Tə-ha surəsi 135 ayədən ibarətdir. Surənin adı birinci ayədən alınmışdır.
بسم الله الرحمن الرحيم
Mərhəmətli, Rəhmli Allahın adıyla!
طه
- Tə-ha![1]
مَا أَنزَلْنَا عَلَيْكَ الْقُرْآنَ لِتَشْقَى
- Biz bu Quranı sənə məşəqqət/əziyyət çəkəsən deyə, nazil etmədik.[2]
إِلَّا تَذْكِرَةً لِّمَن يَخْشَى
- Sadəcə (Bizdən) çəkinənlər üçün bir öyüd-nəsihət olsun deyə (nazil etdik).[3]
تَنزِيلًا مِّمَّنْ خَلَقَ الْأَرْضَ وَالسَّمَاوَاتِ الْعُلَى
- O, yeri və uca göyləri yaradan (Allah) tərəfindən nazil olmuşdur.[4]
الرَّحْمَنُ عَلَى الْعَرْشِ اسْتَوَى
- Rəhman olan Allah, Ərşin/idarəsinin başındadır.[5]
لَهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ وَمَا بَيْنَهُمَا وَمَا تَحْتَ الثَّرَى
- Göylərdə, yerdə, hər ikisinin arasında və yerin altında olan hər şey Onundur.[6]
وَإِن تَجْهَرْ بِالْقَوْلِ فَإِنَّهُ يَعْلَمُ السِّرَّ وَأَخْفَى
- Sən sözü ucadan söyləsən də (gizləsən də) şübhəsiz O, sirləri də daha gizli olanları da bilir.[7]
اللَّهُ لَا إِلَهَ إِلَّا هُوَ لَهُ الْأَسْمَاء الْحُسْنَى
وَهَلْ أَتَاكَ حَدِيثُ مُوسَى
- Musanın hekayəsi sənə gəldimi?[11]
إِذْ رَأَى نَارًا فَقَالَ لِأَهْلِهِ امْكُثُوا إِنِّي آنَسْتُ نَارًا لَّعَلِّي آتِيكُم مِّنْهَا بِقَبَسٍ أَوْ أَجِدُ عَلَى النَّارِ هُدًى
- Bir gün o, bir atəş görmüş sonra da ailəsinə belə demişdi: “Siz burada qalın![12] Mən bir atəş gördüm. Bəlkə sizə ondan bir köz gətirərəm ya da o atəşin yanında yol göstərəcək birini taparam.[13]
فَلَمَّا أَتَاهَا نُودِي يَا مُوسَى
- Atəşin yanına gəlib çatanda ona belə nida olundu: “Ey Musa!
إِنِّي أَنَا رَبُّكَ فَاخْلَعْ نَعْلَيْكَ إِنَّكَ بِالْوَادِ الْمُقَدَّسِ طُوًى
- Şübhəsiz mən, bəli mən sənin Rəbbinəm! Başmaqlarını çıxart! Çünki sən, müqəddəs Tuva vadisindəsən.[14]
وَأَنَا اخْتَرْتُكَ فَاسْتَمِعْ لِمَا يُوحَى
- Mən səni seçdim. Artıq sənə vəhy olunanı dinlə!
إِنَّنِي أَنَا اللَّهُ لَا إِلَهَ إِلَّا أَنَا فَاعْبُدْنِي وَأَقِمِ الصَّلَاةَ لِذِكْرِي
- Şübhəsiz mən, bəli mən Allaham![15] Məndən başqa ilah yoxdur. Elə isə mənə qulluq et və məni zikr etməyin/ağlında tutmağın[16] üçün namazı düzgün və davamlı qıl!
إِنَّ السَّاعَةَ ءاَتِيَةٌ أَكَادُ أُخْفِيهَا لِتُجْزَى كُلُّ نَفْسٍ بِمَا تَسْعَى
- Qiyamət saatı[17] mütləq gələcəkdir! Hər kəs etdiklərinin qarşılığını alsın deyə, hardasa onu gizlədəcək kimi oluram.
فَلاَ يَصُدَّنَّكَ عَنْهَا مَنْ لاَ يُؤْمِنُ بِهَا وَاتَّبَعَ هَوَاهُ فَتَرْدَى
- Ona (qiyamət saatına) inanmayan və arzu həvasına uyan kimsə əsla səni ondan yayındırmasın! Yoxsa məhv olub gedərsən.[18]
وَمَا تِلْكَ بِيَمِينِكَ يَا مُوسَى
- O sağ əlindəki nədir, ey Musa?[19]
قَالَ هِيَ عَصَايَ أَتَوَكَّأُ عَلَيْهَا وَأَهُشُّ بِهَا عَلَى غَنَمِي وَلِيَ فِيهَا مَآرِبُ أُخْرَى
- “O, mənim əsamdır” – dedi. “Ona söykənir, onunla qoyun və keçilərimə yarpaq silkələyirəm. Həmçinin başqa işlərimə də yarıyır.”
قَالَ أَلْقِهَا يَا مُوسَى
- Allah: “Onu yerə at, ey Musa!” – dedi.
فَأَلْقَاهَا فَإِذَا هِيَ حَيَّةٌ تَسْعَى
- O da onu dərhal yerə atdı. Bir də gördü ki, o bir ilan olub sürətlə hərəkət edir.
قَالَ خُذْهَا وَلَا تَخَفْ سَنُعِيدُهَا سِيرَتَهَا الْأُولَى
- Allah: “Al onu, qorxma! Biz onu ilk halına çevirəcəyik.” – dedi.[20]
وَاضْمُمْ يَدَكَ إِلَى جَنَاحِكَ تَخْرُجْ بَيْضَاء مِنْ غَيْرِ سُوءٍ آيَةً أُخْرَى
- “İndi də əlini qoynuna sal ki, başqa bir möcüzə olaraq əlin qüsursuz, ağappaq bir şəkildə çıxsın.[21]
لِنُرِيَكَ مِنْ آيَاتِنَا الْكُبْرَى
- Bunlar, ən böyük ayələrimizdən/möcüzələrimizdən bir qismini sənə göstərmək üçündür…
اذْهَبْ إِلَى فِرْعَوْنَ إِنَّهُ طَغَى
- Fironun yanına get! Çünki o, həddini aşmışdır.[22]
قَالَ رَبِّ اشْرَحْ لِي صَدْرِي
- Musa dedi ki: “Rəbbim! Köksümü açıb genişlət!
وَيَسِّرْ لِي أَمْرِي
- İşimi asanlaşdır!
وَاحْلُلْ عُقْدَةً مِّن لِّسَانِي
- Dilimdəki düyünü aç,[23]
يَفْقَهُوا قَوْلِي
- Sözlərimi yaxşı başa düşsünlər.
وَاجْعَل لِّي وَزِيرًا مِّنْ أَهْلِي
- Mənə ailəmdən də bir köməkçi ver.
هَارُونَ أَخِي
- Qardaşım Harunu.
اشْدُدْ بِهِ أَزْرِي
- Onunla arxamı gücləndir.
وَأَشْرِكْهُ فِي أَمْرِي
- Onu işimə ortaq et.[24]
كَيْ نُسَبِّحَكَ كَثِيرًا
- Beləcə Şənini çoxlu ucaldaq.[25]
وَنَذْكُرَكَ كَثِيرًا
- Səni çoxlu zikr edək/əmr və qadağalarını daim xatırlayaq.[26]
إِنَّكَ كُنتَ بِنَا بَصِيرًا
- Şübhəsiz ki, Sən bizi hər an görürsən.
قَالَ قَدْ أُوتِيتَ سُؤْلَكَ يَا مُوسَى
- Allah dedi: “Bəli, istədikərin sənə verildi[27] ey Musa!
وَلَقَدْ مَنَنَّا عَلَيْكَ مَرَّةً أُخْرَى
- Əlbəttə, Biz sənə digər zamanlar da xoş davranmışdıq.[28]
إِذْ أَوْحَيْنَا إِلَى أُمِّكَ مَا يُوحَى
- Bir gün anana belə vəhy etmişdik:[29]
أَنِ اقْذِفِيهِ فِي التَّابُوتِ فَاقْذِفِيهِ فِي الْيَمِّ فَلْيُلْقِهِ الْيَمُّ بِالسَّاحِلِ يَأْخُذْهُ عَدُوٌّ لِّي وَعَدُوٌّ لَّهُ وَأَلْقَيْتُ عَلَيْكَ مَحَبَّةً مِّنِّي وَلِتُصْنَعَ عَلَى عَيْنِي
- Onu sandığa qoyub dənizə (Nilə)[30] Dəniz onu quruya çıxartsın ki, mənim və onun düşməni olan biri onu götürsün.[31] Gözümün önündə boya-başa çatasan deyə, tərəfimdən sənə qarşı bir məhəbbət yaratdım.
إِذْ تَمْشِي أُخْتُكَ فَتَقُولُ هَلْ أَدُلُّكُمْ عَلَى مَن يَكْفُلُهُ فَرَجَعْنَاكَ إِلَى أُمِّكَ كَيْ تَقَرَّ عَيْنُهَا وَلَا تَحْزَنَ وَقَتَلْتَ نَفْسًا فَنَجَّيْنَاكَ مِنَ الْغَمِّ وَفَتَنَّاكَ فُتُونًا فَلَبِثْتَ سِنِينَ فِي أَهْلِ مَدْيَنَ ثُمَّ جِئْتَ عَلَى قَدَرٍ يَا مُوسَى
- O əsnada bacın oralarda dolaşır və “Ona baxacaq birini sizə göstərimmi?”- deyirdi. Beləcə səni təkrar anana qovuşdurduq ki, gözü aydın olsun və üzülməsin.[32] Sən də (böyüdükdən sonra) birini öldürmüşdün[33] sonra isə səni o qəmdən qurtardıq. Biz səni bir çox sınaqlardan keçirdik. Bu səbəblə illərlə Mədyən əhalisi içində qaldın.[34] Sonra bir təqdir/plan üzərinə buraya gəldin, ey Musa!
