Ərindən boşanan qadın neçə müddət gözləməlidir?
Müsəlmanlar > Boşanmaq > Fitvalar Tarix: 15 Haziran 2013 Tövsiyə et Çap et
Sual: Bir cavabınızda demisiniz ki, boşanmaq istəyən bir qadının, iftida ilə boşandığı vəziyyətdə 3 iddət müddəti gözləməli deyil, yalnız bir heyz vaxtının keçməyi kifayətdir. Bunun bir sübutu var?

Cavab: Ərin arvadı boşamağı (Talaq) halı ilə arvadın kişidən boşanmağı (iftida) vəziyyətində qadının gözləməli olduğu müddət eyni deyil.

Qadının boşanmağıyla əlaqədar ayələr belədir:

“Ey möminlər! Mömin qadınlar sizin yanınıza mühacir olaraq gəldikləri zaman, onları imtahana çəkin! Onların imanlarını ən yaxşı Allah bilir. Əgər o qadınların mömin olduqlarını öyrənsəniz, onları kafirlərə geri qaytarmayın. Nə bunlar onlara, nə də onlar bunlara halal olar. Onların bu qadınlara xərclədiklərini geri qaytarın. Bu qadınların mehrlərini (özlərinə) verdiyiniz zaman, sizin onlarla evlənməyinizdə hər hansı bir maneə yoxdur. Kafir qadınların ismətlərindən tutmayın, onlara xərclədiklərinizi istəyin. Onlar da öz xərclədiklərini istəsinlər. Bu, Allahın sizə hökmüdür; sizin aranızda O hökm edir. Allah hər şeyi bilən və doğru qərar verəndir” (Əl-Mumtəhinə, 60/10)

“Onlara verdiklərinizdən bir şeyi almaq sizə halal olmaz. Bu, Allahın qoyduğu hədd-hüdüdda dura bilməyəcəklərindən qorxduqları vaxt mümkündür. Əgər onların Allahın hökmlərinə riayət etməyəcəklərindən (Allahın qoyduğu hədd-hüdüdda dura bilməyəcəklərindən) siz də qorxsanız, qadının fidyə verib, özünü xilas etməyində heç biri üçün bir günah yoxdur. Bunlar Allahın qoyduğu hədlərdir, onlardan kənara çıxmayın. Allahın qoyduğu hədləri aşanlar zalimlərdir” (Əl-Bəqərə, 2/229)

Boşanmaqla əlaqədar olaraq peyğəmbərdən (s.a.v.) nəql edilən bir əhvalat belədir:

Ənsardan Səhlin qızı Həbibə Sabit ibn Qeys ilə evli idi. Peyğəmbərimiz bir gün sübh namazına getmişdi. Birdən gördü ki, Həbibə alaqaranlıqda qapının ağzında dayanıb. Ondan kim olduğunu soruşdu. Qadın: “Səhlin qızı Həbibəyəm”, – deyə cavab verdi. Peyğəmbər əleyhissəlam: “Sənə nə olub?”, – deyə soruşduqda, o: “Sabit ilə birlikdə ola bilməyəcəyəm!”, – dedi. Sonra Həbibənin əri Sabit gəldi və peyğəmbər əleyhissəlam ona belə dedi: “Budur Həbibə! Bayaqdan ağzına gələni dedi”. Həbibə isə: “Ey Allahın elçisi! Onun mənə verdiklərinin hamısı durur”, – dedi. Peyğəmbər əleyhissəlam Sabitə: “O malları ondan al!”, – deyə buyurdu. Sabit də peyğəmbərin dediyi kimi etdi və Həbibə artıq valideynlərinin yanında yaşamağa başladı.1

Yuxarıdakı ayələr və hədisdən də aydın olacağı kimi, boşanma tələb edən yəni, iftidada olan qadının iddət gözləmə vəzifəsinin olmamağıdır. Çünki iddət əri tərəfindən boşanan qadının gözləməsi lazım olan bir müddətdir.

