Müsəlmanlar

Nəhl surəsi

Nəhl surəsi 128 ayədən ibarətdir. Surə adını 68-ci ayədə keçən “ən-Nəhl” sözündən götürmüş, anlamı “bal arısı” deməkdir.

بسم الله الرحمن الرحيم

Mərhəmətli, Rəhmli Allahın adıyla!

أَتَى أَمْرُ اللّهِ فَلاَ تَسْتَعْجِلُوهُ سُبْحَانَهُ وَتَعَالَى عَمَّا يُشْرِكُونَ

  1. Allahın (cəzalandırma) əmri[1] mütləq gələcəkdir. Daha onu tələm-tələsik istəməyin![2] Allah, onların (müşriklərin) şərik qoşduqlarından uzaq və ucadır.

يُنَزِّلُ الْمَلآئِكَةَ بِالْرُّوحِ مِنْ أَمْرِهِ عَلَى مَن يَشَاء مِنْ عِبَادِهِ أَنْ أَنذِرُواْ أَنَّهُ لاَ إِلَـهَ إِلاَّ أَنَاْ فَاتَّقُونِ

  1. O, mələkləri öz əmri olan ruh[3] ilə birlikdə bəndələrindən seçdiyinə yollayır[4] və (insanları) belə xəbərdar edin deyər: “Məndən başqa ilah yoxdur. Elə isə yalnız Mənə qarşı çıxmaqdan çəkinin!”

خَلَقَ السَّمَاوَاتِ وَالأَرْضَ بِالْحَقِّ تَعَالَى عَمَّا يُشْرِكُونَ

  1. Allah, göyləri və yeri haqq ilə (imtahan üçün) yaratmışdır.[5] O, onların şərik qoşduqlarından ucadır.

خَلَقَ الإِنسَانَ مِن نُّطْفَةٍ فَإِذَا هُوَ خَصِيمٌ مُّبِينٌ

  1. İnsanı mayalanmış yumurtadan yaratmışdır. Bununla belə, bir də görürsən ki, o, açıq-aşkar bir düşmənə çevrilib.[6]

وَالأَنْعَامَ خَلَقَهَا لَكُمْ فِيهَا دِفْءٌ وَمَنَافِعُ وَمِنْهَا تَأْكُلُونَ

  1. Ənam cinsi heyvanları da (qoyun, keçi, inək və dəvəni)[7] O yaratdı. Onlarda sizin üçün (yun və dəri kimi) istilik və (başqa) faydalar vardır. Bir də onlardan yeyirsiniz.[8]

وَلَكُمْ فِيهَا جَمَالٌ حِينَ تُرِيحُونَ وَحِينَ تَسْرَحُونَ

  1. Həm axura gətirəndə həm də naxıra/otlağa salanda onlarda sizin üçün gözəlliklər vardır.[9]

وَتَحْمِلُ أَثْقَالَكُمْ إِلَى بَلَدٍ لَّمْ تَكُونُواْ بَالِغِيهِ إِلاَّ بِشِقِّ الأَنفُسِ إِنَّ رَبَّكُمْ لَرَؤُوفٌ رَّحِيمٌ

  1. Sizin, yalnız böyük bir məşəqqətlə çata biləcəyiniz yerlərə yüklərinizi daşıyırlar.[10] Həqiqətən, Rəbbiniz çox şəfqətlidir, rəhmlidir.

وَالْخَيْلَ وَالْبِغَالَ وَالْحَمِيرَ لِتَرْكَبُوهَا وَزِينَةً وَيَخْلُقُ مَا لاَ تَعْلَمُونَ

  1. Atları, qatırları və uzunqulaqları həm minməyiniz üçün həm də zinət olsun deyə yaratdı.[11] O, bilmədiyiniz daha necə şeylər yaratmaqdadır.[12]

وَعَلَى اللّهِ قَصْدُ السَّبِيلِ وَمِنْهَا جَآئِرٌ وَلَوْ شَاء لَهَدَاكُمْ أَجْمَعِينَ

  1. Doğru yolu göstərmək Allaha aiddir.[13] Yolun əyrisi də olur.[14] Seçim Allahın əlində olsaydı, əlbəttə hamınızı doğru yola gətirərdi.[15]

هُوَ الَّذِي أَنزَلَ مِنَ السَّمَاء مَاء لَّكُم مِّنْهُ شَرَابٌ وَمِنْهُ شَجَرٌ فِيهِ تُسِيمُونَ

  1. O, sizin üçün göydən su endirəndir. İçdiyiniz su da heyvanlarınızı otlatdığınız bitkilər də o sudan meydana gəlir.[16]

يُنبِتُ لَكُم بِهِ الزَّرْعَ وَالزَّيْتُونَ وَالنَّخِيلَ وَالأَعْنَابَ وَمِن كُلِّ الثَّمَرَاتِ إِنَّ فِي ذَلِكَ لآيَةً لِّقَوْمٍ يَتَفَكَّرُونَ

  1. Allah o su ilə sizin üçün əkinlər, zeytun, xurma, üzüm və hər cür meyvələrdən yetişdirir.[17] Şübhəsiz ki, bunda təfəkkür edən xalq üçün ayələr/dəlillər vardır.

وَسَخَّرَ لَكُمُ اللَّيْلَ وَالْنَّهَارَ وَالشَّمْسَ وَالْقَمَرَ وَالْنُّجُومُ مُسَخَّرَاتٌ بِأَمْرِهِ إِنَّ فِي ذَلِكَ لَآيَاتٍ لِّقَوْمٍ يَعْقِلُونَ

  1. O, gecəni, gündüzü, Günəşi və Ayı sizin xidmətinizə vermişdir. Ulduzlar da Onun əmri ilə xidmət etməkdədir. Şübhəsiz ki, bunda ağlını işlədən bir xalq üçün ayələr/dəlillər vardır.[18]

وَمَا ذَرَأَ لَكُمْ فِي الأَرْضِ مُخْتَلِفًا أَلْوَانُهُ إِنَّ فِي ذَلِكَ لآيَةً لِّقَوْمٍ يَذَّكَّرُونَ

  1. Sizin üçün yerdə müxtəlif rənglərdə yaradıb yetişdirdiyi nə varsa xidmətinizə verilmişdir. Şübhəsiz ki, bunda öyüd alan bir xalq üçün ayələr/dəlillər vardır.[19]

وَهُوَ الَّذِي سَخَّرَ الْبَحْرَ لِتَأْكُلُواْ مِنْهُ لَحْمًا طَرِيًّا وَتَسْتَخْرِجُواْ مِنْهُ حِلْيَةً تَلْبَسُونَهَا وَتَرَى الْفُلْكَ مَوَاخِرَ فِيهِ وَلِتَبْتَغُواْ مِن فَضْلِهِ وَلَعَلَّكُمْ تَشْكُرُونَ

  1. O, təzə ət yeməyiniz və taxacağınız bəzək[20] əşyalarını oradan çıxartmağınız üçün dənizləri xidmətinizə verəndir. Gəmilərin ora suyu yara-yara getdiyini görərsən. Bu, Allahın lütf olaraq verdiklərini axtarmanız üçündür.[21] Bəlkə də şükr edərsiniz.

 وَأَلْقَى فِي الأَرْضِ رَوَاسِيَ أَن تَمِيدَ بِكُمْ وَأَنْهَارًا وَسُبُلاً لَّعَلَّكُمْ تَهْتَدُونَ

  1. (Yer qabığı) sizi sarsıdar deyə[22] yerə sabit dağlar yerləşdirdi. Gedəcəyiniz yerə çata biləsiniz deyə də çaylar və yollar yaratdı.[23]

وَعَلامَاتٍ وَبِالنَّجْمِ هُمْ يَهْتَدُونَ

  1. (Başqa) nişanələr də yaratdı. Onlar ulduzlarla da yollarını tapırlar.

أَفَمَن يَخْلُقُ كَمَن لاَّ يَخْلُقُ أَفَلا تَذَكَّرُونَ

  1. Elə isə yaradan heç yarada bilməyənlə bir olarmı?[24] Heç öyüd/ibrət almayacaqsınızmı?

وَإِن تَعُدُّواْ نِعْمَةَ اللّهِ لاَ تُحْصُوهَا إِنَّ اللّهَ لَغَفُورٌ رَّحِيمٌ

  1. Əgər Allahın nemətlərini saymağa başlasanız, onları sayıb bitirə bilməzsiniz.[25] Həqiqətən Allah, çox bağışlayandır, rəhmlidir.

وَاللّهُ يَعْلَمُ مَا تُسِرُّونَ وَمَا تُعْلِنُونَ

  1. Allah, onların nəyi gizlədiyinizi və nəyi aşkara vurduğunuzu da bilir.[26]

وَالَّذِينَ يَدْعُونَ مِن دُونِ اللّهِ لاَ يَخْلُقُونَ شَيْئًا وَهُمْ يُخْلَقُونَ

  1. Onların, Allah ilə öz aralarına qoyub dua etdikləri, heç bir şey yarada bilməzlər. (Çünki) onların özləri yaradılmışdır.[27]

أَمْواتٌ غَيْرُ أَحْيَاء وَمَا يَشْعُرُونَ أَيَّانَ يُبْعَثُونَ

  1. Onlar ölüdürlər, diri deyil! Nə vaxt dirildiləcəklərinin də şüurunda deyillər.[28]

إِلَهُكُمْ إِلَهٌ وَاحِدٌ فَالَّذِينَ لاَ يُؤْمِنُونَ بِالآخِرَةِ قُلُوبُهُم مُّنكِرَةٌ وَهُم مُّسْتَكْبِرُونَ

  1. İlahınız tək bir ilahdır.[29] Axirətə inanmayanların qəlbləri bunu inkar edir. Onlar həmçinin təkəbbürlüdürlər.[30]

لاَ جَرَمَ أَنَّ اللّهَ يَعْلَمُ مَا يُسِرُّونَ وَمَا يُعْلِنُونَ إِنَّهُ لاَ يُحِبُّ الْمُسْتَكْبِرِينَ

  1. Şübhəsiz Allah, onların nəyi gizlədiyiklərini və nəyi aşkara vurduqlarını da bilir.[31] O, təkəbbürlüləri sevməz!

وَإِذَا قِيلَ لَهُم مَّاذَا أَنزَلَ رَبُّكُمْ قَالُواْ أَسَاطِيرُ الأَوَّلِينَ

  1. Onlara “Rəbbiniz nə endirdi?” – deyə, soruşulduğu zaman “(Bunlar) əvvəlkilərin cızma-qaraları!”[32] – deyərlər.

لِيَحْمِلُواْ أَوْزَارَهُمْ كَامِلَةً يَوْمَ الْقِيَامَةِ وَمِنْ أَوْزَارِ الَّذِينَ يُضِلُّونَهُم بِغَيْرِ عِلْمٍ أَلاَ سَاء مَا يَزِرُونَ

  1. Beləliklə, qiyamət günü/məzardan qalxma günü həm öz günahlarının hamısını həm də bilgisizlikləri üzündən yoldan çıxartdığı kimsələrin günahlarından (bir qismini) daşıyacaqlar. Baxın, necə pis bir yük yüklənəcəklər.[33]

قَدْ مَكَرَ الَّذِينَ مِن قَبْلِهِمْ فَأَتَى اللّهُ بُنْيَانَهُم مِّنَ الْقَوَاعِدِ فَخَرَّ عَلَيْهِمُ السَّقْفُ مِن فَوْقِهِمْ وَأَتَاهُمُ الْعَذَابُ مِنْ حَيْثُ لاَ يَشْعُرُونَ

  1. Onlardan əvvəlkilər də planlar qurmuşdular.[34] Allah da onların planlarını təməlindən sarsıtmış, üzərlərindəki tavan başlarına çökmüşdü. Əzab onlara heç gözləmədikləri yerdən gəlmişdi.[35]

ثُمَّ يَوْمَ الْقِيَامَةِ يُخْزِيهِمْ وَيَقُولُ أَيْنَ شُرَكَآئِيَ الَّذِينَ كُنتُمْ تُشَاقُّونَ فِيهِمْ قَالَ الَّذِينَ أُوتُواْ الْعِلْمَ إِنَّ الْخِزْيَ الْيَوْمَ وَالْسُّوءَ عَلَى الْكَافِرِينَ

  1. Sonra qiyamət günü Allah onları rüsvay edəcək və deyəcək: “Hanı hardadı uğrunda mücadilə etdiyiniz o şəriklərim?[36] Elm verilmiş kəslər də[37] bunlara belə deyəcəklər: “Bu gün rüsvayçılıq və pislik kafirlərin üstünədir.”

