Müsəlmanlar

Rüşvətlə hədiyyə arasındakı fərq?

Sual: Biz bir tikinti şirkətinə qanunlara və bəşəri dəyərlərə zidd olmayan bir məsələdə bələdiyyədə həll edilə bilməyən bir problemlə əlaqədar olaraq dəstək olduq. Beləcə, problem öz həllini tapdı. İndi isə kömək etdiyimiz şirkət təşəkkür məqsədilə bizə bəzi şeylər vermək istəyir. Misal üçün, pul və ev kimi şeylər. Həmin şeylər hədiyyədir? Yoxsa, onları almaq rüşvətdir? Din bu məsələyə necə baxır?

Cavab: Əgər sizin bu işdə səlahiyyətiniz varsa və qabaqcadan onların belə şeylər verməyini şərt kimi irəli sürməmisinizsə, bunu hədiyyə hesab etmək olar. Lakin əvvəlcədən, yəni, həmin problemi həll etməmişdən qabaq müqabilində ev, maşın, pul və sairə kimi şeylər tələb etmisinizsə, rüşvətdir.

Əgər səlahiyyətiniz olmadığı halda, öz nüfuzunuzdan istifadə etmisinizsə, rüşvət deyil. Çünki burada qeyri-qanuni formada kiminsə haqqı yeyilməyib.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.