“İnsan sevdiyi ilə bərabərdir” hədisini necə başa düşməliyik?
Müsəlmanlar > Din-əxlaq-ədəb > Fitvalar Tarix: 20 Ekim 2017 Tövsiyə et Çap et
Sual: Kimi dindirirsən deyir, mən Allahı sevirəm, peyğəmbərini və imamlarını da, hamısına qurban olum! Mənə maraqlı gələn budur ki, axı bu Allahı, peyğəmbəri və imamları sevənlər, nə Allahın əmrinə uymur nə də peyğəmbərin və imamların yolundan getmirlər. Belə bir hədis də var ki; “İnsan sevdiyi ilə bərabərdir.” İndi bu hədisə görə belə çıxır ki, bunlar o sevdikləriylə bərabər olacaqlar?

Cavab: Müxtəlif versionlarda nəql olunan bu hədislərin birində: “İnsan sevdiyi ilə bərabərdir. Xeyir və şər, qazandığı hər şey insanın özünündür.”[1] deyilir. Bu son ifadə məsələni izah edir. Yəni, insan nəyi sevirsə, onu edər və bu elədikləriylə ya dəyər qazanır ya da dəyərsizləşir.

Əlbəttə, Allah hər insanı sevdiyinə layiq qılacaqdır. Sevgi həyatımızın mənası və məqsədidir.

Müsəlman, Allahı və yaratdığı gözəllikləri sevən, sevdiyinə də əməl edən insandır. Digər bir hədisdə imanın belə bu sevgidən qaynaqlandığı bildirilməkdədir:

“Allaha and olsun ki; siz, iman etmədikcə cənnətə girə bilməzsiz, bir birinizi sevmədikcə də həqiqi iman etmiş olmazsız.” (Buxari, “Ədəb”, 96; Müslim, “Birr”, 165).

Lakin, hər bir şeydə aldanma olduğu kimi sevgidə də insanların çoxu aldanır. Haqqı və layiq olanı sevməklə, haqqlı olmaq və bir şeyə layiq olmaq fərqli şeylərdir.

Həsən Bəsri, bu hədisdən doğru nəticə çıxarmayan və belə şeylərlə özlərini təsəlli edən insanlara yönəlik bu ibrətamiz sözləri dilə gətirir: “Ey Adəmoğlu! İnsan sevdiyi ilə bərabərdir hədisi səni aldatmasın! Şüphəsiz ki, sən yaxşıların əməlini etmədikcə əsla onlarla bərabər ola bilməzsən. Yəhudi və Xristianlar da peyğəmbərlərini (ilahlaşdıracaq qədər) sevirdilər, amma onlarla bərabər olmayacaqlar.”

Biz hər şeylə imtahan edildiyimiz kimi sevgi və nifrətlə də imtahan edilməkdəyik. Bunların da öz ölçüləri və qaydaları vardır.

Sevgidə aldananları Quranın işığında belə sıralaya bilərik:

  • Allahla aldananlar: Ey insanlar! Rəbbinizdən qorxun. Valideynin övlada, övladın da valideynə heç bir fayda verə bilməyəcəyi gündən çəkinin. Həqiqətən, Allahın vədi bir həqiqətdir. Qoy bu dünya sizi çaşdırmasın, hiyləgər (şeytan) da sizi Allaha (iman) ilə qandırmasın.” (Loğman, 31/33).
  • Allahın yaxınları/sevimliləri olduğunu sananlar: “Yəhudilər və xaçpərəstlər: ‘Biz Allahın oğulları və Onun sevimliləriyik”– dedilər. (Maidə, 5/18). Müsəlmanlar da təkcə müsəlman olmaqlarıyla deyil, hər hansı bir təriqətə mənsub olmaqlarıyla ya da əhli Sünnə, əhli Beytə yaxın olmaqlarıyla seviləcəklərini düşünməkdədir.
  • Haq yolda olduqlarını sananlar: Onlar dedilər: ‘Yəhudi və ya xaçpərəst olun ki, Haq yola yönələsiniz!’ De: ‘Əksinə, (biz) hənif İbrahimin dinindəyik. O, müşriklərdən deyildi”. (Bəqərə, 2/135). Eynilə müsəlmanlar da yəhudi və xristianlardan daha irəli gedərək, təkcə müsəlman olmaqlarıyla deyil, ya əhli sünnə ya əhli şiə ya da hər hansı bir təriqət üzvü olmaqlarıyla haq yolda olduqlarını iddia etməkdədir. Halbuki Allah, onların bütün bu iddialarını boşa çıxararaq, belə buyurmaqdadır: “Dinlərini parçalayıb firqə-firqə olanlarla sənin heç bir əlaqən yoxdur. Onların işi Allaha aiddir. Sonra onlara etdikləri əməllər barədə xəbər verəcəkdir.” (Ənam, 6/159)