İddətlə əlaqədar ərraflı məlumat üçün aşağıdakı keçidlərə daxil olun:

http://www.muselmanlar.com/fitvalar/5340.html

http://www.muselmanlar.com/fitvalar/5180.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

  1. Əl-Muvatta, Talaq, 11. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
2.396 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Boşanmaq istəyən qadına əri “xeyr olmaz”- deyərsə, qadın nə etməlidir? 16.01.16 1.706 dəfə oxundu
2 İftida: qadının boşanmaq hüququ 14.05.09 9.147 dəfə oxundu
3 Bir kişi eyni qadınla neçə dəfə evlənə bilər? 19.07.10 4.394 dəfə oxundu
4 Qadın üçüncü boşanmadan sonra dərhal bir başqası ilə evlənə bilərmi? 12.05.15 1.070 dəfə oxundu
5 Həzrəti Ömər 3 təlağın etibarlı olduğunu həqiqətən də, deyib? 20.08.14 1.193 dəfə oxundu
6 Qadın, iddə bitmədən ərinə qayıdarsa, yenə də talaqdan istifadə edilmiş olur? 11.01.16 981 dəfə oxundu
7 Rəsmi formada boşanmaq dini cəhətdən də məqbul hesab olunur? 28.05.12 1.558 dəfə oxundu
8 Müasir dövrümüzdə rəsmi boşanmaların İslam hüququndakı hökmü nədir? 27.07.16 592 dəfə oxundu
9 Mehir ala bilməyən qadın boşandıqda ərinə nə qaytarmalıdır? 21.08.14 1.321 dəfə oxundu
10 Eyni vaxtda verilən üç talaqı bir talaq olaraq qəbul etməliyik? 28.08.15 938 dəfə oxundu
11 Qadın ərinin təzyiqi ucbatından iddəni başqa bir yerdə gözləyə bilər? 13.06.12 1.495 dəfə oxundu
12 Qadının boşanmaq hüququ var? 23.03.10 11.190 dəfə oxundu
13 İslama əsasən boşanmaq üçün nə etmək lazımdır? 18.02.11 7.939 dəfə oxundu
14 Qadın özü boşananda da 3 iddə müddəti gözləməlidir? 11.06.12 2.232 dəfə oxundu
15 Şahidsiz boşanma etibarlı hesab olunur? 26.03.10 1.974 dəfə oxundu
16 Boşanma məsələsində hakimlər nə vaxt işə qarışmalıdırlar? 09.03.11 1.823 dəfə oxundu
17 Qadının boşanmağa hansı hallarda ixtiyarı çatır? 12.06.12 4.731 dəfə oxundu
18 Molla kəbini kəsildikdən sonra boşanma baş versə, qadına mehir verilməlidir? 26.03.10 2.828 dəfə oxundu
19 Kişi arvadını eyni vaxtda birdən çox talaqla boşaya bilər? 29.03.11 1.682 dəfə oxundu
20 İndiki dövrdə boşanmaq istəyən qadın məhkəməyə müraciət etməlidir? 23.06.12 2.151 dəfə oxundu
21 Ərindən boşanmaq istəyən bir qadın nə etməlidir? 27.03.10 25.647 dəfə oxundu
22 İddə gözləyən qadın evdən çıxsa, talaq yenə baş verir? 29.03.11 1.659 dəfə oxundu
23 Nişanlı vaxtı kəbin kəsdirən, sonra ayrılan qıza mehir verilməlidir? 23.06.12 1.882 dəfə oxundu
24 Hamilə vaxtı boşanan qadının vəziyyəti 28.08.14 1.983 dəfə oxundu
25 Kişi iddəsi qurtarmadan arvadına qayıtsa, bu hal yenə talaq hesab olunur? 28.03.11 1.717 dəfə oxundu
26 Toydan qabaq boşanma olsa, qadına mehir vermək lazımdır? 10.09.12 1.548 dəfə oxundu
27 Valideyni boşanmış uşaqlar 19.06.11 5.138 dəfə oxundu
