Müsəlmanlar

Qeyri-müsəlmanı öldürən bir müsəlmana qisas cəzası tətbiq edilərmi?

 

Cavab: Qurani Kərimin Nisa surəsi 93-cü ayəsində, “Kim bir mömini qəsdən öldürərsə onun cəzası, içində həmişəlik qalacağı cəhənnəmdir. Allah ona qəzəb etmiş, onu lənətləmiş/uzaqlaşdırmış və onun üçün böyük bir əzab hazırlamışdır.” buyurmaqdadır.

Bu ayədə, hər hansı bir kəsin bir mömini öldürərsə onun yerinin cəhənnəm olacağı açıq-aydın Allah tərəfindən bildirilməkdədir. Bir kafiri öldürənin isə, axirətdə belə bir cəzaya düçar olacağı barədə ayə yoxdur.

Ancaq dünyada inancından, cinsiyyətindən asılı olmayaraq, bir insan bir başqa insanı öldürərsə, istəyir bir mömin haqsız yerə bir kafiri qəsddən öldürərsə, həmin mömin qatil olmuş olur və böyük günah işləyər. Dünyadakı cəzası qisasdır və ona qisas cəzası tətbiq edilir. Çünki, Quranda “Hər pisliyin qarşılığı, onun misli ilədir…” buyurulur.

Təəssüf ki, ənənə dini mənsubları Allahın kitabında müəyyən etdiyi cəza hökmlərinin bir qismini ya nəsx olunduğunu deyər ya da ayələri təhrif edərək, haqsız yerə öldürülən qeyri-müsəlmana qarşılıq bir möminin öldürülməyəcəyinə fətva vermişlər. Hətta bir qadını belə, istəyir mömin olsun olmasın, həmin öldürülən qadına qarşılıq kişi öldürülməz demişlər. Həmçinin “qul ya da əsir birini öldürənə də qisas cəzası tətbiq edilməz” – demişlər.

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Qisasla əlaqədar hər cür sual-cavabı aşağıdakı linkdə görə bilərsiz:

https://www.muselmanlar.com/?s=qisas

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.