Müsəlmanlar

Fatir surəsi

 

Fatir surəsi 45 ayədən ibarətdir. Fatir sözü “Yaran, yaradan” mənalarına gəlir və surənin ilk ayəsində bu barədə bəhs edilir. Fatir həmçinin Allahın bir sifətidir.

بسم الله الرحمن الرحيم

Mərhəmətli, Rəhmli Allahın adıyla!

 

الْحَمْدُ لِلَّهِ فَاطِرِ السَّمَاوَاتِ وَالْأَرْضِ جَاعِلِ الْمَلَائِكَةِ رُسُلًا أُولِي أَجْنِحَةٍ مَّثْنَى وَثُلَاثَ وَرُبَاعَ يَزِيدُ فِي الْخَلْقِ مَا يَشَاء إِنَّ اللَّهَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ

  1. Həmd/hər cür tərif[1] göyləri və yeri fitrətə uyğun yaradan[2], mələkləri iki, üç və dörd qanadlı elçilər[3] edən Allaha məxsusdur.[4] O, yaratmada lazım gördüyü[5] əlavələri edər.[6] Şübhəsiz ki, Allah hər şeyə qadirdir/ hər şeyə bir ölçü qoyar.

 

مَا يَفْتَحِ اللَّهُ لِلنَّاسِ مِن رَّحْمَةٍ فَلَا مُمْسِكَ لَهَا وَمَا يُمْسِكْ فَلَا مُرْسِلَ لَهُ مِن بَعْدِهِ وَهُوَ الْعَزِيزُ الْحَكِيمُ

  1. Allah insanlara rəhmətindən bir pay ayırmışsa, onun qarşısını heç kim ala bilməz! Onun tutub saxladığı bir şeyi də heç kim sərbəst buraxa bilməz![7] O, Əzizdir/qüdrətlidir, hökm/hikmət sahibidir.

 

يَا أَيُّهَا النَّاسُ اذْكُرُوا نِعْمَتَ اللَّهِ عَلَيْكُمْ هَلْ مِنْ خَالِقٍ غَيْرُ اللَّهِ يَرْزُقُكُم مِّنَ السَّمَاء وَالْأَرْضِ لَا إِلَهَ إِلَّا هُوَ فَأَنَّى تُؤْفَكُونَ

  1. Ey İnsanlar! Allahın sizin üzərinizdəki nemətini xatırlayın! Allahdan başqa sizə göylərdən və yerdən ruzi verən bir xaliq/yaradıcı varmı?[8] Ondan başqa ilah yoxdur![9] Elə isə necə yalana sürüklənirsiniz?

 

وَإِن يُكَذِّبُوكَ فَقَدْ كُذِّبَتْ رُسُلٌ مِّن قَبْلِكَ وَإِلَى اللَّهِ تُرْجَعُ الأمُورُ

  1. (Ey Muhəmməd!) Səni yalanlayırlarsa, bil ki, səndən öncəki elçiləri də yalanlanmışdı.[10] Bütün işlər Allaha qaytarılacaq/ərz ediləcəkdir.

 

يَا أَيُّهَا النَّاسُ إِنَّ وَعْدَ اللَّهِ حَقٌّ فَلَا تَغُرَّنَّكُمُ الْحَيَاةُ الدُّنْيَا وَلَا يَغُرَّنَّكُم بِاللَّهِ الْغَرُورُ

  1. Ey insanlar! Allahın vədi haqdır. Qoy dünya həyatı sizi aldatmasın! O çox aldadıcı (insan və cin şeytanları da) sizi Allah ilə aldatmasın![11]

 

إِنَّ الشَّيْطَانَ لَكُمْ عَدُوٌّ فَاتَّخِذُوهُ عَدُوًّا إِنَّمَا يَدْعُو حِزْبَهُ لِيَكُونُوا مِنْ أَصْحَابِ السَّعِيرِ

  1. Şübhəsiz ki, şeytan[12] sizin düşməninizdir.[13] Elə isə siz də onu (özünüzə) düşmən tutun. O öz tərəfdarlarını ancaq alovlu bir atəşin əhlindən olmağa çağırır.[14]

 

الَّذِينَ كَفَرُوا لَهُمْ عَذَابٌ شَدِيدٌ وَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ لَهُم مَّغْفِرَةٌ وَأَجْرٌ كَبِيرٌ

  1. Kafirlik edənlər üçün şiddətli bir əzab vardır.[15] İnanıb güvənən və xeyirxah işlər görənlər üçün isə bağışlanma və böyük bir mükafat vardır.[16]

 

أَفَمَن زُيِّنَ لَهُ سُوءُ عَمَلِهِ فَرَآهُ حَسَنًا فَإِنَّ اللَّهَ يُضِلُّ مَن يَشَاء وَيَهْدِي مَن يَشَاء فَلَا تَذْهَبْ نَفْسُكَ عَلَيْهِمْ حَسَرَاتٍ إِنَّ اللَّهَ عَلِيمٌ بِمَا يَصْنَعُونَ

  1. Pis əməlləri gözəl göstərilən, özü də bunu yaxşı hesab edənmi (bağışlanıb mükafatlandırılacaq)?[17] Allah azğınlığı seçəni azğın hesab edər və doğru yolu seçəni də yoluna qəbul edər.[18] Artıq onlardan ötrü üzülərək özünü həlak etmə![19] Allah onların etdiklərini biləndir.

