Müsəlmanlar

Dostluq edilməyəcək insanlar kimlərdir?

Sual: Quran, bir müsəlmanın kimlərlə dost olmamasını tövsiyə etməkdədir?

Cavab: Quran, aşağıdakı xüsusiyyətə sahib insanlarla yoldaşlıq, dostluq qurmamağımızı və onlara itaət etməməyimizi tövsiyə edər:

“İtaət etmə! hər tez-tez and içənə, alçağa,

Qeybət edənə, dedi-qodu yayana,

Xeyrə mane olana, həddi aşana, günahkara,

Daş ürəkliyə, bunlardan sonra da (başqasının adını mənimsəyən) fırıldaqçı, zinakara,

O, var-dövlət və oğul-uşaq sahibi olsa belə.

Ayələrimizə: “Bu, keçmişdəkilərin nağıllarıdır”, deyənlərə uyma! (Qələm, 68/9-14)

O cümlədən Mumtəhinə surəsində: “Allah sizə, sizinlə din yolunda vuruşan, sizi yurdunuzdan çıxardan və çıxartmağa kömək edən kimsələrlə yoldaşlıq etməyinizi qadağan edər. Onlarla yoldaşlıq edənlər əsl zalımlardır!” (Mumtəhinə, 9)

Belə xüsusiyyətlərə sahib insanlara itaət edən, iş görən və onlarla dostluq quranların aqibətlərini Quran belə xəbər verir:

“O gün, zalım kimsə barmaqlarını dişləyərək deyəcəkdir: “Kaş ki, mən Elçinin/Quranın yolunu tutub gedəydim!

Vay halıma! Kaş ki, filankəslə yaxın dostuq qurmasaydım!

Çünki, Zikri/Haqqı xatırladan (Quran) mənə çatdıqdan sonra o, məni ondan uzaqlaşdırdı”. Həqiqətən, şeytan insanı tənha qoyub qaçandır. (Furqan, 25/27-29.)

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Buna bənzər sual-cavaba baxmaq üçün aşağıdakı linki tuşlayın:

http://www.muselmanlar.com/fitvalar/6279.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.