الَّذِينَ تَتَوَفَّاهُمُ الْمَلائِكَةُ ظَالِمِي أَنفُسِهِمْ فَأَلْقَوُاْ السَّلَمَ مَا كُنَّا نَعْمَلُ مِن سُوءٍ بَلَى إِنَّ اللّهَ عَلِيمٌ بِمَا كُنتُمْ تَعْمَلُونَ

  1. Onlar, öz nəfslərinə zülm edərkən mələklər onları vəfat etdirir, onlar da təslimiyyət göstərib: “Biz pis bir iş görmürdük ki!” – deyərlər.[38] Xeyr! Allah nə işlər gördüyünüzdən xəbərdardır.

فَادْخُلُواْ أَبْوَابَ جَهَنَّمَ خَالِدِينَ فِيهَا فَلَبِئْسَ مَثْوَى الْمُتَكَبِّرِينَ

  1. (Onlara belə deyilir) “İndi həmişəlik olaraq qalacağınız Cəhənnəmin qapılarından girin!” Təkəbbürlük göstərənlərin yeri nə pisdir!”[39]

وَقِيلَ لِلَّذِينَ اتَّقَوْاْ مَاذَا أَنزَلَ رَبُّكُمْ قَالُواْ خَيْرًا لِّلَّذِينَ أَحْسَنُواْ فِي هَذِهِ الدُّنْيَا حَسَنَةٌ وَلَدَارُ الآخِرَةِ خَيْرٌ وَلَنِعْمَ دَارُ الْمُتَّقِينَ

  1. Pis işlərdən çəkinənlərə “Rəbbiniz nə endirdi?” – deyə soruşulanda, onlar “Xeyirli olanı!” – deyərlər. Bu dünyada yaxşılıq edən yaxşılıq tapar![40] Axirət yurdu əlbəttə daha yaxşıdır. Pis işlərdən çəkinənlərin yurdu necə də gözəldir![41]

جَنَّاتُ عَدْنٍ يَدْخُلُونَهَا تَجْرِي مِن تَحْتِهَا الأَنْهَارُ لَهُمْ فِيهَا مَا يَشَآؤُونَ كَذَلِكَ يَجْزِي اللّهُ الْمُتَّقِينَ

  1. Adn cənnətləri! Oraya girəcəklər. O cənnətlərin içindən çaylar axacaq, orada arzu etdikləri hər şey onların olacaqdır.[42] Allah, pis işlərdən çəkinənləri bax belə mükafatlandıracaqdır.

الَّذِينَ تَتَوَفَّاهُمُ الْمَلآئِكَةُ طَيِّبِينَ يَقُولُونَ سَلامٌ عَلَيْكُمُ ادْخُلُواْ الْجَنَّةَ بِمَا كُنتُمْ تَعْمَلُونَ

  1. O kəslər ki, mələklər onları tərtəmiz olduqları halda vəfat etdirmişdir. Onlara deyirlər: “Sizə salam olsun/artıq sülh və əminamanlıq içindəsiniz! Etdiyiniz əməllərə qarşılıq cənnətə girin!”[43]

هَلْ يَنظُرُونَ إِلاَّ أَن تَأْتِيَهُمُ الْمَلائِكَةُ أَوْ يَأْتِيَ أَمْرُ رَبِّكَ كَذَلِكَ فَعَلَ الَّذِينَ مِن قَبْلِهِمْ وَمَا ظَلَمَهُمُ اللّهُ وَلـكِن كَانُواْ أَنفُسَهُمْ يَظْلِمُونَ

  1. Kafirlər mələklərin onlara gəlməsini və ya Rəbbinin əmrinin gəlməsindən başqa bir şeymi gözləyirlər![44] Onlardan əvvəlkilər də belə etdilər. Allah onlara əsla zülm etmədi. Zülmü onlar özlərinə edirdilər.[45]

فَأَصَابَهُمْ سَيِّئَاتُ مَا عَمِلُواْ وَحَاقَ بِهِم مَّا كَانُواْ بِهِ يَسْتَهْزِؤُونَ

  1. Sonunda etdikləri işlərin pis aqibəti başlarına gəldi və istehza etdikləri şey onları yaxaladı.[46]

وَقَالَ الَّذِينَ أَشْرَكُواْ لَوْ شَاء اللّهُ مَا عَبَدْنَا مِن دُونِهِ مِن شَيْءٍ نَّحْنُ وَلا آبَاؤُنَا وَلاَ حَرَّمْنَا مِن دُونِهِ مِن شَيْءٍ كَذَلِكَ فَعَلَ الَّذِينَ مِن قَبْلِهِمْ فَهَلْ عَلَى الرُّسُلِ إِلاَّ الْبَلاغُ الْمُبِينُ

  1. Şərik qoşanlar belə dedilər: “Seçimi Allah etmiş olsaydı[47] biz də atalarımız da Ondan başqa heç bir şeyə qulluq etməzdik. Onun haram etdiyindən bşaqa heç bir şeyi də haram etməzdik!” Onlardan əvvəlkilər də belə etmişdilər.[48] Halbuki elçilərin vəzifəsi sadəcə açıq-aşkar bir təbliğdən başqa nədir ki?![49]

وَلَقَدْ بَعَثْنَا فِي كُلِّ أُمَّةٍ رَّسُولاً أَنِ اعْبُدُواْ اللّهَ وَاجْتَنِبُواْ الطَّاغُوتَ فَمِنْهُم مَّنْ هَدَى اللّهُ وَمِنْهُم مَّنْ حَقَّتْ عَلَيْهِ الضَّلالَةُ فَسِيرُواْ فِي الأَرْضِ فَانظُرُواْ كَيْفَ كَانَ عَاقِبَةُ الْمُكَذِّبِينَ

  1. Əlbəttə ki, biz hər ümmətə “Allaha qulluq edin, tağutlardan[50] da uzaq durun!” deyə, bir elçi göndərdik.[51] Allah onlardan kimilərini doğru yolda olduğunu təsdiqlədi, kimilərini isə zəlalət haqq oldu.[52] Yer üzündə dolaşın və yalana sarılanların aqibətinin necə olduğuna bir baxın![53]

إِن تَحْرِصْ عَلَى هُدَاهُمْ فَإِنَّ اللّهَ لاَ يَهْدِي مَن يُضِلُّ وَمَا لَهُم مِّن نَّاصِرِينَ

  1. Sən onların hidayətə/doğru yola gəlməsini nə qədər çox arzulasan da Allah, zəlalətini təsdiqləmiş birini[54] (tövbə etmədikcə) yola gətirməz.[55] Onların heç bir yardımcısı olmayacaqdır.

وَأَقْسَمُواْ بِاللّهِ جَهْدَ أَيْمَانِهِمْ لاَ يَبْعَثُ اللّهُ مَن يَمُوتُ بَلَى وَعْدًا عَلَيْهِ حَقًّا وَلـكِنَّ أَكْثَرَ النَّاسِ لاَ يَعْلَمُونَ

  1. “Allah, ölən birini təkrar diriltməz!” – deyə, var gücləri ilə Allaha and içdilər. Xeyr (əksinə)! Allah onu haqq olaraq gerçəkləşməsini vəd etmişdir.[56] Lakin, insanların çoxu bunu bilmirlər.

لِيُبَيِّنَ لَهُمُ الَّذِي يَخْتَلِفُونَ فِيهِ وَلِيَعْلَمَ الَّذِينَ كَفَرُواْ أَنَّهُمْ كَانُواْ كَاذِبِينَ

  1. Dirilədəcək ki, haqqında ixtilafa düşdükləri şeyləri onlara aşkar etsin və kafirlik edənlər nə qədər yalancı olduqlarını öyrənsilər.[57]

إِنَّمَا قَوْلُنَا لِشَيْءٍ إِذَا أَرَدْنَاهُ أَن نَّقُولَ لَهُ كُن فَيَكُونُ

  1. Biz bir şeyin olmasını istədiyimiz zaman ona sözümüz sadəcə “Ol!”- deməkdir. Sonra o, olmağa başlayır.[58]

وَالَّذِينَ هَاجَرُواْ فِي اللّهِ مِن بَعْدِ مَا ظُلِمُواْ لَنُبَوِّئَنَّهُمْ فِي الدُّنْيَا حَسَنَةً وَلَأَجْرُ الآخِرَةِ أَكْبَرُ لَوْ كَانُواْ يَعْلَمُونَ

  1. Haqsızlığa məruz qaldıqdan sonra Allah uğrunda hicrət edənlərə gəlincə,[59] bax onları dünyada mütləq gözəl yerlərə yerləşdirərik.[60] Onların axirətdəki mükafatı isə əlbəttə daha böyükdür. Kaşki bilsələr!

الَّذِينَ صَبَرُواْ وَعَلَى رَبِّهِمْ يَتَوَكَّلُونَ

  1. Onlar, səbrli/dirayətli və Rəbbinə təvəkkül edən/güvənib dayanan kəslərdir.[61]

وَمَا أَرْسَلْنَا مِن قَبْلِكَ إِلاَّ رِجَالاً نُّوحِي إِلَيْهِمْ فَاسْأَلُواْ أَهْلَ الذِّكْرِ إِن كُنتُمْ لاَ تَعْلَمُونَ

  1. Səndən əvvəl də elçi olaraq göndərdiklərimiz özlərinə vəhy etdiyimiz kişilərdən başqası deyildi.[62] Əgər bilmirsinizə, zikir əhlinə/bilgili şəxslərə (və əvvəlki kitabların mütəxəssislərinə) soruşun.[63]

بِالْبَيِّنَاتِ وَالزُّبُرِ وَأَنزَلْنَا إِلَيْكَ الذِّكْرَ لِتُبَيِّنَ لِلنَّاسِ مَا نُزِّلَ إِلَيْهِمْ وَلَعَلَّهُمْ يَتَفَكَّرُونَ

  1. O elçiləri açıq-aşkar dəlillərlə/möcüzələrlə və zəburlarla[64] göndərdik. Özlərinə nazil olanın nə olduğunu insanlara açıq-aşkar ortaya qoyasan deyə[65], o Zikri sənə də nazil etdik. Bəlkə təfəkkü edərlər.

 أَفَأَمِنَ الَّذِينَ مَكَرُواْ السَّيِّئَاتِ أَن يَخْسِفَ اللّهُ بِهِمُ الأَرْضَ أَوْ يَأْتِيَهُمُ الْعَذَابُ مِنْ حَيْثُ لاَ يَشْعُرُونَ

  1. Pis işlər planlayanlar, Allahın özlərini yerin dibinə soxmasına və ya bilmədikləri bir yerdən onlara əzabın gəlməyəcəyindən əmindirlərmi?[66]

أَوْ يَأْخُذَهُمْ فِي تَقَلُّبِهِمْ فَمَا هُم بِمُعْجِزِينَ

  1. Yaxud gəzib dolaşdıqları əsnada (Allahın) onları yaxalamayacağından əmin oldular? Onlar yaxalarını qurtara bilməyəcəklər.[67]

أَوْ يَأْخُذَهُمْ عَلَى تَخَوُّفٍ فَإِنَّ رَبَّكُمْ لَرؤُوفٌ رَّحِيمٌ

  1. Yaxud qorxuda-qorxuda yaxalamasına qarşı əmindirlər?[68] Bunu da bilin ki, Rəbbiniz çox şəfqətlidir, rəhmlidir.

أَوَلَمْ يَرَوْاْ إِلَى مَا خَلَقَ اللّهُ مِن شَيْءٍ يَتَفَيَّأُ ظِلاَلُهُ عَنِ الْيَمِينِ وَالْشَّمَآئِلِ سُجَّدًا لِلّهِ وَهُمْ دَاخِرُونَ

  1. Allahın yaratdığı şeylərə baxıb heç ibrət almadılarmı? Onların kölgələri Allaha səcdə edərək/boyun əyərək sağa və sollarına dönərlər.[69] Onlar Allahın önündə əyilirlər.[70]

وَلِلّهِ يَسْجُدُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الأَرْضِ مِن دَآبَّةٍ وَالْمَلآئِكَةُ وَهُمْ لاَ يَسْتَكْبِرُونَ

