İslama görə qadınlardan dövlət başçısı və ya hakim ola bilərmi?
Müsəlmanlar > Fitvalar > Qadının işləməyi Tarix: 19 Ekim 2015 Tövsiyə et Çap et
Sual: Əhzab surəsi 33, Bəqərə 282 və Nisə surəsi 34-cü ayələr işığında qadınlardan dövlət başçısı, hakim və ya hər hansı bir qulluq sahibi ola bilərmi?

Cavab: Bu ayələr ənənəçilər tərəfindən düzgün dəyərləndirilmir. Allah tərəfindən nazil olan heç bir kitabda qadın təhqir edilməməkdə və ictimaiyyətdən kənarlaşdırılmamaqdadır.

Qadından dövlət başçısı da olur, hakim də olur. Qısacası kişi nə bacarırsa, qadın da onu bacara bilər. Qurani-Kərimdə çox adamın bildiyi Belkis nümunəsi vardır. Allah Təala bu qadının hökmdarlığını tərif etməkdə və onun hikmətli davranışından bəhs etməkdədir.[1]

Əhzab surəsi 33- cü ayəsi qadınların cinsiyyətini deyil, dişiliklərini qabağa çıxarmasını, açılıb-saçılmasını hədəf almışdır. Necəki, növbəti ayələrdə bu izah edilməkdə və qadınlarla kişilər hər işdə birlikdə sadalanmaqdadır. Əgər qadınlar ictimaiyyətdən kənarlaşdırılsaydılar bu ayədə bildirilənləri necə həyata keçirə bilərdilər? Bilindiyi kimi Rəsulullah dövründə qadınlar bütün ictimai fəaliyyətlərə, hətta döyüşə belə qatılmışdılar.

Suala cavab verdi: Abdüləziz Bayındır.[2]

Buna oxşar məlumat almaq istəyənlər saytımızın aşağıdakı linkinə müraciət etsinlər:

http://www.muselmanlar.com/fitvalar/4913.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

[1] Nəml 27/29.

[2]  İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []

Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Kişi evlənəndə arvadına işləməyəcəksən deyə şərt qoşa bilərmi? 17.12.15 1.226 dəfə oxundu
2 İslama görə qadınlardan dövlət başçısı və ya hakim ola bilərmi? 19.10.15 894 dəfə oxundu
3 İslam dinində qadının işləməyinə necə baxılır? 19.01.10 2.672 dəfə oxundu
4 Ər arvadının qazandığı pula qarışa bilər? 19.01.10 1.955 dəfə oxundu
5 Qadın dükan işlədə bilər? 19.01.10 2.477 dəfə oxundu
6 İşləyən bir qadın öz pulundan istədiyi kimi istifadə edə bilər? 19.01.10 2.051 dəfə oxundu
7 Qurana əsasən qadın işləyə bilər? 30.08.12 2.660 dəfə oxundu
8 Evdar qadınlar zəkat verməlidir? 21.03.16 804 dəfə oxundu
9 İşləyən qadının dini yöndən pullarını ərinə vermək məcburiyyəti varmı? 15.12.15 770 dəfə oxundu
10 Qadından hakim ola bilər? 01.02.17 722 dəfə oxundu