Müsəlmanlar

Əli İzzətbekoviçdən İslam dünyasının Xülasəsi

Aliya İzzetbegoviçten İslam dünyasının ile ilgili görsel sonucu

Əli İzzətbekoviçdən İslam dünyasının Xülasəsi:

 Məsələ din olduğu zaman, insanları ümumiyyətlə “inanan və inanmayanlar” olaraq ikiyə ayırırıq. Əslində bu, səthi və bəsit yanaşmadır. Bunun içində ən çox nüfuza sahib kütlə əksikdir. Bu kütlə, özlərini inanan sayan və bu cür ifadə edən, fəqət həqiqətdə elə olmayan insan kütləsidir. Bunlar az ya da çox Allaha ibadət edən, bayramları qeyd edən, dinin müəyyən bəzi adət və şüarlarını yerinə yetirən lakin, imtahan edildikdə imtahandan qaçan, döyüş meydanlarını anidən tərk edən, ticarətdə son dərəcə soyuqqanlı olaraq aldatan, vicdan əzabı çəkmədən başqasına yük olan, içki içən və əylənən, min il yaşayacaqmış kimi həyatlarını, mallarını və məqamlarını itirməkdən qorxan və ya özlərindən güclü olanlara əsir kimi yaltaqlıq edən şəxsiyyətsizlərdir.

Bu tip insanların gözə çarpan xüsusiyyətləri qorxaq olmalarıdır: Həyat üçün qorxu, mal və məqam üçün qorxu daşıyırlar. Bir güc sahibi olmaq və ya hökümətin dəstəyini qazanmaq üçün səy göstərirlər. Bütün bu qorxular arasında bir tək qorxu əksikdir; o da Allah qorxusu. Bu ruhla ikiüzlü atmosferdə öz nəsillərini böyüdürlər. Biz, bu üçüncü kütlənin varlığını diqqətə aldığımız zaman, dünyada bir çox şeyləri rahat başa düşməyə başlayırıq və nələr olduğu ilə niyə belə olduqlarını idrak etmək imkanına qovuşuruq.

Müasir İslam dünyasında, içində həqiqi dinin az, fəqət sözdə və görünüşdə dindarların çox olduğunu müşahidə edirik. Bu eyni zamanda Quranın vəziyyətini də sünni bir şəkildə yansıtmaqdadır. Belə yerlərdə Quranı xüsusi, yüksək bir yerdə görəcəksiniz. O, ən yaxşı hədiyyə olaraq qəbul edilir, Onun üçün ən yaxşı kağızlar işlədilir və ən keyfiyyətli qapaqlara fantastik süsləmələr çəkməkdə yarışırlar. Uşağın ilk oxuduğu və öyrəndiyi şey Qurandır, fəqət bütün bunların yanında uşaqların əksəriyyəti Quranın həqiqi mahiyyətini, əhəmiyyətini və mənasını öyrənmədən böyüyəcək və qocalacaqlar. Quran, müzakirəsiz bir simvoldur. Lakin qanun olmaqdan çıxmışdır. Halbuki, bunun tərsi olmalı idi. Diqqət edin ki, Quran oxunub yaşanmaq yerinə, gözəl səslə səsləndirilib yorumlanmaqdadır. Beləliklə, nə ərəb olanlar nə də olmayanlar artıq onun mənasını idrak etmirlər. Quranın məlahətli melodiyası altında artıq heç kim, Onun əmredici xüsusiyyətini, bəzi halda şirin tövsiyəsini, dəvətini və bəzi halda xəbərdarlıqla, təhdidlə səslənən və yenidən bütün insan həyatının dəyişməsini tələb edən hökmlərini tanıya bilməməkdədir.

Tərcümə: Aydın Mülayim.[1]

[1] Muselmanlar.com saytının redaktoru.