 

وَاللَّهُ الَّذِي أَرْسَلَ الرِّيَاحَ فَتُثِيرُ سَحَابًا فَسُقْنَاهُ إِلَى بَلَدٍ مَّيِّتٍ فَأَحْيَيْنَا بِهِ الْأَرْضَ بَعْدَ مَوْتِهَا كَذَلِكَ النُّشُورُ

  1. Allah küləkləri göndərəndir. Onlar yağış buludunu hərəkətə gətirir. Biz onu ölü bir bölgəyə tərəf sürükləyərik, yeri öldükdən sonra onunla canlandırarıq. (Ölülərin) Dirilib yayılması da belə olacaqdır.[20]

 

مَن كَانَ يُرِيدُ الْعِزَّةَ فَلِلَّهِ الْعِزَّةُ جَمِيعًا إِلَيْهِ يَصْعَدُ الْكَلِمُ الطَّيِّبُ وَالْعَمَلُ الصَّالِحُ يَرْفَعُهُ وَالَّذِينَ يَمْكُرُونَ السَّيِّئَاتِ لَهُمْ عَذَابٌ شَدِيدٌ وَمَكْرُ أُوْلَئِكَ هُوَ يَبُورُ

  1. Kim izzət və şərəf istəyirsə, bilsin ki, izzət və şərəf tamamilə Allaha məxsusdur.[21] Gözəl sözlər Ona yüksəlir. O sözləri də xeyirxah işlər yüksəldir.[22] Pis planlar quranlar üçün şiddətli bir əzab vardır. Onların planları boşa çıxacaqdır.[23]

 

وَاللَّهُ خَلَقَكُم مِّن تُرَابٍ ثُمَّ مِن نُّطْفَةٍ ثُمَّ جَعَلَكُمْ أَزْوَاجًا وَمَا تَحْمِلُ مِنْ أُنثَى وَلَا تَضَعُ إِلَّا بِعِلْمِهِ وَمَا يُعَمَّرُ مِن مُّعَمَّرٍ وَلَا يُنقَصُ مِنْ عُمُرِهِ إِلَّا فِي كِتَابٍ إِنَّ ذَلِكَ عَلَى اللَّهِ يَسِيرٌ

  1. Allah sizi torpaqdan, sonra da nütfədən/mayalanmış yumurtadan yaratdı. Sonra sizi (kişi və qadın olmaqla)[24] cüt-cüt etdi.[25] Onun elmi xaricində nə bir dişi hamilə qala bilər, nə də doğa bilər.[26] Ömrü olanın ömrünün sonuna qədər yaşadılmasının da ömrünün qısaldılmasının[27] da mütləq yazılı bir qeydi vardır.[28] Şübhəsiz, bu, Allah üçün çox asandır.

 

وَمَا يَسْتَوِي الْبَحْرَانِ هَذَا عَذْبٌ فُرَاتٌ سَائِغٌ شَرَابُهُ وَهَذَا مِلْحٌ أُجَاجٌ وَمِن كُلٍّ تَأْكُلُونَ لَحْمًا طَرِيًّا وَتَسْتَخْرِجُونَ حِلْيَةً تَلْبَسُونَهَا وَتَرَى الْفُلْكَ فِيهِ مَوَاخِرَ لِتَبْتَغُوا مِن فَضْلِهِ وَلَعَلَّكُمْ تَشْكُرُونَ

  1. İki dəniz[29] eyni deyildir. Bunlardan biri dadlı, şirin və rahat içilir. Digəri duzlu və acıdır.[30] Hər birindən təzə ət yeyir və taxdığınız bəzək əşyaları çıxardırsınız.[31] Suyu yara-yara gedən gəmiləri görürsünüz.[32] Bu, Allahın lütfünü axtarıb tapmağınız üçündür. Bəlkə şükür edərsiniz.

 

يُولِجُ اللَّيْلَ فِي النَّهَارِ وَيُولِجُ النَّهَارَ فِي اللَّيْلِ وَسَخَّرَ الشَّمْسَ وَالْقَمَرَ كُلٌّ يَجْرِي لِأَجَلٍ مُّسَمًّى ذَلِكُمُ اللَّهُ رَبُّكُمْ لَهُ الْمُلْكُ وَالَّذِينَ تَدْعُونَ مِن دُونِهِ مَا يَمْلِكُونَ مِن قِطْمِيرٍ

  1. O, gecəni gündüzə keçirir, gündüzü də gecəyə keçirir.[33] Günəşi və ayı da ram etmişdir. Hər biri (öz orbitində[34]) müəyyən bir vaxta qədər axıb gedər.[35] Bunları edən Allahdır, sizin Rəbbinizdir. Bütün hakimiyyət/səlahiyyət Ona aiddir. Onunla öz aranıza qoyub köməyə çağırdıqlarınız, bir xurma çəkirdəyinin pərdəsinə belə sahib deyillər.[36]

 

إِن تَدْعُوهُمْ لَا يَسْمَعُوا دُعَاءكُمْ وَلَوْ سَمِعُوا مَا اسْتَجَابُوا لَكُمْ وَيَوْمَ الْقِيَامَةِ يَكْفُرُونَ بِشِرْكِكُمْ وَلَا يُنَبِّئُكَ مِثْلُ خَبِير

  1. Onları köməyə çağırsanız, çağırışınızı eşitməzlər. Eşitsələr belə sizə cavab verə bilməzlər.[37] Qiyamət/məzardan qalxma günündə də sizi Allaha şərik tutduğunuzu qəbul etməzlər.[38] Heç kim sənə bunları, Allahın xəbər verdiyi kimi açıqlaya bilməz.

 

يَا أَيُّهَا النَّاسُ أَنتُمُ الْفُقَرَاء إِلَى اللَّهِ وَاللَّهُ هُوَ الْغَنِيُّ الْحَمِيدُ

  1. Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə heç bir şeyə ehtiyacı olmayan, hər cür şükrə layiq olandır.[39]

 

إِن يَشَأْ يُذْهِبْكُمْ وَيَأْتِ بِخَلْقٍ جَدِيدٍ

  1. Əgər lazım görərsə,[40] sizi yox edər və yerinizə başqa yeni bir xalq gətirər.[41]

 

وَمَا ذَلِكَ عَلَى اللَّهِ بِعَزِيزٍ

  1. Bu, Allah üçün çətin deyildir.[42]

 

وَلَا تَزِرُ وَازِرَةٌ وِزْرَ أُخْرَى وَإِن تَدْعُ مُثْقَلَةٌ إِلَى حِمْلِهَا لَا يُحْمَلْ مِنْهُ شَيْءٌ وَلَوْ كَانَ ذَا قُرْبَى إِنَّمَا تُنذِرُ الَّذِينَ يَخْشَوْنَ رَبَّهُم بِالغَيْبِ وَأَقَامُوا الصَّلَاةَ وَمَن تَزَكَّى فَإِنَّمَا يَتَزَكَّى لِنَفْسِهِ وَإِلَى اللَّهِ الْمَصِيرُ

  1. (Axirətdə) Heç bir günahkar, başqasının günahını yüklənməz.[43] Əgər ağır günahlarla yüklənmiş birisi onları daşımaq üçün kömək istəsə, dua etdiyi şəxs qohumu olsa belə,[44] ondan heç bir şey alınıb daşınmaz! Sən yalnız daxilən[45] Rəbbindən çəkinib qorunanları və namazlarını doğru-düzgün qılanları xəbərdar edə bilərsən.[46] Özünü təkmilləşdirmək üçün çalışan[47] bunu yalnız özü üçün edər. Dönüb gələcəyiniz yer, Allahın huzurudur.

