Müsəlmanlar

Zina edən müsəlmanın cəzası Qurana əsasən nədir?

Sual: Şəriətə əsasən zina edən bir müsəlmanın cəzası nədir? Bu məsələdə evli-subay fərqi var?

Cavab: Belə bir şəxsin cəzası şəriətdə 100 qırmancdır. Bu cür günah edən bir şəxs peyğəmbərin yanına gəldiyi vaxt peyğəmbər belə demişdir:

“Kim belə bir əməl etsə, Allahın örtüyü ilə örtünsün.” Yəni, bunu heç kəsə danışmasın. Peyğəmbər bu günahı edən müsəlmanların tövbə edib bir də eyni günaha düşməməli olduqlarını bildirib. O, deyib ki, bizə belə bir günahla gələnə Allahın hökmünü tətbiq edirik. Odur ki, cəza olan həmin 100 qırmanc məhkəmə qərarı ilə və camaatın gözünün qabağında vurulur.

Bizim ölkəmizdə (Türkiyə) belə bir məhkəmə sistemi və bu cür bir cəza yoxdur. Ona görə də bu günaha düşənlər peyğəmbərin dediyi kimi, dərhal tövbə-istiğfar etməli və eyni günaha bir daha batmamalıdırlar.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Bu məsələ ilə əlaqədar olaraq aşağıdakı keçidlərə də baxın:

http://www.muselmanlar.com/fitvalar/5039.html

http://www.muselmanlar.com/fitvalar/4199.html

http://www.muselmanlar.com/fitvalar/2150.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.