  1. Göylərdə və yerdə olan canlılar və mələklər, təkəbbür göstərmədən Allaha səcdə edərlər.[71]

يَخَافُونَ رَبَّهُم مِّن فَوْقِهِمْ وَيَفْعَلُونَ مَا يُؤْمَرُونَ

  1. Onlar, özlərinin fövqündə olan Rəbbindən qorxar və özlərinə əmr olunanları yerinə yetirərlər.[72]

وَقَالَ اللّهُ لاَ تَتَّخِذُواْ إِلـهَيْنِ اثْنَيْنِ إِنَّمَا هُوَ إِلهٌ وَاحِدٌ فَإيَّايَ فَارْهَبُونِ

  1. Allah dedi ki: “İki ilah tutmayın! Şübhəsiz O/Allah tək bir ilahdır. O halda yalnız məndən qorxun!”[73]

وَلَهُ مَا فِي الْسَّمَاوَاتِ وَالأَرْضِ وَلَهُ الدِّينُ وَاصِبًا أَفَغَيْرَ اللّهِ تَتَّقُونَ

  1. Göylərdə və yerdə nə varsa Onundur![74] Din də daim Ona aiddir.[75] İndi siz, Allahdan başqasındanmı çəkinirsiniz!

وَمَا بِكُم مِّن نِّعْمَةٍ فَمِنَ اللّهِ ثُمَّ إِذَا مَسَّكُمُ الضُّرُّ فَإِلَيْهِ تَجْأَرُونَ

  1. Əlinizdəki hər nemət Allahdandır.[76] Sonra sizə bir zərər toxunduğu zaman yalnız Ona yalvarıb yaxarırsınız.[77]

ثُمَّ إِذَا كَشَفَ الضُّرَّ عَنكُمْ إِذَا فَرِيقٌ مِّنكُم بِرَبِّهِمْ يُشْرِكُونَ

  1. Sonra da O sizdən zərəri dəf etdiyi zaman (görərsiniz ki) içinizdən bir firqə Rəbbinə şərik qoşmağa başlayır.[78]

لِيَكْفُرُواْ بِمَا آتَيْنَاهُمْ فَتَمَتَّعُواْ فَسَوْفَ تَعْلَمُونَ

  1. Bunu, özlərinə verdiyimiz nemətlərə kafirlik/nankorluq etmək üçün edirlər. Hələ ki, keçici nemətlərdən faydalanın. Yaxında biləcəksiniz![79]

وَيَجْعَلُونَ لِمَا لاَ يَعْلَمُونَ نَصِيبًا مِّمَّا رَزَقْنَاهُمْ تَاللّهِ لَتُسْأَلُنَّ عَمَّا كُنتُمْ تَفْتَرُونَ

  1. Bir də onlara ruzi olaraq verdiklərimizdən, heç bir şeydən xəbəri olmayanlara (ilahlarına)[80] pay ayırırlar.[81] Vallahi! Uydurduğunuz şeylərdən ötrü mütləq sorğuya çəkiləcəksiniz.

وَيَجْعَلُونَ لِلّهِ الْبَنَاتِ سُبْحَانَهُ وَلَهُم مَّا يَشْتَهُونَ

  1. Onlar qızları Allaha isnad edirlər,[82] -ki, O, bundan uzaqdır- Özlərinə isə istədikləri (oğlan uşaqlarını) yaraşdırırlar.

وَإِذَا بُشِّرَ أَحَدُهُمْ بِالأُنثَى ظَلَّ وَجْهُهُ مُسْوَدًّا وَهُوَ كَظِيمٌ

  1. Onlardan biri qız övladı ilə müjdələndiyi zaman içi qəzəblə dolar və üzü qapqara qaralır.[83]

يَتَوَارَى مِنَ الْقَوْمِ مِن سُوءِ مَا بُشِّرَ بِهِ أَيُمْسِكُهُ عَلَى هُونٍ أَمْ يَدُسُّهُ فِي التُّرَابِ أَلاَ سَاء مَا يَحْكُمُونَ

  1. Ona verilən pis müjdə səbəbilə xalqdan gizlənər. İndi o, onu rüsvayçılığa qatlanıb yanında saxlasınmı yoxsa onu (diri-diri) torpağa basdırsınmı?![84] Görün necə pis mühakimə yürüdürlər!

لِلَّذِينَ لاَ يُؤْمِنُونَ بِالآخِرَةِ مَثَلُ السَّوْءِ وَلِلّهِ الْمَثَلُ الأَعْلَىَ وَهُوَ الْعَزِيزُ الْحَكِيمُ

  1. Axirətə inanmayanlarda pis nümunələr/sifətlər vardır.[85] Ən üstün/gözəl nümunələr Allaha məxsusdur.[86] O əzizdir, hökm/hikmət sahibidir.

وَلَوْ يُؤَاخِذُ اللّهُ النَّاسَ بِظُلْمِهِم مَّا تَرَكَ عَلَيْهَا مِن دَآبَّةٍ وَلَكِن يُؤَخِّرُهُمْ إلَى أَجَلٍ مُّسَمًّى فَإِذَا جَاء أَجَلُهُمْ لاَ يَسْتَأْخِرُونَ سَاعَةً وَلاَ يَسْتَقْدِمُونَ

  1. Əgər Allah, insanları zülmləri səbəblə dərhal cəzalandırsaydı yer üzündə tək bir canlı buraxmazdı.[87] Lakin O, onları təqdir olunmuş bir əcələ/vaxta qədər təxirə salır.[88] Vaxtları gəlib çatdıqda onu bir an belə nə təxirə sala bilərlər, nə də bir an irəli keçə bilərlər.[89]

وَيَجْعَلُونَ لِلّهِ مَا يَكْرَهُونَ وَتَصِفُ أَلْسِنَتُهُمُ الْكَذِبَ أَنَّ لَهُمُ الْحُسْنَى لاَ جَرَمَ أَنَّ لَهُمُ الْنَّارَ وَأَنَّهُم مُّفْرَطُونَ

  1. Xoşlanmadıqları şeyləri Allaha yaraşdırırlar. Dilləri də ən gözəlinin özlərinə aid olacağı barədə yalan söylər.[90] Heç şübhə yoxdur ki, onların payına düşən atəşdir və orada tərk edilib unudulacaqlar.[91]

تَاللّهِ لَقَدْ أَرْسَلْنَا إِلَى أُمَمٍ مِّن قَبْلِكَ فَزَيَّنَ لَهُمُ الشَّيْطَانُ أَعْمَالَهُمْ فَهُوَ وَلِيُّهُمُ الْيَوْمَ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ

  1. Vallahi! Səndən əvvəlki ümmətlərə də elçilər göndərmişdik amma şeytan onlara əməllərini gözəl göstərdi. O şeytan, bu gün də onların vəlisidir/yaxınıdır. Onlar üçün ağrılı-acılı bir əzab vardır.[92]

وَمَا أَنزَلْنَا عَلَيْكَ الْكِتَابَ إِلاَّ لِتُبَيِّنَ لَهُمُ الَّذِي اخْتَلَفُواْ فِيهِ وَهُدًى وَرَحْمَةً لِّقَوْمٍ يُؤْمِنُونَ

  1. Bu Kitabı sənə məhz, ixtilafa düşdükləri məsələləri onlara izah etməyin üçün[93], inanıb güvənən xalqa da bir rəhbər və bir rəhmət olsun deyə, nazil etdik![94]

وَاللّهُ أَنزَلَ مِنَ الْسَّمَاء مَاء فَأَحْيَا بِهِ الأَرْضَ بَعْدَ مَوْتِهَا إِنَّ فِي ذَلِكَ لآيَةً لِّقَوْمٍ يَسْمَعُونَ

  1. Allah göydən su endirir və onunla yer üzünü ölümündən sonra canlandırır. Şübhəsiz bunda, dinləyən bir xalq üçün bir ayə/dəlil-sübut vardır.[95]

وَإِنَّ لَكُمْ فِي الأَنْعَامِ لَعِبْرَةً نُّسْقِيكُم مِّمَّا فِي بُطُونِهِ مِن بَيْنِ فَرْثٍ وَدَمٍ لَّبَنًا خَالِصًا سَآئِغًا لِلشَّارِبِينَ

  1. Ənamda/qoyun, keçi, inək və dəvədə sizin üçün əlbəttə ibrət vardır. Onların qarınlarındakı fərs/ifrazat[96] ilə qanın arasından süzülən və içənlərin boğazından rahatlıqla keçən saf bir südü sizə içiririk.[97]

وَمِن ثَمَرَاتِ النَّخِيلِ وَالأَعْنَابِ تَتَّخِذُونَ مِنْهُ سَكَرًا وَرِزْقًا حَسَنًا إِنَّ فِي ذَلِكَ لآيَةً لِّقَوْمٍ يَعْقِلُونَ

  1. Xurma və üzüm məhsullarından həm sərxoşluq verən içki[98] həm də gözəl bir ruzi əldə edirsiniz. Şübhəsiz bunda ağlını işlədən bir xalq üçün əsaslı ayə/dəlillər vardır.

وَأَوْحَى رَبُّكَ إِلَى النَّحْلِ أَنِ اتَّخِذِي مِنَ الْجِبَالِ بُيُوتًا وَمِنَ الشَّجَرِ وَمِمَّا يَعْرِشُونَ

  1. Rəbbin bal arısına bunu vəhy etdi:[99] “Dağlardan, ağaçlardan və insanların düzəltdikləri çardaqlarda özünə pətəklər/evlər qur!

ثُمَّ كُلِي مِن كُلِّ الثَّمَرَاتِ فَاسْلُكِي سُبُلَ رَبِّكِ ذُلُلاً يَخْرُجُ مِن بُطُونِهَا شَرَابٌ مُّخْتَلِفٌ أَلْوَانُهُ فِيهِ شِفَاء لِلنَّاسِ إِنَّ فِي ذَلِكَ لآيَةً لِّقَوْمٍ يَتَفَكَّرُونَ

  1. Sonra məhsulların hamısından ye və Rəbbinin sənin üçün asanlaşdırdığı yollara gir!” Arıların qarnından fərqli rənglərdə bir maye/bal çıxar ki, onda insanlar üçün şəfa vardır.[100] Bax bunda da təfəkkü edən/düşünən bir xalq üçün əsaslı ayə/dəlillər vardır.[101]

وَاللّهُ خَلَقَكُمْ ثُمَّ يَتَوَفَّاكُمْ وَمِنكُم مَّن يُرَدُّ إِلَى أَرْذَلِ الْعُمُرِ لِكَيْ لاَ يَعْلَمَ بَعْدَ عِلْمٍ شَيْئًا إِنَّ اللّهَ عَلِيمٌ قَدِيرٌ

  1. Allah sizi yaratmışdır. Sonra da sizi vəfat etdirəcəkdir. Sizdən kimisi ömrünün ən düşkün/aciz çağına qədər yaşadılar ki, vaxtilə bildiyi hər şeyi artıq bilməz olur.[102] Allah haqqı ilə biləndir, hər şeyə ölçünü qoyandır.

وَاللّهُ فَضَّلَ بَعْضَكُمْ عَلَى بَعْضٍ فِي الْرِّزْقِ فَمَا الَّذِينَ فُضِّلُواْ بِرَآدِّي رِزْقِهِمْ عَلَى مَا مَلَكَتْ أَيْمَانُهُمْ فَهُمْ فِيهِ سَوَاء أَفَبِنِعْمَةِ اللّهِ يَجْحَدُونَ

  1. Allah ruzi baxımından kiminizi kiminizdən üstün etmişdir.[103] Üstün olanlar, hakimiyyətləri altında olanlarla bölüşməzlər ki, ruzi baxımından bərabər olsunlar.[104] İndi bunlar Allahın nemətinimi inkar edirlər?

