Heyzli qadının ibadəti
Müsəlmanlar > Aybaşı > Namaz > Oruc > Tədqiqatlar Tarix: 24 fevral 2010 Tövsiyə et Çap et

AYBAŞI GÖRƏN QADININ İBADƏTİ

(NAMAZ  VƏ ORUC)

Allah Təala belə buyurur:

وَيَسْأَلُونَكَ عَنِ الْمَحِيضِ قُلْ هُوَ أَذًى فَاعْتَزِلُوا النِّسَاءَ فِي الْمَحِيضِ وَلَا تَقْرَبُوهُنَّ حَتَّى يَطْهُرْنَ فَإِذَا تَطَهَّرْنَ فَأْتُوهُنَّ مِنْ حَيْثُ أَمَرَكُمُ اللَّهُ إِنَّ اللَّهَ يُحِبُّ التَّوَّابِينَ وَيُحِبُّ الْمُتَطَهِّرِينَ

“Səndən qadınların heyzini (aybaşı halını) soruşurlar. De ki, o, bir əziyyətdir. Onları heyzli ikən rahat buraxın; təmizlənənə qədər onlara yaxınlaşmayın. Təmizləndikdən sonra onlara Allahın əmr etdiyi yerdən yaxınlaşın. Allah tövbə edənləri də, tərtəmiz olanları da sevər”.1

Ayədəki “təmizlənənə qədər onlara yaxınlaşmayın” əmri aybaşı halında olan qadının təmiz hesab edilmədiyini bildirir. Namaz qılmaq üçün dəstəmaz və yaxud qüsl almaq lazım olduğunu bildirən ayə isə belə qurtarır:

“Allah sizi çətinliyə salmaq istəmir, lakin O, sizi arındırmaq (pak və təmiz etmək) istəyir”.2 Qadın aybaşı halında olduğu vaxt təmiz sayılmadığına görə onun namaz qılmağı mümkün deyil. Bu səbəbə görə də onu namaz qılmaqdan məsul hesab etmək olmaz. Çünki Allah Təala belə buyurur:

“Allah heç kimə onun gücünün çatdığından artıq yük yükləməz”.3

Ümm Həbibə bint Cəhş peyğəmbərə (s. a. v.) qan gördüyü barədə şikayət etdiyi vaxt o, belə demişdi:

“Aybaşının sənə mane olduğu müddət ərzində namaz qılma. Sonra yuyun və namazını qıl”.4

Aybaşı görən qadın namaz qılmaqdan məsul olmadığına görə namazını qəza etməkdən də məsul ola bilməz. Muazə deyir ki, bir gün Aişədən belə soruşdum:

“Heyzli qadın niyə oruc tutduğu halda, namaz qılmır?”

Aişə sualıma sualla cavab verdi: “Sən Həruriyyəsən?” Mən: “Xeyr, mən Həruriyyə5 deyiləm, amma sual soruşuram”, – deyəndə Aişə belə cavab verdi: “Bizim başımıza belə bir hadisə gələndə bizə orucumuzu qəza etməyimiz  əmr edilirdi amma namazı qəza etməyimiz əmr edilmirdi”.6

Bu məsələdə insanları yanıldan şey qəza (قضى) sözüdür. Bu söz Quran və Sünnədə ibadətlər barədə işlədilibsə, “əda”, yəni, ibadəti öz vaxtında yerinə yetirmək mənasını verir. ( فإذا قضيتم مناسككم) “Həcc ibadətini tamamladığınız vaxt”7 (فإذا قضيتم الصلاة) “namazı qıldığınız vaxt”8 deməkdir.9 Əl-Feyyumi (vəfat tarixi 770/1368-69)10 belə deyib:

Alimlər qəza ifadəsini vaxtının xaricində, əda sözünü isə öz vaxtında yerinə yetirilən ibadətlər haqqında işlədiblər. Bu, bu kəlmənin hərfi mənasına ziddir; lakin iki vaxtı bir-birindən ayırmaq üçün yaradılmış bir termindir.11 Aişə anamızın dövründə belə bir termin olmadığına görə onun işlətdiyi (قضى) sözünə əda etmək mənası vermək lazımdır.

