Müsəlmanlar

Yaxşı işlər görən kafir, pis işlər görən müsəlmandan daha yaxşı deyilmi?

Cavab: Bir insanın həqiqi vəsfini bilən, yəni onun həqiqi kafir və ya müsəlman olduğunu yalnız Allah bilir.

Əvvəlcə bunu qeyd edək ki, bunların heç biri yaxşı deyil. Aralarındakı müqayisəyə gəlincə: Bir insan, həm əməli həm də düşüncəsi ilə dəyər qazanır. Bu səbəblə, yaxşı işlər görən hər hansı bir kafir, pis işlər görən heç bir müsəlmandan daha yaxşı ola bilməz. Çünki kafir, adından da məlum olduğu kimi həqiqətin üstünü örtən və Allahı yalanlayan biridir. Heç bir pislik, Allaha qarşı yalan istinad etməkdən daha pis deyildir. Bu yalanların ən başında da Allaha şərik qoşmaq gəlir. Şərik qoşub, iftira edənlər isə Quranda nəcis/murdar olduqları bildirlir: “Ey iman gətirənlər! Həqiqətən də, müşriklər murdardırlar.” (Tövbə, 28)

Eyni zamanda şərik qoşan heç bir insanı da bağışlamayacağını bildirir.[1] Lakin, bu pisliyin xaricində edilən pis işlərin isə əfv edilə biləcəyini bildirir.

Qısacası; Bir insanın edə biləcəyi ən böyük əxlaqsızlıq və ən böyük pislik, Allaha şərik qoşmasıdır. Kafirin də belə bir vəsfi olduğu üçün heç bir müsəlmandan daha yaxşı ola bilməz. Elə buna görə də kafir olmaqdan daha pisi yoxdur.

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual-cavaba baxmaq üçün aşağıdakı linklərə tuşlayın:

https://www.muselmanlar.com/fitvalar/7198.html

https://www.muselmanlar.com/fitvalar/7373.html

https://www.muselmanlar.com/fitvalar/11466.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

[1] Bax: Nisə 48, 116.