Müsəlmanlar

Furqan surəsi

Furqan surəsi 77 ayədən ibarətdir. Surənin adı birinci ayədə keçir və anlamı “Haqq ilə batılı bir-birindən ayırd edən” deməkdir. Quranın adlarından biri də Furqandır.

بسم الله الرحمن الرحيم

Mərhəmətli, Rəhmli Allahın adıyla!

 

تَبَارَكَ الَّذِي نَزَّلَ الْفُرْقَانَ عَلَى عَبْدِهِ لِيَكُونَ لِلْعَالَمِينَ نَذِيرًا

  1. Aləmləri[1] xəbərdar etməsi üçün[2] Furqanı/Haqq ilə batılı bir-birindən ayırd edən bu Kitabı[3] Öz bəndəsinə nazil edən Allah nə qədər də uca/bərəkət qaynağıdır!

 

الَّذِي لَهُ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَلَمْ يَتَّخِذْ وَلَدًا وَلَمْ يَكُن لَّهُ شَرِيكٌ فِي الْمُلْكِ وَخَلَقَ كُلَّ شَيْءٍ فَقَدَّرَهُ تَقْدِيرًا

  1. O Allah ki, göylərin və yerin hakimiyyəti sadəcə Ona məxsusdur.[4] O, Özünə övlad götürməmişdir. Hakimiyyətində heç bir şəriki yoxdur.[5] O, hər şeyi yaratmış və onları bir ölçü ilə təqdir/müəyyən etmişdir.[6]

 

وَاتَّخَذُوا مِن دُونِهِ آلِهَةً لَّا يَخْلُقُونَ شَيْئًا وَهُمْ يُخْلَقُونَ وَلَا يَمْلِكُونَ لِأَنفُسِهِمْ ضَرًّا وَلَا نَفْعًا وَلَا يَمْلِكُونَ مَوْتًا وَلَا حَيَاةً وَلَا نُشُورًا

  1. Özləri yaradılmış olan və heç bir şey yarada bilməyən, özlərinə nə bir xeyri nə də bir faydası olmayan, həmçinin öldürməyə, həyat verməyə və yenidən diriltməyə gücləri çatmayanları Allah ilə öz aralarına qoyub ilah qəbul etdilər.[7]

 

وَقَالَ الَّذِينَ كَفَرُوا إِنْ هَذَا إِلَّا إِفْكٌ افْتَرَاهُ وَأَعَانَهُ عَلَيْهِ قَوْمٌ آخَرُونَ فَقَدْ جَاؤُوا ظُلْمًا وَزُورًا

  1. Kafirlik edənlər: “Bu (Quran), sadəcə onun (Muhəmmədin) uydurduğu[8] bir qurğudur. Ona bu işdə başqa bir tayfa köməklik göstərmişdir.”[9] – dedilər. Beləcə onlar haqsızlığa və yalana əl atdılar.

 

وَقَالُوا أَسَاطِيرُ الْأَوَّلِينَ اكْتَتَبَهَا فَهِيَ تُمْلَى عَلَيْهِ بُكْرَةً وَأَصِيلًا

  1. Həmçinin dedilər ki: “(Bunlar) əvvəlkilərin cızma-qaraları!”[10] Muhəmməd onları qələmə alır. Bunlar ona səhər-axşam yazdırılır.[11]

 

قُلْ أَنزَلَهُ الَّذِي يَعْلَمُ السِّرَّ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ إِنَّهُ كَانَ غَفُورًا رَّحِيمًا

  1. Onlara de ki: “Onu, göylərin və yerin bütün sirlərini bilən Allah nazil etmişdir.[12] Əlbəttə, O bağışlayandır, rəhmlidir.”

 

وَقَالُوا مَالِ هَذَا الرَّسُولِ يَأْكُلُ الطَّعَامَ وَيَمْشِي فِي الْأَسْوَاقِ لَوْلَا أُنزِلَ إِلَيْهِ مَلَكٌ فَيَكُونَ مَعَهُ نَذِيرًا

  1. Bir də belə dedilər: “Bu necə bir elçidir ki, yeyib-içir, bazarları gəzib dolaşır. Ona bir mələk nazil olmalı deyildimi ki, onunla birlikdə xəbərdarlıq edərdi![13]

 

 أَوْ يُلْقَى إِلَيْهِ كَنزٌ أَوْ تَكُونُ لَهُ جَنَّةٌ يَأْكُلُ مِنْهَا وَقَالَ الظَّالِمُونَ إِن تَتَّبِعُونَ إِلَّا رَجُلًا مَّسْحُورًا

  1. Yaxud ona bir xəzinə nazil olmalı ya da məhsulundan yeyəcəği bir bağı olmalıydı!”[14] Zalımlar bunu da əlavə edib dedilər ki: “Siz yalnız sehirlənmiş bir adama tabe olursunuz!”[15]

 

انظُرْ كَيْفَ ضَرَبُوا لَكَ الْأَمْثَالَ فَضَلُّوا فَلَا يَسْتَطِيعُونَ سَبِيلًا

  1. Gör sənin barəndə necə məsəllər çəkirlər! Artıq onlar azdılar, bundan sonra (doğru) yolu tapa bilməzlər.[16]

 

تَبَارَكَ الَّذِي إِن شَاء جَعَلَ لَكَ خَيْرًا مِّن ذَلِكَ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ وَيَجْعَل لَّكَ قُصُورًا

  1. Lazım gördüyü zaman[17] sənə (onların söylədiklərindən) daha xeyirlisini –içindən çaylar axan cənnətləri- verəcək və sənin üçün qəsrlər yaradacaq olan Allahın[18] şanı ucadır!

 

بَلْ كَذَّبُوا بِالسَّاعَةِ وَأَعْتَدْنَا لِمَن كَذَّبَ بِالسَّاعَةِ سَعِيرًا

  1. Əslində onlar o saatı/yenidən diriliş saatı[19] da yalan saydılar. Biz, o saatı yalan sayanlara alovlu bir atəş hazırladıq.[20]

 

إِذَا رَأَتْهُم مِّن مَّكَانٍ بَعِيدٍ سَمِعُوا لَهَا تَغَيُّظًا وَزَفِيرًا

  1. O alovlu atəş onları uzaq bir yerdən gördüyü zaman, onlar (kafirlər) onun qəzəblə qaynadığını və uğultusunu eşidərlər.[21]

 

وَإِذَا أُلْقُوا مِنْهَا مَكَانًا ضَيِّقًا مُقَرَّنِينَ دَعَوْا هُنَالِكَ ثُبُورًا

  1. Qandallanmış halda[22] cəhənnəmin dar bir yerinə atıldıqları zaman orada yox olub getmək üçün yalvararlar.[23]

 

لَا تَدْعُوا الْيَوْمَ ثُبُورًا وَاحِدًا وَادْعُوا ثُبُورًا كَثِيرًا

  1. (Onlara belə deyilir) “Bu gün yox olmaq üçün bir dəfə yalvarmayın, çox-çox yalvarın yox olmaq üçün!”[24]

 

قُلْ أَذَلِكَ خَيْرٌ أَمْ جَنَّةُ الْخُلْدِ الَّتِي وُعِدَ الْمُتَّقُونَ كَانَتْ لَهُمْ جَزَاء وَمَصِيرًا

  1. De ki: “Bu daha xeyirlidir, yoxsa Allaha qarşı çıxmaqdan çəkinənlər üçün vəd olunan daimi cənnət?[25] Orası onlar üçün həm bir qarşılıq/mükafat həm də qalacaqları son yer olacaqdır.”

