
Mümin surəsi
Mümin surəsi 85 ayədən ibarətdir. Mümin inanan deməkdir. Bu surəyə 3-cü ayədən keçən “ğafir” sözündən ötrü “Ğafir surəsi” də deyirlər.
بسم الله الرحمن الرحيم
Mərhəmətli, Rəhmli Allahın adıyla!
حم
- Ha Mim![1]
تَنزِيلُ الْكِتَابِ مِنَ اللَّهِ الْعَزِيزِ الْعَلِيمِ
- Bu kitabın nazil olması Allahdandır; Əziz, hər şeyi bilən,[2]
غَافِرِ الذَّنبِ وَقَابِلِ التَّوْبِ شَدِيدِ الْعِقَابِ ذِي الطَّوْلِ لَا إِلَهَ إِلَّا هُوَ إِلَيْهِ الْمَصِيرُ
- Günahları bağışlayan, tövbələri qəbul edən,[3] əzabı şiddətli,[4] lütf və kərəm sahibi (Allahdan). Ondan başqa ilah yoxdur! Dönüb gələcəyiniz yer Onun huzurudur.
مَا يُجَادِلُ فِي آيَاتِ اللَّهِ إِلَّا الَّذِينَ كَفَرُوا فَلَا يَغْرُرْكَ تَقَلُّبُهُمْ فِي الْبِلَادِ
- Allahın ayələri haqqında ancaq kafirlik edənlər mübahisə edərlər.[5] Onların diyar-diyar gəzib dolaşmaları səni aldatmasın![6]
كَذَّبَتْ قَبْلَهُمْ قَوْمُ نُوحٍ وَالْأَحْزَابُ مِن بَعْدِهِمْ وَهَمَّتْ كُلُّ أُمَّةٍ بِرَسُولِهِمْ لِيَأْخُذُوهُ وَجَادَلُوا بِالْبَاطِلِ لِيُدْحِضُوا بِهِ الْحَقَّ فَأَخَذْتُهُمْ فَكَيْفَ كَانَ عِقَابِ
- Onlardan əvvəl Nuhun xalqı və onlardan sonra gələn qruplar da yalana sarılmışdılar. Hər ümmət özünə gələn elçini (cəzalandırmaq, mane olmaq üçün) yaxalamağa çalışmış[7] və haqqı batıl ilə ortadan qaldırmaq üçün mübarizə aparmışdılar.[8] Sonunda Mən də onları yaxaladım. Mənim cəzam necə imiş (gördülər)![9]
وَكَذَلِكَ حَقَّتْ كَلِمَتُ رَبِّكَ عَلَى الَّذِينَ كَفَرُوا أَنَّهُمْ أَصْحَابُ النَّارِ
- Beləliklə, Rəbbinin kafirlik edənlər haqqında söylədiyi: “Onlar cəhənnəm odunun sakinləridir!” sözü gerçəkləşdi.[10]
الَّذِينَ يَحْمِلُونَ الْعَرْشَ وَمَنْ حَوْلَهُ يُسَبِّحُونَ بِحَمْدِ رَبِّهِمْ وَيُؤْمِنُونَ بِهِ وَيَسْتَغْفِرُونَ لِلَّذِينَ آمَنُوا رَبَّنَا وَسِعْتَ كُلَّ شَيْءٍ رَّحْمَةً وَعِلْمًا فَاغْفِرْ لِلَّذِينَ تَابُوا وَاتَّبَعُوا سَبِيلَكَ وَقِهِمْ عَذَابَ الْجَحِيمِ
- Ərşi/idarə mərkəzini daşıyanlarla onun çevrəsində olanlar (mələklər), Rəbbinə həmd ilə /təriflərlə ucaldıb boyun əyər, Ona inanıb güvənirlər.[11] Ona inanıb güvənənlər üçün də bağışlanma diləyərək belə deyirlər: “Rəbbimiz! Sənin rəhmətin və elmin hər şeyi əhatə etmişdir.[12] O halda tövbə edən və Sənin yoluna tabe olanları bağışla və onları yandırıb yaxan atəşin əzabından qoru![13]
رَبَّنَا وَأَدْخِلْهُمْ جَنَّاتِ عَدْنٍ الَّتِي وَعَدتَّهُم وَمَن صَلَحَ مِنْ آبَائِهِمْ وَأَزْوَاجِهِمْ وَذُرِّيَّاتِهِمْ إِنَّكَ أَنتَ الْعَزِيزُ الْحَكِيمُ
- Rəbbimiz! Onları özlərinə vəd etdiyin Adn cənnətlərinə daxil et![14] Onların ata-analarından, zövcələrindən və nəsillərindən xeyirxah olanlarını da…[15] Şübhəsiz ki, Sən Əziz, hökm/hikmət sahibisən.
وَقِهِمُ السَّيِّئَاتِ وَمَن تَقِ السَّيِّئَاتِ يَوْمَئِذٍ فَقَدْ رَحِمْتَهُ وَذَلِكَ هُوَ الْفَوْزُ الْعَظِيمُ
- Onları pis şeylərdən (cəhənnəm əzabından) qoru! Sən o gün (qiyamət günü) kimi pis şeylərdən qorusan, əlbəttə ki, ona mərhəmət etmiş olarsan. Budur məhz böyük bir qurtuluş![16]
إِنَّ الَّذِينَ كَفَرُوا يُنَادَوْنَ لَمَقْتُ اللَّهِ أَكْبَرُ مِن مَّقْتِكُمْ أَنفُسَكُمْ إِذْ تُدْعَوْنَ إِلَى الْإِيمَانِ فَتَكْفُرُونَ
- Kafirlik edənlərə belə səsləniləcəkdir: “Allahın qəhri, sizin özünüzə olan qəhrinizdən daha çoxdur. Çünki, (dünyada) imana çağrıldığınız zaman kafirlik edirdiniz.”[17]
قَالُوا رَبَّنَا أَمَتَّنَا اثْنَتَيْنِ وَأَحْيَيْتَنَا اثْنَتَيْنِ فَاعْتَرَفْنَا بِذُنُوبِنَا فَهَلْ إِلَى خُرُوجٍ مِّن سَبِيلٍ
- Onlar isə belə deyəcəklər: “Rəbbimiz! Bizi iki dəfə öldürdün, bizə iki dəfə həyat verdin.[18] Biz də öz günahlarımızı etiraf etdik.[19] Elə isə buradan çıxmağın bir yolu varmı?”[20]
ذَلِكُم بِأَنَّهُ إِذَا دُعِيَ اللَّهُ وَحْدَهُ كَفَرْتُمْ وَإِن يُشْرَكْ بِهِ تُؤْمِنُوا فَالْحُكْمُ لِلَّهِ الْعَلِيِّ الْكَبِيرِ
- (Xeyr!) Bu onə görədir ki: “Siz yalnız Allaha çağrıldığınız zaman görməzdən gəlirdiniz, amma Ona şərik qoşulduqda isə inanırdınız.[21] Artıq hökm uca və böyük Allahındır.”
هُوَ الَّذِي يُرِيكُمْ آيَاتِهِ وَيُنَزِّلُ لَكُم مِّنَ السَّمَاء رِزْقًا وَمَا يَتَذَكَّرُ إِلَّا مَن يُنِيبُ
- O sizə ayələrini göstərən[22] və göydən sizin üçün ruzini endirəndir.[23] Yalnız Allaha yönələnlər həqiqi bilikdən düzgün istifadə edərlər.[24]
فَادْعُوا اللَّهَ مُخْلِصِينَ لَهُ الدِّينَ وَلَوْ كَرِهَ الْكَافِرُونَ
- O halda siz, kafirlərin xoşuna gəlməsə də, dinə muxlis olaraq/bir şey qatmadan[25] yalnız Allaha dua edin![26]
رَفِيعُ الدَّرَجَاتِ ذُو الْعَرْشِ يُلْقِي الرُّوحَ مِنْ أَمْرِهِ عَلَى مَن يَشَاء مِنْ عِبَادِهِ لِيُنذِرَ يَوْمَ التَّلَاقِ
- O, dərəcələri yüksəldəndir, Ərşin/idarə mərkəzinin sahibidir. O, Öz əmri ilə ruhu/kitabı,[27] bəndələrindən lazım gördüyünə[28] nazil edir ki, görüş günü barəsində (insanları) xəbərdarlıq etsin.
