Müsəlmanlar

Əri tərəfindən boşanan bir qadın nə müddətə iddə gözləməlidir?

Sual: Əri tərəfindən boşanan bir qadın başqa birisiylə nə vaxt evlənə bilər? Boşandıqdan sonra nə qədər bir müddət gözləmək məcburiyyətindədir?

Cavab: Evliliyi sona çatan bir qadının yenidən evlənə bilməsi üçün gözləməsi lazım olan müddətə “iddət” deyilir. Boşanmanın iddət içində olması, qadının bu arada adətdən təmizlənmiş olması; ancaq əriylə əlaqəyə girməmiş olması deməkdir.

Allah Təala belə buyurmuşdur:

“(Ərləri tərəfindən) boşanmış qadınlar öz başlarına üç qur (təmizlik dövrü) gözləyərlər.” (Bəqərə 2/228)

Adət halında əlaqə qadağan olduğu üçün qadın onsuz da təkbaşınadır. İddət müddəti içində əri ilə eyni evi bölüşəcəyi üçün buradakı “qur”, onunla əlaqəyə girə biləcəyi təmizlik dövrüdür.

Buna görə əri tərəfindən boşanan və adət görən qadınlar üç təmizlik dövrü iddət gözləyərlər. Adətli halda boşama həyata keçməyəcəyi üçün belə bir qadının əri ilə əlaqəyə girmədən keçirdiyi ümumi müddət üç adət + üç təmizlik dövrüdür. Bu da təqribən üç aylıq vaxtdır. Üçüncü təmizlik dövrünün bitməsindən sonra boşanma həyata keçmiş olur və qadın artıq bir başqa kişiylə nikahlana bilər.

Üçüncü təmizlik dövrü bitmədən, yəni, iddət tamamlanmadan kəsilən nikahlar sayılmayacaq.

Adətdən kəsilən, adət görməyən və ya hamilə olan qadınların iddəti ilə əlaqəli olaraq da belə buyrulmuşdur:

“Adətdən kəsilmiş olanlar haqqında şüphəyə düşərsəniz (onların) iddətləri üç aydır; adət görməyənlər də elədir. Hamilə olanların müddətləri isə doğumları ilə bərabər bitər. Kim Allahdan çəkinirsə, Allah onun içində bir rahatlıq yaradır.” (Talaq, 65/4)

Kişi bu vəziyyətdə olan arvadını hər an boşaya bilər. Onun iddəti, boşanma anından başlayır.

İddətlə əlaqəli daha geniş məlumat əldə etmək üçün aşağıdakı keçidə daxil olun:

http://www.muselmanlar.com/fitvalar/4445.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.