 

وَمَا يَسْتَوِي الْأَعْمَى وَالْبَصِيرُ

  1. Kor ilə görən eyni deyildir![48]

 

وَلَا الظُّلُمَاتُ وَلَا النُّورُ

  1. Qaranlıqlarla aydınlıq da,[49]

 

وَلَا الظِّلُّ وَلَا الْحَرُورُ

  1. Kölgə ilə günəşin istisi də (eyni deyil!).

 

وَمَا يَسْتَوِي الْأَحْيَاء وَلَا الْأَمْوَاتُ إِنَّ اللَّهَ يُسْمِعُ مَن يَشَاء وَمَا أَنتَ بِمُسْمِعٍ مَّن فِي الْقُبُورِ

  1. Dirilərlə ölülər də eyni deyillər! Şübhəsiz ki, Allah eşitmək istəyənə eşitdirər. Sən qəbirdə olanlara eşitdirə bilməzsən.[50]

 

إِنْ أَنتَ إِلَّا نَذِيرٌ

  1. Sən ancaq bir xəbərdar edənsən.[51]

 

إِنَّا أَرْسَلْنَاكَ بِالْحَقِّ بَشِيرًا وَنَذِيرًا وَإِن مِّنْ أُمَّةٍ إِلَّا خلَا فِيهَا نَذِيرٌ

  1. Biz səni haqq ilə (Quranla) müjdələyən və xəbərdar edən bir elçi olaraq göndərdik.[52] Elə bir ümmət yoxdur ki, özlərinə xəbərdar edən bir elçi gəlib keçməsin.[53]

 

وَإِن يُكَذِّبُوكَ فَقَدْ كَذَّبَ الَّذِينَ مِن قَبْلِهِمْ جَاءتْهُمْ رُسُلُهُم بِالْبَيِّنَاتِ وَبِالزُّبُرِ وَبِالْكِتَابِ الْمُنِيرِ

  1. Əgər səni yalancı sayırlarsa, bil ki, bunlardan əvvəlkilər də elçilərini yalançı saymışdılar.[54] Halbuki elçiləri onlara açıq-aşkar dəlillər, zəburlarla/hikmətli yazılar[55] və aydınladıcı kitablarla[56] gəlmişdilər.

 

ثُمَّ أَخَذْتُ الَّذِينَ كَفَرُوا فَكَيْفَ كَانَ نَكِيرِ

  1. Sonra kafirlik edənləri yaxaladım. İndi Mənim onları inkar etməyim necə imiş (gördülər)![57]

 

أَلَمْ تَرَ أَنَّ اللَّهَ أَنزَلَ مِنَ السَّمَاء مَاء فَأَخْرَجْنَا بِهِ ثَمَرَاتٍ مُّخْتَلِفًا أَلْوَانُهَا وَمِنَ الْجِبَالِ جُدَدٌ بِيضٌ وَحُمْرٌ مُّخْتَلِفٌ أَلْوَانُهَا وَغَرَابِيبُ سُودٌ

  1. Allahın göydən su endirdiyini görmədinmi? Beləcə, Biz onunla müxtəlif rəngli meyvələr çıxartdıq. Dağlarda da ağ, qırmızı rəngləri müxtəlif, həm də tünd qara təbəqələr meydana gətirdik.[58]

 

 وَمِنَ النَّاسِ وَالدَّوَابِّ وَالْأَنْعَامِ مُخْتَلِفٌ أَلْوَانُهُ كَذَلِكَ إِنَّمَا يَخْشَى اللَّهَ مِنْ عِبَادِهِ الْعُلَمَاءُ إِنَّ اللَّهَ عَزِيزٌ غَفُورٌ

  1. İnsanlar, hərəkət edən canlılar və ənam da (qoyun, keçi, inək və dəvə) bu cür müxtəlif rənglərdədir.[59] Əlbəttə ki, bəndələrimin içindən ancaq elm sahibi olanlar Allahdan çəkinir.[60] Allah Əzizdir/qüdrətlidir, bağışlayandır.

 

إِنَّ الَّذِينَ يَتْلُونَ كِتَابَ اللَّهِ وَأَقَامُوا الصَّلَاةَ وَأَنفَقُوا مِمَّا رَزَقْنَاهُمْ سِرًّا وَعَلَانِيَةً يَرْجُونَ تِجَارَةً لَّن تَبُورَ

  1. Allahın kitabını bağlantıları ilə birlikdə oxuyan,[61] namazı doğru-düzgün qılan, özlərinə ruzi olaraq verdiklərimizdən gizli və aşkar infaq edən/ xeyirə xərcləyənlər əsla zərər etməyəcək bir ticarət uma bilərlər.[62]

 

لِيُوَفِّيَهُمْ أُجُورَهُمْ وَيَزِيدَهُم مِّن فَضْلِهِ إِنَّهُ غَفُورٌ شَكُورٌ

  1. Allahın onlara mükafatlarını tam verməsini və lütfündən daha da artırmasını uma bilərlər.[63] Şübhəsiz ki, Allah bağışlayandır, şükrün qarşılığını verəndir.[64]

 

وَالَّذِي أَوْحَيْنَا إِلَيْكَ مِنَ الْكِتَابِ هُوَ الْحَقُّ مُصَدِّقًا لِّمَا بَيْنَ يَدَيْهِ إِنَّ اللَّهَ بِعِبَادِهِ لَخَبِيرٌ بَصِيرٌ

  1. Sənə özündən əvvəlkiləri təsdiqləyici olaraq vəhy etdiyimiz Kitab (Quran) haqdır.[65] Şübhəsiz Allah, bəndələrindən xəbərdardır, görəndir.