 

لَهُمْ فِيهَا مَا يَشَاؤُونَ خَالِدِينَ كَانَ عَلَى رَبِّكَ وَعْدًا مَسْؤُولًا

  1. Onlar üçün orada istədikləri hər şey vardır.[26] Orada həmişəlik qalacaqlar. Bu, Rəbbinin öz öhdəsinə götürdüyü bir vəddir.[27]

 

وَيَوْمَ يَحْشُرُهُمْ وَمَا يَعْبُدُونَ مِن دُونِ اللَّهِ فَيَقُولُ أَأَنتُمْ أَضْلَلْتُمْ عِبَادِي هَؤُلَاء أَمْ هُمْ ضَلُّوا السَّبِيلَ

  1. Allah, onları və onların özləri ilə aralarına qoyub qulluq etdiklərini bir yerə topladığı gün onlara belə deyəcəkdir: “Bu bəndələrimi sizmi yoldan azdırdınız, yoxsa özlərimi yoldan azdılar?”[28]

 

قَالُوا سُبْحَانَكَ مَا كَانَ يَنبَغِي لَنَا أَن نَّتَّخِذَ مِن دُونِكَ مِنْ أَوْلِيَاء وَلَكِن مَّتَّعْتَهُمْ وَآبَاءهُمْ حَتَّى نَسُوا الذِّكْرَ وَكَانُوا قَوْمًا بُورًا

  1. Onlar belə deyəcəklər: “Biz, Sənə könüldən boyun əyərik. Səninlə araya vəlilər/hamilər qoymaq bizə yaraşmaz![29] Lakin, Sən onlara və atalarına o qədər nemət verdin ki, sonunda o zikri/Sənin kitabını unutdular və əlləri boş/məhvə yuvarlanmış bir xalqa dönüşdülər.”

 

فَقَدْ كَذَّبُوكُم بِمَا تَقُولُونَ فَمَا تَسْتَطِيعُونَ صَرْفًا وَلَا نَصْرًا وَمَن يَظْلِم مِّنكُمْ نُذِقْهُ عَذَابًا كَبِيرًا

  1. (Onlara belə deyiləcək) “Araya qoyduqlarınız, sizi yalanladılar.[30] Artıq hər hansı bir əzabı nə özünüzdən sovuşdurmağa gücünüz yetməz nə də bir yardım görməyəcəksiniz. İçinizdən haqsızlıq edən kim varsa, ona böyük bir əzab daddıracağıq!”[31]

 

وَما أَرْسَلْنَا قَبْلَكَ مِنَ الْمُرْسَلِينَ إِلَّا إِنَّهُمْ لَيَأْكُلُونَ الطَّعَامَ وَيَمْشُونَ فِي الْأَسْوَاقِ وَجَعَلْنَا بَعْضَكُمْ لِبَعْضٍ فِتْنَةً أَتَصْبِرُونَ وَكَانَ رَبُّكَ بَصِيرًا

  1. Səndən əvvəl göndərdiyimiz elçilər də heç şübhəsiz, yeyib-içir və bazarlarda gəzib dolaşırdılar.[32] Sizin bir qisminizi digəriniz üçün çətin bir imtahan[33] vasitəsi etdik ki, (baxaq görək) səbr edə biləcəksinizmi?[34] Rəbbin hər şeyi görəndir.

 

وَقَالَ الَّذِينَ لَا يَرْجُونَ لِقَاءنَا لَوْلَا أُنزِلَ عَلَيْنَا الْمَلَائِكَةُ أَوْ نَرَى رَبَّنَا لَقَدِ اسْتَكْبَرُوا فِي أَنفُسِهِمْ وَعَتَوْ عُتُوًّا كَبِيرًا

  1. Bizimlə qarşılaşmağı ummayanlar: “Mələklər bizə də nazil olmalı və ya Rəbbimizi görməliyik!” – dedilər.[35] Həqiqətən, onlar özləri barəsində təkəbbürə qapıldılar və azğınlaşıb həddi aşdılar.

 

يَوْمَ يَرَوْنَ الْمَلَائِكَةَ لَا بُشْرَى يَوْمَئِذٍ لِّلْمُجْرِمِينَ وَيَقُولُونَ حِجْرًا مَّحْجُورًا

  1. Mələkləri görəcəkləri gün, günahkarları sevindirəcək heç bir şey olmayacaqdır.[36] Mələklər onlara: “Sizə qəti qadağandır!” – deyəcəklər.

 

وَقَدِمْنَا إِلَى مَا عَمِلُوا مِنْ عَمَلٍ فَجَعَلْنَاهُ هَبَاء مَّنثُورًا

  1. Onların etdikləri hər bir əməli/işi ələ aldıqdan sonra,[37] onu toz-dumana çevirərik.[38]

 

أَصْحَابُ الْجَنَّةِ يَوْمَئِذٍ خَيْرٌ مُّسْتَقَرًّا وَأَحْسَنُ مَقِيلًا

  1. O gün cənnət əhlinin qalacağı yerlər daha xeyirli, istirahət edəcəkləri yerlər daha gözəldir.[39]

 

وَيَوْمَ تَشَقَّقُ السَّمَاء بِالْغَمَامِ وَنُزِّلَ الْمَلَائِكَةُ تَنزِيلًا

  1. Göyün buludlarla bölünəcəyi[40] və mələklərin bölük-bölük endiriləcəyi gün;

 

الْمُلْكُ يَوْمَئِذٍ الْحَقُّ لِلرَّحْمَنِ وَكَانَ يَوْمًا عَلَى الْكَافِرِينَ عَسِيرًا

  1. O gün həqiqi mülk/hakimiyyət yalnız Rəhmana aiddir[41] və kafirlər üçün isə çətin bir gün olacaqdır.[42]

 

وَيَوْمَ يَعَضُّ الظَّالِمُ عَلَى يَدَيْهِ يَقُولُ يَا لَيْتَنِي اتَّخَذْتُ مَعَ الرَّسُولِ سَبِيلًا

  1. Zalım kimsə, o gün iki əlini dişləyərək belə deyəcək: “Kaş ki, bu elçi ilə eyni yolu tutsaydım!”[43]

 

يَا وَيْلَتَى لَيْتَنِي لَمْ أَتَّخِذْ فُلَانًا خَلِيلًا

  1. “Vay halıma! Kaş, filankəsi özümə dost tutmayaydım![44]

 

لَقَدْ أَضَلَّنِي عَنِ الذِّكْرِ بَعْدَ إِذْ جَاءنِي وَكَانَ الشَّيْطَانُ لِلْإِنسَانِ خَذُولًا

  1. Həqiqətən Zikr/Quran mənə gəldikdən sonra məni ondan o uzaqlaşdırdı.[45] Şeytan,[46] insanı üzü-üstə buraxıb gedər.”

 

وَقَالَ الرَّسُولُ يَا رَبِّ إِنَّ قَوْمِي اتَّخَذُوا هَذَا الْقُرْآنَ مَهْجُورًا

  1. Elçi belə dedi: “Ey Rəbbim! Xalqım bu Quranı tərk edilmiş bir hala saldı.”[47]

 

وَكَذَلِكَ جَعَلْنَا لِكُلِّ نَبِيٍّ عَدُوًّا مِّنَ الْمُجْرِمِينَ وَكَفَى بِرَبِّكَ هَادِيًا وَنَصِيرًا

  1. Beləcə, biz hər Nəbiyə günahkarların bir qismini düşmən etdik.[48] Doğru yolu göstərən və yardımcı olaraq Rəbbin sənə yetər.

