Müsəlmanlar

İslamın hakim olduğu bir yerdə içki istehsalı tamamilə qadağandırmı?

Cavab: Allaha inanan bir insan, Onun kitabında buyurduğu qadağalara təslim olmalıdır. Yəni, həqiqi müsəlman olmalıdır. İçki və ya digər qadağalar, inanan və Ona təslim olan insanlar üçün qadağandır.

İstər İslamın hakim olduğu istər olmadığı bir ölkədə insanlar, Allahın qoyduğu qadağalara tabe olub olmamaqda sərbəstdirlər. Bu səbəblə, Allaha inanıb təslim olanlar nə içki istehal edər, nə də ki onu içərlər. Olmayanlar isə istədiyi yerdə istərsə içki istehsal edər və onu içə bilərlər. Çünki, dinimizdə məcburiyyət yoxdur.

Bunun bir nümunəsini verərsək, məsələn: İslamın hakim olduğu Osmanlı dövründə Xristianlara içki istehsal etmələrinə icazə verilmişdir.

Uca Allah kitabında belə buyurur:

“Ey inanıb güvənənlər! İçki –narkotik maddələri, qumaq növləri, qurbangahlar və fal oxları-lotareyalar şeytan işi pis əməllərdir. Onlardan uzaq durun ki, bəlkə umduğunuza qovuşasınız.” (Maidə 5/90)

Gördüyümüz kimi, Rəbbimiz, ayənin başında qadağaların kimə aid olduğu bildirmişdir.

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual-cavabı aşağıdakı linklərdə görə bilərsiz:

https://www.muselmanlar.com/fitvalar/5108.html

https://www.muselmanlar.com/elanlar-xeberler/14982.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.