Müsəlmanlar

Doktorların xəstələrindən hədiyyə alması doğrudurmu?

Sual: Yoldaşım çox sevilən bir doktor və dövlət xəstəxanasında işləyir. Xəstələri bəzi hallarda bal, yumurta və meyvə kimi hədiyyələr gətirir və o da xətrlərinə dəyməsin deyə alır və yanındakı tib bacılarına paylayır. Əgər çox olarsa, evinə də gətirir. Bu cür hədiyyələri qəbul etməkləri doğrumu? Doğru deyilsə, onları hara edim?

Cavab: Əgər doktor, xəstələrinə hər hansı bir şərt qoşmursa, onların gətirdiyi hədiyyəni qəbul etməyində hər hansı bir problem yoxdur. Bu, xəstənin doktoruna qarşı bir təşəkkür ifadəsi olaraq da görülə bilər. Buna görə də bu cür hədiyyələri qəbul etməyində, yeməsində və ya qonşularına verməsində heç bir problem yoxdur. Problem, doktorun hədiyyə gətirənə yaxşı, gətirməyənə isə pis baxması nəticəsində yarana bilər.

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual-cavaba baxmaq üçün aşağıdakı linkə tuşlayın:

https://www.muselmanlar.com/fitvalar/1993.html

Yeni suallarınızıhttp://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.