Müselmanlar
Bəddua etmək nə dərəcədə doğrudur?

Bəddua etmək nə dərəcədə doğrudur?

Sual: Mən gördüyüm və qarşılaşdığım haqsıqlıqlara heç dözə bilmirəm. Bunlara qarşı mübarizə etmək üçün heç bir gücüm də yoxdur. Ürəyim dözmür, heç olmasa zalımlara bəddua edə bilərəmmi?

Cavab: “Bəd” farsca “Pis” mənasına gəlir. “Dua” ərəbcə “kömək” deməkdir. Bəddua, başqasının zərəri üçün Allahdan kömək istəməkdir.

Biz müsəlmanlar olaraq, zərərkeşlərin bəşəriyyətə verdiyi zərərə görə onların həlak olmalarına yox,  islah olmalarına çalışmalıyıq. İlk növbədə belələrinə Haqqı təbliğ etməli, onlara təlim-tərbiyə verməliyik.

Allah yer üzündəki zalımları və onların törətdiyi pislikləri yox etmək məqsədi daşımır. İstərsə bir anda bunu edər. O zaman da imtahan bitər və dünyada da heç kim qalmazdı. Bir də hər kəs bunu bilməlidir ki, Allah heç kimin əmrində deyildir. Münasib görəni bu dünyada, münasib görməyəni isə axirətdə cəzalandırır. Qurani-Kərimin ifadəsilə: “Əgər Allah insanları etdikləri günahlara görə (dərhal) cəzalandırsaydı, yer üzündə bir canlını belə sağ buraxmazdı. Lakin Allah onlara müəyyən vaxtadək möhlət verir. Vaxtları çatanda isə (hər kəsə öz əməlinə görə cəza, yaxud mükafat verəcəkdir). Şübhəsiz ki, Allah Öz qullarını görür.” (Fatır 35/45)

Bəddua heç kəsə tövsiyə edilməz. Lakin bunun bəzi istisna halları da olur. İnsan emosiyalarına qapılıq, şərdən xilas olmaq üçün Allahdan kömək istəmək mahiyyətində bəddua edir. Burada əvvəlcə bəddua edənin özü haqlı olmalıdır, yoxsa bəddua özünə dönə bilər. Əgər bir müsəlman məcbur qalıb bəddua edərsə, onun bədduasındakı əsas məqsədi: “İnsanın ölməsi, malının yox olması deyil, içindəki pisliklərin ölməsi və  yox olması,”yönündə olmalıdır.

Suala cavab verdi: Aydın Mülayim.

Buna bənzər məlumat almaq istəyənlər saytımızın aşağıdakı linkinə müraciət etsinlər:

http://www.muselmanlar.com/tedqiqatlar/2520.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Bizi izləyin