يَوْمَ هُم بَارِزُونَ لَا يَخْفَى عَلَى اللَّهِ مِنْهُمْ شَيْءٌ لِّمَنِ الْمُلْكُ الْيَوْمَ لِلَّهِ الْوَاحِدِ الْقَهَّارِ
- Onların (qəbirlərindən qalxıb) çıxacaqları gün barəsində…[29] Onlardan heç birinin heç bir şeyi Allaha gizli qalmaz![30] O gün bütün mülk/səlahiyyət kimə məxsusdur? Tək və hər şeyə qalib olan Allaha![31]
الْيَوْمَ تُجْزَى كُلُّ نَفْسٍ بِمَا كَسَبَتْ لَا ظُلْمَ الْيَوْمَ إِنَّ اللَّهَ سَرِيعُ الْحِسَابِ
- O gün hər kəsə qazandığının qarşılığı verilir. O gün heç bir haqsızlıq olmayacaqdır. Şübhəsiz, Allah tez hesaba çəkəndir.[32]
وَأَنذِرْهُمْ يَوْمَ الْآزِفَةِ إِذِ الْقُلُوبُ لَدَى الْحَنَاجِرِ كَاظِمِينَ مَا لِلظَّالِمِينَ مِنْ حَمِيمٍ وَلَا شَفِيعٍ يُطَاعُ
- Yaxınlaşan o gün haqqında onları xəbərdar et![33] O gün ürəklər ağıza gəlib udqunub duracaqlar. Zalımların nə canı yanan bir dostu, nə də sözü keçən bir şəfaətçisi olar.[34]
يَعْلَمُ خَائِنَةَ الْأَعْيُنِ وَمَا تُخْفِي الصُّدُورُ
- Allah gözlərin xain baxışını və kökslərin nələr gizlətdiyini bilir.[35]
وَاللَّهُ يَقْضِي بِالْحَقِّ وَالَّذِينَ يَدْعُونَ مِن دُونِهِ لَا يَقْضُونَ بِشَيْءٍ إِنَّ اللَّهَ هُوَ السَّمِيعُ الْبَصِيرُ
- Allah haqqa uyğun qərar verir,[36] Allah ilə aralarına qoyub köməyə çağırdıqları isə heç bir şeyə qərar verə bilməzlər. Şübhəsiz, Allah eşidəndir, biləndir.
أَوَ لَمْ يَسِيرُوا فِي الْأَرْضِ فَيَنظُرُوا كَيْفَ كَانَ عَاقِبَةُ الَّذِينَ كَانُوا مِن قَبْلِهِمْ كَانُوا هُمْ أَشَدَّ مِنْهُمْ قُوَّةً وَآثَارًا فِي الْأَرْضِ فَأَخَذَهُمُ اللَّهُ بِذُنُوبِهِمْ وَمَا كَانَ لَهُم مِّنَ اللَّهِ مِن وَاقٍ
- Yer üzündə heç gəzib dolaşmadılarmı ki, özlərindən əvvəliklərin aqibətinin necə olduğunu görsünlər. Əvvəlkilər onlardan güç-qüvvət yönündən daha möhkəm və yer üzündə daha çox iz qoyub getmişdilər.[37] Buna baxmayaraq Allah onları günahlarından ötrü yaxaladı. Onları Allahdan qoruyan da olmadı.[38]
ذَلِكَ بِأَنَّهُمْ كَانَت تَّأْتِيهِمْ رُسُلُهُم بِالْبَيِّنَاتِ فَكَفَرُوا فَأَخَذَهُمُ اللَّهُ إِنَّهُ قَوِيٌّ شَدِيدُ الْعِقَابِ
- Bu ona görə idi ki, elçiləri onlara açıq-aşkar dəlillər/möcüzələr gətirdikləri halda, onlar kafirlik etmişdilər/görməzlikdən gəlmişdilər. Bu səbəblə Allah onları yaxaladı. Şübhəsiz O qüvvətlidir, cəzası şiddətlidir.[39]
وَلَقَدْ أَرْسَلْنَا مُوسَى بِآيَاتِنَا وَسُلْطَانٍ مُّبِينٍ
- Əlbəttə, Biz Musanı ayələrimizlə/möcüzələrimizlə və açıq-aydın bir dəlillə göndərdik.[40]
إِلَى فِرْعَوْنَ وَهَامَانَ وَقَارُونَ فَقَالُوا سَاحِرٌ كَذَّابٌ
- Fironun, Hamanın və Qarunun yanına. Onlar isə: “Bu sehirbazdır, yalancıdır!” – dedilər.[41]
فَلَمَّا جَاءهُم بِالْحَقِّ مِنْ عِندِنَا قَالُوا اقْتُلُوا أَبْنَاء الَّذِينَ آمَنُوا مَعَهُ وَاسْتَحْيُوا نِسَاءهُمْ وَمَا كَيْدُ الْكَافِرِينَ إِلَّا فِي ضَلَالٍ
- (Musa) onlara qatımızdan həqiqəti gətirdiyi zaman onlar belə dedilər: “Onunla birlikdə inanıb güvənənlərin oğullarını öldürün, qadınlarını isə sağ buraxın!”[42] Halbuki, kafirlərin oyunu sadəcə boşa çıxar.
وَقَالَ فِرْعَوْنُ ذَرُونِي أَقْتُلْ مُوسَى وَلْيَدْعُ رَبَّهُ إِنِّي أَخَافُ أَن يُبَدِّلَ دِينَكُمْ أَوْ أَن يُظْهِرَ فِي الْأَرْضِ الْفَسَادَ
- Firon dedi ki: “Buraxın məni, Musanı öldürüm. Qoy Rəbbini çağırsın! Mən onun, dininizi dəyişdirəcəyindən ya da bu torpaqlarda fitnə-fəsad çıxarmasından qorxuram.”[43]
وَقَالَ مُوسَى إِنِّي عُذْتُ بِرَبِّي وَرَبِّكُم مِّن كُلِّ مُتَكَبِّرٍ لَّا يُؤْمِنُ بِيَوْمِ الْحِسَابِ
- Musa isə: “Mən haqq-hesab gününə inanmayan hər bir təkəbbürlüdən həm mənim Rəbbim, həm də sizin Rəbbiniz olan Allaha sığınıram!” – dedi.[44]
وَقَالَ رَجُلٌ مُّؤْمِنٌ مِّنْ آلِ فِرْعَوْنَ يَكْتُمُ إِيمَانَهُ أَتَقْتُلُونَ رَجُلًا أَن يَقُولَ رَبِّيَ اللَّهُ وَقَدْ جَاءكُم بِالْبَيِّنَاتِ مِن رَّبِّكُمْ إِن يَكُ كَاذِبًا فَعَلَيْهِ كَذِبُهُ وَإِن يَكُ صَادِقًا يُصِبْكُم بَعْضُ الَّذِي يَعِدُكُمْ إِنَّ اللَّهَ لَا يَهْدِي مَنْ هُوَ مُسْرِفٌ كَذَّابٌ
- Firon xanədanından imanını gizləyən mömin bir adam belə dedi: “Məgər siz bir adamı, “Rəbbim Allahdır!” – dediyinə görə öldürəcəksiniz?” Halbuki o sizə, Rəbbinizdən açıq-aşkar dəlillər/möcüzələr gətirdi. Əgər o yalancı isə, yalanı öz əleyhinədir. Yox əgər doğru deyirsə, başınıza gələcəyini söylədiyi şeylərin bir qismi sizə gəlib çatar. Şübhəsiz, Allah ölçünü qaçıran, yalancı kimsəni doğru yola yönəltməz.
يَا قَوْمِ لَكُمُ الْمُلْكُ الْيَوْمَ ظَاهِرِينَ فِي الْأَرْضِ فَمَن يَنصُرُنَا مِن بَأْسِ اللَّهِ إِنْ جَاءنَا قَالَ فِرْعَوْنُ مَا أُرِيكُمْ إِلَّا مَا أَرَى وَمَا أَهْدِيكُمْ إِلَّا سَبِيلَ الرَّشَادِ
- Ey xalqım! Bu gün bütün mülk/səlahiyyət sizdədir. Bu torpaqlarda hökmranlıq sizin əlinizdədir. Bəs Allahın əzabı başınıza gələrsə, Ona qarşı bizə kim kömək edəcək? Firon dedi ki: “Mən sizə sadəcə öz fikrimi bildirirəm və sizi sadəcə ağla uyğun olan doğru yola yönəldirəm.”[45]
وَقَالَ الَّذِي آمَنَ يَا قَوْمِ إِنِّي أَخَافُ عَلَيْكُم مِّثْلَ يَوْمِ الْأَحْزَابِ
- O mömin adam dedi ki: “Ey xalqım! Bir çox icmaların başına gələnlərin bənzəri sizin də başınıza gələr deyə qorxuram!