 

وَقَالَ الَّذِينَ كَفَرُوا لَوْلَا نُزِّلَ عَلَيْهِ الْقُرْآنُ جُمْلَةً وَاحِدَةً كَذَلِكَ لِنُثَبِّتَ بِهِ فُؤَادَكَ وَرَتَّلْنَاهُ تَرْتِيلًا

  1. Kafirlik edənlər: “Quran, ona tam bir şəkildə bir dəfəlik nazil olmalı deyildimi?” – dedilər. Bu şəkildə nazil olması, onu sənin könlünə yaxşıca yerləşdirmək üçündür.[49] Biz onu hissə-hissə uyğunlaşdırıb bağlantılarını qurub doğru bir şəkildə tənzimlədik.[50]

 

وَلَا يَأْتُونَكَ بِمَثَلٍ إِلَّا جِئْنَاكَ بِالْحَقِّ وَأَحْسَنَ تَفْسِيرًا

  1. Onların sənə gətirdikləri elə bir məsəl yoxdur ki, biz sənə onun doğrusunu və ən gözəl izahını gətirməmiş olaq.[51]

 

الَّذِينَ يُحْشَرُونَ عَلَى وُجُوهِهِمْ إِلَى جَهَنَّمَ أُوْلَئِكَ شَرٌّ مَّكَانًا وَأَضَلُّ سَبِيلًا

  1. Onlar, üzü üstə cəhənnəmə toplanacaq olanlardır.[52] Onlar, ən pis yerdə və ən azğın yolda olanlardır.[53]

 

وَلَقَدْ آتَيْنَا مُوسَى الْكِتَابَ وَجَعَلْنَا مَعَهُ أَخَاهُ هَارُونَ وَزِيرًا

  1. Musaya o kitabı verdik[54] və qardaşı Harunu da ona vəzir/yardımcı etdik.[55]

 

فَقُلْنَا اذْهَبَا إِلَى الْقَوْمِ الَّذِينَ كَذَّبُوا بِآيَاتِنَا فَدَمَّرْنَاهُمْ تَدْمِيرًا

  1. Onlara: “Ayələrimizi yalanlayan xalqa gedin!” – dedik.[56] Sonunda onları yerlə bir etdik.[57]

 

وَقَوْمَ نُوحٍ لَّمَّا كَذَّبُوا الرُّسُلَ أَغْرَقْنَاهُمْ وَجَعَلْنَاهُمْ لِلنَّاسِ آيَةً وَأَعْتَدْنَا لِلظَّالِمِينَ عَذَابًا أَلِيمًا

  1. Nuh xalqını da,[58] özlərinə gələn elçiləri[59] yalanladıqları zaman onları suda boğduq və insanlar üçün bir ayə/ibrət etdik.[60] Biz, zalımlar üçün ağrılı-acılı bir əzab hazırlamışıq.

 

وَعَادًا وَثَمُودَ وَأَصْحَابَ الرَّسِّ وَقُرُونًا بَيْنَ ذَلِكَ كَثِيرًا

  1. (Hudun xalqı) Adı, (Salihin xalqı) Səmudu, Rəss əhalisini[61] və bunların arasında yaşayan necə nəsilləri də…[62]

 

وَكُلًّا ضَرَبْنَا لَهُ الْأَمْثَالَ وَكُلًّا تَبَّرْنَا تَتْبِيرًا

  1. Hamısına (dərs alacaqları) məsəllər çəkdik, (qulaq asmayınca da) sonunda yerlə yeksan etdik.[63]

وَلَقَدْ أَتَوْا عَلَى الْقَرْيَةِ الَّتِي أُمْطِرَتْ مَطَرَ السَّوْءِ أَفَلَمْ يَكُونُوا يَرَوْنَهَا بَلْ كَانُوا لَا يَرْجُونَ نُشُورًا

  1. Əlbəttə ki (Məkkəlilər), fəlakət yağmuru yağdırılmış o şəhərə yolları düşüb. Məgər oranın halını heç görmədilər?[64] Əslində onlar, yenidən dirilməyi, (məhşərdə, hesab günündə toplanmağı) umid etmirlər.[65]

 

وَإِذَا رَأَوْكَ إِن يَتَّخِذُونَكَ إِلَّا هُزُوًا أَهَذَا الَّذِي بَعَثَ اللَّهُ رَسُولًا

  1. Səni gördükləri zaman sadəcə lağa qoyaraq:[66] “Allahın elçi olaraq göndərdiyi budurmu?”

 

إِن كَادَ لَيُضِلُّنَا عَنْ آلِهَتِنَا لَوْلَا أَن صَبَرْنَا عَلَيْهَا وَسَوْفَ يَعْلَمُونَ حِينَ يَرَوْنَ الْعَذَابَ مَنْ أَضَلُّ سَبِيلًا

  1. Əgər ilahlarımıza bağlılıqda səbr/səbat göstərməsəydik[67], az qala bizi onların yolundan azdıracaqdı.” Əzabı gördükləri zaman kimin yoldan daha çox azdığını anlayacaqlar.

 

أَرَأَيْتَ مَنِ اتَّخَذَ إِلَهَهُ هَوَاهُ أَفَأَنتَ تَكُونُ عَلَيْهِ وَكِيلًا

  1. Öz arzusunu özünə ilah edəni gördünmü?[68] Sən ona vəkilmi olacaqsan?[69]

 

أ مْ تَحْسَبُ أَنَّ أَكْثَرَهُمْ يَسْمَعُونَ أَوْ يَعْقِلُونَ إِنْ هُمْ إِلَّا كَالْأَنْعَامِ بَلْ هُمْ أَضَلُّ سَبِيلًا

  1. Yoxsa sən onların əksəriyyətinin səni dinlədiklərini ya da ağıllarını işlətdiklərinimi düşünürsən? Həqiqətən, onlar ancaq ənam[70] (qoyun, keçi, inək və dəvə) kimidirlər. Əslində, onlar çox daha azğın yoldadırlar.[71]

 

أَلَمْ تَرَ إِلَى رَبِّكَ كَيْفَ مَدَّ الظِّلَّ وَلَوْ شَاء لَجَعَلَهُ سَاكِنًا ثُمَّ جَعَلْنَا الشَّمْسَ عَلَيْهِ دَلِيلًا

  1. Rəbbin, kölgəni necə uzatdığını görmədinmi? Lazım görsəydi onu hərəkətsiz edərdi. Biz, Günəşi kölgənin dəlili/səbəbi etdik.

