Müsəlmanlar

Qurbanı təkcə zənginlərmi yoxsa hər kəs kəsməlidir?

Sual: Mənim zəkat miqdarı pulum yoxdu. Qurban kəsərsəm, evdə digər çətinliklər yaranacaq, Mən qurban kəsməsəm olarmı?

Cavab: Qurban kəsmək üçün zəkat miqdarı pula da ehtiyac yoxdur. Zəngin olmaq şərti də yoxdur. Əgər qurban ala biləcək pulun varsa və qurbanı alanda ailə içərisində hər hansı sıxıntı olmazsa (xəstəsi olub dərman almağa ehtiyacı olan və s.), alıb kəsə bilərsiz. Əgər sıxıntı varsa, kəsməyin. Buna görə sizə nə günah nə də qınama yoxdur.

Qurban kəsmək; zəkat vermək, oruç tutmaq və namaz qılmaq kimi fərdi bir borç deyil. Yəni, buna fərzi ayn deyil fərzi kifayə deyilir. Fərzi kifayə, İslam ümməti içərisindən bir insanın belə yerinə yetirməsiylə digərlərinin üzərindən qalxan bir bocdur.[1] Qurban da buna bənzər bir ibadətdir. Bu məsələyə dair ətraflı məlumatı saytımızın bu linkində görə bilərsiz: https://www.muselmanlar.com/fitvalar/qurban/6418.html

Oxşar sual-cavaba baxmaq üçün isə aşağıdakı linkə tuşlayın:

https://www.muselmanlar.com/fitvalar/4993.html

Yeni suallarınızıhttp://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

[1] Məsələn, fərzi kifayəyə misal; ölmüş bir müsəlmanın bir nəfər də olsa cənazə namazını qılıb onu basdırarsa, digər müsəlmanların üzərindən bu məsuliyyət qalxmış olur.