وَاللّٰهُ جَعَلَ لَكُمْ مِنْ اَنْفُسِكُمْ اَزْوَاجًا وَجَعَلَ لَكُمْ مِنْ اَزْوَاجِكُمْ بَنٖينَ وَحَفَدَةً وَرَزَقَكُمْ مِنَ الطَّيِّبَاتِ اَفَبِالْبَاطِلِ يُؤْمِنُونَ وَبِنِعْمَتِ اللّٰهِ هُمْ يَكْفُرُونَ

  1. Allah, sizin öz cinsinizdən zövcələr yaratdı,[105] zövcələrinizdən də uşaqlar, nəvələr yaratdı. Sizə təmiz rüzilər verdi.[106] Belə olduğu halda onlar Allahın nemətinə göz yumub batiləmi inanırlar?[107]

وَيَعْبُدُونَ مِن دُونِ اللّهِ مَا لاَ يَمْلِكُ لَهُمْ رِزْقًا مِّنَ السَّمَاوَاتِ وَالأَرْضِ شَيْئًا وَلاَ يَسْتَطِيعُونَ

  1. Onlara göylərdən və yerdən hər hansı bir ruzi verməyə malik olmayan, buna gücləri də çatmayan varlıqlara qulluq edirlər.[108]

فَلاَ تَضْرِبُواْ لِلّهِ الأَمْثَالَ إِنَّ اللّهَ يَعْلَمُ وَأَنتُمْ لاَ تَعْلَمُونَ

  1. Allahı bir şeyə bənzədən misallar verməyin![109] Allah bilir, siz bilməzsiniz.

ضَرَبَ اللّهُ مَثَلاً عَبْدًا مَّمْلُوكًا لاَّ يَقْدِرُ عَلَى شَيْءٍ وَمَن رَّزَقْنَاهُ مِنَّا رِزْقًا حَسَنًا فَهُوَ يُنفِقُ مِنْهُ سِرًّا وَجَهْرًا هَلْ يَسْتَوُونَ الْحَمْدُ لِلّهِ بَلْ أَكْثَرُهُمْ لاَ يَعْلَمُونَ

  1. Allah, başqasının hakimiyyətində olan və heç bir şeyə gücü çatmayan bir kölə ilə özünə gözəl bir ruzi verdiyimiz, o ruzini gizli və açıq infaq edən/xeyirə xərcləyən (azad) insanı misal çəkir. Bunlar heç bir olarmı? Həmd Allaha məxsusdur,[110] lakin onların çoxu bunu bilməzlər.[111]

وَضَرَبَ اللّهُ مَثَلاً رَّجُلَيْنِ أَحَدُهُمَا أَبْكَمُ لاَ يَقْدِرُ عَلَىَ شَيْءٍ وَهُوَ كَلٌّ عَلَى مَوْلاهُ أَيْنَمَا يُوَجِّههُّ لاَ يَأْتِ بِخَيْرٍ هَلْ يَسْتَوِي هُوَ وَمَن يَأْمُرُ بِالْعَدْلِ وَهُوَ عَلَى صِرَاطٍ مُّسْتَقِيمٍ

  1. Allah iki nəfəri də misal gətirir: Onlardan biri dilsizdi heç bir şeyə gücü çatmır, əfəndisinə yük olmuş, onu hara yönləndirsə xeyirli bir nəticəylə gəlmir. İndi o, doğru yolda olub ədaləti əmr edən kimsə ilə heç bir olarmı?[112]

 وَلِلّهِ غَيْبُ السَّمَاوَاتِ وَالأَرْضِ وَمَا أَمْرُ السَّاعَةِ إِلاَّ كَلَمْحِ الْبَصَرِ أَوْ هُوَ أَقْرَبُ إِنَّ اللّهَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ

  1. Göylərin və yerin qeybini/gizliliklərini bilmək Allaha məxsusdur.[113] O saat/oyanma tək bir əmrə baxır, bir göz açıb qapamaq kimi, hətta daha da yaxındır.[114] Şübhəsiz ki Allah, hər şeyə bir ölçü qoyandır.

وَاللّهُ أَخْرَجَكُم مِّن بُطُونِ أُمَّهَاتِكُمْ لاَ تَعْلَمُونَ شَيْئًا وَجَعَلَ لَكُمُ الْسَّمْعَ وَالأَبْصَارَ وَالأَفْئِدَةَ لَعَلَّكُمْ تَشْكُرُونَ

  1. Allah sizi heç bir şey bilmədiyiniz halda analarınızın bətnlərindən çıxartdı. Sizə dinləmə, bəsirət/irəliyi görmə və fuad/ayırdetmə qabiliyyəti verdi.[115] Bəlkə şükr edərsiniz.

أَلَمْ يَرَوْاْ إِلَى الطَّيْرِ مُسَخَّرَاتٍ فِي جَوِّ السَّمَاء مَا يُمْسِكُهُنَّ إِلاَّ اللّهُ إِنَّ فِي ذَلِكَ لَآيَاتٍ لِّقَوْمٍ يُؤْمِنُونَ

  1. Onlar göyün boşluğunda boyun əydirilmiş bir şəkildə uçan quşları görmədilərmi? Onları orada tutan yalnız Allahdır.[116] Həqiqətən bunda inanıb güvənən bir xalq üçün əsaslı ayə/dəlillər vardır!

وَاللّهُ جَعَلَ لَكُم مِّن بُيُوتِكُمْ سَكَنًا وَجَعَلَ لَكُم مِّن جُلُودِ الأَنْعَامِ بُيُوتًا تَسْتَخِفُّونَهَا يَوْمَ ظَعْنِكُمْ وَيَوْمَ إِقَامَتِكُمْ وَمِنْ أَصْوَافِهَا وَأَوْبَارِهَا وَأَشْعَارِهَا أَثَاثًا وَمَتَاعًا إِلَى حِين

  1. Allah evlərinizi sizin üçün dincəlmə yeri etdi. Ənamın/qoyun, keçi, inək və dəvənin dərisindən, köç etdiyiniz gün və qonaqladığınız gün rahatça daşıya biləcəyiniz çadırlar və yunlarından, tüklərindən, qıllarından da müəyyən vaxta qədər faydalanacağınız ev əşyalarını və digər ehtiyaclarınızı istehsal etmə imkanı verdi.[117]

وَاللّهُ جَعَلَ لَكُم مِّمَّا خَلَقَ ظِلاَلاً وَجَعَلَ لَكُم مِّنَ الْجِبَالِ أَكْنَانًا وَجَعَلَ لَكُمْ سَرَابِيلَ تَقِيكُمُ الْحَرَّ وَسَرَابِيلَ تَقِيكُم بَأْسَكُمْ كَذَلِكَ يُتِمُّ نِعْمَتَهُ عَلَيْكُمْ لَعَلَّكُمْ تُسْلِمُونَ

  1. Allah, yaratdığı şeylərdən sizin üçün kölgələr meydana gətirdi.[118] Dağlarda da sizin üçün sığınacaqlar yaratdı. Sizi istidən qoruyacaq paltarlar və döyüşdə sizi qoruyacaq geyimlər ortaya çıxardı.[119] Allah sizə olan nemətini bu cür tamamlayır ki, bəlkə təslim/müsəlman olasınız.

  فَإِن تَوَلَّوْاْ فَإِنَّمَا عَلَيْكَ الْبَلاَغُ الْمُبِينُ

  1. Əgər onlar yenə də üz çevirərlərsə (bilsinlər ki) sənə düşən, yalnız açıq-aşkar bir təbliğdir/ayələri bildirməkdir.[120]

 يَعْرِفُونَ نِعْمَتَ اللّهِ ثُمَّ يُنكِرُونَهَا وَأَكْثَرُهُمُ الْكَافِرُونَ

  1. Onlar Allahın nemətlərini tanıyırlar, sonra onu inkar edirlər. Onların çoxu kafirdir.[121]

  وَيَوْمَ نَبْعَثُ مِن كُلِّ أُمَّةٍ شَهِيدًا ثُمَّ لاَ يُؤْذَنُ لِلَّذِينَ كَفَرُواْ وَلاَ هُمْ يُسْتَعْتَبُونَ

  1. O gün, hər ümmətdən/cəmiyyətdən bir şahid göndərəcəyik.[122] Sonra kafirlərə nə icazə veriləcək, nə də onlardan üzr istəmələri tələb olunacaqdır.[123]

وَإِذَا رَأى الَّذِينَ ظَلَمُواْ الْعَذَابَ فَلاَ يُخَفَّفُ عَنْهُمْ وَلاَ هُمْ يُنظَرُونَ

  1. Zülm edənlər o əzabı gördükləri zaman artıq onların əzabları yüngülləşdirilməyəcək və onlara möhlət də verilməyəcək/üzlərinə baxılmayacaqdır.[124]

وَإِذَا رَأى الَّذِينَ أَشْرَكُواْ شُرَكَاءهُمْ قَالُواْ رَبَّنَا هَـؤُلاء شُرَكَآؤُنَا الَّذِينَ كُنَّا نَدْعُوْ مِن دُونِكَ فَألْقَوْا إِلَيْهِمُ الْقَوْلَ إِنَّكُمْ لَكَاذِبُونَ

  1. Şirkə düşmüş olanlar (Allaha) şərik qoşduqlarını gördükləri zaman belə deyəcəklər: “ Rəbbimiz! Şərik qoşduqlarımız, Səninlə aramıza qoyub köməyə çağırdıqlarımız bax bunlardır.” Onlar isə dərhal: “Siz həqiqətən yalancılarsınız!”- deyə, qarşılıq veririlər.[125]

وَأَلْقَوْاْ إِلَى اللّهِ يَوْمَئِذٍ السَّلَمَ وَضَلَّ عَنْهُم مَّا كَانُواْ يَفْتَرُونَ

  1. O gün hamısı Allaha təslimiyyət göstərir, uydurduqları şəriklər də özlərindən uzaqlaşmış olur.[126]

الَّذِينَ كَفَرُواْ وَصَدُّواْ عَن سَبِيلِ اللّهِ زِدْنَاهُمْ عَذَابًا فَوْقَ الْعَذَابِ بِمَا كَانُواْ يُفْسِدُونَ

  1. Kafirlik edən və başqalarını Allahın yolundan çevirənlərin törətdikləri fitnə-fəsada görə əzablarının üstünə bir əzab daha artıracağıq.[127]

وَيَوْمَ نَبْعَثُ فِي كُلِّ أُمَّةٍ شَهِيدًا عَلَيْهِم مِّنْ أَنفُسِهِمْ وَجِئْنَا بِكَ شَهِيدًا عَلَى هَـؤُلاء وَنَزَّلْنَا عَلَيْكَ الْكِتَابَ تِبْيَانًا لِّكُلِّ شَيْءٍ وَهُدًى وَرَحْمَةً وَبُشْرَى لِلْمُسْلِمِينَ

  1. Hər ümmətdən/cəmiyyətdən özlərinə bir şahid göndərdiyimiz gün, səni də bunlara şahid gətirəcəyik.[128] Bu kitabı sənə hər şey üçün bir izah, bir rəhbər, bir rəhmət və müsəlmanlar üçün bir müjdə olsun deyə nazil etdik.[129]

إِنَّ اللّهَ يَأْمُرُ بِالْعَدْلِ وَالإِحْسَانِ وَإِيتَاء ذِي الْقُرْبَى وَيَنْهَى عَنِ الْفَحْشَاء وَالْمُنكَرِ وَالْبَغْيِ يَعِظُكُمْ لَعَلَّكُمْ تَذَكَّرُونَ

  1. Allah adil olmağı,[130] gözəl davranmağı[131] və yaxınlara baxmağı əmr edər.[132] Həyasızlığı,[133] pisliyi[134] və azğınlığı da qadağan edir.[135] O, düşünüb-daşınasınız deyə, sizə öyüd verir.

وَأَوْفُواْ بِعَهْدِ اللّهِ إِذَا عَاهَدتُّمْ وَلاَ تَنقُضُواْ الأَيْمَانَ بَعْدَ تَوْكِيدِهَا وَقَدْ جَعَلْتُمُ اللّهَ عَلَيْكُمْ كَفِيلاً إِنَّ اللّهَ يَعْلَمُ مَا تَفْعَلُونَ

  1. Əhd bağladığınız zaman Allaha qarşı əhdinizi yerinə yetirin.[136] Allahı özünüzə kəfil tutaraq möhkəm and içdikdən sonra andlarınızı pozmayın.[137] Şübhəsiz ki Allah nə etdiyinizi bilir.

