Müsəlmanlar

Qurana əsasən cinlər əcnəbi insanlardırmı?

Sual: Əhqaf surəsinin 29-cu ayəsində keçən və vəhyə qulaq asıb “Musadan sonra nazil olmuş bir kitab dinlədik” deyən cinlər, əcnəbi yəhudi insan cəmiyyətləri ola bilərmi?

Cavab: Cinlərə “Nəbi gəldi” deyə bir ifadə yox, “Rəsul gəldi” deyə var. Bir dəfə cin kəliməsi burada “əl” bilinən bir şəkilçi ilə gəldiyi üçün əsl cindən başqa mənaya gəlməsinin milyonda bir ehtimalı yoxdur. Belə bir ehtimal əslində sıfra bərabərdir.

Quran ərəb dilində nazil oldu. Ərəblər cin deyə bir varlığa inanır və Quran da onların inandıqları və hətta sitayiş etdikləri bu varlığı “cin” deyə, olduğu kimi tələffüz etmişdir.

Cin kəliməsinin “əl” işarəsi olmazsa, əlbəttə başqa mənaya gəlməsi mümkündür. Məsələn, “Örtmə”[1], “Bilinməyən bir şey”, “Baxça” mənalarına gələ bilər.

Cin surəsinin 8-10-cu ayəsində belə buyrulmaqdadır: “Biz səmaya qalxdıqda onun sərt gözətçilər və yandırıb-yaxan alovlarla dolu olduğunun şahidi olduq. Biz (əvvəllər) (gizlicə )qulaq asmaq üçün göyün bəzi sahələrində oturardıq. Amma kim bunu indi etmək istəsə, o, pusquda gözləyən yandırıcı alova rast gələr. (Cinn, 72/8-9).

Bu ayədə, göyə/kosmosa qalxan və oradakı gizli məlumatları əldə etməyə çalışan varlıqlardan bəhs edilməkdədir. Eyni zamanda növbəti ayədə, “Biz bilmirik, (bununla) yerdəkilərə pislik etmək qəsd edilmişdir, yoxsa Rəbbi onları doğru yola yönəltmək istəmişdir?” (Cinn, 72/10) bu itiraflarıyla da onların yerdə yaşamadıqları məlum olmaqdadır.

Qısacası, bu ayələrdən də başa düşüldüyü kimi, o dövrdə yaşayan əcnəbi insanların bu qabiliyyətlərə malik olması mümkün deyildir.

Bənzər məlumat üçün aşağıdakı linki tuşlayın:

http://www.muselmanlar.com/fitvalar/6956.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

[1] Ənam, 6/76