilən doğru bilikdir. İstər yaradılan istər nazil olan ayələrdə hikmət, layiqli çalışmalarla əldə edilir.

[355] Nəzir, (الَّنذْر), insanın bir şeyi hər hansı mənfəət gözləmədən etdiyi şeydir (Lisanul-Ərəb).

[356] Fağır, gəliri aclıq həddindən yuxarı və əsas ehtiyaclarını qarşılaya bilən, lakin çox malı olmadığı üçün varlı olmayan adamdı. Bir insanın əsas ehtiyacları olan evi, əşyası və xırda para borcu olan da olmayan da fağır sayılır.

[357] Bunu kimin könüldən istədiyini sən bilməzsən.

[358] Ayədə qeyd edilən «təxabbut» (تخبط) «başdan çıxarmaq və ağlını pozmaq» mənalarına da gəlir («Lisan», «Tacl-arus»). Şeytanın etdiyi, insanın pis işlərini yaxşı göstərməkdir (Ənam 6/43; Ənfal 8/48),

[359] “Faizli əməliyyat” dediyimiz kəlmə riba (الربوا) kəlməsidir. Məsdər olaraq “artma və çoxalma” isim olaraq “artan, çoxalan” yəni faiz, artmağa səbəb olan əməliyyat mənasındadır.

[360] O ana qədər aldıqları özündə qalır amma gələcəkdə alacaqlarını ana sərmayəsi xaricində almamalıdır.

[361] Bərəkətini aparır kimi məna verdiyimiz “məhq” (مَحْق), bir şeyin xeyrinin, keyfiyyətinin azalması mənasındadır. Göydəki hilalın, qəməri ayın sonunda görünməz hala gəlməsinə də “məhq” deyilir (əl-Ayn). Çünki hilal gündən günə kiçilir və gözdən itir.

[362] Faiz iqtisadiyyatı daraldır, zəkat genişləndirir. «İnsanların malları arasında artsın deyə faizə verdiyiniz şey (borc) Allahın yanında artmaz. Allahın razılığını istəyərək verdiyiniz zəkata gəldikdə, qat-qat artıranlar zəkat verənlərdir» (Rum, 30/39).

[363] Rəsul sözünə verilən məna üçün bax: Bəqərə 2/143-cü ayənin qeydi.

[364] Əsas malın, yəni borc olaraq verilən şeyin üstündəki hər əlavə faizdir.

[365] «Tövbə» surəsinin 60-cı ayəsində sədəqə zəkat mənasında işlədilmiş və borclunun borcunu almaması zəkata sayıla biləcəyini göstərir.

[366] Səfeh; Bacarıqsız, malının dəyərini bilməyib, lazımsız xərclər edən və ağlına korluq verməyən.

[367] Uşaq, taqətsiz və ya çox yaşlı.

[368] Sağlam olan iki şeyi müqayisə edəndə birinə daha sağlam deyilir. Buna görə də «şahidlik üçün daha sağlam…» sözü onun sağlamının da olduğunu göstərir. Bu ayəni tam başa düşmək üçün ona bənzəyən bu ayələri oxumaq lazımdır: «Möminlər! Sizdən biri ölüm döşəyində vəsiyyət edəcəyi vaxt aranızdan etibarlı iki şahid tutsun. …Əgər şahidlərin günaha batdıqları başa düşülərsə, ölənin haqq sahibi iki yaxını onların yerinə keçsin və belə and içsinlər: «Vallah, Bizim şahidliyimiz onlarınkindən daha doğrudur, biz haqsızlıq etmərik. Elə olsa, zalımlardan olarıq. Beləsi, şahidliyi lazımi kimi etmələrinin aşağı səviyyəsidir…» (Maidə 5/106-108). Qadın-kişi ayrı-seçkiliyi olmadan etibarlı iki şahid, alt səviyyə olduğuna görə şahidlər iki kişi, iki qadın və ya bir kişi ilə bir qadın da ola bilər.

[369] «Daha doğru…» ilə başlayan ifadələr borcu yazmağın fərz olmadığını və tövsiyə xüsusiyyətində olduğunu göstərir.

[370] Ayəyə görə bir-birinə etibar edənlər borcları yazmaya bilərlər, girov götürməyə bilərlər və şahid də tutmaya bilərlər.

[371] İnsan ürəyindən keçənlərdən deyil, içində olana görə cavabdehlik daşıyır. İçində olan iman, şirk, münafiqlik kimi şeylərdir. İbadəti Allah üçün deyil, göstəriş üçün edən savab qazana bilməz. Bu ayədə bəhs edilən bu cür vəziyyətlərdir.

[372] Ənam 6/152; Əraf 7/42; Möminun 23/62.

[373] “Isr” gələn nəbiyə inanmaq vəzifəsidir. «Allah nəbilərdən qəti söz almışdı: «Sizə kitab və hikmət verərəm, sonra sizdəkini təsdiq edən bir elçi gələrsə, ona qətiyyətlə inanacaq və köməklik gösətərəcksiniz! Bunu qəbul etdinizmi? Bu məsələdə ısrımı/nəbiyə inanmağı qəbul etdinizmi?» demişdi. Onlar: «Qəbul etdik» demişdilər» (Ali-İmran 3/81). Buna görə də əvvəlki nəbilərin ümmətlərinin Muhəmməd əleyhisəlama inanmaq vəzifələri var. Axırıncı nəbi ilə birlikdə “ısr” yükü götürüldü. Burada həmin yükün olmadığı bir dua cümləsi ilə möminlərin zehinlərində canlı tutulur. Mövzu ilə əlaqəli ayə belədir: «Yanlarındakı Tövratda və İncildə yazılı olan bu elçiyə bu ümmi Nəbiyə tabe olanlar… o onlara yaxşılığı əmr edər, pisliyi qadağan edər. Təmiz və ləzzətli şeyləri halal, pis şeyləri isə haram edər. Isrlarını və üzərlərindəki ipləri qaldırıb atar. Ona inanan, onu dəstəkləyən, ona yardım edən və onunla birlikdə endirilən nura tabe olanlar umduqlarına qovuşarlar» (Əraf 7/157).

[374] Vəli sözü üçün «Bəqərə» surəsinin 107-ci ayəsinin qeydinə müraciət edə bilərsiniz.