وَاصْطَنَعْتُكَ لِنَفْسِي
- Səni Özüm üçün (peyğəmbər olaraq) yetişdirdim.[35]
اذْهَبْ أَنتَ وَأَخُوكَ بِآيَاتِي وَلَا تَنِيَا فِي ذِكْرِي
- (İndi) sən və qardaşın ayələrimlə gedin.[36] Mənim zikrim (ayələrimi anlamaq və təbliğ) xüsusunda ehmalkarlıq göstərməyin.[37]
اذْهَبَا إِلَى فِرْعَوْنَ إِنَّهُ طَغَى
- İkiniz də gedin Firona! Çünki o həddini aşmışdır.[38]
فَقُولَا لَهُ قَوْلًا لَّيِّنًا لَّعَلَّهُ يَتَذَكَّرُ أَوْ يَخْشَى
- Ona mülayim/yumşaq sözlər söyləyin. Bəlkə öyüd-nəsihəti qəbul edər və ya çəkinər.[39]
قَالَا رَبَّنَا إِنَّنَا نَخَافُ أَن يَفْرُطَ عَلَيْنَا أَوْ أَن يَطْغَى
- Dedilər ki: “Rəbbimiz! Onun bizə qarşı sərt davranmasından və ya həddini aşmasından qorxuruq.”
قَالَ لَا تَخَافَا إِنَّنِي مَعَكُمَا أَسْمَعُ وَأَرَى
- (Allah) “Qorxmayın! Çünki mən sizinləyəm, eşidirəm və görürəm.” – dedi.[40]
فَأْتِيَاهُ فَقُولَا إِنَّا رَسُولَا رَبِّكَ فَأَرْسِلْ مَعَنَا بَنِي إِسْرَائِيلَ وَلَا تُعَذِّبْهُمْ قَدْ جِئْنَاكَ بِآيَةٍ مِّن رَّبِّكَ وَالسَّلَامُ عَلَى مَنِ اتَّبَعَ الْهُدَى
- Onun yanına gedib deyin: “Biz Rəbbinin elçiləriyik. İsrail oğullarını bizimlə göndər,[41] onlara işkəncə etmə! Sənə Rəbbindən bir ayə/kitab da gətirdik. O rəhbərə/doğru[42] yola tabe olana salam olsun!”[43]
إِنَّا قَدْ أُوحِيَ إِلَيْنَا أَنَّ الْعَذَابَ عَلَى مَن كَذَّبَ وَتَوَلَّى
- Bizə belə vəhy edildi: Əzab, yalana sarılan və (haqdan) üz çevirənlərin üzərinədir.[44]
قَالَ فَمَن رَّبُّكُمَا يَا مُوسَى
- (Firon) dedi: “Rəbbiniz də kim, ey Musa!”[45]
قَالَ رَبُّنَا الَّذِي أَعْطَى كُلَّ شَيْءٍ خَلْقَهُ ثُمَّ هَدَى
- Musa dedi: “Bizim Rəbbimiz, hər şeyə öz xüsusiyyətini verən, sonra da doğru yolu göstərəndir.”[46]
قَالَ فَمَا بَالُ الْقُرُونِ الْأُولَى
- Firon dedi ki: “Yaxşı bəs əvvəlki nəsillərin halı necə olacaq?”
قَالَ عِلْمُهَا عِندَ رَبِّي فِي كِتَابٍ لَّا يَضِلُّ رَبِّي وَلَا يَنسَى
- Musa: “Onlara dair bilgi Rəbbimin qatında olan bir kitabdadır.[47] Rəbbim nə səhv etməz nə də unutmaz!”[48]
الَّذِي جَعَلَ لَكُمُ الْأَرْضَ مَهْدًا وَسَلَكَ لَكُمْ فِيهَا سُبُلًا وَأَنزَلَ مِنَ السَّمَاء مَاء فَأَخْرَجْنَا بِهِ أَزْوَاجًا مِّن نَّبَاتٍ شَتَّى
- O, yer üzünü sizin üçün beşik[49] etdi, orada sizə yollar saldı[50] və göydən su endirdi. Biz o su ilə (dişi-erkək) cütlər halında müxtəlif növ bitkilər[51] çıxartdıq.
كُلُوا وَارْعَوْا أَنْعَامَكُمْ إِنَّ فِي ذَلِكَ لَآيَاتٍ لِّأُوْلِي النُّهَى
- Onlardan yeyin! Ənam (qoyun, keçi, inək və dəvə) cinsi heyvanları da otladın.[52] Həqiqətən bunda (Pisliklərdən uzaqlaşdıran) ağıl sahibləri üçün ayələr/dəlillər vardır.
مِنْهَا خَلَقْنَاكُمْ وَفِيهَا نُعِيدُكُمْ وَمِنْهَا نُخْرِجُكُمْ تَارَةً أُخْرَى
- Sizi torpaqdan yaratdıq, oraya da qaytaracağıq və sizi (təkrar yaradıb) bir kəs daha oradan çıxaracağıq.[53]
وَلَقَدْ أَرَيْنَاهُ آيَاتِنَا كُلَّهَا فَكَذَّبَ وَأَبَى
- Biz, ayələrimizin hamısını Firona göstərdik.[54] Amma o, yalana sarıldı və (qəbul etməmək üçün) dirəndi.[55]
وَلَقَدْ أَرَيْنَاهُ آيَاتِنَا كُلَّهَا فَكَذَّبَ وَأَبَى
- Dedi ki: “Ey Musa! Sən sehrinlə bizi torpaqlarımızdan çıxarmağa gəldin?[56]
فَلَنَأْتِيَنَّكَ بِسِحْرٍ مِّثْلِهِ فَاجْعَلْ بَيْنَنَا وَبَيْنَكَ مَوْعِدًا لَّا نُخْلِفُهُ نَحْنُ وَلَا أَنتَ مَكَانًا سُوًى
- İndi biz də sənə, eyni ilə onun kimi bir sehr göstərəcəyik. Bizimlə öz aranda uyğun bir vaxtda, nə sənin nə də bizim xilaf çıxmayacağımız bir qarşılaşma yeri təyin et!”
قَالَ مَوْعِدُكُمْ يَوْمُ الزِّينَةِ وَأَن يُحْشَرَ النَّاسُ ضُحًى
- Musa dedi ki: “İstədiyin qarşılaşma yeri, zinət/bayram günü,[57] insanların toplaşacağı quşluq/səhər vaxtı olsun.”
فَتَوَلَّى فِرْعَوْنُ فَجَمَعَ كَيْدَهُ ثُمَّ أَتَى
- Firon dönüb getdi və oyun quranlarını (sehrbazlarını) topladı[58], sonra da (qarşılşacaqları yerə) gəldi.
قَالَ لَهُم مُّوسَى وَيْلَكُمْ لَا تَفْتَرُوا عَلَى اللَّهِ كَذِبًا فَيُسْحِتَكُمْ بِعَذَابٍ وَقَدْ خَابَ مَنِ افْتَرَى
- Musa onlara dedi: “Vay sizin halınıza! Allaha iftira yaxmayın! Yoxsa Allah, bir əzab ilə sizi məhv edər. Allaha iftira edənlərin xəyalları, əlbəttə, puç olar.[59]
فَتَنَازَعُوا أَمْرَهُم بَيْنَهُمْ وَأَسَرُّوا النَّجْوَى
- Onlar öz aralarında işləri barədə mübahisə edir və xəlvətcə pıçıldaşırdılar.
قَالُوا إِنْ هَذَانِ لَسَاحِرَانِ يُرِيدَانِ أَن يُخْرِجَاكُم مِّنْ أَرْضِكُم بِسِحْرِهِمَا وَيَذْهَبَا بِطَرِيقَتِكُمُ الْمُثْلَى
- (Firon və adamları) dedilər ki: “Bu ikisi (Musa və Harun) doğurdan da sehrbazdır. Sizi sehrləri ilə torpaqlarınızdan çıxartmaq və nümunəvi yolunuzu[60] ortadan qaldırmaq istəyir.
فَأَجْمِعُوا كَيْدَكُمْ ثُمَّ ائْتُوا صَفًّا وَقَدْ أَفْلَحَ الْيَوْمَ مَنِ اسْتَعْلَى
- Gəlin hiylənizi/qurduğunuz oyunları birləşdirin və tək səfdə cəmləşin. Bu gün üstün/qalib gələn nicat tapacaqdır![61]
قَالُوا يَا مُوسَى إِمَّا أَن تُلْقِيَ وَإِمَّا أَن نَّكُونَ أَوَّلَ مَنْ أَلْقَى
- (Sehrbazlar) dedilər:[62] “Ey Musa! Ya sən (əsanı) at, ya da əvvəlcə biz ataq.”
قَالَ بَلْ أَلْقُوا فَإِذَا حِبَالُهُمْ وَعِصِيُّهُمْ يُخَيَّلُ إِلَيْهِ مِن سِحْرِهِمْ أَنَّهَا تَسْعَى
- Musa dedi ki: “Xeyr, siz atın!”[63] Onlar, iplərini və əsalarını atdıqları zaman, sehrləri sayəsində Musaya elə gəldi ki, onlar hərəkət edir.[64]
فَأَوْجَسَ فِي نَفْسِهِ خِيفَةً مُّوسَى
- Musanın canına qorxu düşdü.
