Cavab: Allah Təala belə buyurub:
“Ey insanlar! Sizi tək bir nəfsdən yaradan və eyni nəfsdən yoldaşını yaradan və bu ikisindən bir çox kişi və qadın meydana gətirən Rəbbinizə qarşı hörmətsizlik etməkdən çəkinin…” (Nisa, 4/1).
İnsan nəsli ilk yaradılan Adəm və ondan sonra ona yoldaş kimi yaradılan Həvva anamızın sayəsində meydana gəlib. Mənbələrdə qeyd edilir ki, Adəmlə Həvvanın uşaqları biri oğlan, digəri qız uşağı olmaqla əkiz doğulublar. İnsan nəslinin çoxalması üçün ilk dövrlərdə əkiz olaraq dünyaya gələn qardaş-bacılar digər əkiz bacı-qardaşlarıyla çarpaz formada evlənirdilər. İnsan nəsli eyni bətndə doğulan qardaç-bacıların bir-biri ilə evlənməsilə deyil, özlərindən əvvəl, yaxud da sonra dünyaya gələn digər bacı-qardaşlarıyla evlənməsi yoluyla çoxalmaya başlayıb.
Məntiqi baxımdan bunun çox uzun bir müddət ərzində davam etmədiyini demək mümkündür. Çünki qısa bir vaxtdan sonra nəsil artmış, əmi, bibi, dayı və xala uşaqları dünyaya gəlmişdir ki, qardaş-bacıların bir-birilə evlənməsi də artıq qısa bir müddətdən sonra qadağan edilmişdir.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.
Etiketlər: Adəm, Adəmin uşaqları, Allah Təala, bacı-qardaş, ekiz, Həvva, insan nəsli, məntiqi, nisa, qardaş-bacı, yaradılış, yaratmaq
| Sıra     | Sərlövhə | Tarix    | Oxunma     |
|---|---|---|---|
| 1 | İnsanlar Adəmin övladlarının bir-biri ilə evlənməsi nəticəsində çoxaldı? | 07.08.09 | 493 dəfə oxundu |
| 2 | Şeytan Adəmlə Həvvanı aldatmaq üçün Cənnətə necə daxil oldu? | 12.05.11 | 312 dəfə oxundu |
| 3 | Yaradılışla əlaqədar ayələrdəki 6 gün məfhumu nəyi bildirir? | 07.07.11 | 163 dəfə oxundu |
| 4 | İnsan nə isə yarada bilər? | 28.12.09 | 654 dəfə oxundu |