 

ثُمَّ أَوْرَثْنَا الْكِتَابَ الَّذِينَ اصْطَفَيْنَا مِنْ عِبَادِنَا فَمِنْهُمْ ظَالِمٌ لِّنَفْسِهِ وَمِنْهُم مُّقْتَصِدٌ وَمِنْهُمْ سَابِقٌ بِالْخَيْرَاتِ بِإِذْنِ اللَّهِ ذَلِكَ هُوَ الْفَضْلُ الْكَبِيرُ

  1. Sonra bəndələrimizdən seçdiyimiz kəsləri Kitabın varisləri etdik.[66] Onlardan bəzisi özünə zülm edir, bəzisi orta yolda gedir, bəzisi isə Allahın razılığı ilə xeyirxah işlərdə öndə gedir. Bu, böyük bir fəzilətdir.[67]

 

جَنَّاتُ عَدْنٍ يَدْخُلُونَهَا يُحَلَّوْنَ فِيهَا مِنْ أَسَاوِرَ مِن ذَهَبٍ وَلُؤْلُؤًا وَلِبَاسُهُمْ فِيهَا حَرِيرٌ

  1. Onlar Adn cənnətlərinə[68] girəcəklər. Orada onlara qızıl bilərziklər və incilər taxılacaq və libasları da ipəkdən olacaqdır.[69]

 

وَقَالُوا الْحَمْدُ لِلَّهِ الَّذِي أَذْهَبَ عَنَّا الْحَزَنَ إِنَّ رَبَّنَا لَغَفُورٌ شَكُورٌ

  1. Onlar belə deyəcəklər: “Hər cür tərif,[70] bizdən hər cür üzüntünü aparan Allaha məxsusdur![71] Həqiqətən, Rəbbimiz çox bağışlayandır, şükrün qarşılığını verəndir.[72]

 

الَّذِي أَحَلَّنَا دَارَ الْمُقَامَةِ مِن فَضْلِهِ لَا يَمَسُّنَا فِيهَا نَصَبٌ وَلَا يَمَسُّنَا فِيهَا لُغُوبٌ

  1. Bizi Öz lütfü ilə bu ikamətgahda yerləşdirən Odur. Burada heç bir yorğunluq çəkməyəcəyik və burada heç bir şeydən bezməyəcəyik.”[73]

 

وَالَّذِينَ كَفَرُوا لَهُمْ نَارُ جَهَنَّمَ لَا يُقْضَى عَلَيْهِمْ فَيَمُوتُوا وَلَا يُخَفَّفُ عَنْهُم مِّنْ عَذَابِهَا كَذَلِكَ نَجْزِي كُلَّ كَفُورٍ

  1. Kafirlər üçün Cəhənnəm atəşi vardır.[74] Onlara nə ölüm hökmü veriləcək,[75] nə də Cəhənnəm əzabı yüngülləşdiriləcək.[76] Biz küfründə israr edən hər bir kafiri belə cəzalandırarıq.[77]

 

وَهُمْ يَصْطَرِخُونَ فِيهَا رَبَّنَا أَخْرِجْنَا نَعْمَلْ صَالِحًا غَيْرَ الَّذِي كُنَّا نَعْمَلُ أَوَلَمْ نُعَمِّرْكُم مَّا يَتَذَكَّرُ فِيهِ مَن تَذَكَّرَ وَجَاءكُمُ النَّذِيرُ فَذُوقُوا فَمَا لِلظَّالِمِينَ مِن نَّصِيرٍ

  1. Onlar orada fəryad edəcəklər: “Rəbbimiz! Bizi (cəhənnəmdən) çıxart ki, əvvəllər etdiyimiz əməllərin yerinə xeyirxah işlər görək!” (Və onlara deyəcəyik) “Məgər sizə doğruları düşünən birinin düşünəcəyi qədər ömür vermədikmi? Üstəlik sizə xəbərdar edən (elçi) də gəldi. İndi isə (əzabı) dadın! Zalımların heç bir köməkçisi olmaz!”[78]

 

إِنَّ اللَّهَ عَالِمُ غَيْبِ السَّمَاوَاتِ وَالْأَرْضِ إِنَّهُ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ

  1. Allah göylərin və yerin qeybini/ gizliliklərini biləndir.[79] O, sinələrdə olanı da biləndir.

 

هُوَ الَّذِي جَعَلَكُمْ خَلَائِفَ فِي الْأَرْضِ فَمَن كَفَرَ فَعَلَيْهِ كُفْرُهُ وَلَا يَزِيدُ الْكَافِرِينَ كُفْرُهُمْ عِندَ رَبِّهِمْ إِلَّا مَقْتًا وَلَا يَزِيدُ الْكَافِرِينَ كُفْرُهُمْ إِلَّا خَسَارًا

  1. O, sizi yer üzündə xəlifələr/ öncəkilərin yerinə keçirəndir.[80] Kim kafirlik edərsə, onun küfrü öz əleyhinədir.[81] Kafirlərin küfrü, Rəbbi qatında yalnız özlərinə qarşı nefrəti artırır. Kafirlərin küfrü, özlərinə ziyandan başqa bir şey artırmaz!

