Kəhf surəsi 110 ayədən ibarətdir. Kəhf, mağara deməkdir. Zalımların zülmündən qaçan gənclərin mağaraya sığınmaları səbəbindən surəyə bu ad verilmişdir.
بسم الله الرحمن الرحيم
Mərhəmətli, Rəhmli Allahın adıyla!
الْحَمْدُ لِلَّهِ الَّذِي أَنزَلَ عَلَى عَبْدِهِ الْكِتَابَ وَلَمْ يَجْعَل لَّهُ عِوَجَا
قَيِّمًا لِّيُنذِرَ بَأْسًا شَدِيدًا مِن لَّدُنْهُ وَيُبَشِّرَ الْمُؤْمِنِينَ الَّذِينَ يَعْمَلُونَ الصَّالِحَاتِ أَنَّ لَهُمْ أَجْرًا حَسَنًا
- Öz dərgahından gələcək olan şiddətli[4] bir əzaba qarşı xəbərdar etmək və xeyirxah işlər görən möminləri gözəl bir mükafat ilə müjdələmək üçün doğru bir kitab nazil etdi.[5]
مَاكِثِينَ فِيهِ أَبَدًا
- İçində əbədi qalacaqları (bir mükafat/cənnət)…[6]
وَيُنذِرَ الَّذِينَ قَالُوا اتَّخَذَ اللَّهُ وَلَدًا
- O cümlədən “Allah övlad götürdü!” – deyənləri [7]də xəbərdar etmək üçün nazil etdi.
مَّا لَهُم بِهِ مِنْ عِلْمٍ وَلَا لِآبَائِهِمْ كَبُرَتْ كَلِمَةً تَخْرُجُ مِنْ أَفْوَاهِهِمْ إِن يَقُولُونَ إِلَّا كَذِبًا
- Bu barədə nə onların nə də atalarının əlində bir məlumat yoxdur. Ağızlarından çıxan söz necə də ağır/böyük![8] Onlar ancaq yalan danışırlar.
فَلَعَلَّكَ بَاخِعٌ نَّفْسَكَ عَلَى آثَارِهِمْ إِن لَّمْ يُؤْمِنُوا بِهَذَا الْحَدِيثِ أَسَفًا
- Onlar bu sözə (Qurana) inanmırlar deyə, arxalarından üzülərək özünü həlak edəcəksən?![9]
إِنَّا جَعَلْنَا مَا عَلَى الْأَرْضِ زِينَةً لَّهَا لِنَبْلُوَهُمْ أَيُّهُمْ أَحْسَنُ عَمَلًا
- Biz onların hansının daha gözəl əməl sahibi olduğunu imtahan etmək üçün,[10] yer üzündə olanları ona aid bir zinət etdik.
وَإِنَّا لَجَاعِلُونَ مَا عَلَيْهَا صَعِيدًا جُرُزًا
- Onun üstündə olanları (bir gün) əlbəttə qupquru bir torpağa çevirəcəyik.[11]
أَمْ حَسِبْتَ أَنَّ أَصْحَابَ الْكَهْفِ وَالرَّقِيمِ كَانُوا مِنْ آيَاتِنَا عَجَبًا
- Yoxsa sən əshabı-Kəhv/mağara əhli və Rəqimin[12] ayələrimizdən[13] ən qəribəsi olduğunumu hesab edirsən?
إِذْ أَوَى الْفِتْيَةُ إِلَى الْكَهْفِ فَقَالُوا رَبَّنَا آتِنَا مِن لَّدُنكَ رَحْمَةً وَهَيِّئْ لَنَا مِنْ أَمْرِنَا رَشَدًا
- Bir zaman gənclər[14] Kəhfə/mağaraya sığınaraq: “Rəbbimiz! Bizə dərgahından mərhəmət bəxş et və bizə bu vəziyyətdən bir çıxış yolu göstər!”[15] – demişdilər.
فَضَرَبْنَا عَلَى آذَانِهِمْ فِي الْكَهْفِ سِنِينَ عَدَدًا
- Biz də bunun üzərinə o mağarada onların qulaqlarını illərlə[16] bağlı tutduq/onları dərin bir yuxuya daldırdıq.
ثُمَّ بَعَثْنَاهُمْ لِنَعْلَمَ أَيُّ الْحِزْبَيْنِ أَحْصَى لِمَا لَبِثُوا أَمَدًا
- Sonra onları oyandırdıq ki, qaldıqları müddəti bilək görək iki tərəfdən hansı daha doğru hesablayır.
نَحْنُ نَقُصُّ عَلَيْكَ نَبَأَهُم بِالْحَقِّ إِنَّهُمْ فِتْيَةٌ آمَنُوا بِرَبِّهِمْ وَزِدْنَاهُمْ هُدًى
- Biz sənə onların xəbərini həqiqətdə olduğu kimi çatdırırıq. Onlar, Rəbbinə inanıb güvənmiş bir neçə gənc idi. Biz də onların hidayətini artırdıq.[17]
وَرَبَطْنَا عَلَى قُلُوبِهِمْ إِذْ قَامُوا فَقَالُوا رَبُّنَا رَبُّ السَّمَاوَاتِ وَالْأَرْضِ لَن نَّدْعُوَ مِن دُونِهِ إِلَهًا لَقَدْ قُلْنَا إِذًا شَطَطًا
- Qalxıb bunları dedikləri əsnada qəlblərinə mətanət verdik: “Bizim Rəbbimiz, göylərin və yerin Rəbbidir. Biz Onunla aramıza başqa bir ilah qoyub, onu yardıma çağırmarıq![18] Belə edərsək haqqa tərs bir söz söyləmiş olarıq.
هَؤُلَاء قَوْمُنَا اتَّخَذُوا مِن دُونِهِ آلِهَةً لَّوْلَا يَأْتُونَ عَلَيْهِم بِسُلْطَانٍ بَيِّنٍ فَمَنْ أَظْلَمُ مِمَّنِ افْتَرَى عَلَى اللَّهِ كَذِبًا
- Bizim bu xalqımız Allah ilə öz aralarına ilahlar qoydular. Onlar bu ilahlar barəsində güçlü bir dəlil gətirməli deyildilərmi?[19] Elə isə, Allaha qarşı yalan uydurandan daha zalım kim ola bilər?![20]
وَإِذِ اعْتَزَلْتُمُوهُمْ وَمَا يَعْبُدُونَ إِلَّا اللَّهَ فَأْوُوا إِلَى الْكَهْفِ يَنشُرْ لَكُمْ رَبُّكُم مِّن رَّحمته ويُهَيِّئْ لَكُم مِّنْ أَمْرِكُم مِّرْفَقًا
- (Bir-birlərinə belə dedilər) Madam ki, onlardan və Allahdan başqa qulluq etdiklərindən ayrıldınız, o zaman mağaraya sığının! Rəbbiniz sizə rəhmətini yaysın və işinizdə sizi müvəffəq eyləsin![21]
وَتَرَى الشَّمْسَ إِذَا طَلَعَت تَّزَاوَرُ عَن كَهْفِهِمْ ذَاتَ الْيَمِينِ وَإِذَا غَرَبَت تَّقْرِضُهُمْ ذَاتَ الشِّمَالِ وَهُمْ فِي فَجْوَةٍ مِّنْهُ ذَلِكَ مِنْ آيَاتِ اللَّهِ مَن يَهْدِ اللَّهُ فَهُوَ الْمُهْتَدِي وَمَن يُضْلِلْ فَلَن تَجِدَ لَهُ وَلِيًّا مُّرْشِدًا
- (Orada olsaydın) günəş doğduğu zaman onların mağaralarının sağ tərəfinə meyl etdiyini, batdığı zaman da onları soldan yalayıb keçdiyini görərdin. Onlar isə mağaranın geniş bir yerində idilər. Bax bu, Allahın ayələrindəndir.[22] Allahın doğru yolda olduğunu təsdiq etdiyi şəxs hidayətə qovuşmuşdur. Yoldan çıxdığını təsdiq etdiyi şəxslər üçün artıq yol göstərəcək bir vəli/himayədar əsla tapa bilməzsən.[23]
وَتَحْسَبُهُمْ أَيْقَاظًا وَهُمْ رُقُودٌ وَنُقَلِّبُهُمْ ذَاتَ الْيَمِينِ وَذَاتَ الشِّمَالِ وَكَلْبُهُم بَاسِطٌ ذِرَاعَيْهِ بِالْوَصِيدِ لَوِ اطَّلَعْتَ عَلَيْهِمْ لَوَلَّيْتَ مِنْهُمْ فِرَارًا وَلَمُلِئْتَ مِنْهُمْ رُعْبًا
- Onların oyaq olduqlarını sanardın. Halbuki, dərin bir yuxuya dalmışlar. Onları bir sağa bir sola çevirirdik. Köpəkləri isə öz ayaqlarını mağaranın girişinə doğru uzatmışdı.[24] Onları o vəziyyətdə görsəydin arxanı dönüb qaçardın, içinə vahimə dolardı.
وَكَذَلِكَ بَعَثْنَاهُمْ لِيَتَسَاءلُوا بَيْنَهُمْ قَالَ قَائِلٌ مِّنْهُمْ كَمْ لَبِثْتُمْ قَالُوا لَبِثْنَا يَوْمًا أَوْ بَعْضَ يَوْمٍ قَالُوا رَبُّكُمْ أَعْلَمُ بِمَا لَبِثْتُمْ فَابْعَثُوا أَحَدَكُم بِوَرِقِكُمْ هَذِهِ إِلَى الْمَدِينَةِ فَلْيَنظُرْ أَيُّهَا أَزْكَى طَعَامًا فَلْيَأْتِكُم بِرِزْقٍ مِّنْهُ وَلْيَتَلَطَّفْ وَلَا يُشْعِرَنَّ بِكُمْ أَحَدًا
- Beləcə bir-birlərinə soruşsunlar deyə[25] onları yatmadan əvvəlki halları üzərə oyatdıq. İçlərindən biri: “Nə qədər qaldıq?”- deyə soruşdu. (Bir qrup) “Bir gün, bəlkə də bir gündən az qaldıq” – dedilər. (Digər qrup) “Nə qədər qaldığımızı ən yaxşı Allah bilir” – dedilər.[26] Birinizi bu gümüş pul ilə şəhərə göndərək, Qoy baxsın hansının yeməyi daha təmizdirsə, ondan sizə azuqə gətirsin. Həm də ehtiyatlı davransın və sizi heç kimə hiss etdirməsin![27]
إِنَّهُمْ إِن يَظْهَرُوا عَلَيْكُمْ يَرْجُمُوكُمْ أَوْ يُعِيدُوكُمْ فِي مِلَّتِهِمْ وَلَن تُفْلِحُوا إِذًا أَبَدًا
- Çünki onlar ələ keçirsələr sizi daşqalaq edər ya da öz dinlərinə döndərərlər. O zaman əbədiyyən nicat tapa/xilas ola bilməyəcəksiniz.
