Müsəlmanlar

Allah, bəndələrinə sıxıntı verərək özünə yönəlmələrini istəyir?

Sual: Allah, bəndələrinə bəzi hallarda içinə sıxıntı verərək, özünə yönəlmələrini istərmiş. Quranda bundan bəhs edən ayə varmı?

Cavab: Şəms surəsində Uca Allah belə buyurur:

“And olsun nəfsə və onu yaradıb kamilləşdirənə,

ona günahları və (Allahdan) çəkinməyi təlqin edənə!

Nəfsini (günahdan) təmizləyən uğur qazanmışdır.

Onu (günaha) batıran isə ziyana uğramışdır.” (Şəms, 7-10)

Allah, günah işləyən hər bir kəsə onun sıxıntısını hiss etdirir. Başqalarına və özünə qarşı bunun bəhanələrini gətirsə də yenə doğru bir iş görmədiyini öz daxilində bilir və bunun sıxıntısını çəkər. Əslində bu, fitrətini/təbii halını pozmayan insanlar üçün Allahın bir lütfüdür. Bəlkə bu şəkildə elədiyi pis işlərindən çəkinərlər.

Ayədən də görüdüyümüz kimi Allah, insanın daxilinə həm günah işləmə xüsusiyyətini həm də Allahdan çəkinmə xüsusiyyətini təlqin etmişdir. Yaxşı işlər görən insanın da qəlbi fərahlanır və içinə rahatlıq gəlir. Bu səbəblə xeyirxahlıq edən, yaxşı işlər görən insanlar həmişə hüzurlu olur, zərərli və günah iş görənlər isə həmişə həm öz daxilində həm də cəmiyyətlə problemləri olur. Belə insanlar çox vaxt özlərini və iç sıxıntılarını yox etmək üçün əlavə vərdişlərə; içki, siqaret, nəşə və bir çox zərərli işlərə qurşanırlar.

Quranın bir başqa yerində Rəbbimiz belə buyurmaqdadır:

“Səndən əvvəl də ümmətlərə (elçilər) göndərmişdik. Biz onları sıxıntıya və xəstəliyə düçar etdik ki, bəlkə boyun əyələr.” (Ənam, 42)

Qısacası, Uca Allah, insanları hər bir halda istər xəstəlik/müsibət, istərsə sağlıq və nəşə günlərində öz təbii/fitri dəyərlərini qorumağı, haqqa yönəlməyi və Rəbbinə, özünə sadiq qalmağı əmr və tövsiyə etməkdədir.

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual-cavaba baxmaq üçün aşağıdakı linkə tuşlayın:

Hüzurun qaynağı nədir?

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.