 

قُلْ أَرَأَيْتُمْ شُرَكَاءكُمُ الَّذِينَ تَدْعُونَ مِن دُونِ اللَّهِ أَرُونِي مَاذَا خَلَقُوا مِنَ الْأَرْضِ أَمْ لَهُمْ شِرْكٌ فِي السَّمَاوَاتِ أَمْ آتَيْنَاهُمْ كِتَابًا فَهُمْ عَلَى بَيِّنَةٍ مِّنْهُ بَلْ إِن يَعِدُ الظَّالِمُونَ بَعْضُهُم بَعْضًا إِلَّا غُرُورًا

  1. De ki: “Allahla öz aranıza qoyaraq çağırdığınız şərikləriniz haqda heç düşündünüzmü? Mənə göstərin görüm, onlar yer üzündə nəyi yaratmışlar? Yoxsa onların göylərdə br şərikliyi var?[82] Ya da onlara bir kitab vermişik ki, oradan açıq-aydın bir dəlilə əsaslanırlar?[83] Xeyr, o zalımlar bir-birini ancaq aldatmaqla məşğuldurlar.”[84]

 

إِنَّ اللَّهَ يُمْسِكُ السَّمَاوَاتِ وَالْأَرْضَ أَن تَزُولَا وَلَئِن زَالَتَا إِنْ أَمْسَكَهُمَا مِنْ أَحَدٍ مِّن بَعْدِهِ إِنَّهُ كَانَ حَلِيمًا غَفُورًا

  1. Həqiqətən, Allah nizamları pozulmasın deyə göyləri və yeri tutub saxlayır.[85] Əgər onların nizamı pozularsa, Ondan başqa heç kim onları tutub saxlaya bilməz. Sözsüz ki, O, həlimdir/yumşaq davranandır, bağışlayandır.

 

وَأَقْسَمُوا بِاللَّهِ جَهْدَ أَيْمَانِهِمْ لَئِن جَاءهُمْ نَذِيرٌ لَّيَكُونُنَّ أَهْدَى مِنْ إِحْدَى الْأُمَمِ فَلَمَّا جَاءهُمْ نَذِيرٌ مَّا زَادَهُمْ إِلَّا نُفُورًا

  1. Onlar özlərinə xəbərdar edən bir elçi gəldiyi təqdirdə, hər hansı ümmətdən daha doğru yolda olacaqlarına dair Allaha var gücləri ilə and içdilər.[86] Onlara xəbərdar edən bir elçi gəldikdə isə bu, onları ancaq haqdan daha da uzaqlaşdırdı.[87]

 

اسْتِكْبَارًا فِي الْأَرْضِ وَمَكْرَ السَّيِّئِ وَلَا يَحِيقُ الْمَكْرُ السَّيِّئُ إِلَّا بِأَهْلِهِ فَهَلْ يَنظُرُونَ إِلَّا سُنَّتَ الْأَوَّلِينَ فَلَن تَجِدَ لِسُنَّتِ اللَّهِ تَبْدِيلًا وَلَن تَجِدَ لِسُنَّتِ اللَّهِ تَحْوِيلًا

  1. Onlar yer üzündə təkəbbür göstərdilər və pis planlar qurdular. Pis plan yalnız sahibinin başını yaxar.[88] Onlar özlərindən əvvəlkilərə tətbiq edilən sünnədən/ qanun-qaydadan başqa bir şeymi gözləyirlər?[89] Sən Allahın sünnəsini/qanununu əvəz edəcək bir şey tapa bilməzsən. Allahın sünnəsində/ qanununda heç bir dəyişiklik də tapa bilməzsən![90]

 

أَوَلَمْ يَسِيرُوا فِي الْأَرْضِ فَيَنظُرُوا كَيْفَ كَانَ عَاقِبَةُ الَّذِينَ مِن قَبْلِهِمْ وَكَانُوا أَشَدَّ مِنْهُمْ قُوَّةً وَمَا كَانَ اللَّهُ لِيُعْجِزَهُ مِن شَيْءٍ فِي السَّمَاوَاتِ وَلَا فِي الْأَرْضِ إِنَّهُ كَانَ عَلِيمًا قَدِيرًا

  1. Məgər onlar yer üzündə gəzib özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmədilərmi? Halbuki onlardan əvvəlkilər bunlardan daha qüvvətli idilər.[91] Göylərdə və yerdə heç bir şey Allahı aciz qoya bilməz.[92] O, hər şeyi biləndir, qadirdir/ ölçünü təyin edəndir.

 

وَلَوْ يُؤَاخِذُ اللَّهُ النَّاسَ بِمَا كَسَبُوا مَا تَرَكَ عَلَى ظَهْرِهَا مِن دَابَّةٍ وَلَكِن يُؤَخِّرُهُمْ إِلَى أَجَلٍ مُّسَمًّى فَإِذَا جَاء أَجَلُهُمْ فَإِنَّ اللَّهَ كَانَ بِعِبَادِهِ بَصِيرًا

  1. Əgər Allah insanları qazandıqlarına (günahlarına) görə dərhal cəzalandırsaydı, yer üzündə bir dənə də olsun canlı qoymazdı![93] Lakin O, onların cəzasını müəyyən bir vaxta qədər təxirə salır. Onların vaxtı çatanda (lazım gördüyünü edər). Şübhəsiz ki, Allah bəndələrini görür.[94]

 

 

[1] Həmd, birini etdiyi işdən ötrü tərifləməkdir. “Hər cür tərif Aləmlərin Rəbbi Allaha məxsusdur!” demək, Onu ən gözəl tərif etməyin yoludur. Həmd, şükür kəlməsindən daha geniş məna ifadə edir. Quranda Allahı həm digər bütün canlılar həm də insanlar “həmd=tərif” edərlər. Ancaq “şükür” kəlməsi təkcə insanlarla əlaqəlidir. Şükür, daha çox bir şeyin qarşılığını ifadə etmək üçün işlədilir. Buna görə Rəbbimiz “Mənə şükr edin, nankorluq etməyin!” buyurmaqdadır (Bəqərə 2/152).

[2] Ayədəki “fatır (فاطر)” sözü “fitrat (فطرة)” kökündən gəlir, yəni bir şeyi bölmək və ya parçalamaq (Lisanul-Ərəb). Bu və oxşar ayələrə görə, Allah göyləri, yeri və insanlığı onların fitri təbiətinə görə yaratmışdır (İsra 17/51, Şura 42/11) və Öz dinini bu fitrət olaraq tanıtmışdır (Rum 30/30). Buna görə də, fitrət həm bütün varlıqların əmələ gəlməsini, inkişafını və dəyişməsini ifadə edən bölünmə qanunu, həm də varlıqların Yaradanına ağıllı və şüurlu qulluğunu nümayiş etdirən təbii quruluşa verilən addır (Fussilet 41/11). Nəticədə, varlıqlar Allahın əmrinə itaət edirlər. Bölünmə qanununa görə yaradılmış bütün varlıqlar fitri təbiətlərinə zidd hərəkət etmirlər. Yeganə istisna insanlıqdır. Fitri təbiətinə uyğun hərəkət edənlər Allaha tam təslim olurlar. Bu təslimiyyət İslam adlanır. Buna görə də Allah Öz dininə İslam adını vermişdir (Ali-İmran 3/19, Maide 5/3). İslama uyğun yaşayan insan nə qorxu, nə də kədər yaşamaz (Bəqərə 2/38). Təbiətinə zidd hərəkət edən insan əvvəlcə öz bədəni, sonra ətrafı ilə problemlər yaşamağa başlayır və özünü günaha sürükləyir. Bunun səhv olduğunu bilərək, həqiqəti gizlətmək üçün yalanlara əl atır və kafir olurlar (Bəqərə 2/39).

