Müsəlmanlar

“Allah, insanları cəhənnəmlik olsunlar”- deyə yaratdı?

Sual: Oxuduğumuz Əraf surəsinin 179-cu ayəsinin məalında belə yazılıdır: "Biz cəhənnəm üçün bir çox cinlər və insanlar yaratdıq…” Bəyəm, Allah insanları və cinləri cəhənnəmlik olsunlar deyə, yaratdı? Bu nə qədər doğrudur?

Cavab: Təəssüf ki, məzhəblərin səhv qəza-qədər anlayışına qurban edilən ayələrdən biri də dediyiniz bu ayədir. Qurani-Kərimdə heç bir kəlimə boş yerə və yersiz işlədilməz.

Ayənin ərəbcəsi və doğru məalı belə olmalıdır:

وَلَقَدْ ذَرَأْنَا لِجَهَنَّمَ كَثِيرًا مِنَ الْجِنِّ وَالْإِنْسِ ۖ لَهُمْ قُلُوبٌ لَا يَفْقَهُونَ بِهَا وَلَهُمْ أَعْيُنٌ لَا يُبْصِرُونَ بِهَا وَلَهُمْ آذَانٌ لَا يَسْمَعُونَ بِهَا ۚ أُولَٰئِكَ كَالْأَنْعَامِ بَلْ هُمْ أَضَلُّ ۚ أُولَٰئِكَ هُمُ الْغَافِلُونَ

“Biz insanlardan və cinlərdən bir çoxunu cəhənnəm üçün yaratmış olduq. Onların qəlbləri var, onunla anlamazlar; gözləri var, onunla görməzlər; qulaqları var, onunla eşitməzlər. Onlar heyvan kimidirlər, hətta daha çox azğınlıqdadırlar. Qafil olanlar da məhz onlardır.”      (Əraf 7/179.)

Bu ayədə diqqət ediləcək kəlimə “ذَرَأْ = zərəa” kəliməsidir. Əgər “xələqa” kəliməsi işlədilmiş olsaydı, oxuduğunuz məal doğru olardı. Allah Təala, insanları və cinləri yaratmaq anlamında işlətdiyi “xələqa” kəliməsini təkcə burada işlətmir və xüsusilə “zərəa” kəliməsi ilə izah edir. Zərəa, “yaratmaq” mənasına gəldiyi kimi xüsusilə “əkmək”, “yaşlanmaq”, “çoxalmaq”[1] mənasına da gəlir. Yəni, ərəb dilində olduğu kimi türkcə də “ziraat=əkinçilik” əkin əkmək, toxum saçmaq kimi sahələrdə bu kəlimə işlədilməkdədir. Eynilə bu ayədə ifadə edildiyi kimi:

جَعَلَ لَكُمْ مِنْ أَنْفُسِكُمْ أَزْوَاجًا وَمِنَ الْأَنْعَامِ أَزْوَاجًا ۖ يَذْرَؤُكُمْ فِيهِ

 “(Allah) göyləri və yeri Yaradandır. O sizin üçün öz cinsinizdən, heyvanların da öz cinslərindən cütlər yaratdı. O sizi bu yolla çoxaldır.” (Şura, 42/11.)

Nəticə olaraq, bu ayətlə bizə izah edilən budur ki; Yaratdığımız insanların və cinlərin çoxu cəhənnəmlik oldular. Necə ki, biz toxumu əkdik ancaq çoxu çürük çıxdı. Məhz, “zərəa” kəliməsi ilə ifadə edilən də budur.

Suala cavab verdi: Aydın Mülayim.[2]

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

[1] İbn Mənzur, Lisanul-Ərəb, c. I, s. 80.

[2] Süleymaniyə elmi-araşdırma mərkəzinin azərbaycan dili bölməsindəki muselmanlar.com saytının redaktoru.