Vəkil sözünü insanlar haqqında işlətmək düzdür?
Müsəlmanlar > Fitvalar > Təsəvvüf-təriqət Tarix: 21 Mayıs 2014 Tövsiyə et Çap et
Sual: Allah Quranda peyğəmbərə: “Sən onlara vəkil deyilsən!”, - demişdir. Ancaq biz hal-hazırkı dövrdə vəkil sözünü insanlarla əlaqədar olaraq da işlədirik. Misal üçün, vəkil (avdokat), millət vəkili (deputat) və sairə. Bu nə dərəcədə düzdür?

Cavab: Hər şeydən əvvəl deməliyəm ki, bu sual gözəl bir sualdır. Çünki insanlar bunu bilməlidirlər.

Bəli, Quranda belə bir ayə var:

“Sən onlara vəkil (onların vəkili) deyilsən!” (Ənam, 6/107)

Burada nəzərdə tutulan budur: Ey peyğəmbər, sən onlar üçün Allahın vəkili deyilsən. Sən Allahın elçisisən. Vəkil olsaydın, Allahı təmsil edərdin, Onun nümayəndəsi olardın.

Təriqətlərə nəzər saldıqda görürük ki, onlar bu sözü öz şeyxləri üçün işlədirlər. Sanki o şeyxlər Allahın bütün səlahiyyətlərinə malik bir xəlifədirlər. Quranda xəlifə sözü də var.1 Onlar bu sözü də təəssüf ki, öz istəklərinə müvafiq formada şərh edirlər.

Həzrəti Muhəmməd Mədinədən Məkkəyə, yaxud da başqa bir yerə getdiyi vaxt öz yerinə bir nəfəri xəlifə-vəkil təyin edirdi. Özü Mədinəyə qayıdan kimi təyin etdiyi xəlifənin vəzifəsi başa çatırdı.

Peyğəmbər vəfat etdikdən sonra İslam dövlətinin başçısı kimi bir xəlifə seçildi. Elə isə bir nəfərin başqa bir şəxsin xəlifəsi olmağı üçün ya 1-ci şəxs vəfat etmiş olmalıdır, ya da o yeri bir müddətə tərk etməlidir. Allah isə Diridir, Həyydir. Odur ki, heç kəs onun xəlifəsi deyil.

Əgər diqqət yetirmisinizsə, təriqətlərdə vəkil sözü çox böyük əhəmiyyət kəsb edir. Onlar Allah nəyi qadağan edibsə, ona yönəliblər. Nəyi qadağan etməyibsə, ondan uzaqlaşıblar.

Bir sözlə, qeyd etdiyiniz ayədə Allah peyğəmbərə: “Sən mənim vəkilim deyilsən!”, – deyir. Biz səni onlar üçün mühafizəçi də təyin etmədik. Sən sadəcə olaraq rəsulsan, elçisən.

Vəkil (advokat) və millət vəkili (deputat) məsələsində problem yoxdur. Çünki onlar Allahın deyil, insanların vəkilidirlər. Onları vəkil təyin edən bir müvəkkil var. Ki, bu da insanlardır. Vəkil məhkəmə prosesində onu vəkil təyin edən şəxsi – müvəkkili təmsil edir. Allahı təmsil etmir ki! Millət vəkili də xalqı təmsil edir, xalqın nümayəndəsidir. Bunda bir eyib yoxdur.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır2