[3] Ənam 6/61, Yunus 10/21, Həcc 22/75.

[4] Fatihə 1/2, Ənam 6/1, İsra 17/111, Kəhf 18/1, Qasas 28/70, Səbə 34/1, Təğabun 64/1.

[5] “Şaə” ( شاء ) feili “bir şey etmək” mənasındakı şey ( شيء) məsdərindən törəmişdir. Ətraflı məlumat üçün Bəqərə 20-ci ayənin 28-ci dipnotuna baxın.

[6] Allah hər şeyi öz bənzərlərindən fərqli şəkildə yaradır və bu fərqi göstərən xüsusiyyətlər əlavə edir. Buna görə də, Onun adlarından biri əl-Bari’dir (البارئ), yəni “mahiyyət və forma baxımından fərqli yaradan” (Lisanul Ərəb) (Əl-Həşr 59:24). İnsanlar bir-birinə, bitkilər bir-birinə, heyvanlar isə bir-birinə bənzəyir, lakin hər birinin onu oxşarlarından fərqləndirən xüsusiyyətləri də var.

[7] Yunus 10/107, Rad 13/11, Ənbiya 21/42, Əhzab 33/17, Zümər 39/38, Fəth 48/11.

[8] Yunus 10/31, Nəml 27/64, Rum 30/40, Səbə 34/24, Mümin 40/13, 64, Mülk 67/21.

[9] Bəqərə 2/163, Ənam 6/102, Muminun 23/116, Nəml 27/26, Qasas 28/70, Duhan 44/8.

[10] Ali İmran 3/184, Ənam 6/34, Həcc 22/42, Fatır 35/25.

[11] Loğman 31/33, İnfitar 82/6, Nas 114/6.

[12] Doğru yoldan uzaqlaşan və başqalarını da uzaqlaşdıran insan və cin şeytanlarına deyilir (Ənam 6/112, Nas 114/6).

[13]  Bəqərə 2/168, 208, Ənam 6/142, İsra 17/53, Kehf 18/50, Yasin 36/60, Zuxruf 43/62.

[14] Mücadələ 58/19.

[15] Ali İmran 3/4, 56 İbrahim 14/2, Şura 42/26, Talaq 65/8-10.

[16] i İmran 3/57, Maidə 5/9, Hud 11/11, Həcc 22/50, Yasin 36/11

[17] Muhamməd 47/14.

[18] “Şaə” ( شاء ) feili “bir şey etmək” mənasındakı şey ( شيء) məsdərindən törəmişdir. Ətraflı məlumat üçün Bəqərə 20-ci ayənin 28-ci dipnotuna baxın.

[19] Kehf 18/6, Şuara 26/3.

[20] Əraf 7/57, Rum 30/48, Fussilət 41/39, Kaf 50/11.

 

[21] Güc və şərəf tamamilə Allahın əlində olduğu üçün, Allah onu layiq olan şəxslərə verir (Ali İmran 3/26, Nisa 4/139, Yunus 10/65, Saffat 37/180, Münafiqun 63/8).

[22] İstədiyinizi əldə etmək üçün dua kifayət deyil, çalışmaq da lazımdır (Bəqərə 2/201-202).

[23] Fatır 35/43.

[24] Nisa 4/1.

[25] Həcc 22/5, Rum 30/20, Mümin 40/67, Nəbə 78/8.

[26] Rad 13/8, Fussilət 41/47.

[27] Ömrün qısalması ilə əlaqəli Ənam surəsi 2-ci ayənin dipnotuna baxın.

[28] Ənam 6/59, Hadid 57/22-23.

[29] Ərəb dilində böyük su hövzələri — dənizlər, çaylar, duzlu və ya şirin göllər — “bəhr” (بحر) (Lisan’ul-ərəb) adlanır. Həqiqətən də, Quranda həm şirin, həm də duzlu su “bəhr” kimi istifadə olunur. “Bəhr” sözü türk dilində “dəniz” mənasını versə də, “dəniz” sözü dərhal şirin su hövzəsini xatırlatmadığı üçün onu “böyük su hövzəsi” kimi tərcümə etmək daha uyğundur.

[30] Furqan 25/53.

[31] Bəzək əşyaları; qızıl, gümüş, qiymətli daşlar, mirvari, mərcan və sədəf kimi bəzək xüsusiyyətlərinə malik əşyalar bna daxildir. Bunların hamısı həm kişilər, həm də qadınlar üçün icazəlidir (Əraf 7:32, Nəhl 16:14).

[32] İsra 17/66, Rum 30/46, Loğman 31/31, Casiyə 45/12.

[33] Gecə və gündüz, Günəş və Ay kimi, öz orbitlərində daim hərəkət edən ayrı-ayrı varlıqlardır (Yasin 36/40). Yer ilə Günəş arasındakı daim dəyişən bucaq gecə ilə gündüzün uzanıb qısalmasına səbəb olur. Gecə gündüzə girəndə gecə qısalır və gündüz uzanır. Gündüz gecəyə girəndə gecə uzanır və gündüz qısalır (Ali-İmran 3/27, Həcc 22/61, Loğman 31/29, Fatir 35/13). Yuxarıda yüksələn gecə, günü çalma kimi bürüyür. Aşağıda qalan günün parlaqlığı hər yerdən görünür. Yağışla dolu olmayan buludlar ağ rəngdədir. Səhər açılanda gündüz yuxarı qalxmağa başlayır və gecəni çalma kimi bürüyür (Zumər 39/5). Qaranlıq artıq gecənin göstəricisi olmadığı üçün gündüz də gecəyə aid bir əlamət kimi görünmür (İsra 17/12). Kosmosdan çəkilmiş Yer kürəsinin fotoşəkillərini araşdıranlar gecə ilə gündüzün ayrı-ayrı varlıqlar olduğunu görə bilərlər.

