Cavab: Bundan əvvəlki “Uşaqlara veriləcək adlar necə olmalıdır?” sualınızda uşaqlara qoyulacaq adlar barəsində məlumat verdik. Bu sualınızda da uşaqlara verilməsi uyğun olmayan, lakin, ölkəmizdə çox yayılmış bir neçə ad barəsində sizə məlumat verəcəyik.
Həm mənası çirkin həm də inancımıza, dinimizə uyğun olmayan adlar bunlardır:
- İlahə, mənası “Dişi cinsli ilah”.
- Firon, mənası “Pis ürəkli, qəddar və Misirdə Tanrı gözü ilə baxılan hökmdar”.
- Nəmrud, mənası İbranicə “Üsyan etmək”.
- Zülümxan, mənası “Zülümkar”.
- Diana, mənası “İlahi ya da şeytani gücə sahib”
- Xaliq, mənası “yoxdan Yaradan”
- Sübhan, mənası “Əksiklikdən, nöqsanlıqdan uzaq olan”.
- Rəhman, mənası “Qarşılıqsız mərhəmət edən”
- Tükəzban, mənası “Yalançı”. Eyni kökdən gələn Kəzbanı da hər nə qədər fars mənşəli bir söz və mənası “ev xanımı” olaraq dəyərləndirsələr də bu sözün kökü “yalanla” əlaqəlidir.
- Xənnas, mənası “Şeytan”.
- Sənəm, mənası “Büt, Heykəl, daş”. Hər nə qədər bu adı da fərqli yönə yozsalar da bu yozumlar sağlam bir dəlilə əsaslanmır. Bundan əlavə “Səməd, Əfsun, Ruslan, Şərafət” kimi adlar da veriləcək xoş adlar deyil.
Bu adların bir qismi Qurani Kərimdə mənfi mənada və uzaq durulması lazım şeylər haqqında digər qismi isə sırf Allaha məxsus sifətlər olduğu üçün, insanlara verilməsi doğru deyildir.
Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.
Uşaqlara ad qoymaq barədə ətralı məlumatı saytımzın bu linkində görə bilərsiz:
https://www.muselmanlar.com/fitvalar/6265.html
Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.