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

  1. Baxın: Bəqərə, 2/30. []
  2. İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
1.028 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Allah dostları məsələsi 26.07.09 1.887 dəfə oxundu
2 Nəfsimizi tərbiyə etmək üçün halal şeyləri özümüzə haram etməyimiz düzgündür? 18.06.10 1.851 dəfə oxundu
3 Dini məsələlərdə bir alimə tabe olmaq səhvdir? 09.02.12 2.156 dəfə oxundu
4 Təriqətlərdə üstünlük təşkil edən əqidə və anlayışlar 26.07.09 2.689 dəfə oxundu
5 Din böyüklərini müqəddəs hesab etmək 22.07.10 2.453 dəfə oxundu
6 İslamda Üveysilik var? 05.04.12 1.503 dəfə oxundu
7 Bəlqisin taxtının Yəməndən Qüdsə gəririlməsi kəramət deyilmi? 01.03.10 1.839 dəfə oxundu
8 Peyğəmbəri tanrılaşdırmaq 30.03.10 3.119 dəfə oxundu
9 Bəqərə surəsinin 200-cü ayəsi təriqətlərin ucadan zikrinə sübutdur? 28.05.12 1.473 dəfə oxundu
10 Dinin geyim-kecimdən ibarət olduğunu güman etmək 28.07.09 1.690 dəfə oxundu
11 Din 31.03.10 2.990 dəfə oxundu
12 Tayyi-məkan var? Şeyxlər insanın ürəyindən keçənləri bilə bilərlər? 02.03.13 1.373 dəfə oxundu
13 Qurana müvafiq rəftar etmək 28.07.09 1.497 dəfə oxundu
14 Ölüdən kömək gözləmək 28.03.10 3.851 dəfə oxundu
15 Allahın gözüylə görmək nə deməkdir? 01.05.13 1.477 dəfə oxundu
16 “Ümmətimin alimləri İsrail oğullarının peyğəmbərləri kimidirlər” hədisi səhihdir? 28.07.09 1.863 dəfə oxundu
17 Şəfaət inancı 08.02.11 2.966 dəfə oxundu
18 “Vəhdəti-vücud” nə deməkdir? 28.12.13 1.879 dəfə oxundu
19 Vəkil sözünü insanlar haqqında işlətmək düzdür? 21.05.14 1.028 dəfə oxundu
20 Kəramət nə deməkdir? 15.02.11 3.995 dəfə oxundu
21 Təriqətlərdəki cəzbə halı nə deməkdir? 26.03.11 1.749 dəfə oxundu
22 Təriqətlərdəki insani-kamil məfhumunun izahı 07.03.11 1.535 dəfə oxundu
23 Təriqətlərin rabitə inancı dini cəhətdən düzgündür? 12.02.10 1.605 dəfə oxundu
24 Siz təsəvvüf əhlinə kafir deyirsiniz? 08.03.11 1.809 dəfə oxundu
25 Təriqətlərdə mövcud olan tövbə almaq nə deməkdir? 12.02.10 2.177 dəfə oxundu
26 18 min aləm söhbəti düzdür? 17.03.11 4.425 dəfə oxundu
27 Zikrli ilahi və kollektiv zikr haqında fikriniz nədir? 11.02.10 1.844 dəfə oxundu
28 Şəfa tapmaq üçün silsilə ilə dua və ibadət etmək olar? 12.04.11 3.809 dəfə oxundu
29 Səid Nursinin sözləri ilham ola bilməzmi? 11.02.10 1.824 dəfə oxundu
30 Təriqətçilər hansı məqsədlə rabitə ilə məşğul olurlar? 14.04.11 1.576 dəfə oxundu
31 Ənvaru-l Aşiqin necə bir kitabdır? 14.08.14 1.033 dəfə oxundu
32 Təriqətə daxil olan insanlar öz üsullarına əsasən zikr edə bilərlər? 20.05.11 1.634 dəfə oxundu
33 Feyz nə deməkdir? Şeyxlər feyz paylaya bilərlər? 12.03.10 1.831 dəfə oxundu
34 Rəvasi nə deməkdir? 21.06.11 1.654 dəfə oxundu
35 Dara düşdüyümüz vaxt qəbirlərdən kömək diləməklə əlaqədar bir hədis var? 10.03.10 3.196 dəfə oxundu
36 Nəfsin mərtəbələri nədən ibarətdir? 10.05.10 2.605 dəfə oxundu
37 Təriqət dərsinə getmək lazımdır? 08.07.11 1.647 dəfə oxundu
38 Qurani-Kərimdə təriqətlə əlaqədar hər hansı bir ayə var? 26.07.09 2.279 dəfə oxundu
39 Vəhy və ilhamın arasında fərq var? Vəhy hamıya gələ bilər? 14.05.10 2.038 dəfə oxundu
40 Xəlifə Ömər yağış duasında həzrəti Abbasla təvəssül edib? 07.10.11 1.933 dəfə oxundu