وَكَذَلِكَ أَعْثَرْنَا عَلَيْهِمْ لِيَعْلَمُوا أَنَّ وَعْدَ اللَّهِ حَقٌّ وَأَنَّ السَّاعَةَ لَا رَيْبَ فِيهَا إِذْ يَتَنَازَعُونَ بَيْنَهُمْ أَمْرَهُمْ فَقَالُوا ابْنُوا عَلَيْهِم بُنْيَانًا رَّبُّهُمْ أَعْلَمُ بِهِمْ قَالَ الَّذِينَ غَلَبُوا عَلَى أَمْرِهِمْ لَنَتَّخِذَنَّ عَلَيْهِم مَّسْجِدًا
- Bu yolla[28] insanları onların halından xəbərdar etdik ki, Allahın vədinin doğru olduğunu, təkrar dirilib qalxma saatına dair heç bir şübhənin olmadığını bilsinlər.[29] İnsanlar öz aralarında onlar barədə müzakirə edirdilər. Nəticədə: “Onların üstünə bir bina inşa edin. Rəbbi onların halını daha yaxşı bilir” – dedilər. Müzakirədə sözü keçənlər isə “Onların üstünə mütləq bir məscid tikəcəyik” – dedilər.
سَيَقُولُونَ ثَلَاثَةٌ رَّابِعُهُمْ كَلْبُهُمْ وَيَقُولُونَ خَمْسَةٌ سَادِسُهُمْ كَلْبُهُمْ رَجْمًا بِالْغَيْبِ وَيَقُولُونَ سَبْعَةٌ وَثَامِنُهُمْ كَلْبُهُمْ قُل رَّبِّي أَعْلَمُ بِعِدَّتِهِم مَّا يَعْلَمُهُمْ إِلَّا قَلِيلٌ فَلَا تُمَارِ فِيهِمْ إِلَّا مِرَاء ظَاهِرًا وَلَا تَسْتَفْتِ فِيهِم مِّنْهُمْ أَحَدًا
- (Bəziləri) “Onlar üç nəfər idilər, dördüncüsü köpəkləri idi”, – deyəcəklər. (Bəziləri də) Onlar beş nəfə idi, altıncısı köpəkləri idi”- deyirlər. Sən de ki: “Onların sayını Rəbbim daha yaxşı bilir.” Çox az adam xaric, onları bilən də yoxdur. Buna görə də onlar haqqında açıq məlum olan şey[30] xaricində heç kimlə mübahisə etmə! Heç birindən də onlar barədə bir şey soruşma!
وَلَا تَقُولَنَّ لِشَيْءٍ إِنِّي فَاعِلٌ ذَلِكَ غَدًا
- Heç bir şey barəsində “Mən bunu sabah mütləq edəcəyəm!” – demə![31]
إِلَّا أَن يَشَاء اللَّهُ وَاذْكُر رَّبَّكَ إِذَا نَسِيتَ وَقُلْ عَسَى أَن يَهْدِيَنِ رَبِّي لِأَقْرَبَ مِنْ هَذَا رَشَدًا
- Ancaq “Allah icazə verərsə, edəcəyəm”,[32] – de! Unutduğun zaman Rəbbini xatırla və de ki: “Rəbbim! Ola bilsin ki, məni ondan da yaxın bir vaxtda doğru olana qovuşdurar![33]
وَلَبِثُوا فِي كَهْفِهِمْ ثَلَاثَ مِائَةٍ سِنِينَ وَازْدَادُوا تِسْعًا
- “Onlar mağaralarında üç yüz il qaldılar.” (deyənlər də vardı) buna doqquz (il) daha əlavə edənlər də,[34]
قُلِ اللَّهُ أَعْلَمُ بِمَا لَبِثُوا لَهُ غَيْبُ السَّمَاوَاتِ وَالْأَرْضِ أَبْصِرْ بِهِ وَأَسْمِعْ مَا لَهُم مِّن دُونِهِ مِن وَلِيٍّ وَلَا يُشْرِكُ فِي حُكْمِهِ أَحَدًا
- Sən de ki: “Nə qədər qaldıqlarını da Allah daha yaxşı bilir. Göylərin və yerin qeybi/gizli-saxlısı Ona aiddir.[35] O nə gözəl görür və nə gözəl eşidir! Heç kimin Allah ilə öz aralarına qoya biləcəyi bir vəlisi/yaxını da yoxdur! O heç kəsi Öz hökmünə şərik etməz![36]
وَاتْلُ مَا أُوحِيَ إِلَيْكَ مِن كِتَابِ رَبِّكَ لَا مُبَدِّلَ لِكَلِمَاتِهِ وَلَن تَجِدَ مِن دُونِهِ مُلْتَحَدًا
- Rəbbinin sənə vəhy etdiyi kitabını bağlantıları ilə birlikdə oxu![37] Onun sözlərinə bərabər söz gətirə biləcək heç kimsə yoxdur.[38] Ondan başqa heç bir sığınacaq da əsla tapa bilməzsən.
وَاصْبِرْ نَفْسَكَ مَعَ الَّذِينَ يَدْعُونَ رَبَّهُم بِالْغَدَاةِ وَالْعَشِيِّ يُرِيدُونَ وَجْهَهُ وَلَا تَعْدُ عَيْنَاكَ عَنْهُمْ تُرِيدُ زِينَةَ الْحَيَاةِ الدُّنْيَا وَلَا تُطِعْ مَنْ أَغْفَلْنَا قَلْبَهُ عَن ذِكْرِنَا وَاتَّبَعَ هَوَاهُ وَكَانَ أَمْرُهُ فُرُطًا
- Onun razılığını qazanmağa yönələrək günorta və axşam çağı ona dua edənlərlə bərabər sən də səbr et/dirayətli davran! Dünya həyatının zinətinə qapılıb, gözlərini onlardan çevirmə![39] Qəlbini zikrimizdən/Qurandan qafil etdiyimiz, boş həvəslərinə uymuş və işi-gücü ifrat olan kəslərə də boyun əymə![40]
وَقُلِ الْحَقُّ مِن رَّبِّكُمْ فَمَن شَاء فَلْيُؤْمِن وَمَن شَاء فَلْيَكْفُرْ إِنَّا أَعْتَدْنَا لِلظَّالِمِينَ نَارًا أَحَاطَ بِهِمْ سُرَادِقُهَا وَإِن يَسْتَغِيثُوا يُغَاثُوا بِمَاء كَالْمُهْلِ يَشْوِي الْوُجُوهَ بِئْسَ الشَّرَابُ وَسَاءتْ مُرْتَفَقًا
- De ki: Bu Haqq/Quran Rəbbinizdəndir. Artıq (inanmağı) seçən inansın, (inanmamağı) seçən də kafirlik etsin/görməzlikdən gəlsin.[41] Biz zalımlar üçün elə bir atəş hazırlamışıq ki, onun alovları hər tərəfdən onları əhatə edir. (Susuzluqdan) fəryad edib yardım istədikləri zaman ərimiş mədənə bənzər və üzləri qovuran bir su ilə yardım olunar. O necə də pis bir içkidir və orası necə də pis bir mənzildir![42]
إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ إِنَّا لَا نُضِيعُ أَجْرَ مَنْ أَحْسَنَ عَمَلًا
- İnanıb güvənən və xeyirxah işlər görənlərə gəlincə, Biz yaxşı əməl sahiblərinin mükafatını hədər etmərik.[43]
أُوْلَئِكَ لَهُمْ جَنَّاتُ عَدْنٍ تَجْرِي مِن تَحْتِهِمُ الْأَنْهَارُ يُحَلَّوْنَ فِيهَا مِنْ أَسَاوِرَ مِن ذَهَبٍ وَيَلْبَسُونَ ثِيَابًا خُضْرًا مِّن سُندُسٍ وَإِسْتَبْرَقٍ مُّتَّكِئِينَ فِيهَا عَلَى الْأَرَائِكِ نِعْمَ الثَّوَابُ وَحَسُنَتْ مُرْتَفَقًا
- Onlar üçün altından çaylar axan Adn cənnətləri vardır. Orada taxtlar üzərində oturaraq[44] qızıldan bilərziklərlə bəzənəcək, incə və qalın ipəkdən yaşıl libaslar geyinəcəklər. Bu nə gözəl bir mükafat və nə gözəl bir mənzildir![45]
وَاضْرِبْ لَهُم مَّثَلًا رَّجُلَيْنِ جَعَلْنَا لِأَحَدِهِمَا جَنَّتَيْنِ مِنْ أَعْنَابٍ وَحَفَفْنَاهُمَا بِنَخْلٍ وَجَعَلْنَا بَيْنَهُمَا زَرْعًا
- Onlara iki adamı misal gətir:[46] Birinə iki üzüm bağı vermiş, bağların ətrafını xurma ağaçları ilə çevirmiş, iki bağın arasında da əkin salmışdıq.
كِلْتَا الْجَنَّتَيْنِ آتَتْ أُكُلَهَا وَلَمْ تَظْلِمْ مِنْهُ شَيْئًا وَفَجَّرْنَا خِلَالَهُمَا نَهَرًا
- Hər iki bağ öz məhsulunu əksiksiz olaraq vermişdi. İkisinin arasından da bir çay axıtmışdıq.