قُلْنَا لَا تَخَفْ إِنَّكَ أَنتَ الْأَعْلَى
- Ona: “Qorxma! Sən mütləq üstün/qalib gələcəksən!” – dedik.[65]
وَأَلْقِ مَا فِي يَمِينِكَ تَلْقَفْ مَا صَنَعُوا إِنَّمَا صَنَعُوا كَيْدُ سَاحِرٍ وَلَا يُفْلِحُ السَّاحِرُ حَيْثُ أَتَى
- “Sağ əlindəki əsanı at! Onların quraşdırdıqlarını udsun. Onların qurduqları sadəcə bir sehrbaz oyunudur. Sehrbaz isə, nə edirsə etsin, uğur qazana bilməz.”[66]
فَأُلْقِيَ السَّحَرَةُ سُجَّدًا قَالُوا آمَنَّا بِرَبِّ هَارُونَ وَمُوسَى
- Nəticədə bütün sehrbazlar bir anda səcdəyə qapandılar. “Biz Harunun və Musanın Rəbbinə iman gətirdik.” – dedilər.[67]
قَالَ آمَنتُمْ لَهُ قَبْلَ أَنْ آذَنَ لَكُمْ إِنَّهُ لَكَبِيرُكُمُ الَّذِي عَلَّمَكُمُ السِّحْرَ فَلَأُقَطِّعَنَّ أَيْدِيَكُمْ وَأَرْجُلَكُم مِّنْ خِلَافٍ وَلَأُصَلِّبَنَّكُمْ فِي جُذُوعِ النَّخْلِ وَلَتَعْلَمُنَّ أَيُّنَا أَشَدُّ عَذَابًا وَأَبْقَى
- Firon: “Mən sizə icazə vermədən ona inandınız, elə mi?! Deməli, sizə sehri öyrədən böyüyünüz odur. Elə isə, mən də sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsdirəcəyəm və sizi xurma ağaçlarının dallarına asacağam. Hansımızın əzabı daha şiddətli və daimi olduğunu biləcəksiniz!”[68]
قَالُوا لَن نُّؤْثِرَكَ عَلَى مَا جَاءنَا مِنَ الْبَيِّنَاتِ وَالَّذِي فَطَرَنَا فَاقْضِ مَا أَنتَ قَاضٍ إِنَّمَا تَقْضِي هَذِهِ الْحَيَاةَ الدُّنْيَا
- Onlar dedilər: “Biz heç vaxt səni bizə gələn açıq-aşkar möcüzələrdən və bizi (bölünmə qanununa görə) yaradandan üstün tutmayacağıq. Haqqımızda nəyə istərsən hökm ver! Sən ancaq bu dünya həyatında hökm verə bilərsən![69]
إِنَّا آمَنَّا بِرَبِّنَا لِيَغْفِرَ لَنَا خَطَايَانَا وَمَا أَكْرَهْتَنَا عَلَيْهِ مِنَ السِّحْرِ وَاللَّهُ خَيْرٌ وَأَبْقَى
- Biz, Rəbbimizə inanıb güvəndik ki, O, bizim xətalarımızı və sənin zorla etdirdiyin sehrdən ötrü bizi bağışlasın. Onun (verəcəyi mükafat) daha xeyirlidir və daimidir.[70]
إِنَّهُ مَن يَأْتِ رَبَّهُ مُجْرِمًا فَإِنَّ لَهُ جَهَنَّمَ لَا يَمُوتُ فِيهَا وَلَا يَحْيى
- Kim Rəbbinin huzuruna günahkar olaraq gələrsə, onun üçün cəhənnəm vardır. Orada nə ölər, nə də yaşayar.[71]
وَمَنْ يَأْتِهِ مُؤْمِنًا قَدْ عَمِلَ الصَّالِحَاتِ فَأُوْلَئِكَ لَهُمُ الدَّرَجَاتُ الْعُلَى
- Kim də xeyirxah işlər görmüş bir mömin olaraq gələrsə, onlara ən yüksək dərəcələr vardır.
جَنَّاتُ عَدْنٍ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا وَذَلِكَ جَزَاء مَن تَزَكَّى
- Həmişəlik olaraq qalacaqları, altından çaylar axan Ədn cənnətləri… Bax bu, özünü təmiz saxlayanların mükafatıdır.[72]
وَلَقَدْ أَوْحَيْنَا إِلَى مُوسَى أَنْ أَسْرِ بِعِبَادِي فَاضْرِبْ لَهُمْ طَرِيقًا فِي الْبَحْرِ يَبَسًا لَّا تَخَافُ دَرَكًا وَلَا تَخْشَى
- Şübhəsiz ki, Biz Musaya belə vəhy etdik:[73] “Bəndələrimi (gecə vaxtı) ən yüksəyə çıxar![74] (Fironun) Sizə yetişməsindən qorxmadan və çəkinmədən onlar üçün dənizdə qup-quru bir yol aç!”
فَأَتْبَعَهُمْ فِرْعَوْنُ بِجُنُودِهِ فَغَشِيَهُم مِّنَ الْيَمِّ مَا غَشِيَهُمْ
- Firon da öz ordusu ilə onları təqib etdi. Sonra da dəniz onları qaplayıb suya qərq etdi.[75]
وَأَضَلَّ فِرْعَوْنُ قَوْمَهُ وَمَا هَدَى
- Firon, xalqını azdırıb yoldan çıxartdı və doğru yola aparmadı.[76]
يَا بَنِي إِسْرَائِيلَ قَدْ أَنجَيْنَاكُم مِّنْ عَدُوِّكُمْ وَوَاعَدْنَاكُمْ جَانِبَ الطُّورِ الْأَيْمَنَ وَنَزَّلْنَا عَلَيْكُمُ الْمَنَّ وَالسَّلْوَى
- Ey İsrail oğulları! Biz sizi düşməninizdən xilas etdik.[77] Turun/Sina dağının sağ tərəfində sizinlə sözləşdik,[78] sizə mənn/çörək[79] və bildirçin endirdik.
كُلُوا مِن طَيِّبَاتِ مَا رَزَقْنَاكُمْ وَلَا تَطْغَوْا فِيهِ فَيَحِلَّ عَلَيْكُمْ غَضَبِي وَمَن يَحْلِلْ عَلَيْهِ غَضَبِي فَقَدْ هَوَى
- Sizə verdiyimiz ruzilərin təmiz olanlarından yeyin.[80] Bu xüsusda həddi aşmayın![81] Yoxsa qəzəbimə düçar olarsınız. Hər kim qəzəbimə düçar olarsa, mütləq işi bitər.
وَإِنِّي لَغَفَّارٌ لِّمَن تَابَ وَآمَنَ وَعَمِلَ صَالِحًا ثُمَّ اهْتَدَى
- Mən o cümlədən, tövbə edən/dönən, inanıb güvənən və xeyirxah işlər görəni sonra da doğru yolda gedəni də mütləq bağışlayanam.[82]
وَمَا أَعْجَلَكَ عَن قَوْمِكَ يَا مُوسَى
- (Allah Tur dağında Musaya belə dedi) “Ey Musa! Səni vaxtından qabaq xalqından ayıran nədir?[83]
قَالَ هُمْ أُولَاء عَلَى أَثَرِي وَعَجِلْتُ إِلَيْكَ رَبِّ لِتَرْضَى
- (Musa) Dedi: “Onlar mənim izimdədirlər.[84] Sən razı qalasan deyə, huzuruna çıxmağa tələsdim Rəbbim!”
قَالَ فَإِنَّا قَدْ فَتَنَّا قَوْمَكَ مِن بَعْدِكَ وَأَضَلَّهُمُ السَّامِرِيُّ
- Allah dedi ki: “Biz səndən sonra xalqını sınağa çəkdik. Samiri onları yoldan çıxartdı.”[85]
فَرَجَعَ مُوسَى إِلَى قَوْمِهِ غَضْبَانَ أَسِفًا قَالَ يَا قَوْمِ أَلَمْ يَعِدْكُمْ رَبُّكُمْ وَعْدًا حَسَنًا أَفَطَالَ عَلَيْكُمُ الْعَهْدُ أَمْ أَرَدتُّمْ أَن يَحِلَّ عَلَيْكُمْ غَضَبٌ مِّن رَّبِّكُمْ فَأَخْلَفْتُم مَّوْعِدِي
- Musa qəzəbli, kədərli bir halda xalqına döndü.[86] Dedi ki: “Ey xalqım! Rəbbiniz sizə gözəl bir vəd verməmişdimi?[87] Vaxtı sizə uzunmu gəldi, yoxsa Rəbbinizin qəzəbinin üstünüzə çökməsinimi istədiniz ki, mənə verdiyiniz vədə xilaf çıxdınız?”[88]
قَالُوا مَا أَخْلَفْنَا مَوْعِدَكَ بِمَلْكِنَا وَلَكِنَّا حُمِّلْنَا أَوْزَارًا مِّن زِينَةِ الْقَوْمِ فَقَذَفْنَاهَا فَكَذَلِكَ أَلْقَى السَّامِرِيُّ
- Dedilər ki: “Biz sənə verdiyimiz vədə öz iradəmizlə xilaf çıxmadıq. (Misir) Xalqının zinətlərindən üstümüzə ağır bir yük yüklənmişdi.[89] Onları oda atdıq. Samiri də eyni şəkildə atdı.”
فَأَخْرَجَ لَهُمْ عِجْلًا جَسَدًا لَهُ خُوَارٌ فَقَالُوا هَذَا إِلَهُكُمْ وَإِلَهُ مُوسَى فَنَسِيَ
- Sonra (Samiri) onlara böyürən bir buzav heykəli düzəltdi.[90] (Samiri və tərəfdarları)[91] “Bu sizin ilahınızdır, Musanın da ilahıdır amma o, (bunu) unutdu.” – dedilər.[92]
أَفَلَا يَرَوْنَ أَلَّا يَرْجِعُ إِلَيْهِمْ قَوْلًا وَلَا يَمْلِكُ لَهُمْ ضَرًّا وَلَا نَفْعًا
- Məgər onlar (bu heykəlin) özlərinə hər hansı bir sözlə qarşılıq vermədiyini, onlara zərər verməyə və fayda saxlamağa gücünün yetmədiğini görmürlərmi?[93]
وَلَقَدْ قَالَ لَهُمْ هَارُونُ مِن قَبْلُ يَا قَوْمِ إِنَّمَا فُتِنتُم بِهِ وَإِنَّ رَبَّكُمُ الرَّحْمَنُ فَاتَّبِعُونِي وَأَطِيعُوا أَمْرِي
- Bundan əvvəl Harun onlara belə demişdi: “Ey xalqım! Siz bununla yalnız imtahana çəkilirsiniz. Sizin Rəbbiniz şübhəsiz ki, Rəhmandır. Artıq siz mənə tabe olun və əmrimə itaət edin!”[94]
قَالُوا لَن نَّبْرَحَ عَلَيْهِ عَاكِفِينَ حَتَّى يَرْجِعَ إِلَيْنَا مُوسَى
- Onlar isə “Musa yanımıza qayıdana qədər onun qarşısında sitayiş etməkdən əsla əl çəkməyəcəyik!” – demişdilər.
