Müsəlmanlar
Ad qoyduqda əbcəd hesabı nəzərə alınmalıdır?

Ad qoyduqda əbcəd hesabı nəzərə alınmalıdır?

Sual: Uşaqlarımıza ad qoyduğumuz vaxt adların mənasını əsas tutmalıyıq, yoxsa onların adlarını əbcəd hesabına əsasən təyin etməliyik?

Cavab: Ata-ananın övladlarına nəzərən birinci öhdəliyi onlara gözəl adlar qoymaqdır. Uşağa qoyulması qadağan olan adlar mənası İslam dininə, eləcə də, ümumi ədəb və əxlaqa zidd olan adlardır.

Əbcəd isə Ərəb əlifbasının ilk tərtibatı və hərflərinin daşıdığı rəqəm dəyərlərinə əsaslanan hesab sistemində (əlifbadakı hərflərin asanlıqla yaddaşda saxlanılmasını təmin etmək üçün) qədim dövrlərdə formalaşdırılan formulun adıdır. ((Baxın: Mustafa Uzun, “Ebced”, Türkiye diyanət vəqfi İslam ensiklopediyası, 10-cu cild, s. 68-70. Bu mənbə BDU-nun İlahiyyat fakültəsinin kitabxanasında və AMEA-nın mərkəzi elmi kitabxanasının şərq zalında mövcuddur.))

Ona görə də əbcəd hesabının incəsənət və ədəbiyyat sahələrində işlədilməsini bir kənara qoyduqda məlum olur ki, bunun dini cəhətdən bir əsası yoxdur. Deməli, adların hərflərindən hərəkət etməklə əbcəd hesabına əsasən müxtəlif təhlillər etməyin də elmi və dini bir əsası yoxdur. Odur ki, mənası gözəl olan, peyğəmbərimiz (s. a. v.) tərəfindən qadağan edilməyən və müsəlmanların adət-ənənələrinə müvafiq olan hər bir adı uşağa qoymaq olar.

Yeri gəlmişkən, adların taleyə təsir edib etməməsi ilə əlaqədar qısa bir sual-cavabla burada tanış ola bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/4614.html

Əbcəd və oxşar məsələlər haqqında məlumatla isə burada tanış olmaq olar:

http://www.muselmanlar.com/fitvalar/5636.html

http://www.muselmanlar.com/fitvalar/5193.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.