İştirak bankında işləmək dini cəhətdən təhlükəlidir?
Müsəlmanlar > Fitvalar > İştirak bankları Tarix: 13 Nisan 2013 Tövsiyə et Çap et
Sual: Mən təxminən 5 ildir ki, bir iştirak bankında işləyirəm. İnanaraq gördüyüm işimdə son 1ildir ki, şübhələr yaranmağa başladı. Bu axırıncı “ödənişli əsgərlik kampaniyası” da məni işimdən bir xeyli soyutdu. Mən digər banklarla bizim aramızda çox fərq olmadığı qənaətinə gəldim. Bu halda, buradan aldığım maaş mənə haram olar?

Cavab: İştirak bankları səhvləri olmaqla yanaşı,  İslamın əmr etdiyi kimi fəaliyyət göstərmək məqsədilə qurulub və özlərini o şəkildə bəyan ediblər.

İştirak banklarının üstünə qurulduğu fəlsəfə əslində düzgündür. Lakin iş sahəsində bəzi nöqsan, qüsur və hətta bilərək səhvlərə yol verirlər.

Həmin bankların bütün əməliyyatları haram olmadığı və özlərini halal üsullarla işləyən qurumlar kimi təqdim etdikləri üçün aldığınız /alacağınız maaşın hamısı haram olmaz. Amma işi şəxsən siz gördüyünüz üçün, eləcə də, işin iç üzünü bildiyiniz üçün ürəyiniz arxayın olsun deyə, özünüzə yaxşı bir iş tapmağınız daha münasib olar.

Suala cavab verdi: Servet Bayındır1

QEYD: Bu sual saytımıza Türkiyədən daxil olub.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

  1. İslam hüququ və İslam iqtisadiyyatı mütəxəssisi, İstanbul Universitetinin dosenti, Türkiyə. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
1.137 dəfə oxundu