قَالَ يَا هَارُونُ مَا مَنَعَكَ إِذْ رَأَيْتَهُمْ ضَلُّوا
- Musa (qayıdanda) dedi ki: “Ey Harun! Onların (yoldan çıxıb) azdıqlarını gördüyün zaman sənə nə mane oldu?
أَلَّا تَتَّبِعَنِ أَفَعَصَيْتَ أَمْرِي
- Mənə tabe olmadınmı? Yoxsa əmrimə qarşı gəldin?”
قَالَ يَا ابْنَ أُمَّ لَا تَأْخُذْ بِلِحْيَتِي وَلَا بِرَأْسِي إِنِّي خَشِيتُ أَن تَقُولَ فَرَّقْتَ بَيْنَ بَنِي إِسْرَائِيلَ وَلَمْ تَرْقُبْ قَوْلِي
- Harun dedi: “Ey anamın oğlu! Saçımı, saqqalımı çəkmə! Mən sənin “İsrail oğullarını böldün, sözümü də dinləmədin!” – deməyindən çəkindim.”[95]
قَالَ فَمَا خَطْبُكَ يَا سَامِرِيُّ
- Musa sonra “Ey Samiri! Bəs sənin məqsədin nə idi?” – dedi.
قَالَ بَصُرْتُ بِمَا لَمْ يَبْصُرُوا بِهِ فَقَبَضْتُ قَبْضَةً مِّنْ أَثَرِ الرَّسُولِ فَنَبَذْتُهَا وَكَذَلِكَ سَوَّلَتْ لِي نَفْسِي
- Samiri dedi ki: “Mən onların görmədiklərini görüb Rəsulun yoluna möhkəm tutundum, sonra isə onu atdım (tərk etdim). Nəfsim mənə bunu xoş göstərdi.”[96]
قَالَ فَاذْهَبْ فَإِنَّ لَكَ فِي الْحَيَاةِ أَن تَقُولَ لَا مِسَاسَ وَإِنَّ لَكَ مَوْعِدًا لَّنْ تُخْلَفَهُ وَانظُرْ إِلَى إِلَهِكَ الَّذِي ظَلْتَ عَلَيْهِ عَاكِفًا لَّنُحَرِّقَنَّهُ ثُمَّ لَنَنسِفَنَّهُ فِي الْيَمِّ نَسْفًا
- Musa: “Çıx get burdan!” – dedi. Artıq sən həyatın boyunca: “Toxunmaq olmaz!”[97] – deyəcəksən. Bir də səni əsla qaçıb canını qurtara bilməyəcəyin bir vədə (axirətdəki cəza) gözləyir. Qarşısında sitayiş etdiyin ilahına bir bax! Biz onu əlbəttə yandıracaq, sonra da külünü dənizə sovuracağıq!”[98]
إِنَّمَا إِلَهُكُمُ اللَّهُ الَّذِي لَا إِلَهَ إِلَّا هُوَ وَسِعَ كُلَّ شَيْءٍ عِلْمًا
كَذَلِكَ نَقُصُّ عَلَيْكَ مِنْ أَنبَاء مَا قَدْ سَبَقَ وَقَدْ آتَيْنَاكَ مِن لَّدُنَّا ذِكْرًا
- Bax beləcə keçmişin xəbərlərinin bir qismini sənə tam dəqiqliklə çatdırırıq.[101] Əlbəttə sənə öz qatımızdan bir zikir[102]/Quran verdik.
مَنْ أَعْرَضَ عَنْهُ فَإِنَّهُ يَحْمِلُ يَوْمَ الْقِيَامَةِ وِزْرًا
- Kim ondan uzaqlaşarsa,[103] qiyamət/məzardan qalxma günü ağır bir günah yüklənəcək,
خَالِدِينَ فِيهِ وَسَاء لَهُمْ يَوْمَ الْقِيَامَةِ حِمْلًا
- Həmişəlik olaraq orada qalacaqlar. Qiyamət günü onların yükləndiyi yük necə də pisdir!”[104]
يَوْمَ يُنفَخُ فِي الصُّورِ وَنَحْشُرُ الْمُجْرِمِينَ يَوْمَئِذٍ زُرْقًا
- O gün Sura üfürülür[105] və o gün günahkarları gözləri göm-göy göyərmiş bir halda toplayacağıq.[106]
يَتَخَافَتُونَ بَيْنَهُمْ إِن لَّبِثْتُمْ إِلَّا عَشْرًا
- Onlar öz aralarında “Dünyada yalnız on gün qaldınız” – deyə, pıçıldaşırlar.[107]
نَحْنُ أَعْلَمُ بِمَا يَقُولُونَ إِذْ يَقُولُ أَمْثَلُهُمْ طَرِيقَةً إِن لَّبِثْتُمْ إِلَّا يَوْمًا
- Onlarla eyni yolda olub nümunə aldıqları adam “(Xeyr!) Yalnız bir gün qaldınız!”[108]– deyincə, onların nə deyəcəklərini/necə qarşılıq verəcəklərini də Biz çox yaxşı bilirik.
وَيَسْأَلُونَكَ عَنِ الْجِبَالِ فَقُلْ يَنسِفُهَا رَبِّي نَسْفًا
- Sənə dağları soruşurlar. De ki: “Rəbbim onları ovxalayıb, havaya sovuracaq,
فَيَذَرُهَا قَاعًا صَفْصَفًا
- Yerlərini bom-boş bir düzəngaha çevirəcək,
لَا تَرَى فِيهَا عِوَجًا وَلَا أَمْتًا
- Orada hər hansı bir çüxur nə də bir yoxuş görməyəcəksən!”[109]
يَوْمَئِذٍ يَتَّبِعُونَ الدَّاعِيَ لَا عِوَجَ لَهُ وَخَشَعَت الْأَصْوَاتُ لِلرَّحْمَنِ فَلَا تَسْمَعُ إِلَّا هَمْسًا
- O gün heç bir yana əyilmədən birbaşa carçıya tabe olacaqlar.[110] Rəhmanın qarşısında səslər kəsiləcək, yalnız pıçıltıdan başqa heç bir şey eşitməyəcəksən.[111]
يَوْمَئِذٍ لَّا تَنفَعُ الشَّفَاعَةُ إِلَّا مَنْ أَذِنَ لَهُ الرَّحْمَنُ وَرَضِيَ لَهُ قَوْلًا
- O gün[112] şəfaət, Rəhmanın icazə verdiyi və özü üçün söz deməsinə razı olduğu kəsdən başqasına fayda verməz![113]
يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ وَلَا يُحِيطُونَ بِهِ عِلْمًا
- (Rəbbin) onların önlərində[114] olan və arxalarında/keçmişlərinə qalan nə varsa hamısını bilir. Onların elmi isə Onu qavraya bilməz![115]
وَعَنَتِ الْوُجُوهُ لِلْحَيِّ الْقَيُّومِ وَقَدْ خَابَ مَنْ حَمَلَ ظُلْمًا
- Bütün üzlər, daim diri olan hər şeyi idarəsi altında tutan Allaha təzimlə aşağı əyilmiş, zülüm yüklənənlər[116] isə pərişan olmuş/xəyalları boşa çıxmışdır.[117]
وَمَن يَعْمَلْ مِنَ الصَّالِحَاتِ وَهُوَ مُؤْمِنٌ فَلَا يَخَافُ ظُلْمًا وَلَا هَضْمًا
- Mömin olaraq/İnanıb güvənərək xeyirxah işlər görənlər, nə haqsızlığa məruz qalmaqdan nə də mükafatının əksilməsindən qorxmazlar.[118]
وَكَذَلِكَ أَنزَلْنَاهُ قُرْآنًا عَرَبِيًّا وَصَرَّفْنَا فِيهِ مِنَ الْوَعِيدِ لَعَلَّهُمْ يَتَّقُونَ أَوْ يُحْدِثُ لَهُمْ ذِكْرًا
- Beləliklə, Biz onu/Quranı, Ərəbcə quranlar/ayə kümələri[119] şəklində endirdik. Təhdidləri də orada dönə-dönə açıqladıq ki, bəlkə pisliklərdən çəkinərlər yaxud (Quran) onlar üçün bir xatırlatma/ibrət olar.
فَتَعَالَى اللَّهُ الْمَلِكُ الْحَقُّ وَلَا تَعْجَلْ بِالْقُرْآنِ مِن قَبْلِ أَن يُقْضَى إِلَيْكَ وَحْيُهُ وَقُل رَّبِّ زِدْنِي عِلْمًا
- Həqiqi hökmdar olan Allah çox ucadır.[120] (Ey Muhəmməd!) Quranın/əlaqədar ayə kümələri sənə vəhy olunub tamamlanmadan (hökm çıxarmaqda) tələsmə[121] və “Rəbbim, elmimi artır!” – de.
وَلَقَدْ عَهِدْنَا إِلَى آدَمَ مِن قَبْلُ فَنَسِيَ وَلَمْ نَجِدْ لَهُ عَزْمًا
- Daha əvvəl Adəmə də məsuliyyət yüklədik, amma o bunu unutdu. Onda bir əzm/qərarlılıq görmədik.[122]
وَإِذْ قُلْنَا لِلْمَلَائِكَةِ اسْجُدُوا لِآدَمَ فَسَجَدُوا إِلَّا إِبْلِيسَ أَبَى
- Bir gün mələklərə: “Adəmə səcdə edin/onun qarşısında təzimlə əyilin!”[123] – dedik. İblisdən başqa hamısı o anda səcdə etdi. O, imtina etdi.[124]
فَقُلْنَا يَا آدَمُ إِنَّ هَذَا عَدُوٌّ لَّكَ وَلِزَوْجِكَ فَلَا يُخْرِجَنَّكُمَا مِنَ الْجَنَّةِ فَتَشْقَى
- Bunun üzərinə belə dedik: “Ey Adəm! Şübhəsiz ki bu, sənə də zövcənə də düşməndir. Olmaya sizi bu baxçadan çıxartmasın, yoxsa pərişan olarsan![125]
إِنَّ لَكَ أَلَّا تَجُوعَ فِيهَا وَلَا تَعْرَى
- Sən orada nə ac qalacaqsan, nə də çılpaq![126]
وَأَنَّكَ لَا تَظْمَأُ فِيهَا وَلَا تَضْحَى
- Sən orada nə susuzluqdan nə də gün vurmadan əziyyət çəkəcəksən.
