Müsəlmanlar

Borcu olan, qurban kəsə bilərmi?

Sual: Əlimizdə pulumuz var, amma ödəyəcək borcumuz da var. Belə bir halda qurban kəsə bilərikmi?

Cavab: Əgər əlinizdə borcu qaytaracaq qədər pulunuz varsa, ilk əvvəl həmin borcu qaytarmağınız daha yaxşı olar. Lakin, maddi imkanı yerində olan və zəngin borclular isə eyni zamanda qurbanlarını alıb kəsmələri lazımdır. Bunu da qeyd edək ki, qurbanı təkcə zənginlər deyil, qurban almağa maddi imkanı olan hər kəs kəsə bilər.

Hər borclu fağır deyildir. Bəzi halda zəngin iş adamları belə, mənim filan qədər borcum var, mən qurban kəsə bilərəmmi deyir. Amma öz alacaqlarını fikirləşməz. İş adamlarının bir başqasından gəlir əldə etmək, qazanc saxlamaq və ya hər hansı iş üçün aldıqları borçla imkansız sayılmazlar. Külli miqdarda sərmayələri, sərvətləri var amma əlində və ya hesabındakı pulu daha çox qazanc əldə edəcəkləri yerlərə yatdırdıqları üçün bu adamların əksəriyyəti özlərini borçlu və fağır sayırlar.

Qısacası hər hansı bir insanın dövriyəyə buraxdığı bir malı və ya pulu tamamilə əlindən çıxmadığı müddətcə onundur. Həmin malından istərsə bir qismini ayırıb qurbanını kəsə bilər.

Sualınız“Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual cavaba baxmaq üçün aşağıdakı linkə tuşlayın:

https://www.muselmanlar.com/fitvalar/967.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.