Sual: Mən əhli Beyt yolu gedən bir Şiəyəm. Amma dua edəndə “Ya Huseyn!” – deyib vasitə istəmirəm. Birbaşa Allaha dua edib Ondan istəyirəm. Düzmü edirəm?
Cavab: Bəli, düz edirsiz. Ancaq özünü Şiə adlandıranların əksəriyyəti bu şəkildə dua etmir.
Əslində “Ya Hüseyn!” deməkdə heç bir problem yoxdur. Ərəblər də bir-birlərini belə çağırıblar. İstər diriləri istərsə də ölüləri bu şəkildə çağırmağın heç bir eybi yoxdur. Ancaq Şiəlikdə və təriqətlərdə bu bir ünsiyyət vasitəsi olmaqdan çıxıb, bir yardım, qurtuluş nidasına dönüşüb. Çağırdıqlarının səslərini eşitdiyinə, özlərini qurtaracağına inanırlar. Problemə və şirkə yol açan yönü də burasıdır. Uca Allah Quranda buna şirk deyir.
Əhli Beyt, Quranda deyilənlərə inanıb əməl edən insanlar idi. Onlar, bu “əhli Beytin yoludur!” – deyərək, ayrı bir yol icad etmədilər.
Əhli Sünnə özünə “Mən peyğəmbərin yoluyla”, Əhli Şiə özünə “Mən əhli beyt yoluyla” gedirəm deyib, ayrı bir yola uyması, fərqli ad və şərtlər icad etməsi, yəni bir tərəf özünə “mən Şiələrin” digəri “mən Sünnilərin” qoyduğu ya da tutduğu yolu gedirəm deməsi doğru deyil! Bu bizi həm bir birimizdən həm də Allahın yolundan ayırır.
Peyğəmbərlər də əhli beyt də Allahın göstərdiyi tək bir yola yəni, tək bir məzhəbə tək bir dinə bağlı olublar. Onun adı İslamdır və ona təslim olana da Müsəlman deyilir. Bu səbəblə, bizim məzhəbimiz, yəni yolumuz Quranda göstərilənlər olmalıdır. Vəssəlam!
Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.
Oxşar sual-cavabları aşağıdakı linkdə görə bilərsiz:
https://www.muselmanlar.com/elanlar-xeberler/13082.html
https://www.muselmanlar.com/elanlar-xeberler/6240.html
Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.