فَوَسْوَسَ إِلَيْهِ الشَّيْطَانُ قَالَ يَا آدَمُ هَلْ أَدُلُّكَ عَلَى شَجَرَةِ الْخُلْدِ وَمُلْكٍ لَّا يَبْلَى
- Şeytan isə onu vəsvəsəyə düşürdü: “Ey Adəm! Sənə sonsuzluq ağacını və heç tükənməyəcək bir mülkü göstərimmi?” – dedi.[127]
فَأَكَلَا مِنْهَا فَبَدَتْ لَهُمَا سَوْآتُهُمَا وَطَفِقَا يَخْصِفَانِ عَلَيْهِمَا مِن وَرَقِ الْجَنَّةِ وَعَصَى آدَمُ رَبَّهُ فَغَوَى
- Nəhayət, ikisi də o ağacdan yedilər və bunun üzərinə bütün bədənləri özlərinə göründü. Baxçanın yarpaqları üstlərinə örtməyə başladılar.[128] Adəm, Rəbbinə üsyan etdi, beləcə, boş xəyallara qapıldı/yoldan azdı.[129]
ثُمَّ اجْتَبَاهُ رَبُّهُ فَتَابَ عَلَيْهِ وَهَدَى
- Sonra Rəbbi onu seçdi, tövbəsini/dönüşünü qəbul etdi və doğru yolu göstərdi.[130]
قَالَ اهْبِطَا مِنْهَا جَمِيعًا بَعْضُكُمْ لِبَعْضٍ عَدُوٌّ فَإِمَّا يَأْتِيَنَّكُم مِّنِّي هُدًى فَمَنِ اتَّبَعَ هُدَايَ فَلَا يَضِلُّ وَلَا يَشْقَى
- (Allah, Adəm və Həvvaya) dedi ki: “Siz ikiniz (və İblis) hamınız birlikdə bir-birinizə düşmən olaraq oradan enin![131] Məndən sizə bir rəhbər/Kitab gəldiyi zaman kim rəhbərimə tabe olarsa, nə yolunu azar, nə də pərişan olar.[132]
وَمَنْ أَعْرَضَ عَن ذِكْرِي فَإِنَّ لَهُ مَعِيشَةً ضَنكًا وَنَحْشُرُهُ يَوْمَ الْقِيَامَةِ أَعْمَى
- Kim də Mənim Zikrimdən[133]/Kitabımdan uzaq qalarsa, onun sıxıntılı güzəranı olur.[134] Onu qiyamət/yenidən qalxma günü məhşər yerinə kor olaraq gətirərik.[135]
قَالَ رَبِّ لِمَ حَشَرْتَنِي أَعْمَى وَقَدْ كُنتُ بَصِيرًا
- O, belə deyər: “Rəbbim! məni niyə məhşər yerinə kor olaraq gətirdin? Mən ki, görən biri idim!”[136]
قَالَ كَذَلِكَ أَتَتْكَ آيَاتُنَا فَنَسِيتَهَا وَكَذَلِكَ الْيَوْمَ تُنسَى
- Allah ona: “Elədir! Çünki, sənə ayələrimiz gəldi, amma sən onları unutdun. Bu gün də sən eyni şəkildə unudulacaqsan!”[137]
وَكَذَلِكَ نَجْزِي مَنْ أَسْرَفَ وَلَمْ يُؤْمِن بِآيَاتِ رَبِّهِ وَلَعَذَابُ الْآخِرَةِ أَشَدُّ وَأَبْقَى
- Həddi aşan və Rəbbinin ayələrinə inanıb güvənməyənləri bax belə cəzalandırırıq.[138] Şübhəsiz ki, axirətdəki əzab isə daha şiddətli[139] və daha baqi/qalıcıdır.
أَفَلَمْ يَهْدِ لَهُمْ كَمْ أَهْلَكْنَا قَبْلَهُم مِّنَ الْقُرُونِ يَمْشُونَ فِي مَسَاكِنِهِمْ إِنَّ فِي ذَلِكَ لَآيَاتٍ لِّأُوْلِي النُّهَى
- Onlardan əvvəl necə nəsilləri həlak etməyimiz onları doğru yola gətirmədimi? Üstəlik onlar, o həlak olanların məskənlərində gəzib dolaşırlar.[140] Ağlını işlədib pis işlərdən çəkinənlər üçün həqiqətən bunda ayələr/ibrətlər vardır.[141]
وَلَوْلَا كَلِمَةٌ سَبَقَتْ مِن رَّبِّكَ لَكَانَ لِزَامًا وَأَجَلٌ مُسَمًّى
- Əgər sənin Rəbbin tərəfindən əvvəlcədən verilmiş bir söz və müəyyən edilmiş bir əcəl[142] olmasaydı, onları mütləq yaxalayardı.[143]
فَاصْبِرْ عَلَى مَا يَقُولُونَ وَسَبِّحْ بِحَمْدِ رَبِّكَ قَبْلَ طُلُوعِ الشَّمْسِ وَقَبْلَ غُرُوبِهَا وَمِنْ آنَاء اللَّيْلِ فَسَبِّحْ وَأَطْرَافَ النَّهَارِ لَعَلَّكَ تَرْضَى
- Elə isə, onların söyldiklərinə səbr et/dirayətli ol![144] Günəşin doğmasından əvvəl və batmasından əvvəl Rəbbinə həmd/şükür ilə təsbih/şəninə təriflər de! (ibadət et!).[145] Gecə saatlarında[146] və gündüzün bölümlərində[147] də ibadət et ki, razı qalasan![148]
وَلَا تَمُدَّنَّ عَيْنَيْكَ إِلَى مَا مَتَّعْنَا بِهِ أَزْوَاجًا مِّنْهُمْ زَهْرَةَ الْحَيَاةِ الدُّنيَا لِنَفْتِنَهُمْ فِيهِ وَرِزْقُ رَبِّكَ خَيْرٌ وَأَبْقَى
- Bəzi zümrələri sınamaq üçün verdiyimiz dünya həyatının keçici parlaq süslərinə gözünü dikmə! Rəbbinin (axirətdə) verəcəyi rüzi daha xeyirli və daha baqi/qalıcıdır![149]
وَأْمُرْ أَهْلَكَ بِالصَّلَاةِ وَاصْطَبِرْ عَلَيْهَا لَا نَسْأَلُكَ رِزْقًا نَّحْنُ نَرْزُقُكَ وَالْعَاقِبَةُ لِلتَّقْوَى
- Ailənə namazı[150] əmr et![151] Sən də ona səbatla/qərarlılıqla davam et! Biz səndən bir ruzi istəmirik, sənə ruzini verən Bizik! (Xeyirli) Aqibət müttəqilərin/pisliklərdən çəkinənlərindir.
وَقَالُوا لَوْلَا يَأْتِينَا بِآيَةٍ مِّن رَّبِّهِ أَوَلَمْ تَأْتِهِم بَيِّنَةُ مَا فِي الصُّحُفِ الْأُولَى
- Dedilər ki: “(Muhəmməd) Bizə Rəbbindən bir ayə/möcüzə gətirməli deyilmi?[152] Bəyəm onlara əvvəlki səhifələrdə olanların açıq-aydın dəlili gəlmədimi?[153]
وَلَوْ أَنَّا أَهْلَكْنَاهُم بِعَذَابٍ مِّن قَبْلِهِ لَقَالُوا رَبَّنَا لَوْلَا أَرْسَلْتَ إِلَيْنَا رَسُولًا فَنَتَّبِعَ آيَاتِكَ مِن قَبْلِ أَن نَّذِلَّ وَنَخْزَى
- Əgər Biz onları bundan əvvəl əzabla həlak etsəydik,[154] mütləq belə deyərdilər: “Rəbbimiz! Kaşki, bizə bir elçi göndərsəydin, biz də belə zəlil və rüsvay bir hala düşmədən əvvəl sənin ayələrinə tabe olardıq![155]
قُلْ كُلٌّ مُّتَرَبِّصٌ فَتَرَبَّصُوا فَسَتَعْلَمُونَ مَنْ أَصْحَابُ الصِّرَاطِ السَّوِيِّ وَمَنِ اهْتَدَى
- De ki: “Hər kəs gözləyir, siz də gözləyin![156] Kimlərin düzgün yolun yolçuları olduğunu və kimlərin doğru yola gəldiyini yaxında biləcəksiniz.”[157]
[1] Bunlara “hurufu muqatta”, yəni tək-tək oxunan hərflər deyilir. Bunların Nəbimizdən soruşulmaması, onların bilinən bir mənası olduğunu göstərir. Yoxsa müşriklər bunu dillərinə dolayar, Nəbimizi hər zaman rahatsız edərdilər. Bu hərflərlə əlaqəli suallar, İslamın Ərəbistan yarımadası xaricinə yayılmasından sonra başlamışdır. Türkcədə belə bir ifadə tərzi yoxdur. Bu hərflərlə başlayan 29 surədən 25-ində Qurana, dördündə də mühüm bir mövzuya diqqət çəkməsi, onların diqqətlərini cəlb etmək üçün işlədildiyi başa düşülür (Doğrusunu Allah bilir).
[2] Əraf 7/2.