مِثْلَ دَأْبِ قَوْمِ نُوحٍ وَعَادٍ وَثَمُودَ وَالَّذِينَ مِن بَعْدِهِمْ وَمَا اللَّهُ يُرِيدُ ظُلْمًا لِّلْعِبَادِ
- Nuh xalqının, Ad, Səmud və onlardan sonrakilərin başına gələnlərin bənzəri (sizin də başınıza gələr deyə qorxuram).[46] Allah bəndələrinə zülm/haqsızlıq etmək istəməz.[47]
وَيَا قَوْمِ إِنِّي أَخَافُ عَلَيْكُمْ يَوْمَ التَّنَادِ
- Ey xalqım! Fəryad qoparılacaq o gündən sizin üçün qorxuram!
يَوْمَ تُوَلُّونَ مُدْبِرِينَ مَا لَكُم مِّنَ اللَّهِ مِنْ عَاصِمٍ وَمَن يُضْلِلِ اللَّهُ فَمَا لَهُ مِنْ هَادٍ
- Bir-birinizə arxa çevirəcəyiniz gündən… (O gün) sizi Allahdan (əzabından) qoruyacaq heç kim olmayacaq. Allahın yoldan çıxmış saydığını kimsə yola gətirə bilməz.”[48]
وَلَقَدْ جَاءكُمْ يُوسُفُ مِن قَبْلُ بِالْبَيِّنَاتِ فَمَا زِلْتُمْ فِي شَكٍّ مِّمَّا جَاءكُم بِهِ حَتَّى إِذَا هَلَكَ قُلْتُمْ لَن يَبْعَثَ اللَّهُ مِن بَعْدِهِ رسُولًا كَذَلِكَ يُضِلُّ اللَّهُ مَنْ هُوَ مُسْرِفٌ مُّرْتَابٌ
- Daha öncə Yusif də sizə açıq-aşkar dəlillər gətirmişdi. Ancaq siz, onun sizə gətirdiklərinə şəkk-şübhə ilə yanaşdınız. Öldüyü zaman isə “Allah, Yusifdən sonra əsla elçi göndərməz!” – demişdiniz. Allah, ölçünü qaçıran şübhəciləri bax belə zəlalətdə sayar.
الَّذِينَ يُجَادِلُونَ فِي آيَاتِ اللَّهِ بِغَيْرِ سُلْطَانٍ أَتَاهُمْ كَبُرَ مَقْتًا عِندَ اللَّهِ وَعِندَ الَّذِينَ آمَنُوا كَذَلِكَ يَطْبَعُ اللَّهُ عَلَى كُلِّ قَلْبِ مُتَكَبِّرٍ جَبَّارٍ
- Onlar, özlərinə heç bir dəlil gəlmədən Allahın ayələri barəsində mübahisə edənlərdir.[49] Bu həm Allah, həm də iman gətirənlər yanında böyük nifrətə səbəb olar. Allah hər təkəbbür sahibinin, zalımın qəlbini bax belə damğalayar.[50]
وَقَالَ فِرْعَوْنُ يَا هَامَانُ ابْنِ لِي صَرْحًا لَّعَلِّي أَبْلُغُ الْأَسْبَابَ
- Firon dedi ki: “Ey Haman! Mənə bir qüllə düzəlt,[51] bəlkə, o yollara çataram;
أَسْبَابَ السَّمَاوَاتِ فَأَطَّلِعَ إِلَى إِلَهِ مُوسَى وَإِنِّي لَأَظُنُّهُ كَاذِبًا وَكَذَلِكَ زُيِّنَ لِفِرْعَوْنَ سُوءُ عَمَلِهِ وَصُدَّ عَنِ السَّبِيلِ وَمَا كَيْدُ فِرْعَوْنَ إِلَّا فِي تَبَابٍ
- Göylərə gedən yollara… Oradan Musanın ilahını görüm. Həqiqətən, mən onun yalancı olduğunu düşünürəm.”[52] Beləcə, Firona pis əməli özünə gözəl göstərildi və doğru yoldan uzaqlaşdırıldı. Fironun qurduğu oyun tamamilə boşa çıxdı.
وَقَالَ الَّذِي آمَنَ يَا قَوْمِ اتَّبِعُونِ أَهْدِكُمْ سَبِيلَ الرَّشَادِ
- O mömin adam dedi: “Ey xalqım! Mənə tabe olun ki, sizi ağla uyğun olan doğru yola yönəldim.”
يَا قَوْمِ إِنَّمَا هَذِهِ الْحَيَاةُ الدُّنْيَا مَتَاعٌ وَإِنَّ الْآخِرَةَ هِيَ دَارُ الْقَرَارِ
- Ey xalqım! Bu dünya həyatı keçici bir mənfəətdən ibarətdir. Axirət isə əsl qərar tutacağınız yurddur.[53]
مَنْ عَمِلَ سَيِّئَةً فَلَا يُجْزَى إِلَّا مِثْلَهَا وَمَنْ عَمِلَ صَالِحًا مِّن ذَكَرٍ أَوْ أُنثَى وَهُوَ مُؤْمِنٌ فَأُوْلَئِكَ يَدْخُلُونَ الْجَنَّةَ يُرْزَقُونَ فِيهَا بِغَيْرِ حِسَابٍ
- Kim pis bir əməl işləyərsə, sadəcə etdiyinin eynisi ilə cəzalandırılır. Kişi və ya qadın kim bir mömin olaraq xeyirxah iş görərsə, bax onlar cənnətə daxil olar, orada onlara saysız-hesabsız ruzi verilər.[54]
وَيَا قَوْمِ مَا لِي أَدْعُوكُمْ إِلَى النَّجَاةِ وَتَدْعُونَنِي إِلَى النَّارِ
- Ey xalqım! Mən nə edirəm ki? Mən sadəcə sizi qurtuluşa dəvət edirəm, siz isə məni atəşə dəvət edirsiniz.
تَدْعُونَنِي لِأَكْفُرَ بِاللَّهِ وَأُشْرِكَ بِهِ مَا لَيْسَ لِي بِهِ عِلْمٌ وَأَنَا أَدْعُوكُمْ إِلَى الْعَزِيزِ الْغَفَّارِ
- Siz mənə Allahı görməzdən gəlməyə və haqqında heç biliyim olmayan bir şeyi Ona şərik qoşmağa dəvət edirsiniz. Mən isə sizi, Əziz, çox bağışlayan Allaha dəvət edirəm.
لَا جَرَمَ أَنَّمَا تَدْعُونَنِي إِلَيْهِ لَيْسَ لَهُ دَعْوَةٌ فِي الدُّنْيَا وَلَا فِي الْآخِرَةِ وَأَنَّ مَرَدَّنَا إِلَى اللَّهِ وَأَنَّ الْمُسْرِفِينَ هُمْ أَصْحَابُ النَّارِ
- Heç şübhəsiz, sizin məni dəvət etdiklərinizin nə dünyada, nə də axirətdə dəvətə dəyər bir yanı yoxdur. Hamımızın dönüşü Allahadır. Şübhəsiz, ölçünü qaçıranlar o atəşin sakinləridir.
فَسَتَذْكُرُونَ مَا أَقُولُ لَكُمْ وَأُفَوِّضُ أَمْرِي إِلَى اللَّهِ إِنَّ اللَّهَ بَصِيرٌ بِالْعِبَادِ
- Sizə söylədiklərimi xatırlayacaqsınız. Mən işimi Allaha həvalə edirəm. Şübhəsiz, Allah bəndələrini görəndir!”
فَوَقَاهُ اللَّهُ سَيِّئَاتِ مَا مَكَرُوا وَحَاقَ بِآلِ فِرْعَوْنَ سُوءُ الْعَذَابِ
- Bunun üzərinə Allah, onu ( o mömini) onların qurduğu tələnin pis nəticələrindən qorudu.[55] Firon xanədanını da pis bir əzab bürüdü.
