Müsəlmanlar

Məscidlər üçün “Allahın evi” ifadəsi işlədilə bilərmi?

Sual: Xalq arasında məscidlər üçün Allahın evi, Allahın evləri ifadələri işlədilir. Bu kimi ifadələr nə dərəcədə doğrudur?

Cavab: Uca Allah, Kitabında Allahın məcsidləri[1] və Kəbəyə mənim evim ifadəsini işlədir. Məsələn:

وَإِذْ بَوَّأْنَا لِإِبْرَاهِيمَ مَكَانَ الْبَيْتِ أَنْ لَا تُشْرِكْ بِي شَيْئًا وَطَهِّرْ بَيْتِيَ لِلطَّائِفِينَ وَالْقَائِمِينَ وَالرُّكَّعِ السُّجُودِ

Bir zaman Biz İbrahimə evin (Kəbənin) yerini nişan verib: “Mənə heç bir şeyi şərik qoşma, evimi təvaf edənlər, namaza duranlar, rüku və səcdə edənlər üçün təmizlə!” (Həcc, 22/26.)

Ayədə işlədilən bu kimi ifadələr Allah rizası üçün tikilmiş ev mənasına gəlir.

Allahın evindən məqsəd, Onun ehtiyacı olub orada qalacağı bir yer deyil, yəni, insanların orada rahat oturub dua edəcəyi, namaz qılacağı, hər kəsin rahat şəkildə girib çıxdığı və insanlardan heç birinə məxsus olmayan ümuma açıq bir yer mənasınadır. Hətta fərqli inanç, din sahiblərinin də gəlib orada ibadət edə biləcəyi yerdir.

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual cavaba baxmaq üçün aşağıdakı linki tuşlayın:

https://www.muselmanlar.com/fitvalar/6232.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

[1] Bax: Tövbə, 9/18.