Müsəlmanlar

Nikah təzələməyin dindəki yeri nədir?

Cavab: Nikahın köhnəsi, təzəsi olmaz. Əgər ər arvad bir birindən boşanmışsa, yenidən nikahlana yəni evlənə bilərlər.

Yox əgər, eyni evdə və evlilikləri davam etdiyi halda, hər hansı bir şübhədən ötrü nikahlarının pozulduğu şübhəsinə düşmüşlərsə, boşuna şübhələnməsinlər. Belə bir şübhəylə nikah nə pozulmaz nə köhnəlməz ki, onu təzələyəsiz.

Nikah, boşanmaq istəyən bir kişinin, boşanmanın üsullarına rəayət etməsi nəticəsində düşər. Həmin boşanmanın da dinimzdə, kitabımızda öz üsulu və qaydası vardır. Bu barədə hər cür sual-cavab və məlumata baxmaq üçün aşağıdakı linkə tuşlayın:

https://www.muselmanlar.com/?s=N%C4%B0KAH

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.