النَّارُ يُعْرَضُونَ عَلَيْهَا غُدُوًّا وَعَشِيًّا وَيَوْمَ تَقُومُ السَّاعَةُ أَدْخِلُوا آلَ فِرْعَوْنَ أَشَدَّ الْعَذَابِ
- Elə bir əzab ki, səhər-axşam ona ərz olunurlar.[56] Qiyamət/məzardan qalxma saatının gəldiyi gün isə belə deyiləcək: “Firon xanədanını əzabın ən şiddətli olanına salın![57]
وَإِذْ يَتَحَاجُّونَ فِي النَّارِ فَيَقُولُ الضُّعَفَاء لِلَّذِينَ اسْتَكْبَرُوا إِنَّا كُنَّا لَكُمْ تَبَعًا فَهَلْ أَنتُم مُّغْنُونَ عَنَّا نَصِيبًا مِّنَ النَّارِ
- Atəşin/cəhənnəmin içində bir-birilə mübahisə edərkən, zəif olanlar təkəbbürlük edənlərə belə deyəcək: “Biz sizə tabe olan kəslərdik. İndi siz bu atəşin bir hissəsini bizdən sovuşdura bilərsinizmi?”[58]
قَالَ الَّذِينَ اسْتَكْبَرُوا إِنَّا كُلٌّ فِيهَا إِنَّ اللَّهَ قَدْ حَكَمَ بَيْنَ الْعِبَادِ
- Təkəbbürlük edənlər isə: “(Xeyr!) Biz hamımız atəşin içindəyik. Əlbəttə ki, Allah bəndələri arasında artıq hökmünü vermişdir!” – deyəcəklər.[59]
وَقَالَ الَّذِينَ فِي النَّارِ لِخَزَنَةِ جَهَنَّمَ ادْعُوا رَبَّكُمْ يُخَفِّفْ عَنَّا يَوْمًا مِّنَ الْعَذَابِ
- Atəşin içində olanlar, cəhənnəm gözətçilərinə belə deyərlər: “Rəbbinizə dua edin ki, heç olmasa, bircə gün əzabımızı yüngülləşdirsin!”[60]
قَالُوا أَوَلَمْ تَكُ تَأْتِيكُمْ رُسُلُكُم بِالْبَيِّنَاتِ قَالُوا بَلَى قَالُوا فَادْعُوا وَمَا دُعَاء الْكَافِرِينَ إِلَّا فِي ضَلَالٍ
- (Gözətçilər) deyərlər: “Sizə göndərilən elçilər, açıq-aşkar dəlillər gətirmədimi?” Onlar: “Bəli gətirdi!” – deyə, qarşılıq verirlər.[61] (Gözətçilər:) “Elə isə özünüz dua edin!” – deyərlər. Kafirlərin duası isə sadəcə boş bir şeydir.[62]
إِنَّا لَنَنصُرُ رُسُلَنَا وَالَّذِينَ آمَنُوا فِي الْحَيَاةِ الدُّنْيَا وَيَوْمَ يَقُومُ الْأَشْهَادُ
- Şübhəsiz, Biz elçilərimizə və inanıb güvənənlərə, həm dünya həyatında həm də şahidlərin şahidlik edəcəyi gündə yardım edəcəyik.[63]
يَوْمَ لَا يَنفَعُ الظَّالِمِينَ مَعْذِرَتُهُمْ وَلَهُمُ اللَّعْنَةُ وَلَهُمْ سُوءُ الدَّارِ
- O gün zalımlara bəhanələri fayda verməyəcək![64] Onlar üçün həm lənət/uzaqlaşdırma, həm də pis bir yurd vardır![65]
وَلَقَدْ آتَيْنَا مُوسَى الْهُدَى وَأَوْرَثْنَا بَنِي إِسْرَائِيلَ الْكِتَابَ
هُدًى وَذِكْرَى لِأُولِي الْأَلْبَابِ
فَاصْبِرْ إِنَّ وَعْدَ اللَّهِ حَقٌّ وَاسْتَغْفِرْ لِذَنبِكَ وَسَبِّحْ بِحَمْدِ رَبِّكَ بِالْعَشِيِّ وَالْإِبْكَارِ
- Sən səbrli/dirayətli ol! Şübhəsiz, Allahın vədi haqdır![70] Günahının bağışlanmasını dilə,[71] axşam və sübh çağı Rəbbini həmd ilə/tərif ilə təsbih et/Onu ucaldaraq boyun əy![72]
إِنَّ الَّذِينَ يُجَادِلُونَ فِي آيَاتِ اللَّهِ بِغَيْرِ سُلْطَانٍ أَتَاهُمْ إِن فِي صُدُورِهِمْ إِلَّا كِبْرٌ مَّا هُم بِبَالِغِيهِ فَاسْتَعِذْ بِاللَّهِ إِنَّهُ هُوَ السَّمِيعُ الْبَصِيرُ
- Özlərinə bir dəlil gəlmədən Allahın ayələri barəsində mübahisə edənlərin ürəklərində ancaq heç bir zaman çata bilməyəcəkləri bir böyüklük vardır.[73] Sən Allaha sığın! O eşidəndir, görəndir.
لَخَلْقُ السَّمَاوَاتِ وَالْأَرْضِ أَكْبَرُ مِنْ خَلْقِ النَّاسِ وَلَكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ
- Əlbəttə, göylərin və yerin yaradılışı insanların yaradılışından daha böyük bir işdir.[74] Lakin, insanların çoxu bunu bilməz.
وَمَا يَسْتَوِي الْأَعْمَى وَالْبَصِيرُ وَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَلَا الْمُسِيءُ قَلِيلًا مَّا تَتَذَكَّرُونَ
- Kor ilə görən eyni deyildir![75] İnanıb güvənən və xeyirxah işlər görənlərlə pislik edənlər eyni deyildir![76] Doğru bilikdən nə qədər az istifadə edirsiniz?
إِنَّ السَّاعَةَ لَآتِيَةٌ لَّا رَيْبَ فِيهَا وَلَكِنَّ أَكْثَرَ النَّاسِ لَا يُؤْمِنُونَ
- O saat/məzardan qalxma saatı mütləq gələcəkdir, bunda heç bir şübhə yoxdur![77] Lakin insanların çoxu buna inanmır.
وَقَالَ رَبُّكُمُ ادْعُونِي أَسْتَجِبْ لَكُمْ إِنَّ الَّذِينَ يَسْتَكْبِرُونَ عَنْ عِبَادَتِي سَيَدْخُلُونَ جَهَنَّمَ دَاخِرِينَ
- Rəbbiniz belə dedi: “Mənə dua edin ki, dualarınızı qəbul edim![78] Mənə qulluq etməyi özlərinə sığışdırmayıb təkəbbürlənənlər boyunları bükülmüş zəlil bir halda cəhənnəmə girəcəklər.”[79]
اللَّهُ الَّذِي جَعَلَ لَكُمُ اللَّيْلَ لِتَسْكُنُوا فِيهِ وَالنَّهَارَ مُبْصِرًا إِنَّ اللَّهَ لَذُو فَضْلٍ عَلَى النَّاسِ وَلَكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَشْكُرُونَ
- Allah, içərisində dincəlməyiniz üçün gecəni və aydınladıcı olaraq da gündüzü meydana çıxartmışdır.[80] Allah, əlbəttə insanlara qarşı lütfkardır. Lakin insanların çoxu şükür etməzlər.[81]
ذَلِكُمُ اللَّهُ رَبُّكُمْ خَالِقُ كُلِّ شَيْءٍ لَّا إِلَهَ إِلَّا هُوَ فَأَنَّى تُؤْفَكُونَ
- Budur sizin Rəbbiniz olan Allah! Hər şeyin yaradıcısı, Ondan başqa ilah yoxdur! Elə isə nə üçün batıla uyub haqdan döndərilirsiniz?[82]
كَذَلِكَ يُؤْفَكُ الَّذِينَ كَانُوا بِآيَاتِ اللَّهِ يَجْحَدُونَ
- Allahın ayələrini bilə-bilə inkar edənlər, bax belə haqdan döndərilirlər.[83]
اللَّهُ الَّذِي جَعَلَ لَكُمُ الْأَرْضَ قَرَارًا وَالسَّمَاء بِنَاء وَصَوَّرَكُمْ فَأَحْسَنَ صُوَرَكُمْ وَرَزَقَكُم مِّنَ الطَّيِّبَاتِ ذَلِكُمُ اللَّهُ رَبُّكُمْ فَتَبَارَكَ اللَّهُ رَبُّ الْعَالَمِينَ
- Allah sizin üçün yer üzünü yerləşməyə uyğun edən və göyü də bir bina/tavan kimi qərar verəndir.[84] Hər birinizə özünəməxsus surət vermiş, sürətlərinizi gözəlləşdirmiş,[85] sizə təmiz və ləzzətli şeylərdən ruzilər vermişdir. Budur sizin Rəbbiniz olan Allah! Aləmlərin Rəbbi olan Allah nə uca bir bərəkət qaynağıdır![86]
هُوَ الْحَيُّ لَا إِلَهَ إِلَّا هُوَ فَادْعُوهُ مُخْلِصِينَ لَهُ الدِّينَ الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ
- O daim diridir, Ondan başqa ilah yoxdur![87] Elə isə Onun dininə heç bir şey qatmadan[88] yalnız Ona dua edin![89] Hər cür tərif Aləmlərin Rəbbi olan Allaha məxsusdur.
