
Zümər surəsi 75 ayədən ibarətdir. 71 və 72-ci ayələrdə keçən zümər sözü, “zümrələr, qruplar” anlamına gəlir.
بسم الله الرحمن الرحيم
Mərhəmətli, Rəhmli Allahın adıyla!
تَنزِيلُ الْكِتَابِ مِنَ اللَّهِ الْعَزِيزِ الْحَكِيمِ
- Bu kitabın nazil olması Əziz, hökm/hikmət sahibi Allah tərəfindəndir.[1]
إِنَّا أَنزَلْنَا إِلَيْكَ الْكِتَابَ بِالْحَقِّ فَاعْبُدِ اللَّهَ مُخْلِصًا لَّهُ الدِّينَ
- Biz kitabı sənə haqq olaraq nazil etdik.[2] Elə isə sən də Allahın dininə ixlaslı bir şəkildə/heç bir şey qatmadan[3] Ona qulluq et![4]
أَلَا لِلَّهِ الدِّينُ الْخَالِصُ وَالَّذِينَ اتَّخَذُوا مِن دُونِهِ أَوْلِيَاء مَا نَعْبُدُهُمْ إِلَّا لِيُقَرِّبُونَا إِلَى اللَّهِ زُلْفَى إِنَّ اللَّهَ يَحْكُمُ بَيْنَهُمْ فِي مَا هُمْ فِيهِ يَخْتَلِفُونَ إِنَّ اللَّهَ لَا يَهْدِي مَنْ هُوَ كَاذِبٌ كَفَّارٌ
- Bilin ki, xalis/saf din Allahın dinidir.[5] Allah ilə özləri arasına vəlilər[6] qoyanlar: “Biz onlara yalnız bizi Allaha yaxınlaşdırsınlar deyə qulluq edirik” – deyirlər.[7] Əlbəttə, Allah onların ixtilaf etdikləri, (xalis dindən) sapdıqları şeylər barəsində aralarında hökm verəcəkdir.[8] Allah yalancı, nankor kəsləri[9] doğru yola müvəffəq etməz!
لَوْ أَرَادَ اللَّهُ أَنْ يَتَّخِذَ وَلَدًا لَّاصْطَفَى مِمَّا يَخْلُقُ مَا يَشَاء سُبْحَانَهُ هُوَ اللَّهُ الْوَاحِدُ الْقَهَّارُ
- Əgər Allah övlad götürmək istəsəydi, əlbəttə yaratdıqlarından lazım gördüyünü seçərdi. O, belə nöqsan sifətlərdən uzaqdır.[10] O Allahdır, təkdir, hər şeyə qalib olandır.[11]
خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ بِالْحَقِّ يُكَوِّرُ اللَّيْلَ عَلَى النَّهَارِ وَيُكَوِّرُ النَّهَارَ عَلَى اللَّيْلِ وَسَخَّرَ الشَّمْسَ وَالْقَمَرَ كُلٌّ يَجْرِي لِأَجَلٍ مُسَمًّى أَلَا هُوَ الْعَزِيزُ الْغَفَّارُ
- (Allah) göyləri və yeri haqq olaraq (hikmətlə) yaratdı.[12] Gecəni gündüzün üstünə örtür, gündüzü də gecənin üstünə örtür.[13] Günəşi və Ayı da ram etmişdir. Bunların hər biri (öz orbitində)[14] müəyyən bir vaxta qədər axıb gedər.[15] Bilin ki, O Əzizdir, çox bağışlayandır.
خَلَقَكُم مِّن نَّفْسٍ وَاحِدَةٍ ثُمَّ جَعَلَ مِنْهَا زَوْجَهَا وَأَنزَلَ لَكُم مِّنْ الْأَنْعَامِ ثَمَانِيَةَ أَزْوَاجٍ يَخْلُقُكُمْ فِي بُطُونِ أُمَّهَاتِكُمْ خَلْقًا مِن بَعْدِ خَلْقٍ فِي ظُلُمَاتٍ ثَلَاثٍ ذَلِكُمُ اللَّهُ رَبُّكُمْ لَهُ الْمُلْكُ لَا إِلَهَ إِلَّا هُوَ فَأَنَّى تُصْرَفُونَ
- O, sizi bir tək nəfsdən (mayalanmış yumurtadan)[16]yaratmışdır. Sonra zövcünü də ondan (o nəfsdən) meydana gətirdi. Sizin üçün ənamdan səkkiz cüt (qoyun, keçi, inək və dəvədən erkək-dişi olmaqla) nazil etdi.[17] O, sizi analarınızın bətnində üç qaranlıq dövriyədən keçirərərk şəkildən şəklə gətirib yaratdı.[18] Allah budur sizin Rəbbiniz! Mülk və səlahiyyət yalnız Ona məxsusdur. Ondan başqa ilah yoxdur.[19] Elə isə necə olur ki, başqa tərəfə sovrulursunuz?![20]
إِن تَكْفُرُوا فَإِنَّ اللَّهَ غَنِيٌّ عَنكُمْ وَلَا يَرْضَى لِعِبَادِهِ الْكُفْرَ وَإِن تَشْكُرُوا يَرْضَهُ لَكُمْ وَلَا تَزِرُ وَازِرَةٌ وِزْرَ أُخْرَى ثُمَّ إِلَى رَبِّكُم مَّرْجِعُكُمْ فَيُنَبِّئُكُم بِمَا كُنتُمْ تَعْمَلُونَ إِنَّهُ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ
- Əgər kafirlik edərsəniz (bilin ki), Allahın sizə ehtiyacı yoxdur.[21] Amma bəndələrinin kafirlik etməsinə də razı olmaz. Əgər şükr etsəniz buna görə sizdən razı olar.[22] Heç bir günahkar başqa bir günahkarın yükünü daşımaz![23] Sonunda qayıdıb gələcəyiniz yer Rəbbinizin huzurudur. O da sizə etdiklərinizi xəbər verəcəkdir. Çünki O, sinələrdə olanı biləndir.
وَإِذَا مَسَّ الْإِنسَانَ ضُرٌّ دَعَا رَبَّهُ مُنِيبًا إِلَيْهِ ثُمَّ إِذَا خَوَّلَهُ نِعْمَةً مِّنْهُ نَسِيَ مَا كَانَ يَدْعُو إِلَيْهِ مِن قَبْلُ وَجَعَلَ لِلَّهِ أَندَادًا لِّيُضِلَّ عَن سَبِيلِهِ قُلْ تَمَتَّعْ بِكُفْرِكَ قَلِيلًا إِنَّكَ مِنْ أَصْحَابِ النَّارِ
- İnsana bir zərər toxunduğu zaman Rəbbinə yalvarıb yaxarır. Sonra Rəbbi ona öz qatından bir nemət bəxş edincə, daha əvvəl yalvarıb yaxardığı Rəbbini unudur. Allahın yolundan azdırmaq üçün Ona bənzər xüsusiyyətdə varlıqlar[24] De ki, kafirliyindən biraz daha faydalan![25] Şübhəsiz ki, sən atəşin sakinlərindənsən!”[26]
أَمَّنْ هُوَ قَانِتٌ آنَاء اللَّيْلِ سَاجِدًا وَقَائِمًا يَحْذَرُ الْآخِرَةَ وَيَرْجُو رَحْمَةَ رَبِّهِ قُلْ هَلْ يَسْتَوِي الَّذِينَ يَعْلَمُونَ وَالَّذِينَ لَايَعْلَمُونَ إِنَّمَا يَتَذَكَّرُ أُوْلُوا الْأَلْبَابِ
- (Eləsi mi) yoxsa axirət qorxusu daşıyan və Rəbbinin rəhmətini ümid edən, gecə vaxtlarında[27] səcdədə və qiyamda duraraq[28] könüldən boyun əyən kəsmi? De: “Bilənlərlə bilməyənlər eyni ola bilərmi?”[29] Həqiqətən də, doğru biliyə yalnız sağlam düşüncəli olanlar[30] yiyələnə bilərlər.