وَلاَ تَكُونُواْ كَالَّتِي نَقَضَتْ غَزْلَهَا مِن بَعْدِ قُوَّةٍ أَنكَاثًا تَتَّخِذُونَ أَيْمَانَكُمْ دَخَلاً بَيْنَكُمْ أَن تَكُونَ أُمَّةٌ هِيَ أَرْبَى مِنْ أُمَّةٍ إِنَّمَا يَبْلُوكُمُ اللّهُ بِهِ وَلَيُبَيِّنَنَّ لَكُمْ يَوْمَ الْقِيَامَةِ مَا كُنتُمْ فِيهِ تَخْتَلِفُونَ

  1. Bir ümmət digər bir ümmətdən daha çoxdur deyə, andlarınızı aranızdakı əhəmiyyətsiz bir şey kimi görərək[138] ipliyi möhkəm əyirdikdən sonra açıb-sökən qadın kimi olmayın. Allah bununla sizi yalnız sınağa çəkir. Qiyamət/məzardan qalxma günü, ixtilafa düşdüyünüz şeyləri sizə əlbəttə açıqlayacaqdır.[139]

وَلَوْ شَاء اللّهُ لَجَعَلَكُمْ أُمَّةً وَاحِدَةً وَلكِن يُضِلُّ مَن يَشَاء وَيَهْدِي مَن يَشَاء وَلَتُسْأَلُنَّ عَمَّا كُنتُمْ تَعْمَلُونَ

  1. Seçim Allahın əlində olsaydı əlbəttə hamınızı tək bir ümmət/cəmiyyət edərdi.[140] Ancaq Allah (zəlaləti) seçəni[141] zəlalətdə sayar, (doğru yolu) seçəni də yoluna qəbul edər.[142] Etdiklərinizdən də əlbəttə hesaba çəkiləcəksiniz.[143]

وَلاَ تَتَّخِذُواْ أَيْمَانَكُمْ دَخَلاً بَيْنَكُمْ فَتَزِلَّ قَدَمٌ بَعْدَ ثُبُوتِهَا وَتَذُوقُواْ الْسُّوءَ بِمَا صَدَدتُّمْ عَن سَبِيلِ اللّهِ وَلَكُمْ عَذَابٌ عَظِيمٌ

  1. Andlarınızı aranızdakı əhəmiyyətsiz bir şey olaraq görməyin![144] Yoxsa ayağınız (yerə) möhkəm dayanmış ikən sürüşər və Allahın yolundan çevirməyinizin pis qarşılığını dadarsınız və siz böyük bir əzaba məruz qalarsınız.

وَلاَ تَشْتَرُواْ بِعَهْدِ اللّهِ ثَمَنًا قَلِيلاً إِنَّمَا عِندَ اللّهِ هُوَ خَيْرٌ لَّكُمْ إِن كُنتُمْ تَعْلَمُونَ

  1. Allaha qarşı əhdlərinizi az olan bir dəyərə satmayın.[145] Bilin ki, şübhəsiz, Allah qatında olan sizin üçün daha xeyirlidir.[146]

مَا عِندَكُمْ يَنفَدُ وَمَا عِندَ اللّهِ بَاقٍ وَلَنَجْزِيَنَّ الَّذِينَ صَبَرُواْ أَجْرَهُم بِأَحْسَنِ مَا كَانُواْ يَعْمَلُونَ

  1. Sizin yanınızda olanlar tükənir, Allahın qatında olanlar isə qalıcıdır. Səbrli davrananların/dirayətli olanların mükafatlarını, əlbəttə gördükləri əməllərinə görə ən gözəli ilə verəcəyik[147]

مَنْ عَمِلَ صَالِحًا مِّن ذَكَرٍ أَوْ أُنثَى وَهُوَ مُؤْمِنٌ فَلَنُحْيِيَنَّهُ حَيَاةً طَيِّبَةً وَلَنَجْزِيَنَّهُمْ أَجْرَهُم بِأَحْسَنِ مَا كَانُواْ يَعْمَلُونَ

  1. Kişi olsun, qadın olsun, kim mömin olaraq xeyirxah işlər görərsə ona mütləq təmiz/gözəl bir həyat yaşadarıq. Onların mükafatlarını, əlbəttə gördükləri əməllərinə görə ən gözəli ilə verəcəyik.[148]

فَإِذَا قَرَأْتَ الْقُرْآنَ فَاسْتَعِذْ بِاللّهِ مِنَ الشَّيْطَانِ الرَّجِيمِ

  1. Quran oxuyacağınız zaman qovulmuş şeytandan[149] Allaha sığın![150]

إِنَّهُ لَيْسَ لَهُ سُلْطَانٌ عَلَى الَّذِينَ آمَنُواْ وَعَلَى رَبِّهِمْ يَتَوَكَّلُونَ

  1. Onsuz da şeytanın inanıb güvənən və Rəbbinə təvəkkül edənlərə/dayananlara boyun əydirəcək bir gücü yoxdur.[151]

إِنَّمَا سُلْطَانُهُ عَلَى الَّذِينَ يَتَوَلَّوْنَهُ وَالَّذِينَ هُم بِهِ مُشْرِكُونَ

  1. Onun hakimiyyəti yalnız ona yönələnlər və (Allaha) şərik qoşanlar üzərindədir.[152]

وَإِذَا بَدَّلْنَا آيَةً مَّكَانَ آيَةٍ وَاللّهُ أَعْلَمُ بِمَا يُنَزِّلُ قَالُواْ إِنَّمَا أَنتَ مُفْتَرٍ بَلْ أَكْثَرُهُمْ لاَ يَعْلَمُونَ

  1. Biz bir ayənin yerinə başqa bir ayə gətirdiyimiz zaman- ki Allah, nəyi endirəcəyini çox yaxşı bilir- “Sən ancaq bir iftiraçısan!”- deyərlər. Əslində onların çoxu bilmirlər.[153]

قُلْ نَزَّلَهُ رُوحُ الْقُدُسِ مِن رَّبِّكَ بِالْحَقِّ لِيُثَبِّتَ الَّذِينَ آمَنُواْ وَهُدًى وَبُشْرَى لِلْمُسْلِمِينَ

  1. Sən de ki: “Onu müqəddəs Ruh/Cəbrayıl, Rəbbindən haqq olaraq nazil etdi[154] ki, inanıb güvənənlərin imanı güclənsin, müsəlmanlar/Allaha təslim olanlar üçün bir rəhbər və bir müjdə olsun!”[155]

وَلَقَدْ نَعْلَمُ أَنَّهُمْ يَقُولُونَ إِنَّمَا يُعَلِّمُهُ بَشَرٌ لِّسَانُ الَّذِي يُلْحِدُونَ إِلَيْهِ أَعْجَمِيٌّ وَهَـذَا لِسَانٌ عَرَبِيٌّ مُّبِينٌ

  1. Əlbəttə, biz onların: “Quranı ona bir bəşər öyrədir”- dediklərini bilirik.[156] Onların nəzərdə tutduqları adamın dili başqa bir dildir.[157] Halbuki bu (Quranın dili) açıq-aydın bir ərəb dilidir.[158]

إِنَّ الَّذِينَ لاَ يُؤْمِنُونَ بِآيَاتِ اللّهِ لاَ يَهْدِيهِمُ اللّهُ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ

  1. Allahın ayələrinə inanıb güvənməyənləri, əlbəttə, Allah doğru yoluna qəbul etməz. Onlar üçün ağrılı-acılı bir əzab vardır.[159]

إِنَّمَا يَفْتَرِي الْكَذِبَ الَّذِينَ لاَ يُؤْمِنُونَ بِآيَاتِ اللّهِ وَأُوْلـئِكَ هُمُ الْكَاذِبُونَ

  1. O yalanı,[160] ancaq Allahın ayələrinə inanıb güvənməyənlər uydururlar. Onlar əsl yalancılardır.

مَن كَفَرَ بِاللّهِ مِن بَعْدِ إيمَانِهِ إِلاَّ مَنْ أُكْرِهَ وَقَلْبُهُ مُطْمَئِنٌّ بِالإِيمَانِ وَلَـكِن مَّن شَرَحَ بِالْكُفْرِ صَدْرًا فَعَلَيْهِمْ غَضَبٌ مِّنَ اللّهِ وَلَهُمْ عَذَابٌ عَظِيمٌ

  1. Qəlbi imanla dolu olduğu halda -məcbur edilən kəslər xaric[161]– iman gətirdikdən sonra kim Allaha qarşı kafirlik edərsə və könlünü küfrə açarsa, onların üzərinə Allahın qəzəbi enər. Onlar üçün böyük bir əzab vardır.[162]

ذَلِكَ بِأَنَّهُمُ اسْتَحَبُّواْ الْحَيَاةَ الْدُّنْيَا عَلَى الآخِرَةِ وَأَنَّ اللّهَ لاَ يَهْدِي الْقَوْمَ الْكَافِرِينَ

  1. Bu, onların dünya həyatını sevib onu axirətdən üstün tutmalarındandır.[163] O cümlədən Allah kafir bir xalqı yoluna qəbul etməz.[164]

أُولَـئِكَ الَّذِينَ طَبَعَ اللّهُ عَلَى قُلُوبِهِمْ وَسَمْعِهِمْ وَأَبْصَارِهِمْ وَأُولَـئِكَ هُمُ الْغَافِلُونَ

  1. Onlar o kəslərdir ki, Allah onların qəlblərini, dinləmə və görmə qabiliyyətlərini möhürləmişdir.[165] Onlar əsl qafillərdir.[166]

لاَ جَرَمَ أَنَّهُمْ فِي الآخِرَةِ هُمُ الْخَاسِرونَ

  1. Heç şübhəsiz, onlar axirətdə ziyana uğrayanlardır.[167]

ثُمَّ إِنَّ رَبَّكَ لِلَّذِينَ هَاجَرُواْ مِن بَعْدِ مَا فُتِنُواْ ثُمَّ جَاهَدُواْ وَصَبَرُواْ إِنَّ رَبَّكَ مِن بَعْدِهَا لَغَفُورٌ رَّحِيمٌ

  1. Sonra heç şübhəsiz ki, sənin Rəbbin, çətinliyə məruz qaldıqdan sonra hicrət edən, sonra cihad edən/əlindən gələni edən[168] və səbrli davrananların/dirayətli olanların yanındadır.[169] Əlbəttə Rəbbin sonrasında da çox bağışlayandır, mərhəmətlidir.

يَوْمَ تَأْتِي كُلُّ نَفْسٍ تُجَادِلُ عَن نَّفْسِهَا وَتُوَفَّى كُلُّ نَفْسٍ مَّا عَمِلَتْ وَهُمْ لاَ يُظْلَمُونَ

  1. O gün hər kəs öz canını qurtarmaq üçün mübarizə aparacaq,[170] hər kəsə etdiyinin qarşılığı tam ödənəcək və heç kimə haqsızlıq edilməyəcəkdir.[171]

وَضَرَبَ اللّهُ مَثَلاً قَرْيَةً كَانَتْ آمِنَةً مُّطْمَئِنَّةً يَأْتِيهَا رِزْقُهَا رَغَدًا مِّن كُلِّ مَكَانٍ فَكَفَرَتْ بِأَنْعُمِ اللّهِ فَأَذَاقَهَا اللّهُ لِبَاسَ الْجُوعِ وَالْخَوْفِ بِمَا كَانُواْ يَصْنَعُونَ

  1. Allah, əmin-amanlıq içində olan, ruzisi hər yerdən bol-bol gələn bir diyarı məsəl çəkir. Oranın xalqı isə Allahın nemətlərinə qarşı nankorluq etdi.[172] Allah da ortaya qoyduqları şeylərə qarşılıq onlara aclıq və qorxuya düşmə sıxıntısı daddırdı.[173]

وَلَقَدْ جَاءهُمْ رَسُولٌ مِّنْهُمْ فَكَذَّبُوهُ فَأَخَذَهُمُ الْعَذَابُ وَهُمْ ظَالِمُونَ

  1. Onlara aralarından bir elçi gəldi amma onlar onu yalanladılar. Beləliklə, əzab onları zülm edərkən yaxaladı.[174]

فَكُلُواْ مِمَّا رَزَقَكُمُ اللّهُ حَلالاً طَيِّبًا وَاشْكُرُواْ نِعْمَتَ اللّهِ إِن كُنتُمْ إِيَّاهُ تَعْبُدُونَ

  1. Ona görə də Allahın sizə ruzi olaraq verdiklərindən halal və təmiz olanları[175] yeyin! Əgər yalnız Allaha qulluq edirsinizsə, verdiyi nemətlərinə qarşılıq şükr edin![176]

إِنَّمَا حَرَّمَ عَلَيْكُمُ الْمَيْتَةَ وَالْدَّمَ وَلَحْمَ الْخَنزِيرِ وَمَآ أُهِلَّ لِغَيْرِ اللّهِ بِهِ فَمَنِ اضْطُرَّ غَيْرَ بَاغٍ وَلاَ عَادٍ فَإِنَّ اللّهَ غَفُورٌ رَّحِيمٌ

