Müsəlmanlar

Allah qatında tək din İslam isə əvvəlki dinləri necə adlandırmalıyıq?

Cavab: Bəli, Allah qatında tək din İslamdır. İslam, Adəm əleyhissəlamdan Muhəmməd əleyhissəlama qədər gələn dinin ümumi adıdır. Bu din, hər dildə eyni mənada müxtəlif şəkildə ifadə edilmişdir. Göndərilən elçilərin, kitabların adları fərqli olsa da məğzi eyni olan din eyni mənbədən nazil olmuşdur. Bunu Uca Allah ayəsində açıq şəkildə bildirməkdədir:

“Allah qatındakı din, İslamdır!” (Əli İmran, 3/19)

“Biz Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy etdiyimiz kimi sənə də vəhy etdik. İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun övladlarına, İsaya, Əyyuba, Yunisə, Haruna və Süleymana da vəhy etdik. Davuda da Zəburu verdik.” (Nisə, 4/163)

Əvvəlki dinlərə verilən adlar məsələn, Yəhudilik, Xristianlıq, Bütpərəslik” sonradan ortaya çıxmış adlardır. Onların dini də əslində İslam olmuşdur. Bu barədə də Rəbbimiz:

“İbrahim nə yəhudi, nə də nəsrani idi. O, ancaq hənif bir müsəlman idi və müşriklərdən deyildi.” (Əli İmran, 3/67)

İslam kəliməsi ərəbcə bir kəlimədir. Mənası, Allaha təslim olmaq deməkdir. Ona təslim olana da müsəlman deyilir.

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual cavaba baxmaq üçün aşağıdakı linki tuşlayın:

https://www.muselmanlar.com/dusunce-sahesi/5569.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.