قُلْ يَا عِبَادِ الَّذِينَ آمَنُوا اتَّقُوا رَبَّكُمْ لِلَّذِينَ أَحْسَنُوا فِي هَذِهِ الدُّنْيَا حَسَنَةٌ وَأَرْضُ اللَّهِ وَاسِعَةٌ إِنَّمَا يُوَفَّى الصَّابِرُونَ أَجْرَهُم بِغَيْرِ حِسَابٍ
- De ki: “Ey inanıb güvənən bəndələrim, Rəbbinizdən çəkinib qorunun![31] Bu dünyada yaxşılıq edənlərə yaxşılıq vardır.[32] Allahın torpağı genişdir.[33] Əlbəttə ki, səbr edənlərə/dirayətli davrananlara mükafatları saysız-hesabsız veriləcəkdir.”[34]
قُلْ إِنِّي أُمِرْتُ أَنْ أَعْبُدَ اللَّهَ مُخْلِصًا لَّهُ الدِّينَ
- De ki: “Mənə Allahın dininə bir şey qatmadan Ona qulluq etməyim əmr olundu.[35]
وَأُمِرْتُ لِأَنْ أَكُونَ أَوَّلَ الْمُسْلِمِينَ
- Bir də (Allaha) təslim/müsəlman olanların ilki olmağım əmr olundu.”[36]
قُلْ إِنِّي أَخَافُ إِنْ عَصَيْتُ رَبِّي عَذَابَ يَوْمٍ عَظِيمٍ
- De ki: “Əgər Rəbbimə asi olsam, o əzəmətli günün əzabından qorxaram!”[37]
قُلِ اللَّهَ أَعْبُدُ مُخْلِصًا لَّهُ دِينِي
- De: “Mən dinimə bir şey qatmadan Allaha qulluq edirəm.[38]
فَاعْبُدُوا مَا شِئْتُم مِّن دُونِهِ قُلْ إِنَّ الْخَاسِرِينَ الَّذِينَ خَسِرُوا أَنفُسَهُمْ وَأَهْلِيهِمْ يَوْمَ الْقِيَامَةِ أَلَا ذَلِكَ هُوَ الْخُسْرَانُ الْمُبِينُ
- Siz də Allahdan başqasına/özünüzlə Allah arasına qoyduqlarınızdan hansına istərsəniz, ona qulluq edin!”[39] De ki: ““Şubhəsiz, ziyana uğrayanlar qiyamət/məzardan qalxma gunu ozlərini və ailələrini ziyana salanlardır. Bilin ki, açıq-aşkar ziyan bax budur!”[40]
لَهُم مِّن فَوْقِهِمْ ظُلَلٌ مِّنَ النَّارِ وَمِن تَحْتِهِمْ ظُلَلٌ ذَلِكَ يُخَوِّفُ اللَّهُ بِهِ عِبَادَهُ يَا عِبَادِ فَاتَّقُونِ
- Onların həm üstlərində atəşdən kölgələr vardır həm də altlarında.[41] Allah Öz bəndələrini bununla qorxudur. Ey bəndələrim! Mənə qarşı çıxmaqdan çəkinib qorunun![42]
وَالَّذِينَ اجْتَنَبُوا الطَّاغُوتَ أَن يَعْبُدُوهَا وَأَنَابُوا إِلَى اللَّهِ لَهُمُ الْبُشْرَى فَبَشِّرْ عِبَادِ
- Tağuta[43] qulluq etməkdən çəkinənlərə və Allaha yönələnlərə gəlincə, onlar üçün müjdə vardır. Bəndələrimi müjdələ![44]
الَّذِينَ يَسْتَمِعُونَ الْقَوْلَ فَيَتَّبِعُونَ أَحْسَنَهُ أُوْلَئِكَ الَّذِينَ هَدَاهُمُ اللَّهُ وَأُوْلَئِكَ هُمْ أُوْلُوا الْأَلْبَابِ
- O kəslər ki, sözə qulaq asıb onun ən yaxşısına tabe olurlar.[45] Onlar, Allahın doğru yola yönəltidiyi şəxslərdir. Elə onlar, sağlam düşüncəyə sahib olanlardır.[46]
أَفَمَنْ حَقَّ عَلَيْهِ كَلِمَةُ الْعَذَابِ أَفَأَنتَ تُنقِذُ مَن فِي النَّارِ
- Üzərinə əzab sözü haqq olanlar onlarla bir olarmı?[47] Atəşdə olan bir kimsəni sənmi xilas edəcəksən?!
لَكِنِ الَّذِينَ اتَّقَوْا رَبَّهُمْ لَهُمْ غُرَفٌ مِّن فَوْقِهَا غُرَفٌ مَّبْنِيَّةٌ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ وَعْدَ اللَّهِ لَا يُخْلِفُ اللَّهُ الْمِيعَادَ
- Rəbbinə qarşı çıxmaqdan çəkinib qorunanlar üçün isə (cənnətdə) köşklər vardır. Onların üstündə altından çaylar axan başqa köşklər də vardır. Bunu Allah vəd etmişdir. Allah vədindən dönməz![48]
أَلَمْ تَرَ أَنَّ اللَّهَ أَنزَلَ مِنَ السَّمَاء مَاء فَسَلَكَهُ يَنَابِيعَ فِي الْأَرْضِ ثُمَّ يُخْرِجُ بِهِ زَرْعًا مُّخْتَلِفًا أَلْوَانُهُ ثُمَّ يَهِيجُ فَتَرَاهُ مُصْفَرًّا ثُمَّ يَجْعَلُهُ حُطَامًا إِنَّ فِي ذَلِكَ لَذِكْرَى لِأُوْلِي الْأَلْبَابِ
- Məgər Allahın göydən su endirib yerdəki mənbələrə axıtdığını, sonra onunla müxtəlif növ əkin məhsulları çıxartdığını görmədinmi?[49] Sonra o məhsul quruyar, sən də onu saralmış bir halda görərsən. Sonra da (Allah) onu çör-çöpə döndərir. Şübhəsiz ki, bunda sağlam düşüncəyə sahib olanlar üçün doğru bilgilər vardır.
أَفَمَن شَرَحَ اللَّهُ صَدْرَهُ لِلْإِسْلَامِ فَهُوَ عَلَى نُورٍ مِّن رَّبِّهِ فَوَيْلٌ لِّلْقَاسِيَةِ قُلُوبُهُم مِّن ذِكْرِ اللَّهِ أُوْلَئِكَ فِي ضَلَالٍ مُبِينٍ
- (Əzmi sayəsində)[50] Allahın könlünü İslama açdığı və beləliklə Rəbbindən gələn bir nur üzrə olan (qəlbi qaralmış bir kimsə) kimi olarmı?[51] Allahın zikrinə/kitabına[52] qarşı qəlbləri qatılaşıb qaralanların[53] vay halına! Onlar açıq-aşkar bir zəlalət içindədirlər.[54]
اللَّهُ نَزَّلَ أَحْسَنَ الْحَدِيثِ كِتَابًا مُّتَشَابِهًا مَّثَانِيَ تَقْشَعِرُّ مِنْهُ جُلُودُ الَّذِينَ يَخْشَوْنَ رَبَّهُمْ ثُمَّ تَلِينُ جُلُودُهُمْ وَقُلُوبُهُمْ إِلَى ذِكْرِ اللَّهِ ذَلِكَ هُدَى اللَّهِ يَهْدِي بِهِ مَنْ يَشَاء وَمَن يُضْلِلْ اللَّهُ فَمَا لَهُ مِنْ هَادٍ
- Allah sözün ən gözəlini[55] (Quranı), bir-birinə bənzər, ikili qaydada[56] bir kitab olaraq endirmişdir. Rəbbindən çəkinənlərin bundan (kitabın bu xüsusiyyətindən) ötrü dəriləri ürpəşər. Sonra isə dəriləri və qəlbləri Allahın zikri/kitabı qarşısında (rahatlıq tapıb) yumşalar.[57] Bax bu (kitab) Allahın rəhbəridir. O, çalışan bəndələrini[58] bu rəhbərlə hidayətə/doğru yola çatdırır. Allahın yoldan çıxmış saydığını kimsə yola gətirə bilməz..[59]
أَفَمَن يَتَّقِي بِوَجْهِهِ سُوءَ الْعَذَابِ يَوْمَ الْقِيَامَةِ وَقِيلَ لِلظَّالِمِينَ ذُوقُوا مَا كُنتُمْ تَكْسِبُونَ
- Qiyamət günü üzünü o pis əzabdan qoruyan kimsə (zəlalətdə olan biri) kimidirmi? Zalımlara belə deyiləcəkdir: “İndi qazandıqlarınızı dadın!”[60]
كَذَّبَ الَّذِينَ مِن قَبْلِهِمْ فَأَتَاهُمْ الْعَذَابُ مِنْ حَيْثُ لَا يَشْعُرُونَ
- Onlardan əvvəlkilər də (elçiləri) yalanlamışdılar.[61] Sonunda əzab onlara heç gözləmədikləri bir yerdən gəldi.[62]
فَأَذَاقَهُمُ اللَّهُ الْخِزْيَ فِي الْحَيَاةِ الدُّنْيَا وَلَعَذَابُ الْآخِرَةِ أَكْبَرُ لَوْ كَانُوا يَعْلَمُونَ
- Beləliklə, Allah dünya həyatında onlara rüsvayçılığı daddırdı. Axirət əzabı isə, əlbəttə, daha böyük olacaqdır. Kaş bilsəydilər![63]
وَلَقَدْ ضَرَبْنَا لِلنَّاسِ فِي هَذَا الْقُرْآنِ مِن كُلِّ مَثَلٍ لَّعَلَّهُمْ يَتَذَكَّرُونَ
- Heç şübhəsiz, Biz bu Quranda insanlar üçün hər cür məsəllər çəkdik ki, bəlkə, doğru biliyə yiyələnirlər.[64]
قُرآنًا عَرَبِيًّا غَيْرَ ذِي عِوَجٍ لَّعَلَّهُمْ يَتَّقُونَ
- (Bu məsəlləri) Ərəbcə və içində bir qüsur/əyrilik[65] olmayan quran/ayə kümələri[66] halında çəkdik, bəlkə, çəkinib qorunurlar.