İbn Teymiyyə qəza sözü ilə əlaqədar olaraq belə demişdir:

Qəza (القضاء) Allah və peyğəmbərin (s. a. v.) sözlərində ibadəti öz vaxtında tam yerinə yetirməyi bildirir. Aşağıdakı ayələr bunu göstərir:

فإذا قضيت الصلاة فانتشروا فى الأرض وابتغوا من فضل الله.

Namaz tamamlandığı zaman yer üzünə dağılışın ve Allahın lütfündən istəyin.12

فإذا قضيتم مناسككم

Həcc ibadətini tamamladığınız vaxt.
13

Bəzi fəqihlər daha sonra qəza sözünü vaxtının xaricində, əda sözünü isə öz vaxtında yerinə yetirilən ibadətə aid terminlər halına gətirdilər. Rəsulullahın (s. a. v.) sözündə belə bir şey əsla yoxdur. Onlar eyni zamanda belə deyirlər ki, qəza sözü bəzi vaxtlarda əda sözünün mənasında işlədilir. Onlar belə deməklə bu sözün Qurani-Kərimin endiyi dövrdəki mənasını çox az işlədilirmiş kimi göstərirlər. Elə bu səbəbə görə də peyğəmbərin (s. a. v.) aşağıdakı kəlamı ilə nəyin nəzərdə tutulduğu məsələsində mübahisə edirlər:

فما أدركتم فصلوا وما فاتكم فاقضوا وفى لفظ فأتموا : Çatdığınızı qılın, çata bilmədiyinizi qəza edin (bir rəvayətdə: tamamlayın.).

O, bu sözlərin heç biri ilə ibadətin vaxtından sonra yerinə yetirilməsini nəzərdə tutmayıb. Əslində Allah kəlamında ibadətin öz vaxtı xaricində yerinə yetirilməsi ilə əlaqədar heç bir şey yoxdur. Amma vaxt 2 növdür; biri ümumi, digəri üzrlü səbəbi olanlar üçün xüsusidir (onlara aiddir). Yatan insanın öz namazını oyandığı vaxt, yaddan çıxardanın da xatırladığı vaxt  qılması belədir. Bu, Allahın onlardan ötrü müəyyən etdiyi vaxt olub başqaları üçün ibadət vaxtı deyil.14

Yuxarıda da göstərildiyi kimi Aişə anamız bu barədə: “Orucu tutmağımız əmr edilirdi”, – demişdir. Buradan belə bir nəticə çıxır ki, heyz (aybaşı) qanı oruc tutmağa mane olmur; başqa sözlə, oruc tutmağın qarşısında maneə təşkil etmir. Bundan başqa, Bəqərə surəsinin 187-ci ayəsində bildirilir ki, orucu batil edən şeylər yemək-içmək və cinsi əlaqəyə girməkdir. Həmin ayədə bundan sonra belə deyilir:

(تِلْكَ حُدُودُ اللَّهِ فَلَا تَقْرَبُوهَا) “Bunlar Allahın qoyduğu sərhədlərdir; onlara yaxınlaşmayın”.  Aybaşı qanının orucu batil etdiyini demək sərhədləri aşmaq deməkdir.

Ərəb dilində oruca savm (صوم ) deyilir. Savm sözü imsak, yəni, özünü saxlamaq, öz-özünə mane olmaq mənalarını ifadə edir. Oruc tutan şəxs özünü yemək, içmək və cinsi əlaqəyə girməkdən saxlayır, bir növ öz-özünə mane olur ki, bunları etməsin.15 Aybaşı qanı isə qarşısı alına bilən bir şey deyil. Buna görə də onu orucu batil edən bir hal kimi qəbul etmək qeyri-mümkündür.

