Müsəlmanlar
Ənvaru-l Aşiqin necə bir kitabdır?

Ənvaru-l Aşiqin necə bir kitabdır?

Sual: Mən bu kitabı bir neçə il bundan əvvəl oxumuşdum. O vaxt mənə çox inandırcı gəlmişdi. Amma indi başa düşürəm ki, hamısı bir hekayə imiş. Bunu yazanlar tamamilə uydurma (mövzu) hədislərdən yazıblar?

Cavab: Ənvaru-l Aşiqin adlı əsər Əhməd Bican tərəfindən qələmə alınmış dini məzmunlu və didaktik (tədris məqsədli) bir əsərdir. Bu əsər hər biri müəyyən bir mövzuya həsr olunmuş 5 əsas fəsildən ibarətdir. Ümumi olaraq kainatdaki nizam-intizam, yer üzü və göydəki varlıqlar, peyğəmbərlərin həyatı, möcüzələri, xüsusilə də həzrəti Muhəmmədin həyatına geniş yer verib. Əsərdə 4 xəlifə, mələklər və vəzifələri, Qiyamət, müxtəlif ibadətlər, Cənnət və Cəhənnəm kimi mövzular da işlənib.

Əsərin mənbələrinin arasında İncil və Tövratın olması, eləcə də, istifadə olunan təfsirlərdəki bəzi məlumatın nəzarətsiz istifadə olunmağı, nəql edərkən zəif rəvayətləri ilə tanınan Kəb əl-Əhbar, Vəhb ibn Münəbbih  kimi ravilərdən nəql etməyi kitabın etibarlılığı baxımından mübahisələrə səbəb olub.

Həmçinin hədis mövzusunda o dövrün mövzu hədislərini tanımaq məsələsinə dair tədqiqatlar kifayət qədər olmadığı üçün müəllif öz əsərdinə uydurma (mövzu) hədislərə də yer verib.

Nəticə olaraq Ənvaru-l Aşiqin təsəvvüfi bir əsərdir və içində düzgün məlumatlar qeyd edildiyi kimi, səhv məlumatlar da qeyd edilib. Bu səbəblə kitabı oxuduqda bu faktorları nəzərə alaraq oxumaq lazımdır.

Ətraflı məlumat üçün baxın: Mustafa Uzun, “Envaru’l-Aşıkîn”, Türkiyə diyanət vəqfi İslam ensiklopediyası, 11-ci cild, s. 258-260. ((Bu mənbə BDU-nun İlahiyyat fakültəsinin kitabxanasında və AMEA-nın mərkəzi elmi kitabxanasının şərq zalında mövcuddur.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.