ضَرَبَ اللَّهُ مَثَلًا رَّجُلًا فِيهِ شُرَكَاء مُتَشَاكِسُونَ وَرَجُلًا سَلَمًا لِّرَجُلٍ هَلْ يَسْتَوِيَانِ مَثَلًا الْحَمْدُ لِلَّهِ بَلْ أَكْثَرُهُمْ لَا يَعْلَمُونَ
- Allah, bir-biri ilə çəkişən bir neçə şəriyin altındakı bir adam ilə tək birinə bağlı olan bir adamı məsəl çəkir. Heç bu ikisinin halı eyni ola bilərmi? Həmd/hər cür tərif Allaha məxsusdur. Əfsus ki, insalnların əksəriyyəti bunu bilməz![67]
إِنَّكَ مَيِّتٌ وَإِنَّهُم مَّيِّتُونَ
- Şübhəsiz ki, sən də öləcəksən, onlar da öləcəklər![68]
ثُمَّ إِنَّكُمْ يَوْمَ الْقِيَامَةِ عِندَ رَبِّكُمْ تَخْتَصِمُونَ
- Sonra şübhəsiz qiyamət günü Rəbbinizin hüzurunda bir-birinizlə çəkişəcəksiniz.[69]
فَمَنْ أَظْلَمُ مِمَّن كَذَبَ عَلَى اللَّهِ وَكَذَّبَ بِالصِّدْقِ إِذْ جَاءهُ أَلَيْسَ فِي جَهَنَّمَ مَثْوًى لِّلْكَافِرِينَ
- Allaha qarşı yalan söyləyən və özünə doğrular gəldiyi zaman onu yalanlayandan daha zalım kim ola bilər? Kafirlər üçün cəhənnəmdə yermi yoxdur?![70]
وَالَّذِي جَاء بِالصِّدْقِ وَصَدَّقَ بِهِ أُوْلَئِكَ هُمُ الْمُتَّقُونَ
- Doğruları gətirən və onu təsdiq edənlər isə, bax onlar, əsl pislikdən çəkinib qorunanlardır.[71]
لَهُم مَّا يَشَاءونَ عِندَ رَبِّهِمْ ذَلِكَ جَزَاء الْمُحْسِنِينَ
- Onlar üçün Rəbbinin yanında arzu etdikləri hər şey vardır. Yaxşı işlər görənlərin mükafatı budur![72]
لِيُكَفِّرَ اللَّهُ عَنْهُمْ أَسْوَأَ الَّذِي عَمِلُوا وَيَجْزِيَهُمْ أَجْرَهُم بِأَحْسَنِ الَّذِي كَانُوا يَعْمَلُونَ
- Allah onların etdikləri ən pis əməllərin üstünü örtəcək və etdikləri əməllərin ən yaxşısı ilə onlara qarşılıq verəcəkdir.[73]
أَلَيْسَ اللَّهُ بِكَافٍ عَبْدَهُ وَيُخَوِّفُونَكَ بِالَّذِينَ مِن دُونِهِ وَمَن يُضْلِلِ اللَّهُ فَمَا لَهُ مِنْ هَادٍ
- Allah Öz bəndəsinə kifayət deyilmi?[74] Onlar səni Allah ilə öz aralarına qoyduqları ilə qorxudurlar. Allahın zəlalətdə gördüyünü kimsə doğru yola gətirə bilməz.[75]
وَمَن يَهْدِ اللَّهُ فَمَا لَهُ مِن مُّضِلٍّ أَلَيْسَ اللَّهُ بِعَزِيزٍ ذِي انتِقَامٍ
- Allahın zəlalətdə gördüyünü kimsə doğru yola gətirə bilməz.[76] Məgər Allah Əziz, intiqam sahibi deyilmi?
وَلَئِن سَأَلْتَهُم مَّنْ خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ لَيَقُولُنَّ اللَّهُ قُلْ أَفَرَأَيْتُم مَّا تَدْعُونَ مِن دُونِ اللَّهِ إِنْ أَرَادَنِيَ اللَّهُ بِضُرٍّ هَلْ هُنَّ كَاشِفَاتُ ضُرِّهِ أَوْ أَرَادَنِي بِرَحْمَةٍ هَلْ هُنَّ مُمْسِكَاتُ رَحْمَتِهِ قُلْ حَسْبِيَ اللَّهُ عَلَيْهِ يَتَوَكَّلُ الْمُتَوَكِّلُونَ
- Əgər onlardan: “Göyləri və yeri kim yaratmışdır?” – deyə soruşsan, onlar əlbəttə: “Allah!” – deyərlər.[77] De ki: “Allah ilə aranıza qoyduqlarınıza baxdınızmı? Əgər Allah mənə bir zərər vermək istəsə, onlar Onun bu zərərini ortadan qaldıra bilərmi? Yaxud Allah mənə mərhəmət etmək istəsə, onlar Onun mərhəmətinə mane ola bilərlərmi?”[78] De ki: “Allah mənə yetər! Təvəkkül edənlər, yalnız Ona təvəkkül edərlər/güvənib dayanırlar.”[79]
قُلْ يَا قَوْمِ اعْمَلُوا عَلَى مَكَانَتِكُمْ إِنِّي عَامِلٌ فَسَوْفَ تَعْلَمُونَ
- De ki: “Ey xalqım! Əlinizdən gələni edin. Mən də edirəm. Necə olsa irəlidə biləcəksiniz;[80]
مَن يَأْتِيهِ عَذَابٌ يُخْزِيهِ وَيَحِلُّ عَلَيْهِ عَذَابٌ مُّقِيمٌ
- Rüsvay edici əzabın kimə gələcəyini, qalıcı əzab kimin üzərinə çökəcəyini (biləcəksiniz).[81]
إِنَّا أَنزَلْنَا عَلَيْكَ الْكِتَابَ لِلنَّاسِ بِالْحَقِّ فَمَنِ اهْتَدَى فَلِنَفْسِهِ وَمَن ضَلَّ فَإِنَّمَا يَضِلُّ عَلَيْهَا وَمَا أَنتَ عَلَيْهِم بِوَكِيلٍ
- Bu kitabı insanlar üçün haqqı ehtiva edən bir şəkildə sənə nazil etdik.[82] Artıq kim doğru yola gələrsə, özü üçün gəlmiş olar. Kim də yoldan çıxarsa, öz əleyhinə çıxmış olar. Sən onların vəkili deyilsən.[83]
اللَّهُ يَتَوَفَّى الْأَنفُسَ حِينَ مَوْتِهَا وَالَّتِي لَمْ تَمُتْ فِي مَنَامِهَا فَيُمْسِكُ الَّتِي قَضَى عَلَيْهَا الْمَوْتَ وَيُرْسِلُ الْأُخْرَى إِلَى أَجَلٍ مُسَمًّى إِنَّ فِي ذَلِكَ لَآيَاتٍ لِّقَوْمٍ يَتَفَكَّرُونَ
- Allah nəfisləri/ruhları ölümü əsnasında vəfat etdirir/çəkib alar, ölməyənlərinkini də yuxularında alar.[84] Ölümünə hökm etdiyini tutub saxlayar, digərinkini isə müəyyən bir müddətə[85] qədər (bədənə) geri yollayar. Həqiqətən, bunda düşünən bir xalq üçün ayələr/dəlillər vardır.
أَمِ اتَّخَذُوا مِن دُونِ اللَّهِ شُفَعَاء قُلْ أَوَلَوْ كَانُوا لَا يَمْلِكُونَ شَيْئًا وَلَا يَعْقِلُونَ
- Yoxsa onlar Allah ilə aralarına girəcək şəfaətçilərmi tutdular? De ki: “Əgər onlar heç bir şeyə malik deyillərsə və ağıllarını da işlətmirlərsə onda necə?”[86]
قُل لِّلَّهِ الشَّفَاعَةُ جَمِيعًا لَّهُ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ ثُمَّ إِلَيْهِ تُرْجَعُونَ
- De ki: “Şəfaət[87] tamamilə Allaha məxsusdur! Göylərdə və yerdə bütün mülk/səlahiyyət Onundur![88] Sonra Onun huzuruna çıxarılacaqsınız.”
