Müsəlmanlar

Qarşılanan bir insanın qabağında qurban kəsmək olarmı?

Sual: Toylarda gəlin və ya əsgər gələndə ya da məşhur birini qarşılayanda onların qabağında heyvan kəsirlər. Bu nə dərəcədə doğrudur və bu cür kəsilən heyvanın ətindən yemək olarmı?

Cavab: Bir insanı qarşılayanda onun qabağında qurban kəsməyin heçbir günahı yoxdur. Qurban, həmin insan adına kəsilmir. O insanın gəlməsi münasibətilə kəsilir. Bir növ şükür mahiyyətilə, sevincini bölüşür və mallarından birini ona fəda edir. Eyni zamanda kəsilən heyvan hər hansı bir insan adına deyil, Allah adına bismillah deyilərək kəsilir.

Qurani Kərimdə İbrahim əleyhissəlamın da eyni şəkildə davrandığını və gələn qonaqlarına dərhal bir öküz kəsdiyi bildirlir:

“Elçilərimiz (mələklər) İbrahimə müjdə gətirdilər və: “Salam!”– dedilər. O da: “Sa­­lam!”– dedi və dərhal (gedib) qızardılmış bir buzov gətirdi.” (Hud, 11/69)

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Bənzər sual-cavaba baxmaq üçün aşağıdakı linkə tuşlayın:

http://www.muselmanlar.com/fitvalar/990.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.