Qadınların yad kişilərlə bir arada yemək yeməsi haramdırmı?
Müsəlmanlar > Fitvalar Tarix: 28 Ekim 2015 Tövsiyə et Çap et
Sual: Qadınların yad kişilərlə bir arada yemək yeməsi haramdırmı?

Bir qadının yad bir kişi ilə hər hansı bir iş məsələsi ya da məcburiyyət olmadan bir arada oturub yemək yeməsi uyğun deyildir. Gizli yerlərdə isə məcburiyyət halı xaric bir arada qalması haramdır. Ancaq bu məsələdə modernistlərin və ənənəçilərin hədlərini aşaraq və məsələ ilə əlaqəsi olmayan hadisələrə dayanaraq fətva verdiklərini görməkdəyik. Bu barədə modernistlər ən çox demokratik haqları, ənənəçilər isə peyğəmbərimizin zövcələrini misal gətirməkdədirlər. Halbuki nə demoktarik haqların nə də peyğəmbərimizin zövcələrinin bu məsələyə bir dəxli yoxdur.

Qurani-Kərim bizə bu barədə kimlərlə oturmağımızı və bir arada yemək yeməyimizi göstərməkdədir:

“Kora günah gəlməz, çolağa günah gəlməz, bir də xəstəyə günah gəlməz. Sizin özünüzə də öz evlərinizdə, yaxud ata­­larınızın evlərində, yaxud analarınızın evlərində, yaxud qardaşlarınızın evlərində, yaxud bacılarınızın evlərində, ya­­xud əmilərinizin evlərində, yaxud bibilərinizin evlərində, yaxud dayılarınızın evlərində, yaxud xalalarınızın evlərində, yaxud açarları əllərinizdə olan evlərdə, yaxud dostlarınızın evlərində yemək yeməkdə heç bir günah gəlməz. Bir yerdə, yaxud ayrı-ayrılıqda yemək yeməyinizdə də sizə heç bir günah gəlməz. Evlərə daxil olduğunuz zaman özünüzü Allah tərəfindən mübarək və çox xoş bir salamla salamlayın. Allah ayələrini sizə belə izah edir ki, başa düşəsiniz.” (Nur 24/61)

Bu ayə həm heç bir qoruq qadağa tanımayan modernistlərə, həm də hər yad kişi və qadın əlaqəsinə haram hökmü verən ənənəçilərə gözəl izahat verməkdədir. Yəni ayədən də görüldüyü kimi bir müsəlman heç bir qoruq qadağa olmadan ancaq yuxarıda sayılan şəxslərin evlərində bir arada oturar və yemək yeyə bilər. Ənənəçilərin görüşlərinə də cavab olaraq, ayə: “…açarları əllərinizdə olan evlərdə,” yəni güvəndiyiniz və “yaxud dostlarınızın evlərində yemək yeməkdə heç bir günah gəlməz.”- deməkdədir. Bunlar yad və əqraba da ola bilərlər. Bir də ayənin sonu bu işdə gizli yerdə olmamaq şərtilə bir haramın olmadığını qəti şəkildə bildirməkdədir: “Bir yerdə, yaxud ayrı-ayrılıqda yemək yeməyinizdə də sizə heç bir günah gəlməz…”

Eyni zamanda bu barədə səhih hədislər də bizə yol göstərir:

“Səhl ibn Səd (r. a.) belə deyib: “Əbu Useyd Əs-Saidi evləndiyi vaxt peyğəmbərimizi (s. a. v.) və onun əshabələrini toy yeməyinə dəvət etdi. Onlar üçün yeməyi hazırlayan da, süfrəyə verən də Useydin hələ təzəcə evləndiyi arvadı Ümmü Useyd idi. O, gecədən bir qazanın içində xurma islatmış, peyğəmbərimiz (s. a. v.) yeməyini yeyib qurtardıqdan sonra həmin şirəni öz əliylə peyğəmbərimizə (s. a. v.) təqdim etmiş, ona beləcə ikram etmişdi” (Buxari, Nikah, 78).