 

ثُمَّ قَبَضْنَاهُ إِلَيْنَا قَبْضًا يَسِيرًا

  1. Sonra kölgəni yavaşça özümüzə çəkdik (və qısaltdıq).[72]

 

وَهُوَ الَّذِي جَعَلَ لَكُمُ اللَّيْلَ لِبَاسًا وَالنَّوْمَ سُبَاتًا وَجَعَلَ النَّهَارَ نُشُورًا

  1. Gecəni sizin üçün bir əlbisə/örtük, yuxunu rahatlıq, gündüzü də yayılıb dolaşma vaxtı edən Odur![73]

 

وَهُوَ الَّذِي أَرْسَلَ الرِّيَاحَ بُشْرًا بَيْنَ يَدَيْ رَحْمَتِهِ وَأَنزَلْنَا مِنَ السَّمَاء مَاء طَهُورًا

  1. Rüzgarları mərhəməti önündə müjdəçi olaraq göndərən də Odur! Bununla belə, göydən tərtəmiz su endirdik ki,[74]

 

لِنُحْيِيَ بِهِ بَلْدَةً مَّيْتًا وَنُسْقِيَهُ مِمَّا خَلَقْنَا أَنْعَامًا وَأَنَاسِيَّ كَثِيرًا

  1. Onunla ölü bir bölgəyə həyat verək,[75] yaratdığımız heyvanların[76] və insanların bir çoxunun su ehtiyacını qarşılayaq.[77]

 

وَلَقَدْ صَرَّفْنَاهُ بَيْنَهُمْ لِيَذَّكَّرُوا فَأَبَى أَكْثَرُ النَّاسِ إِلَّا كُفُورًا

  1. Biz onu (suyu), xatırlayıb diqqət yetirmələri üçün aralarında paylaşdırdıq.[78] Amma insanların çoxu kafirlik etməkdə dirənib dururlar.[79]

 

وَلَوْ شِئْنَا لَبَعَثْنَا فِي كُلِّ قَرْيَةٍ نَذِيرًا

  1. Əgər lazım görsəydik, hər şəhərin içindən bir xəbərdar edən (peyğəmbər) çıxarardıq.[80]

 

فَلَا تُطِعِ الْكَافِرِينَ وَجَاهِدْهُم بِهِ جِهَادًا كَبِيرًا

  1. Sən kafirlərə boyun əymə və onlara qarşı (Quranla) böyük bir cihad et/əlindən gəldiyi qədər çalış![81]

 

وَهُوَ الَّذِي مَرَجَ الْبَحْرَيْنِ هَذَا عَذْبٌ فُرَاتٌ وَهَذَا مِلْحٌ أُجَاجٌ وَجَعَلَ بَيْنَهُمَا بَرْزَخًا وَحِجْرًا مَّحْجُورًا

  1. İki böyük su kütləsini bir-birinə qovuşduran Odur![82] Biri duzsuz şirin, digəri duzludur, acıdır. Bunların aralarına bir maneə və keçilməz bir sədd qoymuşdur.[83]

 

وَهُوَ الَّذِي خَلَقَ مِنَ الْمَاء بَشَرًا فَجَعَلَهُ نَسَبًا وَصِهْرًا وَكَانَ رَبُّكَ قَدِيرًا

  1. Bəşəri[84] sudan yaradan, ona nəsəb/nəsil və sonradan qohumluq bağı ortaya çıxaran Odur![85] Rəbbin hər şeyə qadir/hər şeyin ölçüşünü qoyandır.

 

وَيَعْبُدُونَ مِن دُونِ اللَّهِ مَا لَا يَنفَعُهُمْ وَلَا يَضُرُّهُمْ وَكَانَ الْكَافِرُ عَلَى رَبِّهِ ظَهِيرًا

  1. Onlar, özlərinə nə bir faydası nə də bir zərəri olmayan varlıqları Allahla özləri arasına qoyub qulluq edirlər.[86] Kafir, Rəbbinə qarşı çıxana arxa çıxar.

 

وَمَا أَرْسَلْنَاكَ إِلَّا مُبَشِّرًا وَنَذِيرًا

  1. Biz səni yalnız müjdə verən və xəbərdar edən olaraq göndərdik.[87]

 

قُلْ مَا أَسْأَلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ إِلَّا مَن شَاء أَن يَتَّخِذَ إِلَى رَبِّهِ سَبِيلًا

  1. De ki: “Mən bunun qarşılığında sizdən bir mükafat istəmirəm.[88] Sadəcə Rəbbinə tərəf doğru bir yol tutmağa çalışan kəslər olmağınızı istəyirəm.”[89]

 

وَتَوَكَّلْ عَلَى الْحَيِّ الَّذِي لَا يَمُوتُ وَسَبِّحْ بِحَمْدِهِ وَكَفَى بِهِ بِذُنُوبِ عِبَادِهِ خَبِيرًا

  1. Sən, ölümsüz, daim diri olana təvəkkül et/güvənib dayan![90] Onu həmd ilə təsbih et/şanına tərif de! Bəndələrinin günahlarından xəbərdar olan biri olaraq O yetər![91]

 

الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا فِي سِتَّةِ أَيَّامٍ ثُمَّ اسْتَوَى عَلَى الْعَرْشِ الرَّحْمَنُ فَاسْأَلْ بِهِ خَبِيرًا

  1. O, göyləri, yeri və ikisi arasındakıları altı gündə[92] yaradan və sonra ərşə istiva edən/idarənin başına keçəndir.[93] O, Rəhmandır.[94] Sən (istəyəcəyini) Ondan, hər şeydən xəbərdar olandan istə!

 

وَإِذَا قِيلَ لَهُمُ اسْجُدُوا لِلرَّحْمَنِ قَالُوا وَمَا الرَّحْمَنُ أَنَسْجُدُ لِمَا تَأْمُرُنَا وَزَادَهُمْ نُفُورًا

  1. Onlara: “Rəhmana səcdə edin!” – deyildiyi zaman, onlar: “Rəhman nədir?[95] Sənin bizə əmr etdiyinə səcdə edəcəyik?” – deyərlər.[96] Bu (səcdə əmri), onların nifrətini daha da artırar.

 

تَبَارَكَ الَّذِي جَعَلَ فِي السَّمَاء بُرُوجًا وَجَعَلَ فِيهَا سِرَاجًا وَقَمَرًا مُّنِيرًا

  1. Göydəki bürcləri[97], orada bir işıq qaynağı (Günəşi) və işığı əks etdirən Ayı meydana gətirən (Allah)[98] nə uca bir bərəkət qaynağıdır.