[3] Quran, bütün insanlar üçün doğru bilikdir. Amma bu bilikdən sadəcə pis işlərdən qorunanlar faydalanır (Yasin 36/11, Kaf 50/45, Zariyat 51/55, Naziat 79/45).
[4] Şuəra 26/192–193, Səcdə 32/2, Zümər 39/2, Mömin 40/2, Fussilət 41/2, 42, Casiyə 45/2, Əhqaf 46/2, Vaqiə 56/80, Haqqa 69/43.
[5] Ərş, eyni zamanda bir idarəni, məqamı göstərən məcaz bir ifadədir (Yusuf 12/100; Nəml 27/23). Türkcə onun yerinə padişahlar üçün “taxt” digər idarəçilər üçün “qoltuq” kəlməsi işlədilir. Bilavasitə “Rəhman ərşə istiva etdi” sözü də kainatın idarəsinin Allahın əlində olduğunu ifadə edər (Əraf 7/54, Yunus 10/3, Rad 13/2, Furqan 25/59, Səcdə 32/4, Hədid 57/4).
[6] Nisa 4/126, İbrahim 14/2, Nəhl 16/52, Həcc 22/64, Şura 42/4.
[7] Ali İmran 3/5, Ənam 6/3, Rad 13/10, Ənbiya 21/110, Mülk 67/13-14, Əla 87/7.
[8] Bəqərə 2/255, Ali İmran 3/2, Nisa 4/87, Nəml 27/26, Qəsas 28/70, Mömin 40/65, Rəhman 55/29, Haşr 59/22–24, Təğabün 64/13.
[9] “İsim “ deyə, keçən kəlməyə “xüsusiyyətlər” olaraq da məal verdik. Çünki, ərəb dilində isim, bir şeyi tanıdan, nəyə yaradığını göstərən bir sözdür (Müfrədat).
[10] Əraf 7/180, İsra 17/110, Həşr 59/24.
[11] Naziat 79/15.
[12] “Siz burada qalın! (امْكُثُوا)” cəm bir ifadədir. Ərəbcə cəm ən az üçü göstərdiyi üçün Musa əleyhissəlamın yanında zövcəsi və ən az iki uşağının da olduğunu göstərir. Tövratda da Musa əleyhissəlamın o əsnada iki oğlu olduğu məlumatı yer almaqdadır (Qədim Əhd, Çıxış 4/20, 18/2-4).
[13] Nəml 27/7, Qəsas 28/29.
[14] Məryəm 19/52, Nəml 27/8-9, Qəsas 28/30, Naziat 79/16. Bu hadisə, Tevratın Çıxış 3:5 pasajında da anladılır.
[15] Bu ayənin bir bənzəri Tövratda da keçər (Çıxış 3:13-14)
[16] Zikir, bağlantıları ilə birlikdə düşünülüb öyrənilən doğru bilik və o biliyi istifadəyə hazır halda tutmaq, ağla ya da dilə gətirməkdir (Müfrədat). Doğru biliyin qaynağı Allahın ayələridir. Bunlar, yaradılan ayələr və nazil edilən ayələr olaraq iki yerə ayrılır. Hər birindən əldə edilən doğru bilik zikirdir (Ənam 6/80, Ənbiya 21/24). İnsanı ancaq bu bilik tətmin edər/rahatladır (Rad 13/28). Allahı zikr etmək; Onu, kitabını və yaratdığı ayələri diqqətə almaq, ağıldan çıxartmamaq və onların üzərində düşünməkdir. İnsan bunlardan bildyi qədər sorumludur (Bəqərə 2/286).
[17] O saat, yenidən diriliş saatıdır; Ənam 6/31, Əraf 7/187, Nəhl 16/77; Həcc 22/1-2, 6-7; Rum 30/12-16, Rum 3/55, Loğman 31/34, Səbə 34/3, Zuxruf 43/66, Muhamməd 47/18, Naziat 79/42-46.
[18] Oxşar xəbərdarlıqlar Muhəmməd əleyhissəlama da edilmişdir (Maidə 5/49, Şura 42/15, Casiyə 45/18).
[19] Sual, bir şeyi öyrənmək ya da qəbul etdirmək üçün soruşulur. Bir şeyin varlığını gücləndirmək üçün verilən sual, “istifhami Təqriridir”. Bu tərz verilən sualın məqsədi öyrənmək deyil, daha çox öyrətməkdir. Əlindəki şeyin adi bir əsa olduğunu vurğulamaq və bu əsanı ancaq ilahi bir güclə ilana çevirmək, onunla dənizi yarmaq mümkün olduğunu göstərir. Əgər Allah belə bir sualı vermədən birbaşa; əsanı yerə at desəydi onun fərqli bir əsa olduğu zənn edilər və Musa üçün də oxuyucu üçün də Allahın bir möcüzəsi olduğu anlaşılmazdı.
[20] Nəml 27/10, Qəsas 28/31
[21] Nəml 27/12, Qəsas 28/32.
[22] Naziat 79/17.
[23] Musa əleyhissəlamın danışma və bəlağatı haqqında problemi olduğu məlumatı Tövratın Çıxış 4:10, 6:12 pasajlarında da verilməkdədir.
[24] Şuəra 26/13, Qəsas 28/34.
[25] Təsbih, ərəb dilində “سبح = səbh” kökündən əmələ gəlib, mənası suda və ya havada sürətlə keçib, üzüb getmək deməkdir (Müfrədat). Bundan başqa təsbih, “ucaltmaq”, nöqsanlıqdan, oxşarlıqdan uzaq olmaq”- mənalarına da gəlir. Dağlar, daşlar, ağaclar və heyvanlar, o cümlədən kainatda olan hər şey Allahı təsbih etməkdədir. (İsra 17/44, Hicr, 15/98).
[26] Zikir üçün yuxarıdakı 17-ci dipnota baxın.
[27] Məryəm 19/53, Furqan 25/35, Qəsas 28/35.
[28] Saffat 37/114.
[29] Vəhy, “işarə dili, fısıldama, rümz, yazı və ya ima ilə danışma” mənalarına gəlir (Müfrədat). Allahın vəhyi; ilham yolu ilə, pərdə arxasından və ya mələklər vasitəsi ilə olur (Şura 42/51). Bu üç növ vəhydən ikisi hər insana edilir. Allah, hər insanın içinə, etdiyinin yaxşı yoxsa pis olduğunu ilham edər (Şəms 91/7-8). Allah bir mələyi insan simasında da göndərə bilər. Məryəm anamıza belə bir vəhy gəlmişdir (Məryəm 19/16-21). Musanın anasına gələn vəhy də bu cürdür (Qəsas 28/7). Üçüncü növ vəhy isə insanlara bildirmək istədiyi sözlərini, insanların arasından seçdiyi elçilərə mələklər vasitəsi ilə çatdırmasıdır. Bunlar, Allahın elçiləri olaraq vəsfləndilirilər (Cin 72/26-28).
[30] Ərəblər, istər duzlu istər şirin olsun böyük su kütlələrinə “bəhr” deyərlər. Ayədə keçən “əl-yəmm” kəlməsi təfsirlərdə Nil çayı olara qməallandırılmışdır. Bu kəlmə, Fironun boğulduğu Qızıl dəniz üçün də keçər (Əraf 7/136, Tə-ha 20/78, Qəsas 28/40, Zariyat 51/40). Musa əleyhissəlam, Samirinin qızıldan düzəltdiyi buzov heykəlini əritdikdən sonra “yəmmə/Nilə” atmışdır (Tə-ha 20/97).
[31] Qəsas 28/8.
[32] Qəsas 28/11-13.
[33] Şuara 26/14-21, Qəsas 28/15-16, 33.
[34] Qəsas 28/23-29.
[35] Əraf 7/144.
[36] “Ayələrimlə gedin” kəlməsi cəmi (ən az üçü) ifadə edər. Musa və Harun Fironun yanına iki ayə/dəlillə göndərilir ki, bunlardan biri əsa möcüzəsi digəri isə əlini qoltuğuna soxaraq ləkəsiz ağ-appaq çıxmasıdır. Üçüncüsü isə Allahın kitabıdır (Furqan 25/35-36). Əsl istədiyi də bu kitaba tabe olmasıdır.
[37] Musa və Harun əleyhissəlamın ehmalkarlıq etməməsini istədiyi zikir, Allahın onlara verdiyi kitabı anlamaq və təbliğ etməsidir.
[38] Tə-ha 20/24, Qəsas 28/4.
[39] Naziat 79/17-19.
[40] Şuəra 26/15.
[41] Firon İsrail oğullarını kölələşdirmişdir (Əraf 7/105, Möminun 23/45-48, Şuəra 26/16-22). Onların oğlan uşaqlarını öldürüb, qız uşaqlarını sağ buraxırdı (Qəsas 28/4).
[42] Rəhbər deyə məna verdiyimiz الْهُدَى sözü, Allahın kitablarının müştərək xüsusiyyətidir. Ona tabe olanların üzərində nə bir qorxu nə də üzüntü olar (Bəqərə 2/38-39).
[43] Bu cümlə, Musa və Harunun Firona bir kitabla getdiyini göstərir. Əlaqəli ayə: Tə-ha 20/42 və dipnotu.
[44] Leyl 92/15-16.
[45] Şuəra 26/23-28.
[46] Abəsə 80/17-20, Əla 87/2-3.
[47] Bu kitab, hər varlıq və hadisə ilə əlaqəli məlumatların qeyd olunduğu ilahi bir kitabdır (Ənam 6/59; Yunus 12/61, Rad 13/39, Hicr 15/4, Vaqiə 56/77–78, Hədid 57/22).
[48] Məryəm 19/64.
[49] Zuxruf 43/10, Zariyat 51/48, Nəbə 78/6. Dünyanın beşik kimi olması üçün iki yana əyilməsi lazımdır. Günəş işıqlarının dünyanın şimalına maili, cənubuna (ekvatora yaxın bölgədə) isə dik düşməsi də bundandır.
[50] Nəhl 16/15, Ənbiya 21/31, Zuxruf 43/10, Nuh 71/19-20.