وَإِذَا ذُكِرَ اللَّهُ وَحْدَهُ اشْمَأَزَّتْ قُلُوبُ الَّذِينَ لَا يُؤْمِنُونَ بِالْآخِرَةِ وَإِذَا ذُكِرَ الَّذِينَ مِن دُونِهِ إِذَا هُمْ يَسْتَبْشِرُونَ
- Allah tək olaraq anıldığı zaman axirətə inanmayanların qəlbləri sıxılar.[89] Amma Onunla aralarına qoyduqları anıldığı zaman isə dərhal üzləri gülər.[90]
قُلِ اللَّهُمَّ فَاطِرَ السَّمَاوَاتِ وَالْأَرْضِ عَالِمَ الْغَيْبِ وَالشَّهَادَةِ أَنتَ تَحْكُمُ بَيْنَ عِبَادِكَ فِي مَا كَانُوا فِيهِ يَخْتَلِفُونَ
- De ki: “Göyləri və yeri fıtrata görə yaradan,[91] qeybi və şəhadəti (dərk edilən və edilməyəni) bilən Allahım! Bəndələrinin ixtilafa düşdükləri şeylər barəsində hökmü Sən verəcəksən!”[92]
وَلَوْ أَنَّ لِلَّذِينَ ظَلَمُوا مَا فِي الْأَرْضِ جَمِيعًا وَمِثْلَهُ مَعَهُ لَافْتَدَوْا بِهِ مِن سُوءِ الْعَذَابِ يَوْمَ الْقِيَامَةِ وَبَدَا لَهُم مِّنَ اللَّهِ مَا لَمْ يَكُونُوا يَحْتَسِبُونَ
- Yer üzündəki hər şey və üstəlik bir o qədəri də zalımların olsaydı, qiyamət günündə o pis əzabdan xilas olmaq üçün, əlbəttə, hamısını fidyə olaraq verərlər.[93] Çünki, o gün heç hesab etmədikləri şeylər Allah tərəfindən qarşılarına çıxarılmışdır.
وَبَدَا لَهُمْ سَيِّئَاتُ مَا كَسَبُوا وَحَاقَ بِهِم مَّا كَانُوا بِهِ يَسْتَهْزِئُون
- Qazandıqları şeylərin pislikləri qarşılarına çıxmış, istehza etdikləri şey (əzab) onları bürümüşdür.[94]
فَإِذَا مَسَّ الْإِنسَانَ ضُرٌّ دَعَانَا ثُمَّ إِذَا خَوَّلْنَاهُ نِعْمَةً مِّنَّا قَالَ إِنَّمَا أُوتِيتُهُ عَلَى عِلْمٍ بَلْ هِيَ فِتْنَةٌ وَلَكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ
- İnsana bir zərər toxunduğu zaman bizə yalvarıb yaxarır. Sonra qatımızdan ona bir nemət bəxş etdiyimiz zaman “Bu, mənə sadəcə biliyim sayəsində verildi!” – deyər.[95] Əksinə, o nemət bir fitnə/imtahandır,[96] lakin onların əksəriyyəti bunu bilməz![97]
قَدْ قَالَهَا الَّذِينَ مِن قَبْلِهِمْ فَمَا أَغْنَى عَنْهُم مَّا كَانُوا يَكْسِبُونَ
فَأَصَابَهُمْ سَيِّئَاتُ مَا كَسَبُوا وَالَّذِينَ ظَلَمُوا مِنْ هَؤُلَاء سَيُصِيبُهُمْ سَيِّئَاتُ مَا كَسَبُوا وَمَا هُم بِمُعْجِزِينَ
- Nəhayət, qazandıqları şeylərin pislikləri onları yaxaladı. Bunların zülm edənlərinin də qazandıqları şeylər başlarını yaxacaq. Onlar da ondan (əzabdan) yaxa qurtara bilməyəcəklər.[100]
أَوَلَمْ يَعْلَمُوا أَنَّ اللَّهَ يَبْسُطُ الرِّزْقَ لِمَن يَشَاء وَيَقْدِرُ إِنَّ فِي ذَلِكَ لَآيَاتٍ لِّقَوْمٍ يُؤْمِنُونَ
- Allahın lazım gördüyü kimsə üçün[101] ruzini genişlətdiyini də daraltdığını da bilmirlərmi? Əlbəttə, bunda inanıb güvənən bir xalq üçün ayələr/dəlillər vardır.[102]
قُلْ يَا عِبَادِيَ الَّذِينَ أَسْرَفُوا عَلَى أَنفُسِهِمْ لَا تَقْنَطُوا مِن رَّحْمَةِ اللَّهِ إِنَّ اللَّهَ يَغْفِرُ الذُّنُوبَ جَمِيعًا إِنَّهُ هُوَ الْغَفُورُ الرَّحِيمُ
- De ki: “Ey özlərinə qarşı həddi aşan bəndələrim! Allahın rəhmətindən ümidinizi kəsməyin! Allah bütün günahları bağışlayar. Çünki O, çox bağışlayandır, rəhmlidir.[103]
وَأَنِيبُوا إِلَى رَبِّكُمْ وَأَسْلِمُوا لَهُ مِن قَبْلِ أَن يَأْتِيَكُمُ الْعَذَابُ ثُمَّ لَا تُنصَرُونَ
- Əzab sizə gəlmədən öncə siz Rəbbinizə yönəlin və Ona təslim olun![104] Sonra sizə yardım edilməz.
وَاتَّبِعُوا أَحْسَنَ مَا أُنزِلَ إِلَيْكُم مِّن رَّبِّكُم مِّن قَبْلِ أَن يَأْتِيَكُمُ العَذَابُ بَغْتَةً وَأَنتُمْ لَا تَشْعُرُونَ
- O əzab siz fərqində olmadan, anidən başınıza gəlmədən öncə Rəbbinizdən sizə nazil edilənin ən gözəlinə (Qurana) tabe olun!”[105]
أَن تَقُولَ نَفْسٌ يَا حَسْرَتَى علَى مَا فَرَّطتُ فِي جَنبِ اللَّهِ وَإِن كُنتُ لَمِنَ السَّاخِرِينَ
- (Qiyamət günü) belə demədən öncə: “Allaha qarşı həddi aşdığım üçün vay halıma! Həqiqətən, mən (Allahın kitabyla) rişxənd edənlərdən idim.”[106]
أَوْ تَقُولَ لَوْ أَنَّ اللَّهَ هَدَانِي لَكُنتُ مِنَ الْمُتَّقِينَ
- Yaxud: “Allah məni doğru yola yönəltsəydi, mən də, əlbəttə, özünü pisliklərdən çəkindirib qorunanlardan olardım.[107]
أَوْ تَقُولَ حِينَ تَرَى الْعَذَابَ لَوْ أَنَّ لِي كَرَّةً فَأَكُونَ مِنَ الْمُحْسِنِينَ
- Yaxud əzabı gördüyü zaman: “Kaş təkrar dünyaya qayıda biləydim; yaxşı işlər görənlərdən olardım!” – demədən…[108]
بَلَى قَدْ جَاءتْكَ آيَاتِي فَكَذَّبْتَ بِهَا وَاسْتَكْبَرْتَ وَكُنتَ مِنَ الْكَافِرِينَ
- Xeyr, əsla! Əlbəttə, ayələrim sənə gəldi. Amma sən onları yalanladın, təkəbbürləndin və kafirlərdən oldun.[109]
وَيَوْمَ الْقِيَامَةِ تَرَى الَّذِينَ كَذَبُواْ عَلَى اللَّهِ وُجُوهُهُم مُّسْوَدَّةٌ أَلَيْسَ فِي جَهَنَّمَ مَثْوًى لِّلْمُتَكَبِّرِينَ
- Qiyamət günündə Allaha qarşı yalan söyləyənlərin üzlərini qapqara görəcəksən.[110]Təkəbbürlük göstərənlər üçün cəhənnəmdə yermi yoxdur?![111]
وَيُنَجِّي اللَّهُ الَّذِينَ اتَّقَوا بِمَفَازَتِهِمْ لَا يَمَسُّهُمُ السُّوءُ وَلَا هُمْ يَحْزَنُونَ
- Allah pislikdən çəkinib qorunanları isə uğurları səbəbi ilə xilas edəcəkdir. Onlara pislik toxunmaz və onlar məhzun da olmayacaqlar.[112]
اللَّهُ خَالِقُ كُلِّ شَيْءٍ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ وَكِيلٌ
- Allah hər şeyin yaradıcısıdır. O, hər şeyə vəkildir.[113]
لَهُ مَقَالِيدُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَالَّذِينَ كَفَرُوا بِآيَاتِ اللَّهِ أُوْلَئِكَ هُمُ الْخَاسِرُونَ
- Göylərin və yerin açarları Ondadır.[114] Allahın ayələrini görməzdən gələnlər, məhz onlar ziyana uğrayanlardır![115]
قُلْ أَفَغَيْرَ اللَّهِ تَأْمُرُونِّي أَعْبُدُ أَيُّهَا الْجَاهِلُونَ
- De ki: “Siz məndən, Allahdan başqasına qulluq etməyimi istəyirsiniz, ey cahillər![116]
وَلَقَدْ أُوحِيَ إِلَيْكَ وَإِلَى الَّذِينَ مِنْ قَبْلِكَ لَئِنْ أَشْرَكْتَ لَيَحْبَطَنَّ عَمَلُكَ وَلَتَكُونَنَّ مِنَ الْخَاسِرِينَ
- (Ey Muhamməd!) Sənə də, səndən öncəkilərə də belə vəhy olundu: “Əgər şərik qoşsan; etdiyin əməllər, heç şübhəsiz, puça çıxar və mütləq ziyana uğrayanlardan olarsan.[117]
بَلِ اللَّهَ فَاعْبُدْ وَكُن مِّ0نْ الشَّاكِرِينَ
- Əksinə, sən Allaha qulluq et və şükür edənlərdən ol!”[118]
وَمَا قَدَرُوا اللَّهَ حَقَّ قَدْرِهِ وَالْأَرْضُ جَمِيعًا قَبْضَتُهُ يَوْمَ الْقِيَامَةِ وَالسَّماوَاتُ مَطْوِيَّاتٌ بِيَمِينِهِ سُبْحَانَهُ وَتَعَالَى عَمَّا يُشْرِكُونَ
- Allahın qədrini layiqincə bilmədilər.[119] Qiyamət günü yer üzü bütövlükdə Onun ovucunda, göylər isə Onun əli ilə bükülmüş olacaqdır.[120] O, onların şərik qoşduqlarından uzaqdır və ucadır.
