Təcavüz edən bir şəxsə nə cür cəza verilir?
Müsəlmanlar > Fitvalar > Zina Tarix: 21 Ağustos 2015 Tövsiyə et Çap et
Sual: Sual: Quran və səhih sünnəyə əsasən təcavüz edən bir şəxsə nə cür cəza verilir? Yəni zorla birinin ismətini və ya namusunu kirlədən şəxsə İslam hüuququnda hansı cəza tətbiq edilir?

Cavab: Quran işığında əldə etdiyimiz tədqiqatlardan belə bir nəticəyə gəlirik ki, təcavüz cinayətini törədən şəxsə iki cür sanksiya tətbiq edilməlidir. Bunlardan birincisi qul haqqı çərçivəsindəki təzminatlar, ikincisi isə cəza yönündəki tətbiqatdır. Cinayətlə birlikdə doğan Allah haqqı isə cinayətkarla Allah arasında qalır; adam tövbə edib, özünü düzəldərsə, axirətdəki cəzadan xilas olur. Törətdiyi cinayətə qarşı veriləcək cəza ictimai cəza dairəsində olduğu üçün, cinayət sabit olduqdan sonra cinayətkar heç bir şəkildə cəzadan xilas ola bilməz. Veriləcək təzminat cəzaları qul haqqı dairəsində olduğu üçün zərər çəkmiş tərəfindən əfv edilə bilər.

1. TƏZMİNATLAR

Zərər çəkmişin vəziyyətinə baxılaraq təzminatın müqdarı dəyişir. Aşağıdakıların biri və ya bir neçəsi eyni anda tətbiq edilə bilir.

a. Diyət: Təcavüz feli səbəbilə vücudda meydana gələ biləcək toxumalardakı yaralanmalara qarşı ödənəcək təzminat tam diyət (ödənən miqdar) üzərindən müəyyən edilir.

b. Mehri Misil: Evliliyin vaxtsız bitməsi və ya heç evlənə bilməmə ehtimalına görə cinayətkara mehri misil tətbiq edilir. Məsələn, bekar bir qızın təcavüzə məruz qalması nəticəsində artıq özünə layiq olan biri ilə evlənə bilməmə ehtimalı və ya evli bir qadının təcavüzə məruz qalması nəticəsində ərinin onu boşaması kimi hallara qarşılıq caniyə mehri misil tətbiq edilir.

c. Hükuməti Ədl: Zərər çəkənin sahib olduğu maddi mənfəəti itirməsi halında təyin ediləcək təzminatdır. Məsələn, bu cəza, zərər çəkənin işini, çevrəsini və etibarını itirməsi halında caniyə tətbiq edilməkdədir.

2. CƏZA

Cəza yönündən bu sanksiya tətbiq edilə bilər.

a. Cərrahi xədim: Cani hüquqi və əxlaqi olaraq toxunulması qadağan olunan bir orqana haqqı olmayaraq və zorla zərər verdiyi üçün öz orqanına da zərər verilməsini haq edir. Caninin verdiyi zərər, zərər çəkən üzərində bir ömür boyu təsirini sürdürəcəkdir. Bu səbəblə caniyə veriləcək cəzanın da ömür boyu qalıcı olması üçün onun cərrahi xədim edilməsinin lazım olduğu fikrindəyik.

Verilən bu cəza bəzi insanlara ağır görülə bilər. Əslində belə bir cəza cinayətin ağırlığından qaynaqlanmaqdadır. Cinayətin maddi və psixoloji təsiri böyük olduqca, cəzası da böyük olur. Bir də verilən bir cəzada daşındırcılıq xüsusiyyətinin olması çox əhəmiyyətlidir. Belə bir cəzanı göz önünə alan normal bir insan təcavüzə təşəbbüs edə bilməz. Belə bir cəmiyyətdə qızlar özlərini azad və rahat hiss edə bilərlər.