[51] Rad 13/3, Nəhl 16/15, Ənbiya 21/31, Zariyat 51/49.
[52] Ənam 6/143–144, Nahl 16/5–6, Naziat 79/30–33, Abəsə 80/24–33.
[53] Əraf 7/25, Kaf 50/9-11, Nuh 71/17-18.
[54] Bu ayəyə görə Musa və Harun həm özlərinə veriləni Firona və çevrəsinə göstərmiş həm də təbliğ etmələri lazım olanı təbliğ etmişlər (Furqan 25/35-36).
[55] Yunus 10/75-76, Nəml 27/13-14, Qəsas 28/36.
[56] Əraf 7/109-110, Şuəra 26/33-34.
[57] Misirdə günümüzdəki kimi xalqın meydanlara çıxıb şənləndiyi bayram günlərinin birində bu qarşılaşma gerçəkləşir.
[58] Əraf 7/111, Şuəra 26/36-38.
[59] İbrahim 14/15.
[60] Mömin 40/26.
[61] Əraf 7/113-114, Şuəra 26/41-42.
[62] Bu sehrbazlar, bilikli kimyagərlərdi. Firon onlara, Musa və Harunun sehrbaz olduqlarını və bu sehrləri ilə onları torpaqlarından çıxarmaq istədiklərini, ona görə də vəziyyətin çox ciddi olduğunu bildirir. Əgər qalib gəlsələr, onlara böyük vədlər verir. Onlar da Musa əleyhissəlama verilən dəyənək möcüzəsini təsirsiz hala gətirmək üçün civədən istifadə edir (İbn Kəsir Təfsiri). Ancaq Musa əleyhissəlamın dəyənəyi, onların atdıqlarını udunca onun bir sehr deyil, bir möcüzə olduğunu anlamış, səcdəyə qapanmış və Fironun ölüm təhdidlərinə aldırış etməmişlər. Sehrbazlar, önündə duran haqla batılı açıq aşkar ayırd edincə, tam təslimiyyət göstərərək, etdikləri işlər üçün Allahdan bağışlanma diləmişlər.
[63] Yunus 10/80, Şuəra 26/43.
[64] Əraf 7/116.
[65] Yunus 10/81.
[66] Əraf 7/117-119, Şuəra 26/45.
[67] Əraf 7/120-122, Şuəra 26/46-48.
[68] Əraf 7/123-124, Şuara 26/46-49.
[69] Əraf 7/125, Şuəra 26/50.
[70] Əraf 7/126, Şuəra 26/51..
[71] İbrahim 14/17, Fatır 35/36, Müddəssir 74/28, Əla 87/13.
[72] Ənkəbud 29/58, Əla 87/14, Şəms 91/9-10.
[73] Şuara 26/52-63, Duhan 44/23-24.
[74] “ən yüksəyə çıxar!” anlamı verdiyimiz kəlmə, “hər şeyin ən yüksəyi” mənasına gələn “sərah”dan törəmiş olan “əsri” əmridir (Müfrədat). Musa əleyhissəlama verilən bu əmr, İsrail oğullarını Qızıldənizin sahili ilə Qahirə arasında olan və yüksəkliyi 2000 metrəni keçən sıra dağların (Suna Doğaner, Misir, DİA) təpəsinə çıxarma əmridir. Çünki o dağları aşmadan Qızıldənizə çatmaq olmaz.
[75] Bəqərə 2/50, Əraf 7/136, Ənfal 8/54,Yunus 10/90, İsra 17/103, Şuəra 26/64-66, Zuxruf 43/55, Zariyat 51/40.
[76] Yunus 10/90-92, Qəsas 28/40, Duhan 44/23-29.
[77] Bax: Bəqərə 2/49-cu ayənin dipnotu.
[78] İsrail oğullarından alınan bu söz Tövratın Çıxış 19 və davamı bablarında bəhs edilməkdədir.
[79] Tövratda “mən” ilə əlaqəli bu ifadələr yer almaqdadır: Rəbb Musaya “Sizə göydən çörək yağdıracağam” dedi. Ətraflı: (Çıxış 16/4-5, 13-15). İsrail oğulları, Allahın “mən və səlva” nemətini tək çeşid yemək olaraq qəbul edir və “Biz, tək çeşid yeməyə qatlanmayacağıq” deyə, şikayət etmişdilər. “Mən” şirin xamura bənzəyən və ondan müxtəlif cür yiyəcəklər hazırlana bilən bir maddədir. İsrail oğulları onu dəyirmanda üyüdür, qazanda bişirib hər cür çörək, şirin lavaş halına gətirib yeyərdilər (Sayılar 11/8).
[80] Maidə 5/87-88-də eyni əmr möminlərə də verilmişdir.
[81] Allah, İsrail oğullarını xəbərdar etdiyi halda onlar özlərinə verilən yeyəcək barəsində həddi aşdılar. Nə Allahın verdiyinə nə də Allahdan razı deyildilər (Çıxış 16/16-28).
[82] Bir insan hansı günahı işləyir işləsin əgər səmimi olaraq işlədiyi günahdan peşman olub tövbə/dönüş edərsə, Allah onun günahlarını bağışlayar (Ali İmran 3/135–136; Nisa 4/17, 48, 116; Qəsas 28/67).
[83] Əraf 7/142-ci ayəyə görə Musa əleyhissəlam, Sina Dağına otuz günlüyünə çağrılmış sonra on gün əlavə edilərək qırx günə tamamlanmışdır.
[84] “İzimdələr” ifadəsi, arxasınca gəlmə mənasında deyil, İsrail oğullarının Musanın öğrətdiyi yolda olduqlarını ifadə edər. Çünki Allah, İsrail oğullarının dağa Musanın dalınca gəlməsini qadağan etmişdi. Tövratda da bu barədə keçər: (Çıxış 19/12-13). Allah, Musaya “Samiri onları yoldan çıxartdı.” deyə, xəbər verməsi və Musanın da: “Onlar mənim izimdə/yolumdalar” deməsi də bunu dəstəkləyir.
[85] Samiri, Musa əleyhissəlamın gətirdiyi kitaba möhkəm sarılmış, dindar bir insan olaraq tanınırdı. Sonra Musanın dinini tərk edərək xalqa: “Bu sizin ilahınızdır, Musanın da ilahıdır amma o, (bunu) unutdu.” – (Tə-ha 20/88) deməsi, İblis kimi doğru yolun üstündə oturub insanları azdırdığını göstərir. Onun bilikli olması və xitabəti, xalqın Harun əleyhissəlama deyil, ona qulaq asmasına səbəb olmuşdu.
[86] Əraf 7/150.
[87] Allahın bu vədi, Tövratın Çıxış 19/5-6 bölümündə bəhs edilməkdədir.
[88] İsrail oğulları Musa əleyhissəlama, Allahın bütün buyruqlarına əməl edəcəklərinə dair söz vermişdilər (Tövrat, Çıxış 19/7-8).
[89] Şuəra 26/57-59, Duxan 44/25-28. İsrail oğulları Misirdən çıxanda həm özlərinin həm də qonşularının zinətlərini alaraq yola çıxmışdılar (Tövrat, Çıxış 12/29-37).
[90] Bəqərə 2/51 və 92, Əraf 7/148.
[91] Allaha güvənmiş bir xalq olsaydı, Samiri tək başına belə bir şeyə təşəbbüs edə bilməzdi.
[92] Əhzab 33/69, Saf 61/5.
[93] Furqan 25/3.
[94] Nisa 4/64.
[95] Əraf 7/150.
[96] Rəsul, həm öz sözünü həm də başqasının sözünü çatdıran elçi mənasındadır (Müfrədat). Burada Rəsul, Allahın Musa və Harun əleyhissəlama verilən kitab nəzərdə tutulur (Furqan 25/35-36).
[97] Haqqı bilə-bilə dindən dönən birinin cəzası; Allahın, mələklərin və insanların lənətləməsi, yəni uzaqlaşdırmasıdır (Bəqərə 2/159-160; Ali İmran 3/ 86-91, Əraf 7/152 -153). Musa əleyhissəlamın söylədiyi söz, onun uzaqlaşdırıldığını göstərir: “Çıx get burdan!” Artıq sən həyatın boyunca: “Toxunmaq olmaz!” – deyəcəksən.
[98] Ətraflı məlumat: Tövrat, Çıxış 32/20.
[99] Bəqərə 2/163.
[100] Ənam 6/80.
[101] Əraf 7/101, Hud 11/120.
[102] Zikir üçün bax: Tə-ha 14-cü ayənin dipnotu.
[103] Kəhf 18/57, Tə-ha 20/124-127, Səcdə 32/22.
[104] Ənam 6/31, Nəhl 16/25.
[105] Ənam 6/73, Kəhf 18/99, Möminun 23/101, Nəml 27/87, Yasin 36/51, Saffat 37/19, Zümər 39/68, Kaf 50/20, Haqqa 69/13, Nəbə 78/18.
[106] İbrahim 14/43, İsra 17/97, Ənbiya 21/97, Qiyamət 75/7.
[107] Rum 30/55.
[108] Yunus 10/45, İsra 17/52, Möminun 23/112-114, Əhqaf 46/35, Naziat 79/46.
[109] İnsanların yenidən diriləcəyi gündən əvvəl dağların halından bəhs edən ayələr üçün bax: Kəhf 18/47, Tur 52/10, Vaqiə 56/5–6, Haqqa 69/14, Məaric 70/9, Müzzəmmil 73/14, Mürsəlat 77/10, Nəbə 78/20, Təkvir 81/3, Qaria 101/5.
[110] İsra 17/52, 71, Kaf 50/20-23, Qəmər 54/6-8.
[111] Hud 11/105.
[112] O Gün, yenidən dirilmə ilə başlayıb sonsuza qədər davam edəcək olan qiyamət/məzardan qalxma günüdür (Əraf 7/32).
[113] Şəfaət başqasının müşayiət etməsini istəmək, yoldaşlıq etmək və ya dayaq durmaqdır (əl-Ayn, Mufrədat). Dünyada insanlar bir-birinə şəfaət edə bilər (Nisə 4/85). Amma məhşər günü heç kim bir başqasına şəfaət edə bilməz (Zümer 39/43-44).