قُلْ إِنِّي نُهِيتُ أَنْ أَعْبُدَ الَّذِينَ تَدْعُونَ مِن دُونِ اللَّهِ لَمَّا جَاءنِيَ الْبَيِّنَاتُ مِن رَّبِّي وَأُمِرْتُ أَنْ أُسْلِمَ لِرَبِّ الْعَالَمِينَ
- De ki: “Rəbbimdən mənə açıq-aşkar dəlillər gəldiyi zaman sizin Allahla öz aranıza qoyub dua etdiklərinizə qulluq etməyim mənə qadağan edildi[90] və mənə aləmlərin Rəbbinə təslim olmağım əmr olundu.”[91]
هُوَ الَّذِي خَلَقَكُم مِّن تُرَابٍ ثُمَّ مِن نُّطْفَةٍ ثُمَّ مِنْ عَلَقَةٍ ثُمَّ يُخْرِجُكُمْ طِفْلًا ثُمَّ لِتَبْلُغُوا أَشُدَّكُمْ ثُمَّ لِتَكُونُوا شُيُوخًا وَمِنكُم مَّن يُتَوَفَّى مِن قَبْلُ وَلِتَبْلُغُوا أَجَلًا مُّسَمًّى وَلَعَلَّكُمْ تَعْقِلُونَ
- O sizi torpaqdan, sonra mayalanmış yumurtadan, sonra bətnin divarına yapışmış bir embriondan yaradandır. Sonra sizi bir uşaq olaraq çıxarır. Sonra güçlü qüvvətli hala gələsiniz, daha sonra da qocalmış bir halda olasınız deyə yaşadandır. İçinizdən kiminiz daha öncə vəfat etdirilir. Bunlar müəyyən edilmiş əcəlinizi tamamlamağınız üçündür.[92] Bəlkə ağlınızı işlədərsiniz.[93]
هُوَ الَّذِي يُحْيِي وَيُمِيتُ فَإِذَا قَضَى أَمْرًا فَإِنَّمَا يَقُولُ لَهُ كُن فَيَكُونُ
- O həyat verəndir və öldürəndir.[94] Bir işə qərar verdiyi zaman ona sadəcə: “Ol!” – deyər, o da olmağa başlayar.[95]
أَلَمْ تَرَ إِلَى الَّذِينَ يُجَادِلُونَ فِي آيَاتِ اللَّهِ أَنَّى يُصْرَفُونَ
- Allahın ayələri barəsində mübahisə edənləri görmədinmi? Necə də başqa yönə çevrilirlər![96]
الَّذِينَ كَذَّبُوا بِالْكِتَابِ وَبِمَا أَرْسَلْنَا بِهِ رُسُلَنَا فَسَوْفَ يَعْلَمُونَ
- Onlar həm bu kitabı (Quranı), həm də (öncəki) elçilərimizlə göndərdiklərimizi yalan sayanlardır. İrəlidə biləcəklər,[97]
إِذِ الْأَغْلَالُ فِي أَعْنَاقِهِمْ وَالسَّلَاسِلُ يُسْحَبُونَ
- Boyunlarındakı halqalarla və zəncirlərlə sürüklənəcəklər,[98]
فِي الْحَمِيمِ ثُمَّ فِي النَّارِ يُسْجَرُونَ
- Qaynar suda (sürüklənəcək) sonra odda yandırılacaqlar.[99]
ثُمَّ قِيلَ لَهُمْ أَيْنَ مَا كُنتُمْ تُشْرِكُونَ
- Sonra onlara belə deyiləcək: “Hanı şərik qoşduqlarınız, haradadır?[100]
مِن دُونِ اللَّهِ قَالُوا ضَلُّوا عَنَّا بَل لَّمْ نَكُن نَّدْعُو مِن قَبْلُ شَيْئًا كَذَلِكَ يُضِلُّ اللَّهُ الْكَافِرِينَ
- (Haradadır) Allah ilə aranıza qoyduqlarınız?” Onlar belə deyərlər: “Bizdən uzaqlaşıb getdilər.[101] Əslində biz daha əvvəl (əhəmiyyətli) bir şeyə dua etmirmişik?” Allah, kafirlərin zəlalətini bu cür ortaya qoyur.[102]
ذَلِكُم بِمَا كُنتُمْ تَفْرَحُونَ فِي الْأَرْضِ بِغَيْرِ الْحَقِّ وَبِمَا كُنتُمْ تَمْرَحُونَ
- Bu sizin yer üzündə nahaq yerə sevinməyinizə və qürrələnməyinizə görədir![103]
ادْخُلُوا أَبْوَابَ جَهَنَّمَ خَالِدِينَ فِيهَا فَبِئْسَ مَثْوَى الْمُتَكَبِّرِينَ
- “İçində davamlı qalmaq üzrə cəhənnəmin qapılarından girin! Təkəbbürlənənlərin qalacaqları yer nə pisdir!”[104]
فَاصْبِرْ إِنَّ وَعْدَ اللَّهِ حَقٌّ فَإِمَّا نُرِيَنَّكَ بَعْضَ الَّذِي نَعِدُهُمْ أَوْ نَتَوَفَّيَنَّكَ فَإِلَيْنَا يُرْجَعُونَ
- Sən səbrli/dirayətli ol! Şübhəsiz, Allahın vədi haqdır![105] Onlara vəd etdiyimiz şeyin bir qismini sənə göstərsək də (göstərmədən), səni vəfat etdirsək də nəticədə huzurumuza çıxarılacaqlar.[106]
وَلَقَدْ أَرْسَلْنَا رُسُلًا مِّن قَبْلِكَ مِنْهُم مَّن قَصَصْنَا عَلَيْكَ وَمِنْهُم مَّن لَّمْ نَقْصُصْ عَلَيْكَ وَمَا كَانَ لِرَسُولٍ أَنْ يَأْتِيَ بِآيَةٍ إِلَّا بِإِذْنِ اللَّهِ فَإِذَا جَاء أَمْرُ اللَّهِ قُضِيَ بِالْحَقِّ وَخَسِرَ هُنَالِكَ الْمُبْطِلُونَ
- Heç şübhəsiz ki, səndən öncə də elçilər göndərdik. Onlardan kiminin qissəsini sənə danışdıq, kiminin qissəsini də danışmadıq.[107] Heç bir elçi Allahın izni olmadan bir ayə/möcüzə gətirə bilməz![108] Allahın əmri gəldiyi zaman haqqa uyğun hökm verilir. Batıla uyanlar elə orada ziyana uğrayarlar.[109]
اللَّهُ الَّذِي جَعَلَ لَكُمُ الْأَنْعَامَ لِتَرْكَبُوا مِنْهَا وَمِنْهَا تَأْكُلُونَ
- Allah, bir qisminə minməyiniz üçün ənamı[110] yaradandır (qoyun, keçi, inək və dəvə). Bir də onlardan yeyirsiniz.