وَنُفِخَ فِي الصُّورِ فَصَعِقَ مَن فِي السَّمَاوَاتِ وَمَن فِي الْأَرْضِ إِلَّا مَن شَاء اللَّهُ ثُمَّ نُفِخَ فِيهِ أُخْرَى فَإِذَا هُم قِيَامٌ يَنظُرُونَ
- Sura üfürülər, Allahın lazım gördükləri xaric, göylərdə və yerdə kim varsa, dərhal yıxılıb öləcək. Sonra ona bir daha üfürülən kimi onlar (qəbirlərindən) qalxıb baxacaqlar.[121]
وَأَشْرَقَتِ الْأَرْضُ بِنُورِ رَبِّهَا وَوُضِعَ الْكِتَابُ وَجِيءَ بِالنَّبِيِّينَ وَالشُّهَدَاء وَقُضِيَ بَيْنَهُم بِالْحَقِّ وَهُمْ لَا يُظْلَمُونَ
- Yer üzü Rəbbinin nuru ilə aydınlanır.[122] Kitab (əməl dəftəri) ortaya qoyulur,[123] nəbilər və şahidlər gətirilir.[124] Aralarında haqqa uyğun qərar verilir. Heç kimə haqsızlıq edilməz![125]
وَوُفِّيَتْ كُلُّ نَفْسٍ مَّا عَمِلَتْ وَهُوَ أَعْلَمُ بِمَا يَفْعَلُونَ
- Hər kəsə etdiklərinin qarşılığı tam olaraq verilər.[126] Allah onların nə etdiklərini ən yaxşı biləndir!
وَسِيقَ الَّذِينَ كَفَرُوا إِلَى جَهَنَّمَ زُمَرًا حَتَّى إِذَا جَاؤُوهَا فُتِحَتْ أَبْوَابُهَا وَقَالَ لَهُمْ خَزَنَتُهَا أَلَمْ يَأْتِكُمْ رُسُلٌ مِّنكُمْ يَتْلُونَ عَلَيْكُمْ آيَاتِ رَبِّكُمْ وَيُنذِرُونَكُمْ لِقَاء يَوْمِكُمْ هَذَا قَالُوا بَلَى وَلَكِنْ حَقَّتْ كَلِمَةُ الْعَذَابِ عَلَى الْكَافِرِينَ
- Kafirlik edənlər zümrələr halında cəhənnəmə sövq edilirlər. Nəhayət, cəhənnəmə gəlib çatdıqları zaman qapılar açılar[127] və oranın gözətçiləri onlara belə deyərlər: “Sizə aranızdan Rəbbinizin ayələrini oxuyan və sizi belə bir günlə üzləşəcəyiniz barədə xəbərdar edən elçilər gəlmədimi?”[128] Onlar: “Bəli! Gəldi. Lakin, əzab sözü artıq kafirlər üzərinə haqq oldu.” – deyərlər.[129]
قِيلَ ادْخُلُوا أَبْوَابَ جَهَنَّمَ خَالِدِينَ فِيهَا فَبِئْسَ مَثْوَى الْمُتَكَبِّرِينَ
- Onlara: “Davamlı orada qalmaq üzrə cəhənnəmin qapılarından girin!” – deyilir. Təkəbbürlük göstərənlərin qalacaqları yer nə pisdir!”[130]
وَسِيقَ الَّذِينَ اتَّقَوْا رَبَّهُمْ إِلَى الْجَنَّةِ زُمَرًا حَتَّى إِذَا جَاؤُوهَا وَفُتِحَتْ أَبْوَابُهَا وَقَالَ لَهُمْ خَزَنَتُهَا سَلَامٌ عَلَيْكُمْ طِبْتُمْ فَادْخُلُوهَا خَالِدِينَ
- Rəbbinə qarşı çıxmaqdan çəkinib qorunanlar isə zümrələr halında cənnətə sövq edilirlər. Cənnətə gəlib çatdıqları zaman oranın qapıları açılar və oranın gözətçiləri onlara belə deyərlər: “Sizə salam olsun! (Siz əminamanlıq içində olacaqsınız). Xoş halınıza! Davamlı qalmaq üzrə girin içəriyə!”[131]
وَقَالُوا الْحَمْدُ لِلَّهِ الَّذِي صَدَقَنَا وَعْدَهُ وَأَوْرَثَنَا الْأَرْضَ نَتَبَوَّأُ مِنَ الْجَنَّةِ حَيْثُ نَشَاء فَنِعْمَ أَجْرُ الْعَامِلِينَ
- Cənnətliklər də belə deyərlər: “Həmd/Hər cür tərif bizə olan vədini gerçəkləşdirən və bizə bu yeri verən Allaha məxsusdur! Bu cənnətdə istədiyimiz yerə yerləşəcəyik.[132] Xeyirxah əməllər işləyənlərin mükafatı necə də gözəldir!”[133]
وَتَرَى الْمَلَائِكَةَ حَافِّينَ مِنْ حَوْلِ الْعَرْشِ يُسَبِّحُونَ بِحَمْدِ رَبِّهِمْ وَقُضِيَ بَيْنَهُم بِالْحَقِّ وَقِيلَ الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ
- (O Gün) Mələkləri, Rəbbini həmd-səna ilə ucaldaraq/boyun əyərək[134] Ərşin ətrafını əhatə edən halda görəcəksən. Artıq aralarında haqqa uyğun qərar verilmişdir. “Hər cür tərif Aləmlərin Rəbbi olan Allaha məxsusdur!”[135] – deyilir.
[1] Tə-ha 20/4, Şuəra 26/192–193, Səcdə 32/2, Mümin 40/2, Fussilət 41/2, 42, Casiyə 45/2, Əhqaf 46/2, Vaqiə 56/80, Haqqa 69/43.
[2] Ali İmran 3/3, Nisa 4/105, Maidə 5/48, İsra 17/105, Zümər 39/41, Şura 42/17.
[3] “Heç bir şey qatmadan” deyə məal verdiyimiz kəlmə “Muxlis” kəlməsidir. “Muhlis” ixlaslı, səmimi insan deməkdir. Lüğətdə “İxlas” bir şeyi çirk və bulanıqlıqdan təmizləmək, saflaşdırmaq, onu təmiz və qatqısız etmək deməkdir. Quranda bu söz, dinini yalnız Allaha həsr edən, yəni Allahın dininə heç nə əlavə etmədən ürəkdən təslim olan, ikiüzlülükdən və şirkdən uzaq olan səmimi insanların ortaq xüsusiyyətini təsvir etmək üçün istifadə olunur.
[4] Rad 13/36, Hicr 15/99, Məryəm 19/65, Zümər 39/11, 14, 66.