Bir insanın sevdiyi ilə bərabər olması həmin insanın sevilməsini də gərəktirir. Məsələn, Allahı sevirəm, elçisini və imamlarını sevirəm deyən birinin, Allahı, elçisini və imamların yolunu da izləməsi lazımdır. Əksi təqdirdə, belə bir sevgi quru sözdən və yalandan ibarətdir. Allah Quranda həqiqi sevgini daşıyanları və nicat tapanları belə vəsf etməkdədir:

“De ki, ‘Əgər atalarınız, oğullarınız, qardaşlarınız, zövcələriniz, yaxın qohumlarınız, qazandığınız mallar, iflasa uğramasından qorxduğunuz alış-verişiniz və bəyəndiyiniz məskənlər sizə Allahdan, Onun Elçisindən və Onun yolunda cihaddan daha əzizdirsə, Allah Öz əmri ilə gəlincəyə qədər gözləyin. Allah günahkarları doğru yola yönəltməz”. (Tövbə, 9/24)

“Sevdiyiniz şeylərdən (Allah yolunda) xərcləməyincə xeyrə nail olmayacaqsınız. Sizin nə xərclədiyinizi, şübhəsiz ki, Allah bilir.” (Əli- İmran 3/92)

Bir başqa surədə:

-“Möminlər, həqiqətən də nicat tapmışlar!

-O kəslər ki, namazlarında mütidirlər,

-O kəslərdir ki, sözbazlıqdan qaçırlar,

-O kəslərdir ki, zəkat üçün çalışırlar,

-O kəslərdir ki, öz cinsi orqanlarını (həmişə) qoruyurlar,

-Zövcələri və sahib olduqları cariyə (əsir arvadları) istisnadır. Onlar qınanmazlar.

-Bunlardan başqalarına açanlar həddi aşanlardır.

-O (mömin) kəslər ki, əmanətlərini və vədlərini qoruyurlar.

-O kəslər ki, namazlarını öz vaxtlarında qılırlar.

-Məhz onlardır varis olanlarınız.

-Firdovs cənnətinə varis olanlar orada əbədi qalacaqlar.” (Möminun, 1-11.)

Bənzər sual-cavab üçün aşağıdakı linki tuşlayın:

http://www.muselmanlar.com/fitvalar/6420.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

[1] Müslim, “Birr, 50. Bu hədisin son qismi Quranın bu ayəsinə də müvafiqdir: “İnsana ancaq öz zəhməti (səyi, çalışması, əməli) qalar! (Nəcm, 53/39).

Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Ər-arvad küçədə qol-qola gəzə bilər? 13.06.11 4.378 dəfə oxundu
2 Sünni və Şiə bir-birinin məscidinə gedə bilər? 28.03.15 2.013 dəfə oxundu
3 Təcəssüs 08.03.12 1.408 dəfə oxundu
4 Mənə qarşı pis davranan valideynlərimə münasibətim necə olmalıdır? 20.05.15 1.713 dəfə oxundu
5 Hüsni-zənn və sui-zənn 05.04.12 1.722 dəfə oxundu
6 Uşaqların təlim-tərbiyəsində necə bir yol izləməliyik? 30.05.15 1.110 dəfə oxundu
7 Söyüş söymək 11.04.12 3.885 dəfə oxundu
8 Müasir dövrümüzdə Nizamiyyə mədrəsəsinə bənzər bir müəssisə qurulmalıdırmı? 14.11.16 416 dəfə oxundu
9 İslam hamıya öz əqidəsinə əsasən yaşamaq azadlıqı tanıyır? 28.05.12 1.346 dəfə oxundu
10 Şiədə Təqiyyə/Kimliyini gizlətmək. 07.12.16 1.663 dəfə oxundu
11 İş vaxtı kənar işlərlə məşğul olmaq 17.07.14 1.431 dəfə oxundu
12 Son vaxtlarda tez-tez işlənən islamist sözünə necə baxırsınız? 10.01.13 1.313 dəfə oxundu
13 Sevgililər günü və buna bənzər günləri qeyd etmək olarmı? 17.03.17 399 dəfə oxundu
14 Quran, təhrif edilmiş Tövratı və İncili təsdiq edirmi? 26.02.16 642 dəfə oxundu
15 Dində məcburiyyət yoxdursa, “əmri bil məruf” və “nəhyi ənil münkər” nədir? 29.01.13 710 dəfə oxundu
16 İslam hüququnda kamera və səs qeydləri dəlil sayıla bilərmi? 21.04.17 249 dəfə oxundu
17 Müəllimin keçdiyi dərsi diktafon və ya kamerayla qeyd etmək olar? 11.06.14 1.344 dəfə oxundu
18 Sınıq stəkandan su içmək günahdır? 27.03.13 2.372 dəfə oxundu
19 Atanın qılmadığı namazları oğlu qəza edə bilərmi? 10.05.17 822 dəfə oxundu
20 Müavinət almaq üçün kağız üzərində boşanmaq olar? 30.12.10 1.906 dəfə oxundu
21 İsraf nədir? Qəşəng bir maşına minmək israf hesab olunur? 27.04.13 1.597 dəfə oxundu
22 Bir müsəlman, dinini yaşamaq üçün hər hansı məzhəbə bağlanmalıdırmı? 22.09.17 97 dəfə oxundu
23 Dindən dönüb mürtəd olan bir adamın nikahı pozulurmu? 30.12.15 1.239 dəfə oxundu
24 Maaş çox ola-ola minimum əmək haqqı kimi göstərmək 06.07.14 1.557 dəfə oxundu
25 Din adına aldananlar 28.09.17 66 dəfə oxundu
26 Cinsi əlaqə vaxtı otaq zil qaranlıq olmalıdır? 18.07.14 11.735 dəfə oxundu
27 İmtahanda kimdənsə köçürmək olar? 18.08.13 1.701 dəfə oxundu
28 “İnsan sevdiyi ilə bərabərdir” hədisini necə başa düşməliyik? 20.10.17 295 dəfə oxundu
29 Ehtiyacı olmadığı halda müavinət üçün müraciət etmək 08.07.14 1.455 dəfə oxundu
30 Namazdan sonra təsbeh çəkmənin hökmü nədir? 21.02.15 1.506 dəfə oxundu
31 Nədamət 28.02.12 1.364 dəfə oxundu
32 Vergi miqdarı çox olduğu təqdirdə nə etməliyik? 23.02.15 240 dəfə oxundu
33 Pıçıldaşmaq və xısın-xısın danışmaq 06.03.12 1.544 dəfə oxundu
34 Səcdə nəyin üzərinə ediləcək? 02.03.15 1.588 dəfə oxundu
35 Əxlaqımı püxtələşdirmək istəyirəm. Məsləhətiniz nədir? 13.07.10 2.711 dəfə oxundu
36 Bir müsəlman doğru bildiyi səhvlərdən ötrü məsuliyyət daşıyırmı? 13.03.15 905 dəfə oxundu
37 Dinin əsl məqsədi gözəl əxlaqa yiyələnməkdir? 08.03.12 1.320 dəfə oxundu
38 Novruzla əlaqədar məlumatlar 21.03.15 2.731 dəfə oxundu