 

وَهُوَ الَّذِي جَعَلَ اللَّيْلَ وَالنَّهَارَ خِلْفَةً لِّمَنْ أَرَادَ أَن يَذَّكَّرَ أَوْ أَرَادَ شُكُورًا

  1. Xatırlayıb diqqət yetirmək istəyənlər və şükr etmək istəyənlər üçün gecəni və gündüzü bir-birinin ardınca gətirən də Odur![99]

 

وَعِبَادُ الرَّحْمَنِ الَّذِينَ يَمْشُونَ عَلَى الْأَرْضِ هَوْنًا وَإِذَا خَاطَبَهُمُ الْجَاهِلُونَ قَالُوا سَلَامًا

  1. Rəhmanın bəndələri, yer üzündə təvazükarlıqla yeriyənlərdir.[100] Cahillər onlara söz atdıqları zaman onlara: “Salam/Sülh, əminamanlıq içində olun!” – deyərlər.[101]

 

وَالَّذِينَ يَبِيتُونَ لِرَبِّهِمْ سُجَّدًا وَقِيَامًا

  1. Onlar gecələrini də Rəbbi üçün səcdədə və qiyamda keçirərlər.[102]

 

وَالَّذِينَ يَقُولُونَ رَبَّنَا اصْرِفْ عَنَّا عَذَابَ جَهَنَّمَ إِنَّ عَذَابَهَا كَانَ غَرَامًا

  1. Deyərlər ki: “Rəbbimiz! Cəhənnəm əzabını bizdən sovuşdur! Şübhəsiz, onun əzabı, ödənməsi ağır bir borcdur![103]

 

إِنَّهَا سَاءتْ مُسْتَقَرًّا وَمُقَامًا

  1. Ora nə pis bir məskən və nə pis bir məqamdır![104]

 

وَالَّذِينَ إِذَا أَنفَقُوا لَمْ يُسْرِفُوا وَلَمْ يَقْتُرُوا وَكَانَ بَيْنَ ذَلِكَ قَوَامًا

  1. Onlar o kəslərdir ki, xərclədikləri zaman nə israfçılıq edərlər, nə də xəsisliklik edərlər, bunların arasında orta bir yol tutarlar.[105]

 

وَالَّذِينَ لَا يَدْعُونَ مَعَ اللَّهِ إِلَهًا آخَرَ وَلَا يَقْتُلُونَ النَّفْسَ الَّتِي حَرَّمَ اللَّهُ إِلَّا بِالْحَقِّ وَلَا يَزْنُونَ وَمَن يَفْعَلْ ذَلِكَ يَلْقَ أَثَامًا

  1. Onlar, Allah ilə bərabər başqa bir ilahı köməyə çağırmazlar.[106] Allahın haram buyurduğu bir cana haqlı bir səbəb olmadan[107] qıymazlar. Zina da etməzlər. Kim bunları edərsə, cəzasını çəkər.[108]

 

يُضَاعَفْ لَهُ الْعَذَابُ يَوْمَ الْقِيَامَةِ وَيَخْلُدْ فِيهِ مُهَانًا

  1. Qiyamət/məzardan qalxma günü onun əzabı ikiyə qatlanır[109] və orada alçaldılmış olaraq həmişəlik qalır.

 

إِلَّا مَن تَابَ وَآمَنَ وَعَمِلَ عَمَلًا صَالِحًا فَأُوْلَئِكَ يُبَدِّلُ اللَّهُ سَيِّئَاتِهِمْ حَسَنَاتٍ وَكَانَ اللَّهُ غَفُورًا رَّحِيمًا

  1. Ancaq kim tövbə edər/dönərsə, inanıb güvənər və xayirxah işlər görərsə, Allah onların pis işlərini yaxşı işlərlə əvəz edər. Allah bağışlayandır, rəhmlidir.[110]

 

وَمَن تَابَ وَعَمِلَ صَالِحًا فَإِنَّهُ يَتُوبُ إِلَى اللَّهِ مَتَابًا

  1. Çünki, kim tövbə edər və xeyirxah işlər görərsə, Allaha tərəf qayıtmış/tövbəsi qəbul edilmiş olur.[111]

 

وَالَّذِينَ لَا يَشْهَدُونَ الزُّورَ وَإِذَا مَرُّوا بِاللَّغْوِ مَرُّوا كِرَامًا

  1. Onlar o kəslərdir ki, yalan şeylərə şahidlik etməzlər.[112] Boş, faydasız şeylərə rastladıqları zaman mətanətlə oradan keçib gedərlər.[113]

 

وَالَّذِينَ إِذَا ذُكِّرُوا بِآيَاتِ رَبِّهِمْ لَمْ يَخِرُّوا عَلَيْهَا صُمًّا وَعُمْيَانًا

  1. Onlara Rəbbinin ayələri xatırlatıldığı zaman o ayələrə qarşı kar və kor [114]

 

وَالَّذِينَ يَقُولُونَ رَبَّنَا هَبْ لَنَا مِنْ أَزْوَاجِنَا وَذُرِّيَّاتِنَا قُرَّةَ أَعْيُنٍ وَاجْعَلْنَا لِلْمُتَّقِينَ إِمَامًا

  1. Onlar belə deyərlər: “Rəbbimiz! Bizə gözümüzü, könlümüzü aydınladan zövcələr və övladlar bəxş et! Bizi pisliklərdən qorunanlara öndər et!”[115]

 

أُوْلَئِكَ يُجْزَوْنَ الْغُرْفَةَ بِمَا صَبَرُوا وَيُلَقَّوْنَ فِيهَا تَحِيَّةً وَسَلَامًا

  1. Onlar səbr etmələrinə/dirayətli duruşlarına görə köşklərlə (cənnətdə yüksək məqamlarla) mükafatlandırılır, orada hörmətlə və salamla qarşılanırlar.[116]

 

خَالِدِينَ فِيهَا حَسُنَتْ مُسْتَقَرًّا وَمُقَامًا

  1. Orada həmişəlik qalacaqlar. Orası nə gözəl bir məskən və nə gözəl bir ikamətgahdır![117]

 

قُلْ مَا يَعْبَأُ بِكُمْ رَبِّي لَوْلَا دُعَاؤُكُمْ فَقَدْ كَذَّبْتُمْ فَسَوْفَ يَكُونُ لِزَامًا

  1. De ki: “Duanız olmazsa, Rəbbimz sizə nə deyə dəyər versin ki![118] Siz isə yalana sarıldınız.[119] Bu (günah) yaxanızı buraxmayacaqdır!

[1] İnsanlara və cinlərə (Zariyat 51/56).

[2] Xəbərdarlığın mənbəyi Allahın kitabıdır. Elçisi də bu kitabla təbliğatını sürdürür (Füssilət 41/2-3; Hud 11/2).

[3] Allahın nazil etdiyi kitabların müştərək adı Furqandır (Ali İmran 3/4; Ənbiya 21/48).

[4] Bəqərə 2/107, Ali İmran 3/189, Maidə 5/40, 120, Tövbə 9/116, Nur 24/42, Zümər 39/44, Şura 42/49, Zuxruf 43/85, Casiyə 45/27, Fəth 48/14, Hədid 57/2, 5, Buruc 85/9.

[5] Ənam 6/101, İsra 17/111, Cin 72/3, İxlas 112/1-4.

[6] Allahın yaratdığı heç bir şey digərinin eynisi deyil. O yaratdığı hər şeyi fərqli şəkildə yaratmışdır (Ali İmran 3/6, Mümin 40/64, Həşr 59/24, Təğabun 64/3, İnfitar 82/68, Əla 87/1-3).

[7] Əraf 7/191, Nəhl 16/20, 73, Yasin 36/74-75, Rad 13/16, Səbə 34/22, Fatır 35/13.

[8] Yunus 10/38, Hud 11/13, 35, Ənbiya 21/5, Səcdə 32/3, Səbə 34/8, Əhqaf 46/8, Haqqa 69/44-48.

[9] Nəhl 16/103.

[10] Satara (سَطَرَ) feili yazı yazmaq mənasına gəlir. Doqquz yerdə bu şəkildə keçər (أَسَاطِيرُ الْأَوَّلِينَ). Quranda bildirilənlərin yeni olmadığı, əvvəlki ilahi kitablarda da mövcud olduğu həqiqətini gözardı edənlər, istehza mahiyyətində bu cümlələri işlədirlər: Əvvəlkilərin cızma-qaraları.

[11] Bu ayə, Muhəmməd əleyhissəlamın ən azından peyğəmbərlik verildikdən sonra oxuma-yazması olduğunu göstərir. Belə çıxır ki, Peyğəmbərimizin hər hansı bir kitabı oxumadığını, yazmadığını bildirən ayə, onun peyğəmbərlikdən əvvəlki halını izah edir (Ənkəbud 29/47-48). Peyğəmbərimizə “Ümmi” deyilməsi isə, tamamilə başqa bir məsələdir. Ümmi kəlməsini, Quranda əsasən iki fərqli anlama gəldiyini görməkdəyik: Birincisi “özlərinə ilahi kitablar verilməmiş olan və bu kitabdakı məlumatlardan xəbəri olmayan” (Bəqərə 2/78; Ali İmran 3/20), ikincisi isə: Məkkənin ümmül qura (şəhərlərin anası) olaraq adlandırılması səbəbiylə- “Məkkəli olan” anlamındadır (Ali İmran 3/75; Cüma 62/2). Quranda ona ümmi deyilməsinin səbəbi də məhz, Məkkəli olmasıdır (Əraf 7/157-158).

[12] Hicr 15/9, Tə-ha 20/1-4, Şuəra 26/192-195, Səcdə 32/2-3, Fussilət 41/41-42, İnsan 76/23

[13] Ənam 6/8, İsra 17/90-95, Furqan 25/20

[14] Hud 11/12.

[15] İsra 17/47.

[16] İsra 17/48.

[17] “Şaə” ( شاء ) feili “bir şey etmək” mənasındakı şey ( شيء) məsdərindən törəmişdir. Allahın bir şey etməsi o şeyi var etməsi, insanın bir şey etməsi də o şey üçün lazım olan səyi göstərməsidir (“Mufrədat”). Allah, hər şeyi bir ölçüyə görə var edər (Qəmər 54/49, Rad 13/48). Allah hər kəsin doğru yolda olmasını istəyər (Nisa 4/26) amma təkcə doğru işlər görəni doğru yolda sayar (Nur 24/46). Buna görə “şaə” feilinin icraçısı bəndə olarsa “seçib etdi”, Allah olarsa, “seçib yaratdı” mənasına gəlir. Allah, insanlara seçimlərinə görə davranma hürriyyəti verməsəydi, heç kimsə yanlış bir iş görə bilməz və imtahan deyə də bir şey olmazdı (Nəhl 16/93, Yunus 10/99). Yanlış bir qədər anlayışını İslama yerləşdirmək istəyənlər, böyük bir təhrifə yol verərək şaə ( شاء ) feilinə hər yerdə iradə yəni “istəmək və diləmək” mənasını vermiş və bunu təfsirlərə hətta sözlüklərə belə yerləşdirərək, bir çox ayənin məalını pozmuşlar.

[18] Duha 93/5.

[19] Zalımları sarsacaq olan saat, məzardan qalxma saatı yəni, yenidən diriləcək olan saatdır (Ənam 6/31, Əraf 7/187, Nəhl 16/77, Kəhf 18/21, 36, Həcc 22/1-6-7, Rum 30/12-16, 55, Loğman 31/34, Əhzab 33/63, Zuxruf 43/66, Muhamməd 47/18, Naziat 79/42-46)

[20] Əhzab 33/64.

[21] Mülk 67/6-8.

[22] İbrahim 14/49, Mümin 40/71, Haqqa 69/32, İnsan 76/4.

[23] Nisa 4/42, Nəbə 78/40, İnşiqaq 84/10-11.

[24] Zuxruf 43/77.

[25] Əhqaf 46/16, Muhamməd 47/15, Həşr 59/20.

[26] Nəhl 16/31, Ənbiya 21/102, Yasin 36/57, Zümər 39/34, Fussilət 41/31, Şura 42/22, Kaf 50/35.

[27] Nisa 4/122.

[28] Səbə 34/40.

[29] Maidə 5/116-117, Səbə 34/41.

[30] Nəhl 16/86-87.

[31] Əraf 7/44-45, Nəhl 16/88.

[32] Ənbiya 21/8, Furqan 25/7.

[33] Quranda fitnə kəlməsi fərqli mənalarda keçər: İmtahan, aldatma, cəhənnəm əzabı və savaş (Əraf 7/122; Əraf 7/27; Zariyat 51/10-14; Bəqərə 2/216).

[34] Bəqərə 2/155, Muhamməd 47/31.

[35] İsra 17/92.

[36] Bəqərə 2/210, Ənam 6/158, Nəhl 16/33.

[37] Axirətdə cəhənnəmə gedən hər kəsə etdiyi əmələ görə fərqli cəzalar verilir və fərqli qatlara yerləşdirilir (Məryəm 19/68/72)

[38] Bəqərə 2/264, Ali İmran 3/117, Hud 11/16, İbrahim 14/18, Nur 24/39.

[39] Furqan 25/75-76.

[40] İnsanların yenidən dirildiləcəyi gündən qabaq göylərin halını göstərən ayələr üçün bax: Ənbiya 21/104, Tur 52/9, Rəhman 55/37, Haqqa 69/16, Məaric 70/8, Müzzəmmil 73/18, Mürsəlat 77/9, İnfitar 82/1, İnşiqaq 84/12.

[41] Ənam 6/73, Həcc 22/56, Mümin 40/16, İnfitar 82/19.

[42] Qəmər 54/8, Müddəssir 74/10, Nəbə 78/40.

[43] Ali İmran 3/103, Əhzab 33/66-67.

[44] Zuxruf 43/ 67.

[45] Zuxruf 43/ 36-38.

[46] Doğru yoldan uzaqlaşan və başqalarını da uzaqlaşdırmaya çalışan insan və cinlərə şeytan deyilir (Ənam 6/112, Nas 114/46).

[47] Muhəmməd əleyhissəlamdan sonra müsəlmanlar parçalandı və bir-birləri ilə savaşdılar (Bəqərə 2/253). Bu gün də məzhəblərə, təriqət və camaatlara parçalanmış vəziyyətdədirlər (Nisa 4/41-42, Ənam 6/159, Rum 30/30-32).

[48] Ənam 6/112-113.

[49] Hud 11/120, İbrahim 14/27.

[50] Tərtil, bir şeyin bağlantılarını qurub onu doğru bir şəkildə sıralamaqdır (Müfrədat). Allah, öz sözləri olan ayələrin bağlantılarını qurmuş, onları açıq və başa düşüləcək bir metodla, hikmət metodu ilə düzənləmişdir (Əraf 7/52; İSRA 17/106). Burada əmr edilən tərtil, Muhəmməd əleyhissəlamın Allahın qurduğu bağlantıları taparaq, ayə kümələrini başa düşməyə çalışmasıdır. Üstəlik, Allah ona daha əvvəl bilmədiyi kitabı və hikməti nazil etmiş və öyrətmişdir (Nisa 4/113) o da bunları ümmətinə öyrətmişdir (Bəqərə 2/151; Ali İmran 3/164; Cuma 62/2; Müzzəmmil 73/1-10; 19-20).

[51] İsra 17/41, Kəhf 18/54, Tə-ha 20/113, Rum 30/58, Zümər 39/27.

[52] Nisa 4/140.

[53] İsra 17/72.

[54] Bəqərə 2/53, Ənam 6/87, Hud 11/110, İsra 17/2, Ənbiya 21/48, Müminun 23/49, Mümin 40/53, Fussilət 41/45.

[55] Məryəm 19/53, Tə-ha 20/2934, Şuəra 26/1213, Qəsas 28/3435.

[56] Tə-ha 20/42.

[57] Əraf 7/136.

[58] Nəcm 53/52.

[59] Nuh xalqına vəhy ilə gələn təkcə Nuh əleyhissəlamdı. Digər elçilər onun aldığı vəhyi digərlərinə çatdıran möminlər idi (Şuəra 26/105).

[60] Ənkəbud 29/15.

[61] “Rəss” Ərəbcə “quyu, çuxur, mədən ocağı” kimi mənalara gəlir. Bu addakı bir xalq özlərinə göndərilən elçiləri inkar etdikləri üçün həlak edildilər (Kaf 50/12).

[62] İbrahim 14/9.

[63] Təğabün 64/5.

[64] Burası -Məkkəlilərin çox keçdiyi karvan yolları üzərində olan- volkanik bir patlama nəticəsində həlak edilən Lut xalqının yaşamış olduğu yerdir (Hud 11/82-83, Hicr 15/74-76, Saffat 37/137-138).

[65] Ənam 6/27-31.

[66] Ənbiya 21/36.

[67] Sad 38/6.

[68] Bunlar, öz nəfslərini, arzu və həvəslərini önə alıb, Allahın əmrlərini ikinci sıraya alanlardır (Bəqərə 2/171, Casiyə 45/23, Naziat 79/37-39).

[69] Ənam 6/107.

[70] Ənam 6/143-144.

[71] Əraf 7/179.

[72] Günəş doğduğu vaxt kölgə qərb nöqtəsinə qədər uzanır. Günəş, yüksəldikcə qısalır. Təpə nöqtəsinə gəlincə ən qısa halını alır. Sonra kölgə şərqə tərəf uzanır və günəş batana qədər davam edər.

[73] Yunus 10/67, İsra 17/12, Nəml 27/86, Qəsas 28/73, Rum 30/23, Mümin 40/61, Nəbə 78/9-11.

[74] Əraf 7/57, Hicr 15/22, Nəml 27/63, Rum 30/46, Zuxruf 43/11.

[75]  Zuxruf 43/11.

[76] Ənam kəlməsi, hər nə qədər ev heyvanları nəzərdə tutulsa da (Ənam 6/143-144) burada bütün heyvanları nəzərdə tutmalıyıq.

[77] Səcdə 32/27.

[78] Əvvəlki ayələrdə yağmurdan söz edildiyi üçün bu ayədəki “onu” şəxs əvəzliyi yağmuru göstərir.

[79] İsra 17/89.

[80] Allah elçini hər şəhərə deyil, o bölgədə yerləşən ana şəhərə göndərir (Qəsas 28/59) və xəbərdarlıq üçün göndərmədiyi heç bir şəhəri ya da xalqı həlak etməz (İsra 17/15; Şüəra 26/208-209).

[81] Tövbə 9/73, Nəhl 16/125, Əhzab 33/1, Təhrim 66/9, İnsan 76/24. Cihad (جهاد), düşmənın, şeytanın və ya arzuların təsirinə qarşı Allahın əmrinə tabe olmaq üçün verilən hər cür mücadilədir (Müfrədat). Allah yolunda savaş, cihadın çox mühüm bir parçasıdır.

[82] Ərəbcə böyük su kütlələrinə; dənizə, axarsulara, duzlu və duzsuz göllərə “bəhr” deyilir (Lisanul Ərəb). Dəniz deyilincə heç kimin ağlına dadlı su kütləsi gəlməyəcəyi üçün kəlməni “böyük su kütləsi” – deyə, məal verməyi daha uyğun gördük.

[83] Nəml 27/61, Fatır 35/12, Rəhman 55/19-20.

[84] İnsan bədəninin xarici qisminə yəni cildinə “bəşər (البشرة )” deyilir. Bəşər (البشر) kəlməsi Quranda, insan mənasında keçər və bununla, insanın digər canlılardan fərqli olan fiziki yönünə diqqət çəkilir. İnsan, paltar geyinmək məcburiyyətində qalan tək varlıqdır. Paltar, onun dünyanın hər yerində və hər mövsümdə yaşamasına imkan verir (Əraf 7/26; Nəhl 16/5, 81). Quran, ilk insan olan Adəm əleyhissəlamın torpaqdan yaradılan ilk bəşər olduğunu açıq şəkildə bildirir (Furqan 25/54; Rum 30/20; Sad 38/71). Bütün bunlar, insanın başqa bir varlıqdan təkamül edərək yarandığı iddialarını rədd etməkdədir.

[85] Nəhl 16/72, Rum 30/21.

[86] Yunus 10/18, Nahl 16/73, Hac 22/71.

[87] Bəqərə 2/119, İsra 17/105, Əhzab 33/45, Səbə 34/28, Fəth 48/8, Müzzəmmil 73/15.

[88] Ənam 6/90, Yusuf 12/104, Müminun 23/72, Sad 38/86, Tur 52/40, Qələm 68/46.

[89] Şura 42/23.

[90] Nəml 27/79, Əhzab 33/3.

[91] İsra 17/17.

[92] Yer və göylərin ümumi altı gündə yaradıldığını göstərən ayələr bunlardır: Yunus 10/3, Hud 11/7, Furqan 25/59, Səcdə 32/4-5, Fussilət 41/9-12, Qaf 50/38, Hədid, 57/4. Bu müddət bizə görə altı min ildir (Səcdə 32/15).