[34] Yasin 36/40.

[35] Rad 13/2, Loğman 31/29, Zümər 39/5.

[36] Furqan 25/3, Səbə 34/22.

[37] Əraf 7/194-198, Rad 13/14.

[38] Yunus 10/2829, Məryəm 19/82, Ankəbut 29/25, Əhqaf 46/6.

[39] Həcc 22/64, Loğman 31/26, Muhamməd 47/38 , Hadid 57/24, Mümtəhinə 60/6.

[40] “Şaə” ( شاء ) feili “bir şey etmək” mənasındakı şey ( شيء) məsdərindən törəmişdir. Ətraflı məlumat üçün Bəqərə 20-ci ayənin 28-ci dipnotuna baxın.

[41] Nisa 4/133, Ənam 6/133.

[42] İbrahim 14/20.

[43] Ənam 6/164, İsra 17/15, Zümər 39/7, Nəcm 53/38.

[44] Abəsə 80/34-37.

[45] “Daxildən” kimi tərcümə etdiyimiz söz “əl-ğayb (الغيب)”-dir. Buradakı “əl” (ال) ön sözü yiyəlik isiminin əvəzedicisidir, yəni dəyişdirdiyi ismi əvəz edir və “qeybləriylə (بغيبهم)” mənasını verir (Bəkərə 2:3). Bir insanın qeybi öz daxilində olduğundan, buradakı isim ifadəsi “daxildən” mənasını verir.

[46] Yasin 36/11.

[47] Tə-ha 20/76, Naziat 79/18, Ala 87/14, Leyl 92/18.

[48] Ənam 6/50, Mümin 40/58.

[49] Rad 13/16.

[50] Ənam 6/36, Nəml 27/80-81, Rum 30/52-53.

[51] Əraf 7/184, Hud 11/12, Hicr 15/89, Həcc 22/49, Ankəbut 29/50, Sad 38/70, Əhqaf 46/9, Zariyat 51/5051,  Mülk 67/26.

[52] Bəqərə 2/119, Səbə 34/28.

[53] Rad 13/7, Mülk 67/8-9.

[54] Ali İmran 3/184, Ənam 6/34, Həcc 22/42, Fatır 35/4.

[55] “Zəbur” (زبر) sözü, “Zəbur” sözünün cəm formasıdır və hikmət dolu kitablar mənasını verir (Zəccac, Məani əl-Quran və İ’rabuhu). Ali-İmran 3:81-də bütün peyğəmbərlərə kitab və hikmət verildiyi bildirildiyindən, bu ayədəki “Zəbur” sözü hikmət dolu kitablardan başqa heç bir məna ifadə edə bilməz. Bu söz eyni mənanı Şuəra 26:196, Fatir 35:25 və Qəmər 54:43-də ifadə edir. Bu Zəburlardan biri Davud peyğəmbərə verilmişdir (Nisa 4:163, İsra 17:55). Zəbur Davud peyğəmbərə verilən kitabın konkret adı olmadığı üçün “əz-Zəbur” adlandırılmır. Daha ətraflı məlumat üçün Əl-Ənam 6:105-dəki qeydə baxın.

[56] Bu kitablar bütün Nəbiləri əlaqədar etdiyi üçün “əl-Kitab” cins ifadə etdiyi üçün cəm mənası verdik.

[57] Rad 13/32, Həcc 22/44, Səbə 34/45, Mülk 67/18.

[58] Ənam 6/99, Nahl 16/10-11, Tə-ha 20/53, Həcc 22/63, Zümər 39/21, Kaf 50/9-10.

[59] Nahl 16/13, Rum 30/22.

[60] Hər kəs bildiyi mövzuda alim, bilmədiyi mövzuda cahildir. (Rum 30/22, Zümər 39/9).

[61] Tilavat sözünün kökü olan t-l-v (تلو) “bir neçə şeyin ardıcıl olaraq düzülməsi, arasına fərqli bir şeyin qarışmaması” deməkdir (Mufradat). Buna əsasən, tilavat bir-biri ilə əlaqəli ayələrin birlikdə oxunmasıdır (Əl-Kəhf 18/27, Ən-Nəml 27/92, Ənkəbut 29/45).

[62] Bəqərə 2/274, Rad 13/22, Saf 61/10-13.

[63] Nisa 4/173, Nur 24/37, 38, Rum 30/45, Şura 42/26.

[64] Şükür, edilən bir yaxşılığın dəyərini bilmək, sahibini tərifləmək və ona layiq olduğu mükafatı verməkdir (Lüğət). Ayədə istifadə olunan “şəkur” (شكور) sözü eyni kökdən gələn şişirtmə forma olduğundan, “vəzifəsini tamamilə yerinə yetirən” mənasını verir.

[65] Quran, Nəbilərə verilən bütün kitabları həm təsdiqləyir, həm də məzmununu qoruyur. Onlara edilən əlavələr və silinmələr yalnız Quranın özü tərəfindən müəyyən edilə bilər (Bəqərə 2/41, 89, 91, 97; Ali-İmran 3/3; Nisa 4/47; Maidə 5/48; Ən’am 6/92; Yunus 10/37; Yusuf 12/111; Əhqaf 46/12, 30).

[66] Əraf 7/169, Mümin 40/53, Şura 42/14.

[67] Müminun 23/57-61, Vaqiə 56/7-12.

[68] Axirətdəki Cənnət “Adn cənnətləri” (Məryəm 19:60-63) kimi təsvir edilir. Digər vəsfl “Firdovs”dur (Kəhf 18:107-108, Muminun 23:1-11). Bunlar Cənnətin ortaq xüsusiyyətlərini ifadə edən təsvirlərdir.