وَلَكُمْ فِيهَا مَنَافِعُ وَلِتَبْلُغُوا عَلَيْهَا حَاجَةً فِي صُدُورِكُمْ وَعَلَيْهَا وَعَلَى الْفُلْكِ تُحْمَلُونَ
- Onlarda sizin üçün daha bir çox mənfəətlər də vardır. İçinizdəki bir ehtiyacı onlar sayəsində əldə edirsiniz. Həm onların üstündə həm də gəmilərdə daşınırsınız.[111]
وَيُرِيكُمْ آيَاتِهِ فَأَيَّ آيَاتِ اللَّهِ تُنكِرُونَ
- O sizə (yaratdığı təbiətdəki) ayələrini göstərir. Elə isə Allahın ayələrindən hansını inkar edə bilərsiniz?[112]
أَفَلَمْ يَسِيرُوا فِي الْأَرْضِ فَيَنظُرُوا كَيْفَ كَانَ عَاقِبَةُ الَّذِينَ مِن قَبْلِهِمْ كَانُوا أَكْثَرَ مِنْهُمْ وَأَشَدَّ قُوَّةً وَآثَارًا فِي الْأَرْضِ فَمَا أَغْنَى عَنْهُم مَّا كَانُوا يَكْسِبُونَ
- Yer üzündə heç gəzib dolaşmadılarmı ki, özlərindən əvvəliklərin aqibətinin necə olduğunu görsünlər. Əvvəlkilər onlardan həm sayca daha çox, həm güc-qüvvət yönündən daha möhkəm və yer üzündə daha çox iz qoyub getmişdilər. Ancaq qazandıqları şeylər onlara bir fayda vermədi.[113]
فَلَمَّا جَاءتْهُمْ رُسُلُهُم بِالْبَيِّنَاتِ فَرِحُوا بِمَا عِندَهُم مِّنَ الْعِلْمِ وَحَاقَ بِهِم مَّا كَانُوا بِهِ يَسْتَهْزِؤُون
- Onlara göndərilən elçilər açıq-aşkar dəlillər/möcüzələr gətirdikdə, özlərində olan biliklə öyündülər.[114] İstehza etdikləri şey onları bürüdü.[115]
فَلَمَّا رَأَوْا بَأْسَنَا قَالُوا آمَنَّا بِاللَّهِ وَحْدَهُ وَكَفَرْنَا بِمَا كُنَّا بِهِ مُشْرِكِينَ
- Anidən gələn əzabımızı gördükləri zaman belə dedilər: “Allahın tək (ilah) olduğuna iman gətirdik və Ona şərik qoşduqlarımızı da tanımırıq!”
فَلَمْ يَكُ يَنفَعُهُمْ إِيمَانُهُمْ لَمَّا رَأَوْا بَأْسَنَا سُنَّتَ اللَّهِ الَّتِي قَدْ خَلَتْ فِي عِبَادِهِ وَخَسِرَ هُنَالِكَ الْكَافِرُونَ
- Ancaq anidən gələn əzabımızı gördükləri anda iman etmələrinin onlara bir faydası olmadı.[116] Bu, Allahın bəndələri haqqında əzəldən qüvvədə olan sünnəti/qanunudur.[117] Kafirlər bax orada ziyana uğrayarlar.[118]
[1] Bunlara “hurufu muqatta”, yəni tək-tək oxunan hərflər deyilir. Bunların Nəbimizdən soruşulmaması, onların bilinən bir mənası olduğunu göstərir. Yoxsa müşriklər bunu dillərinə dolayar, Nəbimizi hər zaman rahatsız edərdilər. Bu hərflərlə əlaqəli suallar, İslamın Ərəbistan yarımadası xaricinə yayılmasından sonra başlamışdır. Türkcədə belə bir ifadə tərzi yoxdur. Bu hərflərlə başlayan 29 surədən 25-ində Qurana, dördündə də mühüm bir mövzuya diqqət çəkməsi, onların diqqətlərini cəlb etmək üçün işlədildiyi başa düşülür (Doğrusunu Allah bilir).
[2] Tə-ha 20/4, Şuəra 26/192-193, Səcdə 32/2, Zumər 39/1, Fussilət 41/2, 42, Casiyə 45/2, Əhqaf 46/2, Vaqiə, 56/80, Haqqa 69/43.
[3] Günah nə olursa olsun, ölüm gəlməzdən əvvəl tərk edilərsə və tövbə edilərsə və insan doğru yola qayıtsa, Allah həm onun günahını bağışlayar, həm də ona lütf edər (Ali-İmran 3/135-136, Nisa 4/17, 48, 116, Əraf 7/153, Nəhl 16/119, Tə-ha 20/82, Furqan 25/68-71, Zumər 39/53).
[4] “Şədid” “möhkəm bağlı” deməkdir. Allah verəcəyi cəzanı bəndənin cinayəti ilə əlaqələndirmişdir. Şiddət, törədilən cinayətin cəzasının artırılmasından irəli gəlir (Ənam 6/160, Nəhl 16/126).
[5] Bax: Mumin 40/35, 56, 69-70; Şura 42/35. Ərəb dilində “mücadilə” (مجادلة) qalib gəlmək üçün yarışmaq və ya rəqib olmaq deməkdir (Mufradat). Kafir iman gətirdikdən sonra ayələri görməzdən gələn kəsdir (Ali-İmran 3/106). Belə bir insanın Allahın ayələri ilə bağlı apardığı mübarizə onları anlamaq üçün deyil, onların etibarsızlığını sübut etmək üçündür (Bəqərə 2/159, Ali-İmran 3/86-87, Nəml 27/14).
[6] Ali İmran 3/196.
[7] Eyni şey Muhəmməd əleyhissəlamın da başına gəlmiş (Ənfal 8/30).
[8] Kəhf 18/56.
[9] Rad 13/32; Həcc 22/42-44, 48; Sad 38/12-14; Qaf 50/12-14.
[10] Yunus 10/33, 96–97, Yasin 36/7.
[11] Ənbiya 21/19-20, Zümər 39/75, Haqqa 69/17.
[12] Ənam 6/80; Əraf 7/89,156; Tə-ha 20/98.
[13] Şura 42/5.
[14] Tövbə 9/72, Rad 13/22-24, Məryəm 19/60-61.
[15] Cənnətə girməyə layiq olanlar, Allaha şərik qoşmaq günahından uzaq duranlardır (Tur 52:21).
[16] Ənam 6/16.
[17] İman gətirmək dəvətini rədd edən kafirlərə dair bax: İbrahim 14/9, Qasas 28/48, Sad 38/4-8, Nuh 71/5-7, 21-27.
[18] İnsan, bədən və ruhdan ibarət iki nəfsdən yaranmışdır. Ruh, ana rəhmində uşağın vucuddakı orqanları tamamlandıqdan sonra həmin uşağın bədəninə yüklənir. Eyni ilə kompyuterin prodüser sisteminin yüklənməsi kimi yüklənir (Əraf 7/179, Möminun 23/14 ). Bu ruh insana eşitməyin yanında qulaq asmaq, baxmağın yanında bəsirət, ürəyin yanında könülə/qərar vermə qabiliyyəti qazandırır. Beləliklə imtahan edilən bir varlıq halına gəlir. Ruh, kompyuterin mexaniki sistemi kimi bütün məlumatları qoruyur. Ruh bədəndən iki şəkildə ayrılır: bir yuxuda, bir də ölüm zamanı. Yatan insanın ruhu oyandıqda geri qayıdır; Ölənin ruhu isə axirətdə dirildikdə geri qayıdır (Təkvir 81/7). Dirilmiş insan sanki yuxudan oyanmış kimi hiss edir (Yasin 36/52). Çünki onun baxış bucağından ölümlə dirilmə arasındakı vaxt bir göz qırpımı qədər, hətta daha da qısadır (Nəhl 16:77).
[19] Mülk 67/11.
[20] Maidə 5/37, Həcc 22/22, Müminun 23/107-108, Səcdə 32/20, Fatır 35/37.
[21] İsra 17/46, Zümər 39/45.
[22] Nəml 27/93, Mümin 40/81, Fussilət 41/53.
[23] Yunus 10/59, Səbə 34/24, Zariyat 51/22.
[24] Zikr, əlaqələri ilə birlikdə düşünülüb öyrənilən doğru biliyi istifadəyə hazır tutmaq, ağla gətirmək və ya söyləməkdir (Mufrədat). Doğru biliyin mənbəyi, Allahın ayələridir. Allahın ayələri isə iki cürdür; Allahın yaratdığı ayələr (təbiət) və nazil etdiyi ayələr (Quran). Hər ikisindən əldə edilən doğru bilik zikirdir (Ənbiya 21/24, Ənam 6/80). İnsanı ancaq bu bilik rahatladır (Rad 13/28). Allahı zikr etmək; onu, kitabını və yaratdığı ayələri diqqətə almaq, ağıldan çıxarmamaq və onların üzərində düşünməkdir. İnsan bunlardan bildiyi qədəriylə məsuliyyət daşıyır (Bəqərə 2/209).
[25] Əgər bir dinə Allahdan başqasının sözləri və hökmləri əlavə olunarsa, o, Allahın dini olmaqdan çıxar (Hud 11/1-2).
[26] Əraf 7/29, Mümin 40/65.
[27] Bu ayədə bəhs edilən “Ruh” Allahın əmrlərini ehtiva edən ayələr toplusu olan kitaba aiddir (Nəhl 16/2, İsra 17/85-86). Kitab həm Allahın peyğəmbərlərinə (Ali-İmran 3/81), həm də onlara inananlara verilmişdir. Ona inananların vəzifəsi kitabı heç nəyi gizlətmədən bütün insanlara aydın və aydın şəkildə izah etməkdir (Ali-İmran 3/187).
[28] “Şaə” ( شاء ) feili “bir şey etmək” mənasındakı şey ( شيء) məsdərindən törəmişdir. Allahın bir şey etməsi o şeyi var etməsi, insanın bir şey etməsi də o şey üçün lazım olan səyi göstərməsidir (“Mufrədat”). Allah, hər şeyi bir ölçüyə görə var edər (Qəmər 54/49, Rad 13/48). Allah hər kəsin doğru yolda olmasını istəyər (Nisa 4/26) amma təkcə doğru işlər görəni doğru yolda sayar (Nur 24/46). Buna görə “şaə” feilinin icraçısı bəndə olarsa “seçib etdi”, Allah olarsa, “seçib yaratdı” mənasına gəlir. Allah, insanlara seçimlərinə görə davranma hürriyyəti verməsəydi, heç kimsə yanlış bir iş görə bilməz və imtahan deyə də bir şey olmazdı (Nəhl 16/93, Yunus 10/99). Yanlış bir qədər anlayışını İslama yerləşdirmək istəyənlər, böyük bir təhrifə yol verərək şaə ( شاء ) feilinə hər yerdə iradə yəni “istəmək və diləmək” mənasını vermiş və bunu təfsirlərə hətta sözlüklərə belə yerləşdirərək, bir çox ayənin məalını pozmuşlar.
[29] İbrahim 14/21, 48; Yasin 36/32, 53.
[30] Haqqa 69/18.
[31] Ənam 6/73, Həcc 22/56, Furqan 25/26, İnfitar 82/19.
[32] Bəqərə 2/281, Ali İmran 3/25, Nisa 4/40, Nahl 16/111, Ənbiya 21/47, Yasin 36/54.
[33] İbrahim 14/44, Məryəm 19/39, Nəcm 53/57-58.
[34] Bəqərə 2/48, Ənam 6/51, 70, Şuara 26/100-101, Haqqa 69/35.
[35] Ali İmran 3/5, 29, Maidə 5/99, İbrahim 14/38, Əhzab 33/54.
[36] Nəml 27/78.
[37] Fəcr 89/6-14.
[38] Yusif 12/109, Rum 30/9, Fatır 35/44, Mümin 40/82, Muhamməd 47/10.
[39] Əraf 7/101, Tövbə 9/70, Yunus 10/13, İbrahim 14/9, Fatır 35/25-26, Təğabun 64/5-6.
[40] Hud 11/96, İbrahim 14/5, Müminun 23/45, Zuxruf 43/46.
[41] Əraf 7/103, Yunus 10/75, Müminun 23/45-46, Hud 11/96-97, Zariyat 51/38-39.
[42] Bəqərə 2/49, Əraf 7/127, 141, İbrahim 14/6, Qasas 28/4.
[43] Əraf 7/127, Tə-ha 20/63, Şuara 26/34-35.
[44] Duhan 44/20.
[45] Hud 11/97.
[46] Furqan 25/37-39, Sad 38/12-14, Fussilət 41/13-17, Qaf 50/12-14, Nəcm 53/51-54, Haqqa 69/4-8.
[47] Fussilət 41/46.
[48] Əraf 7/186, Şura 42/44-46.
[49] Mü’min 40/4, 56, 69-70, Şura 42/35.
[50] Bu vəziyyət, insan tövbə edib özünü düzəldənə qədər davam edir (Nisa 4/17-18, Furkan 25/68-71).
[51] Tanrılara çatmaq üçün hündür tikililərə dırmaşmaq mifi Misirdə və Mesopotamiyada geniş yayılmışdı. Fironun belə bir möhtəşəm layihəni həvalə edəcəyi şəxs həm tanrılar haqqında teoloji biliyə, həm də belə bir layihəni həyata keçirmək üçün təcrübəyə və məsuliyyətə ehtiyac duyurdu. Misir tarixində tikinti işlərinə cavabdeh olan ən yüksək səlahiyyətli şəxs Amonun baş kahini olduğu bildirilir (S. M. Syed, “Historicity Of Haman As Mentioned In The Qur’an”, Islamic Quarterly, 1980, cild 24, № 1 və 2, səh. 52-54). Həmçinin, Hamanın şəxsi addan daha çox Amon kultunun kahinlərinə verilən bir titul olduğu da ehtimal olunur (DİA, Haman). Buna görə, Haman adı Amonun kahinləri tərəfindən istifadə edilən Ha-Amen titulunun ərəbləşdirilmiş formasıdır (Məhəmməd Əsəd, Quranın mesajı, Qəsəs 28/4-cü dipnotu).
[52] Qasas 28/38.
[53] Ənam 6/32, Rad 13/26, Qasas 28/60, Ənkəbut 29/64, Şura 42/36, Hədid 57/20.
[54] Nisa 4/124, Ənam 6/160, Nəhl 16/97, Nəml 27/89-90, Qasas 28/84, Rum 30/44, Fussilət 41/46, Casiyə 45/15.
[55] Allah dinini təbliğ edən bəndələrini çox vaxtı qoruyur.
[56] Bu ayə, Firon xanədanından birinin Musaya (əleyhissalam) iman gətirdiyini görəndə nə qədər aciz olduqlarını göstərən məcazi bir ifadədir. Öz evində yetişdirdiyi Musanın müxalifəti, Firon və sehrbazlarını qövmünün qarşısında rüsvay etməsi, quraqlıq illəri və möcüzəvi cəzalar səbəbindən cəhənnəmə çevrildi (Əraf 7:130-133). Onlar elə bir vəziyyətdə idilər ki, Musadan (əleyhissalam) kömək diləməyə getdilər (Əraf 7/134). Onların yaşadıqları bu əzab əvvəlki ayədə qeyd olunan “pis əzabı” izah edir. Peyğəmbərlərinə qarşı çıxan bütün kafirlər bu çətinliyi bu dünyada yaşayırlar (Ənam 6/155-157, Nəml 27:4-5). Bu ayə qəbir əzabına dəlil kimi istifadə olunur. Lakin ölümlə dirilmə arasındakı vaxt insan baxımından bir göz qırpımı kimi, hətta daha qısadır. Heç kim aradan keçən müddətin fərqində olmaz (Nəhl 16/77, Kamer 54/50). Firon kimi kafirlər dirildildikdə deyəcəklər: “Vay halımıza! Bizi qəflət yuxusundan kim qaldırdı?” (Yasin 36/52). Əgər onlar qəbirdə əzab çəkirdilərsə, qalxdıqları zaman qurtuluşlarına sevinməlidirlər. Buna görə də, bu ayə qəbir əzabı üçün dəlil kimi istifadə edilə bilməz.
[57] “Şədid” “möhkəm bağlı” deməkdir. Allah verəcəyi cəzanı bəndənin cinayəti ilə əlaqələndirmişdir. Şiddət, törədilən cinayətin cəzasının artırılmasından irəli gəlir (Ənam 6/160, Nəhl 16/126).
[58] İbrahim 14/21, Səbə 34/31–33, Saffat 37/27–32, Sad 38/59-64.
[59] Əraf 7/38, Saffat 37/33, Zuxruf 43/39.
