Müsəlmanlar

Sünnətullah nədir? Fıtratullahla arasındakı fərqi izah edə bilərsiniz?

Sual: Allahın sünnəti ilə Allahın fitrəti eyni şey deyilmi? Bunlar arasında nə kimi fərq var?

Cavab: Bu terminlər arasında ciddi bir anlayış səhvi vardır:

Fitrət, Allahın yaratma qanunu və bu qanuna uyğun meydana gələn hər şeydir.

Sünnətullah, Allahın elçi göndərdiyi cəmiyyətlərdə həyata keçirməyə və təbliğ etməyə çalışdığı İslam dinidir. Buna aşağıdakı iki ayəni misal gətirə bilərik:

“Səndən əvvəl göndərdiyimiz elçilərə qarşı da belə davranmışlar. Sən Bizim qayda-qanunlarımızda heç bir dəyişiklik tapa bilməzsən.” (İsra, 17/77.)

“Allahın əzəldən müəyyənləşdirdiyi qayda belədir. Sən Allahın qoyduğu qaydalarda (heç vaxt) bir dəyişiklik tapa bilməzsən.” (Fəth, 48/23.)

Allah kitabında boşuna fərqli kəlimələr işlətmir. Hər kəlimənin öz kökü və mənası vardır. İndi siz, Allahın sünnətini təbiət/fitrət qanunları deyə təqdim etsəniz və bunda bir dəyişiklik olmaz dediyiniz təqdirdə, heç bir möcüzəni də qəbul etməməyiniz lazımdır. Halbuki, Adəmdən bu yana bizə qədər gələn dəyişməz və tək bir adı olan İslam dinidir ki, Rəbbimiz yeri gələndə bu dini Sünnətullah yəni, Allahın qoyduğu yolu, izi və qanunu mənasında işlədir.

Suala cavab verdi: Professor Abdüləziz Bayındır.[1]

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

[1]  İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []