Müsəlmanlar

Uşaqlarımıza neçə yaşına qədər baxmaq məcburiyyətindəyik?

Sual: Bəqərə surəsi 233-cü ayəyə görə uşaqlara baxma mükəlləfiyyəti ataya aiddir. Bu, nə vaxta qədər davam edər. Yetkinlik çağına gəlmiş qız və oğlan uşaqlarına atanın baxma mükəlləfiyyəti qalxarmı?

Cavab: Ata, əlbəttə, uşaqları yetkinlik çağına gələnə qədər onlara baxmalıdır. Ancaq uşaqların da yetkinlik çağına çatana qədər mütləq bir şeylə məşğul olması (oxumaq ya da bir sənət əldə etmək üçün), çalışması lazımdır. Çünki, insan bir şeydə başarılı olması üçün uşaqlıqdan etibarən yetişməsi lazımdır. Qabiliyyətlər, yetkinlik çağına gəldiyi zaman birdən birə ortaya çıxan şeylər deyil. Buna görə də daha yetkinlik çağına gələnə qədər öz ehtiyacını qarşılamağı öyrənməlidir ki, ondan sonra artıq atasına yük olmasın ya da bir başqasının qazancına möhtac qalmasın.

Uca Allah, bir gəncin rüşdə/özünü idarə edə biləcək səviyyəyə gəldiyi zaman artıq ona hər hansı bir malın təslim edilməsini və ya evlənə biləcəyini buyurmaqdadır.[1]

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual-cavabları aşağıdakı linkdə görə bilərsiz:

https://www.muselmanlar.com/fitvalar/5741.html

https://www.muselmanlar.com/elanlar-xeberler/14957.html

Yeni suallarınızıhttp://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

[1] Bax: Nisa 4/6.