Müsəlmanlar

Namaz qılmayanlar dünyanı axirətdən üstün tuturlar?

Sual: Namaz qılmayan və zəkat verməyənlər dünya həyatını o biri dünyadan üstün tutmurlarmı? Quran bununla əlaqədar olaraq nə deyir və namazla zəkatın əhəmiyyətini nə cür izah edir?

Cavab: Namaz da, zəkat da son dərəcədə vacib ibadətlərdir. O gün bir nəfərlə danışırdım. Bir az namazdan gileyləndi. Dedi ki, mən namaz qılaram, ancaq gündə 5 dəfə çoxdur… Heç qurtarmaq bilmir. Bu adam hər gün səhər yuxudan durub səhər yeməyi də yeyir. Ancaq bundan bezmir. Gileylənmir də! Nahar yeməyi də yeyir, şam yeməyi də! Hər gecə yatıb dincəlir də. Hər gün əyninə paltar geyinib küçəyə də çıxır. Amma heç bunlardan şikayət etmir.

Bu cür insanlara belə demək lazımdır: Sən hər gün, hətta hər dəqiqə Allahdan müxtəlif nemətlər istəyirsən. Elə isə Allahın əmri olan namaz ibadətini nə üçün məntiqsiz hesab edirsən?! Bunda nəyə görə tənbəllik edirsən? Deyirsən ki, ey Rəbbim, mənə hər şey ver! Elə isə nəyə görə yerindən durub hər hansı bir malını zəkat vermirsən?

Bu sözlərlə demək istəyirəm ki, bütün bunlar insanın dünyanı axirətdən üstün tutub tutmadığını göstərir. Odur ki, namaz qılmaq və zəkat vermək ciddi surətdə müsəlmanlığı ifadə edir; yəni, bunun üçün bir meyardır.

İnsanlar həqiqətən də öz mal-mülklərini çox sevirlər. Allahı daha çox sevdiklərini göstərmək üçün isə mallarının bir qismini Allah yolunda xərcləməlidirlər.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.