[93] Xalq dilində “ərş” səltənət taxtıdır (Yusuf 12/100; Nəml 27/23). Ərşə istiva, səltənətin başına keçmək” mənasındadır. Türk dilində də bu mənada “padişah təxdə çıxdı”, “Filankəs qoltuğuna yerləşdi” kimi ifadələr işlədilir. Bilavasitə “Allah ərşə istiva etdi” sözü də kainatın idarəsinin Allahın əlində olduğunu ifadə edər (Yunus 10/3; Rad 13/2; Tə-ha 20/5; Furqan 25/59; Səcdə 32/4; Hədid 57/4).

[94] Rəhman, rəhmət kökündən əmələ gələn və mənası “rəhməti hər şeyi əhatə edən” deməkdir. Bu xüsusiyyət Allahdan başqasında yoxdur. Quranın rəhmət olması (İsra 17/82), insanların ehtiyacı olan hər şeyi qarşılayan bir kitab olması səbəbiylədir.

[95] Rad 13/30.

[96] Mürsəlat 77/48, İnşiqaq 84/21.

[97] Burc (بُرج), Ərəb dilində “köşk, qala” mənasına gəlir (Məqayıs).  Birinci qat səmanın hər tərəfini bəzəyən ulduz kümələri uzaqdan, köşklər və qalalar kimi görünür (Nisa 4/78, Hicr 15/16, Buruc 85/1).

[98] Yunus 10/5, Nuh 71/16.

[99] Gecə ilə gündüz, eyni günəş və ay kimi öz orbitində dolaşan iki ayrı təbəqədir (Yasin 36/40). Bunlar, dünyanın çevrəsini bir kürə kimi sarır. Biri digərini əvəz edərək gecə və gündüzü meydana gətirir (Zümər 39/5. Gündüz üstə keçəndə gündüz, gecə üstə keçəndə gecə olur. Dünyanın Günəşlə arasındaki bucağın daim dəyişməsi, gecə ilə gündüzün uzanıb qısalmasına səbəb olur (Tə-ha 20/53, Zuxruf 43/10). Gecə qısalanda gündüz uzanır (Ali İmran 3/27, Həcc 22/61, Fatır 35/13, Hədid 57/6). Bu, kölgə boylarının hər gün dəyişməsindən də görülür (Yunus 10/6). Allah, gecənin əlamətini qaldırmış, gündüzün isə əlaməti aydınlıq olaraq qalmışdır (İsra 17/12). Qütb bölgələrində qismi və ya tamamilə bəyaz gecələrin yaşanması bundandır. Günəş, gecənin də gündüzün də əlaməti deyildir. Qütb bölgələrində məhz günəşsiz gündüzlər olduğu kimi, günəşli gecələr də olmaqdadır. Kablonun içindən gələn elektiriyin, ampüldə aydınlığa dönüşməsi kimi, zifiri qaranlıqdan keçib gələn günəş şüaları da, gündüzə çatanda aydınlığa dönüşür. Allah, qurduğu mizana görə gecə-gündüz ölçüsünü qoymuş və bizə doğru bir təqvim qoyma imkanı saxlamışdır (Ənam 6/96, Rəhman 55/5, Naziat 79/29, Şəms 91/1, Duha 93/12). Gecə sakin və dinləndirici, gündüz də çalışıb qazanmaqa əlverişli bir özəlliyə sahibdir (İsra 17/12, Nəml 27/86, Qəsas 28/73, Mümin 40/61).

[100] İsra 17/37, Loğman 31/19.

[101] Qəsas 28/55.

[102] Ali İmran 3/17, Səcdə 32/16, Zümər 39/9, Zariyat 51/17-18.

[103]Ödənməsi çətin bir borç” mənası verdiyimiz kəlmə “ğaram =غَرم” kəlməsidir (Lisanul Ərəb, Müfrədat).  Günahkarlar, məhşər yerində əməl dəftərlərini gördükləri zaman qorxudan tir-tir titrəyəcək və “Bu necə bir dəftərdir! Kiçik, böyük hamısını sayıb tökmüş, heç bir şey buraxmamış!” – deyəcəklər (Kəhf 18/49).

[104] Kəhf 18/29.

[105] İsra 17/29.

[106] İsra 17/22, 39, Şuəra 26/213, Qəsas 28/88, Zariyat 51/51.

[107] Adam öldürməyin icazəli olduğu hallar: Savaş (Bəqərə 2/190), Qisas  (Bəqərə 2/178179, İsra 17/33) və terror cinayəti işləyənlərdən bir qisminə  verilən cəza (Maidə 5/33) ilə məhduddur.

[108] Ayədə keçən “İsm= إِثْمَ”kəlməsi, insanı savabdan yəni yaxşılıqlardan və təbii halından uzaqlaşdıran davranış mənasındadır (Müfrədat).

[109] Axirətdə cəza görməmək üçün ölmədən qabaq tövbə edib doğru yola yönəlmək lazımdır (Nisa 4/17-18, 110; Nəhl 16/126, Şura 42/40, Nəml 27/90, Qəsas 28/84). Axirətə qalan cinayətlərin cəzası, müddətləri fərqli olduğu kimi, mükafatları və onların müddətləri də fərqlidir.

[110] Ali İmran 3/135, Ənam 6/54, Əraf 7/153, Tə-ha 20/82, Qəsas 28/67, Şura 42/25. Bu ayənin Tövratdakı bənzəri belədir: “Oğul, atasının günahından məsul deyildir. Ata da oğulun günahından məsul olmaz. Doğru insan doğruluğunun, pis insan da pisliyinin cəzasını alacaqdır. Pis insan, əgər işlədiyi günahlarından dönərsə, adil və doğru olanı edərsə, axirətdə həmişəlik yaşayacaqdır.” (Həzəkil 18/20-22).

[111] Nisa 4/17.

[112] Nisa 4/135.

[113] Ənam 6/68-69, Müminun 23/3, Qəsas 28/55.

[114] Səcdə 32/15.

[115] Hər müsəlman, özünün və övladının müttəqiloərə imam yəni öndər olmasını üçün dua etməlidir (Bəqərə 2/124). Bunun üçün təkcə dua da kifayət deyil, eyni zamanda lazım olan işləri də görməsi lazımdır (Bəqərə 2/200-202).

[116] Rad 13/2224, İbrahim 14/23, Hicr 15/4546, Nəhl 16/3132, Sad 38/4950, Zümər 39/73,  Zuxruf 43/7073, Qaf 50/3135.

[117] Bəqərə 2/25, Ali İmran 3/136, Kəhf 18/31, Ənkəbud 29/58, Zümər 39/74, Beyyinə 98/7-8.

[118] Mümin 40/60.

[119] Allahın varlığına birliyinə inanmayan heç kim yoxdur. İnsanların hamısı başlarına bir sıxıntı gəldiyi zaman birbaşa Allaha yönələrək dua edərlər (İsra 17/67). Ancaq sıxıntıları qalxınca da üsyana təkrar davam edərlər (Ənam 6/63-64; Ənkəbud 29/65). Allahla özləri arasına qoyduqlarını çağıranlar yəni şirkə girənlər, tövbə etməzlərsə əsla əfv edilməyəcəklər (Nisa 4/116).