Müselmanlar
Ölüm anında “La İlahə İlləllah”-demək nəyi ifadə edir?

Ölüm anında “La İlahə İlləllah”-demək nəyi ifadə edir?

 Ölüm anında “Lə İlahə İlləllah”-demək, nəyi ifadə edər?

Bir insanın ölüm anında bu kəliməni dilə gətirməsilə biz onun müsəlman olduğuna qənaət gətiririk. Bir də bu kəlimənin haqqını verərək vəfat edən insanın Allah nəzərində dəyəri misilsizdir.

Bir çox dəyərli sözlər kimi bu söz də bir müddət sonra istismar edilməyə başlandı. “Lə İlahə İlləllah” ilə əlaqəli hədisləri düzgün başa düşməyənlər, bu kəliməni ölüm ayağında dəyərləndirərək, son anda “Lə İlahə İlləllah” deyə bilənin cənnətlik, deyə bilməyənin də cəhənnəmlik olduğuna hökm verdilər.

İnsanların çoxu,  özlərinin Allahın qayda-qanunlarıyla yaşamadıqlarını bilirlər. Buna görə də dinlərindən ayrılmadıqlarını göstərmək üçün özlərindən dini qaydalar uydururlar.

Allahın təqdim etdiyi ədalət şərtlərinə görə yaşayışı mənimsəməyən Yəhudi və Xristiyanlar, özlərinə uyğun keyfi yaşayış tərzini seçdilər. Dini yer üzündən qaldırıb, özlərinin istədiyi qaydalara uyğun zalım bir həyat tərzi seçdilər. Yəhudilər yəhudi olmaqla xilas olacaqlarını, xristiyanlar isə vəftiz olmaqla xilas olacaqlarını irəli sürdülər. Əlbəttə müsəlmanlar da bu barədə öz keçmişlərindən geri qalmır. Onların da dini qeybə çəkməkdə bir çox alternativləri vardır. Bu alternativlərin başında “La ilahə illəllah” demək gəlir. Həyatında bir kərə bu kəliməni desən və ya ölüm ayağında işlətsən kifayətdir, sən müsəlmansan… Bunlara, “dini qəbrə götürənlər”, ya da “dini ölüm ayağına bağlayanlar”- desək, səhv etmərik.

Quranı Kərim belələrinə: “Günah işlər görməkdə davam edənlərdən birinə ölüm gəlib çatdığı vaxt: “Mən indi tövbə etdim!”– deyənlərin də, kafir kimi ölənlərin də tövbəsi qəbul deyildir. Biz onlar üçün üzücü bir əzab hazırlamışıq.” (Nisa 4/18.)

Hər kəs bunu yaxşı bilməlidir: Müsəlmanlıq, “la ilahə illəllah”,-deməklə, müsəlman kimi bastırılmaqla olmur. Müsəlmanlıq, bu kəliməni həyata keçirib, yaşamaqla və Allahın qoyduğu qaydalara rəayət etməklə olur. Allah bəşəriyyətə Quranı boşuna göndərməmişdir. Bilavasitə, bu kəliməni ölüm ayağında deyil, həyatına əks etdirdiyin vaxt sənə faydası olacaqdır.

Bu məsələ barədə ətraflı oxumaq üçün aşağıdakı keçidə daxil olun:

http://www.muselmanlar.com/dusunce-sahesi/5641.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Bizi izləyin