  1. Allah sizə ancaq kəsilmədən ölmüş heyvanı, qanı, donuz ətini və Allahdan başqasının adı çəkilərək kəsilmiş olanı haram etmişdir. Kim çarəsiz qalarsa, bir başqasının haqqına girmədən və ehtiyac həddini aşmadan bunlardan yesə (bilsin ki) Allah çox bağışlayandır, mərhəmətlidir.[177]

وَلاَ تَقُولُواْ لِمَا تَصِفُ أَلْسِنَتُكُمُ الْكَذِبَ هَـذَا حَلاَلٌ وَهَـذَا حَرَامٌ لِّتَفْتَرُواْ عَلَى اللّهِ الْكَذِبَ إِنَّ الَّذِينَ يَفْتَرُونَ عَلَى اللّهِ الْكَذِبَ لاَ يُفْلِحُونَ

  1. Dillərinizi yalan şeylərə əsaslandırb “Bu halaldır, bu haramdır!” – deməyin. Bu yalanları, Allaha iftira yaxmaq üçün edirsiniz. Yalanlarını Allahın üstünə atanlar, nicat tapmazlar.[178]

مَتَاعٌ قَلِيلٌ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ

  1. (Əllərinə keçən) Keçici bir mənfəətdir. Onlar üçün ağrılı-acılı bir əzab vardır.[179]

وَعَلَى الَّذِينَ هَادُواْ حَرَّمْنَا مَا قَصَصْنَا عَلَيْكَ مِن قَبْلُ وَمَا ظَلَمْنَاهُمْ وَلَـكِن كَانُواْ أَنفُسَهُمْ يَظْلِمُونَ

  1. Yəhudilərə də sənə daha əvvəl anlatdığımız şeyləri haram etmişdik. Biz onlara zülm etmədik. Lakin onlar özləri özlərinə zülm etdilər.[180]

ثُمَّ إِنَّ رَبَّكَ لِلَّذِينَ عَمِلُواْ السُّوءَ بِجَهَالَةٍ ثُمَّ تَابُواْ مِن بَعْدِ ذَلِكَ وَأَصْلَحُواْ إِنَّ رَبَّكَ مِن بَعْدِهَا لَغَفُورٌ رَّحِيمٌ

  1. Yenə də Rəbbin, cəhalətləri səbəbilə[181] pislik edən, arxasından tövbə/dönüş edən və dürüst iş görənlərin yanındadır. Əlbəttə Rəbbin, bütün bunların ardından çox bağışlayandır, mərhəmətlidir.[182]

إِنَّ إِبْرَاهِيمَ كَانَ أُمَّةً قَانِتًا لِلّهِ حَنِيفًا وَلَمْ يَكُ مِنَ الْمُشْرِكِينَ

  1. Həqiqətən İbrahim Allaha boyun əyən, haqqa yönələn (tək başına) bir ümmətdi. O, müşriklərdən/şərik qoşanlardan deyildi.[183]

شَاكِرًا لِّأَنْعُمِهِ اجْتَبَاهُ وَهَدَاهُ إِلَى صِرَاطٍ مُّسْتَقِيمٍ

  1. Verdiyi nemətlər üçün Allaha şükr edən biriydi. Allah onu seçdi və doğru yola yönəltdi.[184]

وَآتَيْنَاهُ فِي الْدُّنْيَا حَسَنَةً وَإِنَّهُ فِي الآخِرَةِ لَمِنَ الصَّالِحِينَ

  1. Ona bu dünyada bir gözəllik verdik. O, axirətdə də əlbəttə salehlərdən/dürüst iş görənlərin olacaqdır.[185]

ثُمَّ أَوْحَيْنَا إِلَيْكَ أَنِ اتَّبِعْ مِلَّةَ إِبْرَاهِيمَ حَنِيفًا وَمَا كَانَ مِنَ الْمُشْرِكِينَ

  1. Sonra sənə də: “ Haqqa yönələn İbrahimin dininə tabe ol!”[186]– deyə, vəhy etdik. O heç müşriklərdən/şərik qoşanlardan olmadı.[187]

إِنَّمَا جُعِلَ السَّبْتُ عَلَى الَّذِينَ اخْتَلَفُواْ فِيهِ وَإِنَّ رَبَّكَ لَيَحْكُمُ بَيْنَهُمْ يَوْمَ الْقِيَامَةِ فِيمَا كَانُواْ فِيهِ يَخْتَلِفُونَ

  1. Heç şübhəsiz, şənbə qadağası/Şabat[188] onun haqqında ixtilafa düşənlərə qoyuldu.[189] Əlbəttə Rəbbin, qiyamət/məzardan qalxma günü, ixtilafa düşdükləri mövzu haqda aralarında mütləq hökm verəcəkdir.[190]

ادْعُ إِلِى سَبِيلِ رَبِّكَ بِالْحِكْمَةِ وَالْمَوْعِظَةِ الْحَسَنَةِ وَجَادِلْهُم بِالَّتِي هِيَ أَحْسَنُ إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ بِمَن ضَلَّ عَن سَبِيلِهِ وَهُوَ أَعْلَمُ بِالْمُهْتَدِينَ

  1. Sən Rəbbinin yoluna, hikmətlə[191] və gözəl öyüdlə çağır.[192] Onlarla ən gözəl şəkildə mübarizə apar![193] Şübhəsiz ki Rəbbin, yolundan çıxanları yaxşı bilir. O, doğru yolda olanları da yaxşı bilir.[194]

وَإِنْ عَاقَبْتُمْ فَعَاقِبُواْ بِمِثْلِ مَا عُوقِبْتُم بِهِ وَلَئِن صَبَرْتُمْ لَهُوَ خَيْرٌ لِّلصَّابِرينَ

  1. Cəza verəcəyiniz təqdirdə, sizə qarşı işlənən cəzanın misli ilə cəza verin! Əgər səbr edərsəniz, əlbəttə bu, səbr edənlər üçün daha xeyirlidir.[195]

وَاصْبِرْ وَمَا صَبْرُكَ إِلاَّ بِاللّهِ وَلاَ تَحْزَنْ عَلَيْهِمْ وَلاَ تَكُ فِي ضَيْقٍ مِّمَّا يَمْكُرُونَ

  1. Sən səbr et/dirayətli ol! Sənin səbrli davranmağın ancaq Allahın köməkliyi ilə olur. Onlar üçün üzülmə! Qurduqları planlardan/Hiylələrdən ötrü də canın sıxılmasın![196]

إِنَّ اللّهَ مَعَ الَّذِينَ اتَّقَواْ وَّالَّذِينَ هُم مُّحْسِنُونَ

  1. Şübhəsiz ki Allah, pisliklərdən çəkinənlərlə və gözəl davrananlarla bərabərdir.[197]

[1] Şuəra 26/204, Saffat 37/176, Mömin 40/78.

[2] Ənam 6/57-58, Yunus 10/50-51, Həcc 22/47, Nəml 27/72, Ənkəbud 29/5354, Sâd 38/16.

[3] Bu ayədə ruh, Allahın əmrinin mühtəvasıdır. Endirdiyi bütün ayələr, onun istəklərini tərənnüm edir (İsra 17/85; Mömin 40/15).

[4] “Şaə” ( شاء ) feili “bir şey etmək” mənasındakı şey ( شيء) məsdərindən törəmişdir. Allahın bir şey etməsi o şeyi var etməsi, insanın bir şey etməsi də o şey üçün lazım olan səyi göstərməsidir (“Mufrədat”). Allah, hər şeyi bir ölçüyə görə var edər (Qəmər 54/49, Rad 13/48). Allah hər kəsin doğru yolda olmasını istəyər (Nisa 4/26) amma təkcə doğru işlər görəni doğru yolda sayar (Nur 24/46). Buna görə “şaə” feilinin icraçısı bəndə olarsa “seçib etdi”, Allah olarsa, “seçib yaratdı” mənasına gəlir. Allah, insanlara seçimlərinə görə davranma hürriyyəti verməsəydi, heç kimsə yanlış bir iş görə bilməz və imtahan deyə də bir şey olmazdı (Nəhl 16/93, Yunus 10/99). Yanlış bir qədər anlayışını İslama yerləşdirmək istəyənlər, böyük bir təhrifə yol verərək şaə ( شاء ) feilinə hər yerdə iradə yəni “istəmək və diləmək” mənasını vermiş və bunu təfsirlərə hətta sözlüklərə belə yerləşdirərək, bir çox ayənin məalını pozmuşlar.

[5] Allah, göyləri yeri və ikisi arasındaki varlıqları yaratmasında əsl səbəb, insanları və cinləri çətin bir imtihandan keçirməkdir. Bunu Hud surəsinin 7-ci ayəsində izah etmişdir. Digər ayələr: Ənam 6/73, Hud 11/7, İbrahim 14/19, Hicr 15/85, Ənkebud 29/44, Rum 30/8, Zümər 39/5, Duxan 44/39, Casiyə 45/22, Əhqaf 46/3, Təğabun 64/3.

[6] Yasin 36/77.

[7] Ənam 6/143-144, Zümər 39/6.

[8] Nəhl 16/66, 80, Möminun 23/21-22, Yasin 36/71-73, Mömin 40/79-81, Zuxruf 43/12-13.

[9] Ali İmran 3/14.

[10] Ənam 6/142; Yasin 36/72.

[11] 5-ci ayədə ənam cinsi heyvanların bir çox faydasını, ətlərindən faydalandığımızı vurğulaması, lakin at, qatır və eşşəklərin minik və zinət məqsədli istifadəsi ön plana çıxarılmaqdadır. Ancaq bu onların yeyilməsinin haram olduğu mənasına gəlmir. Ətləri haram olan heyvanlar bu ayələrdə bildirilməkdədir: Bəqərə 2/173, Maidə 5/3, Ənam 6/145, Nəhl 16/115.

[12] Rəhman 55/29.

[13] İnsan 76/3, Leyl 92/12.

[14] Ənam 6/153.

[15] Ənam 6/149, Yunus 10/99, Kəhf 18/29.

[16] Bəqərə 2/22, Hicr 15/22, Həcc 22/63, Furqan 25/48, Rum 30/24, Loğman 31/10, Vaqıə 56/68-70, Hədid 57/21, Abəsə 80/25-32.

[17] Ənam 6/99, Taha 20/53, Neml 27/60, Fatır 35/27, Zümer 39/21, Kaf 50/9-11, Nebe 78/14-16.

[18] Əraf 7/54, Rad 13/2, İbrahim 14/32-33, Loğman 31/29, Fatır 35/13, Zümər 39/5.

[19] Bəqərə 2/29, Loğman 31/20, Fatır 35/28, Casiyə 45/13.

[20] Bəzəkdən qəsd edilənlər: Qızıl, gümüş, inci, mərcan, sədəf və dəyərli daş-qaşlardır. Bunların hamısı qadına da kişiyə də halal edilmişdir (Əraf 7/32; Fatır 35/12).

[21] Bəqərə 2/164, İbrahim 14/32, İsra 17/66, Həcc 22/65, Rum 30/46, Loğman 31/31, Casiyə 45/12.

[22] İnsanları sarsan “yer qabığıdır”. Dağların varlığı insanları bu sarsıntı əsnasında qorumaq, daha güvənli bir yerləşim yerinə sığınmaq üçündür.

[23] Ənbiya 21/31, Zuxruf 43/10, Nuh 71/19-20.

[24] Əraf 7/191-195, Nəhl 16/20, Həcc 22/73, Furqan 25/3, Loğman 31/10-11, Fatır 35/40, Əhqaf 46/4.

[25] İbrahim 14/34.

[26] Ali-İmran 3/29, Ənam 6/3, Nəhl 16/23, Həcc 22/70, Mücadələ 58/7, Təğabün 64/4, Mülk 67/1314.

[27] Nəhl 16/17.

[28] Əraf 7/191-195, Nəml 27/64-65, Əhqaf 46/4-6.

[29] Bəqərə  2/163, Nəhl 16/51.

[30] Səffat 37/35.

[31] Nəhl 16*19.

[32] Satara (سَطَرَ) feili yazı yazmaq mənasına gəlir. Doqquz yerdə bu şəkildə keçər (أَسَاطِيرُ الْأَوَّلِينَ). Quranda bildirilənlərin yeni olmadığı, əvvəlki ilahi kitablarda da mövcud olduğu həqiqətini gözardı edənlər, istehza mahiyyətində bu cümlələri işlədirlər: Əvvəlkilərin cızma-qaraları.

[33] Ənam 6/31, Nisa 4/85, Tə-ha 20/100-101, Ənkəbud 29/13.