[114] Önlərində olan, o anda var olandır. Arxalarında qalan daha əvvəlcədən etdikləridir (Səbə 34/9, Yasin 36/9).
[115] Bəqərə 2/255, Ənam 6/103, Şura 42/11.
[116] Ən böyük zülm, şirkdir (Loğman 31/13).
[117] Bəqərə 2/80-81, Ali İmran 3/23-25, Əraf 7/45, Şəms 91/10.
[118] Nisa 4/124, Ənbiya 21/94.
[119] Quran, qaraə ( قرأ ) feilinin məsdəri olan “qur ( القُرْء ) veya qar’ ( القَرْء)-dan törəmişdir, mənası “toplama və birləşdirmədir.” Allahın kitabına Quran deyilməsi, bütün surələri toplayıb bir araya gətirməsi səbəbiylədir (Lisanul Ərəb). Ayədə ifadə edilən ” رْاٰنَ الْفَجْر Quranəl fəcr” ifadəsi, şərqdə səhər vaxtı aydınlığı ilə Günəşin doğması arasında, üfqün üst tərəfində meydana gələn bəyaz quşağın, üfqün alt tərəfindəki siyah quşağın və bu ikisini ayıran incə xəttin bir araya gəlməsidir (Bəqərə 2/187). Quranəl Fəcr, hər mövsümdə dünyanın hər yerində müşahidə edilə bilər. Dünyanın şimal qütbündə Svalbardda Günəş, üfqün üst tərəfində olanda belə müşahidə edilir. Əgər ayədə təkcə Günəşin doğuşu, batışı və gecənin qaranlığı ifadələri işlədilsəydi, şimal qütb bölgələrində namaz və oruç vaxtlarını müəyyən etmək imkansı olardı.
[120] Möminun 23/116.
[121] İsra 17/106, Qiyamət 75/16-19.
[122] Tə-ha 20/117, 121.
[123] Səcdənin kök anlamı əyilməkdir (Müfrədat). Bu səbəblə Günəş, Ay, planetlər, dünya və ulduzlar arasında meydana gələn meyillik/ deklinasyon və ona bağlı olaraq kölgənin uzanıb qısalması, “səcdə” kəlməsi ilə ifadə edilmişdir (Nəhl 16/48; Rad 13/15). Bəzi ayələrdə sadəcə itaət anlamında (Həcc 22/18; İnşiqaq 84/21), bəzilərində isə itaətlə birlikdə fiziki əyilmə nəzərdə tutulmuşdur (Bəqərə 2/34, 58; Nisa 4/154; Əraf 7/161; Yusuf 12/4, 100). Belə ki, namazda vücudumuz ayaqlar, əllər və dizlər üzərində paralel qaydada alnı yerə qoymaq da Allaha itaət edərək əyilmə anlamındakı səcdədir (Nisa 4/102-103)
[124] Bəqərə 2/34, Əraf 7/11, Hicr 15/28–31, İsra 17/61, Kəhf 18/50, Sad 38/71–74.
[125] Bəqərə 2/36.
[126] Əraf 7/20.
[127] Əraf 7/21.
[128] Adəm və Həvva ilk gündən etibarən paltarlı idilər (Əraf 7/26/27). O ağacdan yedikdən sonra paltarları soyulub bədənləri ortaya çıxanda, çılpaqlıq onları utandırır. Üzərlərinə yarpaq örtməyə çalışmalarının səbəbi bu ola bilər (Əraf 7/22). Çünki insanın dərisi digər canlılar kimi deyil, paltara ehtiyac duyar və fərqli paltarlar sayəsində dünyanın hər bölgəsinə, hər mövsümdə gedə bilir və yaşaya bilir.
[129] Ğayy (غَيّ) səhv yola girmək və istəyinə çata bilməməkdir (Sıhah).
[130] Bu ayə, Adəm əleyhissəlamın Nəbi olduğuna dəlildir (Ali İmran 3/33; Ənam 6/87).
[131] Düşmən anlamı verdiyimiz kəlmənin kökü adv (عدو), həddini aşmaq və uyğunsuzluq anlamındadır (Müfrədat). Burada cəm formasında keçdiyinə görə üçüncüsünün də İblis olduğunu göstərir. Təkcə İblis yox, insanlar da bir-birinə müxalif və düşmən kəsilə bilər (Təğabün 64/14).
[132] Bəqərə 2/34-39, Əraf 7/11-25, Hicr 15/28-43, İsra 17/61-65, Kəhf 18/50, Sad 38/71-85. Bu və bənzər ayələrdə (Bəqərə 2/38, 62; Yunus 10/62, Əhqaf 46/13) Allahın kitabına uyan kimsələrin üzərinə qorxu olmayacağı bildirilir. Diqər tərəfdən də Allah bizi qorxu, aclıq, can, mal və müxtəlif müsibətlərlə imtahan edəcəyini bildirir. Bunlar birlikdə dəyərləndirildiyi zaman, insanların dünyada başına gələnlərə qarşı Allahın istədiyi şəkildə sədaqətlə qarşılıq verənlərə axirətdə hər hansı bir qorxunun olmayacağını göstərir.
[133] Zikr kəlməsi üçün bax: Tə-ha 20/14-cü ayənin dipnotu.
[134] Kəhf 18/57; Səcdə 32/22.
[135] Dünyada Allahın ayələrinə göz yumanlar, axirətdə qəbirlərindən kor olaraq qaldırılıb məhşər yerinə kor olaraq gətiriləcəklər (İsra 17/72). Arxasından Kaf 50/22-ci ayədə bildirildiyi kimi gedəcəkləri yerin necə bir yer olduğunu göstərmək üçün gözləri açılacaqdır.
[136] İsra 17/72.
[137] Əraf 7/51, Casiyə 45/34, Səcdə 32/14.
[138] Nisa 4/123.
[139] Şədid, güçlü bağla bağlı mənasındadır. Allah, verəcəyi cəzanı bəndənin günahına bağlamışdır (Ənam 6/160).
[140] Hud 11/82-83, Hicr 15/74-79, Saffat 37/137-138.
[141] Ənam 6/6, Əraf 7/100, Səcdə 32/26.
[142] Müddəti müəyyən edilmiş əcəl (əcəli müsəmma), yalnız Allahın bildiyi yaşama tarixidir. Bu müddət bitdiyi zaman insan ölür. Bəzi səhv davranışlar, bu əcəli qısalda bilər (İbrahim 14/10; Nuh 71/4). Bir nümunəsi də Yunus əleyhissəlamdır (Saffat 37/139-149).
[143] Allah, cəzanı bir anda verməz, hər kəsə verilən müəyyən bir müddətin dolmasını gözləyər (Yunus 10/12, İbrahim 14/42, Nəhl 16/61, Kəhf 18/58, Ankəbud 29/53, Fatır 35/45, Şura 42/14).
[144] Yunus 10/109, Nəhl 16/127, Rum 30/60, Mömin 40/55, 77, Əhqaf 46/35, Tur 52/48, Qələm 68/48, Müzzəmmil 73/10, Müddəssir 74/7, İnsan 76/24.
[145] Günəşin doğmasından əvvəl; axşam və gecə namazı, batmasından əvvəl də günorta və ikindi namazları nəzərdə tutulur.
[146] Gecə, 3 ana bölümdən meydana gəlir. Birinci bölüm; axşam və işa/gecə alaqaranlığından, ikinci ən böyük bölüm gecənin ortası (ğasaqul-leyl), üçüncü bölüm isə, fəcri kazib və sübhün alaca qaranlığından ibarətdir. İkinci bölüm, gecə namazının sonundan (ğasaqul-leyl) dən etibarən fəcri sadiqə qədər yatıb dinlənmə (Nur 24/58) və təhəccüd namazı vaxtlarıdır (İsra 17/79). Fərz namazlarının vaxtı müəyyən olduğu üçün (Nisa 4/103) gecə namazı səhərə kimi uzadılmaz.
[147] “Gündüzün bölümlərində (أطراف النهار)” ifadəsindəki “ətraf” kəlməsi cəmdir. Ərəb dilində cəm ən az üçü göstərdiyi üçün burada gündüz üç vaxtda qılınacaq nafilə namazları göstərir. Bunlar quşluq, günorta və ikindi vaxtlarında qılına biləcək nafilələrdir.
[148] Fərz namazlar (أَقِمِ الصَّلاَةَ)” əmri ilə (Hud 11/114, İsra 17/78), Fərz və nafilə namazlarının vaxtlarını ifadə edən ayələrdə isə “səbbih سَبِّحْ” kəlməsi ilə xitab edilir (Rum 30/17-18, Kaf 50/39-40, Tur 52/48-49, İnsan 76/26).
[149] Tövbə 9/55, 85, Hicr 15/88.
[150] “Namaz” – deyə, məal verdiyimiz kəlmə “salat لصَّلَاةِ” kəlməsidir. Salat, kök anlamı “bir şeyi buraxmamaq, davamlı arxasında olmaq” deməkdir (Lisanul Ərəb). Burada verilən əmr heç buraxmadan davamlı yerinə yetirilməsi əmr edilən işdir. Hər müsəlmanın da axsatmadan yerinə gətirdiyi tək ibadət də namazdır. Namaz, hz. Adəmdən bu yana bütün insanlığa əmr edilən və Məkkə müşrikləri daxil hər kəsin bildiyi, ərəblərin bu ifadə ilə yəni “salat” deyə, yerinə gətirdikləri bir ibadətdir.
[151] Təhrim 66/6.
[152] Yunus 10/20, Rad 13/7, İsra 17/59, Ənkəbud 29/50-52.
[153] Bəqərə 2/89-90, 101, Ənbiya 21/5-6, Şuəra 26/192-197.
[154] İsra 17/15, Qəsas 28/59.
[155] Nisa 4/165, Qəsas 28/47.
[156] Tur 32/31.
[157] Mülk 67/22.