[5] Nahl 16/52, Rum 30/30. Allah dinini tamamlamışdır (Maidə 5/3); ona heç nə əlavə etmək və ya çıxarmaq olmaz. Allahdan başqalarının sözləri və hökmləri əlavə edilmiş bir din Allahın dini ola bilməz. Uca Allah Quran ayələrini bir-birini aydınlaşdıran şəkildə nazil etmişdir ki, Ondan başqa heç kimə ibadət edilməsin (Ənam 6/114) və bu izahları anlamaq üçün bir metod müəyyən etmişdir (Ali İmran 3/7, Əraf 7/52, Zümər 39/23, Fussilət 41/3) və bundan sapmaları qəbul etmir (Hud 11/1-2).
[6] “Vəli”, cəmi “əvliya, övliya”dır. Araya başqa heç bir şey girməyəcək şəkildə bir-birinə yaxın olan iki şeydən hər birinə deyilir. Buradan hərəkətlə qohumluq, köməklik və inanc yönündən ortaya çıxan yaxınlıq da məcaz olaraq bu kəlmə ilə ifadə edilir (Müfrədat). İnsana sinir hüceyrələrindən yaxın olan Allah, onun vəlisi yəni ən yaxınıdır (Kaf 50/16). Möminlər, “Allaha yaxındır, Allahın istəkli bəndəsidir” deyib, özləri ilə Allah arasına heç kimsəyi qoymadan, Allahdan istəyəcək şeyləri birbaşa Allahdan istəyər və təkcə Ona qulluq edərlər (Fatihə 1/4). Beləliklə, onlar Allahın vəlisi/övliyası, Allah da onların vəlisi olur (Bakara 2/257, Ali İmran 3/68, Yunus 10/62-63)
Ayələr açıq-aşkar olduğu halda təriqətçilər bir vəlayət məqamı icad ediblər və o məqama vəli/övliya və ya imam deyə qəbul etdikləri şəxsləri yerləşdirərək onları bir vəsilə/vasitəçi olaraq görürlər. Buna inananlar, Allahı ikinci sıraya qoymuş və tövbə etmədikləri təqdirdə əsla əfv edilməyəcək şirk günahına girmiş olurlar. (Bəqərə 2/257, Nisa 4/48,116, Əraf 7/3,30, Səcdə 32/4, Əhqaf 46/4-6).
[7] Yunus 10/18.
[8] Həcc 22/56, 68-69 Səcdə 32/25, Casiyə 45/17.
[9] Kafirlərin dəyişməz xüsusiyyəti yalançılıqdır, çünki onlar ayələri görüb başa düşdükdən və onların həqiqətinə inandıqdan sonra onları inkar edib gizlədənlərdir. (Bəqərə 2:39, Ali-İmran 3:86, Nəhl 16:104)
[10] Bəqərə 2/116, Yunus 10/68, Kəhf 18/4, Məryəm 19/88–93, Ənbiya 21/26, Saffat 37/151-152, Zuxruf 43/81-82.
[11] Rad 13/16, Sad 38/65.
[12] Allah göyləri, yeri və onların arasındakı hər şeyi, insanları və cinləri şiddətli bir sınaqdan keçirmək üçün yaratmışdır (Əhzab 39/2-nin dipnotuna baxın).
[13] Gecə və gündüz, Günəş və Ay kimi, orbitləri olan iki ayrı varlıqdır (Yasin 36/40). Kosmos qaranlıq olsa da, dünyanı işıqlandıran gündüzdür və günəş şüalarını işığa və istiliyə çevirir (Şəms 91/1-3). Gecənin mütləq qaranlıq olması vacib olmadığı üçün (İsra 17/12), qütb bölgələrində ağ gecələr olur. Hətta günəşsiz günlərdə belə, bu əraziləri işıqlandıran gündüzdür və üfüqün altından gələn günəş şüalarını işığa çevirir. Gecə, günəş işığı olmadığı zaman gündüz batır, lakin buludları ağ göstərir və zəif bir işıqlandırma yaradır. Bu işıqlandırma atmosfer işığı, səma işıqlandırması və ya gecə işığı adlanır. Bu ayə gecə və gündüzün Yer kürəsini 24 saat ərzində kürə kimi əhatə etdiyini göstərir. Yer kürəsinin kosmosdan çəkilmiş fotoşəkillərini araşdıranlar gecə ilə gündüzün bir-birini əhatə edən iki ayrı varlıq olduğunu da görə bilərlər.
[14] Yasin 36/40.
[15] Rad 13/2, Loğman 31/29, Fatır 35/13.
[16] Nəfs kəlməsi, həm bədən həm də ruh mənalarına gəlir (Zümər 39/42). Bu ayədəki nəfs, bədənin toxumunu göstərən mayalanmış yumurtadır. İlk yaradılan hz. Adəm daxil olmaqla bütün insanların əsli tərkibi bu iki maddədən əmələ gəlmişdir: Torpaq və su.
[17] Ənam 6/143-144. Dünya yeddi qat göyə bənzər şəkildə yaradılmışdır (Talaq 65/12). Buna görə də, insanların və digər canlıların yaşadığı yer dünyanın ən üst təbəqəsi, yeddinci təbəqəsidir.
[18] Kişinin sperması qadın reproduktiv orqanına/yumurtalığına yerləşdirildikdə, bir müddət qala biləcəyi yerdə, yəni müvəqqəti qapalı vəziyyətdə mayalanmış yumurtaya çevrilir (Muminun 23/12-13, Abese 80/18-20). Uşağın cinsi və digər xüsusiyyətləri bu zaman müəyyən edilir (Nəcm 53/45-46, Maide 5/32, Enbiya 21/35). Oradan, doğuşa qədər qala biləcəyi uşaqlıq divarına doğru hərəkət etdikcə yeni bir quruluşa çevrilir. Uşaqlıq divarına yapışdıqdan sonra körpənin əmələ gəlməsi başlayır. Beləliklə, insanın yaradılması bu üç qaranlıq yerdə baş verir. Ananın bədənində bir müddət qala biləcəyi iki qorunan yer var. Bunlardan biri mayalanmanı təmin edən uşaqlıq borularıdır (Muminun 23/12-13), digəri isə məlum bir müddət, yəni doğuşa qədər qalacaq uşaqlıqdır (Mürsəlat 77/20-22).
[19] Ənam 6/102, Fatır 35/13, Mümin 40/62-64.
[20] Yunus 10/32.
[21] İbrahim 14/8, Fatır 35/15.
[22] Bəqərə 2/152, Nisa 4/147, İbrahim 14/7, Nəml 27/40, Loğman 31/12.
[23] Ənam 6/164, İsra 17/15, Fatır 35/18, Nəcm 53/38.
[24] Əndad kəlməsi üçün baxın: Bəqərə 2/165.
[25] İnsanları Allah yolundan azdıranlar müxtəlif faydalar əldə etmək üçün dindən istifadə edirlər. Bunlar axirət nemətləri ilə müqayisədə kiçik və qısaömürlüdür (Ənam 6/44, Tövbə 9/34).
[26] Yunus 10/12, 21, Hud 11/9–10, Rum 30/33-34, Zümər 39/49, Fussilət 41/50–51.
[27] Tə-ha 20/130. Gecə üç əsas hissədən ibarətdir. Təxminən eyni uzunluqda olan birinci və üçüncü hissələr alaqaranlıqdır və aralarındakı hissə ilə ən uzun hissə gecənin ortasıdır (Müzzəmmil 73/20). Axşam alaqaranlığı iki hissədən ibarətdir. Birinci hissə məğrib namazının vaxtı, ikinci hissə isə işa namazının vaxtıdır. Sübh alaqaranlığı da iki hissəyə bölünür; birinci hissə yalançı sübh, yəni sübh və səhur vaxtı, ikinci hissə isə həqiqi sübh, yəni sübh namazının vaxtıdır. İşa namazının sonundan sübh namazının vaxtına qədər olan müddət Təhəccüd namazının vaxtıdır (İsra 17/78-79, Nur 24/58). Bu vaxt ərzində vacib namazlar qılınmır.
[28] Səcdə 32/16.
[29] Səcdə 32/18, Sad 38/28, Mümin 40/58, Casiyə 45/20-21, Mücadələ 58/11, Haşr 59/20.
[30] “Sağlam düşüncəli olanlar” anlamı verdiyimiz kəlmə “ulul-əlbab”dır. Baxın: Bəqərə 2/179-cu ayənin dipnotu.
[31] Həcc 22/1, Loğman 31/33, Zümər 39/16.
[32] Yunus 10/26, Rad 13/18, Nahl 16/30, Ənbiya 21/101, Nəcm 53/31–32, Hadid 57/10.
[33] Ənkəbud 29/56.
[34] Mümin 40/40.
[35] Zümər 39/2.
[36] Ənam 6/14, 162-163, Yunus 10/104, Nəml 27/91, Mümin 40/66.
[37] Ənam 6/15, Yunus 10/15.
[38] Zümər 39/2.
[39] Fussilət 41/40, Kafirun 109/1-6.