[34] Rad 13/42.

[35] Nəhl 16/45, Zümər 39/25.

[36] Ənam 6/22, Qəsas 28/62, 74, Fussilət 41/47.

[37] Bunlar hesab günü hər xalqın içindən gətiriləcək olan şahidlərdir (Nisa 4/41-42; Hud 11/18).

[38] Nisa 4/97, Əraf 7/37, Ənfal 8/50, Muhamməd 47/27.

[39] Zümər 39/71-72, Mömin 40/76.

[40] Yunus 10/26, Rad 13/18, Zümər 39/10, Nəcm 53/3132.

[41] Ənam 6/32, Yusuf 12/109, Rad 13/24, Qəsas 28/83.

[42] Ənbiya 21/102, Furqan 25/16, Yasin 36/57, Zümər 39/34, Fussilət 41/31, Şura 42/22, Kaf 50/35.

[43] Vaqiə 56/88-89.

[44] Bəqərə 2/210; Ənam 6/158.

[45] Yunus 10/44.

[46] Zümər 39/48-51, Mömin 40/82-83, Casiyə 45/33, Əhqaf 46/26.

[47] Şaə ( شاء) feili ilə əlaqəli bu surənin 2-ci ayəsinin dipnotu.

[48] Ənam 6/148-149, Əraf 7/28.

[49] Maidə 5/99, Nur 24/54, Ənkəbud 29/18.

[50] Tağut, irəli dərəcədə həddini aşan insan və cin şeytanlarıdır. Bunlar, yoldan çıxmaqla qalmaz, ayələri ya yox sayaraq ya da mənalarını pozaraq başqalarının da həddini aşmasına və yoldan çıxmasına səbəb olurlar. Allah adından Allahın kitabına zidd hökmlər verirlər (Bəqərə 2/256, 257, Nisa 4/51,60,76, Maidə 5/60, Zümər 39/17).

[51] Yunus 10/47.

[52] Əraf 7/30.

[53] Ali İmran 3/137, Ənam 6/11, Zuxruf 43/23-25.

[54] Əraf 7/186, Rad 13/27.

[55] Kəhf 18/6, Şuəra 26/3, Qəsas 28/56, Fatır 35/8.

[56] İsra 17/49-51, Ənbiya 21/104, Həcc 22/7, Möminun 23/15-16, Təğabün 64/7.

[57] Ənam 6/164, Nəhl 16/92, Tə-ha 20/15, Həcc 22/69, Zümər 39/3.

[58] Bəqərə 2/117, Yasin 36/82, Mömin 40/68. Bu ayəyə “ol!” dedi “anında oldu” deyə məal verirlər. Allah hər şeyi bir ölçüyə görə yaratmış (Qəmər 54/49), ona görə də, “ol!” əmri ilə o ölçüyə uyğun yaranmağa başlayır. Ana qarnında bir uşağın olmasını murad etdiyi zaman yaranmağa başladığı kimi.

[59] Hicrət lüğətdə, insanın bir şeydən bədəniylə, diliylə və ya qəlbiylə uzaqlaşmasıdır (Nisa 4/97-100, Ənfal 8/72-75, Məryəm 19/46, Furqan 25/30, Mümtəhinə 60/10, Müzzəmmil 73/10, Müddəssir 74/5).

[60] Bəqərə 2/218, Ali İmran 3/195, Nisa 4/100, Həcc 22/58-59.

[61] Nəhl 16/110, Ənkəbud 29/58-59.

[62] Bu və Yusuf 12/109, Ənbiya 21/7 ayələr açıq şəkildə peyğəmbərlərin kişilərdən ibarət olduğu bildirildiyi halda, qadınların da peyğəmbər olduqlarını iddia edənlər vardır. Vəhyin növlərini və nazil olma məqsədlərini bilməyənlər xüsusiylə belə bir fikrə sahibdirlər. Peyğəmbərlərə edilən vəhy ilə digər insanlara edilən vəhy arasındaki fərq budur ki; peyğəmbərlərə edilən vəhyin insanlara təbliğ edilməsi məcburiyyəti vardır. Hər kəsi əlaqədar edən xəbərlərdir. Onların xaricində Fironun anasına, Məryəm anamıza və hətta arıya belə edilən vəhylər ilham xarakterlidir və sadəcə onları əlaqələndirən məsələlərdir. Allah hər kəslə ilham yolu ilə danışır. “Allah seçdi” ifadəsi, təkcə peyğəmbərlər üçün işlədilmir. Bu ifadə ilə Məryəm anamızın da bir peyğəmbər olduğu nəticəsi çıxmaz. Ordu başçısı Talutla əlaqəli də bu ifadə işlədilir. Qurandan əvvəlki kitablarda qadının da peyğəmbər olduğuna işarət edilir. Ancaq bu mənbələrə insan əli qatıldığı üçün Quranın süjgəcindən keçirilib dəyərləndirilməlidir. Quranda isə buna hər hansı bir işarə yoxdur.

[63] Zikir, həm Quranın həm də Qurandan əvvəlki kitabların müştərək adıdır (Hicr 15/9, Ənbiya 21/7, 24). Zikir əhli də o kitablar üzərinə mütəxəssisləşmiş şəxslərdir.

[64] Zəburlar, deyə məal verdiyimiz əz-Zubur (الزُّبر), “Zəburun” cəmidir. Hikmət dolu kitablar mənasındadır (əz-Zəccac, Məanil Quran). Bu zəburlardan biri də Davud əleyhissəlama verilmişdir. Zəbur, Davud əleyhissəlama verilən kitabın özəl ismi olmadığı üçün əz-Zubur olaraq keçməməkdədir. Kəlmə, əz-Zubur şəklində ancaq Ənbiya 21/105-də keçər və Davud əleyhissəlam daxil bütün peyğəmbərlərə verilən kitabları ifadə edər.

[65] Təbyin, bir şeyi açıq-aşkar ortaya qoymaqdır. Bu ayəni peyğəmbər əleyhissəlamın Qurandaki mücməl/qapalı ayələri açıqladığına dəlil göstərirlər. Uca Allah, Quranın mubin/açıq-aydın olduğunu bildirir. Peyğəmbərə verilən vəzifə də açıqlama deyil, özünə veriləni artıq-əksik bir şey qatmadan ortaya qoymaq, çatdırmaqdır (Bəqərə 2/159-160, Ali İmran 3/187, Maidə 5/19, Nəhl 16/64).

[66] Nəhl 16/26, Fatır 35/10, 43, Mülk 67/16-17.

[67] Yusuf 12/107

[68] Əraf 7/97-99.

[69] Şərq tərəfi solumuza alsaq, Günə doğanda kölgələr sağa doğru yatar və arxasından sola yəni şərqə doğru meyl etməyə başlayır. Bu meyil, günəş batana qədər davam edər. Bu səbəblə sağ təkil, sol isə cəm olaraq ifadə edilmişdir.

[70] Rad 13/15, Furqan 25/45-46.

[71] Əraf 7/206, Nisa 4/172-173, Həcc 22/18, Rəhman 55/6.

[72] Ənbiya 21/26-29.

[73] Bəqərə 2/163, Maidə 5/73, Nəhl 16/22, İsra 17/22, Şuəra 26/213, Qəsas 28/88, Zariyat 51/51.

[74] Bəqərə 2/116, Yunus 10/68, İbrahim 14/2, Tə-ha 20/6, Həcc 22/64, Şura 42/4.

[75] Yusuf 12/40, Zümər 39/3.

[76] Bəqərə 2/29, İbrahim 14/34, Casiyə 45/13.

[77] Ənam 6/63, Yunus 10/12, 22, İsra 17/67, Loğman 31/32.

[78] Ənam 6/64, Yunus 10/23, Ənkəbud 29/65, Rum 30/33, Zümər 39/8.

[79] Ənkəbud 29/66, Rum 30/34.

[80] Əraf 7/194-195, Yunus 10/29, Nəhl 16/21-22.

[81] Ənam 6/136-138.

[82] Mələkləri Allahın qızı sayıb ilah qəbul etmişlər (Ənam 6/100-101, İsra 17/40, Saffat 37/149-150, 153, Zuxruf 43/15-16, 19, Tur 52/39, Nəcm 53/21-22, 27-28).

[83] Zuxruf 43/17-18.

[84] Ənam 6/137, Təkvir 81/8-9.

[85] Bəqərə 2/170-171, Ərraf 7/175-177, Hud 11/24, Cuma 62/5, Təhrim 66/10.

[86] Rum 30/27.

[87] İbrahim 14/42, Kəhf 18/58, Fatır 35/45.

[88] Bax: Ənam surəsi 2-ci ayənin dipnotu.

[89] Əraf 7/34, Yunus 10/49, Hicr 15/5, Möminun 23/43, Ənkəbud 29/53.

[90] Kehf 18/36, Fussilet 41/50.

[91] Əraf 7/51, Həcc 22/22, Səcdə 32/14, 20, Casiyə 45/34-35.

[92] Ənam 6/42-43, Hicr 15/10-11, Rum 30/47, Mömin 40/78.

[93] Nəhl 16/44.

[94] Əraf 7/52, Yunus 10/57, Nəhl 16/89, Nəml 27/76-77, Ənkəbud 29/51.

[95] Bəqərə 2/164, A’raf 7/57, Furkan 25/48-49, Rum 30/24, Fatır 35/9, Zuhruf 43/11, Casiye 45/5, Kaf 50/9-11.

[96] Fərs, həzm edilən qidaların bağırsaqlardan süzülüb qana qarışmış halına deyilir. Oradan qaraciyərə gəlir, həll olur və vücuddaki orqanlara yayılır. Hüceyrələr bu fərs ilə bəslənir. Fərs, doğan bir məməlinin məməsinə gəlincə, məməd onu qandan ayırır və xüsusi bir maye (prolaktin) ifraz edərək süd halına gətirir. Qan və fərs əslində pisdir. Ancaq Allah bu iki pis maddəni əvvəlcə ayırır, sonra bir maye ilə fərsin kimyəvi tərkibini dəyişdirir. Sonra möcüzə bir içki halına gətirir.

[97] Möminun 23/21, Yasin 36/73.

[98] Bəqərə 2/219, Maide 5/90-91.

[99] Vəhy, lüğətdə işarət dili, fısıldama, rumuz, yazı və ya ima ilə danışma mənalarına gəlir (Müfrədat). Arıya bildirilən əmrlər, Allahın göylərə və yerə bildirdiyi əmrlər (Fussilət 41/12, Zilzal 99/45), Musanın (a.s.) anasına ilham edilən əmr (Tə-ha 20/3839, Qəsas 28/79), İsanın (a.s.) həvarilərinə verilən əmr (Maidə 5/111), Zəkəriyyanın xalqı ilə işarət dili ilə danışması (Məryəm 19/11) və şeytanların fısıldaması (Ənam 6/112; 121) da Qurani Kərimdə vəhy olaraq adlandırılır.

[100] Bir arı kovasında bir ana arı, yüzlərlə erkək arı və minlərlə işçi arı olur. Ana arı və işçi arılar dişi arılardır. Ana arının yumurtlama, erkək arının da bu yümürtanı mayalandırma xaricində bir vəzifəsi yoxdur. Digər bütün işlər işçi arıya düşür. İşçi arıların vəzifəsi doğduğu andan başlayır. Çiçəklərdən nektarı toplayan və bal yapan arıların dişi arılar olduğu onlara verilən “ müənnəs” dişi cinsə xitab edən əmrdən də anlaşılır. Ana arının dişi olduğu elm dünyasında 1609-cu ildə, işçi bal arıların dişi olduqları isə 1670-ci ildə təsbir edilmişdir. Quranın nazil olduğu vaxt bu məlumatların olmamasına baxmayaraq Allah tərəfindən xəbər verilməsi, Quranın bir insan əsəri olmadığının dəlillərindən biridir.

[101] Şüəra 26/7-8.

[102] İnsanın ruhi və fiziki forması, ən olğun hala gələndən sonra (Əhqaf 46/15) zəifləməyə başlayır (Həcc 22/5, Mğminun 23/1216, Rum 30/54, Yasin 36/68, Mömin 40/67). Allahın bunu davamlı təkrarladığını görən insanların, yenidən dirildiləcəklərini də idrak etmələri lazımdır.

[103] Nisa 4/32, Ənam 6/165, İsra 17/21.

