Müsəlmanlar

Yerdən tapdığımız pulu hara verməliyik?

Sual: Əgər mən, bir yerdən pul və ya kiminsə qızılını, malını tapsam onu necə edim? Həmin pulun və ya malın kimin olduğu da bilinmirsə və  sahibinə verə bilmək imkanı da yoxdursa, bunları hara verməliyəm? Özümə götürməyə haqqım varmı?

Cavab: Tapdığınız hər hansı bir şeyi, sahibinə vermək imkanı yoxdursa, sahibi bilinmirsə və məbləğ də böyükdürsə, o zaman ən yaxşısı; tapdığınız şeyi polis bölməsinə gedərək, aktlaşdırılmaq şərtilə təhvil verməyinizdir. Əgər tapdığınız şeyin məbləği həddən artıq böyük deyilsə, onu kasıb birinə verməyiniz və ya hər hansı xeyriyyə təşkilatlarından uyğun gördüyünüz birinə verməyiniz ən yaxşı yollardan biridir. Yox əgər bu kiçik məbləğdəki mala sizin daha çox ehtiyacınız varsa və vicdanınız bundan rahatsız olmayacaqsa, həmin məbləği özünüzə də götürə bilərsiz.

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual-cavaba baxmaq üçün aşağıdakı linki tuşlayın:

https://www.muselmanlar.com/fitvalar/2081.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.