[60] Bəqərə 2/161-162, Ali İmran 3/86-88, Nəhl 16/85, Fatır 35/36.
[61] Ənam 6/130, Zümər 39/71, Mülk 67/6-11.
[62] “Mömin” surəsinin 40:47-50-ci ayələrində cəhənnəmə düşənlərin əvvəlcə dünyada böyük hesab etdikləri insanlardan, sonra isə cəhənnəm keşikçilərindən kömək istədikləri görülür. Başqa sözlə, dünyada özləri ilə Allah arasında vasitəçi qoyaraq şirk edənlər bu davranışı davam etdirərək birbaşa Allahdan istəmək əvəzinə vasitəçilər axtarırlar.
[63] Yunus 10/103, Həcc 22/40, Rum 30/47.
[64] Nahl 16/84, Rum 30/57, Casiyə 45/35, Təhrim 66/7, Mürsəlat 77/35-36.
[65] Rad 13/25.
[66] Bəqərə 2/53, Əraf 7/154, Müminun 23/49, Furqan 25/35, Qasas 28/43, Səcdə 32/23.
[67] Əraf 7/169-170.
[68] “Sağlam düşüncə sahibləri” anlamı verdiyimiz kəlmə “ulul-Əlbab” dır. Bax: Bəqərə 2/179-cu ayənin dipnotu.
[69] İsra 17/2.
[70] Nəhl 16/127, Rum 30/60, Ahqaf 46/35, Qələm 68/48.
[71] Muhammed 47/19.
[72] Tə-ha 20/130, Qaf 50/39-40, Tur 52/48.
[73] Mümin 40/4, 35, 69-70, Şura 42/35.
[74] Naziat 79/27-28.
[75] Ənam 6/50, Həcc 22/46, Fatır 35/19.
[76] Səcdə 32/18, Sad 38/28, Zümər 39/9, Casiyə 45/20-21, Haşr 59/20.
[77] Hicr 15/85, Həcc 22/7.
[78] Bəqərə 2/186, Furqan 25/77.
[79] Nisa 4/172.
[80] Yunus 10/67, İsra 17/12, Furqan 25/47, Nəml 27/86, Qasas 28/73, Nəbə 78/10-11.
[81] Nəml 27/73.
[82] Allah nazil etdiyi ayələrlə yaratdığı ayələr, yəni kainat arasındakı əlaqəyə diqqət çəkir (Ənam 6/95, 102; Zumər 39/6). Bu əlaqəni araşdırmaqla insanlar Kitabın haqq olduğunu anlayacaq və ona zidd olan yalanlarla yoldan çıxmayacaqlar.
[83] Ənam 6/32-33.
[84] Bəqərə 2/22, Nəml 27/61.
[85] Ali İmran 3/6, Təğabun 64/3, İnfitar 82/7-8.
[86] Əraf 7/54, Müminun 23/14.
[87] Bəqərə 2/255.
[88] “Heç bir şey qatmadan” deyə məal verdiyimiz kəlmə “Muxlis” kəlməsidir. “Muhlis” ixlaslı, səmimi insan deməkdir. Lüğətdə “İxlas” bir şeyi çirk və bulanıqlıqdan təmizləmək, saflaşdırmaq, onu təmiz və qatqısız etmək deməkdir. Quranda bu söz, dinini yalnız Allaha həsr edən, yəni Allahın dininə heç nə əlavə etmədən ürəkdən təslim olan, ikiüzlülükdən və şirkdən uzaq olan səmimi insanların ortaq xüsusiyyətini təsvir etmək üçün istifadə olunur.
[89] Əraf 7/29, Mümin 40/14.
[90] Heç kim Allahın varlığına və birliyinə şübhə etmir (Əraf 7/172-174). İlah hesab edilənlər, Allahla Onun arasında yerləşdirilən vasitəçilərdir. Hamı bilir ki, bütlər tanrı ola bilməz (Ənkəbut 29/16-25). “…bilərək Allah kimi varlıqlar uydurmayın” (Bəqərə 2/22) ayəsi, bilmədən edilən Allaha şərik qoşmaq günahının bağışlanacağını göstərir (Ənfal 8:27).
[91] Ənam 6/14, 162-163, Yunus 10/104, Nəml 27/91, Zümər 39/11-12.
[92] Bax: Ənam 6/2-ci ayənin dipnotu.
[93] Həcc 22/5, Muminûn 23/12–16, Rum 30/54, Fatır 35/11, Zümər 39/6, Qiyamət 75/37–40.
[94] Bəqərə 9/116, Yunus 10/56, Müminun 23/80, Duhan 44/8, Hədid 57/2.
[95] Bəqərə 2/117, Nəhl 16/40, Yasin 36/82. Bu ayə “Ol deyir, o da olur” kimi tərcümə olunur. Allah hər şeyi müəyyən bir ölçüyə görə yaratdığı üçün (Qəmər 54/49), yalnız bu əmrlə əmələ gəlmə başlayır. Məsələn, Allah bir uşağın doğulmasını istədiyi zaman, mayalanmadan əvvəl əmr verir və uşaq əmələ gəlməyə başlayır (Ali-İmran 3/59, Məryəm 19/35, İnsan 76/1-2).
[96] Mümin 40/4, 35, 56; Şura 42/35.
[97] Bəqərə 2/39, Maidə 5/10, 86, Həcc 22/57, Rum 30/16, Təğabun 64/10.
[98] Rad 13/5, İbrahim 14/49, Səbə 34/33, Haqqa 69/30-32, İnsan 76/4.
[99] Vaqiə 56/42, 93-94.
[100] Ənam 6/22, Nahl 16/27, Qasas 28/74, Fussilət 41/47.
[101] Bəqərə 2/165-167, Ənam 6/23-24, Hud 11/21, Nəhl 16/87, Kəhf 18/52, Qasas 28/75.
[102] Kafirlər özləri ilə Allah arasına qoyduqları varlıqların heç bir gücə malik olmadığını bilirlər, lakin onlardan kömək istəməyə davam edirlər. Sonra Allah onları günahlarını etiraf etməyə məcbur edir.
[103] Ali İmran 3/188, Mümin 40/83.
[104] Nəhl 16/29, Zümer 39/72.
[105] Mümin 40/55.
[107] Nisa 4/164.
[108] Rad 13/38.
[109] Ənam 6/58.
[110] Ənam 6/143-144.
[111] Nəhl 16/5–7, Müminun 23/21–22, Yasin 36/71-73, Zuxruf 43/12–13.
[112] Bəqərə 2/164, Nahl 16/83, Ənbiya 21/37, Nəml 27/93, Fussilət 41/53.
[113] Yusuf 12/109, Rum 30/9, Fatır 35/44, Mümin 40/21, Muhamməd 47/10, Fəcr 89/6-13
[114] Mümin 40/75.
[115] Ənam 6/10, Hud 11/8, Nəhl 16/34, Zümər 39/48, Casiyə 45/33.
[116] Bunun bir misalı Firondur (Yunus 10/90-91).
[117] Sünnə, peyğəmbərlər də daxil olmaqla, bütün möminlərin riayət etməli olduğu dəyişməz qaydaların tətbiq olunduğu əsas yoldur. Bu yolu tutmayanlar isə itiriləcəklər. Sünnə sözü, Allahın Öz qanunlarını fərdlərə və cəmiyyətlərə tətbiq etməsi ilə əlaqədar olaraq da istifadə olunur (Ali-İmran 3/137, Ənfal 8/38, Hicr 15/13, İsra 17/76-77, Kəhf 18/55, Əhzab 33/38, 62; Fatir 35/43, Mömin 40/85, Fəth 48/23). Millətlərin riayət etməli olduğu bütün qaydalar Şəriət adlanır. Şəriətdə, “şıra” adlanan və bir sınaq olaraq hər hansı bir millətə müəyyən qaydalar qoyulsa da (Maidə 5/48), əsas qaydalar dəyişməzdir (Şura 42/13). Buna görə də, Allahın Adəm əleyhissəlamdan bəri riayət edilməsini əmr etdiyi din İslam adlanır (Ali-İmran 3/19, 83; Maidə 5/3).
[118] Nisa 4/17-18, Ənam 6/158, Yunus 10/51, Müminun 23/99-100, Səcdə 32/28-29, Səbə 34/51-53, Sad 38/3.