“Əbu Hazım belə deyib: “Mən Səhl ibn Səddən eşitdim”: Əbu Useyd Əs-Saidi peyğəmbəri (s. a. v.) öz toy yeməyinə dəvət etdi. Həmin gün hələ təzə gəlin olan arvadı onlara xidmət edirdi…” (Buxari, Nikah, 79).

Deməli, bir qadın qapalı bir yerdə təkbaşına qalmamaq şərtilə ona yad olan kişilərlə eyni mühitdə ola bilər. Onlara xidmət də göstərə bilər.

Suala cavab verdi: Aydın Mülayim.

Buna bənzər məlumat almaq istəyənlər saytımızın aşağıdakı linkinə müraciət etsinlər:

http://www.muselmanlar.com/fitvalar/4494.html

http://www.muselmanlar.com/fitvalar/2860.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Qadının səfəri – II 01.07.09 2.571 dəfə oxundu
2 Ər, arvadını anası ilə eyni evdə oturmağa məcbur edə bilərmi? 22.01.16 1.701 dəfə oxundu
3 İslam qadın haqlarını qoruyurmu? 23.03.16 1.040 dəfə oxundu
4 Bir qadın ərinin dayısı ya da əmisinin yanında başıaçıq dayana bilər? 14.03.16 2.059 dəfə oxundu
5 Heyzli qadının ibadəti 24.02.10 43.196 dəfə oxundu
6 Qadınlar corabsız namaz qıla bilərmi? 30.09.16 2.168 dəfə oxundu
7 Cəhənnəm əhlinin çoxu qadınlardır? 29.01.16 1.332 dəfə oxundu
8 Dövlət qadınların niqabla imtahana girmələrinə mane ola bilərmi? 19.12.16 803 dəfə oxundu
9 Qadınların yad kişilərlə bir arada yemək yeməsi haramdırmı? 28.10.15 1.530 dəfə oxundu
10 Boşanmış qadınlar ərlərindən nafaqa/aliment almağı sürdürməlidir? 16.01.17 762 dəfə oxundu
11 Aybaşı halında olan qadın Quran oxuya bilər? 08.01.15 4.857 dəfə oxundu
12 Birdən artıq evliliyə xüsusi hallarda icazə verilir? 18.01.17 965 dəfə oxundu
13 Qadınlar və Cümə namazı 26.03.10 6.698 dəfə oxundu
14 Rəsulullah əleyhissəlamın neçə zövcəsi var idi? 30.01.17 1.062 dəfə oxundu
15 Qadınların şahidliyi 14.05.09 2.873 dəfə oxundu
16 Qadından hakim ola bilər? 01.02.17 672 dəfə oxundu
17 İddə nə deməkdir? 30.12.10 5.075 dəfə oxundu
18 Qadınların döyülməsi 29.03.17 1.211 dəfə oxundu
19 Bir qadının yad kişiylə əl-ələ görüşməsi caizdirmi? 04.03.16 2.610 dəfə oxundu
20 Qadın və kişinin qarışıq halda tavaf etməklərində bir qəbahət varmı? 05.07.17 487 dəfə oxundu
21 Dəstəmaz alanda hicabın üstündən məsh çəkə bilərik? 10.02.16 1.756 dəfə oxundu
22 Zina Yusif əleyhissəlama xoş görülmüşdü? 04.09.17 360 dəfə oxundu
23 Qadının saçı namazda görünərsə, namazı batıl olur? 06.05.16 2.373 dəfə oxundu
24 İslamda abort etdirmək varmı? 13.10.17 1.345 dəfə oxundu
25 İslama görə qadının boşanma haqqı varmı? 14.12.15 1.933 dəfə oxundu
26 Qadınların sünnəti 15.07.12 13.268 dəfə oxundu
27 Qadının səfəri – I 29.06.09 2.603 dəfə oxundu
28 “Ayədə var!”- deyərək arvadını döyən kişinin hökmü nədir? 25.12.15 1.090 dəfə oxundu
29 İftida: qadının boşanmaq hüququ 14.05.09 8.485 dəfə oxundu
30 Qadının kişidən, kişinin də qadından dərs öyrənməsi caizdirmi? 19.12.15 1.085 dəfə oxundu