Müsəlmanlar

Sünni və Şiə bir-birinin məscidinə gedə bilər?

Sual: Sünni olan biri Şiə məscidinə və ya Şiə olan biri Sünni məscidinə gedib namaz qıla bilərmi? Ya da Sünni birinin Şiə bir müəllimdən, (alimlərindən) dini dərs alması caizdirmi?

Cavab: Əvvəlcə bunu qeyd edək ki, Sünni məscidi, Şiə məscidi deyə, məscidləri bir-birindən ayırd etmək doğru deyildir! Kim bu cür ayrılığa gedirsə, böyük xata etmişdir. Təəssüf ki, bu cür xatalar pratik həyatımıza da yansımış, müsəlmanlar cəhalətləri üzündən məscidləri Sünni və Şiə məscidi deyə iki sinifə ayırmışdır.

Məscid, ərəb dilinə “səcdə edilən yer”- deməkdir. Allaha səcdə edilən yerin və səcdə edənin sünnisi, şiəsi olmaz. Bu məscidlərdə Sünni də Şiə də Allaha səcdə edir və eyni namazı qılırlar. Bu səbəblə nəinki hər hansı məzhəb mənsubu digər məzhəb mənsublarının məscidinə gedə bilər, hətta onların namaz qıldığı yerdə namaz qılmalı və namazda da bir-birinə uymalıdırlar. Bunun tərsinə, bir-birinin namaz qıldığı yerdə namaz qılmamaq və bir-birinə uymamaq böyük bir cəhalət və qəbahətdir. Çünki, hər kəs öz namazını qılır. Pişnamazın və ya yanındakının namazının batil olması, pozulması, namaz qılanın namazını batil etməz, pozmaz.

Bir-birindən dini öyrənmək üçün dərsə gəlincə; bu məsələdə tövsiyəmiz budur ki, məcbur olmadıqca (namaz və s. ibadətlər xaricində) hər hansı məzhəb təəssübkeşindən dininizi öyrənməyin! Çünki onlar sizi şərtləndirir ve qarşı tərəfə nifrət bəslədirlər. Bütün belə problemlər (yuxarıda verdiyiniz sual kimi) onların verdiyi tədrislər nəticəsində meydana çıxır.

Namazla və pişnamazla əlaqədar əvvəlki yazılarımızdan və alimlərin fətvalarından bir neçəsini burada yenə xatırlatmaq istəyirik: Həsən Bəsri, “Mümin birinin, münafiq birinin arxasında qıldığı namaz qılana zərər verməyəcəkdir. Eyni şəkildə münafiq birinin, mümin bir kimsənin arxasında qıldığı namaz da ona bir fayda saxlamayacaqdır.”

İbn Hazm, “İbn Ziyadın və Haccacın arxasında namaz qılmaqdan uzaqlaşan bir səhabə tanımırıq. Heç bir yaxşılıq namazdan, namazı məscidlərdə qilmaqdan yaxşı deyildir. Dəvət edildiyi yeri tərk caiz deyildir. Heç bir günah da namazları və məscidləri buraxmaqdan pis deyildir. Biz namaza, oruca, cihada çağıranlarla bərabər olacayıq. Amma bizi günaha çağırana qatılmayacayıq, ona kömək etməyəcəyik. Bunlar  Əbu Hənifə, Şafii və Əbu Süleymanın görüşləridir.”- demişdir.

Suala cavab verdi: Aydın Mülayim.

Buna bənzər digər yazılarımıza və video müsahibələrimizə bu linklərdən baxa bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/3415.html

Münafiqin və ya zalımın arxasında namaz qılmaq olar?

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.