وَكَانَ لَهُ ثَمَرٌ فَقَالَ لِصَاحِبِهِ وَهُوَ يُحَاوِرُهُ أَنَا أَكْثَرُ مِنكَ مَالًا وَأَعَزُّ نَفَرًا
- O, böyük bir sərvətə sahib olmuş və yoldaşı ilə söhbət edəndə ona demişdi ki: “Mənim sərvətim səninkindən daha çoxdu və adam sayı gücündən də səndən daha üstünəm.”[47]
وَدَخَلَ جَنَّتَهُ وَهُوَ ظَالِمٌ لِّنَفْسِهِ قَالَ مَا أَظُنُّ أَن تَبِيدَ هَذِهِ أَبَدًا
- O, özünə zülm edərək bağına girmiş və belə demişdi: “Mən buranın yox olacağını əsla düşünmürəm!
وَمَا أَظُنُّ السَّاعَةَ قَائِمَةً وَلَئِن رُّدِدتُّ إِلَى رَبِّي لَأَجِدَنَّ خَيْرًا مِّنْهَا مُنقَلَبًا
- O saat/məzardan qalxma saatı deyə bir şeyin olacağını da düşünmürəm! Əgər Rəbbimin huzuruna qaytarılsam, orada sözsüz ki, bundan daha yaxşısını taparam!”[48]
قَالَ لَهُ صَاحِبُهُ وَهُوَ يُحَاوِرُهُ أَكَفَرْتَ بِالَّذِي خَلَقَكَ مِن تُرَابٍ ثُمَّ مِن نُّطْفَةٍ ثُمَّ سَوَّاكَ رَجُلًا
- Qarşılıqlı söhbət edən yoldaşı ona belə demişdi: “Səni torpaqdan, sonra mayalanmış yumurtadan yaradan və sonra bir adam halına gətirəni (Allahı) görməzlikdən gəlirsən?[49]
لَّكِنَّا هُوَ اللَّهُ رَبِّي وَلَا أُشْرِكُ بِرَبِّي أَحَدًا
- Lakin Allah mənim Rəbbimdir və mən Rəbbimə heç bir şeyi şərik qoşmaram![50]
وَلَوْلَا إِذْ دَخَلْتَ جَنَّتَكَ قُلْتَ مَا شَاء اللَّهُ لَا قُوَّةَ إِلَّا بِاللَّهِ إِن ترَنِ أَنَا أَقَلَّ مِنكَ مَالًا وَوَلَدًا
- Bağına girdiyin zaman: “Maşallah![51] Güc-qüvvət yalnız Allahındır!” – desəydin! Əgər məni mal və övlad yönündən özündən aşağı görürsənsə,
فَعَسَى رَبِّي أَن يُؤْتِيَنِ خَيْرًا مِّن جَنَّتِكَ وَيُرْسِلَ عَلَيْهَا حُسْبَانًا مِّنَ السَّمَاء فَتُصْبِحَ صَعِيدًا زَلَقًا
- Ola bilsin ki, Rəbbim mənə sənin bağından daha xeyirlisini verər. Səninkinə isə göydən bir fəlakət göndərər, orası qupquru, hamar bir yerə dönər.[52]
أَوْ يُصْبِحَ مَاؤُهَا غَوْرًا فَلَن تَسْتَطِيعَ لَهُ طَلَبًا
- Ya da suyu çəkilər, artıq o suyu axtarsan da əsla tapa bilməzsən.”[53]
وَأُحِيطَ بِثَمَرِهِ فَأَصْبَحَ يُقَلِّبُ كَفَّيْهِ عَلَى مَا أَنفَقَ فِيهَا وَهِيَ خَاوِيَةٌ عَلَى عُرُوشِهَا وَيَقُولُ يَا لَيْتَنِي لَمْ أُشْرِكْ بِرَبِّي أَحَدًا
- (Nəhayət) Onun məhsulunu fəlakət sardı/tələf oldu. O çəkdiyi xərclərə/qoyduğu xərclərə üzülərək əllərini ovuşdurmağa başladı. Bağın talvarları üstünə çökmüşdü. “Ah! Kaşki Rəbbimə heç bir şeyi şərik qoşmasaydım!”[54] – deyirdi.
وَلَمْ تَكُن لَّهُ فِئَةٌ يَنصُرُونَهُ مِن دُونِ اللَّهِ وَمَا كَانَ مُنتَصِرًا
- Onun, Allahdan başqa yardım edəcək kimsəsi olmadı. Öz-özünə də bir şey edə bilmədi.[55]
هُنَالِكَ الْوَلَايَةُ لِلَّهِ الْحَقِّ هُوَ خَيْرٌ ثَوَابًا وَخَيْرٌ عُقْبًا
- Burada himayədarlıq, tamamilə haqq olan Allaha məxsusdur.[56] O, ən xeyirli qarşılığı verən və işlərin sonunu xeyirli edəndir.
وَاضْرِبْ لَهُم مَّثَلَ الْحَيَاةِ الدُّنْيَا كَمَاء أَنزَلْنَاهُ مِنَ السَّمَاء فَاخْتَلَطَ بِهِ نَبَاتُ الْأَرْضِ فَأَصْبَحَ هَشِيمًا تَذْرُوهُ الرِّيَاحُ وَكَانَ اللَّهُ عَلَى كُلِّ شَيْءٍ مُّقْتَدِرًا
- Onlara dünya həyatını belə misal çək: “O, göydən endirdiyimiz su kimidir. Beləcə, yerdəki bitkilər onun sayəsində bir-birinə qarışar. Sonra da rüzgarın sovurduğu çör-çöpə çevrilir.[57] Allah, hər şeyə bir ölçü qoymağa qadirdir.
الْمَالُ وَالْبَنُونَ زِينَةُ الْحَيَاةِ الدُّنْيَا وَالْبَاقِيَاتُ الصَّالِحَاتُ خَيْرٌ عِندَ رَبِّكَ ثَوَابًا وَخَيْرٌ أَمَلًا
- Mal və övlad dünya həyatının bir zinətidir. Daim qalan xeyirxahlıq isə Rəbbinin qatında daha xeyirlidir, həm qarşılığı yönündən həm də ümid bağlamağa daha layiqdir.[58]
وَيَوْمَ نُسَيِّرُ الْجِبَالَ وَتَرَى الْأَرْضَ بَارِزَةً وَحَشَرْنَاهُمْ فَلَمْ نُغَادِرْ مِنْهُمْ أَحَدًا
- Bir gün dağları yürüdəcəyik, yeri dümdüz hamar bir halda görəcəksən.[59] Onları (insanları və cinləri) bir araya toplayacağıq.[60] Onlardan heç birini (kənarda) buraxmayacağıq.[61]
وَعُرِضُوا عَلَى رَبِّكَ صَفًّا لَّقَدْ جِئْتُمُونَا كَمَا خَلَقْنَاكُمْ أَوَّلَ مَرَّةٍ بَلْ زَعَمْتُمْ أَلَّن نَّجْعَلَ لَكُم مَّوْعِدًا
- Onlar səf-səf Rəbbinin huzuruna çıxarılacaqlar. (Onlara belə deyiləcək) “Siz Bizim huzurumuza, sizi ilk dəfə yaratdığımız kimi (tək başınıza) gəldiniz.[62] Amma siz, sizin üçün belə bir vədələşmə yeri yaratmayacağımızı iddia etmişdiniz.”[63]
وَوُضِعَ الْكِتَابُ فَتَرَى الْمُجْرِمِينَ مُشْفِقِينَ مِمَّا فِيهِ وَيَقُولُونَ يَا وَيْلَتَنَا مَالِ هَذَا الْكِتَابِ لَا يُغَادِرُ صَغِيرَةً وَلَا كَبِيرَةً إِلَّا أَحْصَاهَا وَوَجَدُوا مَا عَمِلُوا حَاضِرًا وَلَا يَظْلِمُ رَبُّكَ أَحَدًا
- Kitabları/əməllərində yazılanlar (qarşılarına) qoyulur. Günahkarların, orada yazılanlardan ötrü tit-tir titrədiklərini görərsən. “Vay halımıza!”- deyərlər. “Bu necə bir kitab! Böyük kiçik heç bir şeyi gözdən qaçırmamış, hamısını tək-tək sayıb tökmüş! Etdikləri hər şeyi orada (qeydli olaraq) tapırlar.[64] Sənin Rəbbin heç kimə zülm etməz![65]
وَإِذْ قُلْنَا لِلْمَلَائِكَةِ اسْجُدُوا لِآدَمَ فَسَجَدُوا إِلَّا إِبْلِيسَ كَانَ مِنَ الْجِنِّ فَفَسَقَ عَنْ أَمْرِ رَبِّهِ أَفَتَتَّخِذُونَهُ وَذُرِّيَّتَهُ أَوْلِيَاء مِن دُونِي وَهُمْ لَكُمْ عَدُوٌّ بِئْسَ لِلظَّالِمِينَ بَدَلًا
- Bir gün mələklərə: “Adəmə səcdə edin/qarşısında ehtiramla əyilin!”[66] – dedik. İblis xaric, anında səcdə etdilər. İblis də (mələk olaraq vəzifələndirilən) o cinlərdəndi[67] amma Rəbbinin əmrindən çıxdı. İndi siz, onu və zürriyyətini,[68] Mənimlə öz aranıza qoyub vəlilər/himayədarlar olaraq tutdunuz? Halbuki, onlar sizə düşməndir.[69] Zalımlar üçün bu necədə pis bir mübadilədir!
