Rəsulullah:“Əshabım goydəki ulduzlar kimidir”- demişmi?
Müsəlmanlar > Fitvalar > Hikmət-Sünnə Tarix: 20 Ağustos 2018 Tövsiyə et Çap et
Sual: Hədislərin birində Rəsulullahın, “Əshabım goydəki ulduzlar kimidir, hansına uysanız doğru yolu taparsız” dediyi rəvayət edilir. Bu doğrudurmu?

Cavab: İlk əvvəl bunu qeyd edək ki, Qurana tam tərs olan belə bir sözü rəsululahın dediyini iddia etmək, ona iftiradır.

Əgər belə bir sözü dediyini fərz etsək belə, o zaman bu sözün müxatabı/həmsöhbəti kim olmuş olur? Yəhudilərə, Xristianlara ya da münafiqlərə deməyin bir mənası olmadığı üçün qarşısındakılar əshabdan başqası olmaması lazımdır. O zaman rəsulullah öz səhabəsinə “əshabım göydəki ulduzlar kimidir” demiş olmurmu?

Belə bir rəvayətin iftira olduğu mətnin özündən də məlum olur.

Bir də ki, Allah, insanları bir birinin yoluna deyil, Öz yoluna və Kitabına uymağı əmr edir. Peyğəmbərin də bu yola uyması əmr edilir:

“Odur ki, sən özünə vəhy olunan (Qurana) sarıl! Əslində, sən düz yoldasan. Şüphəsiz bu (Quran) sənin üçün və sənin xalqın üçün bir şərəfdir. Siz sorğu-suala tutulacaqsınız.” (Zuxruf, 43/43-44).

Nəticə etibarilə, Tarix boyu göndərilən elçilərin də vəzifəsi, insanları bir-birinə qulluqdan, uydurduqları dindən və yoldan xilas edib, Allahın yoluna çağırmaq olmuşdur. Bu yola çağıran elçidən belə bir söz rəvayət etmək, ona iftiradan başqa bir şey deyildir.

Oxşar məlumat üçün aşağıdakı linkə tuşlayın:

http://www.muselmanlar.com/fitvalar/7163.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Rəsulullaha kitabla bərabər verilən hikmət nədir? 23.10.17 149 dəfə oxundu
2 Bir məsələ Quranda keçirsə, əlavə olaraq hədisə baxılarmı? 02.01.18 94 dəfə oxundu
3 Quran ancaq qrup/şura çalışmaları sayəsindəmi başa düşülür? 19.03.18 75 dəfə oxundu
4 Səhih sünnə nədir? Sünnə dinin ikinci mənbəyidirmi? 11.05.18 240 dəfə oxundu
5 Hədislərin hikmət olduğunun dəlili nədir? 16.07.18 103 dəfə oxundu
6 Rəsulullah:“Əshabım goydəki ulduzlar kimidir”- demişmi? 20.08.18 108 dəfə oxundu