Müsəlmanlar

Sünnət namazları bəzi hallarda tərk edilə bilər?

Sual: Sünnət namazlarını bəzi hallarda tərk etmək nə dərəcədə doğrudur?

Cavab: Dinimiz, namazların sünnətlərini qılmağı qəti olaraq əmr etməmiş; sövq etmişdir. Qılanlar böyük savab əldə edər. Amma qılmayanlar hər hansı bir günaha girmiş olmaz; savabdan məhrum qalarlar. Fərz namaz kimi başa düşülməməsi üçün sünnət namazlarını bəzi hallarda tərk edilməsi uyğundur.

Sübh namazının sünnəti, günorta namazının sünnətləri, axşam namazının sünnəti və işa (gecə) namazının son sünnəti Nəbimizin (s.a.v.) əksər hallarda yerinə yetirdiyi, nadir hallarda tərk etdiyi sünnətlərdir. Bunlara “sünnəti-müəkkədə=güclü sünnət”- deyilir. Bunları qılmaq hər nə qədər də insana böyük savablar qazandırsa da fərz deyil; tərk edildiyi halda insan əzaba düçar olmaz.

Rəsulullahın Allah rizası üçün etdiyi əməllər, Qurandan götürdüyü hikmət və davranışlar bizim üçün də nümunə olduğu üçün, bizim də  gücümüz yetdiyi hər hansı bir şeyi yerinə gətirmək bizi də Allah rizasına götürür. Nəbimiz bu namazları öz başına uydurmamış, bəzi ayələrdən yola çıxaraq həyata keçirmişdir. Lakin fərz olmadığı üçün bəzi hallarda tərk edilməsi də günah deyildir.

Buna bənzər sual-cavab üçün aşağıdakı linkə tuşlayın:

Fərzdən əvvəl ya da sonra qılınan sünnət namazlarının Quranda dəlili varmı?

Mənbə: Dr. Yəhya Şenol-Ənəs Alimoğlu, “İnsanlıq Tarixi Boyunca O Namaz”, Süleymaniyə Vəqfi Nəşri, İstanbul, 2016, s, 158-159.