مَا أَشْهَدتُّهُمْ خَلْقَ السَّمَاوَاتِ وَالْأَرْضِ وَلَا خَلْقَ أَنفُسِهِمْ وَمَا كُنتُ مُتَّخِذَ الْمُضِلِّينَ عَضُدًا
- Mən onları göylərin və yerin yaradılışına da öz yaradılışlarına da şahid tutmadım. Zəlalətə aparanları/yoldan çıxaranları da Özümə köməkçi tutan deyiləm.[70]
وَيَوْمَ يَقُولُ نَادُوا شُرَكَائِيَ الَّذِينَ زَعَمْتُمْ فَدَعَوْهُمْ فَلَمْ يَسْتَجِيبُوا لَهُمْ وَجَعَلْنَا بَيْنَهُم مَّوْبِقًا
- Bir gün (Allah müşriklərə), “Şəriklərim olduqlarını iddia etdiklərinizə səslənin!” – deyəcək. Bunun üzərinə onlar şərik saydıqlarını çağıracaqlar. Lakin onların çağrılarına cavab verməyəcəklər.[71] Aralarına uçurumlar salacağıq.[72]
وَرَأَى الْمُجْرِمُونَ النَّارَ فَظَنُّوا أَنَّهُم مُّوَاقِعُوهَا وَلَمْ يَجِدُوا عَنْهَا مَصْرِفًا
- O günahkarlar atəşi görüncə içinə düşəcəklərini anlayacaqlar.[73] Oradan qaçmağa bir yer də tapa bilməyəcəklər.[74]
وَلَقَدْ صَرَّفْنَا فِي هَذَا الْقُرْآنِ لِلنَّاسِ مِن كُلِّ مَثَلٍ وَكَانَ الْإِنسَانُ أَكْثَرَ شَيْءٍ جَدَلًا
- Biz bu Quranda insanlar üçün müxtəlif şəkillərdə hər cür məsəllər çəkdik. İnsan isə ən çox cədəlləşən/mübahisə edəndir.[75]
وَمَا مَنَعَ النَّاسَ أَن يُؤْمِنُوا إِذْ جَاءهُمُ الْهُدَى وَيَسْتَغْفِرُوا رَبَّهُمْ إِلَّا أَن تَأْتِيَهُمْ سُنَّةُ الْأَوَّلِينَ أَوْ يَأْتِيَهُمُ الْعَذَابُ قُبُلًا
- İnsanlara doğru yolu göstərən bir rəhbər gəldiyi zaman ona inanıb güvənməyə və Rəbbindən bağışlanmalarını diləməyə mane olan şey[76] yalnız əvvəlkilərə tətbiq edilən sünnənin[77]/qanunun özlərinə də tətbiq edilməsini və ya əzabın gəlib çatmasını gözləmələridir.[78]
وَمَا نُرْسِلُ الْمُرْسَلِينَ إِلَّا مُبَشِّرِينَ وَمُنذِرِينَ وَيُجَادِلُ الَّذِينَ كَفَرُوا بِالْبَاطِلِ لِيُدْحِضُوا بِهِ الْحَقَّ وَاتَّخَذُوا آيَاتِي وَمَا أُنذِرُوا هُزُوًا
- Biz elçiləri yalnız müjdə verən və xəbərdar edən olaraq göndərdik.[79] Kafirlik edənlər, haqqı batıl ilə ortadan qaldırmaq üçün mübarizə aparırlar.[80] Onlar ayələrimə və özlərinə edilən xəbərdarlıqlara istehza edirlər.
وَمَنْ أَظْلَمُ مِمَّن ذُكِّرَ بِآيَاتِ رَبِّهِ فَأَعْرَضَ عَنْهَا وَنَسِيَ مَا قَدَّمَتْ يَدَاهُ إِنَّا جَعَلْنَا عَلَى قُلُوبِهِمْ أَكِنَّةً أَن يَفْقَهُوهُ وَفِي آذَانِهِمْ وَقْرًا وَإِن تَدْعُهُمْ إِلَى الْهُدَى فَلَن يَهْتَدُوا إِذًا أَبَدًا
- Rəbbinin ayələri özünə anlatıldığı halda ondan üz döndərən və öz əlləri ilə etdiklərini unudan kimsədən daha zalım kim ola bilər?[81] Onu (Quranı) anlamasınlar deyə (sanki)[82] Biz qəlblərinin üzərinə bir pərdə çəkdik, qulaqlarına isə ağırlıq (karlıq) qoyduq. Onları doğru yola çağırsan da əsla yola gəlməyəcəklər.[83]
وَرَبُّكَ الْغَفُورُ ذُو الرَّحْمَةِ لَوْ يُؤَاخِذُهُم بِمَا كَسَبُوا لَعَجَّلَ لَهُمُ الْعَذَابَ بَل لَّهُم مَّوْعِدٌ لَّن يَجِدُوا مِن دُونِهِ مَوْئِلًا
- Sənin Rəbbin çox bağışlayandır, mərhəmət sahibidir.[84] Əgər onları qazandıqlarına (günahlara) görə birbaşa cəzalandırsaydı, əzablarını tezləşdirib anında verərdi.[85] Ancaq onlar üçün təyin olunmuş bir vaxt vardır ki, (o vaxt gələndə) onlar oradan qaçıb sığınacaq bir yer tapa bilməyəcəklər.[86]
وَتِلْكَ الْقُرَى أَهْلَكْنَاهُمْ لَمَّا ظَلَمُوا وَجَعَلْنَا لِمَهْلِكِهِم مَّوْعِدًا
- Budur (əzablarını tezləşdirdiyimiz) məmləkətlər… Onları zülmə daldıqları zaman həlak etmişdik.[87] Həlak edilmələri üçün də bir vaxt təyin etmişdik.
وَإِذْ قَالَ مُوسَى لِفَتَاهُ لَا أَبْرَحُ حَتَّى أَبْلُغَ مَجْمَعَ الْبَحْرَيْنِ أَوْ أَمْضِيَ حُقُبًا
- Bir zaman Musa yanında olan gəncə belə demişdi: “İki dənizin birləşdiyi yerə çatana qədər yol gedəcəyəm, yaxud çox uzun bir məsafə qət edəcəyəm.”
فَلَمَّا بَلَغَا مَجْمَعَ بَيْنِهِمَا نَسِيَا حُوتَهُمَا فَاتَّخَذَ سَبِيلَهُ فِي الْبَحْرِ سَرَبًا
- İki dənizin qovuşduğu yerə çatdıqları zaman balığı unutdular. Balıq dənizə dalıb öz yolunu tutdu.
فَلَمَّا جَاوَزَا قَالَ لِفَتَاهُ آتِنَا غَدَاءنَا لَقَدْ لَقِينَا مِن سَفَرِنَا هَذَا نَصَبًا
- Oranı/iki dənizin birləşdiyi yeri keçib getdikləri zaman Musa yanındakı gəncə dedi ki: “Günorta yeməyimizi gətir! Bu səfərimizdən çox yorğun düşdük.”
قَالَ أَرَأَيْتَ إِذْ أَوَيْنَا إِلَى الصَّخْرَةِ فَإِنِّي نَسِيتُ الْحُوتَ وَمَا أَنسَانِيهُ إِلَّا الشَّيْطَانُ أَنْ أَذْكُرَهُ وَاتَّخَذَ سَبِيلَهُ فِي الْبَحْرِ عَجَبًا
- Gənc dedi: “Gördünmü, biz o qayada dinləndiyimiz zaman balığı unutdum. Doğrusu, onu xatırlamağımı mənə yalnız şeytan unutdurdu. Balıq əcaib bir şəkildə dənizə doğru bir yol tutmuşdu.”
قَالَ ذَلِكَ مَا كُنَّا نَبْغِ فَارْتَدَّا عَلَى آثَارِهِمَا قَصَصًا
- Musa: “Elə istədiyimiz də bu idi!” – dedi. Dərhal öz ayaq izlərini təqib edərək geri döndülər.
فَوَجَدَا عَبْدًا مِّنْ عِبَادِنَا آتَيْنَاهُ رَحْمَةً مِنْ عِندِنَا وَعَلَّمْنَاهُ مِن لَّدُنَّا عِلْمًا
- Beləliklə (orada) Qatımızdan mərhəmət bəxş etdiyimiz və tərəfimizdən elm öyrətdiyimiz bir bəndəmizi tapdılar.
قَالَ لَهُ مُوسَى هَلْ أَتَّبِعُكَ عَلَى أَن تُعَلِّمَنِ مِمَّا عُلِّمْتَ رُشْدًا
- Musa ona dedi ki: “Sənə öyrədilənlərdən, məni təkmilləşdirəcək /doğru şeylər öyrətmək şərtilə sənə tabe ola bilərəmmi?”
قَالَ إِنَّكَ لَن تَسْتَطِيعَ مَعِيَ صَبْرًا
- O dedi ki: “Sən mənim yanımda olmağa səbr edə bilməzsən.
وَكَيْفَ تَصْبِرُ عَلَى مَا لَمْ تُحِطْ بِهِ خُبْرًا
- Mahiyyətini bilmədiyin bir şeyə necə səbr edəcəksən ki?!”
قَالَ سَتَجِدُنِي إِن شَاء اللَّهُ صَابِرًا وَلَا أَعْصِي لَكَ أَمْرًا
- Musa ded ki: “İnşallah səbrli olduğumu görəcəksən, heç bir işdə sənə qarşı çıxmayacağam!”
قَالَ فَإِنِ اتَّبَعْتَنِي فَلَا تَسْأَلْنِي عَن شَيْءٍ حَتَّى أُحْدِثَ لَكَ مِنْهُ ذِكْرًا
- O da: “Əgər mənə tabe olacaqsansa, mən sənə bir mövzunun mahiyyətini bildirmədikcə, məni o şey haqqında sorğulamayacaqsan!” – dedi.
فَانطَلَقَا حَتَّى إِذَا رَكِبَا فِي السَّفِينَةِ خَرَقَهَا قَالَ أَخَرَقْتَهَا لِتُغْرِقَ أَهْلَهَا لَقَدْ جِئْتَ شَيْئًا إِمْرًا
- Beləcə ikisi birlikdə yola düşdülər.[88] Gəmiyə mindikləri zaman (o bəndə) gəmini deşdi. Musa dedi: “İçindəkiləri boğmaq üçünmü deşdin? Sən həqiqətən iyrənc bir iş gördün!”
قَالَ أَلَمْ أَقُلْ إِنَّكَ لَن تَسْتَطِيعَ مَعِيَ صَبْرًا
- O da belə dedi: “Mən demədimmi ki, sən mənim yanımda olmağa səbr edə bilməzsən!”
قَالَ لَا تُؤَاخِذْنِي بِمَا نَسِيتُ وَلَا تُرْهِقْنِي مِنْ أَمْرِي عُسْرًا
- Musa dedi: Unutduğum üçün məni danlama və işimdə məni çətinliyə salma!”
فَانطَلَقَا حَتَّى إِذَا لَقِيَا غُلَامًا فَقَتَلَهُ قَالَ أَقَتَلْتَ نَفْسًا زَكِيَّةً بِغَيْرِ نَفْسٍ لَّقَدْ جِئْتَ شَيْئًا نُّكْرًا
- Yenə yola düşdülər. Bir oğlan uşağı ilə rastlaşdıqları zaman (o bəndə) onu öldürdü. Musa dedi: “Sən, heç kimi öldürməmiş təmiz/məsum bir canamı qıydın?” Sən həqiqətən çox pis bir iş gördün!”
قَالَ أَلَمْ أَقُل لَّكَ إِنَّكَ لَن تَسْتَطِيعَ مَعِي صَبْرًا
- O yenə: “Mən demədimmi ki, sən mənim yanımda olmağa səbr edə bilməzsən!” – dedi.
قَالَ اِنْ سَاَلْتُكَ عَنْ شَيْءٍ بَعْدَهَا فَلَا تُصَاحِبْن۪يۚ قَدْ بَلَغْتَ مِنْ لَدُنّ۪ي عُذْرًا
- Musa dedi ki: “Əgər bir daha sənə bir şey soruşsam, mənimlə yoldaşlıq etmə! Artıq səndən üzrxahlıq istəmə haqqım bitdi!”
فَانطَلَقَا حَتَّى إِذَا أَتَيَا أَهْلَ قَرْيَةٍ اسْتَطْعَمَا أَهْلَهَا فَأَبَوْا أَن يُضَيِّفُوهُمَا فَوَجَدَا فِيهَا جِدَارًا يُرِيدُ أَنْ يَنقَضَّ فَأَقَامَهُ قَالَ لَوْ شِئْتَ لَاتَّخَذْتَ عَلَيْهِ أَجْرًا
- Təkrar yola düşdülər. Nəhayət, bir şəhərin xalqına gəlib onlardan yemək istədilər. Ancaq onlar, bu ikisini qonaq etməyə yanaşmadılar. Orada yıxılmaq üzrə olan bir divara rastladılar. (O bəndə) dərhal onu düzəltdi. Musa, “İstəsəydin bu iş müqabilində bir zəhmət haqqı alardın.” – dedi.
قَالَ هَذَا فِرَاقُ بَيْنِي وَبَيْنِكَ سَأُنَبِّئُكَ بِتَأْوِيلِ مَا لَمْ تَسْتَطِع عَّلَيْهِ صَبْرًا
- O da belə dedi: “Artıq bu söz, mənimlə səni ayırır. Səbr edə bilmədiyin şeylərin mahiyyətini/iç üzünü sənə xəbər verəcəyəm:
أَمَّا السَّفِينَةُ فَكَانَتْ لِمَسَاكِينَ يَعْمَلُونَ فِي الْبَحْرِ فَأَرَدتُّ أَنْ أَعِيبَهَا وَكَانَ وَرَاءهُم مَّلِكٌ يَأْخُذُ كُلَّ سَفِينَةٍ غَصْبًا
- O gəmi, dənizdə işləyən, görəcək heç bir işləri olmayanlara aiddi. Onu qüsurlu bir hala salmaq istədim. Çünki, onların önündə hər gəmiyə əl qoyan bir kral var idi.
وَأَمَّا الْغُلَامُ فَكَانَ أَبَوَاهُ مُؤْمِنَيْنِ فَخَشِينَا أَن يُرْهِقَهُمَا طُغْيَانًا وَكُفْرًا
- Oğlan uşağına gəlincə, ata-anası mömin kəslərdi. Onları həddi aşmağa və kafirliyə sürükləməsindən çəkindik.[89]
فَأَرَدْنَا أَن يُبْدِلَهُمَا رَبُّهُمَا خَيْرًا مِّنْهُ زَكَاةً وَأَقْرَبَ رُحْمًا
- Beləcə istədik ki, Rəbbi onlara onun əvəzinə ondan daha sağlam və daha mərhəmətli bir övlad versin.
وَأَمَّا الْجِدَارُ فَكَانَ لِغُلَامَيْنِ يَتِيمَيْنِ فِي الْمَدِينَةِ وَكَانَ تَحْتَهُ كَنزٌ لَّهُمَا وَكَانَ أَبُوهُمَا صَالِحًا فَأَرَادَ رَبُّكَ أَنْ يَبْلُغَا أَشُدَّهُمَا وَيَسْتَخْرِجَا كَنزَهُمَا رَحْمَةً مِّن رَّبِّكَ وَمَا فَعَلْتُهُ عَنْ أَمْرِي ذَلِكَ تَأْوِيلُ مَا لَمْ تَسْطِع عَّلَيْهِ صَبْرًا
- Divar isə şəhərdəki iki yetim oğlan uşağına aiddi. Altında onlara aid bir xəzinə vardı. Atası da xeyirxah adamdı. Rəbbin istədi ki, onlar həddi-büluğa çatsın[90] və xəzinələrini özləri çıxarsınlar. Bu Rəbbindən olan bir rəhmətdir! Mən onlardan heç birini öz istəyimlə yerinə yetirmədim.[91] Bax belə! Səbr edə bilmədiyin işlərin mahiyyəti/iç üzü bunlardan ibarətdir.[92]
وَيَسْأَلُونَكَ عَن ذِي الْقَرْنَيْنِ قُلْ سَأَتْلُو عَلَيْكُم مِّنْهُ ذِكْرًا
- Səndən Zülqərneyn[93] barəsində soruşurlar. De ki: Sizə onun barəsində bir söhbət açacağam:
إِنَّا مَكَّنَّا لَهُ فِي الْأَرْضِ وَآتَيْنَاهُ مِن كُلِّ شَيْءٍ سَبَبًا
- Biz, ona yer üzündə geniş maddi imkanlar verdik və ona hər şeyin yolunu (öhdəsindən gəlmə qabiliyyəti) öyrətdik.[94]
فَأَتْبَعَ سَبَبًا
- O, bir yola üz tutdu.
حَتَّى إِذَا بَلَغَ مَغْرِبَ الشَّمْسِ وَجَدَهَا تَغْرُبُ فِي عَيْنٍ حَمِئَةٍ وَوَجَدَ عِندَهَا قَوْمًا قُلْنَا يَا ذَا الْقَرْنَيْنِ إِمَّا أَن تُعَذِّبَ وَإِمَّا أَن تَتَّخِذَ فِيهِمْ حُسْنًا
- Nəhayət, günəşin batdığı/davamlı üfqün altında olduğu bir yerə[95] çatanda, onun qara palçıqlı bir su hövzəsində batdığını gördü. Onun yanında bir tayfaya rast gəldi. Dedik ki, “Ey Zülqərneyn! Sən onlara əzab da edə bilərsən, onlara gözəl də davrana bilərsən.”[96]
قَالَ أَمَّا مَن ظَلَمَ فَسَوْفَ نُعَذِّبُهُ ثُمَّ يُرَدُّ إِلَى رَبِّهِ فَيُعَذِّبُهُ عَذَابًا نُّكْرًا
- O dedi: “Zülm/haqsızlıq edənə əzab verəcəyik. Sonra Rəbbinin huzuruna çıxarılacaq, O da ona görünməmiş bir əzab verəcəkdir.
وَأَمَّا مَنْ آمَنَ وَعَمِلَ صَالِحًا فَلَهُ جَزَاء الْحُسْنَى وَسَنَقُولُ لَهُ مِنْ أَمْرِنَا يُسْرًا
- Ancaq kim inanıb güvənir və xeyirxah işlər görərsə, onun üçün mükafatın ən gözəli vardır. Biz ona əmrimizdən asan olanı buyuracağıq.”
ثُمَّ أَتْبَعَ سَبَبًا
- Sonra o, yola davam etdi.
حَتَّى إِذَا بَلَغَ بَيْنَ السَّدَّيْنِ وَجَدَ مِن دُونِهِمَا قَوْمًا لَّا يَكَادُونَ يَفْقَهُونَ قَوْلًا
- Günəşin doğduğu/davamlı üfqün üstündə olduğu yerə çatanda, onun bir tayfanın üzərində doğduğunu gördü. Günəşlə o tayfa arasına bir örtük qoymamışdıq.
كَذَلِكَ وَقَدْ أَحَطْنَا بِمَا لَدَيْهِ خُبْرًا
- Bax belə, Biz onunla bağlı hər şeydən xəbərdar idik.
ثُمَّ أَتْبَعَ سَبَبًا
- Sonra yenə o, yola davam etdi.
حَتَّى إِذَا بَلَغَ بَيْنَ السَّدَّيْنِ وَجَدَ مِن دُونِهِمَا قَوْمًا لَّا يَكَادُونَ يَفْقَهُونَ قَوْلًا
- İki səddin arasına çatanda sədlərin alt tərəfində, deyilən sözləri hardasa heç anlamayan bir tayfaya rast gəldi.
قَالُوا يَا ذَا الْقَرْنَيْنِ إِنَّ يَأْجُوجَ وَمَأْجُوجَ مُفْسِدُونَ فِي الْأَرْضِ فَهَلْ نَجْعَلُ لَكَ خَرْجًا عَلَى أَن تَجْعَلَ بَيْنَنَا وَبَيْنَهُمْ سَدًّا
- Dedilər ki, “Ey Zülqərneyn! Yəcuc və Məcuc (tayfaları)[97] bu torpaqlarda pozğunçuluq edir. Onlarla bizim aramızda bir sədd çəkməyin müqabilində sənə müəyyən bir məbləğ versək olarmı?