[40] Əraf 7/9, Müminun 23/103, Şura 42/45.
[41] Əraf 7/40-41, İbrahim 14/49-50, Ankəbud 29/55, Vaqiə 56/41-43.
[42] Zümər 39/10.
[43] Tağut, azğınlıqlarında həddini aşan insan və cin şeytanlarıdır. Onlar yalnız özləri azmaqla kifayətlənmirlər, həm də Quran ayələrini görməzdən gəlməklə və ya mənalarını təhrif etməklə başqalarının da azğınlaşmasına və yoldan çıxmasına səbəb olurlar (Bəqərə 2/256, 257; Nisa 4:51, 60, 76; Maidə 5/60; Nəhl 16/36).
[44] Bəqərə 2/25, Əhzab 33/47.
[45] Zümər 39/23, 55.
[46] “Sağlam düşüncəli olanlar” anlamı verdiyimiz kəlmə “ulul-əlbab”dır. Baxın: Bəqərə 2/179-cu ayənin dipnotu.
[47] Tövbə 9/80, Səcdə 32/18, Saffat 37/31, Zümər 39/71, Mümin 40/6.
[48] Nisa 4/122, Furqan 25/75, Ankəbut 29/58, Loğman 31/8-9, Səbə 34/37.
[49] Bəqərə 2/22, Ənam 6/99, İbrahim 14/32, Yunus 10/24, Nahl 16/10-11, Kəhf 18/45, Tə-ha 20/53, Həcc 22/63, Fatır 35/27, Hadid 57/20.
[50] Yunus 10/108, İsra 17/15, Loğman 31/12.
[51] Ənam 6/125.
[52] Hicr 15/9.
[53] İsra 17/82.
[54] Hadid 57/16.
[55] Zümər 39/18, 55.
[56] “Bir-birinə bənzər” mənasını verən söz “mütəşabih”, “ikili” mənasını verən söz isə “məsani”dir. Cüt quruluş muhkəm və mütəşabih ayələrdən ibarət olduğundan (Ali-İmran 3/7), bu sözlər Quranın xüsusiyyətini təsvir edir. Uca Allah Öz kitabını bu üsulla izah edir (Əraf 7/52, Hud 11/1-2, Fussilet 41/3).
[57] Ənfal 8/2, Həcc 22/35.
[58] “Şaə” ( شاء ) feili “çalışmaq, bir şey etmək” mənasındakı şey ( شيء) məsdərindən törəmişdir. Ətraflı məlumat üçün Bəqərə 20-ci ayənin 28-ci dipnotuna baxın.
[59] “Hadi” (هادي) sözü “doğru yola yönəltmək” mənasını verən “hidayet” (هداية) kökündən gəlir. “Hidayet” yolu yumşaq bir şəkildə göstərmək (Mufradat) deməkdir. Allahın hidayəti dörd növdür: Birincisi, O, varlığını, birliyini və hər şeyə yaxınlığını hər vasitə ilə nümayiş etdirir. Buna görə də, Allah yolunu azanları müxtəlif yollarla xəbərdar edir (Şəms 91/8-10, Ənam 6/125). O, Allahı əlçatmaz görmək və özü ilə Onun arasında vasitəçilər qoymaq şirk hesab edir və bu davranışı heç vaxt bağışlamır (Nisa 4/48, 115-117). İkincisi, O, xeyiri şərdən ayırd etmək qabiliyyəti verdiyi bəşəriyyəti həqiqəti tapmaqda istiqamətləndirir (Ənfal 8/29). Üçüncüsü, O, nazil etdiyi kitablar vasitəsilə rəhbərlik edir. Buna görə də, bu kitabların hər biri bir rəhbərdir (Bəkərə 2/2, 38). Dördüncü məna budur ki, O, düzgün seçim edən hər kəsi Öz yoluna qəbul edir və onların doğru yolda olduqlarını təsdiqləyir (İbrahim 14:4). Burada dördüncü mənadadır. Yəni, Allah onların doğru yolda olduqlarını təsdiqləməsə, heç kim onları doğru yolda hesab edə bilməz.
[60] Fussilət 41/40.
[61] Səbə 34/45, Fatır 35/25, Mülk 67/18.
[62] Nəhl 16/26.
[63] Rad 13/34, Tə-ha 20/127.
[64] İsra 17/89, Kəhf 18/54, Rum 30/58.
[65] “Əyrilik” mənasını verdiyimiz “İvec” (عوج) termini, diqqətlə diqqət yetirilmədikcə başa düşülməsi çətin olan bir əyrilikdir (Müfredat). Həqiqətə çox yaxın görünən məna təhrifləri bu cür əyriliklərdir. Quranda hər hansı “İvec” yoxdur (Əl-Kəhf 18/1); lakin insanlar Qurana uyğunlaşmaq əvəzinə, onu özlərinə uyğunlaşdırmaq üçün mənasını təhrif edə, yəni “İvec” edə bilərlər.
[66] Quran sözü, qara’a (قرأ) felinin məsdərindən törəmişdir ki, bu da qur (القُرْء) və ya qar (القرْء) deməkdir; mənası toplamaq və birləşdirməkdir. Həm məsdər, həm də bütövlük və topluluq bildirən isim kimi istifadə olunur. Allahın kitabının Quran adlandırılmasının səbəbi, onun Quranın bütün surələrini (fəsillərini) bir araya gətirməsidir (Lisanu’l-Ərəb). Ərəb dilində Quranın cəm forması (قُرْآنً) olmadığı üçün həm tək, həm də cəm formaları üçün istifadə olunur. Buna görə də, kontekstdən asılı olaraq, Quran (قُرْآن) sözü “Quranlar” mənasını da verə bilər. Daha ətraflı məlumat üçün baxın: Bəqərə surəsi 2:185 və onun qeydi.
[67] Nəhl 16/75-76 və Rum 30/28. Bu məsələ Müqəddəs Kitabda da belə təsvir olunur: “Heç kim iki ağaya qulluq edə bilməz. Ya birini sevəcək, digərindən nifrət edəcək, ya da birinə bağlı qalıb digərinə xor baxacaq. Siz həm Allaha, həm də pula qulluq edə bilməzsiniz” (Matta 6:24).
[68] Ali İmran 3/185, Ənbiya 21/34-35, Ənkəbut 29/57.
[69] İbrahim 14/21, Şuara 26/96 -102, Səbə 34/31-33, Saffat 37/27-32, Sad 38/64.
[70] Ənam 6/21, 93, Araf 7/37, Yunus 10/17, Hud 11/18, Ənkəbut 29/68.
[71] Leyl 92/5-7.
[72] Nahl 16/31, Ənbiya 21/102, Furkan 25/16, Yasin 36/57, Fussilət 41/31, Şura 42/22, Kaf 50/35.
[73] Ali İmran 3/195, Nisa 4/48, 116, Ənfal 8/29, Nahl 16/96–97, Kəhf 18/88, Ənkəbut 29/7, Təğabün 64/9.
[74] Bəqərə 2/137, Hicr 15/95.
[75] Bax: Zümər 23-cü ayənin dipnotu.
[76] Hicr 15/42, Nahl 16/99-100, İsra 17/65.
[77] Yunus 10/31, Muminun 23/84–89, Ənkəbut 29/61, Loğman 31/25, Zuxruf 43/9–10, 87.
[78] Ənam 6/17, Yunus 10/107.
[79] Yusuf 12/67, İbrahim 14/12.
[80] Ənam 6/135, Hud 11/121.
[81] Eyni ifadələr Nuh və Şueyb əleyhissəlamın xalqı üçün də keçməkdədir (Hud 11/39, Hud 11/93).
[82] Zümər 2-ci ayənin dipnotuna baxın.
[83] Ənam 6/104, Yunus 10/108, İsra 17/15, Nəml 27/92, Rum 30/44, Fussilət 41/46.
[84] Ruh, ana qarnında uşağın vucuddakı orqanları tamamlandıqdan sonra yüklənir. Eyni ilə kompyuterin prodüser sisteminin yüklənməsi kimi yüklənir (Əraf 7/179, Möminun 23/14 ). Bu ruh insana eşitməyin yanında qulaq asmaq, baxmağın yanında bəsirət, ürəyin yanında könülə/qərar vermə qabiliyyəti qazandırır. Beləliklə imtahan edilən bir varlıq halına gəlir. Ruh, kompyuterin mexaniki sistemi kimi bütün məlumatları qoruyur. Ruh bədəndən iki şəkildə ayrılır: bir yuxuda, bir də ölüm zamanı. Yatan insanın ruhu oyandıqda geri qayıdır; Ölənin ruhu isə axirətdə dirildikdə geri qayıdır (Təkvir 81/7). Dirilmiş insan sanki yuxudan oyanmış kimi hiss edir (Yasin 36/52). Çünki onun baxış bucağından ölümlə dirilmə arasındakı vaxt bir göz qırpımı qədər, hətta daha da qısadır (Nəhl 16:77).