Yuxarıdakı ayədə qadınların aybaşı halı onlar üçün bir əziyyət hesab edilib. Əziyyət isə insana çətinlik törədən və onu narahat edən şeydir. Xəstəlik də əziyyətdir; ki, qadınlar aybaşı halını onsuz da xəstəlik kimi qəbul edirlər. Allah Təala xəstələrə və səfər üstə olanlara oruc tutmamaq barədə izin verdikdən sonra belə buyurub:

وَأَنْ تَصُومُوا خَيْرٌ لَكُمْ إِنْ كُنْتُمْ تَعْلَمُونَ “Oruc tutmağınız daha xeyirlidir, bunu bir bilsəydiniz”.16

Fəqihlər aybaşı halında olan qadının Ramazan ayında oruc tuta bilməyəcəyini deyir, başqa sözlə, bunu qadağan edir, sonra da tuta bilmədiyi orucları ona qəza etdirirlər (bu cür hökm çıxarırlar). Onlar qadının yerinə yetirə bilməyəcəyinə dair hökm verdikləri bir ibadəti ona qəza etdirmək istədikləri vaxt hansı dəlilə əsaslandıqlarını bildirmirlər. Halbuki Allah oruc ibadətini digər ibadətlərdən fərqli olaraq geniş bir şəkildə izah etmiş və belə demişdir:
تِلْكَ حُدُودُ اللَّهِ فَلَا تَقْرَبُوهَا كَذَلِكَ يُبَيِّنُ اللَّهُ آَيَاتِهِ لِلنَّاسِ لَعَلَّهُمْ يَتَّقُونَ.

Bunlar Allahın qoyduğu hədlərdir; o hədlərə yaxınlaşmayın! Allah ayələrini (hökmlərini) insanlara belə izah edir ki, bəlkə, onlar müttəqi olsunlar”.17

Allah Təala Qurani-Kərimdə orucun sərhədini müəyyən edib və aybaşı halını oruc tutmağa mane olan bir şey hesab etməyib.. Peyğəmbərimizin (s. a. v.) də aybaşı halının oruca maneə təşkil etdiyinə dair bir sözü yoxdur. Elə isə bütün bunlara baxmayaraq aybaşı halını oruc tutmağa mane olan bir faktor hesab etmək Allahın qoyduğu həddə nəinki yaxınlaşmaq, hətta o həddi aşmaqdır. Buna heç kimin haqqı yoxdur.18

Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

  1. Bəqərə, 2/222. []
  2. Maidə, 5/6. []
  3. Bəqərə, 2/286. []
  4. Müslim, Heyz, 65. []
  5. Həruriyyə Həruralı deməkdir. Hərura isə Siffin döyüşündə Həzrəti Əlinin dəstələrindən ayrılan xaricilərin toplaşdıqları yerdir. Ətraflı məlumat üçün baxın: Ethem Ruhi Fığlalı, “Hariciler”, Türkiye Diyanət Vakfı İslam Ansiklopedisi, XVI cild, s. 169-175. []
  6. Müslim, Heyz, 67. []
  7. Bəqərə, 2/200. []
  8. Nisa, 4/103. []
  9. Kitabul-eyn, Tacul-arus, Lisanul-arab, Əs-Sihah, Əl-Misbahul-munir (lüğət adlarıdır), قضي bəndi. []
  10. İslam Ensiklopediyası, ‘Feyyumi’ bəndi, İstanbul, 1995. []
  11. Əhməd ibn Məhəmməd Əl-Feyyumi, Əl-Misbahul-Munir, Livan, 2001, s. 519. []
  12. Cümə, 62/10. []
  13. Bəqərə, 2/200. []
  14. İbn Teymiyyə, Məcmuu Fətava  Teymiyyə, 1-ci nəşr, hicri 1382-ci il, XII cild, s. 106. []
  15. Rağıb Əl-İsfəhani, Müfrədat lüğəti, صوم bəndi. []
  16. Bəqərə, 2/184. []
  17. Bəqərə, 2/187. []
  18. MƏNBƏ: Abdulaziz Bayındır, Quran İşığında Doğru Bildiyimiz Yanlışlar, 2-ci nəşr, İstanbul, 2007, s. 196-199. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Təravih namazı 21.06.09 1.050 dəfə oxundu
2 Etikaf 23.06.09 1.195 dəfə oxundu
3 Qədr gecəsi 26.06.09 1.634 dəfə oxundu
4 Aypara məsələsi 22.06.09 1.204 dəfə oxundu
5 Ramazan və dualarımız 25.06.09 1.212 dəfə oxundu
6 Ramazan və Quran 27.06.09 1.094 dəfə oxundu
7 Ramazan: imkanların ayı 24.06.09 918 dəfə oxundu
8 Oruc: ümumi məlumat 28.06.09 1.584 dəfə oxundu
9 Heyzli qadının orucuna dair şübhələr 14.05.09 913 dəfə oxundu
10 İftida: qadının boşanmaq hüququ 14.05.09 690 dəfə oxundu
11 Qadınların şahidliyi 14.05.09 702 dəfə oxundu
12 Hicab və örtünmək (təsəttür) 14.05.09 740 dəfə oxundu
13 Hicabı qadağan edənlər 14.05.09 802 dəfə oxundu
14 Nişanlıların kəbini 14.05.09 1.839 dəfə oxundu
15 Münafiqlərin korluğu 10.04.10 469 dəfə oxundu
16 Nikaha nəzarət 14.05.09 1.451 dəfə oxundu
17 Müsəlman olmayanlarla münasibətlər 01.07.09 771 dəfə oxundu
18 Həccdə ticarət və ictimai fəaliyyət 01.07.09 580 dəfə oxundu
19 İnsan peyğəmbər 06.07.09 731 dəfə oxundu
20 Təsbeh 06.07.09 879 dəfə oxundu
21 Peyğəmbər məscidində 40 vaxt namaz 03.04.11 643 dəfə oxundu
22 Ailənin adından bir qurban 26.02.10 344 dəfə oxundu
23 Donuz dərisi 02.11.09 663 dəfə oxundu
24 Heyzli qadının ibadəti 24.02.10 1.732 dəfə oxundu
25 Peyğəmbərin Həcc və Ömrə ziyarətləri 06.11.09 620 dəfə oxundu
26 Quran və müsəlmanlar 29.01.10 1.872 dəfə oxundu
27 Dəlillərlə Cümə namazı 12.02.10 338 dəfə oxundu
28 İnsan cəsədi və avtopsiya 05.02.10 773 dəfə oxundu
29 Qadınlar və Cümə namazı 26.03.10 1.069 dəfə oxundu
30 Valideyndən xəbərsiz kəbin 29.06.09 594 dəfə oxundu
31 Ölüdən kömək gözləmək 28.03.10 664 dəfə oxundu
32 Faiz 29.03.10 708 dəfə oxundu
33 Namazları cəm etmək 08.04.10 1.166 dəfə oxundu
34 Vərdişlər 10.04.10 537 dəfə oxundu
35 Allah, insan və xələf-sələf 12.04.10 510 dəfə oxundu
36 Nəsx və daşqalaq cəzası 27.05.10 666 dəfə oxundu
37 Qəndil 30.06.09 2.072 dəfə oxundu
38 Talaq: kişinin boşamaq hüququ 18.07.10 658 dəfə oxundu
39 Oruc və orucun başlanğıcı 27.08.10 763 dəfə oxundu
40 Ramazan bayramı (2010) 08.09.10 599 dəfə oxundu
41 Ramazan bayramının vaxtı 08.09.10 608 dəfə oxundu
42 Zikrin fəzilət və faydaları 26.11.10 718 dəfə oxundu
43 Dua 25.11.10 798 dəfə oxundu
44 Donuz əti və ziyanları 08.12.10 922 dəfə oxundu
45 Fitr sədəqəsi 20.06.09 1.032 dəfə oxundu
46 Qadının döyülməsi 07.06.10 1.041 dəfə oxundu
47 Şəfaət 08.04.10 530 dəfə oxundu
48 Qütblərdə namaz vaxtları: elmi sübut 31.01.11 1.143 dəfə oxundu
49 İslamda falçılığa münasibət 27.11.10 896 dəfə oxundu
50 Şəfaət inancı 08.02.11 563 dəfə oxundu
51 Kəramət nə deməkdir? 15.02.11 448 dəfə oxundu
52 Quranda adam öldürməyin cəzası: QİSAS 30.03.11 781 dəfə oxundu
53 Müsəlmanların qeyri-müsəlmanlarla münasibətləri 08.04.11 605 dəfə oxundu
54 Şirk və küfr 14.07.11 492 dəfə oxundu
55 Quranda əşyaların dili 04.07.11 1.463 dəfə oxundu
56 Seyyidlər kimlərdir? 16.10.11 581 dəfə oxundu
57 Kişinin seksuallığı 09.01.12 378 dəfə oxundu
58 Surroqat analıq 03.02.12 186 dəfə oxundu