Əda əhliyyəti hansı hallarda aradan qalxır?
Müsəlmanlar > Fiqh üsulu > Fitvalar Tarix: 31 avqust 2009 Tövsiyə et Çap et
Sual: Əda əhliyyətini (hüquq və həyat qabiliyyəti) aradan qaldıran faktorlar hansılardır? Ağır xroniki psixi və ruh xəstəsi olan bir şəxsin əda əhliyyətindən danışmaq mümkündür?

Cavab: Əhliyyət sözünün mənası əlverişli olmaq, uyğun olmaq deməkdir. Əhliyyət fiqh (İslam hüququ) terminologiyasında iki yerə bölünür:

1. Vücub əhliyyəti: Bu, haqq və hüquqlara malik ola bilmək və borclar (öhdəliklər) altına daxil ola bilmək deməkdir. Əhliyyətin bu növünün əsasını diri olmaq, həyatda olmaq xüsusiyyəti təşkil edir. Buna görə də hər insan həyatının başlanğıcından sonuna qədər vücub əhliyyətinə malikdir. Yaş və əqli hallara baxılmadan belə qəbul olunur ki, vücub əhliyyəti hər insan üçün zəruri olaraq vardır.

2. Əda əhliyyəti: Şəxsin hüquqi baxımdan mötəbər (qüvvədə) sayılan formada hərəkətlər həyata keçirməsi deməkdir. Əhliyyətin bu növünün əsasını isə vücub əhliyyətində olduğu kimi həyatda olmaq xüsusiyyəti deyil, təmyiz gücünün mövcud olması təşkil edir. Belə olan halda, ana bətnindəki uşaq haqqında və təmyiz dövrünə (bu 7 yaşdır) çatmamış kiçiklər üçün əda əhliyyətindən danışmaq mümkün deyil.

Əhliyyəti azaldan (daraldan) və ya aradan qaldıran hallar bunlardır:

Cünun (əqli xəstəlik, dəlilik): Bu, insanın ağlını və hüquq qabiliyyətini yox edən haldır. Bu halın vücub əhliyyətinə heç bir təsiri yoxdur. Lakin əda əhliyyətini aradan qaldırır. Bu şəxslərə ibadət etmək vacib deyil. Bunların heç bir hüquqi fəaliyyəti qüvvədə olmur və etibarlılıq kəsb etmir.

Bunun xaricində əhliyyəti daraldan və yaxud aradan qaldıran hallar ətəh (ağıl zəifliyi, əqli qüsur), səfeh (xərcləmələrdə tədbirsiz davranmaq), sükr (sərxoşluq) və ikrahdır (bir şəxsə hədə-qorxu gəlməklə hüquqi baxımdan yerinə yetirməklə məsul olmadığı bir işi görməyə məcbur etmək).1

Ağır xroniki psixi və ruhi xəstə olan şəxslər əgər bu hallarını növbəli bir tutma formasında keçirirlərsə, həmin tutma vaxtı əda əhliyyətindən məhrum olurlar. Başqa vaxtlarda isə digər insanlar kimi tam əhliyyətə malikdirlər. Lakin həmişə bu haldadırlarsa, əda əhliyyətindən məhrum hesab olunurlar.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

  1. Zəkiyuddin Şaban, İslam hüquq elminin əsasları, Üsulu-fiqh, tərcümə edən İbrahim Kafi Dönməz, Türkiyə Diyanet Vakfı Yayınları, Ankara, 1996, s. 295-306. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Haram nədir və hansı növləri var? 31.08.09 622 dəfə oxundu
2 Fərz nədir və hansı növləri var? 31.08.09 502 dəfə oxundu
3 Əda əhliyyəti hansı hallarda aradan qalxır? 31.08.09 410 dəfə oxundu
4 Allahın bizdən tələb etdiyi və etmədiyi əməllər 31.08.09 523 dəfə oxundu
5 İctihad və müctehid nə deməkdir? 29.06.09 507 dəfə oxundu
6 İslam hüququnda fasiqlər barədə nə deyilir? 12.03.10 354 dəfə oxundu
7 Vacib, məkruh və müstəhəb məfhumları necə yaranıb? 12.04.10 400 dəfə oxundu
8 9 yaşlı bir qız uşağı aybaşı görsə, dini cəhətdən cavabdeh hesab olunur? 16.06.10 598 dəfə oxundu
9 Ağıl nədir? İnsan nə qədər ağıllı olmalıdır? 27.12.10 510 dəfə oxundu
10 Peyğəmbərin bütün hərəkətləri bizim üçün sünnədir? 01.02.11 294 dəfə oxundu
11 Peyğəmbərin dövlət başçısı kimi verdiyi qərarlar da müsəlmanlar üçün qüvvədədir? 07.03.11 254 dəfə oxundu
12 Məntiq elmi Quranı yaxşı başa düşməyə kömək edə bilər? 06.04.11 274 dəfə oxundu
13 Harama aparan yollar da haramdır? 05.05.11 195 dəfə oxundu
14 Quranın başa düşülməsində ictihadın əhəmiyyəti 13.05.11 216 dəfə oxundu
15 Quranda qadağan edilən şeylərin illəti nəyə əsasən müəyyənləşdirilir? 01.06.11 204 dəfə oxundu
16 Şizofren və paranoyak xəstələr öz hərəkətlərinə görə cavabdehlik daşıyırlar? 07.12.11 209 dəfə oxundu
17 Peyğəmbərin Quranı şərh etmək kimi bir missiyası olub, yoxsa yox? 06.01.12 85 dəfə oxundu