[85] “Müəyyən əcəl” üçün Baxın: Ənam 2-cı ayənin dipnotu.
[86] Yunus 10/18.
[87] Şəfaət başqasının müşayiət etməsini istəmək, yoldaşlıq etmək və ya dayaq durmaqdır (əl-Ayn, Mufrədat). Dünyada insanlar bir-birinə şəfaət edə bilər (Nisə 4/85). Amma məhşər günü heç kim bir başqasına şəfaət edə bilməz (Zümer 39/43-44).
[88] Bəqərə 2/107, Ali İmran 3/189, Maidə 5/40, 120, Tövbə 9/116, Nur 24/42, Furqan 25/2, Şura 42/49, Zuxruf 43/85, Casiyə 45/27, Fəth 48/14, Hadid 57/2, 5, Buruc 85/9.
[89] Bəzi şəxslər Allaha, dinə inansalar da axirətə lazım olan şəkildə inanmazlar (Bəqərə 2/80, Ali İmran 3/24, Yunus 10/18, Zümər 42/43).
[90] İsra 17/46, Mümin 40/12.
[91] Fıtrat qavramı haqqında ətraflı məlumat üçün baxın: Rum 30/30.
[92] Həcc 22/56.
[93] Ali İmran 3/91, Mâidə 5/36, Yunus 10/54, Rad 13/18, Məaric 70/11-14.
[94] Hud 11/7-8, Nahl 16/34, Zümər 39/48, Casiyə 45/32-33, Əhqaf 46/26.
[95] Allah insanları var-dövlət və yoxsulluqla sınayır. Bir çox insan varlananda bunu özlərinə aid edir, lakin kasıblaşanda Allahı günahlandırır (Fussilet 41/50, Fəcr 89/15-16).
[96] “Fitnə” qızılı çirkabından ayırmaq üçün oda atmaq kimidir (Müfradat). Quranda bu söz sınaq (Əraf 7/155), aldatma (Əraf 7/27), cəhənnəm odu (Zariyat 51/10-14) və müharibə (Bəkərə 2/216) mənalarında istifadə olunur.
[97] Yunus 10/12, 21, Hud 11/9–10, Rum 30/33-34, Zümər 39/8, Fussilet 41/50–51.
[98] Bunun bir nümunəsi də Qarundur (Qəsas 28/78-82).
[99] Hicr 15/80-84, Mümin 40/82.
[100] Ənam 6/134, Yunus 10/53.
[101] “Şaə” ( شاء ) feili “çalışmaq, bir şey etmək” mənasındakı şey ( شيء) məsdərindən törəmişdir. Ətraflı məlumat üçün Bəqərə 20-ci ayənin 28-ci dipnotuna baxın.
[102] Rad 13/26, İsra 17/30, Qasas 28/82, Rum 30/37, Ənkəbut 29/62, Səbə 34/36, 39, Şura 42/12.
[103] Edilən günahdan asılı olmayaraq, əgər o günah tərk edilərsə və tövbə edilərsə, səhvlər tərk edilərsə və doğru yol izlənilərsə, Allah insanın günahını bağışlamaqla yanaşı, ona Öz lütfünü də bəxş edər (Ali-İmran 3/135-136; Nisa 4/17, 48, 116; Əraf 7/153; Nəhl 16/119; Taha 20/82; Furqan 25/68-71).
[104] İbrahim 14/31, Rum 30/31, 43, Şura 42/47.
[105] Vəhylərin ən gözəli Qurandır (Zumər 39/23). Allah bu kitaba əvvəlki kitabların əksər hökmlərini daxil etmiş, onları misli ilə nəsx etmiş/oxşarları ilə ləğv etmiş (Bəqərə 2/106, Nisa 4/163, Şura 42/13), bəzilərini buraxmış (Maidə 5/15) və bəzilərini daha yaxşıları ilə əvəz etmişdir (Bəqərə 2/183-187, Nisa 4/15-16, Maide 5/6) və Öz dinini kamilləşdirmişdir (Maide 5/3).
[106] Ənam 6/31, Ənbiya 21/46, 97.
[107] Ənam 6/148, İbrahim 14/21, Nahl 16/35, Zuxruf 43/20.
[108] Bəqərə 2/167, Ənam 6/27-28, Ərraf 7/53, Müminun 23/99-100, Səcdə 32/12, Fatır 35/36–37, Mümin 40/11.
[109] Tə-ha 20/126, Müminun 23/66-67, 105, Furqan 25/27-29, Əhzab 33/66, Zümər 39/71, Casiyə 45/31.
[110] Ali İmran 3/106, Yunus 10/27, Abəsə 80/40-42, Casiyə 88/2-7.
[111] Zümər 39/32.
[112] Əraf 7/35, Yunus 10/62-64, Ənbiya 21/101-103, Nəml 27/89.
[113] Ənam 6/102, Mümin 40/62.
[114] Şura 42/12.
[115] Bəqərə 2/121, Ənkəbud 29/23.
[116] Ənam 6/14, 164, Kafirun 109/1-6.
[117] Ənam 6/88, Yunus 10/105, Rad 13/36, Həcc 22/26, Qasas 28/87. Ənənəvi olaraq, peyğəmbərlərin günahdan qorunma xüsusiyyətinə malik olduqlarına inanılır. Lakin bu ayə Peyğəmbərimizə və bütün əvvəlki peyğəmbərlərə ən böyük günah olan şirkdən uzaq durmağı əmr etdiyindən, peyğəmbərlərin günahdan qorunmadıqları aydın olur (Nisa 4:172-173).
[118] Yalnız Allaha qulluq etmək vəzifəsi yalnız peyğəmbərlərə deyil, bütün bəşəriyyətə verilmişdir (Nisa 4/48, 116, 172, Zumər 39/2).
[119] Ənam 6/91, Həcc 22/74.
[120] Ənbiya 21/104.
[121] Ənam 6/73, Kəhf 18/99, Tə-ha 20/102, Müminun 23/101, Neml 27/87, Yasin 36/51, Saffat 37/19, Qaf 50/20, Haqqa 69/13, Nəbə 78/18.
[122] Məhşər günü göylər büküləcək (Ənbiya 21/104, Zumər 39/67) və günəş ətrafa çəkiləcək (Təkvir 81/1), beləliklə, Allah yeri Öz nuru ilə işıqlandıracaq.
[123] Axirətdə ortaya çıxarılacaq kitablar iki cürdür. Biri hər ümmətin peyğəmbərinə verilən kitabdır (Casiyə 45/28), digəri isə hər bir fərdin əməl kitabıdır. Çünki qiyamət baş verdikdə, bu dünyada əməlləri qeyd etmək vəzifəsi daşıyan iki mələk, onlara tapşırılan şəxsin yanına gəlib onları əməl kitabları ilə görüş yerinə aparacaqlar (Qaf 50/21) və orada növbələrini gözləyəcəklər (Nəbə 78/38). Günahkarın növbəsi çatanda, günahlarının qeydlərini görəndə qorxudan titrəyəcək və günahlarını etiraf edəcəklər (Kəhf 18/49). Salehlər çox sevinəcək və deyəcəklər: “Budur! Alın və oxuyun kitabımı!” (Möminun 23/62, Casiyə 45/29, Haqqa 69/19).
[124] Nisa 4/41, Nahl 16/89, İsra 17/71, Qasas 28/75, Qaf 50/17-21, Hadid 57/19.
[125] Bəqərə 2/281, Nisa 4/40, Ənbiya 21/47, Mümin 40/17
[126] Ali İmran 3/25, 185, Nahl 16/111, Nur 24/25, Mümin 40/17, Əhqaf 46/19.
[127] Hicr 15/43-44, Nəml 27/83, Fussilet 41/19.
[128] Ənam 6/130, Mülk 67/6-11.
[129] Mümin 40/6.
[130] Nahl 16/29, Mümin 40/76.
[131] Rad 13/22-24, İbrahim 14/23, Hicr 15/45-46, Nahl 16/31-32, Furqan 25/75-76, Sad 38/49-50, Zuxruf 43/70-73, Qaf 50/31-35.
[132] Cənnətdə insanlar müxtəlif dərəcələrdədirlər və hər biri Cənnətin fərqli bir yerində yerləşir (Nisa 4/42, Ənam 6/132, Ənfal 8/4, İsra 17/21, Taha 20/75-76, Əhkaf 46/19). Bu ayəyə görə, onların Cənnətdə öz bölümlərinə aid yerlərini seçmək hüququ var.
[133] Ali İmran 3/136, Əraf 7/43, Tə-ha 20/75-76, Ənkebud 29/58.
[134] Mümin 40/7, Haqqa 69/17.
[135] Yunus 10/10.