قَالَ مَا مَكَّنِّي فِيهِ رَبِّي خَيْرٌ فَأَعِينُونِي بِقُوَّةٍ أَجْعَلْ بَيْنَكُمْ وَبَيْنَهُمْ رَدْمًا
- Dedi ki: “Rəbbimin mənə verdiyi maddi imkanlar (sizin verəcəyinizdən) daha xeyirlidir. Siz iş gücünüzlə mənə köməklik edin ki, sizinlə onların arasına möhkəm bir sədd çəkim.
آتُونِي زُبَرَ الْحَدِيدِ حَتَّى إِذَا سَاوَى بَيْنَ الصَّدَفَيْنِ قَالَ انفُخُوا حَتَّى إِذَا جَعَلَهُ نَارًا قَالَ آتُونِي أُفْرِغْ عَلَيْهِ قِطْرًا
- Mənə dəmir parçaları gətirin!” Nəhayət iki səddin ətəkləri eyni səviyyəyə gəlincə, “Körükləyin!” – dedi. Dəmiri əridib oda çevirəndə: “Mənə, üstünə tökməyə ərimiş mis gətirin!” – dedi.
فَمَا اسْطَاعُوا أَن يَظْهَرُوهُ وَمَا اسْتَطَاعُوا لَهُ نَقْبًا
- Artıq (Yəcuc və Məcucun) nə onu aşmağa nə də dəlib keçməyə gücləri yetmədi.
قَالَ هَذَا رَحْمَةٌ مِّن رَّبِّي فَإِذَا جَاء وَعْدُ رَبِّي جَعَلَهُ دَكَّاء وَكَانَ وَعْدُ رَبِّي حَقًّا
- Zülqərneyn: “Bu Rəbbimin bir rəhmətidir. Rəbbimin vəd etdiyi gün gələndə, onu yerlə bir edəcəkdir. Rəbbimin vədi haqdır!” – dedi.
وَتَرَكْنَا بَعْضَهُمْ يَوْمَئِذٍ يَمُوجُ فِي بَعْضٍ وَنُفِخَ فِي الصُّورِ فَجَمَعْنَاهُمْ جَمْعًا
- O gün onları buraxarıq, dalğa-dalğa bir-birlərinə qarışarlar. Sur çalınan kimi hamısını bir araya cəm edərik.[98]
وَعَرَضْنَا جَهَنَّمَ يَوْمَئِذٍ لِّلْكَافِرِينَ عَرْضًا
- O gün, cəhənnəmi də kafirlərə ərz edərik![99]
الَّذِينَ كَانَتْ أَعْيُنُهُمْ فِي غِطَاء عَن ذِكْرِي وَكَانُوا لَا يَسْتَطِيعُونَ سَمْعًا
- Onlar, gözləri zikrimə/kitabıma[100] qapalı olan və onu dinləməyə belə təhəmmül göstərməyən kəslərdir.[101]
أَفَحَسِبَ الَّذِينَ كَفَرُوا أَن يَتَّخِذُوا عِبَادِي مِن دُونِي أَوْلِيَاء إِنَّا أَعْتَدْنَا جَهَنَّمَ لِلْكَافِرِينَ نُزُلًا
- Kafirlik edənlər, Mənim bəndələrimi Məndən daha yaxın bir məqamda tuta biləcəklərinimi sanırlar?[102] Biz, cəhənnəmi kafirlərə bir mənzil olaraq hazırladıq.
قُلْ هَلْ نُنَبِّئُكُمْ بِالْأَخْسَرِينَ أَعْمَالًا
- De ki: Sizə əməlləri baxımından ən çox ziyana uğrayanları sizə xəbər verimmi?[103]
الَّذِينَ ضَلَّ سَعْيُهُمْ فِي الْحَيَاةِ الدُّنْيَا وَهُمْ يَحْسَبُونَ أَنَّهُمْ يُحْسِنُونَ صُنْعًا
- O kəslər ki, dünya həyatındakı səyləri/zəhmətləri boşa çıxmışdır.[104] Halbuki, onlar özlərinin gözəl işlər gördüklərini hesab edirdilər.[105]
أُولَئِكَ الَّذِينَ كَفَرُوا بِآيَاتِ رَبِّهِمْ وَلِقَائِهِ فَحَبِطَتْ أَعْمَالُهُمْ فَلَا نُقِيمُ لَهُمْ يَوْمَ الْقِيَامَةِ وَزْنًا
- Onlar o kəslərdir ki, Rəbbinin ayələrini və Onun huzuruna çıxmağı inkar edən/görməzlikdə dirənirlər.[106] Buna görə etdikləri əməllər boşa çıxmışdır.[107] Qiyamət/məzardan qalxma günündə onlar üçün tərəzi də qurmayacağıq![108]
ذَلِكَ جَزَاؤُهُمْ جَهَنَّمُ بِمَا كَفَرُوا وَاتَّخَذُوا آيَاتِي وَرُسُلِي هُزُوًا
- Bax belə! Kafirlik etmələrinin, ayələrimi və elçilərimi lağa qoymağın qarşılığı cəhənnəmdir![109]
إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ كَانَتْ لَهُمْ جَنَّاتُ الْفِرْدَوْسِ نُزُلًا
- İnanıb güvənən və əməli salih/xeyirxah işlər görənlərə gəlincə, onların mənzili Firdovs cənnəti/bağları olacaqdır.[110]
خَالِدِينَ فِيهَا لَا يَبْغُونَ عَنْهَا حِوَلً
- Onlar orada həmişəlik qalacaqlar və oradan ayrılmaq istəməyəcəklər.[111]
قُل لَّوْ كَانَ الْبَحْرُ مِدَادًا لِّكَلِمَاتِ رَبِّي لَنَفِدَ الْبَحْرُ قَبْلَ أَن تَنفَدَ كَلِمَاتُ رَبِّي وَلَوْ جِئْنَا بِمِثْلِهِ مَدَدًا
- De ki: “Rəbbimin kəlmələrini yazmaq üçün dənizlər mürəkkəb olsa və bir o qədərini də onlara əlavə etsək, Rəbbimin kəlmələri tükənmədən dənizlər tükənir.”[112]
قُلْ إِنَّمَا أَنَا بَشَرٌ مِّثْلُكُمْ يُوحَى إِلَيَّ أَنَّمَا إِلَهُكُمْ إِلَهٌ وَاحِدٌ فَمَن كَانَ يَرْجُو لِقَاء رَبِّهِ فَلْيَعْمَلْ عَمَلًا صَالِحًا وَلَا يُشْرِكْ بِعِبَادَةِ رَبِّهِ أَحَدًا
- De ki: “Mən də eyni sizin kimi bir bəşərəm! Mənə vəhy olunur ki, sizin ilahınız tək bir ilahdır.[113] Kim Rəbbinin hüzuruna çıxmağa ümid bəsləyirsə,[114] əməli salih/xeyirxah işlər görsün və Rəbbinə qulluqda heç bir şeyi şərik qoşmasın!”[115]
[1] Həmd, birini etdiyi işdən ötrü tərifləməkdir. “Hər cür tərif Aləmlərin Rəbbi Allaha məxsusdur!” demək, Onu ən gözəl tərif etməyin yoludur. Həmd, şükür kəlməsindən daha geniş məna ifadə edir. Quranda Allahı həm digər bütün canlılar həm də insanlar “həmd=tərif” edərlər. Ancaq “şükür” kəlməsi təkcə insanlarla əlaqəlidir. Şükür, daha çox bir şeyin qarşılığını ifadə etmək üçün işlədilir. Buna görə Rəbbimiz “Mənə şükr edin, nankorluq etməyin!” buyurmaqdadır (Bəqərə 2/152).
[2] Əyrilik mənası verdiyimiz “ivəc” kəlməsi, çox diqqət edilmədikcə başa düşülməyəcək əyrilikdir (Müfrədat).Doğruya yaxın görünəcək şəkildə edilən əyriliklər, belə əyriliklərdir. Quranda hər hansı bir əyrilik yoxdur (Zümər 39/28). Ancaq insanlar, Qurana uymaq yerinə Quranı özlərinə uydurmaq üçün, mənanı əyə bilir yəni, ivəc yoluna baş vura bilirlər.
[3] Furqan, 25/1.
[4] Çətin, ayədəki “şədidin” qarşılığıdır. Şədid, güçlü bağla bağlı mənasındadır. Allah verəcəyi cəzanı, bəndənin günahına bağlamışdır (Ənam 6/160).
[5] İsra 17/9-10, Fussilət 41/2–4, Əhqaf 46/12.
[6] Nisa 4/57, 122; Maidə 5/119, Tövbə 9/20-22,100; Təğabün 64/9, Talaq 65/11, Bəyyinə 98/8.
[7] Yəhudilər Üzeyri, Xristianlar İsanı, Məkkə müşrikləri də mələkləri Allahın övladı sayarlar (Bəqərə 2/116, Ənam 6/100–102, Tövbə 9/30, Yunus 10/68, Nəhl 16/57, Ənbiya 21/26).
[9] Ənam 6/35, Nəhl 16/37, Şuəra 26/3, Nəml 27/70, Fatır 35/8.
[10] Bəqərə 2/155, Hud 11/7, Mülk 67/2.
[11] İbrahim 14/48, Tə-ha 20/105-107, Rəhman 55/26-27.
[12] Raqim, Türkcəmizdə istifadə etdiyimiz rəqəm kökündəndir. Quranda bu kökdən iki dəfə keçən “mərqum” kəlməsi də “heç bir əksiyi olmayan sayısal bir dəqiqlik olan” mənasında, yaxşıların və pislərin qeydlərinin tutulduğu dəftərləri vurğulayır (Mutaffifin 83/9, 20).