[69] Kəhf 18/31, Həcc 22/23, İnsan 76/21.

[70] Həmd, birini etdiyi işdən ötrü tərifləməkdir. “Hər cür tərif Aləmlərin Rəbbi Allaha məxsusdur!” demək, Onu ən gözəl tərif etməyin yoludur. Həmd, şükür kəlməsindən daha geniş məna ifadə edir. Quranda Allahı həm digər bütün canlılar həm də insanlar “həmd=tərif” edərlər. Ancaq “şükür” kəlməsi təkcə insanlarla əlaqəlidir. Şükür, daha çox bir şeyin qarşılığını ifadə etmək üçün işlədilir. Buna görə Rəbbimiz “Mənə şükr edin, nankorluq etməyin!” buyurmaqdadır (Bəqərə 2/152).

[71] Fussilət 41/30, Zuxruf 43/68.

[72] Əraf 7/43, Zümər 39/73-74.

[73] Hicr 15/48, Yasin 36/55-58.

[74] Bəqərə2/39, Maidə 5/10, 86, Həcc 22/57, Ankəbut 29/23, Casiyə 45/11, Təğabun 64/10, Bələd 90/19-20.

[75] İbrahim 14/17, Tə-ha 20/74, Ala 87/12-13.

[76] Bəqərə 2/86, 161-162, Ali İmran 3/86-87, Nahl 16/85,

[77] Səbə 34/17.

[78]  Bəqərə 2/167, Maidə 5/3637, Hac 22/22, Muminun 23/107-108, Səcdə 32/20, Zümər 39/58-59, Casiyə 45/3435.

[79] Nahl 16/77, Hud 11/123, Hucurat 49/18

[80] Ənam 6/165, Yunus 10/14,

[81] Kehf 18/29, Rum 30/44, Zümer 39/7.

[82] Əraf 7/190-198, Rad 13/16, Nahl 16/20, 73, Həcc 22/73, Furqan 25/3, Səbə 34/22, Fatır 35/13, Yasin 36/7475, Əhqaf 46/4.

[83] Zuxruf 43/21.

[84] Nisa 4/120, İsra 17/64.

[85] Rad 13/2, Həcc 22/65, Loğman 31/10.

[86] Ənam 6/109,156-157.

[87] İsra 17/41.

[88] Fatır 35/10.

[89] Sünnənin mənası izlənilən yol, iz, metod və qaydadır (Lisanul-Ərəb). “Allahın sünnəsi / Sünnətullah” Allahın nazil etdiyi kitablarda müəyyən etdiyi qaydalardan ibarət olan düz yola, Sirat əl-Müstəqimə aiddir. Allah hər kəsin, xüsusən də peyğəmbərlərin bu qaydalara əməl etməsini istəyir (Nisa 4/26, Əhzab 33/38). Allahın sünnəsinə əməl edənlər qalib gəlir, həm bu dünyada, həm də axirətdə uduzmayanlar isə məğlub olurlar (Ali-İmran 3/137, Ənfal 8/38, Hicr 15/10-15, İsra 17/76-77, Kəhf 18/55, Əhzab 33/60-62, Fatir 35/43, Mömin 40/84-85, Fəth 48/22-23).

[90] “Sünnətullah” kəlməsi səhvən “təbiət qanunları” kimi şərh olunur və bu da möcüzələrin qeyri-mümkün olduğu iddialarına gətirib çıxarır. Möcüzə, Allahın peyğəmbərlərinə peyğəmbərliklərinin sübutu olaraq verdiyi bir şeydir. İsra 17/59-cu ayəsi göstərir ki, Məhəmməddən (ə.s) əvvəlki peyğəmbərlərə də öz ümmətləri üçün göstərdikləri müqəddəs kitablarından əlavə möcüzələr də verilmişdir. Buna misal olaraq Salehin (ə.s.) dəvəsini (Əraf 7:73, Hud 11:64, Şuara 26:155), Musanın (ə.s.) doqquz möcüzəsini (İsra 17:101, Nəml 27:12), İsanın beşikdə danışmasını, korları və cüzamlıları sağaltmasını və ölüləri diriltməsini (Ali-İmran 3:49, Maidə 5:110) göstərmək olar. Peyğəmbərlər də daxil olmaqla, heç bir insan təkbaşına möcüzə göstərə bilməz (Rəd 13:38). Məsələn, bütün insanlar bir araya gəlsələr belə, Quranın tək bir surəsinə bərabər bir şey yarada bilməzlər (Bəqərə 2:23-24). Məhəmməd (ə.s.) sonuncu elçi olduğundan, onun möcüzəsi olan Quran qiyamət gününə qədər mövcud olacaq (Ənkəbut 29:51 və onun dipnotları).

[91] Yusuf 12/109, Rum 30/9, Mü’min 40/21, 82, Muhammed 47/10.

[92] Tevbe 9/2-3, Ankebut 29/22, Şûrâ 42/31.

[93] Allahın Nəbiləri də daxil olmaqla, heç kim günahdan azad deyil (Zümər 39/65-66, Əhqaf 46/9). Həqiqətən də, Məhəmməd Peyğəmbər (s.ə.s.) Bədr döyüşündə iki böyük günah işlətdi. Birincisi, o, məğlub olan Məkkəliləri təqib etmədi (Ənfal 8/15-16), ikincisi isə düşməni zərərsizləşdirmədən əsir götürdü (Məhəmməd 47/4). Əgər Allah həmin gün Məkkədə nazil etdiyi Rum surəsində onlara qələbə vəd etməsəydi (Ənfal 8/67-68, Rum 30/2-6), onlar böyük bir məğlubiyyətə uğrayardılar. Lakin Allah onların Bədr döyüşündə Məkkəni fəth etmələrini istədi (Ənfal 8/5-8, İsra 17/76-77). Uca Allah, Məhəmməd Peyğəmbərə (ə.s) Məkkənin fəthindən sonra bu iki günahdan xilas olmaq üçün tövbə etməyi və bağışlanma diləməyi əmr etmişdir (Fəth 48/1-3, Nəsr 110/1-3).

[94] İbrahim 14/42, Nahl 16/61, Kəhf 18/58.