Bu barədə ətraflı məlumat almaq üçün bu video linkində olan fıkıh müzakirəmizə baxa bilərsiniz:

http://www.kurandersi.com/mukayeseli-fikih-muzakereleri/2015/tecavuz-sucunun-cezasi.html

Müəllif: Dr. Adəm Yıldırım.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidirMÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 İslamda nə cür əlaqə zina sayılır? 25.04.16 3.588 dəfə oxundu
2 Zina günahı ən böyük günahlardandır, yoxsa yox? 26.10.11 8.083 dəfə oxundu
3 Subayların da intim münasibəti zina hesab olunur? 30.01.10 7.129 dəfə oxundu
4 Zina cəzasının qeyd edildiyi ayələrdəki əzab axirətdəki əzabdır? 04.01.12 3.663 dəfə oxundu
5 Qadınları aldadan kişilərin heç günahı yoxdur? 30.01.10 6.032 dəfə oxundu
6 Subay bir kişi ilə subay bir qadın eyni evdə qala bilər? 29.02.12 6.379 dəfə oxundu
7 Flirt də zinadır? 12.04.10 6.304 dəfə oxundu
8 Biz bir-birimizi sevirik. İndi nə etməliyik? 04.06.12 6.569 dəfə oxundu
9 Dodaq-dodağa öpüşmək də zinadır? 12.04.10 11.163 dəfə oxundu
10 Rəfiqə ilə yaxınlıq da zina hesab olunur? 04.06.12 4.386 dəfə oxundu
11 Zina etmədiyim halda başqalarına etdiyimi desəm, günahdır? 13.04.10 3.926 dəfə oxundu
12 Evlənməmişdən qabaqkı günahımız evlənəndə bağışlanır? 22.07.12 8.793 dəfə oxundu
13 Eyni vaxtda iki kişi ilə kəbin kəsdirmək olar? 13.04.10 10.179 dəfə oxundu
14 Ailə daxilində zorlanan uşaq vələdüzzina hesab olunur? 16.11.12 2.804 dəfə oxundu
15 Tövratda zina edənlər üçün nəzərdə tutulan bir cəza var? 28.04.10 3.185 dəfə oxundu
16 Quranda zina günahına nəzərdə tutlunan cəza həqiqidir, yoxsa xəyali? 10.12.12 6.343 dəfə oxundu
17 Quranda deyilir ki, zinanın cəzasından başqa cəza yoxdur? 11.06.10 4.838 dəfə oxundu
18 Zorlanan qadını zorlayan kişiyə ərə vermək lazımdır? 06.08.13 3.655 dəfə oxundu
19 Zina kəbini pozur? 30.11.10 10.345 dəfə oxundu
20 Zina edən siyasətçilərin videosunu yaymaq düzgündür? 10.08.13 1.923 dəfə oxundu
21 İslamda zorlamağın cəzası 19.01.11 4.529 dəfə oxundu
22 Evlənmədən qabaq yeznə olacaq adamın hansı xüsusiyyətinə diqqət edilməlidir? 05.10.15 2.215 dəfə oxundu
23 Təcavüz edən bir şəxsə nə cür cəza verilir? 21.08.15 1.346 dəfə oxundu
24 Zinadan törəyən uşağın hökmü nədir? 22.10.16 2.460 dəfə oxundu
25 Əbu Hənifənin fikrincə Kütubi-sittədə Qurana zidd hədis var? 06.03.11 2.789 dəfə oxundu
26 İnsanların zina etmək hürriyyəti varmı? 25.11.16 819 dəfə oxundu
27 Arada kəbin olmadığı halda, tərs cinsi əlaqədə olmaq da zinadır? 05.03.10 9.444 dəfə oxundu
28 Zorlanan qadına günah yazılır? 26.03.11 5.353 dəfə oxundu
29 Zina etmiş adam, zina etməyən biri ilə evlənə bilərmi? 08.05.17 1.686 dəfə oxundu
30 Evlilikdən qabaq cinsi akt və zina 24.07.09 11.797 dəfə oxundu
31 Zina edən kafir olur? 02.05.11 6.643 dəfə oxundu
32 Zina edən adama cəzanı ailəsimi yoxsa dövlətmi verməlidir? 06.07.18 355 dəfə oxundu
33 Zina edən müsəlmanın cəzası Qurana əsasən nədir? 02.05.14 3.762 dəfə oxundu
34 Hazırkı dövrdə zina edənlərə nə cəzası verilməlidir? 19.01.11 3.228 dəfə oxundu