[13] Allahın ayələri ikiyə ayrılır: İlk olan yaradılmış ayələrdir. Bunlar, kainatdakı bütün varlıqlardır (Casiyə 45/3-6). İkincisi endirilmiş ayələrdir ki onlar ilahi kitablardadır. (Füssilət 41/39; Şura 42/13-14). Yaradılmış ayələr, endirilmiş ayələrin doğruluğunun bir işarəsidir. Çünki, həm kainatı yaradan həm də onunla əlaqəli ən doğru məlumatları verən Allahdır. Endirilmiş və yaradılmış ayələr arasında təzad olmaz, əksinə qopmaz bir bağ vardır (Füssilət 41/53).
[14] Bu gənclər, Xristian ədəbiyyatında “Əfəsin Yeddi Yatanları” olaraq bilinir. Bütbərəslik edən xalqından uzaqlaşaraq bir mağaraya sığındıqları və o zaman yenidən dirilişi inkar edən bir Xristian məzhəbinin ortaya çıxdığı əsnada oyandıqları bilinir. Oyanma səbəbləri və onların sayısı barədə fərqli görüşlər olsa da yenidən dirilişləri barədə hamısının arasında ittifaq vardır.
[15] Müvəffəqiyyət üçün təkcə dua etmək kifayət deyildir, lazım olan əzmi, davranışı da göstərmək lazımdır (Bəqərə 2/201-202, İsra 17/19-20, Kəhf 18/16, Nəcm 53/39/40).
[16] Kəhf 18/25.
[17] Məryəm 19/76, Ankebut 29/69, Muhammed 47/17.
[18] Əhqaf, 46/5.
[19] İnsanların çoxu əllərində heç bir dəlil olmadığı halda Allahdan başqasına qulluq edərlər (Ənam 6/81, Əraf 7/71, Yusuf 12/40, Həcc 22/33, 71)
[20] Ənam 6/21, Əraf 7/37, Yunus 10/17, Hud 11/18, Ənkəbud 29/68.
[21] Kəhf 18/10.
[22] Kehf 18/9.
[23] Əraf 7/178, İsra 17/97, Zümər 39/36–37.
[24] Kehf 18/22.
[25] Kəhf 18/12.
[26] Oxşar bir hadisə üçün bax: Bəqərə 2/259.
[27] Əraf 7/88–89, İbrahim 14/13, Məryəm 19/46.
[28] Yüz illər əvvəl istifadə edilən bir gümüş pul ilə şəhərə gedən gənc, alış-veriş etdiyi adamlarda şübhə oyandırmış və onun kim olduğunu sorğulamışlar. Gənc, özü və dostları barədə məlumat vermək məcburiyyətində qalmış, beləcə, Əshabı Kəhfin mağarada yüz illər boyu yatdıqları ortaya çıxmışdır.
[29] Mömin 40/59.
[30] Kəhf 18/13.
[31] Çünki, heç kim sabah başına nə gələcəyini bilməz (Loğman 31/34).
[32] “Şaə” ( شاء ) feili “bir şey etmək” mənasındakı şey ( شيء) məsdərindən törəmişdir. Allahın bir şey etməsi o şeyi var etməsi, insanın bir şey etməsi də o şey üçün lazım olan səyi göstərməsidir (“Mufrədat”). Allah, hər şeyi bir ölçüyə görə var edər (Qəmər 54/49, Rad 13/48). Allah hər kəsin doğru yolda olmasını istəyər (Nisa 4/26) amma təkcə doğru işlər görəni doğru yolda sayar (Nur 24/46). Buna görə “şaə” feilinin icraçısı bəndə olarsa “seçib etdi”, Allah olarsa, “seçib yaratdı” mənasına gəlir. Allah, insanlara seçimlərinə görə davranma hürriyyəti verməsəydi, heç kimsə yanlış bir iş görə bilməz və imtahan deyə də bir şey olmazdı (Nəhl 16/93, Yunus 10/99). Yanlış bir qədər anlayışını İslama yerləşdirmək istəyənlər, böyük bir təhrifə yol verərək şaə ( شاء ) feilinə hər yerdə iradə yəni “istəmək və diləmək” mənasını vermiş və bunu təfsirlərə hətta sözlüklərə belə yerləşdirərək, bir çox ayənin məalını pozmuşlar.
[33] Oxşar bir ifadə İncildə də keçməkdədir: “Dinləyin! Bu gün ya da sabah filan kənddə gedəcəyik. Orada bir il qalıb ticarət edəcəyik, pul qazanacağıq” deyənlər, sabah nə olacağını bilmirsiz. Həyatımız nədir ki? Qısa bir müddət görünən və sonra itib gedəən bir röya kimisiniz. Bunun yerinə “Rəbb uyğun görərsə, bunu, bunu edəcəyik!” – deməlisiniz.” (Yəqub 4/13-15).
[34] Bir sonrakı ayədə keçən “Sən də de ki: Nə qədər qaldıqlarını da Allah daha yaxşı bilir” ifadəsi, məalı verilən bu ayədəki ifadələrin Kəhf 18/21-ci ayədəki iddia sahiblərinə aid olduğunu düşündürməkdədir. Bu səbəblə ayəyə, deyənlər də vardı, ifadəsi əlavə edilmişdir. Belə ki, səhabədən Abdullah ibn Məsudun mushafında bu ayənin başında bu rəvayəti verir: “Dedilər ki, Onlar mağaralarında üç yüz il qaldılar (الُوا ولَبِثُوا في كَهْفِهِمْ)” ifadəsi də bunu dəstəkləməkdədir. (Təbəri, Razi).
[35] Hud 11/123.
[36] Dində hökm qoyma səlahiyyəti tamamilə Allaha aiddir. Bu mövzuda Allah nəbilərinə belə səlahiyyət verməmişdir (Əraf 7/32, Hud 11/1-2, Rad 13/41, Yusuf 12/40, Nəhl 16/116).
[37] Tilavət kəlməsinin kökü olan t-l-v (تلو), “birdən çox şeyin, aralarına öz cinslərindən olmayan bir şey qarışmayacaq şəkildə arxa-arxaya sıralanması” mənasındadır (Müfrədat) Buna görə tilavət, bir-biri ilə bağlantılı ayələri birlikdə oxumaqdır (Nəml 27/92, Ənkəbud 29/45).
[38] Təbdil (تبديل) “bir şeyi, başqa bir şeyin yerinə qoymaqdır. Heç kim Allahın sözlərinin yerinə keçəcək bir söz söyləyə bilməz (Bəqərə 2/23, Yunus 10/38, Hud 11/13, İsra 17/88, Tur 52/34-35) və Onun yaratdıqlarının yerini tutacaq bir şey də yarada bilməz (Rum 30/30).
[39] Ənam 6/52, Hicr 15/88, Şuəra 26/215.
[40] Furqan 25/52, Əhzab 33/1, 48, Qələm 68/8–10, İnsan 76/24.
[41] Nisa 4/174-175, Yunus 10/108, İnsan 76/3, Bələd 90/10.
[42] Yunus 10/4, İbrahim 14/16, Saffat 37/67, Muhamməd 47/15, Vaqiə 56/54–55, Nəbə 78/24–25, Ğaşiyə 88/5.
[43] Əraf 7/170.
[44] Əraf 7/32.
[45] Tövbə 9/72, Yunus 10/9-10, Nəhl 16/30-31, Tə-ha 20/75-76, Həcc 22/23, Fatır 35/33, Şura 42/22, Duxan 44/51-53, Rəhman 55/54, İnsan 76/12-21.
[46] Oxşar bir hekayə üçün bax: Qələm 68/17-33.
[47] Çoxluqla öyünmə duyğusu, mömin və kafir olan bütün insanlarda vardır ((Hədid 57/20, Təkasür 102/1).
[48] Fussilət 41/50, Səbə 34/35, Hüməzə 104/1-3.
[49] Möminun 23/12–14, Səcdə 32/7-9, Qiyamət 75/37–39, Mürsəlat 77/20–23, İnfitar 82/6-8.
[50] Öz arzularını ilk plana alıb, Allahın qoyduğu qaydalara haram-halala diqqət etməyən insan, Allahı ikinci plana ataraq öz nəfsini ilahlaşdırmış olur. Kəhf 18/35-36-da anlatılanlar buna bir nümunədir.
[51] Şaə feili üçün bax: Kəhf 18/32-ci ayənin dipnotu.
[52] Qələm 68/19-20.
[53] Mülk 67/30.
[54] Bax: Kəhf 38-ci ayənin dipnotu.
[55] Oxşar bir hekayə üçün bax:Qəsas 28/76-82.
[56] Rad 13/11, Şura 42/8-9.
[57] Yunus 10/24, Zümer 39/21, Hadid 57/20.
[58] Ali İmran 3/14-15, Nəhl 16/96, Məryəm 19/76, Səbə 34/37, Təğabün 64/15.
[59] Tə-ha 20/105-107, Tur 52/10, Vaqiə 56/5, Məaric 70/9, Müzzəmmil 73/14, Mürsəlat 77/10, Qaria 101/5.
[60] Ənam 6/130-131, Hicr 15/25, Mülk 67/24.
[61] Məryəm 19/94.
[62] Ənam 6/94, Məryəm 19/95, Fussilət 41/21.
[63] Ənam 6/29, Nəhl 16/38, Casiyə 45/24, Təğabün 64/7, Cin 72/7.
[64] Yunus 10/21, İsra 17/13-14 Möminun 23/62, Zümer 39/69, Zuxruf 43/80, Casiyə 45/29, Qəmər 54/52-53, Mücadələ 58/6, Haqqa 69/25-29, Qiyamət 75/13, Nəbə 78/29, 40, İnfitar 82/10–12, Zilzal 99/6-8.
[65] Nisa 4/40.
[66] Səcdənin kök mənası əyilməkdir (Müfrədat). Bu səbəblə Günəş, ay, planetlər, dünya və ulduzlar arasında meydana gələn meyillər/deklinasyon və ona bağlı olaraq kölgənin uzanıb qısalması, “səcdə” kəlmələri ilə ifadə edilmişdir (Nəhl 16/48, Rad 13/15). Bəzi ayələrdə təkcə itaət mənasında (Həcc 22/18, İnşiqaq 84/21), bəzilərində isə itaət ilə birlikdə fiziki əyilmə mənasında işlədilir (Bəqərə 2/34, 58, Nisa 4/154, Əraf 7/161, Yusuf 12/4 və 100). Belə ki, namazda vücudumuz ayaqlar, əllər və diz üstə yerə paralel alnı yerə qoymaq da Allaha itaət edərək əyilmə mənasında səcdədir (Nisa 4/102–103).
