Müsəlmanlar

Həcc təkcə zənginlərə fərz qılınıb?

Sual: Ənənədə Həccə getmək təkcə zənginlərə fərz olan bir ibadət kimi görülür. Bu doğrudurmu? Quranda Həccə getməyin şərtləri nələrdir?

Cavab: Əli-İmran surəsinin 97-ci ayəsində belə buyrulmaqdadır: “…(Kəbəni) ziyarət/həccə getmək, yoluna gücü çatan insanlar üzərinə Allah qarşısındakı borcudur. Kim (bunu) inkar edərsə, (bilsin ki,) Allahın aləmlərə ehtiyacı yoxdur.”

Ayədən görüldüyü kimi həccə getmək, zəngin olanların deyil, yoluna gücü yetənlərin borcudur. Kimin bu yola gücü çatırsa, istəyir kasıb olsun piyada ya da miniklə gedə bilər. Güc yetirmək, təkcə zənginliklə, var-dövlətlə olmur. Çünki, zəngin olduğu halda həccə gedə bilməyən çox insanlar olmuşdur və hal-hazırda da belələri vardır. Məsələn, keçmişdə Osmanlı padişahları belə həccə gedə bilmədilər. Onların gedə bilməməsi kasıblık səbəbi deyil, taxtlarının əldən getmə təhlükəsi idi.

Bu səbəblə, həccə getmək istəyən adam daha böyük itki ilə qarşılaşacaqsa, onun həccə getməsi fərz deyildir.

Bir də həccə getməklə, hər cür günahlarının əfv olunacağına, oranın sanki özlərinin kir qutusu olduğuna inananlar vardır. Allahın kitabında belə bir şey yoxdur. Günahından arınmaq istəyən bir kəs, səmimi tövbə edərsə, istəyir həccə getsin istəyir getməsin, Allah onun tövbəsini qəbul edər. Lakin bu səmimiyyət olmadıqdan sonra Kəbənin içində belə olsa, o insan üçün dəyişən heç bir şey olmayacaqdır.

Oxşar sual-cavab üçün aşağıdaki linki tuşlayın:

http://www.muselmanlar.com/fitvalar/6552.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.