28 İslama görə qadının boşanma haqqı varmı? 14.12.15 2.317 dəfə oxundu
29 Şahid boşanmanın əvvəlində tutulmalıdır, yoxsa axırında? 18.04.11 1.654 dəfə oxundu
30 Ərli bir qadın çimərlik paltarı ilə dənizə girsə, kəbini pozular? 12.09.12 3.274 dəfə oxundu
31 Ər-arvaddan biri dinini dəyişdirdikdə aralarındakı nikah qüvvəsini itirir? 04.03.10 1.749 dəfə oxundu
32 Zina kəbini pozur? 30.11.10 11.116 dəfə oxundu
33 Ərindən boşanan qadın mehrini qaytarmalıdır? 15.07.11 2.910 dəfə oxundu
34 “Filan icmadan çıxsam, arvadım boş olsun!” sözü ilə talaq olur? 16.05.14 1.108 dəfə oxundu
35 Bir qadın yad kişilərin qabağında oynasa, kəbini batil olur? 04.03.10 4.112 dəfə oxundu
36 İddə nə deməkdir? 30.12.10 5.331 dəfə oxundu
37 Evli bir kişi boşandıqdan sonra nə vaxt təzədən evlənə bilər? 15.03.11 5.301 dəfə oxundu
38 Əri tərəfindən boşanan bir qadın nə müddətə iddə gözləməlidir? 14.03.13 2.287 dəfə oxundu
39 Boşanmadan sonra dolanışıq xərcləri nə qədər müddətə ödənməlidir? 12.06.12 1.739 dəfə oxundu
40 Müavinət almaq üçün kağız üzərində boşanmaq olar? 30.12.10 1.951 dəfə oxundu
41 Arvadını evdən çıxararaq məhkəmə yoluyla boşanmaq caizdirmi? 21.12.15 932 dəfə oxundu
42 Əri ölən qadın 4 ay 10 gün ərzində evdən bayıra çıxa bilməz? 04.04.13 1.717 dəfə oxundu
43 Bir kişi hansı hallarda boşadığı arvadına mehrini verməyə bilər? 08.01.16 1.121 dəfə oxundu
44 Xəlvəti-səhihə olsa, qadına mehir verilir? 31.12.10 1.747 dəfə oxundu
45 Boşanma vaxtı iddənin məqsədi qadının hamilə olub olmadığını müəyyən etməkdir? 21.02.12 2.003 dəfə oxundu
46 Ər-arvadı cadu-piti ilə ayırmaq mümkündür? 21.05.13 11.597 dəfə oxundu
47 Toy gecəsi bakirə olmadığı məlum olan arvadı boşamaq olar? 14.06.10 74.518 dəfə oxundu
48 Talaq surəsinə zidd olan boşanma etibarlıdır? 31.12.10 1.690 dəfə oxundu
49 Boşadığı arvadını təzədən alan kişi bir də mehir verməlidir? 25.06.12 1.476 dəfə oxundu
50 Boşanan bir qadın təzədən ərə getmək üçün nə qədər iddə gözləməlidir? 05.06.13 2.129 dəfə oxundu
51 Qadının kəbin kəsildiyi vaxt 3 təlaqdan birini almağa ixtiyarı var? 19.01.10 2.019 dəfə oxundu
52 İddə gözləyən qadın evdən çıxsa nə olar? 31.12.10 1.708 dəfə oxundu
53 İddə daxilində arvadının yanına qayıdan kişi təzədən kəbin kəsdirməlidir? 25.06.12 1.496 dəfə oxundu
54 Ərindən boşanan qadın neçə müddət gözləməlidir? 15.06.13 2.396 dəfə oxundu
55 İddə gözləyən qadın qayıtmaq istəyən ərini rədd edə bilər? 07.11.13 1.488 dəfə oxundu
56 Talaq: kişinin boşamaq hüququ 18.07.10 7.973 dəfə oxundu
57 İla edən ər-arvad müddət qurtardıqda bir-birlərinə necə qayıda bilərlər? 23.05.12 1.806 dəfə oxundu
58 Boşanmaq istəyən ər-arvad müəyyən vaxta qədər eyni evdə yaşamalıdırlar? 07.04.15 1.563 dəfə oxundu