[67] İmtahana tabe tutulan varlıqlar insanlar və cinlərdir (Zariyat 51/56). İnsanlar, hiss orqanları ilə müşahidə edildiyi halda, cinlər müşahidə edilə bilmirlər. Mələk isə, cinlərin Allah tərəfindən vəzifələndirlmiş olanlarına verilən bir isimdir. Mələklərə, Adəmə səcdə etmələri əmr edilən ayələrdə “hamısı səcdə etdi ancaq İblis etmədi” ifadələri ilə, İblisin də vəzifəli mələklərdən olduğu göstərilir (Bəqərə 2/34, Əraf 7/11, Hicr 15/31, İsra 17/61, Tə-ha 20/116, Səbə 34/20, Sad 38/74). Cinlər, mələklərdən fərqli olsaydı, Allahın mələklərə səcdə əmri İblisi qapsamazdı. Səcdə əmrinə qarşı gəlib kibirləndiyi üçün Allah tərəfindən qovulub vəzifəsindən uzaqlaşdırıldığını və artıq bir cin olduğunu bu ayədən görə bilərik (Əraf 7/13).
[68] İsra 17/64.
[69] Fatır 35/6.
[70] Allahın heç bir şeyə ehtiyacı yoxdur (Həcc 22/74, Loğman 31/26).
[71] Nəhl 16/27, Qəsas 28/62, 74, Fussilət 41/47
[72] Bəqərə 2/165-167, Ənam 6/94, Yunus 10/28, Rum 30/12-13.
[73] Ənam 6/27-30.
[74] Kəhf 18/58, Fussilət 41/48, Qiyamət 75/10-11.
[75] Allah, bu surədə də Əshabı Kəhfi, baxça sahiblərini, Musa əleyhissəlam ilə salih bir bəndəni və bir də Zülqərneyni nümunə olaraq vermişdir (İsra 17/41, 89, Tə-ha 20/113, Rum 30/58, Zümər 39/27).
[76] İsra 17/94.
[77] Sünnə kəlməsi, Allahın qoyduğu qanunların bilavasitə hər kəs üzərindən tətbiq edilməsini ifadə edər. Elçiləri ilə östərdiyi yolu, dini, qanunları bu kəlmə ilə də ifadə etmişdir (Ali İmran 3/137, Nisa 4/26, Ənfâl 8/38, Hicr 15/13, İsra 17/76-77, Əhzab 33/38, 62; Fatır 35/43, Mömin 40/85, Fətih 48/23).
[78] Ənfal 8/32
[79] Bəqərə 2/213, Nisa 4/165, Ənam 6/48.
[80] Mömin 40/5.
[81] Səcdə 32/22, Tə-ha 20/124–127.
[82] Kafirlərin qərəzli davranışları, istiarə təmsiliyyə/allegoriya ilə canlandırılmışdır. İstiarədə bənzətmə ədatı gizlənir. Buradakı məcaz həqiqi zənn edildiyi üçün bənzətmə ədatı, tərəfimizdən “sanki” sözü ilə açığa çıxarılmışdır (Loğman 31/6-7, Yasin 36/8-10, Casiyə 45/6-7). “Sanki” ədatı yazılmazsa bəzi insanlar Allahın kafirlərə tövbə qapısını bağladığını və azad iradələri ilə qərar vermələrinə mane olduğunu düşünəcəklər (Nisa 4/18). Halbuki, tövbə edərsə yəni etdiyi səhvdə dönərsə, Allahın əfv etmədiyi bir günah yoxdur (Bəqərə 2/160).
[83] Ənam 6/25, İsra 17/45-46.
[84] Ənam 6/12, 54, 133, 147.
[85] İbrahim 14/42, Nəhl 16/61, Fatır 35/45.
[86] Kəhf 18/53.
[87] Ənbiya 21/11-15. Həlak edilənlər, Ad, Səmud kimi xalqlardır (Haqqa 69/4-8).
[88] Burada feilin təsniyə/ikilik formada olması, Musa ilə yla çıxan gəncin bu hadisələr əsnasında onların yanında olmadığını göstərir.
[89] Bu ayə, bir sonrakı ayə ilə birlikdə oxunduğu zaman o uşaqda, valideynlərini üsyana sürükləyəcək bir sağlıq problemi olduğu başa düşülür. Ayədəki “çəkindik” sözünü deyən bir mələkdir. Bunu öz sözü olaraq deyil, Allahın sözü olaraq söylədiyi üçün o söz Allaha aiddir. Bu söz əslində qədərçilərin “Allah hər şeyi əvvəlcədən yazıb pozub, kimin nə edəcəyi əvvəlcədən bilinir” iddialarına da cavabdır.
[90] Nisa 4/6-cı ayədə yetimlərin mallarının rəşid olacaqları zamana qədər qorunması vəzifəsi, onların vəlilərinə/yaxınlarına yüklənmişdir.
[91] Kəhf 18/65-ci ayədən buraya qədər bəhs edilən və özünə Allah qatından bir elm öyrədilən bəndənin Xızır əleyhissəlam olduğu səhih hədislərdə göstərilmişdir (Buxari, Elm, 16,44; Müslim, Fədail, 170-174). Bu ayə, Xızırın bir insan olaraq deyil, bir mələk olduğunu göstərməkdədir. Çünki, o etdiyi işlərin öz istəyi ilə deyil, Allahın əmri ecabı etdiyini söyləmişdir. Uca Allah, bu kimi işlər üçün mələkləri vəzifələndirir (Məryəm 19/64, Duhan 44/3-6).
[92] Bəzi şeylər ilk başda şər olaraq görülə bilər, amma əslində xeyirlidir (Bəqərə 2/216).
[93] Zülqərneyn kəlməsinin xüsusi bir isimmi yoxsa ləqəbmi olduğu açıq olmasa da hakim görüş ləqəb olduğu yönündədir. Lüğətdə “zü” sözü sahib, malik mənasında, “qarneyn” isə iki boynuz, nəsil” kimi mənalara gəlir.
[94] Zülqərneyn, Allahın verdiyi imkanları səmərəli istifadə edən, əsla başqasına qarşı öyünməyən və başqalarından bir şey ummayan bir insan olduğu başa düşülməkdədir. Ümumiyyətlə insanlar, özlərini kifayət gördükləri zaman nankorluq və azğınlıq edərlər (Bəqərə 2/258, İsra 17/67, Qəsas 28/77-78, Zümər 39/49, Leyl 92/4-11, Alaq 96/6-7).
[95] Günəşin batdığı yer, görünmədiyi yerdir. Günəşin gün boyu üfqün altında olduğu yer deməyimiz bu səbəblədir. Belə bir yer ancaq qütb bölgələrində olur.
[96] Uca Allah, hər insanla müəyyən bir şəkildə danışa bilər (Şura 42/51). Belə ki, Adəm əleyhissəlam nəbi olmadan qabaq Allah onunla danışmış (Tə-ha 20/115-122) və ona kainatdakı bilikləri (Bəqərə 2/31) öyrətmişdir. Allahın Zülqərneyn ilə də danışması, onun nəbi olduğunu göstərməz. Əgər nəbi olsaydı, Allah ona insanları müjdələmə və xəbərdar etmə vəzifəsi verərdi (Bəqərə 2/213).
[97] Ayədə Yəcuc və Məcuca işarət edən əvəzliklərin və feillərin cəm olması, bunların hər biri bir xalq olduğu başa düşülür. Bunun xaricində kim olduqları dəqiq bilinməməkdədir.
[98] Ənbiya 21/96-97, Yasin 36/51-54.
[99] Şuəra 26/91, Nəbə 78/21-22, Naziat 79/36.
[100] Zikir həm əvvəlki kitabların həmdə Quranın müştərək adıdır (Hicr 15/9, Nəhl 16/43-44, Ənbiya 21/7-8, 24).
[101] Hud 11/20, İsra 17/46.
[102] Zümər 39/3, Şura 42/9.
[103] Hud 11/18-22, Nəml 27/4-5.
[104] Bəqərə 2/264, Ali İmran 3/117, Hud 11/15–16, İbrahim 14/18, Nur 24/39, Furqan 25/22–23.
[105] Əraf 7/30, Zuxruf 43/37.
[106] Ənkəbud 29/23.
[107] Əraf 7/147, Muhamməd 47/1, 8-9, 32.
[108] Tərəzini, iki gözdən ibarət bir ölçü vahidi olaraq götürdüyümüz zaman, bir kafirin, müşrikin şirki bütün əməlləri boşa çıxardığı üçün tərəzisi hər zaman əksik birtərəfli olacaqdır. Bunun üçün də onların öz lehlərinə ölçüləcək bir tərəzilərinin olmayacağı bildirilir. Bunlara, etdikləri günahları ölçüsündə cəhənnəmin dərəcəsi vardır (Nisa 4/145; Əraf 7/38-40; Müminun 23/103-105; Qaria 101/8-9).
[109] Allahın kitabına məhəl qoymayan, ondakı həqiqətlərə qulaq asmağa təhəmmül göstərməyib, özlərinə rəhbər tutduqlarına qulaq verənlər və həqiqəti onların nəzərində görənlər kafir olaraq cəhənnəmə gedərlər (Kəhf 18/100-102).
[110] “Adn və Firdevs” bunlar cənnətin müştərək xüsusiyyətlərini ifadə edən isimləridir.
[111] Hud 11/108.
[112] Loğman 31/27.
[113] Fussilət 41/6.
[114] Ənkəbud 29/5.
[115] Tövbə edilmədiyi təqdirdə bağışlanmayacaq olan tək günah şirkdir (Nisa 4/48, 116) və Allah, müşrik olaraq ölənlərə cənnəti haram edəcəyi bildirilməkdədir (Maidə 5/72).