[104] Ayədə əsirlərin ailə içərisində rahat gəzə biləcəklərini hökmə bağlamışdır. Peyğəmbərimizin belə buyurduğu rəvayət edilmişdir: “Əllərinizin altındakı əsirlər ailənizin bir fərdidir. Onları hakimiyyətinizə verən Allahdır. Allah kimin hakimiyyətinə bir qardaşını vermişsə, yediyindən ona yedirsin, geydiyindən ona geyindirsin və ağır işlər yükləməsin, yükləyəcəksə də ona yardım etsin.” (Buxari, İman 22).

[105] Rum 30/21, Şura 42/11.

[106] Mömin 40/64

[107] Ənkəbud 29/67.

[108] Əraf 7/190-191, Yunus 10/18, Furqan 25/55, Fatır 35/3.

[109] Biz Allahı xəyalımızda canlandıra bilmərik. Bizim Allah ilə əlaqəli biliyimiz Onun bizə Quranda Özü barədə bildirdiyi qədərdir (Bəqərə 2/255). Bunun xaricində yorumlar və bənzətmələr etmək batıldır. Məsələn, xürafatçılar Allahı dövlət başçısına bənzədib, özlərini də yardımcıları olaraq görürlər. Bu bir şirkdir. Uca Allah, insanların hər cür bənzətmələrindən uzaqdır (Şura 42/11).

[110] Fatihə 1/2

[111] Rum 30/28, Zümər 39/29.

[112] Hud 11/24, Rad 13/16, Fatır 35/19-22, Mömin 40/58.

[113] Maidə 5/109, Ənam 6/59, Hud 11/123, Nəml 27/65, Cin 72/26-28.

[114] Qəmər 54/50.

[115] Səcdə 32/7-9, Möminun 23/78, Mülk 67/23-24.

[116] Mülk 67/19.

[117] Ənam 6/142, Nəhl 16/5-7, Mğmin 40/79-80.

[118] Rad 13/15, Nəhl 16/48, Furqan 25/45-46.

[119] Əraf 7/26, Ənbiya 21/80, Səbə 34/1011.

[120] Maide 5/67, Nur 24/54, Şûrâ 42/48.

[121] İbrahim 14/34, Mü’min 40/81.

[122] Nahl 16/89.

[123] Rum 30/57, Mömin 40/52, Casiyə 45/35, Təhrim 66/7, Mürsəlat 77/3536.

[124] Bəqərə 2/162, Ali İmran 3/88, Ənam 6/8, Ənbiya 21/40.

[125] Bəqərə 2/166-167, Məryəm 19/82, Ənkəbud29/25, Fatır 35/14, Əhqaf 46/4-6.

[126] Ənam 6/22-24, 94, Əraf 7/53, Yunus 10/28-30, Hud 11/21, Furqan 25/17-18, Qəsas 28/74-75, Fussilət 41/48.

[127] Ali İmran 3/56, Furqan 25/68-69, Fussilət 41/27, Nəbə 78/30.

[128] Nisa 4/41-42, Qəsas 28/75, Zümər 39/69

[129] Əraf 7/52, Yunus 10/57, Yusuf 12/111, Nəhl 16/64, İsra 17/82, Nəml 27/7677, Ənkəbud 29/51.

[130] Nisa 4/58, 135, Maidə 5/8, Ənam 6/152, Hucurat 49/9.

[131] Bəqərə 2/112, 195, Nisa 4/125, Nəhl 16/128, Loğman 31/22

[132] Nisa 4/36, İsra 17/26, Rum 30/38.

[133] Həyasızlıq deyə tərcümə etdiyimiz kəlmə fahişə kəlməsidir.

[134] Pislik deyə tərcümə etdiyimiz kəlmə münkər kəlməsidir. Allah tərəfindən həm möminlərin bunu etməsini qadağan edir həm də başqalarına belə şeylər etməsinə mane olması əmr edilir (Ali İmran 3/104, 110, 114, Tövbə 9/71, 112, Həcc 22/41, Loğman 31/17)

[135] Əraf 7/33, Yunus 10/23.

[136] Ənam 6/152, Rad 13/20, İsra 17/34.

[137] Bəqərə 2/225, Maidə 5/89.

[138] Nəhl 16/94

[139] Nəhl 16/39, Hac 22/69.

[140] Birinizi digərindən ayırmaz, hamınızı mömin edərdi (Hud 11/118, Şura 42/8). Ancaq Allah sistemini imtahan üçün qurmuş, doğru yola gəlib gəlməmə seçimini insana buraxmışdır (İnsan 76/3).

[141] Şaə ( شاء ) feili ilə əlaqəli bu surənin 2-ci ayəsinin dipnotuna baxın.

[142] Ali İmran 3/101, Rad 13/27, Qəsas 28/56, Şura 42/13.

[143] Əraf 7/6, Hicr 15/92, Ənbiya 21/23, Zuxruf 43/44, Təkasür 102/8.

[144] Nəhl 16/92.

[145] Ali İmran 3/77. Qalil ( قليل ) , bir şeyin az olduğu və ya qalıcı olmadığı mənasına gəlir (Məqayıs).

[146] Cumə 62/11.

[147] Nəhl 16/97, K\hf 18/46, Qəsas 28/60, Ənkəbud 29/7, Zümər 39/35, Şura 42/36.

[148] Nisa 4/124, Tövbə 9/121, Nəhl 16/96, Ənbiya 21/94, Nur 24/38, Mömin 40/40, Əhqaf 46/16.

[149] Şeytan, doğru yoldan uzaqlaşan və o yolda olanlara düşmənlik edən insan və cinləri ifadə edər (Ənam 6/112-113, Nas 114/1-6) Qovulmuş şeytanlar, gözümüzlə görə bilmədiyimiz cin şeytanlarıdır (Səffat 37/6-100.

[150] Əraf 7/200201, Möminun 23/97-98, Fussilət 41/36.

[151] İstəyir müsəlman istəyir kafir olsun, şeytan heç kimə fiziki təsir edəcək gücə sahib deyildir. O ancaq vəsvəsə verir və özünə tabe olanları təsiri altına alır. Bu da şeytanın üstünlüyündən deyil, ona tabe olanların öz seçimlərindən qaynaqlanır (Nisa 4/118-120, Hicr 15/42, İsra 17/65, Səbə 34/21)

[152] Ali İmran 3/175, İbrahim 14/22, Həcc 22/4, Mücadələ 58/19.

[153] Bir ayəni başqa bir ayə ilə dəyişdirmək, xeyirlisi ilə nəsx ola biləcəyi kimi misli ilə də nəsx ola bilər (Nisa 4/118-120, Hicr 15/42, İsra 17/65, Səbə 34/21)

[154] Bəqərə 2/97, Şuəra 26/192-195, Nəcm 53/4-10, Təkvir 81/19-21.

[155] Nəhl 16/89, Nəml 27/2, Əhqaf 46/12.

[156] Furqan 25/4-6.

[157] Ərəb olsun və ya olmasın, açıq və düzgün danışa bilməyən adama Əərəblər “əl-acəm  (الأعجم)” deyirlər (Müfrədat)

[158] Yusuf 12/2, Rad 13/37, Tə-ha 20/113, Şuəra 26/198-199, Zümər 39/28, Fussilət 41/3, 44, Şura 42/7, Zuxruf 43/3, Əhqaf 46/12.

[159] Ali İmran 3/86-90, Ənkəbud 29/23.

[160] Buradakı yalan, Nəhl 16/103-cü ayəsində bildirilən “Quranı Muhəmmədə bir bəşər öyrədir” yalanıdır. Müşriklərin bu cür iddiaları üçün bax: (Bəqərə 2/23, Yunus 10/38, Hud 11/13, İsra 17/88, Qəsas 28/49, Əhqaf 46/8, Tur 52/33-34.)

[161] Bəqərə 2/286.

[162] Ali İmran 3/90-91, 106, Şura 42/16, Muhamməd 47/32.

[163] İbrahim, 14/2-3, Yunus 10/7-8.

[164] Bu hal insanın tövbə edib özünü düzəldənə qədər davam edər (Nisa 4/1718, Furqan 25/6871). Tövbə etməyib özünü düzəltməzsə cəhənnəmə gedər (Ali İmran 3/8690).

[165] Əraf 7/101, Rum 30/58-59, Mömin 40/35, Muhamməd 47/16.

[166] Yunus 10/7-8

[167] Hud 11/22.

[168] Cihad (جهاد), düşmənin, şeytanın təsirinə qarşı gəlib, Allahın əmrinə uymaq üçün aparılan hər cür mübarizədir (Müfrədat). Allah yolunda savaş, cihadın çox mühüm bir parçasıdır.

[169] Bəqərə 2/218, Ali İmran 3/195, Nisa 4/100, Ənfal 8/72, 74, Tövbə 9/20, Nəhl 16/41, Həcc 22/58.

[170] Abəsə 80/37, İnfitar 82/19.

[171] Bəqərə 2/281, Ali İmran 3/25, Nisa 4/40, 124, Ənbiya 21/47, Yasin 36/54, Mömin 40/17, Əhqaf 46/19.

[172] İbrahim 14/28, Səbə 34/1517.

[173] Məkkə də bu ayələrdə bəhs edildiyi kimi güvən içində yaşanan bir şəhərdir (Qəsas 28/57-59, Ənkəbud 29/67, Qureyş 106/1-4).

[174] Hud 11/117, Rad 13/32, İsra 17/15, Möminun 23/44, Qəsas 28/59, Səbə 34/45, Mömin 40/5, 21-22.

[175] Təmiz mənası vediyimiz Tayyib (طيب) kəlməsinin kök mənası vücudun və hiss orqanlarının ləzzət aldığı təmiz şeydir (Müfrədat).

[176] Bəqərə 2/168, 172, Maidə 5/88, Ənam 6/142, Mülk 67/15.

[177] Bəqərə 2/173, Maidə 5/3, Ənam 6/145.

[178] Maidə 5/87, 103, Əraf 7/32, Yunus 10/59.

[179] Ali İmran 3/196-197, Yunus 10/69-70.

[180] Nisa 4/160-161, ƏNam 6/146-147, Əraf 7/163, Yunus 10/44.

[181] Ayədə keçən cəhalət kəlməsi “bilməmək, səhv düşünmək, hərəkət etmək” mənalarına gəlir (Müfrədat). Yusuf Əleyhissəlamın “Rəbbim!… Qadınların oyununu məndən uzaqlaşdırmasan onlara uyaram və cahillik edənlərdən olaram” (Yusuf 12/33) deməsi də, Musa əleyhissəlamın “       Cahillik edənlərdən biri olmaqdan Allaha sığınıram!” (Bəqərə 2/67) deməsi də özünü tuta bilməyərək səhv etmə mənasındakı cəhalətdir. Yoxsa, bilməməklə əlaqəsi yoxdu.

[182] Nisa 4/17, Ənam 6/54.

[183] İmran 3/67, 95, Ənam 6/79, 161, Nəhl 16/123.

[184] Bəqərə 2/124.

[185] Bəqərə 2/130, Ənkəbud 29/27.

[186] Ənam 6/161

[187] Bəqərə 2/135, Nisa 4/125, Nahl 16/120, Hac 22/78.

[188] Bəqərə  2/65, Nisa 4/47, 154, Əraf 7/163. “Səbt”, çalışmağı buraxmaq, hərəkət etməmək mənalarına gəlir. Tətbiq edilən günə istinadla “Şənbə qadağası” deyilmişdir. Tövratın on əmri içindədir (Misirdən Çıxış, 20/8-11). O günün müqəddəs toplanma günü olduğu da qeyd edilir (Levililər 23/3).

[189] Bu ixtilaf hansı gün olduğu ilə əlaqəlidir.

[190] Bəqərə 2/113, Yunus 10/93, Secde 32/25, Casiye 45/16-17.

[191] Qurandan çıxarılmış doğru hökmlərlə. Bax: Ali İmran 2/7-ci ayənin dipnotu.

[192] Yunus 10/57, Şura  42/15.

[193] Furqan 25/52, Ankəbud 29/46, Fussilət 41/34.

[194] Ənam 6/117, Nəcm 53/30, Qələm 68/7.

[195] Bəqərə 2/190, Ənam 6/160, Əraf 7/199, Həcc 22/60, Şura 42/40-43.

[196] Ənam 6/33-34, Yunus 10/65, 109, Hicr 15/97-99, Nəml 27/70, Yasin 36/76, Məaric 70/5, Müddəssir 74/7.

[197] Əraf 7/56, Hud 11/115, Ənkəbud 29/69